Maddə 93
3. Konsulluqlar Azərbaycan Respublikası xarici işlər nazirinin
təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis
edilir.
Konsul Azərbaycan Respublikasına getmək üçün icazə almış
vətəndaşlara Azərbaycan Respublikasına gedərkən aparılan
heyvanlar, heyvan mənşəli xammal və məhsullar barədə baytarlıq
sertifikatlarının təqdim edilməsi zərurətini bildirir, toxumların,
bitkilərin, təzə meyvə və tərəvəzin aparılması qaydaları haqqında
məlumat verir.
4. Konsulluqlar Azərbaycan Respublikasının qəbul edən
dövlətdəki diplomatik nümayəndəliyinin (olduğu halda) başçısının
ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir.
5. Konsulluq öz fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununu və digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,
Konsulluq əlaqələri haqqında Vyana Konvensiyasını və Azərbaycan
XIII FƏSİL
ŞTATDANKƏNAR KONSULLAR
Maddə 94
424
Respublikasının tərəfdar çıxdığı digər müvafiq beynəlxalq
müqavilələri, eləcə də beynəlxalq hüququn digər tətbiq edilə bilən
normalarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Konsul
Nizamnaməsini, bu Əsasnaməni, Nazirliyin əmr, sərəncam və
göstərişlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini
nəzərə alır.
II. KONSULLUĞUN ƏSAS VƏZİFƏLƏRİ
13. Konsulluğun əsas vəzifələri aşağıdakılardır:
13.1. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında
dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki,
mədəniyyət, ticarət, idman, turizm və digər sahələrdə əlaqələrin
genişlənməsinə yardım göstərmək;
6. Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul edən
dövlətlə razılıq əsasında müəyyənləşdirilir.
13.2. qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz
səlahiyyətləri daxilində müdafiə etmək;
7. Konsulluğun binasında və ya onun konsulluğun başçısının
iqamətgahında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını qaldırır.
Konsulluğun binasında və ya onun ərazisində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və Azərbaycan dilində və
qəbul edən dövlətin dövlət dilində (dövlət dillərində) Konsulluğun
adı olan lövhə vurulur. Konsulluğun başçısının nəqliyyat vasitəsi
üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı yerləşdirilir.
Azərbaycan Respublikasının dövlət rəmzləri qəbul edən dövlətin
protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur.
13.3. qəbul edən dövlətdə Azərbaycan Respublikasının dip-
lomatik və konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş
qaydada həyata keçirmək;
13.4. qəbul edən dövlətə rəsmi nümayəndə heyətlərinin
səfərlərinin hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri
daxilində kömək etmək.
III. KONSULLUĞUN FUNKSİYALARI
8. Konsulluq, konsulluğun işçiləri və onlarla birlikdə yaşayan ailə
üzvləri qəbul edən dövlətdə beynəlxalq hüquq normalarına və qəbul
edən dövlətin qanunvericiliyinə uyğun olaraq immunitet və
imtiyazlardan istifadə edir. Konsulluğun işçiləri və onlarla birlikdə
yaşayan ailə üzvləri qəbul edən dövlətin qanunvericiliyinə, adət və
ənənələrinə hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə
qarışmaqdan və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən
hərəkətlərdən çəkinməlidir.
14. Konsulluq bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə
uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
14.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Nazirliyi konsul dairəsi çərçivəsində qəbul edən dövlətin iqtisadi,
elmi-texniki, mədəni, ticarət, idman, turizm və digər məsələləri üzrə
məlumatlandırır;
14.2. konsul dairəsində Azərbaycan Respublikasının xarici və
daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında
rəsmi məlumatın yayılmasını təmin edir;
9. Konsulluq Nazirlik tərəfindən təsdiq edilmiş Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş
möhürə, ştamplara, blanklara və bank hesablarına malikdir.
14.3. dövlət orqanlarına və zəruri hallarda Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə və
fondlarına) və işgüzar dairələrinin nümayəndələrinə həmin dövlətin
qeyri-hökumət təşkilatları və işgüzar dairələrinin nümayəndələri ilə
əlaqələr qurmasına öz səlahiyyətləri daxilində köməklik göstərir.
10. Konsulluğun Azərbaycan Respublikasının mülkiyyəti olan
torpaq sahələri, binaları, qurğuları və digər əmlakı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
konsulluğa təhkim olunur.
11. Konsulluq ona təhkim olunmuş əmlak üzərində sahiblik,
istifadə və sərəncam hüququnu Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
14.4. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin
qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində
yardım edir;
12. Bu Əsasnamə fəxri (ştatdankənar) konsullara şamil edilmir.
426
427
14.5. Azərbaycan Respublikasının qəbul edən dövlət ilə
beynəlxalq müqavilələrinin layihələrinin hazırlanmasında öz
səlahiyyətləri daxilində iştirak edir;
14.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və Nazirliyin tapşırıqlarını yerinə
yetirir, həmçinin Azərbaycan Respublikasının digər dövlət
hakimiyyəti orqanlarının Nazirliklə razılaşdırılmış müraciətlərinə
baxır;
14.7. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti və
özünüidarəetmə orqanlarının, idarə, təşkilat və müəssisələrinin
müraciətlərinə baxır;
14.8. qəbul edən dövlətin əvvəlcədən razılığı olduğu təqdirdə,
qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə
həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını
beynəlxalq razılaşmalar əsasında müdafiə edir;
14.9. öz səlahiyyətləri daxilində qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə, Azərbaycan Respublikası
vətəndaşlarına mülki, ailə və cinayət işlərinə dair hüquqi yardım
göstərir;
14.10. qanunvericiliklə müəyyən olunmuş qaydada konsul
dairəsində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu
aparır;
14.11. konsul dairəsində itkin düşmüş Azərbaycan Respublikası
vətəndaşlarının axtarışı üzrə lazımi tədbirlər görür;
14.12. konsul dairəsində yaşayan və (və ya) müvəqqəti olan
Azərbaycan Respublikası vətəndaşlarına seçki hüquqlarını həyata
keçirmələrinə köməklik göstərir;
14.13. öz səlahiyyətləri daxilində notariat əməliyyatlarını,
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, vətəndaşlıq
məsələləri üzrə funksiyalarını, sənədlərin leqallaşdırılması və digər
arayışların verilməsi, vərəsəlik məsələləri, qəyyumluqla, himayəliklə
və övladlığa götürulməklə bağlı tədbirləri qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə yerinə yetirir;
14.14. Azərbaycan Respublikasının vətəndaşları özləri olmadıqda
və öz işlərinin aparılmasını digər şəxsə tapşırmadıqda, yaxud başqa
səbəblərə görə öz maraqlarını müdafiə edə bilmədikdə, qəbul edən
dövlətin məhkəmə və digər dövlət hakimiyyəti orqanlarında qəbul
edən dövlətin qanunvericiliyinə riayət etməklə onları müəyyən
olunmuş qaydada təmsil edir və ya müvafiq təmsilçiliyini təşkil edir;
14.15. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq pasport-viza xidmətlərini həyata keçirir;
14.16. Azərbaycan Respublikasının qanunvericiliyinə və
müəyyən olunmuş qaydaya uyğun olaraq Azərbaycan
Respublikasının vətəndaşlarına pasport verir və onlara xüsusi qeydlər
edir;
14.17. Azərbaycan Respublikasının qanunvericiliyinə və müəy-
yən olunmuş qaydaya uyğun olaraq konsul dairəsində yaşayan
Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəy-
yənləşdirir və onlara müvafiq sənədlər verir;
14.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış
şəhadətnaməsi verir;
14.19. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasına qayıtmaq üçün
müvafiq sənəd verir;
14.20. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq Azərbaycan Respublikasına gəlmək istəyən şəxslərə viza və
digər müvafiq sənədlər verir;
14.21. konsul dairəsində yerləşən və Azərbaycan Respublikasının
Dövlət bayrağı altında üzən dəniz və çay gəmiləri, Azərbaycan
Respublikasının hərbi gəmiləri və köməkçi hərbi gəmiləri,
Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmiləri və
onların heyəti ilə bağlı qanunla müəyyən edilmiş funksiyaları həyata
keçirir, belə gəmilərə və onların heyətinə qəbul edən dövlətin
qanunvericiliyinə riayət etməklə yardım göstərir;
14.22. qəbul edən dövlətin razılığı ilə konsul dairəsində yerləşən
Azərbaycan hərbi və mülki məzarlarının, qəbriüstü abidələrin, abidə
nişanlarının və memorial (xatirə) tikililərinin uçotu, mühafizəsi və
abadlığı üzrə tədbirlər görür;
14.23. konsulluq əməliyyatları üçün alınan dövlət rüsumunun
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada və müddətdə Azərbaycan Respublikasının
dövlət büdcəsinə köçürülməsini təmin edir;
14.24. qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan
olunmayan və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
428
429
olaraq digər funksiyaları həyata keçirir.
IV. KOSULLUĞUN HÜQUQLARI
15. Konsulluq öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
15.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin
səfərlərinə dair Nazirliyə təkliflər vermək;
15.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə
orqanları, qeyri-hökumət təşkilatları (ictimai birlikləri və fondları),
elmi, mədəni və işgüzar dairələri, kütləvi informasiya vasitələri,
qəbul edən dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlik,
konsulluq və beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr
qurmaq və inkişaf etdirmək;
15.3. Konsulluğun səlahiyyətinə aid olan məsələlərin həll
olunması üçün Azərbaycan Respublikasının dövlət orqanlarından,
eləcə də yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarından,
idarə, təşkilat və müəssisələrindən müəyyən olunmuş qaydada
sənədləri, məlumat və digər xarakterli materialları almaq;
15.4. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Azərbaycan
Respublikasının fəxri konsullarının təyin edilməsi barədə təkliflərini
Nazirliyə təqdim etmək;
15.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər
tədbirlər təşkil etmək;
15.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
V. KONSULLUĞUN FƏALİYYƏTİNİN TƏŞKİLİ
16. Baş konsulluğa, konsulluğa, vitse-konsulluğa və konsul
agentliyə müvafiq olaraq baş konsul, konsul, vitse-konsul və konsul
agenti başçılıq edir.
17. Baş konsul Azərbaycan Respublikası xarici işlər nazirinin
tədqimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən,
konsul, vitse-konsul və konsul agenti Azərbaycan Respublikasının
xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.
18. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək
üçün işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə
malik olan Azərbaycan Respublikasının vətəndaşı Konsulluğun
başçısı təyin edilə bilər.
19. Baş konsul təyin olunmuş şəxsin xaricdə fasiləsiz iş müddəti,
bir qayda olaraq, dörd ildir. Bu müddət Azərbaycan Respublikasının
Prezidenti tərəfindən uzadıla bilər.
Konsul, vitse-konsul və konsul agenti təyin olunmuş şəxsin
xaricdə fasiləsiz iş müddətı, bir qayda olaraq, üç ildir. Bu müddət
Azərbaycan Respublikasının Xarici İşlər naziri tərəfindən bir ildən
artıq olmayan müddətə uzadıla bilər.
20. Konsulluğun başçısı və ya Konsulluğun digər işçiləri
Azərbaycan Respublikasının və ya qəbul edən dövlətin
qanunvericiliyinə gorə məsuliyyət doğuran əməllər törətməkdə
təqsirli bilindikdə, habelə Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl
geri çağırıla bilərlər.
Konsulluğun başçısının və ya Konsulluğun digər işçilərinin
vaxtından əvvəl geri çağırılmasına onlarla birlikdə yaşayan ailə
üzvlərinin yuxarıda göstərilən əməllərin törədilməsində təqsirli
bilinməsi də əsas ola bilər.
21. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
konsulluq funksiyalarını diplomatik nümayəndəliyinin rəhbəri
tərəfindən müəyyən edilmiş nümayəndəliyin əməkdaşı həyata keçirir.
22. Konsulluğa qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri
ezam oluna bilərlər. Konsulluğa ezam olunmuş Azərbaycan
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz
qərarlarını və hərəkətlərini Konsulluğun başçısı ilə razılaşdırma-
lıdırlar.
23. Konsulluğun başçısı konsulluğa həvalə edilmiş vəzifələrin
yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və
tapşırıqların yerinə yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.
24. Konsulluğun başçısı:
24.1. Konsulluğun fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
24.2. dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin
qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir;
24.3. Konsulluğa ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması
və maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz
səlahiyyətləri daxilində həyata keçirir;
430
431
24.4. öz səlahiyyətləri daxilində Konsulluğun fəaliyyətinə dair
icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;
24.5. öz səlahiyyətləri daxilində Konsulluqda Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr,
sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə
yetirilməsi üzərində nəzarəti həyata keçirir;
24.6. Konsulluğun işçilərini lazımi iş şəraiti ilə təmin edir,
müəyyən olunmuş qaydada Konsulluğun fəaliyyəti ilə bağlı Nazirliyə
təkliflər verir;
24.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;
25.8. Konsulluğun xüsusi fərqlənmiş işçilərini Azərbaycan
Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə
Konsulluğun işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;
24.9. Konsulluğun işçilərinin rütbədə və vəzifədə yüksəldilməsi,
Konsulluğun işçilərinin xaricdəki iş müddətinin "Diplomatik xidmət
haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq
uzadılması haqqında Nazirliyə müəyyən olunmuş qaydada təklif
verir;
24.10. Konsulluğun işçilərinin məzuniyyətləri və ezamiyyətləri
barədə əmrlər verir;
24.11. Konsulluğun ştatdankənar vəzifələrinə Nazirlik ilə
razılaşdıraraq işə qəbul edir və işdən azad edir, ştatdankənar
vəzifələrdə çalışan işçilərin məzuniyyətləri və ezamiyyətləri barədə
əmrlər verir;
24.12. Konsulluğun işçilərinin və onlarla birlikdə yaşayan ailə
üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə
bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;
24.13. öz səlahiyyətləri daxilində Konsulluğun, onun işçilərinin
və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin
edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində
konsul dairəsi hüdudlarında Azərbaycan Respublikası vətəndaşlarının
hərəkətlərini Azərbaycan Respublikasının həmin dövlətdəki Səfirliyi
ilə (olduğu halda) əlaqələndirməklə müəyyən olunmuş qaydada təşkil
edir və onun üzərində rəhbərliyi öz səlahiyyətləri daxilində həyata
keçirir;
24.14. beynəlxalq hüquqa və
qəbul edən dövlətin
qanunvericiliyinə görə Konsulluğa, onun işçilərinə və ailə üzvlərinə,
konsul valizinə və onu daşıyan şəxslərə, həmçinin immunitet və
imtiyazlara hüququ olan Azərbaycan Respublikasının digər
vətəndaşlarına verilən immunitet və imtiyazların təmin olunması
məqsədilə öz səlahiyyətləri daxilində lazımi tədbirlər görür;
24.15. Konsulluğun və konsul dairəsində yerləşən Azərbaycan
Respublikasının digər qurumlarının heyətinə qəbul edən dövlətdə
Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun
qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün
tövsiyələr verir;
24.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq
konfranslarda və görüşlərdə iştirak edir;
24.17. Azərbaycan Respublikasının dövlət orqanlarının
nümayəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və
hərəkətləri Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi
halda Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında
həmin dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis
qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı
həmin dövlət orqanları qarşısında məsələ qaldırır;
24.18. qəbul edən dövlətin qanunvericiliyini nəzərə almaqla
Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq
hüququn digər tətbiq edilə bilən normalarına uyğun olaraq digər
səlahiyyətləri həyata keçirir.
25. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi
olmadığı və üçüncü dövlətin diplomatik nümayəndəliyi vasitəsilə
təmsil olunmadığı bir dövlətdə Konsulluğun başçısına və (və ya)
Konsulluğun digər işçilərinə qəbul edən dövlətin razılığı ilə onların
konsul statusuna təsir göstərmədən diplomatik funksiyaların həyata
keçirilməsi həvalə oluna bilər. Konsulluğun başçısı və (və ya)
Konsulluğun digər işçiləri tərəfindən bu funksiyaların yerinə
yetirilməsi onlara diplomatik imtiyaz və immunitetlərə iddia etmək
hüququ vermir.
26. Konsulluğun başçısı vəzifəsi vakant olduqda və ya
Konsulluğun başçısı öz vəzifəsini icra etmək iqtidarında olmadıqda,
onun funksiyalarını müvəqqəti olaraq Azərbaycan Respublikasının
Xarici İşlər naziri tərəfindən təyin olunan Konsulluğun başçısı
vəzifəsini icra edən şəxs yerinə yetirir.
Konsulluğun başçısı vəzifəsini icra edən şəxsin adı Azərbaycan
432
433
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULU HAQQINDA
Respublikasının həmin ölkədəki səfirliyi tərəfindən, Azərbaycan
Respublikasının həmin ölkədə Səfirliyi olmadığı halda Konsulluğun
başçısı tərəfindən, Konsulluğun başçısı bunu etmək iqtidarında
olmadıqda isə Nazirlik tərəfindən qəbul edən dövlətin Xarici İşlər
Nazirliyinə bildirilir.
ƏSASNAMƏ
I FƏSİL
27. Konsulluğun strukturu və ştat cədvəli Nazirlik tərəfindən
təsdiq edilir.
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR
(FƏXRİ) KONSULUNUN FƏALİYYƏTİNİN TƏŞKİLİ
28. Konsulluğun maddi-texniki təminatı Nazirlik tərəfindən
həyata keçirilir.
29. Konsulluğun işçilərinin hüquq və vəzifələri Azərbaycan
Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə
təlimatları ilə müəyyən olunur. Konsulluq işçiləri Konsulluğun
başçısına, Konsulluğun başçısı olmadığı halda isə Konsulluğun
başçısı vəzifəsini icra edən şəxsə tabedirlər və onun əmr və
göstərişlərini yerinə yetirməyə borcludurlar.
1.1.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
istər Azərbaycan Respublikasının vətəndaşı və ya istərsə də
xarici dövlətin vətəndaşı ola bilər.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu vəzifəsinə
müəyyən ictimai vəzifə tutan, lazımi şəxsi keyfiyyətlərə malik olan
və ona həvalə olunmuş konsulluq funksiyaalarını lazımınca yerinə
yetirə bilən şəxs təyin olunur.
30. Konsulluğun işi müəyyən olunmuş qaydada Nazirlik
tərəfindən təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
1.2.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının dövlət qulluğunda deyildir.
31. Konsulluq qəbul edən dövlətin ərazisində aparılan konsul
əməliyyatları üçün Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq dövlət rüsumu tutur. Göstərilmiş əməliyyatların
aparılması ilə bağlı faktiki xərclər də ödənilməlidir.
1.3.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu öz
konsulluq dairəsində Azərbaycan Respublikasının, onun
hüquqi şəxslərinin və vətəndaşlarının hüquq və mənafelərini
müdafiə edir.
32. Konsulluqda Azərbaycan Respublikasının və qəbul edən
dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil məktəbi və
məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının qəblul edən dövlətdə dostluq
münasibətlərinin inkişafına, iqtisadi, ticarət, elmi-texniki,
mədəniyyət, turizm və idman sahələrində əlaqələrin genişlənməsinə,
Azərbaycan Respublikasının iştirakı ilə təşkilatların və şirkətlərin
yaradılmasına və fəaliyyət göstərməsinə yardım edir. Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsulu konsulluq dairəsində
yerləşən qəbul edən dövlətin hakimiyyət orqanlarına öz konsulluq
fəaliyyətinə dair məsələlər barədə müraciət edə bilər.
22. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq, həmkarlar ittifaqı istisna olmaqla, Konsulluqda siyasi
partiyaların, dini təşkilatların və qeyri-hökumət təşkilatlarının
(ictimai birliklərin və fondların) bölmələri yaradıla bilməz.
1.4.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu bu
Əsasnamədə nəzərdə tutulan funksiyaları yerinə yetirir.
Azərbaycan Respublikasının
ştatdankənar (fəxri) konsulu
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və ya
Azərbaycan Respublikasının diplomatik nümayəndələrinin göstərişi
ilə bu Əsasnamədə nəzərdə tutulmayan, Azərbaycan Respublikasının
434
435
və qəbul edən dövlətin qanunvericiliyinə zidd olmayan bəzi digər
funksiyaları da yerinə yetirə bilər.
v) ştatdankənar (fəxri) vitse-konsul.
Dostları ilə paylaş: |