III.SƏFİRLİYİN FUNKSİYALARI
10. səfirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun
olaraq aşağıdakı funksiyaları həyata keçirir;
10.1. müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
Prezidentini, Azərbaycan Respublikasının Nazirlər Kabinetini və
Nazirliyi qəbul edən dövlətin xarici və daxili siyasət məsələləri üzrə
məlumatlandırır;
10.2. Azərbaycan Respublikasının qəbul edən dövlətlə iqtisadi,
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığın
inkişafına öz səlahiyyətləri daxilində kömək göstərir;
396
397
10.3. Azərbaycan Respublikasının qəbul edən dövlət ilə dostluq
münasibətlərini inkişaf etdirir, habelə Azərbaycan Respublikasının
həmin bölgədə və bütövlükdə dünyada maraqlarının təmin
edilməsinə dair Nazirliyə təkliflər təqdim edir;
10.4. qəbul edən dövlətdə Azərbaycan Respublikasının xarici və
daxili siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında
rəsmi məlumatın yayılmasını təmin edir;
10.5. Dövlət orqanlarına və zəruri hallarda Azərbaycan
Respublikasının qeyri-hökumət təşkilatlarına (ictimai birliklərinə və
fondlara) və işgüzar dairələrinin nümayəndələrinə həmin dövlətin
qeyri-hökumət təşkilatları və işgüzar dairələrinin nümayəndəlikləri
ilə əlaqələr qurmasına öz səlahiyyətləri daxilində köməklik göstərir;
10.6. Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında
beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, Azərbaycan
Respublikası ilə qəbul edən dövlət arasında müqavilələrin
bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması
barədə təkliflərin hazırlanmasında, Azərbaycan Respublikası ilə
qəbul edən dövlət arasında beynəlxalq müqavilələrin icrası üzərində
ümumi müşahidənin həyata keçirilməsində öz səlahiyyətləri
daxilində iştirak edir;
10.7. qəbul edən dövlətdə Azərbaycan Respublikasına, onun
xarici siyasət təşəbbüslərinə münasibətdə müsbət mövqenin təşəkkül
tapmasına öz səlahiyyətləri daxilində köməklik göstərir;
10.9. qəbul edən dövlətdə Azərbaycan Respublikasının əmlak
hüquqlarının və maraqlarının müdafiəsində öz səlahiyyətləri
daxilində iştirak edir;
10.10. qəbul edən dövlətin əvvəlcədən razılığı olduğu təqdirdə,
qəbul edən dövlətdə akkreditə olunmamış üçüncü dövlətin xahişi ilə
həmin üçüncü dövlətin və onun vətəndaşlarının maraqlarını
beynəlxalq razılaşmalar əsasında müdafiə edir;
10.11. qəbul edən dövlətdə yaşayan azərbaycanlılarla əlaqələrin
qurulmasına və əməkdaşlığın inkişafına öz səlahiyyətləri daxilində
yardım edir;
10.12. öz səlahiyyətləri daxilində qəbul edən dövlətin iqtisadi,
sosial, elmi-texniki, mədəni və başqa sahələri, habelə xarici və daxili
siyasəti haqqında məlumat toplayır, qəbul edən dövlətin beynəlxalq
münasibətlər sistemində yerini təhlil edir, həmçinin qəbul edən
dövlətin yerləşdiyi bölgədə digər dövlətlərin, beynəlxalq və regional
təşkilatların fəaliyyətini öyrənir və bu barədə Nazirliyə mütəmadi
olaraq məlumatlar təqdim edir;
10.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Nazirliyin tapşırıqlarını yerinə
yetirir, həmçinin Nazirliklə razılaşdırılmış Azərbaycan
Respublikasının digər dövlət hakimiyyəti orqanlarının müraciətlərinə
baxır;
10.14. yerli icra hakimiyyəti və özünüidaretmə orqanlarının,
idarə, təşkilat və müəssisələrinin müraciətlərinə baxır;
10.15. Azərbaycan mallarının və xidmətlərinin beynəlxalq
bazalara çıxarılması sahəsində Azərbaycan Respublikasının aidiyyətli
dövlət orqanlarına öz səlahiyyətləri daxilində kömək göstərir;
10.16. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq digər funksiyaları həyata keçirir.
398
399
IV.SƏFİRLİYİN HÜQUQLARI
Səfir və Səfirliyin digər əməkdaşları Azərbaycan Respublikasının
və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran
əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda
vaxtından əvvəl geri çağırıla bilərlər.
11. Səfirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı
hüquqlara malikdir:
11.1. öz səlahiyyətləri daxilində rəsmi nümayəndə heyətlərinin
səfərlərinə dair Nazirliyə təkliflər vermək;
Səfir və ya Səfirliyin digər əməkdaşlarının vaxtından əvvəl geri
çağırılmasına, onlarla birlikdə yaşayan ailə üzvlərinin yuxarıda
göstərilən əməllərin törədilməsində təqsirli bilinməsi də əsas ola
bilər.
11.2. qəbul edən dövlətin dövlət və yerli özünüidarəetmə
orqanları, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar),
elmi və mədəni dairələri, kütləvi informasiya vasitələri, qəbul edən
dövlətdə fəaliyyət göstərən diplomatik nümayəndəlik, konsulluq və
beynəlxalq və regional təşkilatlar ilə işgüzar əlaqələr qurmaq və
inkişaf etdirmək;
15. Səfir Səfirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün şəxsən məsuliyyət daşıyır, göstəriş və tapşırıqların yerinə
yetirilməsinə görə Nazirlik qarşısında hesabat verir.
11.3. Səfirliyin səlahiyyətinə aid olan məsələlərin həll olunması
üçün Azərbaycan Respublikasının dövlət orqanlarından, eləcə də
yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, idarə, təşkilat və
müəssisələrindən müəyyən olunmuş qaydada sənədləri, məlumat və
digər xarakterli materialları almaq;
16. Səfir:
16.1. Səfirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
16.2. Dövlət sirrinin və qanunla mühafizə edilən digər sirlərin
qorunmasını öz səlahiyyətləri daxilində təşkil edir;
16.3. Səfirliyə ayrılan dövlət vəsaitinin səmərəli sərf olunması və
maliyyə intizamına riayət olunması üzərində nəzarəti öz
səlahiyyətləri daxilində həyata keçirir;
11.14. öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə
Azərbaycan Respublikasının fəxri konsullarının təyin edilməsi barədə
təkliflərini Nazirliyə təqdim etmək;
16.4. öz səlahiyyətləri daxilində Səfirliyin fəaliyyətinə dair icrası
məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir;
11.5. öz səlahiyyətləri daxilində konfranslar, görüşlər və digər
tədbirlər təşkil etmək;
16.5. öz səlahiyyətləri daxilində Səfirlikdə Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının və Nazirliyin əmr,
sərəncam və göstərişlərinin icrasını təşkil edir və onların yerinə
yetirilməsi üzərində nəzarəti həyata keçirir;
11.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş digər hüquqları həyata keçirmək.
V.SƏFİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
16.6. Səfirliyin əməkdaşlarını lazımi iş şəraiti ilə təmin edir,
müəyyən olunmuş qaydada səfirliyin fəaliyyəti ilə bağlı Nazirliyə
təkliflər irəli sürür;
12. Səfirliyə akkreditə olunduğu dövlətdə Azərbaycan
Respublikasının ən yüksək rəsmi nümayəndəsi olan Səfir başçılıq
edir. Səfir Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin
edilir və geri çağırılır. Səfir Azərbaycan Respublikasını təmsil edir.
16.7. Nazirliyin razılığı ilə xidməti ezamiyyətlərə gedir;
16.8. Səfirliyin xüsusi fərqlənmiş əməkdaşlarını Azərbaycan
Respublikasının dövlət təltifləri ilə təltif edilməsi üçün, habelə
Səfirliyin əməkdaşları barəsində həvəsləndimə və intizam tənbeh
tədbirləri görülməsi üçün Nazirliyə təqdimat verir;
13. Ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək
üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq
vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı Səfir
təyin edilə bilər.
16.9. Səfirliyin diplomatik xidmət əməkdaşlarının rütbədə və
vəzifədə yüksəldilməsi, Səfirliyin diplomatik xidmət əməkdaşlarının
və inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xaricdəki iş
müddətinin "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq uzadılması haqqında
14. Səfir təyin olunmuş şəxsin qəbul edən dövlətdə fasiləsiz iş
müddəti, bir qayda olaraq, beş ildir. Bu müddət Azərbaycan
Respublikasının Prezidenti tərəfindən uzadıla bilər.
400
401
Nazirliyə müəyyən olunmuş qaydada təklif verir;
16.10. Səfirliyin diplomatik və inzibati-texniki əməkdaşlarının
məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.11. Səfirliyin ştatdankənar vəzifələrinə Nazirlik razılaşdıraraq
işə qəbul edir və işdən azad edir, ştatdankənar vəzifələrdə çalışan
əməkdaşların məzuniyyətləri və ezamiyyətləri barədə əmrlər verir;
16.12. Səfirliyin əməkdaşlarının və onlarla birlikdə yaşayan ailə
üzvlərinin Azərbaycan Respublikasına və digər ölkələrə səfərləri ilə
bağlı məsələləri öz səlahiyyətləri daxilində həll edir;
16.13. öz səlahiyyətləri daxilində Səfirliyin, onun əməkdaşlarının
və onlarla birlikdə yaşayan ailə üzvlərinin təhlükəsizliyinin təmin
edilməsi üçün lazımi tədbirlər görür, fövqəladə vəziyyət şəraitində
qəbul edən dövlətdə Azərbaycan Respublikasının xaricdəki
diplomatik xidmət orqanlarının işini və vətəndaşlarının hərəkətlərini
müəyyən olunmuş qaydada təşkil edir və onun üzərində rəhbərliyi öz
səlahiyyətləri daxilində həyata keçirir;
16.14. beynəlxalq hüquqa və
qəbul edən dövlətin
qanunvericiliyinə görə Səfirliyə və qəbul edən dövlətdə yerləşən
Azərbaycan Respublikasının digər nümayəndəliklərinə, onların
əməkdaşlarına və ailə üzvlərinə, diplomatik poçta və onu daşıyan
şəxslərə, həmçinin immunitet və imtiyazlara hüququ olan
Azərbaycan Respublikasının digər vətəndaşlarına verilən immunitet
və imtiyazların təmin olunması məqsədilə öz səlahiyyətləri daxilində
lazımi tədbirlər görür;
16.15. Səfirliyin və qəbul edən dövlətdə yerləşən Azərbaycan
Respublikasının digər qurumlarının heyətinə qəbul edən dövlətdə
Azərbaycan Respublikasının maraqlarını layiqli təmsil etmələri, onun
qanunvericiliyinə, adət və ənənələrinə hörmət etmələri üçün
tövsiyələr verir;
16.16. qəbul edən dövlətlə danışıqlar aparır, beynəlxalq
konfranslarda və görüşlərdə iştirak edir, habelə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada beynəlxalq müqavilələr imzalayır;
16.17. Azərbaycan Respublikasının dövlət orqanlarının nüma-
yəndə heyətlərinin və mütəxəssis qruplarının qərarları və hərəkətləri
Azərbaycan Respublikasının maraqlarına cavab vermədiyi halda
Nazirliyə məlumat verir və Nazirlik bu məlumat əsasında həmin
dövlət orqanlarının nümayəndə heyətlərinin və mütəxəssis
qruplarının işinə vaxtından əvvəl xitam verilməsi məsələsi ilə bağlı
həmin dövlət orqanları qarşısında məsələ qaldırır;
16.18. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq digər səlahiyyətləri həyata keçirir.
17. Səfir vəzifəsi vakant olduqda və ya Səfir öz vəzifəsini icra
etmək iqtidarında olmadığı halda onun funksiyalarını Azərbaycan
Respublikasının xarici işlər naziri tərəfindən təyin olunan
Azərbaycan Respublikasının müvəqqəti işlər vəkili yerinə yetirir.
Müvəqqəti işlər vəkilinin adı Səfir tərəfindən və ya Səfir bunu
etmək iqtidarında olmadığı halda Nazirlik tərəfindən qəbul edən
dövlətin Xarici İşlər Nazirliyinə bildirilir.
18 Səfirliyin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq
edilir.
19. Səfirliyin maddi-texniki təminatı Nazirlik tərəfindən həyata
keçirilir.
20. Səfirliyin əməkdaşlarının hüquq və vəzifələri Azərbaycan
Respublikasının qanunvericiliyi, Nazirliyin normativ aktları və vəzifə
təlimatları ilə müəyyən olunur. Səfirliyin əməkdaşları Səfirə, Səfir
olmadığı halda isə Azərbaycan Respublikasının müvəqqəti işlər
vəkilinə tabedirlər və onun əmr və göstərişlərini yerinə yetirməyə
borcludurlar.
21. Səfirliyin işi müəyyən olunmuş qaydada Nazirlik tərəfindən
təsdiq edilmiş illik iş planı əsasında təşkil olunur.
22. Səfirliyə qanunvericiliklə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının digər dövlət orqanlarının nümayəndələri
ezam oluna bilərlər. Səfirliyə ezam olunmuş Azərbaycan
Respublikasının digər dövlət orqanlarının nümayəndələri öz
qərarlarını və hərəkətlərini Səfir ilə razılaşdırmalıdırlar.
23. Səfirlikdə Azərbaycan Respublikasının və qəbul edən
dövlətin qanunvericiliyinə uyğun olaraq ümumtəhsil və
məktəbəqədər müəssisə fəaliyyət göstərə bilər.
24. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq həmkarlar ittifaqı istisna olmaqla, Səfirlikdə siyasi par-
tiyaların, dini təşkilatların və qeyri hökumət təşkilatlarının (ictimai
birliklərin və fondların) bölmələri yaradıla bilməz.
402
403
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSUL NİZAMNAMƏSİ
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
Maddə 1
Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi
şəxslərinin hüquq və mənafeyini müdafiə edir.
Konsulluqlar Azərbaycan Respublikasının başqa dövlətlərlə
dostluq münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki,
mədəniyyət, ticarət, idman, turizm və digər əlaqələrinin
genişlənməsinə yardım göstərir.
Maddə 2
Konsulluqlar Azərbaycan Respublikası diplomatik
nümayəndəliklərinin konsul şöbələrindən, baş konsulluqlardan,
konsulluqlardan, vitse- konsulluqlardan və konsul agentlərindən
ibarətdir.
Maddə 3
Konsulluqlar öz fəaliyyətində bu Nizamnamənin, Azərbaycan
Respublikasının və konsulluqların yerləşdiyi dövlətlərin qanunlarını,
beynəlxalq müqavilələri və beynəlxalq adətləri əsas tutur.
Maddə 4
Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının
xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi
rəhbərliyi altında fəaliyyət göstərir.
Maddə 5
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə müdirləri
başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş
konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul
agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-
konsullar və konsul agentləri başçılıq edirlər.
Maddə 6
Konsul bu Nizamnamədə nəzərdə tutulmuş funksiyaları yerinə
yetirir.
Konsul bu Nizamnamədə
nəzərdə tutulmamış başqa
ffunksiyalarını da yerinə yetirə bilər, bu şərtlə ki, həmin funksiyalar
Azərbaycan Respublikasının qanunvericiliyinə və konsulluğun
olduğu dövlətin qanunvericiliyinə zidd olmasın.
Maddə 7
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi olmayan
dövlətdə bu dövlətin razılığı ilə konsula diplomatik funksiyalar da
həvalə oluna bilər.
Maddə 8
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi onun yerləşdiyi
dövlətlə razılıq əsasında müəyyənləşdirilir.
Maddə 9
Konsulluq üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin
təsviri və Azərbaycan Respublikasının dövlət dilində konsulluğun adı
olan möhürə malikdir.
Maddə 10
Konsulluq yerləşdiyi binaya üzərində Azərbaycan
Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan
Respublikasının dövlət dilində və konsulluğun yerləşdiyi dövlətin
dilində adı yazılan lövhə vurulur.
Maddə 11
Konsulluq yerləşdiyi bina üzərində Azərbaycan Respublikasının
Dövət bayrağı qaldırıla bilər.
Konsul öz iqamətgahında, habelə nəqliyyat vasitələrində
Azərbaycan Respublikasının dövlət bayrağını qaldıra bilər.
404
405
Maddə 12
Bu Nizamnamədə işlədilən terminlər aşağıdakı mənaları daşıyır:
"konsul" - konsulluğa başçılıq edən baş konsul, konsul, vitse-
konsul və ya konsul agenti;
"konsulluğun vəzifəli şəxsi" - konsulluğun başçısı da daxil
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış olan hər
bir şəxs (baş konsul, vitse-konsul, konsul agenti və konsulluğun
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün konsulluğa
ezam olunmuş şəxs (stajkeçən);
"konsulluğun əməkdaşı" - konsulluqda inzibati və ya texniki
vəzifələri, yaxud konsulluğa xidmət etməklə bağlı vəzifələri yerinə
yetirən hər hansı şəxs;
"konsul dairəsi" - konsulluğun yerləşdiyi dövlətdə razılıq
əsasında konsul vəzifələrini icra etmək üçün ona ayrılan ərazi.
II FƏSİL
KONSULLUQ HEYƏTİ
Maddə 13
Konsulluğun vəzifəli şəxsləri və konsulluğun əməkdaşları Azər-
baycan Respublikasının Xarici İşlər Nazirliyində dövlət
qulluğundadırlar.
Maddə 14
Yalnız Azərbaycan Respublikasının vətəndaşı konsulluğun
vəzifəli şəxsi ola bilər.
Maddə 15
Vəzifəyə təyin edilərkən konsul Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyindən vəkələtnamə-konsul patenti alır.
Maddə 16
Konsul, vəzifəsinin icrasına qəbul edən dövlətdən razılıq
(ekzekvatura) alandan sonra başlayır.
Maddə 17
406
Əgər konsul hər hansı səbəbə görə öz funksiyalarını yeinə yetirə
bilmirsə və ya onun yeri boşdursa, yeni konsul təyin edilənədək
konsul vəzifəsinin icrası bu konsulluğun və ya Azərbaycan
Respublikasının həmin dövlətin ərazisindəki digər konsulluğun
vəzifəli şəxsinə, yaxud Azərbaycan Respublikasının oradakı dip-
lomatik nümayəndəliyinin diplomatik heyəti üzvlərindən birinə
həvalə edilir.
407
III FƏSİL
KONSUL FUNKSİYALARININ
HƏYATA KEÇİRİLMƏ QAYDASI
Maddə 18
Konsul ona həvalə olunmuş funksiyaları şəxsən icra edir və ya
onların icrasını konsulluğun vəzifəli digər şəxsinə tapşırır.
Maddə 19
Konsul digər dövlətin konsul funksiyalarını yalnız Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin xüsusi göstərişi və qəbul edən
dövlətin razılığı əsasında yerinə yetirə bilər.
Maddə 20
Konsul, konsulluğun yerləşdiyi dövlətin hakimiyyət orqanlarına
öz konsul dairəsi hüdudlarında konsulluğun fəaliyyəti ilə bağlı bütün
məsələlər barədə müraciət edə bilər.
Maddə 21
Konsul konsulluq işlərinin vəziyyəti ilə yaxından tanış olmaq
üçün ildə bir dəfədən az olmayaraq öz konsul dairəsinin ərazisini
gəzməlidir.
Maddə 22
Konsulluğun vəzifəli şəxslərinin və konsulluq əməkdaşlarının
fəaliyyətinə dair şikayətlərə tabelik qaydasında baxılır.
IV FƏSİL
AZƏRBAYCAN RESPUBLİKASININ VƏTƏNDAŞLARI
VƏ HÜQUQİ ŞƏXSLƏRİ BARƏSİNDƏ KONSULUN
FUNKSİYALARI
Maddə 23
Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin konsulluğun yerləşdiyi dövlətin qanunvericiliyindən,
Azərbaycan Respublikasının və həmin dövlətin iştirak etdiyi
beynəlxalq müqavilələrdən, habelə beynəlxalq adətlərdən irəli gələn
bütün hüquqlardan tam həcmdə istifadə etməsi üçün tədbirlər
görməlidir.
Konsul həm yazılı, həm də şifahi ərizələri qəbul edir.
Maddə 24
Konsul Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi
şəxslərinin pozulmuş hüquqlarını bərpa etmək üçün zəruri tədbirlər
görür.
Maddə 25
Konsul öz konsul dairəsinin ərazisində daimi yaşayan və
müvəqqəti olaraq buraya gələn Azərbaycan Respublikası
vətəndaşlarının uçotunu aparır.
Maddə 26
Konsul öz konsul dairəsinin hüdudlarında olan Azərbaycan
Respublikası nazirliklərinin, idarə və təşkilatlarının nümayəndələrinə,
habelə Azərbaycan Respublikasının xaricə ezam edilmiş digər
vətəndaşlarının xidməti vəzifələrini yerinə yetirməkdə yardım
göstərir.
Maddə 27
Konsul öz konsul dairəsində müvəqqəti olan Azərbaycan
Respublikası vətəndaşlarına konsulluğun yerləşdiyi dövlətin qanun
və qərarları, habelə yerli adətlər barədə məlumat verir.
Maddə 28
Konsul konsulluq dairəsində olan Azərbaycan Respublikası
vətəndaşları üçün mədəni-maarif tədbirlərinin keçirilməsinə kömək
edir.
Maddə 29
Konsul, konsulluğun yerləşdiyi dövlətin bütün idarələrində
Azərbaycan Respublikası vətəndaşlarını, onlar orada olmadıqda və
işin aparılmasını hər hansı şəxsə tapşırmadıqda, yaxud başqa
səbəblərə görə öz mənafelərini müdafiə edə bilmədikdə, xüsusi
vəkalətnamə olmadan təmsil etmək hüququna malikdir.
408
409
Maddə 30
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən konsul
Azərbaycan Respublikası vətəndaşlarının hərbi uçotunu aparır.
Azərbaycan Respublikasının kişi cinsindən olan 18 yaşına çatmış
vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılmaq üçün Azərbaycan
Respublikasında daimi yaşayış yerlərindəki hərbi komissarlıqlara
gəlməsini təmin edir.
Maddə 31
Konsul Azərbaycan Respublikası məhkəmələrinin və ya istintaq
orqanlarının Azərbaycan Respublikasının vətəndaşlarına dair
tapşırıqlarını, əgər həmin tapşırıqların icrası konsulluğun yerləşdiyi
dövlətin qanunvericiliyinə zidd deyilsə, Azərbaycan Respublikasının
qanunvericiliyinə əməl etməklə yerinə yetirir.
Maddə 32
Konsul öz konsulluq dairəsində yaşayan yetkinlik yaşına
çatmamış, valideynlərinin himayəsindən məhrum olmuş Azərbaycan
Respublikası vətəndaşı olan uşaqların qəyyumluğa və himayəyə
götürülməsi üçün tədbirlər görür.
Maddə 33
Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra onun
Azərbaycan Respublikasının hüdudlarından kənarda qalmış
əmlakının mühafizəsi üçün konsul zəruri tədbirlər görür.
Əgər həmin əmlak tamamilə və ya onun bir hissəsi xarab ola
bilən əşyalardan ibarətdirsə və ya onun saxlanması çox baha başa
gələrsə, konsul bu əmlakı satmaq və satışdan əldə edilmiş pulu
aidiyyəti üzrə göndərmək hüququna malikdir.
Maddə 34
Konsul miras əmlakı Azərbaycan Respublikasında yaşayan
vərəsələrə vermək üçün qərar qəbul etmək hüququna malikdir.
Maddə 35
Konsul Azərbaycan Respublikası vətəndaşlarına məxsus olan
pulu, qiymətli əşyaları, qiymətli kağızları və sənədləri saxlamaq üçün
qəbul edə bilər.
410
411
Saxlanca verilmiş əmlakın sahibi öldükdə, həmin əmlak
barəsində bu Nizamnamənin 34-cü maddəsinin müddəaları tətbiq
edilir.
Dostları ilə paylaş: |