Maddə 36
Göndərən dövlətin vətəndaşları ilə əlaqə və münasibətlər
1.
Göndərən dövlətin vətəndaşlarına münasibətdə konsul
funksiyalarının yerinə yetirilməsini yüngülləşdirmək məqsədilə:
a) konsulluğun vəzifəli şəxsləri göndərən dövlətin vətəndaşları
ilə sərbəst şəkildə əlaqə saxlaya və onlara baş çəkə bilər. Göndərən
dövlətin vətəndaşları da göndərən dövlətin konsulluq vəzifəli şəxsləri
ilə əlaqə saxlamaq və onlara baş çəkməklə əlaqədar eyni azadlığa
malikdirlər.
b) yerləşmə dövlətinin səlahiyyətli orqanları göndərən
dövlətin konsulluq dairəsi hüdudlarında bu dövlətin hər hansı bir
vətəndaşının həbs olunması, haqqında həbs qəti imkan tədbiri
seçilməsi və ya məhkəməyə qədər ibtidai həbsdə olması və ya hər
hansı bir digər formada tutulub saxlanılması barədə əgər həmin
vətəndaş bunu tələb edirsə göndərən dövlətin konsulluğuna
yubadılmadan məlumat verməlidir. Həbsdə, dustaqxanada, nəzarət
altında olan və ya tutulub saxlanılan şəxs tərəfindən bu konsulluğa
ünvanlanan bütün məlumatlar da, həmçinin yubadılmadan həmin
orqanlar tərəfindən konsulluğa çatdırılır. Qeyd edilən orqanlar həmin
şəxsə hazırkı yarımbəndə
uyğun olaraq onun malik olduğu hüquqları
barədə gecikdirilmədən məlumat verməlidir;
c) konsul vəzifəli şəxsləri göndərən dövlətin həbsdə, nəzarət
altında olan və ya tutulub saxlanılan vətəndaşı ilə söhbət etmək, ona
baş çəkmək, həmçinin onunla yazılı əlaqə saxlamaq və onun hüquqi
nümayəndəliyini təmin etməklə əlaqədar tədbirlər görmək hüququna
malikdir. Onlar, həmçinin məhkəmə qərarının icrası məqsədilə
konsulluq dairəsində həbsdə, nəzarət altında olan və ya tutulub
saxlanılan göndərən dövlətin istənilən vətəndaşına baş çəkmək
hüququna malikdirlər. Bununla yanaşı konsul vəzifəli şəxsləri
həbsdə, nəzarət altında olan və ya tutulub saxlanılan vətəndaşın
adından əgər o buna aydın etiraz edirsə çıxış etməkdən
çəkinməlidirlər.
2. Hazırkı maddənin 1-ci bəndində göstərilən hüquqlar
yerləşmə dövlətinin qanun və qaydalarına uyğun olaraq həyata
keçirilməlidir. Lakin o şərtlə ki, bu qanun və qaydalar hazırkı
maddəyə uyğun olaraq nəzərdə tutulan hüquqların xidmət etdikləri
məqsədləri tam həyata keçirilməsinə gətirib çıxarsın.
Maddə 37
Ölüm, qəyyumluq və ya himayədarlıq haqqında
və gəmi və təyyarələrin qəzaları haqqında bildiriş
Yerləşmə dövlətinin səlahiyyətli orqanlarında uyğun
informasiya olduqda bu orqanlar:
a) göndərən dövlətin vətəndaşının ölümü halında ölümün baş
verdiyi dairənin konsulluğunu bu barədə yubadılmadan xəbərdar
etməlidirlər;
b) göndərən dövlətin vətəndaşı olan yetkinlik yaşına çatmayan
və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin marağına cavab
verən qəyyum və himayəçilərin təyin edildiyi bütün hallarda təxirə
salınmadan səlahiyyətli konsulluğa məlumat verməlidirlər. Lakin bu
informasiyanın verilməsi bu cür təyin olunmaya aid yerləşmə
dövlətinin qanun və qaydalarının tətbiqinə maneə yaratmamalıdır;
c) əgər göndərən dövlətin gəmisi yerləşmə dövlətinin daxili və
yaxud ərazi sularında qəzaya uğrayarsa və ya saya oturarsa, və yaxud
göndərən dövlətdə qeydiyyatda olan təyyarə yerləşmə dövlətinin
ərazisində qəzaya uğrayırsa gecikdirilmədən bu barədə hadisə yerinə
yaxın konsulluğu məlumatlandırmalıdır.
Maddə 38
Yerləşmə dövlətinin orqanları ilə əlaqə
Konsulluğun vəzifəli şəxsi öz funksiyalarını icra edərkən
müraciət edə bilər:
a) öz konsulluq dairəsinin yerli səlahiyyətli orqanlarına;
b) yerləşmə dövlətinin qanun, qayda və adətlərinin və ya
müvafiq beynəlxalq müqavilələrin imkan verdiyi hallarda və
dərəcədə yerləşmə dövlətinin mərkəzi səlahiyyətli orqanlarına.
Maddə 39
290
291
Konsulluq yığımları
Maddə 42
Həbs, ilkin saxlanılma və ya məhkəmə təhqiqatı barədə bildiriş
1. Konsulluq yerləşmə dövlətinin ərazisində icra etdiyi
konsulluq aktları üçün göndərən dövlətin qanun və qaydaları ilə
nəzərdə tutulmuş yığım və rüsumlar tuta bilər.
Konsulluq heyətinin hər hansı işçisinin həbs olunması, ilkin
saxlanılması və ya onun barəsində cinayət işinin açılması halında
yerləşmə dövləti təxirə salınmadan bu haqda konsulluğun başçısına
məlumat verir. Əgər sonuncusu özü belə tədbirlərə məruz qalırsa
yerləşmə dövləti diplomatik kanallar vasitəsilə göndərən dövlətə bu
haqda məlumat verir.
2. Hazırkı maddənin 1-ci bəndində qeyd olunan yığım və
rüsum şəklində toplanmış məbləğ və bu yığım və rüsumların
tutulması üçün verilən qəbzlər yerləşmə dövlətində bütün vergi,
yığım və rüsumlardan azad olunur.
II Bölmə. Ştatlı konsul vəzifəli şəxslərinin
Maddə 43
və konsulluğun digər işçilərinin üstünlük, imtiyaz və
immunitetləri
Yurisdiksiyadan immunitet
1.
Konsul vəzifəli şəxsləri və konsul əməkdaşları konsul
funksiyalarını yerinə yetirən zaman həyata keçirdikləri hərəkətlərə
münasibətdə yerləşmə dövlətinin məhkəmə və inzibati orqanlarının
yurisdiksiyasından azaddılar.
Maddə 40
Konsul vəzifəli şəxslərinin müdafiəsi
Yerləşmə dövləti konsul vəzifəli şəxslərinə hörmətlə yanaşmalı
və onların şəxsiyyətinə azadlığına və ya ləyaqətinə hər hansı
qəsdlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir.
2.
Lakin hazırkı maddənin 1-ci bəndinin müddəaları aşa-
ğıdakı mülki iddialara münasibətdə tətbiq olunmur:
a) konsulluğun vəzifəli şəxsi və ya konsul əməkdaşı tərəfindən
göndərən dövlətin agenti simasında bilavasitə və ya dolayısı ilə öz
üzərilərinə öhdəlik götürmədən bağladıqları müqavilədən irəli gələn
hallarda; və yaxud
Maddə 41
Konsul vəzifəli şəxslərinin şəxsi toxunulmazlığı
b) yol-nəqliyyat vasitələri, gəmi və təyyarə ilə bağlı yerləşmə
dövlətində bədbəxt hadisələr nəticəsində üçüncü tərəfə vurulan zərərə
görə.
1.
Konsul vəzifəli şəxsləri ağır cinayət törədilməsi halında
səlahiyyətli məhkəmə hakimiyyətinin qərarı olan hallar istisna
olmaqla nə həbs edilə, nə də tutulub saxlanıla bilməzlər.
2.
Hazırkı maddənin 1-ci bəndində göstərilən hallar istisna
olmaqla konsul vəzifəli şəxsləri qanuni qüvvəyə minmiş məhkəmə
qərarının icrası olmayan hallarda həbsxanaya salına bilməz və onun
şəxsi azadlığı heç bir formada məhdudlaşdırıla bilməz.
Maddə 44
Şahid ifadəsini vermək öhdəliyi
1. Konsulluq işçiləri məhkəmə və inzibati işlərin baxılması
zamanı şahid qismində çağırıla bilərlər. Konsulluq əməkdaşı və ya
xidmət personalı işçisi bu maddənin 3-cü bəndində nəzərdə tutulan
hallar istisna olmaqla şahid ifadəsi verməkdən imtina edə bilməz.
Konsulluğun vəzifəli şəxsi şahid ifadəsi verməkdən imtina edərsə,
ona qarşı heç bir məcburiyyət və ya cəza tədbirləri tətbiq edilə
bilməz.
3.
Əgər konsul vəzifəli şəxsi haqqında cinayət işi qaldırılarsa
bu şəxs səlahiyyətli orqanlara gəlməlidir. Buna baxmayaraq, işin
icraatı zamanı konsul vəzifəli şəxsinin tutduğu rəsmi mövqeyə görə
ona hörmət olunmalı və bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş
hallardan başqa onun konsul funksiyalarının yerinə yetirilməsinə
mümkün qədər az əngəl yaradılmalıdır. Hazırkı maddənin 1-ci
bəndinə uyğun olaraq konsul vəzifəli şəxsinin saxlanılması zərurəti
yarandıqda onun haqqında məhkəmə təhqiqatı mümkün qədər qısa
müddət ərzində başladılmalıdır.
2. Konsulluğun vəzifəli şəxsindən şahid ifadəsi verməyi tələb
edən orqan vəzifələrini yerinə yetirmək üçün ona maneə yaratmaqdan
çəkinməlidir. Bu orqan imkan daxilində konsulluğun vəzifəli şəxsinin
ifadəsini yaşadığı yerdə və ya konsulluqda dinləyə və yaxud da yazılı
292
293
Maddə 47
qayda da qəbul edə bilər.
İşləməyə görə icazə almaqdan azad edilmə
3. Konsulluq işçiləri öz vəzifələrini yerinə yetirmələri ilə bağlı
olan məsələlərə dair şahid ifadəsi verməyə və ya onların
funksiyalarına aid rəsmi korrespondensiyaları və sənədləri təqdim
etməyə borclu deyillər. Onlar, həmçinin göndərən dövlətin milli qa-
nunvericiliyini izah edən şahid ifadəsi verməyə də borclu deyillər.
1. Konsulluğun işçiləri göndərən dövlət üçün görülən işlərin
yerinə yetirilməsi ilə əlaqədar yerləşmə dövlətinin qanun və qaydaları
ilə müəyyən edilən xarici vətəndaşların əmək fəaliyyətinə görə icazə
almaq vəzifəsindən azad edilirlər.
Maddə 45
2. Konsulluğun vəzifəli
şəxslərinin və konsulluq
əməkdaşlarının xüsusi ev xidmətçiləri yerləşmə dövlətində gəlir əldə
etmək məqsədilə heç bir digər fəaliyyətlə məşğul olmadıqları halda bu
maddənin 1-ci bəndində nəzərdə tutulan vəzifələrdən azad edilirlər.
İmtiyazlardan və immunitetlərdən imtina edilməsi
1. Göndərən dövlət konsulluq işçilərinin 41, 43 və 44- cü
maddələrdə
nəzərdə tutulan istənilən imtiyazlarından və
immunitetlərindən imtina edə bilər.
Maddə 48
2. Bu maddənin 3-cü bəndində nəzərdə tutulan hal istisna
olmaqla, belə imtina aydın ifadə olunmalı və bu barədə yerləşmə
dövlətinə yazılı şəkildə bildirilməlidir.
Sosial təminata aid istisnalar
1. Bu maddənin 3-cü bəndində nəzərdə tutulan hallar istisna
olmaqla yerləşmə dövlətində qüvvədə olan sosial təminat haqqında
qərarlar göndərən dövlət üçün görülən işlərlə əlaqədar olaraq
konsulluq işçilərinə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil
edilmir.
3. Konsulluğun vəzifəli şəxsi və ya konsulluq işçisi tərəfindən
43-cü maddəyə uyğun olaraq yurisdiksiyaya qarşı immunitetdən
istifadə edə biləcəyi hallarda məhkəmə işi qaldırılması, bilavasitə
əsas iddia ilə bağlı hər hansı qarşılıqlı iddiaya münasibətdə onun
yurisdiksiyaya qarşı immunitetinə istinad etmək hüququndan
mərhum edir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan istisnalar eləcə
də, yalnız konsulluq işçilərinin xidmətində olan xüsusi ev
xidmətçilərinə aşağıdakı şərtlərlə aid edilir:
4. Mülki və ya inzibati işlər üzrə yurisdiksiya immunitetindən
imtina etmək, məhkəmə qərarlarının nəticəsi olan icra hərəkətlərinin
yerinə yetirilməsi ilə bağlı immunitetdən imtina etmək deyildir; belə
hərəkətlərə münasibətdə ayrıca imtina zəruridir.
a) onlar yerləşmə dövlətinin vətəndaşları deyillər və bu
dövlətdə daimi yaşamırlar; və
b) onlara yerləşmə dövlətində və ya üçüncü dövlətdə qüvvədə
olan sosial təminat haqqında müddəalar aid edildikdə.
Maddə 46
3. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan, istisnalar şamil
edilməyən şəxsləri, əmək fəaliyyətinə cəlb edən konsulluq işçiləri iş
fəaliyyətinə cəlb edənin yerləşmə dövlətində qüvvədə olan sosial
təminat haqqında qərarlarla üzərinə düşən öhdəliklərini yerinə
yetirməlidir.
Xarici vətəndaş sifətində qeydiyyata düşməkdən və yaşayış
icazəsi almaqdan azadedilmə
1. Konsulluğun vəzifəli şəxsləri, konsulluq əməkdaşları və
onlarla birlikdə yaşayan ailə üzvləri yerləşmə dövlətinin xarici
vətəndaşların qeydiyyatına aid qanun və qaydalarında nəzərdə tutulan
bütün öhdəliklərdən və yaşayış icazəsi almaqdan azad edilirlər.
4. Bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan
istisnalar yerləşmə dövlətinin icazə verdiyi təqdirdə, yerləşmə
dövlətində sosial təminat sistemində könüllü iştiraka maneə yaratmır.
2. Bu maddənin 1-ci bəndinin müddəaları göndərən dövlətdə
daimi xidmətdə olmayan istənilən konsulluq əməkdaşına və ya
yerləşmə dövlətində gəlir əldə etmək məqsədilə fərdi fəaliyyətlə
məşğul olan şəxslərə, həmçinin belə əməkdaşın istənilən ailə üzvünə
tətbiq olunmur.
Maddə 49
Vergi istisnaları
1. Konsulluğun vəzifəli şəxsləri, konsulluq əməkdaşları, habelə
onlarla birlikdə yaşayan ailə üzvləri aşağıdakılar istisna olmaqla, hər
294
295
növ şəxsi, əmlak, dövlət, rayon, bələdiyyə, vergi, yığım və
rüsumlarından azad olunurlar;
a) əmtəə və ya xidmətin dəyərinə, bir qayda olaraq, daxil
edilmiş dolayı vergilər;
b) 32-ci maddənin müddəalarında nəzərdə tutulan istisnalarla,
yerləşmə dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka görə
vergi və yığımlar;
c) 51-ci maddənin "b" bəndində nəzərdə tutulan istisnalarla,
yerləşmə dövləti tərəfindən tutulan miras qalmış əmlaka görə ver-
gilər, vərəsəliyə görə rüsumlar və ya əmlakın keçirilməsinə görə
vergilər;
ç) mənbəsi yerləşmə dövlətində olan kapitaldan alınan gəlir də
daxil olmaqla, şəxsi gəlirə görə vergi və yığımlar və yerləşmə
dövlətindəki kommersiya və ya maliyyə müəssisələrinə kapital
qoyuluşuna görə vergilər;
d) konkret xidmət növlərindən istifadəyə görə yığmalar;
e) 32-ci maddənin müddəalarında nəzərdə tutulan istisnalarla,
qeydiyyat, məhkəmə və reyestr rüsumları, ipoteka yığımları və gerb
yığımları.
2. Xidməti personalı işçiləri öz işlərinə görə aldıqları əmək
haqqı vergilərindən, digər yığım və rüsumlardan azaddır.
3. Əmək haqları yerləşmə dövlətindəki vergilərdən azad
olmayan şəxsləri əmək fəaliyyətinə cəlb edən konsulluq işçiləri gəlir
vergisinin tutulmasına aid məsələlərdə yerləşmə dövlətinin qanun və
qaydalarına uyğun olaraq, iş fəaliyyətinə cəlb edənin üzərinə düşən
öhdəliklərə əməl edirlər.
Maddə 50
Gömrük rüsumlarından və nəzarətindən azadedilmə
1. Yerləşmə dövləti özünün qəbul olunmuş qayda və
qanunlarına uyğun olaraq, aşağıda göstərilən əşyaları bu ölkəyə
gətirməyə icazə verir, saxlamaya görə, miniklə daşınmaya görə və
buna oxşar xidmətlər üçün ayrılan yığımlar istisna olmaqla, onaları
bütün gömrük rüsumlarından, vergi və bununla bağlı yığımlardan
azad edir;
a) konsulluğun rəsmi istifadəsi üçün nəzərdə tutulmuş əşyalar;
b) ev avadanlığı da daxil olmaqla, konsulluğun vəzifəli
şəxsinin və onunla birlikdə yaşayan ailə üzvlərinin, şəxsi istifadəsi
üçün nəzərdə tutulan əşyalar. İstehlak mallarının miqdarı müvafiq
şəxslərin bilavasitə tələbatı üçün lazım olan miqdardan artıq
olmamalıdır.
2. Konsulluq əməkdaşları ilk dəfə ölkəyə gətirilmiş ev
avadanlığı və əşyalarla bağlı bu maddənin 1-ci bəndində nəzərdə
tutulan imtiyazlardan və azadolunmalardan istifadə edirlər.
3. Konsulluğun vəzifəli şəxsləri, onlarla yaşayan və onları
müşayiət edən ailə üzvlərinin şəxsi baqajları yoxlamalardan azaddır.
Bu baqaj yalnız hazırkı maddənin 1-ci bəndinin "b" yarımbəndində
nəzərdə tutulan istisnaların şamil edilmədiyi əşyaların olduğunu
güman etməyə ciddi əsaslar olduqda, yaxud idxalı və ixracı yerləşmə
dövlətinin qanun-qaydalarına uyğun olaraq qadağan edilmiş və eləcə
də yerləşmə dövlətinin karantin qanunları və qaydaları ilə
tənzimlənən əşyalar olduqda yoxlanıla bilər. Bu cür yoxlama yalnız
müvafiq konsulluq vəzifəli şəxsinin və ya onun ailə üzvünün iştirakı
ilə aparılır.
Maddə 51
Konsulluq işçilərinin və onların ailə üzvlərinin miras qalmış
əmlakı
Konsulluq işçisi və ya onunla birlikdə yaşayan ailə üzvü
öldükdə, yerləşmə dövləti:
1. Yerləşmə dövlətində əldə olunan və həmin şəxsin ölümü
anında ölkədən çıxarılması qadağan olunan əmlak istisna edilməklə
ölənin qəbul edən dövlətdə əldə edilmiş daşınan əmlakını çıxarmağa
icazə verir;
2. Ölmüş şəxsin yerləşmə dövlətində konsulluq işçisi sifətində
işləməsi, yaxud onun ailə üzvü kimi yaşaması ilə əlaqədar yerləşmə
dövlətinin ərazisində yerləşən miras qalmış daşınan əmlakından
vərəsəliyə görə yaxud mirasa görə, heç bir dövlət, rayon, bələdiyyə
vergi və rüsumu tutmur.
Maddə 52
Şəxsi mükəlləfiyyətlərdən azad edilmə
Yerləşmə dövləti konsulluq işçilərini və onlarla birlikdə yaşayan
ailə üzvlərini, xüsusiyyətindən asılı olmayaraq əmək və dövlət
mükəlləfiyyətlərindən, habelə rekvizisiya, kontribusiya və hərbi
düşərgələr salmaq kimi hərbi mükəlləfiyyətlərdən azad etməlidir.
296
297
Maddə 53
Konsulluq imtiyazlarının və immunitetlərinin başlanması və
bitməsi
1. Konsulluğun hər bir işçisi yerləşmə dövlətinin ərazisinə
daxil olub təyinat yerinə gedərkən və ya bu ərazidə olduğu təqdirdə
konsulluqda öz vəzifələrinin icrasına başladığı andan hazırkı
Konvensiyada nəzərdə tutulan imtiyazlardan və immunitetlərdən
istifadə edir.
2. Konsulluq işçisinin onunla birlikdə yaşayan ailə üzvləri və
xüsusi ev xidmətçiləri, bu Konvensiya ilə nəzərdə tutulan immunitet
və imtiyazlardan bu maddənin 1-ci bəndinə uyğun olaraq imtiyaz və
immunitetlərin ona verildiyi andan, yerləşmə dövlətinin ərazisinə
gəldiyi vaxtdan və ya müvafiq olaraq ailə üzvülüyünə daxil olduğu,
yaxud onun ev xidmətçiləri hesab olunduğu andan hansının daha gec
baş verməsindən asılı olaraq istifadə edirlər.
3. Konsulluq işçisinin funksiyaları dayandırıldıqda onun
immunitet və imtiyazları və həmçinin onunla birgə yaşayan ailə
üzvlərinin yaxud xüsusi ev xidmətçilərinin imtiyazları və
immunitetləri adətən həmin şəxsin yerləşmə dövlətini tərk etdiyi
andan və ya bu dövləti tərk etmək üçün lazım olan müddəti keçəndən
sonra, bu hallardan hansı birinin tez başladığından asılı olaraq,
dayandırılır. Lakin həmin vaxtadək, hətta silahlı münaqişə olduqda
belə, bu imtiyazlar və immunitetlər davam edir. Bu maddənin 2-ci
bəndində göstərilən şəxslərin imtiyazları və immunitetləri onların
müvafiq olaraq, həmin şəxsin ailə üzvləri sayılmadığı və ya onun
yanında xidmətini tərk etdiyi andan dayandırılır. Lakin o qeyd şərtlə
ki, onlar lazımi müddət ərzində yerləşmə dövlətini tərk etmək
niyyətində olduqda, ölkədən gedənədən imtiyazları və immunitetləri
saxlanılır.
4. Lakin konsulluğun vəzifəli şəxsi və konsulluq əməkdaşının
öz funksiyalarını yerinə yetirərkən həyata keçirdikləri əməllərinə
münasibətdə onun yurisdiksiya immunitetləri heç bir müddətlə
məhdudlaşdırılmadan davam edir.
5. Konsulluq işçisi öldükdə, onunla birlikdə yaşayan ailə
üzvləri yerləşmə dövlətini tərk edənədək və ya yerləşmə dövlətini
tərk etmək üçün məqbul müddət keçənədək, bu hallarda hansına tez
başlanmasından asılı olaraq, onlara verilmiş imtiyaz və
immunitetlərdən istifadə etməkdə davam edirlər.
Maddə 54
Üçüncü dövlətlərin öhdəlikləri
1. Öz vəzifəsini tutmaq üçün gedərkən və ya vəzifəsinə
qayıdarkən və ya öz ölkəsinə qayıdarkən konsul vəzifəli şəxsi zərurət
olduqda, ona viza verən üçüncü dövlətin ərazisindən keçirsə və ya
üçüncü dövlətin ərazisində yerləşirsə, bu üçüncü dövlət onun keçib
getməsini və ya qayıtmasını təmin etmək üçün hazırkı Konvensiyanın
digər maddələri ilə nəzərdə tutulan bütün immunitetləri verir. Bunlar
onunla bir yerdə yaşayan və bu cür imtiyaz və immunitetlərdən
istifadə edən, konsul vəzifəli şəxsini müşayiət edən və ya ayrılıqda
ona çatmaq üçün gedən və ya öz ölkəsinə qayıdan onun ailə üzvlərinə
də aiddir.
2. Hazırkı maddənin 1-ci bəndində göstərilən vəziyyət
yarandıqda üçüncü dövlət konsulluğun digər işçilərinin və ya onlarla
bir yerdə yaşayan ailə üzvlərinin onun ərazisindən keçib getməsinə
maneçilik törətməməlidir.
3. Üçüncü dövlətlər tranzitlə gedən rəsmi korrespondensiyaya
və kodlaşdırılmış, şifrəli depeşlər də daxil olmaqla digər rəsmi
məlumatlara da yerləşmə dövlətinin hazırkı Konvensiyaya uyğun
olaraq verdiyi azadlıq və mühafizəni verməlidir. Bu dövlətlər tranzitlə
gedən, zərurət olduqda viza verilmiş konsul kuryerlərinə və həmçinin
konsul valizinə də yerləşmə dövlətinin hazırkı Konvensiyaya uyğun
olaraq verdiyi eyni azadlıq və mühafizəni verməlidir.
4. Üçüncü dövlətlərin bu maddənin 1, 2 və 3-cü bəndləri ilə
nəzərdə tutulan vəzifələri bu bəndlərdə nəzərdə tutulan və fövqəladə
vəziyyətlə əlaqədar üçüncü dövlətin ərazisində olan rəsmi
məlumatlara və konsul valizinə də aid edilir.
Maddə 55
Yerləşmə dövlətinin qanun və qaydalarına hörmət
1. İmtiyazlardan və immunitetlərdən istifadə edən bütün
şəxslər imtiyazlarına və immunitetlərinə xələl gətirmədən yerləşmə
dövlətinin qanun və qaydalarına hörmət etməlidirlər. Onlar, eləcə də,
bu dövlətin daxili işlərinə qarışmamalıdırlar.
2. Konsulluq binaları konsulluq funksiyalarına uyğun
gəlməyən məqsədlər üçün istifadə edilməməlidir.
298
299
3. Bu maddənin 2-ci bəndinin müddəaları dəftərxanaların,
digər orqanların və ya idarələrin konsulluğun tutduğu binada
yerləşməsi imkanını istisna etmir, bu şərtlə ki, belə dəftərxanalara
verilmiş otaqlar konsulluğun istifadə etdiyi otaqlardan ayrılmış olsun.
Bu halda hazırkı Konvensiyaya əsasən göstərilən dəftərxanalar
konsulluq binalarının hissəsi hesab edilmir.
Maddə 56
Üçüncü şəxslərə vurulan zərərdən sığorta
Konsulluğun işçiləri istənilən yol nəqliyyat vasitələrinin, gəmi və
təyyarənin istifadəsi ilə əlaqədar üçüncü şəxslərə vurula biləcək zərərdən
sığortaya münasibətdə yerləşmə dövlətinin qanun və qaydaları ilə
nəzərdə tutulan bütün tələblərə riayət etməlidirlər.
Maddə 57
Gəlir əldə etmək məqsədilə şəxsi fəaliyyətə aid xüsusi müddəalar
1. Ştatlı konsulluq vəzifəli şəxsləri yerləşmə dövlətində şəxsi
gəlir əldə etmək məqsədilə heç bir peşəkar və ya kommersiya
fəaliyyəti ilə məşğul olmamalıdırlar.
2. Hazırkı Konvensiyada nəzərdə tutulmuş imtiyazlar və
immunitetlər aşağıdakılara aid edilmir.
a) yerləşmə dövlətində şəxsi gəlir əldə etmək məqsədilə şəxsi
fəaliyyətlə məşğul olan konsulluq əməkdaşları və xidmət personalı
işçisinə;
b) hazırkı bəndin "a" yarımbəndində göstərilən şəxsin ailə
üzvlərinə və ya xüsusi ev xidmətçilərinə;
c) konsulluq işçilərinin yerləşmə dövlətində gəlir əldə etmək
məqsədilə şəxsi fəaliyyətlə məşğul olan ailə üzvlərinə.
III Fəsil. Fəxri konsul vəzifəli şəxslərinə və fəxri konsul vəzifəli
şəxslərinin rəhbərlik etdikləri konsulluqlara tətbiq olunan rejim
Maddə 58
Üstünlük, imtiyaz və immunitetlərə aid olan ümumi müddəalar
1.
28, 29, 30, 34, 35, 36, 37, 38 və 39-cu maddələr, 54-cü
maddənin 3-cü bəndi və 55-ci maddənin 2 və 3-cü bəndləri fəxri
konsul vəzifəli şəxslərinin rəhbərlik etdikləri konsulluqlara şamil
olunur. Bundan başqa belə konsulluqların üstünlük, imtiyaz və
immunitetləri 59, 60, 61 və 62-ci maddələrlə tənzimlənir.
2.
42 və 43-cü maddələr, 44-cü maddənin 3-cü bəndi 45 və
53-cü maddələr və 55-ci maddənin 1-ci bəndi fəxri konsul vəzifəli
şəxslərinə şamil olunur. Bundan başqa belə konsul vəzifəli
şəxslərinin üstünlük, imtiyaz və immunitetləri 63, 64, 65, 66 və 67-ci
maddələrlə tənzimlənir.
3.
Hazırkı Konvensiya ilə nəzərdə tutulan imtiyaz və
immunitetlər fəxri konsul vəzifəli şəxslərinin ailə üzvlərinə və ya
fəxri konsul vəzifəli şəxsinin rəhbərlik etdiyi konsulluqda işləyən
konsul əməkdaşına verilmir.
4.
Fəxri konsul vəzifəli şəxslərinin rəhbərlik etdikləri və
müxtəlif dövlətlərdə yerləşən konsulluqlar arasında konsul valizinin
mübadiləsinə iki uyğun yerləşmə dövlətinin razılığı olmadan icazə
verilmir.
Dostları ilə paylaş: |