8.4. Konsul funksiyaları
Bütövlükdə konsul funksiyalarını şərti olaraq iki kateqoriyaya
bölmək olar. Birinci kateqoriya məqsəd və vəzifələrinə görə
diplomatik nümayəndəliyin funksiyalarına yaxın funksiyaları özündə
birləşdirir. İkinci kateqoriyaya isə “sırf” konsul funksiyaları aid
olunur
1
.
Konsul münasibətləri haqqında 1963-cü il Vyana
Konvensiyasının 5-ci maddəsinə uyğun olaraq konsulluqların
aşağıdakı əsas funksiyalarını ayırmaq olar:
1)
yerləşmə dövlətində göndərən dövlətin və onun fiziki və
hüquqi şəxslərinin maraqlarının beynəlxalq hüquqla müəyyən edilmiş
hüdudlarında müdafiəsi;
2)
göndərən dövlət və yerləşmə dövləti arasında ticarət,
iqtisadi, mədəni və elmi əlaqələrin inkişafına yardım göstərilməsi,
habelə bu Konvensiyada göstərilən digər yollarla dostluq
münasibətlərinin inkişafına kömək göstərilməsi;
3)
bütün qanuni yollarla qəbul edən dövlətin ticarət, iqtisadi,
mədəni və elmi həyatındakı şərtlərin və hadisələrin aydınlaşdırılması,
onlar haqqında göndərən dövlətin hökumətinə və maraqlı şəxslərə
məlumat verilməsi;
4)
təmsil olunan dövlətin vətəndaşlarının pasportlarının və
digər sənədlərinin verilməsi, ləğv edilməsi, düzəlişlər edilməsi,
götürülməsi və ya saxlanması və təmsil olunan dövlətə getmək
arzusunda olan şəxslərin vizalarının və ya müvafiq sənədlərinin
verilməsi, müddətinin uzadılması və ya ləğv edilməsi;
5)
göndərən dövlətin vətəndaşlarına və hüquqi şəxslərinə
kömək və yardım göstərilməsi;
6)
notarius, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatçısı
vəzifələrinin icra edilməsi, habelə inzibati xarakterli digər
funksiyaların yerinə yetirilməsi, bu şərtlə ki, bu hallarda heç bir şey
qəbul edən dövlətin qanunlarına zidd deyildir;
7)
göndərən dövlətin vətəndaşlarının və hüquqi şəxslərinin
qəbul edən dövlətin ərazisində qəbul edən dövlətin qanunlarına
uyğun olaraq “mortis cansa” varisliyi halında mənafeyinin qorun-
ması;
8)
qəbul edən dövlətin qanun və qaydaları ilə müəyyən edil-
miş çərçivədə göndərən dövlətin vətəndaşı olan yetkinlik yaşına
çatmayan və tam fəaliyyət qabiliyyəti olmayan digər şəxslərinin,
xüsusilə, həmin şəxslər üzərində hər hansı bir qəyyumluq və ya
himayəçiliyin müəyyən edilməsi tələb edilirsə mənafeyinin mü-
dafiəsi;
9)
qəbul edən dövlətdə qəbul olunmuş təcrübə və qaydalara
riayət etməklə, qəbul edən dövlətin məhkəmə və digər idarələrində
göndərən dövlətin vətəndaşlarının təmsilçılıyı və ya lazımi
təmsilçiliyinin qəbul edən dövlətin qanun və qaydalarına uyğun
olaraq bu vətəndaşların ölkədə olmaması və ya öz hüquqlarının və
mənafelərinin vaxtlı-vaxtında həyata keçirilməsi ilə əlaqədar bu
vətəndaşların hüquqlarının və maraqlarının mühafizəsi üçün ibtidai
tədbirlər barədə sərəncam verilməsinin təmin edilməsi;
10)
beynəlxalq sazişlərə uyğun olaraq və ya belə sazişlər
olmadıqda qəbul edən dövlətin qanunlarına və qaydalara zidd
olmayaraq məhkəmə və qeyri-məhkəmə sənədlərinin verilməsi və ya
məhkəmə tapşırıqlarının və göndərən dövlətin məhkəmələri üçün
ifadələrin alınması üzrə tapşırıqların icra edilməsi;
11)
göndərən dövlətin milliyyətinə mənsub olan gəmilərə və
bu dövlətdə qeydiyyatdan keçmiş təyyarələrə, onların heyətinə
münasibətdə göndərən dövlətin qanun və qaydalarına uyğun olaraq
nəzarət və təftiş hüquqlarının həyata keçirilməsi;
12)
11-ci bənddə göstərilən gəmilərə və təyyarələrə və onların
heyətinə yardım göstərilməsi, gəmi sənədlərinin qəbul edilməsi və
1
Международное право. Учебник для вузов. Под ред. Г.В.Игна-
тенко и Д.Д.Остапенко. М.: Высшая школа, 1978, с. 157
238
239
qəbul edən dövlətin hakimiyyət orqanlarının hüquqlarına zərər
gətirmədən yolda baş vermiş mübahisələrin və ya göndərən dövlətin
qanun və qaydaları ilə müəyyən edilmişsə, kapitan, heyət üzvləri və
matroslar arasında olan hər bir hadisənin istintaqı;
Yeri gəlmişkən onu da qeyd edək ki, bu gün Azərbaycan
onlarla dövlətlə belə ikitərəfli konsul konvensiyalarına malikdir. Bu
Konvensiyalarda hər iki dövlət öz konsulluqlarının funksiyalarını
daha ətraflı və geniş şəkildə təsbit edir. Məsələn, Rusiya Federasiyası
ilə Azərbaycan Respublikası arasında Konsul Konvensiyasına əsasən
bu funksiyaları nəzərdən keçirək. Həbs və məhkəmə araşdırmaları
üzrə funksiyalar (maddə 39), vərəsəliklə əlaqədar funksiyalar (maddə
40), vətəndaşlıq məsələləri ilə əlaqədar funksiyalar (maddə 41),
vətəndaşlıq vəziyyəti məsələlərinə aid funksiyalar (maddə 42),
qəyyumluğa aid funksiyalar (maddə 43), gəmilərə kömək
göstərilməsi (maddə 44), gəmi kapitanı və heyətinə kömək
göstərilməsi (maddə 45), gəmidə istintaq aparılan zaman mənafeyin
müdafiə edilməsi (maddə 46), gəminin zədələnməsi hallarına kömək
(maddə 47), hava gəmiləri ilə əlaqədar funksiyalar (maddə 48) ətraflı
şəkildə təsbit olunmuşdur
1
.
13)
Konsulluq dairəsinin ərazisində yerləşən göndərən
dövlətin vətəndaşlarına yerləşmə dövlətinin qanun və adətləri
haqqında məlumat vermək;
14)
Konsulluq dairəsinin ərazisində yaşayan və ya burada
müvəqqəti yerləşən təmsil olunan dövlətin vətəndaşlarının uçotu;
Azərbaycan Respublikasının Konsulluğu haqqında
Əsasnaməsində aşağıdakı funksiyalar da nəzərdə tutulmuşdur:
konsul dairəsində Azərbaycan Respublikasının xarici və daxili
siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında rəsmi
məlumatın yayilmasını təmin etmək;
dövlət orqanlarına və
zəruri hallarda Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına və işgüzar dairələrinin
nümayəndələrinə həmin dövlətin qeyri-hökumət təşkilatları və
işgüzar dairələrinin nümayəndələri ilə, qəbul edən dövlətdə yaşayan
azərbaycanlılarla əlaqələrin qurulmasına və əməkdaşlığın inkişafına
öz səlahiyyətləri daxilində yardım etmək;
Bundan başqa, funksiyaların daha geniş siyahısı Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi və Azərbaycan
Respublikasının Konsulluğu haqqında Əsasnamə ilə də nəzərdə
tutulmuşdur ki, bu haqda artıq I fəsildə ətraflı bəhs etmişdik. Burada
isə bu nizamnamədə göstərilmiş funksiyalardan bəziləri haqqında söz
açmaq istərdik.
Azərbaycan Respublikasının qəbul edən dövlət ilə beynəlxalq
müqavilələrinin layihələrinin hazırlanmasında öz səlahiyyətləri
daxilində iştirak etmək;
Konsulun
ən vacib funksiyalarından biri konsul
leqallaşdırılmasıdır. Bu funksiyaya Azərbaycan Respublikası
Konsul Nizamnaməsinin VI fəsli həsr olunmuşdur. Konsul
leqallaşdırılması yerləşmə dövləti orqanlarının iştirakı ilə hazırlanmış
və ya bu orqanlardan daxil olan sənədlərdə və aktlardakı imzaların
hüquqiliyini, bu sənəd və aktların konsulluğun yerləşdiyi dövlətin
qanunlarına uyğunluğunu müəyyənləşdirib təsdiq etməkdən ibarətdir.
Konsulun şəxsi imzası və konsulluq idarəsinin möhürü, konsulluq
dairəsinin hakimiyyət orqanlarına təqdim olunan sənədlərin
həqiqiliyini, eləcə də təqdim olunan sənədləri qəbul edən dövlətin
qanunlarının tələblərinə cavab verdiyinin təsdiqlənməsini nəzərdə
tutur
2
. Azərbaycan Respublikasının belə sənədləri və aktları
konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan
Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata
keçirmələrinə köməklik göstərmək;
qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən
Azərbaycan hərbi və mülki məzarlarının, qəbirüstü abidələrinin,
abidə nişanlarının və memorial tikililərin uçotu, mühafizəsi və
abadlığı üzrə tədbirlər görülməsi və s.
Sadalanan funksiyalar eyni qaydada Azərbaycan
Respublikasının bağladığı ikitərəfli konsul konvensiyalarında da əks
olunmuşdur. Məsələn, Rusiya Federasiyası ilə imzaladığı Konsul
Konvensiyasının 37-ci maddəsi, Ukrayna ilə Konsul Konvensiyasının
37-ci maddəsi, Gürcüstan Respublikası ilə də həmçinin,
Konvensiyanın 37-ci maddəsi göstərilən funksiyaları, demək olar ki,
olduğu kimi təkrar edir, bir sıra başqa funksiyaları da özündə əks
etdirir.
241
1
Azərbaycan- Rusiya. Россия-Азербайджан. 1992-2002, sənədlər toplusu,
сборник документов. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi,
Rusiya Federasiyasının Bakıdakı səfirliyi, Cümə, QTSJ, 2002, s. 189
2
Abbasbəyli A., Cəfərov V., Qafarov Z. Diplomatiya terminləri lüğəti.
240
Azərbaycan Respublikasının hakimiyyət orqanları qanunvericiliyində
və ya Azərbaycan Respublikasının və konsulluğun yerləşdiyi
dövlətin iştirak etdiyi beynəlxalq müqavilədə başqa qayda nəzərdə
tutulmayıbsa, yalnız konsul tərəfindən leqallaşdırıldıqdan sonra qəbul
edirlər.
Konsul leqallaşdırılması qaydasını Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi müəyyənləşdirir (maddə 54).
Konsul leqallaşdırılması
həm Azərbaycan Respublikasının
vətəndaşları, həm də xarici vətəndaşlar üçün həyata keçirilə bilər.
Azərbaycan Respublikasının ərazisində konsul leqallaşdırılmasını
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin konsulluq
şöbəsi həyata keçirir.
Konsul fəaliyyətinin daha bir mühüm qolu notariat
əməliyyatlarıdır. Konsulun apardığı notariat əməliyyatlarına
aşağıdakıları misal gətirmək olar:
Azərbaycan Respublikası ərazisində olan yaşayış evlərinin
girov qoyulması və özgəninkiləşdirilməsi hallarına aid olan mü-
qavilələr istisna olmaqla əqdlərin (müqavilələri, vəsiyyətnamələri,
etibarnamələri və s.) təsdiq edilməsi; miras əmlakın qorunması üçün
tədbirlər görülməsi; vərəsəlik hüququ haqqında şəhadətnamə
verilməsi; sənədlərin surətlərinin və onlardan çıxarışların
düzgünlüyünün təsdiq edilməsi; sənədlərdəki imzaların həqiqiliyinin
təsdiq edilməsi; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düz-
günlüyünün təsdiq edilməsi; vətəndaşın sağ olması faktının təsdiq
edilməsi; pul vəsaitinin və qiymətli kağızların depozitə qəbul
edilməsi; icra qeydləri aparılması; sənədlərin saxlanmaq üçün qəbul
edilməsi və s.
Göründüyü kimi konsulluqların funksiyaları diplomatik
nümayəndəliklərə münasibətdə daha müxtəlif və rəngarəngdir.
Bunlarla yanaşı konsulluqlar yerləşmə dövlətinin icazəsi ilə
diplomatik funksiyaları da həyata keçirə bilər.
8. 5. Konsul immunitet və imtiyazları
Konsul müəssisələrinin funksiyalarının yerinə yetirilməsi üçün
yerləşmə dövləti Vyana Konvensiyasının 28-ci maddəsinə uyğun
olaraq bütün lazımi şəraiti yaratmalıdır. Konsulluqların və onun
vəzifəli şəxslərinin immunitet və imtiyaz məsələlərinə gəldikdə isə,
onlara immunitet və imtiyazlar verilməsi funksional nəzəriyyəyə
əsaslanır. 1963-cü il Vyana Konvensiyası məhz bu mövqedən
hazırlanmışdır. Hesab olunur ki, konsul nümayəndəliyi siyasi
nümayəndəlik xarakteri daşımır, o, sırf inzibati funksiyaları həyata
keçirir. Sırf funksional nəzəriyyəyə istinad edilməsi siyasi təmsilçilik
ideyasını sıxışdırıb çıxarır
1
.
Həmçinin konsulluq məmuru göndərən dövlətin rəsmi
təmsilçisi olmaqla yanaşı, diplomatik agent statusuna malik deyildir.
Diplomatik agentlərdən fərqli olaraq, konsulların təmsilçilik
səlahiyyətləri, istər yer etibarilə və istər maddi baxımdan məhduddur.
Buna görə hüquqi statusu da fərqlidir
2
.
Dövlətlər öz praktikasında, o cümlədən, Azərbaycan
Respublikası ikitərəfli konsul müqavilələrində daha geniş imtiyazlar-
yəni diplomatik agentlərin immunitet və imtiyazlarına yaxın hüquq
və güzəştlər müəyyən edir. İndi isə müqayisəli şəkildə bu immunitet
və imtiyazların araşdırılmasına keçək.
1963-cü il Vyana Konvensiyasında konsul immunitet və
imtiyazları 2 qrupa bölünür. 1-ci kateqoriyaya aşağıdakılar aiddir:
konsul müəssisələri binalarının toxunulmazlığı; əmlak və nəqliyyat
vasitələrinin, rəsmi sənədlərinin və arxivlərinin immuniteti; fiskal
immunitet; nümayəndəliyin öz mərkəzi ilə maneəsiz əlaqə saxlamaq
hüququ; gömrük imtiyazları; protokol imtiyazları.
2-ci kateqoriyaya isə aşağıdakılar aiddir: şəxsi və yaşayış
binalarının toxunulmazlığı; fiskal immunitet; əməkdaşlar üçün
gömrük imtiyazları və şəxsi mükəlləfiyyətlərdən azad olunma.
8.5.1. Konsul nümayəndəliklərinin immunitet və
imtiyazları
Bu kateqoriyada əsas norma Konvensiyanın 31-ci maddəsində
təsbit olunmuş konsul binalarının toxunulmazlığı prinsipidir. Bu
prinsipin mahiyyəti və onu nəzərdə tutan normada “yanğın qeyd-
şərti” barədə II fəsildə bəhs etmişdik. Belə ki, bu maddədə deyilir ki,
243
1
Nguyen Quoc D., Dailler P., Pellet A Droit İnternational Public L.
G.D.J.E.J.A., Paris: 1999, 31 rue Falguiere,738
2
Sevin Toluner. Milletlerarasi hukuk dersleri İstanbul: Beta, 1989, s. 416
Bakı: Qismət, 2000, s. 88
242
“konsulluq binaları toxunulmazdır, qəbul edən dövlətin hakimiyyət
orqanları bu binaların yalnız konsulluq məqsədləri üçün istifadə
edilən hissələrinə konsulluq başçısının, göndərən dövlətin diplomatik
nümayəndəliyinin başçısı və ya onlardan biri tərəfindən təyin
olunmuş şəxsin icazəsi olmadan daxil ola bilməzlər. Təcili mühafizə
tədbirləri tələb edən yanğın və digər təbii fəlakət halları zamanı,
konsulluq başçısının razılığı ehtimal oluna bilər. ”(bənd 2).
Onu qeyd edək ki, Azərbaycan Respublikasının əksər ikitərəfli
konsul Konvensiyalarında “yanğin qeyd-şərti” saxlanılır (Azərbaycan
Resdpublikası ilə Rusiya Federasiyası, Özbəkistan, Gürcüstan
respublikaları arasında ikitərəfli konsul Konvensiyaları (maddə 13)).
Lakin bu Konvensiyalarda Vyana Konvensiyasından fərqli olaraq
“adıçəkilən şəxslərdən heç biri tərəfindən birbaşa etiraz olmazsa”
binaya daxil olmağa icazə verilir, və bu zaman xüsusi olaraq qeyd
olunur ki, qəbul edən dövlətin orqanlarına konsulluq binalarının,
arxivlərinin toxunulmazlıq prinsiplərini pozmaq, xüsusilə onu
öyrənmək və müsadirə etmək icazəsi verilmir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında ikitərəfli
Konsul Konvensiyası xüsusi maraq kəsb edir. Burada konsulluqlar və
onun personalı üçün diplomatik nümayəndəliklərlə analoji immunitet
və imtiyazlar müəyyən olunmuşdur. Bu Konvensiyanın 30-cu
maddəsində nəinki “yanğın qeyd-şərti” yer almır və konsulluq
binaları mütləq toxunulmazlıqla təmin olunur, burada həmçinin
konsul vəzifəli şəxslərinin yaşayış binalarının da mütləq
toxunulmazlığı təsbit olunur.
Vyana Konvensiyasının və
həmçinin Azərbaycan
Respublikasının bir çox ikitərəfli konsul konvensiyalarının,
fikrimizcə, çatışmayan cəhətlərindən biri də onlarda konsul vəzifəli
şəxslərinin şəxsi iqamətgahlarının hüquqi rejimi barədə müddəaların
yer almamasıdır. Müqayisə üçün qeyd edək ki, diplomatik əlaqələr
haqqında 1961-ci il Vyana Konvensiyasının 30-cu maddəsində
diplomatik agentlərin şəxsi iqamətgahlarının tam toxunulmazlığı
prinsipi öz əksini tapmışdır.
1963-cü il Vyana Konvensiyasının 31-cı maddəsində nəzərdə
tutulan yerləşmə dövlətinin daha bir öhdəliyinə əsasən o, konsulluq
binalarını hər cür zorla daxil olma və ya zərər yetirə biləcək
hərəkətlərdən müdafiə etmək, konsulluğun narahatlığına səbəb olan,
ləyaqətinə xələl gətirən hər cür halların qarşısını almaq üçün lazımi
tədbirlər görməlidir. Bu öhdəlik özündə 2 komponenti birləşdirir:
1) konsul müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi; 2)
onların normal fəaliyyətini təmin etmək.
Konsulluğun binası, onun avadanlığı, konsulluğun əmlakı,
habelə nəqliyyat vasitələri də dövlət müdafiəsi və ya başqa ictimai
ehtiyac baxımından aparılan hər növ rekvizisiyaya qarşı
immunitetlərdən istifadə edir.
Konsul nəqliyyat vasitəsi dedikdə konsul müəssisələrinin,
konsul vəzifəli şəxsləri və onların ailə üzvlərinin müntəzəm istifadəsi
üçün onlara aid olan, kirayə alınan və ya verilən istənilən nəqliyyat
vasitələri (əsasən avtomobil, hava və su nəqliyyatı) başa düşülür
1
.
Konsulluq praktikasında və beynəlxalq hüququn özündə birbaşa
konsulluğun özünə aid olan və konsul vəzifəli şəxsləri və onların ailə
üzvlərinin şəxsi istifadəsində olan nəqliyyat vasitələri arasında fərq
qoyulmur.
Konsul nəqliyyat vasitələri ilə bağlı mürəkkəb məsələlərdən
biri yerləşmə dövləti tərəfindən onlara qarşı bu və ya digər məc-
buretmə tədbirlərinin həyata keçirilməsinin hüquqi mümkünlüyü
məsələsidir. Beynəlxalq hüquq doktrinası bu məsələyə birmənalı
cavab vermir. Belə ki, hüquq ədəbiyyatlarında konsul nəqliyyat
vasitələri haqqında məsələ dərindən araşdırılmamışdır və bu sahədə
hüquqşünasların fikirləri ziddiyyətlidir. Beynəlxalq hüquq
doktrinasında daha sıx rast gəlinən fikrə əsasən, konsul nəqliyyat
vasitələri toxunulmazdır. Bu, iki məqamla izah olunur:
1)
onlar konsulun iqamətgahının bir hissəsi kimi nəzərdən
keçirilə bilər; 2) onlar konsulluğun daşınan əmlakıdır.
Bu baxımdan yanaşsaq konsul nəqliyyat vasitələri
toxunulmazdır, həmçinin Konvensiyanın 49-cu maddəsinə əsasən
bütün vergi və rüsumlardan, 50-ci maddəsinə əsasən gömrük rü-
sumlarından azad olunur. Gömrük nəzarətinə gəldikdə isə, 1963-cü il
Konvensiyasına uyğun olaraq onlara gömrük nəzarəti həyata keçirilir.
Göründüyü kimi, konsul nəqliyyat vasitələrinin toxunulmazlığı
prinsipinin konkretləşdirilməsinə ehtiyac vardır. Müqayisə üçün qeyd
edək ki, diplomatik əlaqələr haqqında 1961-ci il Konvensiyasına
əsasən, diplomatik nümayəndəliyin nəqliyyat vasitələri təkcə
1
Плотникова О. В. Консульские отношения и консульское право.
М.: Норма ИНФРА, 1998, с. 58
244
245
rekvizisiyaya qarşı deyil, həmçinin axtarış, həbs və digər icra
əməllərinə münasibətdə də toxunulmazlıqdan istifadə edir. Onlar
konsul nəqliyyat vasitələrindən fərqli olaraq gömrük nəzarətindən də
azaddır.
Vyana Konvensiyasının 33- cü maddəsinə əsasən, konsulluğun
arxivləri və konsulluq sənədləri yerindən asılı olmayaraq hər vaxt
toxunulmazdır. Konvensiyanın 1-ci maddəsinin “k” yarımbəndində
konsulluq arxivini təşkil edən əşyaların siyahısı verilir. Lakin artıq
qeyd etdiyimiz kimi, informasiya sahəsində sürətlə irəliləyiş, inkişaf
nəticəsində bu siyahı hər gün genişlənməkdədir.
Konsulluqlar konvensiyanın 32-ci maddəsinə uyğun olaraq
konkret xidmət növlərinə görə ödəniş istisna edilməklə dövlət, rayon
və ya bələdiyyə vergilərindən, yığımlarından və rüsumlardan azad
edilir.
Konsulluqlar yerləşdikləri dövlətin ərazisində sərbəst hərəkət
etmək hüququndan və əlaqələr azadlığından istifadə edirlər. Qəbul
edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun əlaqələr
azadlığına icazə verməli və onu qorumalıdır. Burada mühüm
əhəmiyyət kəsb edən məsələlərdən biri konsulluq valizinin hüquqi
statusu məsələsidir. Konsulluq valizi əlaqələr azadlığının həyata keçi-
rilməsində istifadə olunan mühüm vasitələrdəndir. Konvensiyanın
35-ci maddəsinin 3-cü və 4-cü bəndlərinə uyğun olaraq konsulluq
valizi toxunulmazdır, o, açıla və tutulub saxlanıla bilməz. Bu valizi
təşkil edən bütün yerlər aydın görünən zahiri işarələrə malik olmalı
və yalnız konsulluğun rəsmi istifadəsi üçün ayrılmış
korrespondensiyalardan, sənədlərdən, əşyalardan ibarət ola bilər.
Lakin konsulluq valizinin hüquqi statusu diplomatik poçtun
statusundan fərqlənir. Qəbul edən dövlətin səlahiyyətli orqanlarının
valizdə korrespondensiyalar, sənədlər və ya rəsmi istifadə üçün
nəzərdə tutulmuş əşyalardan başqa, digər əşyaların olmasına güman
edildiyi ciddi əsasları olduqda, o, göndərən dövlətin müvəkkil
edilmiş nümayəndəsinin iştirakı ilə valizin açılmasını tələb edə bilər.
Tərəf bu tələbləri yerinə yetirməkdən imtina etdiyi halda onu
göndərən yerə geri qaytarmalıdır.
Bu müddəa Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyalarında da, həmçinin Azərbaycan Respublikası Gömrük
Məcəlləsinin 201-ci maddəsində də öz əksini tapmışdır.
Konsul valizinin açılmaması üçün praktikada dövlətlər onu çox
vaxt diplomatik poçtun içərisində yerləşdirirlər.
Konsul valizi ilə, o cümlədən, diplomatik poçtla əlaqəli olan
daha bir problemli məsələ ondan ibarətdir ki, onların konkret ölçüləri
və ağırlığı barədə konvensiyalarda söz açılmır. Bunun nəticəsində
praktikada həmin məsələ ilə əlaqədar mürəkkəb situasiyalar yaranır.
Konsulluqların daha bir imtiyazı akkreditiv dövlətin bayraq və
rəmzlərindən istifadə etmək hüququdur. Göndərən dövlətin dövlət
bayrağı konsulluq binası üzərində, onun dövlət gerbi konsulluğun
binasında, binanın giriş qapılarında sancıla, habelə dövlət bayrağı
konsulluq başçısının iqamətgahında, xidməti vəzifələrini yerinə
yetirərkən onun nəqliyyat vasitələrinin üzərində ucaldıla bilər.
8.5.2. Konsul vəzifəli şəxslərinin immunitet və imtiyazları
2-ci kateqoriya immunitet və imtiyazlar arasında əsas norma
konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığıdır.
Öz funksiyalarını həyata keçirə bilmələri üçün konsul vəzifəli
şəxsləri 1963-cü il Vyana Konvensiyası və Azərbaycan
Respublikasının ikitərəfli konsul konvensiyaları əsasında şəxsi
immunitet və imtiyazlarla təmin olunurlar. Vyana Konvensiyasının
və Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyalarının
müqayisəli analizi göstərir ki, xüsusilə, şəxsi immunitet
məsələlərində onlar arasında bir çox fərqlər mövcuddur. Bu problemi
I fəsildə bir qədər araşdırmış və qeyd etmişdirk ki, Vyana
Konvensiyasının 41-ci maddəsində təsbit olunmuş konsul vəzifəli
şəxslərinin şəxsi toxunulmazlığı prinsipinə əsasən konsul vəzifəli
şəxsləri “ağır cinayət törədilməsi halında səlahiyyətli məhkəmə
hakimiyyətinin qərarı” istisna olmaqla, həbs edilə, tutulub saxlanıla
bilməz. Həmin maddənin sonuncu bəndində müəyyən olunmuş
öhdəliyə əsasən konsul vəzifəli şəxsi, ona qarşı cinayət işi qaldırılan
zaman səlahiyyətli orqanlara gəlməlidir. Lakin işə baxılması zamanı
ona rəsmi mövqeyinə görə lazımi hörmətlə yanaşılmalıdır. Qeyd
etdiyimiz kimi, Azərbaycan Respublikası digər dövlətlərlə bağladığı
ikitərəfli konsul konvensiyaları praktikasında konsul vəzifəli
şəxslərinin immunitet və imtiyazlarının genişləndirilməsi
mövqeyindən çıxış edir. Belə ki, Azərbaycan Respublikasının,
məsələn, Gürcüstan, Özbəkistan, Rusiya Federasiyası ilə konsul
konvensiyalarında konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığı
aşağıdakı şəkildə təsbit olunmuşdur: “Konsulluğun vəzifəli şəxsi və
246
247
onların ailə üzvləri şəxsi toxunulmazlıqdan istifadə edirlər. Onlar bu
və ya digər formada həbs edilə və tutulub saxlanıla bilməzlər”
(maddə 18). Göründüyü kimi, burada onların tam toxunulmazlığı ilə
yanaşı, həmçinin ailə üzvlərinin də toxunulmazlığı nəzərdə tutulur.
Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyalarında, Vyana Konvensiyasından fərqli olaraq, konsul
vəzifəli şəxsləri və onların ailə üzvləri yerləşmə dövlətinin
yurisdiksiyasından, o cümlədən, cinayət yurisdiksiyasından tamamilə
kənar edilirlər. Adı çəkilən konvensiyalarda yurisdiksiyaya qarşı
immunitet aşağıdakı şəkildə müəyyən olunmuşdur: konsulluğun
vəzifəli şəxsləri və onların ailə üzvləri qəbul edən dövlətdə aşağıdakı
mülki iddialar istisna olunmaqla, cinayət, mülki və inzibati
yurisdiksiyaya qarşı immunitetdən istifadə edirlər:
1)
konsulluğun vəzifəli şəxsləri tərəfindən göndərən dövlətin
agenti simasında bilavasitə və ya dolayısı ilə öz üzərinə öhdəlik
götürmədən bağladığı müqavilələrdən irəli gələn hallarda;
2) yol, nəqliyyat vasitələri, gəmi və təyyarə ilə bağlı bədbəxt
hadisələr nəticəsində üçüncü tərəfə vurulan zərərə görə (maddə 19).
Vyana Konvensiyasında isə konsul vəzifəli şəxslərinə
yurisdiksiya immuniteti yalnız onların rəsmi funksiyalarının həyata
keçirilməsi ilə əlaqədar hallarda verilir. Yəni onlara yalnız xidməti
immunitet verilir və xidməti funksiyalar ilə əlaqəli olmayan hallarda
hüquqazidd əməl törədən zaman həmin şəxs yerləşmə dövlətində
məsuliyyətə cəlb oluna bilər.
Məsələnin belə qoyuluşu praktikada mürəkkəb vəziyyətlərin
yaranmasına gətirib çıxarır. Belə ki, “konsul funksiyalarının həyata
keçirilməsi zamanı törədilən əməllər” anlayışı kifayət qədər qeyri-
müəyyəndir
1
. Bu problemə II fəsildə bir qədər toxunmuşduq.
Beynəlxalq hüquq doktrinasının, dövlətlərin praktikasının
analizi göstərir ki, xidməti immunitet probleminin universal həlli
mövcud deyildir. Məsələn, O.V.Plotnikova yazır ki, bu problemin
universal həlli, ümumiyyətlə, ola bilməz. Çünki xidməti
immunitetdən istifadə edən hər bir şəxsin bütün xidməti vəzifələrinin
müfəssəl siyahısını vermək qeyri-mümkündür. Və xidməti vəzifələrin
həyata keçirilməsi ilə əlaqəli olan və ya olmayan əməllərin bir-
birindən ayrılmasının dəqiq meyarları da mövcud deyildir.
Plotnikova məhkəmə presedentlərinin qismən də olsa belə meyar
kimi əsas götürülə biləcəyi fikrindədir.
Burada həll olunmamış digər bir məsələ də mövcuddur. Bu da
törədilmiş əməlin şəxsin xidməti vəzifələri ilə əlaqəli olub-
olmadığını hansı dövlətin – akkreditiv, yoxsa yerləşmə dövlətinin
müəyyən etməsi problemidir. Xarici müəlliflərin əksəriyyəti hesab
edir ki, bu səlahiyyət yerləşmə dövlətinin məhkəmələrinə
verilməlidir. Keçmiş sovet müəlliflərinin əksəriyyəti isə akkreditiv
dövlətin məhkəmələrinin belə səlahiyyətlərini müdafiə edirdilər.
Xarici dövlətlərdə bu məsələ əksər hallarda yerləşmə
dövlətinin məhkəmə orqanlarının səlahiyyətlərinə daxildir. Məsələn,
ABŞ-da bu məsələdə məhkəmənin səlahiyyətləri qanunla müəyyən
olunmuşdur. Lakin aydındır ki, yerli məhkəmələrə bu cür
immunitetlər haqqında məsələnin həll edilməsində müstəsna
səlahiyyətlərin verilməsi yerləşmə dövləti tərəfindən bundan sui-
istifadə edilməsi hallarını istisna etmir ki, bu da göndərən dövlətin
maraqlarına uyğun deyil. Digər tərəfdən, belə səlahiyyətlərin
birtərəfli qaydada akkreditiv dövlətə verilməsi də eyni sui-istifadələrə
yol aça bilər.
Bu məsələ ilə bağlı ingilis hüquqşünası A. Denzanın mövqeyi
ilk baxışdan daha münasib görünür. Onun fikrincə, xidməti
immunitet haqqında məsələnin həlli prinsipcə yerləşmə dövlətinin
məhkəmə orqanlarının səlahiyyətlərinə daxildir. Əgər
nümayəndəliyin başçısı və yaxud akkreditiv dövlətin hökuməti
bildirsə ki, hüquqazidd əməl xidməti vəzifələrinin həyata keçirilməsi
ilə əlaqədar törədilmişdir, bunun əksini sübut etmək məhkəmə
orqanlarına çətin olacaq və akkreditiv dövləti təhqir etməmək
məqsədilə o, bununla razılaşmalıdır
1
. Lakin fikrimizcə, bu variantı da
tamamilə qənaətbəxş hesab etmək olmaz, belə ki, praktikada o, heç
də həmişə yaranmış problemin obyektiv həllini təmin edə bilməz.
Çünki öz vətəndaşlarının hüquqlarının müdafiəsində akkreditiv
dövlət hər zaman maraqlıdır.
Problemdən çıxış yolu tapılması cəhdləri bir sira beynəlxalq
sənədlərin hazırlanmasında edilmişdir. Amerikalı hüquqşünas Li
1
Ильин Ю.Д. Основные тенденции в развитии консульского права.
М.: Юридическая литература ,1969, с. 138
1
Denza E. Diplomatic Law 2
nd
ed. Clarendon Press Oxford,1998, 231;
250
248
249
Harvard hüquq məktəbi layihəsinin 21-ci maddəsini misal çəkir ki,
burada da deyilir: “Qəbul edən dövlət akkreditiv dövlətin diplomatik
nümayəndəliyinin iştirakı ilə əməlin belə funksiyaların həyata
keçirilməsi ilə əlaqəli törədilib- törədilməməsi məsələsini həll edir”
1
.
Belə mövqe hər iki tərəfin maraqlarını nəzərə aldığına görə nisbətən
daha əsaslandırılmışdır. Lakin bu da münaqişə situasiyalarının
qarşısını almağa kifayət deyildir.
Öz araşdırmaları əsasında Demin son olaraq belə nəticəyə
gəlmişdir ki, ən münasib çıxış yolu, nəinki hüquqi nöqteyi-nəzərdən
mükəmməl olmayan, həmçinin beynəlxalq münasibətlərdə
münaqişəli situasiyaların meydana gəlməsinin potensial təhlükəsini
özündə gizlədən xidməti immunitet institutundan istifadədən imtina
etməkdir.
Bizim fikrimizcə, dövlətlərin praktikası xidməti immunitet
institutunun tətbiqindən getdikcə uzaqlaşır. Xidməti immunitetin
diplomatik immunitetlə əvəz olunması tendensiyası diplomatiya və
konsulluq hüququnda artıq indidən özünü göstərir.
D.S.Nikiforov və A.F.Borunkov diplomatik nümayəndəliyin
inzibati-texniki personalı ilə bağlı qeyd edirlər ki, “əməkdaşın öz
xidməti vəzifələrinin icrası vəziyyətində olub-olmamasını müəyyən
etmək çətin olduğuna görə, bu sualın cavabını hakimiyyət diplomatik
nümayəndəliyin ixtiyarına buraxır”
2
.
Konsulluq hüququnda buna ən bariz nümunə kimi Azərbaycan
Respublikasının xarici dövlətlərlə imzaladığı ikitərəfli konsul
konvensiyalarını göstərmək olar. Onların əksəriyyətində konsul
vəzifəli şəxslərinə xidməti deyil, məhz diplomatik immunitet verilir.
Hər iki yanaşmanın özünü doğrultmadığına aid çoxsaylı
örnəkləri araşdırdıqdan sonra fikrimizi fransız hüquqşünas F.
Kayenin sözləri ilə ümumiləşdirmək istərdik. O, beynəlxalq təşkilatın
əməkdaşları ilə əlaqədar yazırdı: “Hərəkətin rəsmi və ya xüsusi
olduğunu kim həll etməlidir? Əgər bu, diplomatik nüma-
yəndəlikdirsə, onun öz əməkdaşlarını müdafiə etmək riski, əgər bu,
məhkəmə orqanıdırsa, sui-istifadə etmək riski yaranır. Bu məsələ ilə
əlaqədar qeyd etmək olar ki, rəsmi hərəkətlər və xüsusi hərəkətlər
arasında fərq yerləşmə dövləti və beynəlxalq təşkilat arasında daimi
çətinlik və münaqişələrin mənbəyi olmuşdur”
Azərbaycan Respublikasının Ukrayna ilə imzaladığı konsul
konvensiyasında isə birbaşa göstərilir ki, konsul vəzifəli şəxsləri
diplomatik agentlər kimi 1961-ci il diplomatik əlaqələr haqqında
Vyana Konvensiyasına uyğun olaraq tam həcmdə diplomatik
immunitet və imtyazlardan istifadə edirlər.
Xidməti immunitetin diplomatik immunitetlə əvəz olunması
tendensiyası diplomatiya hüququnda da özünü göstərməkdədir. 1961-
ci il Vyana Konvensiyası hazırlanan zaman bir çox inkişaf etmiş
ölkələr inzibati-texniki heyətə tam həcmdə diplomatik immunitet
verilməsinin lehinə çıxış edirdilər. Konvensiya qəbul olunduqdan
sonra bir çox dövlətlərin ikitərəfli əsasda xidməti immuniteti
diplomatik immunitetlə əvəz etmək praktikasını geniş tətbiq etməyə
başladılar.
Bu problemlə əlaqədar olaraq Y.Q.Deminin mülahizələrini də
diqqətə çatdırmaq istərdik. Demin özünün “Beynəlxalq hüquqda
xidməti immunitet problemi haqqında” adlı məqaləsində 2 qrup
məsələləri araşdırmışdır: 1) şəxsin hüquq pozuntusu törədən zaman
xidməti vəzifəsinin icrasında olub-olmamasını hansı yolla müəyyən
etmək; 2) bu məsələni hansı dövlət və hansı prosedura uyğun olaraq
müəyyən etməlidir. Müxtəlif doktrinal fikirləri, beynəlxalq
müqavilələri və dövlətlərin qanunvericiliklərini, praktikanı dərindən
analiz edərək o, bu qərara gəlmişdir ki, xidməti immunitet
probleminin universal həlli mövcud deyildir
3
.
251
Konsul vəzifəli şəxsləri diplomatik agentlərdən fərqli olaraq
məhkəmə və inzibati işlərin baxılması zamanı şahid ifadəsi vermək
üçün çağırıla bilərlər. Konsulluq əməkdaşı və ya xidmət personalı
işçisi müəyyən hallar istisna olmaqla, şahid ifadəsi verməkdən imtina
edə bilməz, konsulluğun vəzifəli şəxsi şahid ifadəsi verməkdən imtina
edərsə, ona qarşı heç bir məcburiyyət və cəza tədbirləri tətbiq edilə
bilməz (Vyana Konvensiyasının 44-cü maddəsi).
1
Lee L.T. Consular law and practice (Oxford, Monographs in
international law) Oxford University Press 2
nd
. Ed. 1991, p. 253-254
Həmin maddədə, həmçinin qeyd olunur ki, konsulluğun
vəzifəli şəxsindən şahid ifadəsi verməyi tələb edən orqan vəzifələrini
2
Никифоров Д.С., Борунков А.Ф. Дипломатический протокол в
СССР. Принципы, нормы, практика М.: МО, 1985, с. 51
3
Демин Ю.Г. О проблеме служебного иммунитета в международ-
ном праве // СЕМП, Наука, с. 203-215
250
yerinə yetirmək üçün ona maneə yaratmaqdan çəkinməlidir. Bu orqan
imkan daxilində konsulluğun vəzifəli şəxsinin ifadəsini yaşadığı
yerdə, konsulluqda dinləyə və ya yazılı qaydada qəbul edə bilər (2-ci
bənd).
Azərbaycan Respublikasının ikitərəfli konsul konvensiyasında
müəyyən olunmuş bu immunitet və imtiyazlar, Azərbaycan
Respublikasının konsul xidməti tərəfindən onun üzərinə qoyulmuş
mühüm və məsuliyyətli vəzifələrin normal həyata keçirilməsi üçün
etibarlı hüquqi təminatdır.
Konsulluq işçiləri öz vəzifələrinin yerinə yetirilməsinə dair
göndərən dövlətin milli qanunvericiliyini izah edən şahid ifadəsi
verməkdən imtina etmək ixtiyarına da malikdirlər.
Dostları ilə paylaş: |