Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Gedəndə  qum  atırdı,  qayıdanda  daş  tullur



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Gedəndə  qum  atırdı,  qayıdanda  daş  tullur  -əsəb 
xəstəsini  müalicə  üçün  çıldaq  pirinə  aparırlar.  Çıldaq  qorxmuş 
adamların  üz  tutduğu  bir  yerdir.  Qayıdanda  qonşulardan  biri 
xəstənin  halını  soruşur,  belə  cavab  verirlər.  Yəni  gedəndə 
bundan  qat-qat yaxşı  idi  ( Ə.Əliyev).
Ged ər-  gəlməz -  ölüm,  o  dünya.
Neçələrin gəlm əz yola göndərdi
Bir ayrılıq,  bir yoxsulluq, bir ölüm (35,  s.537).
247

memmmmmSSu
мм^тш на
Gen  dünyanın  başına  dar  olması  -   pis  vəziyyətə 
düşmək,  bütün  qapıların üzüno bağlanması.
Day  bu  keçəlliyim  üzündən  gen  dünya  ınəııə  dar  olub 
(174,  s.l 18).
Gen gəzmək -uzaqlaşmaq,  münasibət saxlamamaq.
Bəhanə tutuban bizdən gen gəzmə,
Sirr sözün yadlara deyən deyiləm (329).
Gen qaçdım qarətdən,  ədəbsizlikdən,
Tüfeyli  olmadım,  sözdə lıeç kimə ( Ə.Maraqai).
G əngilif  -Təbriz  həyətlərində  su  keçmək  üçün  süzkeş 
kimi  bir  şey  qoyardılar  ki,  su  keçsin.  Ona  gilif  deyərdilər. 
Burada işləməyən,  tənbəl adam deməkdir.
Gen götdən zart o...um ıaq  -özünü çox böyük  bilib  yersiz 
əmr edənlərə deyilir,  yersiz yerə danışmaq.
Get ağlayan yanına, getmə güldürən yanına  -  üzə gülən, 
yalandan sevgi göstərən  adamd.an uzaq  ol.
Get ay batandan sonra gəl  -bu  iş düzələn deyil.
Axırı...heç  nə, get,  ay  batandan  sonra gəl (335,  s.301).
Getdi kanal ikiyə  -Türklər illər boyu milli kimliyini  əldən 
verdiklərinə  görə,  həm  şovinistlər,  həm  də  milli  zülmdən 
tapdalanmış 
millətlər  kimi  özlərini  təhqir  etmədən 
iiz 
döndərmirlər.  Bu  da  fars  dilinin  üstünlüyünə  və  haqlı  olmağına 
böyük  bir  zəminə  yaradır.  Ümumi  danışıq  bir  fars  olan  yerdə 
fars  dilində  aparılır.  Əgər  biri  yamnda  olan  türklə  bir  kolımıə 
türkcə  danışırsa,  şuxluq  və  batində  hədə-qorxu  kimi  “getdu 
kanal  ikiyə”  sözünü  işlədirlər.  Bu  deyimin özündə  də  ‘kanal  1” 
farsca,  “kanal iki” ikinci dərəcəli millət sayılan türkcə sayılır
Get-gələ  salmaq  -ümumiyyətlə,  idarələrdə,  adamlar 
arasında bir işi uzatmaq,  adamı  aparıb gətirmək.
Get  göldə  osdur  ki,  qurbağalar  qorxsun  -yalandan  hay- 
küydən heç kəs qorxmaz.
Getmə  gözümdən,  gedlərəm  özümdən  -   səni  hədsiz 
sevirəm.
bir  balaca  maz  get  oııa,  deginən,  sevirəm  soııi,  day  lap 
denən getmə gözümdən,  gedənəm özümdən (9,  s. 172).
248
‘Beftruz  fbqq i
TürÇdeyim&ri
Get naxıra,  gəl  axıra -  yəni gecə-  gündüz  işlə.
Get  qanqal  otla  -   mənim  səviyyəmə  çatmaq  üçün gərok 
çox çalışasan.
Hələ  sən get, qanqal otla, mən də Nurcahanam (335  s.64).
Gəldi  savab  eyləsin,  kabab  eylədi  -  və  ya  başqa  deyimlə 
desək,  -  istədi qaş düzəltsin,  vurdu gözün  çıxartdı.
Gəl  eşşəyini  palçıqdan  çıxart  -   bu  çıxılmaz  vəziyyətdən 
çıx görüm  rıecə  çıxırsan?  Gəl  anlamaza söz qandır.
Gəl  eşşəyini  palçıqdan  çıxart (129,  S.439).
Gəlin  bəzəkdə  qaldı  -  öz  xəyalı əsasında  düzür-qoşur  ki, 
bir elçi  gələcək və  ya bir yerə çağıracaqlar.
Gəlin  oynaya  bilmir,  deyir  otaq  əyridir  -bir  işin 
öhdəsindən gələ bilmir, bəhanə gətirir.
Gəl məni gör?  dərdimdən öl -  çox gözəl.
Gəl  məni gör? dərdimdən öl (335,  s.63).
Gəmidə  oturub  gəmiçi  ilə  dava  eləm ək/  gəmiçi  gözü 
çıxartmaq -  yersiz gəldi,  yerli qaç.
Qəırıor- gəmidə oturub gomiçi  ilə döyüşür (72,  s.III,  s.95).
Gəmi  üstündə  qərq  olmaq  -  ağlagəlməz  vəziyyətə 
düşmək.
Hər  zadım  dəyib  biri-birinə,  bilmirəm  hara  gedim,  bir 
qızım  Təbriz  zindanında,  biri  Bəndərabbasda gizlin  yaşayır,  biri 
xaı icə  qaçıb.  Buna görə gəmi  üstündə qərq  olmuşam.
Gənbəhan  ayısı  -  Gənbəhan  Sohəndəva  mahalında  bir 
yerin  adıdır.  Səhənd  dağlarına  yapışmağa  görə  orda  çox  ayı 
yaşayır  və  hər  il  kəndlilərin  əkinlərinə,  mal-davarına  ziyan 
vurur.  Buna  görə  Azərbaycanda,  xüsusən  Təbrizdə  nəzmə, 
qanuna  boyun əym əyən,  ztyankar, ona buna ləngər  vuran adama 
belə deyirlər
G əvəzə - boş danışan.
Sən demə,  bu yanşaq gəvəzonin birisi  imiş (174,  s. 17).
G əzən  qurd  ac  qalmaz  -   axtaran  tapar,  işləmək  istəyən 
ac  qalmaz.
Gicdıllaq  -  gic,  ağılsız,  səfeh.
249

TürfcjdeyimCm
Gilan  aşıq  yeri  deyil  -  bu  misal  ələvilər  Gilanda  hakim 
olan  zamana aiddir ki?  geriçilər  musiqi  və  hər  cür  şadlığı  yasaq 
sayırdılar.  Ələvilər  silsiləsi  Gilanda  hakim  olan  zaman  musiqi 
haram olmağa görə,  aşıqların ora getməsi yasaq olur.
Gildir-  gildir yaş  axmaq  - yanıqlı ağlamaq;  sakit  ağlamaq.
Oğlanın  dilindən  bu  sözlər  çıxmışdı  ki,  bir  də  görür 
dilənçinin  gözlərindən  gildir-gildir  yaş 
axır  (“Durnanın 
şəhadəti”).
Giləşir eləmək -  baş yumaq.
Girdələm ək  -həqiqəti  danmaq,  bilmədiyi  mövzu  barədə 
verdiyi  nəzərdən  dönməyib  onu  birtəhər  qəbul  etdirməyə 
çalışan adam/
Yüz də girdələsən kömür qaradır,
Ağ kürkə bürünsə, bürünməsə də ( Sönməz).
Girdələm ək -  bilmədiyi  işə  qarışmaq və onu yasalamaq.
Girvənkə  qıfılı  -  bir  növ  möhkəm  qıfılın  adıdır.  Məcazi 
mənada çox möhkəm və  açılmayan qıfıla aiddir.
Gizlənpaç  -   ürəyindəki 
sözü  deməmək, 
birindən 
gizlənmək.
Tahir:  Yaxşı  bəsdir, gizlənpaç oynadınız (9,  s. 157).
Gor qazmaq -  quyu qazmaq,  tələ qurmaq.
Hamıdan  yayınıb gizli-gizli bəs,
Özgəyə gor qazmaq oğurluq deyil?  (328,  s.342).
Gora  aparmayacam  ki  -yəni  gördüyünüz,  eşitdiyiniz 
şeyləri öyrənin.
Göbək götürmək -  çətin  iş,  xərci  çox olan  iş,  çətin  bir  işə 
əl vurmaq.
Göbəkkəsdi  -iki  yaxın  ailənin  eyni  vaxtda  birinin  oğlu, 
digərinin  isə  qızı  olsaydı?  elə  o  vaxtdan  əhd  edib  bir-birinə 
adaxlardılar.  Buna göbəkkəsdi deyərdilər (148, S. 131).
Göbələkdi  yerdən  çıxıb  -   heç  kəsi  olmayan,  saysız- 
hesabsız.
Özü  də  qoşun  nə  qədərdi!  Elə  bil  ki  göbələkdi,  yerdən 
çıxır (148,  s. 183).
250
‘Beftruz  Jhqqi
'Ш ^ет т С т ^
Göbəyin  düşməsi -   ağır  yük  nəticəsində  və  ya  bir  tənbəl 
adamın yorğunluğunu  etirafında işlədilən deyim.
Giribsən çox ağır yükün altına,
Yavaş ki,  düşməsin göbəyin  sənin (299,  səh.  126). 
Göbəyini filankəs ilə bir kəsiblər -həmişə bir yerdədir. 
Göbəyini  filan  yerdə  kəsiblər  -Vətən,  çox  gəlib-gedilən 
yer mənasındadır.
Göbək  quylanan  torpaq  adamı  özünə  çəkər.  Dünyadan 
yorulan  çağda  bu. torpaq  yadına  düşər,  göbək  quylanan  torpaq 
məlhəm kimi olar,  içəridən ürəyi safaldar (203, S.28).
Gödən  ağrısı - birinə  mane olan,  vaxtını  tutan 
Gödənsiz adam -özünü  aparmağı  bilməyən.
M ənə  bir cüt busə ver,
Adam gödənsiz olmaz (340.  s. 16).
Gön  atdayan  şeyxlər  -  həddindən  artıq  fırıldaqçı 
olmaqlarına  baxmayaraq  düzgünlüyə,  xalqın  mal-dövlətinə  göz 
dikməyən kimi özlərini qələm ə  verirlər.
Təbrizdə  göııçü  bazarda  inək,  camış  dərisindən  olan,  əyri 
gönləri  xalqın  ayağı  altına  salarlar  ki,  ayaqlanmaqla  düzəlsinlər. 
Bəziləri  özlərini  ən  mömin  adaır. kimi  qələm ə  vermək  üçün  bu 
gönlərin üstündən  hoppanıb  keçirlər ki,  ayaqları  gönə  dəyməsin.
Gön  kimi  olmaq  -  gün  altında qalmaqdan  rəngi  qaralmaq, 
dərisinin  təravətini  itirmək.
Kəndlinin əlləri  dönmüşdü  gönə 
Ağa əl açaraq  deyir:  ver mənə ( Əhvədi)
Gön  qoymaq  -  təcrübə  ələ gət irmək üçün çox zəhmətlər 
çəkmişəm.
Gönü  duzlamaq -ölmək.
Filan xərpul da murdar olmamış dabbaq gönü  duzlar,
Yazın  elanını meydan  çayında bir ulaq öldü  (306).
Gönü  qalın  -   anlamaz,  xeyrini-şərini  başa  düşməyən
adam
Bir də sənin bəs ki,  qalındır gönün,
İllə?  odur, böylə  qaradır günün (168,  səh.  507).
Gönünü  aldırmaq -hədələmək.
251

Bekruz
M enə doğrusunu de,  yoxsa gönünü aldıraram (129,  S. 164).
Gönü suya vermək -  işin  işdən keçməsi,  qiymətli  bir  şeyi 
əldən 
verib 
peşiman 
olmaq, 
fürsəti 
əldən 
vermək 
-  
bacarıqsızlığı  nişan vermək.
Yoxsa  gönü  verəcək  idi 
suya, 
ovqatımıza 
soğan 
doğrayacaq idi  (1,  s.14).
Bəli,  onda gön suya verildi,  qurtardı (129,  S.142).
Deyirəm,  xoşunuza gələ-gəlməyə,
Keçmişə gönüzü suya vermisiz.
Özgələr dolanda dərin mənaya,
Siz barsız söyüd tək boya vermisiz (291,  səh 58).
Gördün  yemək,  nə  demək  -   süfrə  açılan  zaman  hamı 
yeməyə başlayar.
Ay  Həmid,  tikanlı  sözləri  at  bir  tərəfə,  gəl  otur,  vuraq, 
gördün yemək day nə demək? (1,  s.300).
Gördüyün  küllü  kömbədi-  pis  əziyyətdə  yaşamısan, 
çətinlik görmüsən.
Gördüyün  ağaclar  küləkliyə  kəsilib  -   sən  görən 
vəziyyət, kökündən əvəz olunub.
Gördüyümüz  ağaclıqlar  küləkliyə  kəsilmişlər  (291,  səh 
89).
Görmək  -  rüşvət  vermək,  bu  deyim  keçmiş  zamanlarda 
„bığ  yağı  verm ək“,  „hörmət  və  rüşvət  vermok“  formasında  da 
işlədilib.
Görməmişin  bir oğlu  oldu, çəkdi çökünü  qopartdı  -ifrat 
eləmək,  birinə  həddən artıq sevgi üzündən zərbə vurmaq.
Görməyə gözü  olmamaq - sevməmək, nifrət eləmək.
Mirzə  Xosrov,  “Ölülər”  əsərinə  görə, 
mollaların, 
ruhanilərin  məni  görməyə  gözləri  yoxdur  (  “Ədəbiyyat  və 
incəsənət”, № 35,  1965).
Görüb gördüyün bu  olsun -  son qismət.
Göt atmaq -  birini  saymamaq,  və  ya müvafiq nəzər  nişan 
verməmək.
Göt-baş  vurmaq  və  ya  baş-ayaq  vurmaq  -   bir  işlə,  bir 
həyatla yanaşı davranmaq.
252
Hefiruz  ffaqqi
Türt^deyvnhri
Atdım oxumu  hər zada,  gördüm daşa dəydi.
Bilməm  nədir  illət,  ayağa,  gah  basa  dəydi  (Qasir,  səh.
172).
Göt-götün  düşmənidir  -  biri  duran  kimi  o  biri  onun 
yerində oluranda deyilir.
Götü  bir  yerdə  tikiş  saxlamamaq  -  bir  yerdə  qərar  tuta 
bilməyən.
Götü  dar  qapıda  qalanda  həzrət  Abbas  çağırır  -işi 
çətinə düşəndə  mömin olur.
Götü  ilə  quymağa  düşmək  -  xoşbəxtliyi  yalnız  var- 
dövlətdə  görən  tamahkar  adamlar  kişi  və  ya  qadın  olmağına 
baxmayaraq zəngin  varlı  adamla evlənsələr,  onlar  haqqında  belo 
deyilir.
Götü  qaşınır  /keçinin  buynuzu  gicişəndə  çobanın 
çomağına sürtər -özünə problem axtarmaq.
Götü quş bişirir -  qorxaqdı.
Götü quş bişirir (126,  s.45).
Götünə  tuman  tapmamaq  -   ən  ağır  və  yalavac  surətdə 
yaşamaq.
Götüvə tuman geyə  bilmirsən?
Fati na, Tükəzi ııeyniyirsəıı.
Zudpəst (tez bişirən) qazı  neyniyirsən?  (Mirzə,  səh.  79).
Götünnən  halallıx d iləy ir- ç o x  pis  voziyyətdədi.
Götünnən halallıx  diləyir(126, s.44).
Götünün  dişi  var  -şalvarını tez-tez yırtan uşaq  və  böyüyə 
deyərlər.
Götünün 
qaranlığı 
var 
-  
xətərlə 
üzbəüzdür, 
cəzalandırılmalıdır.
Götür- qoy etmək - fikirləşmək.
Xeyrullanın  əli  hər  yerdən üzüldükdən  sonra  o  çox  götür- 
qoy elədi,  nəhayət belə qərara gəldi ki,  ..  evinə getsin.
Götür-qoy  eləmək  -   bir  işi  həyata  keçirmədən  əvvəl 
ətraflı  düşünmək.
Əli  hər  yerdən  üzüləndən  sonra,  o,  çox  götür-qoy  elədi, 
nəhayət belə qərara gəldi ki,  vətənə dönsün.
253

‘Behruz  tä q q i
lür^deyim hri
Götü  üstə  oturmaq-  var-dövləti  əldən  vermək,  birdən 
zərərə  düşmək.
Götü yoxdu -cəsarətsiz,  cürətsiz, qorxaq.
Göy - xəsis,  səxavətsiz.
El arasında belə bir inam da var ki, göy adam sonsuz olar.
Göydə  axtardığını  yerdə  tapmaq  -çox  uzun  zam an  arzu 
çəkdiyini ələ  gətirmək.
Göydə  axtarırdım,  yerdə  əllimə  düşmüsən  -   axtarılan 
bir adama təsadüfən rast gəlmək.
Karvanbaşı  dedi:  belə  adamı  göydə  axtarırdım,  yerdə 
əlimə  düşdü (46,  s.236).
Göydə götürmək -  bir şeyin  tez alınması.
Bu  gün-sabah  bağdan  qayıdandır,  hər  kimə  versən  15 
manata göydə götürər (72, c.III  s.75).
Göydən düşmək -  özünü böyük,  hamıdan üstün sayan.
C.Məmmədquluzadə  birdən  birə  öz-özünə  yetişməmiş  və 
göydən  düşməmişdi.  ’’Molla  Nəsrəddin”lə  bağlı  olan  böyük 
ictimai  ədəbi  hərəkatın  və  məktəbin  və  hərəkatın  daha  böyük 
kökləri var (156).
Göydəndüşmüş  -  gözləmədiyi  halda  böyük  bir  xeyir 
görmək.
Göydən  qızıl  zənbillə  düşmək  -   özünü  hamıdan  artıq 
tutmaq.
Bağır  bəyəm   göydən  qızıl  zənbillə  düşüb,  hamımızın 
qapaz altısı deyildi? (9,  s.177).
Göydən yerə yağmaqdan yerdən göyə yağır?  -varlı  dost, 
qohum-qardaş  köməklik  etməkdən  yoxsul  adam  onlara  yardım 
edər?
Göyərm ək -  pis sifət göstərmək.
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma utan,  qonşuları yığma dama (267,  s. 144).
Göyərmiş  -  qarğış,  məzəmmət  kimi  işlənir.  Xəsis  adama 
deyilir.  M.F.Axundovun  əsərində  Tükəz  də  əri  Hacı  Qaranı 
xəsislikdə m əzəm m ət edəndə “ay göyərmiş!  - deyə xitab edir.
Göy əskiyə tikmək -  gününü qara etmək, əziyyət vermək.
254
Behnız
Müsyö  Jordan  Şahbazı  aparacaqdı,  günümü  göy  əskiyə 
tikəcəkdi (5,  S.35).
G öylərə  baş  q ald ırm aq   -   ən  şərafətlə  yaşamaq,  bir 
kimsəyə  və bir m illətə  xəyanət etməmək.
Qürurumdan  az qaldı göylərə dəysin başım (264,  səh.  61).
G öynən  gedən  -  yuxarıdan  gedən,  özünü  hamıdan  yuxarı 
tutan,  hay-küy salan
G öyşəm ək -  birinə  fəxr satmaq.
Peykanı  sat, traktor al,  kəfşənə
M üftə  yeyirsən,  bir  belə  gəvşemə  (İ.Qəribi,  Kəleybər,
s.26).
Göy  üzü  daş  saxlam az  -   nə  yaxşılıq,  nə  pislik  əvəzsiz 
qalmaz.
Durub göy üzünə daş atan oğlan
Göy üzü daş saxlamaz (260,  s.26).
Göz  aça  bilm əm ək  -   yəni  xoş  gün  görməmək,  ağır 
vəziyyətdə yaşamaq.
Bu  həriflər  «İranın  nizamül-ülərnaləri»  İranın  məhsulatını 
anbarlara  doldurub,  İran  ölkəsini  daimi  surətdə özlərinə  möhtac 
etmişlər.  Odur  ki,  İranda  bu  saat  aclıq  və  bahalıqdan  yana, 
iranlılar göz aça bilmirlər (65,  №  5,  səh  11).
Göz  ağartmaq  -  işarə  ilə  sözündən çəkindirmək,  him-cim 
etmək.
Gözağartması -  hədə-qorxu işarəsi.
Vəzir  ona  gözağartması  verib  dedi.  Onu  bil  ki,  Əzrayılla 
çilingağac oynamaq  istəyirsən (46,  s.130).
Gözaltı -  biri ilə evlənmək  istəmək.
Sevsəydi  belə  eləməzdi,  yəqin  ayrı  gözaltısı  var,  qızın  işi 
ayrıdı (1,  s.225).
Göz basm aq -  işarə etmək.
Molla Nəsrəddin  camaata göz basıb  dərvişə deyir:  hə, bax, 
bu bizim  eşşəyin quyruğudur (148,  S  123).
Göz  bəbəyi  -  insan  üçün ən  əziz göz  işığı  sayılır.  Vətən, 
vətənin  istiqlalı  da belə müqəddəs məfhumlardandır.
J ü rk /e m m h ^

‘B ekvz  yhqqi
‘lür^deyimhri
İstiqlalımızı  göz  bəbəyi  kiıni  müdafiəyə  qorar  verən  bir 
məclisdə  dinlədiyi bu  ultumatumu  qəbul  etmək  hökuməti  kəndi 
əli  ilə  dost 
donuna  bürünmüş  düşmənə  təslim  etm əkdi 
(M.Ə.Rəsulzadənin  çıxışından).
Göz  bəbəyi  kimi  qorumaq  -  üstündə  əsmək,  nəhayət 
dərəcədə qorumaq.
Gəl daireyi-çeşrni pürabində  məqam et,
Ey göz bəbəyim,  gör ki, nə xoş dürri-tərin  var.
Göz bozartmaq  - əyri-əyri baxmaq,  acı-acı  süzmək.
İstırəm ağzımı  açam,  tez gözüvü bozardırsan.
Elçi yanında hey məni  danlayırsan,  qızardırsan (168).
Göz dağı  -  böyük bir zərbə  vurmaq; əziz  bir adamının  göz 
qabağında şikəst olması.
Azər övladıyam  nişanbənişan,
Düşmana gözdağı,  dosta mehribtm (273,  s. 12).
Gciz dağı vermək -  öz mal-dövlətini  və  ya mənəvi,  maddi 
imkanlarını  yoxsulların üzünə çəkinək.
Özü qurd amma,  qoyun paltarı xalq içrə geyənlər,
Qonşusu  ac yatıban,  özləri beş vədə  yeyənlər.
Sonra göz dağı verənlər.
Düşmənə həmişə göz dağıydı  o,
Kükrəyən  çağlayan  bulaqdı  Nazim  (124).
Gözdən 
düşmək 
-  
hörmətsizlik 
etmək, 
diqqət 
göstənnəmək.
Əlində buda məni,
Çək tiğin,  buda məni,
Elə gözdən düşmüşəm,
Tanımaz bu da məni (33,  S. 106).
Aşıqm  düşmüş dəri,
Dur gör,  sən düş müştəri 
Yarəb anarmı ola,
Men gözdən düşmüşləri (33,  s.62).
Çökdü ortalığa duman,
Güman,
256
'Behruz  Jbqqi
Güman,
Gümaıı.
Buzlaqlar qonaqçı  oldu,
Gözdən düşmüşlərə (207,  S.37).
Gözdən  pərdə  asmaqı  -xalqı  aldatmaq,  yalandan  başqa 
cür rəy yaratmaq.
1909-cu  ilin  aprel  ayında  Təbriz  inqilabının  rəhbəri,  adı 
dillər  əzbəri  olan  Səttarxaıı  və  onun  dəstəsini  əhali  böyük 
sevinclə  qarşılayır.  Başlarına  gül-çiçək  və  gümüş  pul  səpir. 
Xalqın  gözündən  pərdə  asmaq  üçün  məclis  Səttarxam  ordenlə 
təltif edir (149,  s.58).
Gözdən  salmaq  -diqqətin:,  nəvazişini  kəsmək.  Birini 
hörmət  və dəyərdən  salmağa çalışmaq.
Gözlərin aldı  moııi,
Kəməndə  saldı  məni,
Amandı  qoymayın,
Yar gözdən  saldı  məni.
Nə var nə yox,  kim  ölüb,  kim qalıbdı,
Fələk orda kimi gözdən salıbdı!  (339,  s.6 )
Oğuzlar  islam  dinini  qəbul  edərkən  bu  din  oğuz  miflərini, 
o  sıradan  Pəri  qızını,  su  və  yaşıllıq  ilahəsi  məhəbbət  onqunuııu 
da gözdən salıb  sıxışdırır (279).
Göz  dikmək  -   yəni  bir  arzunun  həyata  keçirilməsi 
əsasında intizar çəkmək,  bir yeri ümid yeri  bilmək.
Mənsiz səyahətə gedirsən barı, tez qayıt.
Göz tikmişəm yola, çəkirəm  intizarını  (250,  səh.  16).
Onun  oğlu  ata təxtinə  göz dikən  vəliəhdlərdən  deyil  (144,
s.43).
Sənə göz dikmiş  idik,  sən dəxi qalxdın getdin,
Gözümüz yaşı  kimi  didədən  aqdırı,  getdin  (25,  s. 143).
Mən  aşıq tikən gülə,
Sarmaşır tikən gülə,
Heç kəs gözün dikməsin,
Mən  gözüm dikən gülə  (33,  s.59).
Mən ölsəm, pərdəni yırt at,
257

Heitruz  9baai
Tur^deyimbri
Zeıkate tikmə göz,  al,  sat.
Noolur ki,  eyləsə  arvad
Ticarət ey Tükəz bacı? 
(300,  səh 60).
Göz evindən itm ək   -gözün gördüyü qədər,  gözün  işlədiyi 
qədər məsafə.
Sürü  ilanlar  göz  evindən  itənəcən  öz  yollarında  şaxırdılar 
(203,  s.67).
Gözə  baxa  bilməmək  -xəcalətdən,  utanmaqdan  birinin 
üzünə  baxa bilməmək.
Şuşa qaytarılıb,  Laçın  dönməsə,
Düşmənin  bayrağı  yerə enməsə,
Biz baxa bilmərik elin gözünə  (188,  s.26).
Göz  işığı  ilə  çörək  qazanmaq  --  müəllimlər,  yazı-pozu 
adamları haqqında işlənir.
Gözə kül üfürmək -  gözdən pərdə asmaq.
Hünər kimiıı idi ad kimin oldu,
Dövran kül üfürür çox zaman gözə (328,  s.40).
Gör camaatın gözünə necə kül  üfürürlər? (144, s. 12).
Gözəl  ağa  çox  gözəl  idi,  vurdu  çiban  çıxartdı  -biri  çox 
kifir olsa, günbəgün pis işilərini davam etdirsə,  belə deyərlər.
Gözəl  ağa çox gözəldi vurdu çiçək  çıxardı  (335,  s 83).
Gözəllik  ondur,  doqquzu  dondur  -zahiri  gözəlliyin 
roluna böyük əhəm iyyət  verilir.
Gözətlə, 
ayağın 
götvərən 
qəbrinə 
keçməsin 
- 
mövhumata  görə,  pis  əməlli  adamların  qəbirləri  tez  xarab  olub 
yıxılar.  Buna  görə  yıxılan  qəbirlərdə  ayağın  sınmaq  xətəri  var 
idi.  Elə  iş görmə  ki,  işin  polisə,  çətinliklərə  düşsün  ki,  nicat  tapa 
bilməyəsən.
Gözətlə, yeyər - xətəri olmayan,  faydasını bilməyib ondan 
uzaq gəzən adama belə deyilir.
Yeməz  insanı  mey,  çəkil  yaxına,
Durma,  baxma qıraqdan,  ey mömin.
Təlxdir zahirən,  vəli mənən
Dadlıdır qayqanaqdan,  ey mömin  (301).
Göz görmür, üz utanmır -  üz-üzdən utanır
258
‘Bcftruz  'täqqi
<
Tür(çdeyimhri
M ən aşiqəm,  o xandan
O  paşadan,  o xandan
Göz görmür, üz utanmır
Qorxuram bu divandan (33,  s. 125).
Göz götürmək -  əl çəkmək, əlaqəni kəsmək.
Könül  bəsdir,  gözəllərdən  götür  göz,  hərzə  goıd  olma 
(289,  səh.  38).
Göz-gözə alışmaq  -  birinə ürəkdən  bağlanmaq.
Çətin olur ayrılıq,  göz-gözə alışanda (49).
Göz  göz  olmaq-  yara  haqqında  işlənir.  Yaranın,  acı  bir 
xatirənin yenidən yada düşməsi.
Düz altmış min  göz-göz olan yaranı,
Bağlayıram,  yatmıram ki,  gecələr (294,  s.26).
Vurdular  sinəmə  möhnət  qarası,  acılıyor,  göz-göz  oldu 
yarası  (237,  səh.  212).
Göz-gözü  görməmək  -  qaranlıq,  sis,  duman,  toz  ya 
tüstüdən,  alovdan heç no gömıənıək.
Göz  kötəyi  vurmaq  -  birinə  çox  əyri-əyri  və  qəzəblə 
baxmaq.
Təbrizin  Əmir  bazarından  keçəndə  gördüm  rəhmətlik 
xanım  bacı  bir  qızılçı  camakısına  uzun  müddət  baxır.  Dedim: 
Xanım  bacı  gəlinirsən?  Dedi:  qayınxatını,  bizim  ki,  gücümüz 
çatmır  bunlardan  alaq,  qoy  bir  az  da  olsa,  onlara  göz  kötəyi 
vuraq  (  Əqdəs Haqverdi).
Göz  qırpım ında -  qısa bir zaman,  an  anlamında  işlədilir.
Bircə göz qırpımında sevgini görəııcədi (210,  səh.  56).
Göz  qorxaq  olar,  ayaq  mərd  -  danışmaqla,  baxmaqla bir 
iş qurtarmaq.  Onu  həyata keçirmək üçün bir hərəkət etməlisən.
Deyirəm gözə  yox,  ayağa alqış (215,  Soh.  43).
Göz-qulaq olmaq  -  ayıq-sayıq olmaq.
Belə  bir  əmrdən  sonra  keşiş  paşadan  çox  razı  qaldı,  şəhər 
əhli  do  göz-  qulaq  oldu  ki,  osmanlı  torpağına  Кого m  adında  kim 
gəlso,  tutub paşaya versinlər (35,  s.524)
259

‘Befiruz  fb q q i
'Mr^daıimbri
Gözünün şorbasını tökmək -  bir quldur insanın  bir yazığı 
təhqir  etməsi  və  ya  birini  aldadan  bir  şarlatamn  göz  yaşı 
tökməsi.
Gözlərdən  oxumaq  -   birinin  ürəyinin  istək  və  arzusunu 
gözlərindən duymaq,  başa düşmək.
Mən sizi duyuram,
Gözlərinizdə oxuyuram,
Öz keçmiş günlərimi ( «Bir  gün payızda»,  səh.  74).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin