207
‘Befcuz 9bqqi
i
Donquldanmaq - dodaqaltı deyinmək, narazılıq eləmək.
Bəyin anası Aşıq Ələsgərgilin tez gəlməsindən bir az
donquldandı. Kəndin qanan adamları aşıqları evlərinə apardılar
(13, s.339).
D əlilər tək demə öz başıma donquldanıram,
Başıram işlərivə, od tuturam, odlanıram (168, s.57).
Doıduq - aylıq maaş.
Oxuyub gəlib gözlərini donluğa tikincə, oturarsan
kəndində sən əkərsən, biçərsən pul başından yağış kimi yağar
(129, c.I, s.125).
Donu açdmaq - özünə gəlmək, məclisə isinişmək,
öyrəşmək.
Dinsən dil açarıq, ey dilə ilk söz,
Yağsan solmarıq, donumuz açılar
Solğun şəhərlərə axsan sən (219, s.92).
Donuzdan bir tük çəkmək qənimətdir - xəsisdən nə
qopartsan, bir şeydi.
Dcııuzdan bir tük çəkmək qənimətdir (335, s.300).
Donuzu əskikdir - çox varlı adam.
Dorğunu yel almaq - qorxmaq, yorğunluqdan tərpən
məmək.
Dost dosta ton gərək, tən olnıasa gen gərək - dost çətin
gündə dostuna arxa olmasa ondan dost olmaz.
Dostluğu ayı dostluğudur - xeyir vermək istədiyi halda
ziyan buran adam. Rəvayətə görə, bir nəfər ayı ilə dost olur,
ayıya çoxlu yaxşılıq edir. Bir gün ayı onun üzünə bir milçək
qonduğunu görür, gedib bir böyük daş gətirib onun başına sal ır
ki, milçək ölsün, amma adam ölür.
Dost məni bəyənsin, bir içi boş qoz ilən - əsas dostların
diqqətidir.
Dost yolunda boran olar, qar olar - Ya dost olma, ya
zəhm ətdən incim ə- əsl dost çətin gündə tanmar.
Dost qolunda boran, qar olacaqdır (32, c.II, s 19).
Doşab almışıq, bal çıxıb - alınan şeyin gözlənildiyindən
pis nəticə verməsi.
208
Hirt^deyimbri
Doşablanmaq, qatıqlamaq - xoşa gəlm əyən zarafat
etmək, məzesiz, şit zarafat.
Qacar şahlarının ən mütərəqqisi Nəsrəddin şah Kərim-
şireyi adlı bir təlxək saxlayırdı. O, “Baqqalbazi dər hüzur” adlı
tamaşada öz rolunu ustalıqla oynadığına və ünvan sahiblərini
m əsxərə etməyə görə “Doşabülmülk” ləqəbini şahdan alır.
Dov düşmək-əlinə dov düşmək - fürsət tapmaq.
Ələ bir dovdu düşüb, əski yuvaııəm, sənə nə,
Mütrübəm, oynağanam, qaş-göz atanəm, sənə nə? (255,
s.269).
Dov gəlmək - qalib gəlmək.
Ay Kərim, çox öyüıınıə, Ayrım qızı dörd-beş kişiyə dov
gəldi (298, s.20).
Dovşana qaç deyir, tazıya tut - ikiüzlü siyasət yeritmək.
Dünyayi-alom yığışsa, biclikdə buna çatan olmaz. Dovşana
deyir qaç, tazıya deyir tut (9, s. 128).
Dovşan çomağa rast gəlib - bir zalım əlinə düşmək; gizli
işin üstünün açılması.
Döhtür - Təbrizdə ağlını itirmiş, ən məhşur dəliyə belə
deyirlər.
Dörd əli ilə yemək - acgözlüklə yeyən, milləti soymaqdan
yorulmayan.
Əhli-həqqin qəlbinə aləmdə təskindir qələm,
Dörd əlilə milləti rahət yeyənlər, əhv edin (69, s. 172).
Dördəlli tutmaq - bir şeydən var qüvvəsi ilə yapışmaq,
bir şeyə həddindən artıq həvəska' olmaq- adətən mənfi mənada
işlənir.
Dördəlli tutmadıq biz bu dünyanı,
Həyatı şərəfdə, mərdlikdə bildik.
Yaşadıq şərəfli yaşamaq üçün
Savaşdıq, vuruşduq, öldürdük, öldük (Səhənd).
İtirəm gözünün qaranlığında,
Nifrətsə dördəlli tutur qolumu (218, s.67).
Dörd gözlü - çox ehtiyatlı.
Gözlə özünü, ovçudur her yanı bu yurdun,
209
Hetiruz Tbqai
Quzğun kimi dördgözlü gəzir körpə şikarı (Y. Şeyda).
Döş-döşə duım aq - üz-üzə durmaq.
Əvvəllər beləydi: durub döş-döşə
Çıxardı düşmənlər açıq döyüşə (328, s.340).
Döşünü qabağa vermək - bir işə hazır olmaq.
Qazi deyir ki, vermə qabağa eylə düşün,
M ən bisipah, dini müsəlmanı şaxlaram (69, 22).
Döymə dəmir qapımı, döyərlər taxta qapını - pislik
etsən əvəz görərsən.
Deyirəm yəni döyməyək dəmir qapılarını ki, döyməsinlər
taxta qapılarımızı (9, s. 101).
Dövlətlinin iti yatmaz, kasıbın s..i - kasıb adamın çoxlu
uşağı olar, dövlətlinin də çoxlu iti olar ki, var-dövlətini qorusun.
Dövlətin başdan yağması - çoxlu gəliri olmaq, hər yerdən
qazanc gəlmək
Birisinin yağır dövlət başından
Birisi görməyib bir pul başından (147, s.367).
Dövlətliyə saxsı lazım olsa, kasıb səhəngin sındırar -
kasıb yazıq olar, şüursuz olar, həddən artıq əli aşağı adam
Dövranı keçmiş taxtanı əlində bayraq tutmaq - vaxtı
keçmiş bir şeyi özünə bayraq etmək.
Dev hüzurunda xidmətdədir, səkkizinci xəlifən isə budur
dövranı keçmiş taxtanı əlində bayraq tutub düşmən içində hünər
xəyalına düşüb, şəxsiyyətini nümayiş etdirir (144, s. 183).
Dövrəsinə qələm çəkmək - uzaq olmaq, birini kənara
qoymaq.
Amandı, çox qoru qəmdən, qələm çek, dövrimə fikrin
(338, s.33).
Duanı biz elədik, yağış Qaradağa yağdı - əziyyəti biz
çəkdik, səfasım başqası gördü.
Dııırna boğazlı sözlər - ürəyə yatan, hamının xoşuna
gələn.
Duza qoymaq -- uzun müddətə saxlamaq.
Necə, necə , bitərəfləri duza qoyurlar? (72, С.П1, s.31).
Duz-buz kimi yalamaq - hər yerindən öpmək.
210
'Befous
JW rftferim Cm
D ərə Düzov Qartn Quliyevi duz-buz kimi yalayıb əhval
tutandan sonra türkün sözü, arvadına xitab edib... (9, s.28).
D uz kimi yalamaq - birini çox sevmək, sevgi göstərmək.
Biz oxurduq, aba qaval çalardı,
D ədəm duz tək tutub bizi yalardı (60, s. 130).
Ə rin seni duz tək yalar,
Qolların boynuna salar (69, 108).
Padşah oğlunu duz kimi yaladı, bağrına basdı (148, S.65).
Duzu quru - işində bir kələk olmayan, hər işi təmiz
ürəklə görən. Eybi olmamaq, yaxşı adam, günahsız.
Dübərdinə bola qoşmaq - müflis etmək.
Dedi: dübərdinə qoşmuşam hola, xəbərin yox,
Dedim, holanı qoşandan sonra nə əkdirəcəksən? (306).
Düdü dolandırmaq -ələ salmaq, bu gün sabaha salmaq.
D üdük çalmaq -birinin arxasınca danışmaq.
- Harda düdük çalınır? -deyə mən ətrafıma göz gəzdirdim
( 2 5 3 ,s .ll6 ) .
D üdük düdüyə calamaq -birinin arxasınca çoxlu şayiələr
yayılması.
D üdük düdüyə calanar çalınar, şeypurlar işə düşər ( 253,
s. 120).
D üdük kimi olmaq - çox dar.
DüdüJJü gəlmə - hiy lə gəlmək, bəhanə gətirmək.
Bir sözün altından qaçmaq, verdiyi qövldən boyun
qaçırmaq, biırini get-gələ salmaq.
D üııbələndüz - düz bir şey.
D ünən bir, bu gün iki - qısa, az müddət.
Dünya başına dar gəlmək - çox darıxmaq, çarəsiz
vəziyyətə düşmək. Darıxmaq, üzülmək, özünü əlacsız görmək.
Ürəyi sıxılmaq, çıxılmaz vəziyyətə düşmək
O paslı zəncirlər qırılmadıqca,
D ar gələcək insanlara bu dünya.
Dünya başına yıxılmaq - çox fəlakətə düşmək.
Dünyadan dördəlli yapışmaq - həyat nemətlərini çox
sevmək.
211
‘Beftruz
Ä
.
Gənclikdən əlimiz üzülən kimi
Dünyadan dördəllə yapışırıq biz (328, S. 149).
Dünyadan kam almaq - bütün arzularına çatmaq,
ürəyincə yaşamaq.
Öldüm mən, anam qaldı,
Oduma yanan qaldı,
Nə dünyada kam aldım,
Nə bir nişanam qaldı (59, Səlı.131).
Dünyagörmüş - təcrübəli.
Qayalı dağı da duman almışdır,
O dünyagörmüşdür, yaxşı bax ona (337, c.I,s.56).
Dünya m ənim deyənlər - ölümünə inanmayan, dünyanı
dördəlli tutan
Hanı dediyim bəy ərənlər,
Dünya m ənim deyənlər-
Əcəl aldı, yer gizlədi (173).
Dünyanın o biri ucu - on uzaq yer.
Dünyanı su tutsa mənim vecimə deyil - etinasız, laqeyd
adam
Dünya ölüm itimdiı - həyat əbədi deyil.
Atam oğlu, dürıya ölüm itimdi (260, s.95).
Dünyaya yük olmaq - həyatda birinə xeyir verməmək.
Min dəfə gözəldir çox erkən ölmək,
Dünyaya yük olub yaşamaqdansa,
Dünyanın yükünü çəkirkən ölmək. (328, s.70).
Düşmən çomağı - qorxmaz, dilli-başlı adam.
Düşmən gözü çıxartmaq - düşmənə dağ çəkmək.
M ən də istəyirəm oğluma ata-baba adəti ilə düşmən gözü
çıxaran toy eləyim (l , s. 172).
Düşmən nədi, dost evini dost yıxar - xain dost
düşməndən çox pisdir.
Düşünüşmək -- münasibətləri pisləşmək.
Yaman düşünüşmüşdü, bir dəlləkxanada iki keçəl olmaz
(9, s.25).
Düt deyincə yemək çox yemək.
212
'lürfcdeyimfm
'Beftruz !fbqqi
Düyünün qəddini qazan bilər - yəni hər adamı, hər zadı
imtahan etmək üçün bir yaxşı fürsət, çətin şərait tapmaq
lazımdır.
Düyün vurmaq - bir işi daha da müşkülə salmaq, maneə
törətmək
Dolaşıq bir düyün rast golən kimi ona bir düyün vurub
getdilər ( “Rübailər aləmində”).
Düyüşün qırağa qoymaq - kənara qoymaq, birini gözdən
salmaq, işini əlindən almaq.
Düyü tapmamış çilov dəmlləyir/ at almamış mıxını çalır
- dəryada balıq sövdası.
Düz adam Heydər təkyəsində nə edir? -Səfəvilər
dövrünə qədər davam edən Heydəri- Neməti davasından
alınmışdır. Burada Heydər Şah İsmayılın ulu babası Şeyx
Heydərin adıdır. Nem ətilər yaxud neınətullahılar özlərini beşinci
imamın
nəslindən
olan
əm ir
Nurəddiıı
Nemətullaha
bağlayırdılar. Heydərilər isə özlərini Səfəvi sülaləsinin cəddi
Sultaııoddin Heydərdən bilirdilər. Bunlar iki yerə bölünürdü,
şəhər məhəllələri bir neçəsi neməti, bir neçəsi heydəri olub
vuruşurdular. Nümunə üçün, Şirazın dörd quzey məhəlləsi
Heydəri və 8 güney m əhəlləsi Neməti idi. Yüz minlik Təbriz
şəhərinin
13 məhəlləsi Heydəri və Nemətilər arasında
bölünmüşdü.
Bu
deyim Hey dərilərə
düşmən münasibət
bəsləyən Nemətilər tərəfindən yaranmışdır
Bir nəfər başqa məhəlləni pislədikdə işlənir.
Düz ağac əyilməz - düzlüyə adət eləyən adam əyri ola
bilməz
Düz danışan börkümü yan qoyar - düzə zaval yoxdur.
Düz yaşayan adam rahat olar.
Düzdə qoymaq - birinin hər şeyini əlindən almaq, pis
günə qoymaq.
Allah, mənim balalarımı düzdə qoyanın balalarını düzdə
qoy! (129, c.I, s.75).
Düz düzdə qalar - düz sözü sevməzlər, həqiqət acı olar,
öz sahibmə əzab-öziyyət gətirər.
213
'Seftruz
m m äSL
D üzünəqulu - düz danışan.
Sən ki məni düzünəqulu yıxmamısan (1, s. 168).
Düz yolda gedə bilmir, şumda şıllaq atır - kiçik işin
öhdəsindən gələ bilmir, böyük iddialar arzulayır.
214
‘Befavz
9
bqqi
Jlü r£& yw ti
\m
-E-
El ağzı, fal ağzı -elin dediyi əvvəl-axır olur.
Çömçə isti olub indi qazandan
el ağzı, fal ağzı.
Yaxşı deyirlər (328, s.301).
Elə addım götür, ata biləsən, elə loqma götür, uda
biləsən -elə bir iş gör ki, orıu başa çatdıra biləsən.
Elə bil alçaq dağları bu yaradıb - təkəbbürlü, hamıya
yuxarıdan aşağı baxan
Zalımın biri zalım, elə bil alçaq dağları bu yaradıb. ( 253,
s.282).
Elə bil arşın udub - quru ağac kimi yeriyən, təkəbbürlü.
Elə bil ayaq daşı itibdir - hər şeyin bir birinə qarışdığı
yer.
Ümumiyyətlə, Azərbaycan hamamlarında ayaqdaşından
istifadə olunur. Hamamda sos-küy olduğuna görə, ayaqdaşı
itəndə onu axtaranda hay-küy düşür.
Elə bil ayıya dəyirmançı dedilər - təhqir eləmək.
Elo bil ayıya dəyirmançı dedilər (129, c.I, s.39).
Elə bil başıma bıir qazan qaynar su tökdülər -
gözlənilm əyən halda çox təsirli söz eşitmək.
Behruz iti bir nəzər salıb başım aşağı dikdi və keçmiş
həyatı qaynar qazan kimi sanki başına töküldü (30, №2, s.52).
Elə bil bayquşdu - ağlayan uşağa və pis niyyəti dilə
gətirən adama deyərlər.
Elə bil cinə “bismillah” dedin - inanca görə, bir nəfərin
gözünə cin görüksə, yaxud onu qara bassa, “bismillah” deyən
kimi cin yoxa çıxar.
M əni görcək deyəsərı cin eşidib bismillah
Zahidin pis gözünə bir çalıcı mar oldum (223, s.55).
Elə bil göz işığı, peyğəmbər pişiyidi - özünü çox əziz
sayır (Ə.Saraçlı).
215
Elə bil kasıb evinə gəliııı gedir - hövsələsiz, könülsüz bir
işin ardınca getmək.
Elə bil qurbağa gölünə daş atdılar - sükut çökdü,
səssizlik, hər yer sükuta qərq oldu.
Gecənin gölünə daş atılsaydı,
Susardı qurbağalar (154, s.43).
Elə bil M ədədov atlısıdır - Mədədov İran-rus davasında
iştirak edən bir rus quldurunun adıdır. Yəni zalım bir insan.
Elə bil müqəvvadır - çox gözəldir.
Elə bil naxırçı əlindən qoduq qurtulub - əzabdan
qurtulmaq.
Yeyin qaçanda, sevinə-sevhıə bir yerdən uzaqlaşanda
deyilir.
Elə bil s..ş supadı -narahatdı, kefi yoxdu.
Elə bil Şəmundur - Şəmun Urmiyada bir qaııtökən assori
və ya erməninin adıdır. Qəddar, rəhmsiz mənasındadır.
Elə bil Rüstəmin şeyin sındırıb - nə böyük iş görmüsən,
nə arxayınsan.
Elə cır, yamaq saxlasın - boy demə, yalan, gop basma.
Elə eləm ə ki, körpü çayın o tayında qalsın - bir iş görmə
ki, aramız dəysin. Özünü elə aparma ki, pərdə aradan
götürülsün.
Elə gedərəm ki, çərçilər də sorağımı gətirməz - sənin
əlindən qaçaram
El ilə gələn bəla bayramdır - bir çətinlik hamı
üçündürsə, dözmək lazımdır.
El ilə gələn bəla bayramdır (229, s.25).
El ilə gələn qərə gün dügündür (229, s.25).
Eli olmayanın dili də olmaz « yalqız, qürbətdə yaşamağın
çətinliyinə işarədir.
Elm dəryası - çox bilikli adam.
Maşallah,
cənab
elm dəryasıdır,
mən
belə
alim
görməmişəm (195, c.II, s.36).
El üçün ağlayan gözsüz qalar - ancaq öz mənafeyini
düşünənlərin fikrinə görə belədir.
Hefmtz töqqi
‘TÜT^detjimbri
El üçün ağlayan gözsüz qalar (129, c.l, s.288).
Eni- uzununu görmək - hər zadını bilmək.
Erməni dığası - şüursuz, xalqın ənənəsinə xor baxan.
Bizlərdə günah yox, şahımız şumo-dığadır,
Vabəstədir Amerikaya, bişərmo- hoyadı (168, səh. 912).
Erməni eşşəyi kimi işləmək - haqq-muzd olmadan gecə-
gündüz işləmək.
Axşamadək erməni eşşəyi kimi işləyirsən, elə uesaıı ac
(129, c.l, s. 154).
Erməniyə koxa dedilər çuxasını özgəyə götürtdü /
anlamazın başmaqların cütlədilər, əyildi ona hörmət
qoyanın götünü dişlədi ki, bu da ədəbdəndi - ləyac: ətsiz bir
adama hörmət qoyanda qudurar.
Emıəııiyə koxa dedilər çuxasını özgəyə götürtdü (129, c.l,
s.29).
Eşşək - qanmaz.
Eşşək eşşəyi borc qaşıyar - yaxşılıq, pislik borcdur.
“Eşşək eşşəyi borc qaşıyar” məsəlini də xatırladı (253)
Eşşək gəlib, eşşək getmək - heç nə qanmamaq.
Əgər Mənimə Mursaqulu deyən M əmm ə olsa, oııda bil ki,
mən bu dünyaya eşşək gəlib eşşək gedirəm (84, s.6).
Eşşək qızdırmalı olub - yayda əgər bir adam qalın paltar
geysə, bu deyim işlənir.
Eşşək nə bilir cümə axşamı nədlir? /Eşşək nə bilir
döşək nədıir?/Eşşək nə bilir zəfəran nədir? - qanmaz adam
yaxşı zada dəyər verə bilməz.
Eşşək sııdan gələnəcən - uzun müddət, çox zaman.
Eşşək sudan gələnəcən vurdular.
Eşşəyə m inm ək bir
ayıb,
düşmək
iki
ayıb -
fikirləşməmiş bir işə əl vurmaq başı aşağılıq gətirər.
Amma necə deyərlər, kürsüyə çıxmaq bir ayıb, kürsüdən
düşmək iki ayıb (9, s.30).
Eşşəyim ölüb, başı qızıldı - öləndən sonra dəyərsiz birinə
böyük dəyər vermək.
217
T w ^üejjim hr^
Eşşəyi sudan keçənəcəııdir - işini həll olub qurtardı,
adamı saymaz.
Evdə xoruz, çöldə fərilt/ evin xoruzu, çölün toyuğu -
evdəkilərə zülm eləyib carmat arasında özünü sakit, yazıq
aparan.
Evə girməmiş deyir: “tüfəngimi hardan asım?” / at
almamış mıxın çalır-- bir işi qurtarmamış onu bitmiş bilir.
Evə girməmiş deyir tüfəngimi hardan asım (72, c.III, s.79).
Evində yoxdu urvalıq, könlündən keçir kəndxudalıq -
ac
adamın
böyük
arzusu.
Yoxsul,
imkansız
olmasına
baxmayaraq, böyük iddialarla yaşayır. Aciz, avara adamın böyük
iddialara ə t atması.
Cahan əhli, bu icz ilə özünü zənn edər sultan,
Sözü düzlük olar, lakin oğurluq işi hər an.
Evi yıxılmaq - başına fəlakət gəlmək.
Düşdü daş başıma yıxıldı evim,
Heç rəvadırmı mən bu yaşda ölüm?(195, c.ll, s. 179).
Evləri cübbəxanadır - evdə ağla gələn şeylər hamısı
var. Cübbəxana M əşrutə dövründə silat-sursat anbarına deyilir.
Çox möhtərəm, evdar qadınlar hətta fədailər üçün paltar
tikmək, məşrutəçilərin cübbəxanası üçün pukə(giliz) toplamaq
və s. fəaliyyət göstərmişlər (350, s.103).
Ev olmusan, olma axı eşik ol - birinin damından yağış
yağanda damardı, yağış kəsəndən sonra da dammaqda davam
edir, ev sahibi deyir ki, ev olmursan, onda eşik ol. Yəni kömək
etmirsən, niyə qolumdan çəkirsən.
Ev tikiləndən sonra balta çöldə qalar - yaxşılığı
bilməyən adam.
Ev yıxmaq - birinə quyu qazmaq, pis günə qoymaq.
Gəldin ki, yüz görəsən,
Yüz göstər, yüz görəsən
Evin yıxdın Aşiqin
Yüz görə, yüz görə sən (33, s.78).
Yaxşılıq eylə balığı at dəryaya, balıq bilməsə xalıq bilər
- yaxşılıq eləyən əvəzini görər
218
'Be/iruz yhqqi
Turfjdetfimhri
Eyilügü eylə, dənizə buraq, balıq bilməsə xalıq bilür (229,
s.32).
Ev köçür, ev qaçır - hər şey bir-birinə dəyib, ev tör-
töküntüdür.
Ev qalıb əyriyə, həm yeyə, həm səyriyə - iş elə adamın
əlinə düşüb ki, o bildiyin eləyir Ev qalıb əyriyə, h əm yeyə, həm
səyriyə (142, səh. 284).
Ev məscid kimidir - böyük və topdağıtmaz ev; boş və bir
həsir bir, M əmmədnəsir olan ev.
Eynalı qızılıdır -
gə İ r i xərcin ödəmir. 1083-cü ildə
Təbrizdə olan Şarden deyir: «Eynalı qızılıdır, bir tümən qoyan, 9
qıan götürül'».
219
Tür^deqimim
-ə-
Əbanı yellətm ək - ifadə satmaq, məğrur olmaq.
Alıbdır fərm anı şəhrin imamı,
Ə bam yellədib etdi qiyamı (308, səh. 12).
Əfcıülfəz qurbanlığıdır - bu deyim mollalara və vətənin
m üdafiəyə ehtiyacı olan zaman qaçıb gizlənən xainlərə işarədir.
İnama görə, Əbülfəz qurbanlığı ildə bir cləfe olur. Yəni pis adam
az ölər.
Əcəl camı içmək - ölmək.
Qəribin boynuna kəfən biçilməz.
Ə cəl camı çox acıdır, içilməz (3.5, s.538).
Əcəllə oynamaq - ölümdən qorxmamaq.
Bu İbrahim əcəllə oynayır nədi? (1, s.312).
Əcəl şahı - Əzrayıl.
İslam inamına görə, bütün yaranrnışların canını Əzravıl
adlı bir m ələk alır. Buna görə ona əcəl şahı da deyirlər.
M ən olsaydım əcəl şahı, uşağın canın almazdım.
Ucaltmazdım göyə madərlərin ahi-fəğanııı mən (301).
Əcəl təri basmaq - qorxudan, ağır xəstəlikdən insanı
buz tər basması.
Məni tezdən əcəl təri bürüyər, yay olunca sümüklərim
çürüyər (267, s.391).
Əcəri sabun -sabunun lap balaca kirtiyi, arıq və uzun
adama deyirlər.
Əfil-əfil əsm ək - nanə yarpağı kimi titrəmək.
Ürəyim bir zərrə qayğı,
B:ir zərrə m əhəbbət üçün
Əfİl-əfil əsir ( Səhənd).
“Əh neynim” həbbi atmaq -qüssə yeməmək, heç nəyə
kədərlənməmək, laqeyd olmaq, heç nəyə görə narahat olmamaq.
Kopenləri satmışam, acqarına yatmışam,
“Əh ııeyniyim” həbbini
Çoxdan olar atmışam (3 4 0 , s.10).
220
‘Befxruz Jfoqqi
Əhvalı zibil dadır - kefi pis olmaq.
Hacının əhvalı zibil dadırdı, dilini bir qarış çıxarıb bizə
yalvarırdı (335, s.292).
Əkilmək - aradan çıxmaq.
Molla ilə gələnlər işi belə görüb bir-bir durub əkilirlər
(148, S..120).
Var xəta bunda canım, qoy əkilək burdan biz,
Açığı tutsa vurar başımıza qəlyanı (72, c.III, s.237).
Əkməyən başaq dərər - zəhmət çəkməyənin əlinə
faydalı bir şey keçməz.
Əksin çörək üstünə vursan, ac it də onu yeməz - çox
çirkin, xoşa gəlməyən
On dördüncü Məclis rəisinin müavini Şiraz nümayəndəsi
sərdar Faxirhikmət isə sentyabrın 25-iııdə məclisdəki çıxışında
tələb edirdi ki, Azərbaycanda öz hüquqlarının uğrunda müba
rizəyə qalxmış şəxslərin əlləri və dilləri kəsilsin (Mirqasım
Çeşmezar, s.378).
Əl açmaq - birindən xahiş etmək, birini vurmaq, dilənçilik
etmək.
Dəli Həsən, səsinə qüvvət vermə, igid dil açmaz, al açar
(174, s. 16).
Əlaltıı - yaltaq, birinə tabe olan, hər no iş olsa qul kinıi onu
görən adam.
Lakin əlaltı işdə imiş fabrikaları
H ər yerdə var imiş nə gözəl texnikaları (72, c.III, s.225).
Əlaltı dost - yaltaq, simasız.
Əlaltmca - gizli.
Peşman evə qayıtdı, əl altınca qızı axtarmağa başladı (46,
s. 132).
Əl atmaq - bir qızın, qadının namusuna sataşmaq.
Saqi, dur əl at o badeyi qülrəngə,
Bir cam yetir bu morğe xoş ahəngə (223, s. 129).
Dostları ilə paylaş: |