Maddə 43
İmmunitet və imtiyazların təsir müddəti
1. Xüsusi missiyanın hər bir üzvü xüsusi missiyada öz funk-
siyalarını yerinə yetirmək məqsədilə qəbul edən dövlətin ərazisinə
qədəm qoyduğu andan, və ya əgər həmin şəxs artıq bu dövlətin
ərazisindədirsə onun təyini haqqında xarici işlər nazirliyinə və ya
haqqında razılıq əldə edilmiş digər bir nazirliyə məlumat verilən
andan, onun hüququ olan imtiyaz və immunitetlərdən istifadə edir.
2. Əgər xüsusi missiya üzvünün funksiyaları bitirsə, onun
imtiyaz və immunitetləri o, qəbul edən dövlətin ərazisini tərk edən
andan və ya bunu etmək üçün verilən ağlabatan vaxt bitdikdən sonra
dayandırılır, lakin hərbi münaqişə hallarında belə, həmin vaxta qədər
bu imtiyaz və immunitetlər qüvvədə qalır. Lakin missiyanın bu üzvü
tərəfindən öz funksiyalarını yerinə yetirərkən həyata keçirilən
əməllərə münasibətdə immunitet qalmaqda davam edir.
3. Əgər xüsusi missiyanın üzvü vəfat edirsə, onun ailə üzvləri,
qəbul edən dövlətin ərazisini tərk etmək üçün ağlabatan müddət
bitənə qədər özlərinin imtiyaz və immunitetlərindən istifadə etməyə
davam edirlər.
Maddə 44
Xüsusi missiyanın üzvünün və ya
onun ailə üzvlərinin ölümü halında onların əmlakı
1. Xüsusi missiyanın üzvü və ya onu müşayiət edən ailə
üzvünün vəfat etməsi halında əgər, vəfat edən şəxs qəbul edən
dövlətin vətəndaşı deyildisə və ya orada daimi yaşamayıbsa, qəbul
edən dövlət bu ölkədə əldə olunan və həmin şəxsin ölümü anında
ölkədən çıxarılması qadağan olunan bütün əmlak istisna edilməklə
ölənin qəbul edən dövlətdə əldə edilmiş daşınan əmlakını çıxarmağa
icazə verir.
2. Vəfat edən şəxsin qəbul edən dövlətdə xüsusi missiyanın
üzvü və ya xüsusi missiyanın üzvünün ailə üzvü kimi olması ilə
əlaqədar bu dövlətdə yerləşən daşınar əmlakdan miras vergisi və
varislik rüsumu alınmır.
Maddə 45
Qəbul edən dövlətin ərazisindən çıxmağa və xüsusi missiyanın
arxivlərinin çıxarılmasına yardım etmək
Qəbul edən dövlət, hətta silahlı münaqişə baş verdikdə belə,
yerləşmə dövlətinin vətəndaşı olmayan və imtiyaz və
immunitetlərdən istifadə edən şəxslərin və vətəndaşlığından asılı
olmayaraq belə şəxslərin ailə üzvlərinin mümkün qədər təcili çıxıb
getmələri üçün zəruri olan yardımı göstərməlidir. O cümlədən, o,
zəruri hallarda onların özləri və əmlakları üçün tələb olunan
nəqliyyat vasitəsini onların ixtiyarına verməlidir.
Maddə 46
Xüsusi missiyanın funksiyalarının bitməsinin nəticələri
1. Xüsusi missiyanın funksiyaları bitdikdə, qəbul edən dövlət,
onların sərəncamında olana qədər xüsusi missiyanın binalarını və
həmçinin əmlak və arxivlərini qorumalı və hörmət etməlidir.
324
325
Göndərən dövlət bu əmlakı və bu arxivləri uyğun müddət ərzində
çıxarmalıdır.
2. Göndərən dövlət ilə qəbul edən dövlət arasında diplomatik
və ya konsulluq əlaqələrinin olmaması və kəsilməsi hallarında və
əgər xüsusi missiyanın funksiyaları dayandırılıbsa, göndərən dövlət,
hətta silahlı münaqişə halında belə qəbul edən dövlət üçün münasib
olan üçüncü dövlətə xüsusi missiyanın əmlakını və arxivini mühafizə
etməyi həvalə edə bilər.
Maddə 47
Qəbul edən dövlətin qanun və qərarlarına hörmət etmək və
xüsusi missiyanın binalarından istifadə edilməsi
1. Hazırkı Konvensiyaya görə imtiyaz və immunitetlərdən
istifadə edən bütün şəxslər bu imtiyaz və immunitetlərə ziyan
vurulmadan yerləşmə dövlətinin qanun və qərarlarına hörmət etməyə
borcludurlar. Onlar, həmçinin bu dövlətin daxili işlərinə
qarışmamalıdırlar.
2. Xüsusi missiyaların binaları xüsusi missiyaların bu
Konvensiya ilə, ümumi beynəxalq hüququn digər normaları ilə və ya
göndərən dövlətlə qəbul edən dövlət arasında qüvvədə olan hər hansı
xüsusi razılaşmalarla nəzərdə tutulmuş funksiyaları ilə bir araya
sığmayan məqsədlər üçün istifadə edilməməlidir.
Maddə 48
Peşəkar və ya kommersiya fəaliyyəti
Göndərən dövlətin xüsusi missiyadakı nümayəndələri və onun
diplomatik personalının üzvləri şəxsi mənfəət məqsədilə qəbul edən
dövlətdə peşəkar və ya kommersiya fəaliyyəti ilə məşğul
olmamalıdırlar.
Maddə 49
Ayrı-seçkiliyin yolverilməzliyi
1. Bu Konvensiyanın müddəaları tətbiq edilərkən dövlətlər
arasında ayrı-seçkiliyə yol verilmir.
2. Lakin aşağıda göstərilən hallar ayrı-seçkilik hesab edilmir:
a) əgər qəbul edən dövlət bu Konvensiyanın hər hansı müd-
dəasını onun göndərən dövlətdəki xüsusi missiyasına qarşı məhdud
şəkildə tətbiq olunması ilə əlaqədar bu maddəni məhdud şəkildə
tətbiq edirsə;
b) bu dəyişikliyin digər dövlətlərə münasibətdə tətbiq olun-
mamasına baxmayaraq, adətə görə və ya öz aralarında razılaşma ilə
dövlətlər öz xüsusi missiyaları üçün üstünlük, imtiyaz və
immunitetlərin həcmini dəyişirlərsə. Bir şərtlə ki, belə dəyişiklik
hazırkı Konvensiyanın obyekt və məqsədinə zidd olmayacaq və
üçüncü dövlətlər tərəfindən öz hüquqlarının həyata keçirilməsinə və
vəzifələrinin yerinə yetirilməsinə təsir etməyəcəkdir.
Maddə 50
İmzalama
Hazırkı Konvensiya Birləşmiş Millətlər Təşkilatı və ya
istənilən ixtisaslaşdırılmış qurumların, və ya Atom enerjisi üzrə
beynəlxalq agentliyin üzvləri və ya Beynəlxalq Məhkəmənin
Statutunun iştirakçıları olan, həmçinin Birləşmiş Millətlər
Təşkilatının Baş Assambleyası tərəfindən Konvensiyanın iştirakçısı
olmaq üçün dəvət olunan istənilən digər dövlətlər tərəfindən 1970- ci
il dekabrın 31- nə qədər – Nyu-Yorkda Birləşmiş Millətlər
Təşkilatının Mərkəzi müəssisələrində imzalanmağa açıqdır.
Maddə 51
Ratifikasiya
Hazırkı Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya
sənədləri saxlanmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə təhvil verilir.
Maddə 52
Qoşulma
Hazırkı Konvensiya 50-ci maddədə göstərilən kateqoriyalardan
birinə mənsub olan istənilən dövlətin qoşulması üçün açıqdır.
Qoşulma haqqında sənədlər saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verilir.
Maddə 53
Qüvvəyə minmə
1. Bu Konvensiya sayca iyirmi ikinci ratifikasiya sənədinin və
ya qoşulma haqqında sənədin saxlanmaq üçün Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə təhvil verildiyindən otuz gün sonra qüvvəyə
326
327
DÖVLƏTLƏRİN UNİVERSAL XARAKTERLİ
minir.
BEYNƏLXALQ TƏŞKİLATLARLA MÜNASİBƏTLƏRİNDƏ
NÜMAYƏNDƏLİYİ HAQQINDA
2. İyirmi ikinci ratifikasiya sənədinin və ya qoşulma haqqında
sənədin təhvilindən sonra Konvensiyanı ratifikasiya edən və ya ona
qoşulan hər bir dövlətə münasibətdə Konvensiya həmin dövlət öz
ratifikasiya sənədini və ya qoşulma haqqında sənədini təhvil
verdikdən otuz gün sonra qüvvəyə minir.
VYANA KONVENSİYASI
•
(Vyana, 14 mart 1975-ci il)
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,
Maddə 54
dövlətlər arasında münasibətlərdə çoxtərəfli diplomatiyanın
get-gedə daha əhəmiyyətli rol oynamasını, həmçinin Birləşmiş
Millətlər Təşkilatının, onun ixtisaslaşmış müəssisələrinin və
universal xarakterli digər beynəlxalq Təşkilat çərçivəsində
beynəlxalq birlik çərçivəsində məsuliyyətini etiraf edərək,
Depozitarinin göndərdiyi bildiriş
Birləşmiş Millətlər Təşkilatının Baş katibi 50-ci maddədə qeyd
olunan kateqoriyalardan birinə aid olan bütün dövlətlərə aşağıdakılar
barəsində bildirir:
a) bu Konvensiyanın imzalanması və 50, 51 və 52-ci
maddələrə müvafiq olaraq ratifikasiya sənədlərinin və ya qoşulma
haqqında sənədlərin saxlanmaq üçün təhvil verilməsi haqqında;
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlərin
suveren bərabərliyi, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub
saxlanması, dövlətlər arasında dostluq münasibətlərinin və
əməkdaşlığın inkişaf etdirilməsinin dəstəklənməsi məqsəd və
prinsiplərini nəzərə alaraq,
b) 53-cü maddəyə uyğun olaraq bu Konvensiyanın qüvvəyə
minməsi tarixi haqqında.
dövlətlər arasında ikitərəfli münasibətlərə tətbiq edilən
beynəlxalq hüququn kodifikasiyası və mütərəqqi inkişafı üzrə
Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası, Konsul
əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası və Xüsusi
missiyalar haqqında 1969-cu il Konvensiyası vasitəsilə həyata
keçirilmiş işi xatırladaraq,
Maddə 55
Autentik mətnlər
İngilis, ispan, çin, rus və fransız dillərində olan mətnləri eyni
autentik olan hazırkı Konvensiyanın əsli saxlanmaq üçün Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə veriləcəkdir ki, o da bu mətnin
təsdiq edilmiş surətlərini 50-ci maddədə sadalanan kateqoriyalardan
birinə mənsub olan bütün dövlətlərə göndərəcəkdir.
Dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarla
münasibətlərində nümayəndəliyi haqqında beynəlxalq Konvensiyanın
dövlətlərin siyasi və sosial-iqtisadi sistemlərindən asılı olmayaraq
onlar arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf
etdirilməsinə töhfə olacağını hesab edərək,
Öz hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilən
aşağıdakı imza atanlar bunları təsdiqləmək üçün 1969-cu il dekabrın
16-da Nyu-Yorkda imzalamaq üçün açıq olan bu Konvensiyanı
imzaladılar.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 105-ci
maddəsinə istinad edərək,
Bu Konvensiyada nəzərdə tutulan imtiyaz və immunitetlərin
məqsədinin ayrı-ayrı şəxslər üçün səmərə təmin edilməsi deyil,
onların bu cür təşkilatlar və konfranslarla əlaqədar funksiyalarının
səmərəli həyata kerçirilməsini təmin etməkdən ibarət olmasını qəbul
edərək,
329
•
1 yanvar 1996-cı ilə qədər qüvvəyə minməmişdir.
328
Birləşmiş Millətlər Təşkilatının imtiyazlar və İmmunitetlər
haqqında 1946-cı il Konvensiyasını, ixtisaslaşdırılmış müəssisələrin
imtiyazları və immunitetləri haqqında 1947-ci il Konvensiyasını və
dövlətlər arasında, eləcə də dövlətlər və beynəlxalq təşkilatlar
arasında qüvvədə olan başqa sazişləri nəzərə alaraq,
10) "orqanda nümayəndə heyəti" dövlət tərəfindən orqanın
işində onun adından iştirak etmək üçün göndərilən nümayəndə heyəti
deməkdir;
11) "konfransda nümayəndə heyəti" dövlət tərəfindən
konfransın işində onun adından iştirak etmək üçün göndərilən
nümayəndə heyəti deməkdir;
Bu Konvensiyanın müddəalarında öz dəqiq ifadəsini
tapmamış məsələləri beynəlxalq adət hüququ normalarının
tənzimləməkdə davam etməsini təsdiqləyərək, aşağıdakılar barədə
razılaşdılar:
12) "müşahidəçinin nümayəndə heyəti" müvafiq surətdə
müşahidəçinin orqanda nümayəndə heyəti və ya müşahidəçinin
konfransda nümayəndə heyəti deməkdir;
13) "müşahidəçinin orqanda nümayəndə heyəti" dövlət
tərəfindən bu orqanın işində onun adından müşahidəçi qismində
iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir;
I hissə. Giriş
Maddə 1
14) "müşahidəçinin konfransda nümayəndə heyəti" dövlət
tərəfindən bu konfransın işində onun adından müşahidəçi qismində
iştirak etmək üçün göndərilən nümayəndə heyəti deməkdir;
İstifadə edilən terminlər
1. Bu Konvensiyada:
15) "yerləşmə dövləti" ərazisində:
1) "beynəlxalq təşkilat" hökumətlərarası təşkilat deməkdir;
a) təşkilatın mənzil-qərargahının və ya bölməsinin yerləşdiyi
və ya
2) "universal xarakterli beynəlxalq təşkilat" BMT-ni, onun
ixtisaslaşdırılmış təsisatlarını, Beynəlxalq Atom Enerjisi agentliyini,
həmçinin üzvlərinin tərkibi və məsuliyyəti geniş beynəlxalq xarakter
daşıyan istənilən analoji təşkilatı bildirir;
b) orqanın və ya konfransın sessiyasının çağırıldığı dövlət
deməkdir;
16) "göndərən dövlət":
3) "təşkilat" müəyyən beynəlxalq təşkilatı bildirir;
a) təşkilatın mənzil-qərargahı və ya bölməsi yanında
nümayəndəlik təsis edən və ya
4) "orqan":
a) beynəlxalq təşkilatın istənilən əsas və ya köməkçi orqanını
və ya
b) orqana nümayəndə heyəti və ya konfransa nümayəndə
heyəti göndərən və ya
b) bu cür orqanın üzvləri dövlətlər olan istənilən
komissiyasını, komitəsini və ya yarımqrupunu bildirir;
c) orqana müşahidəçi nümayəndə heyəti və ya konfransa
müşahidəçi nümayəndə heyəti göndərən dövlət deməkdir;
5) "konfrans" dövlətlərin beynəlxalq təşkilat tərəfindən və ya
onun rəhbərliyi altında çağırılan konfransı deməkdir;
17) "nümayəndəliyin rəhbəri", müvafiq surətdə, daimi
nümayəndə və ya daimi müşahidəçi deməkdir;
6) "nümayəndəlik" müfaviq surətdə, daimi nümayəndəlik və
ya daimi müşahidəçi missiyası deməkdir;
18) "daimi nümayəndə" deməkdir liüo, na kotoroe göndərən
dövlət tərəfindən fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş
qismində daimi müşahidəçi missiyasının rəhbəri ;
7) "daimi nümayəndəlik" beynəlxalq təşkilatın üzvü olan
dövlət tərəfindən onu həmin təşkilatda təmsil etmək üçün göndərilən
daimi xarakterli missiya deməkdir;
19) "daimi müşahidəçi" göndərən dövlət tərəfindən daimi
müşahidəçi missiyasının rəhbəri qismində fəaliyyət göstərmək
vəzifəsi həvalə edilmiş şəxs deməkdir;
8) "daimi müşahidəçi missiyası" beynəlxalq təşkilatın üzvü
olmayan dövlət tərəfindən onu həmin təşkilatda təmsil etmək üçün
göndərilən daimi xarakterli missiya deməkdir;
20) "nümayəndəliyin əməkdaşları" nümayəndəliyin rəhbəri
və nümayəndəliyin heyət üzvləri deməkdir;
9) "nümayəndə heyəti" müvafiq surətdə orqanda nümayəndə
heyəti və ya konfransda nümayəndə heyəti deməkdir;
21) "nümayəndə heyətinin rəhbəri" göndərən dövlət
330
331
tərəfindən bu qisimdə fəaliyyət göstərmək vəzifəsi həvalə edilmiş
nümayəndə deməkdir;
22) "nümayəndə" dövlət tərəfindən orqanın və ya konfransın
işində onun nümayəndəsi qismində iştirak etmək üçün təyin edilmiş
istənilən şəxs deməkdir;
23) "nümayəndə heyətinin üzvləri" nümayəndə və heyət
üzvləri deməkdir;
24) "müşahidəçi nümayəndə heyətinin rəhbəri" göndərən
dövlət tərəfindən bu qisimdə fəaliyyət göstərmək vəzifəsi həvalə
edilmiş müşahidəçi nümayəndə deməkdir;
25) "müşahidəçi nümayəndə" dövlət tərəfindən orqanın və
ya konfransın işində müşahidəçi qismində iştirak etmək üçün təyin
edilmiş istənilən şəxs deməkdir;
26) "müşahidəçi nümayəndə heyətinin üzvləri" müşahidəçi
nümayəndələr və heyət üzvləri deməkdir;
27) "heyət üzvləri" nümayəndəliyin, nümayəndə heyətinin
və ya müşahidəçi nümayəndə heyətinin məqsədləri üçün diplomat
statusuna malik olan nümayəndəliyin diplomatik heyətinin, inzibati-
texniki heyətin və xidmət heyətinin, nümayəndə heyətinin və ya
müşahidəçi nümayəndə heyətinin üzvləri deməkdir;
28) "diplomatik heyətin üzvləri" nümayəndəliyin, nüma-
yəndə heyətinin və ya müşahidəçi nümayəndə heyətinin, məqsədləri
üçün diplomat statusuna malik olan heyət üzvləri deməkdir;
29) "inzibati-texniki heyətin üzvləri" nümayəndəliyə, nü-
mayəndə heyətinə və ya müşahidəçi nümayəndə heyətinə inzibati-
texniki xidmətlər göstərilməsi üçün istifadə edilən heyət üzvləri
deməkdir;
30) "xidmət heyətinin üzvləri" nümayəndəlik, nümayəndə
heyəti və ya müşahidəçi nümayəndə heyəti tərəfindən ev işçiləri
qismində və ya analoji funksiyaların yerinə yetirilməsi üçün istifadə
edilən heyət üzvləri deməkdir;
31) "özəl xidmət heyəti" müstəsna olaraq nümayəndəliyin
əməkdaşlarına və ya nümayəndə heyətinin üzvlərinə özəl xidmətlə
məşğul olan şəxslər deməkdir;
32) "nümayəndəliyin binası" nümayəndəliliyin məqsədləri
üçün istifadə edilən binalar və ya binaların hissələri, o cümlədən,
nümayəndəliyin rəhbərinin iqamətgahı, eləcə də, mülkiyyət
hüququnun kimə mənsub olmasından asılı olmayaraq həmin binalara
aid olan torpaq sahələri deməkdir;
33) "nümayəndə heyətinin binaları" mülkiyyət hüququnun
kimə mənsub olmasından asılı olmayaraq yalnız nümayəndə
heyətlərinin xidməti binaları qismində istifadə edilən binaların
hissələri deməkdir;
34) "Təşkilatın qaydaları" Təşkilatın təsis aktları, müvafiq
qərarları və qətnaətləri, eləcə də, Təşkilatın qərarlaşmış fəaliyyət
praktikası deməkdir.
2. Bu maddənin 1-ci bəndinin bu Konvensiyada istifadə
edilən terminlərə aid müddəaları həmin terminlərin istifadə
edilməsinə və ya başqa beynəlxalq sənədlərdə və ya hər hansı
dövlətin daxili hüququnda həmin terminlərə verilə biləcək mənaya
xələl gətirmir.
Maddə 2
Bu Konvensiyanın tətbiq sahəsi
1. Bu Konvensiya dövlətlərin universal xarakterli istənilən
beynəlxalq Təşkilatla münasibətlərində onların nümayəndəliyinə və
ya bu cür Təşkilat tərəfindən və ya onun rəhbərliyi altında çağırılan
konfranslarda onların nümayəndəliyinə o hallarda tətbiq edilir ki,
Konvensiya yerləşmə dövləti tərəfindən qəbul edilmiş olsun və
Təşkilat 90-cı maddədə nəzərdə tutulan proseduru yerinə yetirmiş
olsun.
2. Bu Konvensiyanın başqa beynəlxalq Təşkilatlara tətbiq
edilməməsi faktı dövlətlərin başqa bu cür Təşkilatlarla
münasibətlərində nümayəndəliyinə Konvensiyada müəyyən edilmiş,
beynəlxalq hüquqa görə bu Konvensiyada asılı olmayaraq tətbiq edil-
məli olan istnilən qaydanın tətbiq edilməsinə xələl gətirmir.
3. Bu Konvensiyanın başqa konfranslara tətbiq edilməməsi
faktı bu Konvensiyada müəyyən edilmiş və bu Konvensiyadan asılı
olmayaraq və beynəlxalq hüquqa görə tətbiq edilməli olan istənilən
qaydanın dövlətlərin bu cür konfranslarda nümayəndəliyinə tətbiq
edilməsinə xələl gətirmir.
4. Bu Konvensiyada heç bir müddəa dövlətlər arasında və ya
dövlətlərlə beynəlxalq Təşkilatlar arasında Konvensiyanın bu
maddənin 1-ci bəndində adları çəkilənlərdən əlavə başqa beynəlxalq
Təşkilatlara və ya konfranslara tamamilə və ya qismən tətbiq
edilməsinə imkan verən sazişlər bağlanmasına mane olmur.
332
333
Maddə 3
Bu Konvensiya ilə beynəlxalq Təşkilatların
və ya konfransların müvafiq qaydaları arasında əlaqə
Bu Konvensiyanın müddəaları Təşkilatın istənilən müvafiq
qaydalarına və ya konfransın istənilən müvafiq prosedur qaydalarının
müddəalarına xələl gətirmir.
Maddə 4
Bu Konvensiya ilə başqa beynəlxalq sazişlər arasında əlaqə
Bu Konvensiyanın müddəaları:
a) dövlətlər arasında və ya dövlətlərlə universal xarakterli
beynəlxalq Təşkilatlar arasında qüvvədə olan digər beynəlxalq
sazişlərə xələl gətirmir və
b) dövlətlərin universal xarakterli beynəlxalq Təşkilatlarla
münasibətlərində onların nümayəndəliyi barədə və ya bu cür
Təşkilatlar tərəfindən və ya onların rəhbərliyi altında çağırılan
konfranslarda dövlətlərin nümayəndəliyi barədə başqa beynəlxalq
sazişlər bağlanmasına mane olmur.
II hissə. Beynəlxalq təşkilatlar yanında nümayəndəliklər
Maddə 5
Nümayəndəliklərin təsis edilməsi
1. Üzv dövlətlər, əgər Təşkilatın qaydaları buna yol verirsə,
6-cı maddədə şərh edilən funksiyaların yerinə yetirilməsi üçün daimi
nümayəndəliklər təsis edə bilərlər.
2. Təşkilatın üzvləri olmayan dövlətlər, əgər Təşkilatın
qaydaları buna yol verirsə, 7-ci maddədə şərh edilmiş funksiyaların
yerinə yetirilməsi üçün daimi müşahidəçi missiyaları təsis edə
bilərlər.
3. Təşkilat ümayəndəliyin təsis edilməsi barədə yerləşmə
dövlətinə əvvəlcədən məlumat verir.
Maddə 6
Daimi nümayəndəliyin funksiyaları
Daimi nümayəndəliyin funksiyaları aşağıdakılardan ibarətdir:
a)
göndərən dövlətin Təşkilatın yanında təmsil olunmasının
təmin edilməsi;
b)
göndərən dövlətlə Təşkilat arasında əlaqə saxlanması;
c)
Təşkilatla və onun çərçivəsində danışıqlar aparılması;
ç) Təşkilatda həyata keçirilən fəaliyyətin aydınlaşdırılması və
onun barəsində göndərən dövlətin hökumətinə məlumat
verilməsi;
d)
Təşkilatın fəaliyyətində göndərən dövlətin iştirakının təmin
edilməsi;
e)
göndərən dövlətin Təşkilata münasibətdə mənafelərinin
müdafiə edilməsi;
f)
Təşkilatla və onun çərçivəsində əməkdaşlıq yolu ilə
Təşkilatın məqsəd və prinsiplərinin həyata keçirilməsinə
kömək edilməsi.
Maddə 7
Daimi müşahidəçi missiyasının funksiyaları
Daimi müşahidəçi missiyasının funksiyaları aşağıdakılardan
ibarətdir:
a) göndərən dövlətin Təşkilata münasibətdə təmsil
olunmasının təmin edilməsi, onun mənafelərinin qorunması və
Təşkilatla əlaqə saxlanması;
b) Təşkilatda həyata keçirilən fəaliyyətin aydınlaşdırılması və
onun barəsində göndərən dövlətin hökumətinə məlumat verilməsi;
c) Təşkilatla əməkdaşlığa kömək və onunla danışıqlar
aparılması.
Maddə 8
Çoxqat akkreditə və ya təyinat
1. Göndərən dövlət eyni bir şəxsi iki və ya bir neçə
beynəlxalq Təşkilat yanında nümayəndəliyin rəhbəri qismində
akkreditə edə bilər və ya nümayəndəliyin rəhbərini özünün başqa
nümayəndəliyinin diplomatik heyətinin üzvü qismində təyin edə
bilər.
2. Göndərən dövlət nümayəndəliyin diplomatik heyətinin üzvünü
başqa beynəlxalq Təşkilatlarda nümayəndəliyin rəhbəri qismində
akkreditə edə bilər və ya diplomatik heyətinin üzvünü özünün başqa
nümayəndəliyinin üzvü qismində təyin edə bilər.
3. İki və ya bir neçə dövlət eyni şəxsi eyni bir beynəlxalq
334
335
Təşkilatın yanında nümayəndəliyin rəhbəri qismində akkreditə edə
bilər.
2. Nümayəndəliyin rəhbəri öz funksiyalarına görə, əgər
Təşkilatın praktikasına və ya başqa öhdəliklərə görə tərəflərin
səlahiyyətlər təqdim edilməsini tələb etməmək niyyətində olması
aşkar görünmürsə öz funksiyalarına görə bu dövlətlə Təşkilat
arasında müqavilənin qəti imzalanması və ya ad referendum
müqavilə imzalanması məqsədilə öz dövlətinin təmsilçisi hesab
edilmir.
Maddə 9
Nümayəndəliyin əməkdaşlarının təyin edilməsi
Göndərən dövlət 14-cü və 73-cü maddələrinin müddəalarını
nəzərə almaqla, öz nümayəndəliyinin əməkdaşlarını öz mülahizəsinə
görə təyin edə bilər.
Dostları ilə paylaş: |