Konsul vəzifəli şəxslərinin vergi və gömrük imtiyazlarına
gəldikdə isə, bu məsələlər Vyana Konvensiyasının 49-59-cu
maddələri ilə tənzimlənir. Vergi imtiyazlarından istisnalara əsasən
konsul vəzifəli şəxsləri xidməti funksiyalarından kənarda həyata
keçirdikləri fəaliyyətlərinə münasibətdə vergilərdən azad olunmurlar.
Gömrük imtiyazına əsasən, qəbul edən dövlətin qayda-
qanunlarına uyğun olaraq konsulluğun rəsmi istifadəsi üçün nəzərdə
tutulmuş əşyaların, ev avadanlığı da daxil olmaqla, konsulluğun
vəzifəli şəxsinin və onunla birlikdə yaşayan ailə üzvlərinin şəxsi
istifadəsi üçün nəzərdə tutulan əşyaların ölkəyə gətirilməsinə və
çıxarılmasına icazə verilir və onlar gömrük rüsumlarından azad
olunurlar. Konsulluq əməkdaşları isə ilk dəfə ölkəyə gətirilmiş ev
avadanlığı və əşyalarla bağlı yuxarıda göstərilən immunitetlərdən
istifadə edirlər.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 200-cü
maddəsinə əsasən uyğun olaraq xarici dövlətin konsul
nümayəndəlikləri və onların heyət üzvləri diplomatik nümayəndəlik
və onun heyəti üçün nəzərdə tutulmuş gömrük güzəştlərindən istifadə
edirlər
1
.
Bütün bu göstərilən problemlərin araşdırılması nəticəsində biz
aşağıdakı nəticəyə gəlirik ki, konsul immunitet və imtiyazlarını təkcə
1963-cü il Vyana Konvensiyası əsasında araşdırmaq düzgün deyil,
həmçinin Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyaları da nəzərə alınmalıdır. Onları nəzərə almadan 1963-cü
il Konvensiyasına əsaslanmaq doğru olmaz. Azərbaycan
Respublikasının ikitərəfli konsul konvensiyalarında isə daha geniş
imtiyazlar, yəni diplomatik agentin immunitet və imtiyazlarına yaxın
hüquq və güzəştlər müəyyən edilir.
1
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi. Bakı: Hüquq
ədəbiyyatı, 2001, s. 110
252
253
DİPLOMATİK ƏLAQƏLƏR HAQQINDA
VYANA KONVENSİYASI
( Vyana, 18 aprel 1961-ci il )
Bu konvensiyanın Tərəfləri olan dövlətlər
bütün ölkələrin xalqlarının lap qədim zamanlardan diplomatik
agentlərin statusunu tanıdığını qeyd edərək,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin
suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması
və dövlətlər arasındakı dostluq münasibətlərinin inkişafı haqqında
məqsəd və prinsiplərini nəzərə alaraq,
diplomatik əlaqələr, imtiyazlar və immunitetlər haqqında
beynəlxalq konvensiyanın imzalanmasının dövlətlər arasında, onların
dövlət və ictimai quruluşundan asılı olmayaraq, dostluq
münasibətlərinin inkişafına kömək göstərəcəyinə əmin olaraq,
bu cür imtiyaz və imunitetlərin ayrı-ayrı şəxslərin mənfəəti
üçün deyil, dövləti təmsil edən orqanlar kimi diplomatik nüma-
yəndəliklərin funksiyalarının səmərəli surətdə həyata keçirilməsini
təmin etmək üçün verildiyini dərk edərək,
bu Konvensiyanın müddəaları ilə birbaşa nəzərdə tutulmayan
məsələləri beynəlxalq adi hüquq normalarının tənzimləməkdə davam
edəcəyini təsdiq edərək, aşağıdakılar barəsində razılığa gəldilər:
Maddə 1
Bu Konvensiyada göstərilən aşağıdakı terminlərin mənaları
belədir:
a) - "nümayəndəlik başçısı" - akkreditə edən dövlət tərəfindən bu
keyfiyyətdə fəaliyyət göstərmək vəzifəsi həvalə olunmuş şəxsdir;
b) - "nümayəndəliyin əməkdaşları" - nümayəndəliyin başçısı və
nümayəndəliyin personalının üzvləridirlər;
c) - "nümayəndəlik personalının üzvləri" - diplomatik personalın,
inzibati-texniki personalın və xidməti personalın üzvləridirlər;
d) - "diplomatik personalın üzvləri" - nümayəndəlik personalının
diplomatik rütbələrə malik olan üzvləridirlər;
e) - "diplomatik agent" - nümayəndəliyinin başçısı və ya nü-
mayəndəliyin diplomatik personalının üzvüdür;
q) - "inzibati-texniki personalın üzvləri" - nümayəndəliyin
inzibati-texniki xidmətini həyata keçirən nümayəndəlik personalının
üzvləridirlər;
d) "xidməti personal üzvləri" - nümayəndəliyin xidməti üzrə
vəzifələri yerinə yetirən nümayəndəlik personalının üzvləridirlər;
h) - "xüsusi ev işçisi" - nümayəndəlik əməkdaşının ev işlərini
yerinə yetirən və akkreditə edən dövlətin işçisi olmayan şəxsdir;
i) - "nümayəndəliyin binası" – nümayəndəliyin başçısının
igamətgahı da daxil olmaqla, mülkiyyət hüququnun kimə mənsub
olmasından asılı olmayaraq, nümayəndəlik məqsədilə istifadə edilən
bina və ya binanın bir hissəsi ilə birlikdə bu binaya və ya binanın bir
hissəsinə xidmət edən torpaq sahəsi deməkdir.
Maddə 2
Dövlətlər arasında diplomatik münasibətlərin qurelması və daimi
diplomatik nümayəndəliyin təsis edilməsi qarşılıqlı razılıq əsasında
həyata keçirilir.
Maddə 3
1. Diplomatik nümayəndəliyin funksiyaları xücusilə bunlardan
ibarətdir:
a) - yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil etmək;
v) - beynəlxalq hüquqla yol verilən hüdudlarda yerləşmə
dövlətində akkreditə edən dövlətin və onun vətəndaşlarının
mənafelərini müdafiə etmək;
c) - yerləşmə dövlətinin hökuməti ilə danışıqlar aparmaq;
d) - yerləşmə dövlətindəki şərait və hadisələri qanuni yolla
müəyyən etmək və bunlar haqqında akkreditə edən dövlətin
hökumətinə məlumat vermək;
e) akkreditə edən dövlətlə yerləşmə dövləti arasında dostluq
münasibətlərini təşfiq etdirmək və iqtisadiyyat, mədəniyyət və elm
sahəsində onlar arasındakı qarşılıqlı münasibətləri inkişaf etdirmək.
2. Bu Konvensiyanın heç bir müddəası diplomatik nümayəndəlik
tərəfindən konsul funksiyalarının yerinə yetirilməsinə əngəl olacaq
bir müddəa kimi şərh edilə bilməz.
Maddə 4
1. Akkreditə edən dövlət yerləşmə dövlətinin onun bu dövlətdə
akkreditə etmək istədiyi nümayəndəlik başçısına aqreman verdiyinə
254
255
əmin olmalıdır.
2. Yerləşmə dövləti aqreman verməməsinin səbəbləri haqqında
akkreditə edən dövlətə məlumat verməyə borclu deyildir.
Maddə 5
1. Akkreditə edən dövlət lazımi qaydada müvafiq yerləşmə
dövlətlərini xəbərdar etdikdən sonra, əgər istənilən yerləşmə dövləti
tərəfindən etiraz olunmayıbsa, nümayəndəlik başçısını və ya hər
hansı diplomatik personal üzvünü şəraitdən asılı olaraq bir və ya bir
neçə dövlətə akreditə edə və ya təyin edə bilər.
2. Əgər akreditə edən dövlət nümayəndəlik başçısını bir və ya bir
neçə dövlətdə akkreditə edirsə, nümayəndəlik başçısının daimi
yerinin olmadığı dövlətlərin hər birində o, müvəqqəti işlər mü-
vəkkilinin başçılığı ilə diplomatik nümayəndəliklər təsis edə bilər.
3. Nümayəndəlik başçısı və ya nümayəndəliyin diplomatik
personalının hər bir üzvü istənilən beynəlxalq təşkilatda akkreditə
edən dövlətin nümayəndəsi kimi fəaliyyət göstərə bilər.
Maddə 6
Əgər yerləşmə dövləti buna etiraz etməsə iki və ya bir neçə dövlət
eyni şəxsi nümayəndəlik başçısı kimi digər dövlətdə akreditə edə
bilərlər.
Maddə 7
5, 8, 9 və 11-ci maddələrlə nəzərdə tutulan hallar istisna
olunmaqla akkreditə edən dövlət nümayəndəlik personalını azad
surətdə təyin edə bilər. Hərbi, dəniz və ya aviasiya attaşelərinə aid
məsələlərdə yerləşmə dövləti bu attaşelərin adlarının razılıq üçün
əvvəlcədən ona göndərilməsini təklif edə bilər.
Maddə 8
1. Nümayəndəliyin diplomatik personalının üzvləri prinsip
etibarilə akkreditə edən dövlətin vətəndaşları olmalıdırlar.
2. Nümayəndəliyin diplomatik personalının üzvləri yerləşmə
dövlətinin razılığı olmadan bu dövlətin vətəndaşlarından təyin edilə
bilməz, bu razılıq isə istənilən vaxt ləğv edilə bilər.
3. Yerləşmə dövləti, eyni zamanda akkreditə edən dövlətin
vətəndaşı olmayan üçüncü dövlətin vətəndaşlarına münasibətdə də bu
hüququ özündə saxlaya bilər.
Maddə 9
1. Yerləşmə dövləti istənilən vaxt öz qərarını əsaslandırmadan
akkreditə edən dövləti xəbərdar edə bilər ki, nümayəndəliyin başçısı
və ya diplomatik pesronal üzvlərindən biri persona non qrata və ya
nümayəndəlik personalı üzvlərindən biri arzuedilməz şəxsdir. Bu
halda akkreditə edən dövlət müvafiq olaraq həmin şəxsi geri
çağırmalı və ya onun nümayəndəlikdəki funksiyalarını dayan-
dırmalıdır. Bu və ya digər şəxs yerləşmə dövlətinin ərazisinə
gəlmədən də persona non qrata və ya arzuedilməz şəxs elan edilə
bilər.
2. Əgər akkreditə edən dövlət bu maddənin 1-ci bəndində nəzərdə
tutulan öhdəliyini yerinə yetirməkdən imtina etsə və ya ağlabatan
müddət ərzində yerinə yetirməsə yerləşmə dövləti həmin şəxsi
nümayəndəliyin əməkdaşı kimi tanımaqdan imtina edə bilər.
Maddə 10
1. Yerləşmə dövlətinin xarici işlər nazirliyi və ya haqqında razılıq
əldə edilmiş digər nazirlik aşağıdakı hallarda xəbərdar edilməlidir:
a) nümayəndəlik əməkdaşlarının təyin edilməsi, onların gəlməsi
və onların tamamilə getməsi və ya onların nümayəndəlikdəki
funksiyalarının dayandırılması haqqında;
b) nümayəndəlik əməkdaşının ailəsinə mənsub olan şəxsin
gəlməsi və ya tamamilə getməsi, lazımi hallarda bu və ya digər şəx-
sin nümayəndəlik əməkdaşının ailə üzvü olması və ya üzvlükdən
çıxması haqqında;
c) bu bəndin "a" yarımbəndində göstərilən şəxslərin yanında
xidmətdə olan xüsusi ev işçilərinin gəlməsi və tamamilə getməsi və
lazımi hallarda həmin işçilərin bu şəxslərin yanından xidmətdən
getməsi haqqında;
d) yerləşmə dövlətində nümayəndəlik əməkdaşı kimi və ya ev
işçiləri kimi yaşayan və imtiyaz və immunitet hüququna malik olan
şəxslərin işə götürülməsi və işdən azad edilməsi haqqında.
2. Ölkəyə gəlmək və tamamilə getmək haqqında xəbərdarlıq,
həmçinin imkan dairəsində əvvəlcədən edilməlidir.
256
257
Maddə 11
1. Nümayəndəlik personalının sayı haqqında konkret razılıq
olmadıqda, yerləşmə dövləti təklif edə bilər ki, yerləşmə dövlətindəki
şərait və vəziyyəti və nümayəndəliyin ehtiyacını nəzərə almaqla
nümayəndəlik personalının sayı onun məntiqi və normal hesab etdiyi
hüdudlarda saxlanılsın.
2. Yerləşmə dövləti elə həmin əsaslarla və heç bir ayrı- seçkilik
olmadan hər hansı müəyyən kateqoriyalı vəzifəli şəxsi qəbul
etməkdən imtina edə bilər.
Maddə 12
Yerləşmə dövlətinin aydın ifadə olunmuş razılığı olmadan,
akkreditə edən dövlət, diplomatik nümayəndəliyin bir hissəsi olan
dəftərxananı nümayəndəliyin özünün təsis edildiyi məntəqədən
başqa, digər yaşayış məntəqələrində təsis edə bilməz.
Maddə 13
1. Nümayəndəlik başçısı yerləşmə dövlətində öz funksiyalarının
yerinə yetirilməsinə bu dövlətdə mövcud olan, eyni cür tətbiq
edilməli olan praktikadan asılı olaraq, ya öz etimadnaməsini təqdim
etdiyi andan, ya da gəldiyi haqqında məlumatın və ya
etimadnamələrin təsdiq olunmuş surətlərinin yerləşmə dövlətinin
xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər
nazirliyə təqdim etdiyi andan başlamış hesab olunur.
2. Etimadnamələrin və ya onların təsdiq olunmuş surətlərinin
təqdim edilməsinin ardıcıllığı nümayəndəlik başçısının gəldiyi tarix
və saatla müəyyənləşdirilir.
Maddə 14
1. Nümayəndəlik başçıları aşağıdakı üç dərəcəyə bölünürlər:
a) dövlət başçıları yanında akkreditə edilən səfirlər və nunsilər
dərəcəsi və bu rütbələrə bərabər tutulan başqa nümayəndəlik başçıları;
b) dövlət başçıları yanında akkreditə edilən elçilər və internunsilər
dərəcəsi;
c) xarici işlər naziri yanında akkreditə edilən işlər müvəkkili
dərəcəsi.
2. Nümayəndəlik başçıları arasında birincilik və etiketdən başqa,
bu və ya digər dərəcəyə mənsub olduğuna görə heç bir fərq
qoyulmamalıdır.
Maddə 15
Nümayəndəlik başçılarının mənsub olduqdarı dərəcələr dövlətlər
arasındakı razılaşmalarla müəyyənləşdirilir.
Maddə 16
1. Müvafiq dərəcəyə mənsub nümayəndəlik başçılarının birinciliyi
13-cü maddəyə uyğun olaraq onların öz funksiyalarını yerinə
yetirməyə başladıqları tarix və saatla müəyyənləşdirilir.
2. Nümayəndəlik başçısının etimadnamələrində dərəcənin
dəyişməsilə əlaqədar olmadan edilən dəyişikliklər onun birinciliyinə
təsir etmir.
3. Bu maddə Vatikan nümayəndəsinin birinciliyi ilə əlaqədar
yerləşmə dövlətində qəbul edilmiş praktikaya toxunmur.
Maddə 17
Nümayəndəliyin diplomatik personalının birinciliyi nümayəndə-
liyin başçısı tərəfindən xarici işlər nazirliyinə və ya haqqında razılıq
əldə edilmiş digər nazirliyə məlumat verilir.
Maddə 18
Hər bir dövlətdə nümayəndəlik başçılarının qəbul qaydası hər bir
dərəcəyə münasibətdə eyni olmalıdır.
Maddə 19
1. Əgər nümayəndəlik başçısı vəzifəsi boşdursa və ya nüma-
yəndəlik başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə, nüma-
yəndəlik başçısının vəzifəsini müvəqqəti olaraq müvəqqəti işlər mü-
vəkkili yerinə yetirir. Müvəqqəti işlər müvəkkilinin soyadı nüma-
yəndəlik başçısı, əgər o bunu etmək iqtidarında deyilsə, akkreditə
edən dövlətin xarici işlər nazirliyi tərəfindən yerləşmə dövlətinin
xarici işlər nazirliyinə və ya haqqında razılıq əldə edilmiş digər
nazirliyə bildirilir.
2. Nümayəndəliyin diplomatik əməkdaşlarından heç birinin
yerləşmə dövlətində olmadığı halda, yerləşmə dövlətinin razılığı ilə
akkreditə edən dövlət inzibati-texniki personalın üzvünü nüma-
yəndəliyin cari inzibati işləri üçün məsul şəxs kimi təyin edə bilər.
258
259
Maddə 20
Maddə 24
Nümayəndəlik və onun başçısı, akkreditə edən dövlətin bayraq və
rəmzlərindən nümayəndəlik başçısının iqamətgahı da daxil olmaqla
nümayəndəlik binalarında, həmçinin nəqliyyat vasitələrində istifadə
etmək hüququna malikdir.
Nümayəndəliyin arxiv və sənədləri bütün vaxtlarda və harada
olmalarından asılı olmayaraq toxunulmazdır.
Maddə 25
Yerləşmə dövləti nümayəndəliyin funksiyalarının yerinə
yetirilməsi üçün hər cür imkanı yaratmalıdır.
Maddə 21
1. Yerləşmə dövləti onun ərazisində öz qanunlarına uyğun olaraq
akkreditə edən dövlət tərəfindən nümayəndəlik üçün zəruri binaların
alınmasında ona kömək etməli, ya da akkreditə edən dövlətin başqa
yollarla binalar almasına yardım göstərməlidir.
Maddə 26
Əgər bu, dövlətin təhlükəsizliyi baxımından gedilməsi qadağan
edilən və ya tənzimlənən zonalar haqqında qanun və qaydalara zidd
deyildirsə, yerləşmə dövləti nümayəndəliyin bütün əməkdaşlarının öz
ərazisində azad hərəkətini təmin etməlidir.
2. O, həmçinin vacib olan hallarda əməkdaşlarına da münasib
binalar almaqda nümayəndəliklərə yardım etməlidir.
Maddə 22
Maddə 27
1. Nümayəndəliyin binaları toxunulmazdır. Yerləşmə dövlətinin
hakimiyyət orqanları nümayəndəlik başçısının razılığı olmadan bu
binalara daxil ola bilməzlər.
1. Yerləşmə dövləti nümayəndəliyin rəsmi məqsədlər üçün bütün
əlaqələrinə icazə verməli və bu əlaqələri mühafizə etməlidir.
Akkreditə edən dövlətin hökuməti və digər nümayəndəlikləri, kon-
sulluqları ilə onların harada olmalarından asılı olmayaraq əlaqələrində
nümayəndəlik diplomatik kuryerlər və kodlaşdırılmış, şifrələnmiş
məktublar da daxil olmaqla bütün əlverişli vasitələrdən istifadə edə
bilər. Bununla belə, ancaq yerləşmə dövlətinin icazəsi ilə
nümayəndəlik radioqəbuledici qurub onu istismar edə bilər.
2. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından
qorumaq və nümayəndəliyin sakitliyinin istənilən formada
pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün
hər cür lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi
vəzifəsidir.
2. Nümayəndəliyin binaları, avadanlıqları və bu binalardakı digər
əmlak, həmçinin nümayəndəliyin nəqliyyat vasitələri axtarış,
müsadirə və həbs icra hərəkətlərində immunitetdən istifadə edir.
2. Nümayəndəliyin rəsmi yazışması toxunulmazdır. Rəsmi
yazışma dedikdə, nümayəndəliyə və onun funksiyalarına aid olan
bütün yazışmalar nəzərdə tutulur.
3. Diplomatik poçtu açmaq və gecikdirmək olmaz.
Maddə 23
4. Diplomatik poçtu təşkil edən bütün yerlərin onların xarakterini
göstərən görünən xarici nişanları olmalıdır və bunlar da rəsmi istifadə
üçün nəzərdə tutulan ancaq diplomatik sənəd və əşyalardan ibarət
olmalıdır.
1. Akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət
növünün ödənişi olan vergi, yığım və rüsumlardan başqa
nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə
bütün dövlət, rayon və bələdiyyə vergi, yığım və rüsumlarından
azaddırlar.
5. Statusu və diplomatik poçtu təşkil edən yerlərin sayı göstərilmiş
rəsmi sənədlə təmin edilməli olan diplomatik kuryer öz vəzifəsini
yerinə yetirərkən yerləşmə dövlətinin müdafiəsindən istifadə edir. O,
şəxsi toxunulmazlıqdan istifadə edir və hər hansı bir formada həbs
edilə və ya tutulub saxlanıla bilməz.
2. Bu maddədə bəhs edilən fiskal istisnalar akkreditə edən
dövlətlə və nümayəndəlik başçısı ilə müqavilə bağlayan şəxslərdən
yerləşmə dövlətinin qanunlarına uyğun olaraq tutulan vergi, yığım və
rüsumlara aid deyildir.
6. Akkreditə edən dövlət və ya nümayəndəlik xüsusi ad hoc dip-
lomatik kuryer təyin edə bilər. Bu cür hallarda, həmçinin bu
260
261
maddənin 5-ci bəndinin müddəaları belə bir istisna ilə tətbiq edilir ki,
burada qeyd olunan immunitetlər kuryer ona həvalə edilən diplo-
matik poçtu təyinatı üzrə çatdırdığı andan dayandırılır.
b) diplomatik agentin akkreditə edən dövlətin adından deyil, adi
şəxs kimi vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin qəyyumu, varis
və ya vərəsəni alan sifətilə çıxış etdiyi vərəsəlik iddialarında;
7. Diplomatik poçt gəlməsi üçün icazə verilən hava limanına
istiqamət götürən mülki təyyarənin ekipaj komandirinə etibar edilə
bilər. Komandir poçtu təşkil edən yerlərin sayı göstərilən rəsmi
sənədlə təmin edilməlidir, lakin o, diplomatik kuryer hesab olunmur.
Diplomatik poçtu təyyarə komandirindən bilavasitə və maneəsiz
qəbul etmək üçün nümayəndəlik öz əməkdaşlarından birini göndərə
bilər.
c) diplomatik agentin yerləşmə dövlətində özünün rəsmi funk-
siyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya
kommersiya fəaliyyətinə aid iddialar.
2. Diplomatik agent şahid qismində ifadə verməyə borclu deyildir.
3. Bu maddənin 1-ci bəndinin "a", "b", "c" yarımbəndlərinə aid
olan hallar istisna olmaqla diplomatik agentə qarşı heç bir icra
tədbirləri tətbiq edilə bilməz, ancaq bir şərtlə tətbiq edilə bilər ki,
onun şəxsiyyətinin və iqamətgahının toxunulmazlığı pozulmasın.
Maddə 28
4. Diplomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından
immuniteti onu akkreditə edən dövlətin yurisdiksiyasından azad et-
mir.
Özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin
aldığı mükafatlar və pullar bütün vergi, yığım və rüsumlardan azad
edilir.
Maddə 32
Maddə 29
1. Diplomatik agentin və 37-ci maddəyə uyğun olaraq
immunitetdən istifadə edən şəxslərin yurisdiksiya immunitetindən
akkreditə edən dövlət imtina edə bilər.
Diplomatik agentin şəxsiyyəti toxunulmazdır. O, heç bir formada
həbs edilə və ya tutulub saxlanıla bilməz. Yerləşmə dövləti ona
lazımi hörmətlə yanaşmalı və onun şəxsiyyəti, azadlıq və şərəfinə
qarşı ola biləcək qəsdlərin qarşısını almaq üçün bütün lazımi
tədbirləri görməlidir.
2. İmtina həmişə müəyyən şəkildə ifadə edilməlidir.
3. Diplomatik agent və ya 37-ci maddəyə müvafiq olaraq yuris-
diksiya immunitetindən istifadə edən şəxsin iş qaldırması onu əsas
iddia ilə bilavasitə əlaqəsi olan qarşılıqlı iddiaya münasibətdə yuris-
diksiya immuniteti hüququndan məhrum edir.
Maddə 30
4. Mülki və ya inzibati işə münasibətdə yurisdiksiya
immunitetindən imtina qərarın yerinə yetirilməsinə münasibətdə
immunitetdən imtina etmək deyildir, bunun üçün xüsusi imtina tələb
olunur.
1. Diplomatik agentin şəxsi iqamətgahı da nümayəndəlik
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə edir.
2. Onun kağızları və yazışması və 31-ci maddənin 3-cü bəndində
nəzərdə tutulan istisnalarla onun mülkiyyəti eyni dərəcədə toxunul-
mazdır.
Maddə 33
Maddə 31
1. Bu maddənin 3-cü bəndinə əməl olunması şərtilə, yerləşmə
dövlətində sosial təminat haqqında qüvvədə olan qərarları diplomatik
agentin akkreditə edən dövlətə münasibətdə göstərdiyi xidmətlərə aid
edilmir.
1. Diplomatik agent yerləşmə dövlətinin cinayət yurisdiksiya-
sından immunitetindən istifadə edir. O, həmçinin aşağıda göstərilən
hallardan başqa mülki və inzibati yurisdiksiya immunitetindən də
istifadə edir:
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan istisna yalnız dip-
lomatik agentin yanında qulluq edən ev işçilərinə aşağıdakı şərtlərlə
aid edilir:
a) yerləşmə dövlətində olan şəxsi daşınmaz əmlaka aid mülkiyyət
iddiası, əgər bu əmlak akkreditə edən dövlətin adından
nümayəndəliyin məqsədləri üçün alınmayıbsa;
a) əgər onlar yerləşmə dövlətinin vətəndaşı deyillərsə və ya bu
262
263
dövlətdə daima yaşamırlarsa;
b) əgər akkreditə edən dövlətdə və ya üçüncü dövlətdə qüvvədə
olan sosial təminat haqqında qərarlar onlara şamil olunursa.
3. Bu maddənin 2-ci bəndi ilə nəzərdə tutulan istisnaların aid
edilmədiyi şəxsləri işə götürmüş diplomatik agent yerləşmə
dövlətində qüvvədə olan qərarlarla işverənlər üzərinə qoyulan
vəzifələri yerinə yetirməlidir.
4. Bu maddənin 1-ci və 2-ci bəndləri ilə nəzədə tutulan istisnalar
yerləşmə dövlətinin sosial təminat sistemində könüllü surətdə iştirak
etməyə maneçilik törətmir, ancaq bir şərtlə ki, bu dövlət belə iştiraka
yol verir.
5. Bu maddənin müddəaları sosial təminat haqqında əvvəllər
bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrə toxunmur və
gələcəkdə belə müqavilələrin bağlanmasına maneçilik törətmir.
Maddə 34
Diplomatik agent aşağıdakılar istisna olmaqla bütün dövlət,
rayon və bələdiyyə vergilərindən, yığımlarından, şəxsi və əmlak
rüsumlarından azad edilir:
a) adətən malların və ya xidmətlərin qiymətinə daxil edilən
dolayı vergilər;
b) yerləşmə dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka
həmin şəxs akkreditiv dövlətin adından nümayəndəliyin məqsədləri
üçün malik deyildirsə, həmin daşınmaz əmlaka görə yığımlar və
vergilər;
c) 39-cu maddənin 4-cü bəndindəki istisnalarla yerləşmə dövləti
tərəfindən tutulan miras vergiləri və vərəsəlik rüsumları;
d) mənbəyi yerləşmə dövlətində olan şəxsi gəlirdən rüsumlar və
vergilər, həmçinin yerləşmə dövlətindəki kommersiya müəssisələrinə
kapital qoyuluşundan tutulan vergilər;
e) konkret xidmət növlərinə görə tutulan rüsumlar;
f) 23-cü maddədə nəzərdə tutulan istisnalarla daşınmaz əmlaka
münasibətdə qeydiyyat, məhkəmə və reyestr rüsumları, ipoteka
rüsumları və gerb rüsumu.
Dostları ilə paylaş: |