Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

Gözləri bərəltmək - birinə qəzəblə baxmaq.
Gözləri böyümək —heyrətlənmək.
İki  il  zindan,  təbid,  qara  günlər  keçirdikdən  sonra  əfsərin 
rüşvət istəməsindən mənim  gözlərim böyüdü (281,  s.98).
Gözləri döyə-döyə  qalmaq -  mat-məəttəl qalmaq.
İngilis  səfiri.  Siz milli azadlığı neynirsiniz?
Qulam Yəhya:  - Milli  azadlığı  yeyəcəyik.
Səfir  gözlərini  döyə-döyə  Qulama  bir  daha  başdan-ayağa 
baxdı  və  sağollaşmadan  geri  dönüb,  maşina  tərəf  getdi  (  312, 
səh.  41).
Gözləri  ilə/kirpiyi  İlə  od  götürmək  -  çox  əzab-əziyyət 
çəkmək.
Gözləri  qan  çanağına  dönmək-  qəzəbdən,  ağlamaqdan, 
yuxusuzluqdan,  və  ya  qanın  həddən  artıq  sağılmağına  görə 
gözlərin lap qızarması.
Gözlərin  dolması  -   ağlamaq  halına  gəlmək,  kövrəlmək, 
ağlamaq  istəmək.
Bacı  var başını  yolsun?  Dostu  var gözləri dolsun?  Bala  var 
gül kimi solsun?
Mən aşıq  dolan gözüm,
Dol gözüm, dolan gözüm
Gedərsən,  qayıtmazsan,
Vətəni dolan, gözüm!  (105,  səh.  18).
Gözlərin  quyuya  düşməsi  -  yaman  gündən  insanın 
gözlərinin  adi  halını  itirməsi, dərinə düşməsi.
Gözlərinin  yaşı  daşmaq  -  bir gün  haqlı  olaraq  bir  kölənin 
etiraz etməsi.
260
Gözümün yaşı gərək bir gün daşa.
Sığmaya yazılara,  dağa,  daşa.
Gözləri ölü qoyun gözüdü - mənasız,  ifadəsiz, halsız göz. 
Gözlərin  yol  çəkm əsi  -   müqəddəs  bir  inamın  həyata 
keçirilməsi  üçün  və  ya  bir  işin  düzəlməsi üçün  intizar çəkmək, 
yarın,  yaxın  bir  insanın  gəlişini  gözləmək,  hansısa  insanın 
gələcəyinə  işarədir.
Həsrətli gözlərin yol çəkməsini,
Gözləri yollarda qalanlar bilər (2) 5,  səh.  71).
Bir çıxış yolunun tamarzısıyam,
Haçandır yol çəkir ürəyim, gözüm ( “Məhdi  azadi” ,  1997). 
Elə bil yol çəkil' onun gözləri,
Fəqət nə gələn var, nə də bir gedən (337,1,  s.57).
Tarixin gözləri yol çəkə-çəkə,
Bundan böyük səvab görməmiş bəlkə (325,  səli  15).
Yol çəkməkdən  yorulmayan gözlərim,
Siz tərəfi,  siz tərəfo baxacaq (111, səh.  12).
Göz  örtmək  -   naümid  olmaq,  birinin  balaca  və  ya  əıı 
böyük  xətasım görməməzliyə  vurmaq.
Göz süzmək- naz eləmək.
Qol boyun oturub sürtək üz-üzə,
Baxaq bir-birimizə göz  süzə-süzə  (329).
Gözü  açıq -  ayıq,  uzaqgörən, zəmanə  adamı,  sırtıq.
Gözü  açılmaq -  cəhalətdən  qurtarmaq,  bir məsələdən  hal i 
olmaq,  xəbərdar olmaq,  həddi-büluğa çatmaq.
Dəyil  heç bir  şeyə  möhtac,  özü iranlıların,
Nə  səbəbdəndir açılmaz gözü iranlıların (80,  c.ll,  s. 114). 
Gözü  ağarmaq -  ölmək.
Gözüm ağarsın əg ər yüzdə  mində,  milyonda 
Görürsə ölkədə bir əhli-himmətin üzünü  (267,  s.304). 
Gözü axmaq -  xumarlanmaq.
Aşna,  içmisən çaxır,  gözlərin axır (9,  s. 13).
Gözü  alça-gavalı  dərmək  /  gözlərinin  biri  gilas  dərir, 
biri səbətə doldurur- ora-bura baxmaq.
-Sənin  də gözün alça-gavalı  dərməsin (9,  s.143).
261

'E rlçd e^n h ri
Hefiruz  !Нэ(W
Gözü  asılı qalmaq  -  intizar çəkmək, gözü yolda qalmaq. 
Milli  hökumət  zamanmda  sevgililərini  əldən  verən 
gəlinlərin  ürəkləri  dondu,  gözləri  asılı  qalıb  ürəkləri  bomboş 
oldu  (  Xanım Qəffari Cabbari).
Gözü  ayağının  altını görmür -  qudurmaq.
Əlinə  bir  az  yer  salıbsan  gözün  ayağının  altını  görmür 
(335,  s.169).
Gözü bərəltmək -  hirslə,  əsəbi halda baxmaq.
H ər kimə nəql eləyirsən mədəniyyət sözünü,
Qabarıb  üstünə hiddətlə bərəldir gözünü (206,  səh.  199). 
Gözü böyümək -  təəccüblənmək.
G edirəm  izim böyüyür,
Susuram sözüm böyüyür,
Baxıram gözüm böyüyür,
Dünya mənə tanış gəlir (260,  s.63).
Gözü  dağınıq -  onun-bunun arvadına baxmaq.
Ayağı  sürüşkənin,  gözü  dağınığın  biridir,  kimdi  onu  alan 
(9,  s. 143).
Gözü dar -  xəsis,  qıtmır.
Bir gün görürəm milyonerəm,  udmuşam amma,
Sabah görürəm bir gözü dar aldı əlimdən ( S.Rüstəm).
Gözü doymaq -  qane olmaq, yeyib-doymaq.
Su gəlir axmaq  ilən,
Qayalar yıxmaq  ilən,
G özəldən gözmü doyar,
Uzaqdan baxmaq  ilən? (33,  S. 176).
Gözü  düşmək  - .sevmək, tamah salmaq.
Bir qəmli  xəbər bağrımı  qan eylədi,  saqi,
M ey ver,  yenə ıusun gözü İranə düşübdür (301,  səh 97). 
Gözü əldən yığılmamaq -  vətəni,  sevgini pula satan alçaq 
adamların haqqında deyilən deyim (39,  səh 534).
Gözü götürməz -  paxıl,  doymayan.
Gözü  göylük  -  xəsislik.  Nağıllarımızda  xalqın  ən  qəddar 
düşməni  göygöz kosa adlandırılır.
Gözü  işığa gəlmək -   sevinmək.
262
Hehruz  9baai
Tftr^U ybnhri
Hüseyn bir qədər yedi, gözləri işığa gəlib dedi (46,  s.21).
Gözü  kəlləsinə  çıxmaq  -  nəhayət  dərəcədə  təəccüb 
etmək, qəzəblənmək.
Mərəııdli  M irzə  Sadiqin  şikayət  dolu  ərizələrini  dövlət 
idarələrində oxuyanda rəislərin gözləri kəllələrinə  çıpxardı  (3).
Şahın  gözləri  kəlləsinə  çıxdı,  ömründə  belə  bir  sovqat 
görməmişdi (46,  s.122).
Gözü  kölgəli  olmaq  -   birinin  qabağında  eybi  olmaq,  pis 
hərəkət etmək.
San ömrün  boyu Hacı  Şirzada qul  oimalıydın.  Ömrün  boyu 
gözü kölgəli  yaşayacaqdın  (30,  № 2,  səh.  55)
Gözü  qızarmaq  -   dəli  olmaq,  şəhvətpərəstlik  etmək 
istəmək.
Bax xoruza,  içib,  gözü qızarıb,
Çırmanıb qolların  hərarətdən (301,  səh.  68).
Göziiın  ayaqlar  altında  qaldı  -  hörmətdən  düşmək, 
yaman günə qalmaq,  alçaq  adamların  qaxıncı  ilə üzbəüz olmaq.
Göziimçıxdıya salmaq -  incitmək.
-İncidirlər də, məni  salıblar gözümçıxdıya (9,  s. 139).
Gözümə  alaca-bulaca  gəlir  -   ümumiyyətlə,  bu  deyim, 
xoşagəlməz insan haqqında işlənilir.
Göziiın su içm ir  -  ağlın  kəsməməsi,  bir  işin  düzəlməsinə 
inamı  olmarnaq.
Göziiın üstə yeriniz var -  əziz qonağa deyilir.
Dəyirmançı  dedi:  gözüm  üstə yeriniz var (46,  s. 189).
Gözlərim üstündə  sənin yerin  var,
Yolları  almasın  nə boran,  no qar (337,  c.I,  s. 106).
Gözüıı ağarması  ■ pis günə qalmaq,  kor olmaq.
Gözüm ağarsın əgor yüzdə, mində, milyonda
Görürsə ölkədə  bir əhli-himmətin üzünü.
Gözün  ağı,  qarası  -   lap  əziz,  sevimli  bir  tək  bala 
anlamında işlədilir.
Biri  var idi,  biri  yox idi.  Bir çobanın gözünün  ağı-qarası  bir 
oğlu var idi (38,  s ə h 45).
Gözündə gözü olm aq -   birini sevmək.
263

Ч ш ^ецт Ь п^
Ey gözəl, var gözlərində külli dünyanın gözü,
Sənsən aləmdə nigara, ç im lə  xubanın gözü (80,  c.II,  s.96). 
Gözündə qan yoxdur - qorxmaz, cəsarətli,  ürəkli.
Gözün  dörd  olması  -   hər  tərəfə  baxmaq,  səbirsizliklə 
gözləmək.
Tək səni, tək  səni göım əkdən ötrü 
Barmaqlıq ardında gözüm dörd olur (Ə.Tudə).
Gözünə girmək -  özünü istətmək, nəzəri cəlb etmək. 
Sənin  qılığın  yoxdur,  kişinin  də  gözünə  görə  bilmirsən 
(129,  s.412).
Gözünə kül ələm ək -   aldatmaq, gözündən pərdə  asmaq. 
“Çillənin gözünə kül ələyirik”.
Gözünə  qubar qonmaq -  kədərli olmaq.
Səksəndə sınır yenər dizinə,
Doxsanında qubar qonar gözünə (35,  s.237).
Gözünə təpmək -  həvəslə yemək.
Gözündən  gəlsin,  hələ  dünən  xoruz  ölmüşdü,  bişirdim 
verdim,  təpdin gözünə ki...(72,  c.III, s.31).
Gözün  gözə  saylanmasıı/sataşması  -  iki nəfərin  baxışının 
toqquşması.
Gözünü açmaq -  diqqətlə baxmaq, hüşa gəlmək.
Ana özünü itirib, oldu qüssədən bihuş.
Gözün açanda nə gördü, uçub qəfəsdən quş (300,  səh.  45). 
Gözünü  bərəltmək  -   lərs-tərs  baxmaq,  işarə  ilə  hədə- 
qorxu gəlmək.
M ənə hər qəzetçi bərəldər gözün,
Yazır hey qəzetlərdə məktəb sözün (267,  s.249).
Gözünü  başqalarının  ağzına  dikmək  -   iradəsiz  adam  və 
ya iradəsiz millət
Yoxsa  adam  hiss  eləyəndə  ki,  hamının  gözü  onun  ağzına 
dikilib,  boğazından aşağı  getməz (115,  № 2,  səh.  62).
Gözünü döymək -  key,  m əəttəl baxmaq.
Ölüm nə  var, nə döylirsən gözünü,
Niyə belə  itirmisən özünü (260, s.109).
Gözünü duman almaq -  qürurdan kor olmaq.
264
'Behruz  Jhqqi
JJür%£eğnıhri
Gözünü qabar eləm ək -bezdirmək.
Dənizə  gələn  çılpaq  qadınlara  baxmaq  kəndin  bütün 
kişiləri  kimi  Ağarzanın  da gözlərini qabar eləmişdi  (91,  s.30).
Gözünü  qan  tutmaq  -  heç  nəyi  görməmək.  Nəhayət 
dərəcədə  hirslənmək,  əqlini  əldən  verən  kimi  hor  bir  işə  hazır 
olmaq.
Hüsəııin  gözlərini  qan  tutmuşdu,  nə  baş  verdiyini 
anaşdırmırdı (84,  s.37).
Gözünü qızıl-qızıl etmək - gözünü bərəltmək.
Gözünün  ağı-qarası  -  tək övlad.
Məsməxanım  kişinin  gözünün  ağı-qarası  yeganə  qızı  idi 
(91,  s.28).
Anamın  gözünün  ağı-qarası  bir  məııəm,  məni  uzaq 
aparsan,  anamın günü qara olar.
Gözünün  altını  fəmərləmək  -  
gözünün  altına  vurub 
göyərtmək.
Çuxamı  cırma  deyirəm  sənə,  Həzrət  Abbas  haqqı, 
fənərlərəm  o biri gözünün də altını (72,  c.III,  s.23).
Gözünün içinə demək -  üzünə demək.
Məıı  heç  kəsdən  qorxmaram,  Adışirinovun  da  gözünün 
içiııə deyərəm  (9,  s. 191).
Gözünün içinə kimi yalan deyir -  ağ yalan deyir
Çox  yaxşı  bilirdi  ki,  Çopur  Abdulla  gözünün  içinə  kimi 
yalan  danışır (1,  s.168)
Gözünün  kökü  saralmaq  -   həsrətdən,  gözləməkdən 
yorulmaq.
Gözləməkdən gözümün kökü saraldı  ki..  (9,  s. 155,).
İskəııdərin 
anası 
oğlunun 
yolunu 
gözləyirdi, 
yola 
baxmaqdan gözlərinin  kökü  saralmışdı  (46,  s.208).
Gözün  qorasını  sıxmaq  -   ağlamaq,  yalandan  kədərli 
olmağa  çalışmaq.  Mollalar  kimi  xalqı aldatmaqdan  ötrü  yalandan 
ağlamaq ədası  verib  gözlərindən yaş çıxartmağa təzahür  etmək.
Roğayib yığva  olar,  el  baxar
Dərvişlərin  ilanı  torbadan çıxar.
Pərdəçi də gözdən qoralar sıxar (251).
265

Behruz  fh q q i
H ir^deyim hri
Gözün qorasını sıxma,
Gül danış deyirəm,
Salammıram başa leykən
Bu  m illəti  könəzi  (qanır.azcasına  bir  söz  üstündə  duran) 
(300,  səh. 101).
Nəqşə çekir zülm eyvanın yıxmağa,
Gücü çatır gözdən qora sıxmağa.
Gözün qurdu ölmək -  doyunca yemək, baxmaq.
Doyunca ye ki,  tamahın qalmasın.
Gözünün odunu almaq -  düşməni yaman günə  salmaq  və 
ya yazıq bir insanı qorxutmaq.
Sadiq əsgəriyəm döyüşər, yurdun,
Gözünün odunu  almışam,  odurı (325,  səh.  25).
Düşmən başın o  daşlara çalmışdı,
Xan paşanın göz odunu almışdı (339,  S.2).
Gözünün ucu ilə baxmaq -lıeç bir təmənnası olmamaq.
Daş üzə bənzər
Gözünün ucuyla qundağa sarı
Baxmadan
Astaca qalxdı yuxarı  (328,  s.393).
„Gözün  üstə  qaşın  var“  demək  olmur  -   həqiqəti  dilə 
gətirmək olmur.
Göz üstə qaşın var,  deyənə,  vurdu təpik (264,  səh.  123). 
Gözünü sil, gözümə bax -  hədə-qorxu gəlmək.
Gözünü sil,  gözümə  bax (335,  s.67)
Gözün üstə qaşın var  demək - cürətli,  şücaətli.
Dar ağacı quran hər sultan 
Canavarcasına boğdurmuş,
H ər gözün üstə qaşın var deyəni ( Sahir).
Ürəyivi buz kimi elə,  nə  qədər mən  varam,  bir köpəkoğlu 
sənə gözün üstə qaşın var deyə bilməz (9, s. 144).
Gözünü torpaq doyursun- çox tamahkar adama deyilir. 
Gözünü  yayındırmaq  -   diqqətlə  baxdığı  bir  şeydən 
gözlərini kənara çəkmək.
Düz Allahın gözlərinə baxırdı
266
‘Behruz  ybqqi
Allah dözə bilmədi, yayındırdı  gözünü (260,  s. 105).
Gözünü  yığmaq  -  bizdən  gözünü  yığ  ki,  sənə  aldanan 
olmaz,  ümid etmə.
Get onları xam tövla ki, təzvir eləyirsən (267,  s.202).
Gözü yolda qalmaq -  çox  gözləmək.
Gəl, gəl ulu xaqanın
Qalmış gözü yollarda (75,  c.lV,  s.23).
Gözün yumub,  ağzın  açmaq  -lıeç  nəyə  və  heç kəsə  fikir 
vermədən,  ağzına gələni danışmaq,  söyüş söymək.
Bir  şey  tapa  bilməyib  qayıdırdı  evinə  sarı,  gördü  ki  tində 
bir qarı  oturub yumub gözlərini,  açıb ağzını  (46,  s.347).
Cavan  xanımı  gözürıü  yumub,  ağzını  açıb  Məşədiyə 
dişindən qopanı  misal  edibdir (281,  səh.  96).
Gözü su içməmək-  ağlı kəsməmək.
Qəmgin idi ona görə ki,  Kərim  şahdan gözü  su  içmirdi  (46, 
s. 164).
Gözü tar olmaq -  gözü torlanmaq.
Demə ki tar olub gözü,  düşübdü  qüvvədən dizi,
Meyl  etsə  məst  Möcüzü,  ç xar tavana,  ey  Tükəz  (80,  c.II,
s.90).
Gözü  tox -heç nədə gözü olmayan.
Hamıdan yayınıb gizli-gizli bəs,
Özgəyə gör qazmaq oğurluq deyil?  (328,  s.342).
Gözü üstündə olmaq -m uğayat olmaq.
Toğrul- yadından  çıxmasın,  İmamyar dayı, gözün  uşaqların 
üstündə olsun (72,  III, s.55).
Gözü və  tikan  batsın  -  qarğışdı,  yaxşılğı  bilməyən, 
axtarılan şeyi tapa bilməyənə deyilir.
Tikan olub yad gözünə batarıq.
Hə.,  niyə  yazdırmırsan,  niyə  gözlərini  bərəldirsəıı?(195, 
c.II, s.47).
Gözün  gülməsi  -   bir  nailiyyətdən,  bir  xoşbəxtlikdən 
sevinmək.
Doktur  Mahmudbəy: 
sizin  gözünüz  gülür.  Elə  bil
sevinirsiniz (101,  səh.  257).
267

ш ш т ш ш Зш ш ат ш
Hefoıız
Gözü  yolda  qalmaq  -   iki  parçaya  bölünmüş  bir  millətin 
birlik  arzusu.  Ananın oğula,  qıza qovuşması.
Qarabağda qalan var,
Zülfün üzə  salan var,
Mən burda çox əyləndim 
Gözü yolda qalan var (38,  səh  17).
Göz  yağını  yedirtmək  -  əzizləmək,  böyük  fədakarlıq 
etmək.
Göz yaşı  kimi duru -  dupduru.
Bulaqlar  yenə  də  elə  durulub  ki,  elə  bil  göz  yaşıdır  axır 
(174,  s. 14).
Göz yaşını ələm ək -  ara vermədən  ağlamaq.
Nöhə  səsi qulaq  dəlir.
Sədavü simadan gəlir,
Anam  da göz yaşın əlir.
Göz yaşını  içinə  axıtmaq -zahirdə göz yaşını  saxlamaq. 
Kimi  də  göz  yaşını  içərisinə,  ürəyinin  özəyinə  axıdırdı 
(144,  s.58).
Göz  yummaq 
mənfi  və  müsbət  mənada  işlənir.  Özünü 
bilməməzliyə,  görməməzliyə  vurmaq, birini  xətalı bir işinə  görə 
cəzalandırmamaq.
Niyə gizlədim ki,  öyrənmişəm mən 
Haqsızlıq  yanından  sakit keçməyi.
Qoluzorlu önündə  susub  durmağı,
Yalana göz yummağı  (110,  səh.  175).
Göz  verib  işıq  verməmək  -incitmək,  nəhayət  əziyyət 
vermək.
Ah,  burada,  gəlin  mənim günümü  düyünləyib  göy  əskiyə, 
soxub  qoz qabığına (205,  s.28).
Axır  vaxtlar  bəzi  nadürüst  adamlar  mənə  göz  verirlər  işıq 
vermirlər (288,  s. 122).
Gıır-gur  yanmaq  -   işıq  vermək,  birinin 
sevgisi  ilə 
yaşamaq.
Min  illər keçsə də gur- gur yanacaq.
Hicran  adasında  mayakdı  Nazim (124).
268
HtT^deyimhri
Heftruz  tä q q i
Gurultuya vermək -  birini  lova vermək.
Bir  nəfər  adi  bir  iş  üstündə  təsadüfən  giriftar  olduqda 
nadanlıq  üzündən  polisə  aldanır,  özünü  xilas  etmək  üçün  bir 
iddə  adamı gurultuya verir  (248,  s.437).
Yox,  heç  ağlım  kəsmir  bizi  bular  gurultuya  verəcəklər 
(195,  с.II,  s. 16).
Güc  billahla  yaşamaq  -  çox çətinliklə güzəran  sürmək.
Güclü  ilə 
kasıbınkı 
tutmaz  --  varlı 
və 
yoxsul 
mənasındadır.
Güclü  ilə gücsüz düşə  savaşa,
Olur  tərlan  ilə  sar  aşnalığı  ( Məhəmməd  İbrahim,  «Qaşqay 
türkləri»)
Güdaza vermək/bada,  lova vermək  -ələ  vermək,  satmaq.
Verdim güdaza canımı  hicrin odunda məıı,
Bir qıl  nəzarə gör,  necə  suze-qudazı  var (147,  s.47).
Gülabını  tikan  sorrnaq  -  özgələrin əlində  əsir düşüb  var- 
dövlətini biganələrin  mənimsəməsi.
Ona  havadarlıq  etdik,  bizi  söydülər,  xeyirxahlıq  etdik,  bizi 
bədnam etdilər.  Onun  ialəzarlığına pərəstiş  etdik,  öz  ciyərimizin 
qanını  udduq,  suyunun  bolluğunu  arzu  etdik...getdik,  getdik, 
mənzilə  çatmadıq,  vətən,  vətən,  nə  vətəndir  bu..tuf belə  vətənin 
valilərinə.  Bu  vətən  bir gülə  bənzəyir ki,  bunun gülabım  tikanlar 
sorur (  Q.Şərifovun..məktubu).
Gül  boxçası  -  ən  əziz  və gözəl bir şey.
Dünən şerimin  bəlli  yarısı
Tutulmuşdu ərəb -fars  bəlasına.
Mən  yaxın  qoymaram  ərəbi,  farsı
Doğma şerimin gül boxçasına (S.Rüstəm).
Güldən  ağır  bir  söz  demək  -   birinin  ürəyini  incidən  söz 
demək,  xətrinə dəymək.
Niyə  küsdün?  Sənə  bir  güldən  ağır  sözmü  dedim?  (264, 
Səh.  49).
Məıı  istəmirəm ki,  sənin  adına güldən  ağır  bir  söz  deyilsin 
(72,  с. III,  s.91).
Gül-gülü,  Ibıilbüll - bülbülü  çağırır -  çox gözəl bir yer.
269

‘Behruz  yhqqi
Tür^dajimhri
Gül-gülü, bülbül-bülbülü  çağırır..  (1.48,  S.118).
Güllə  kimi  -   çox  sürətlə,  odlu  silah  təzə  k ə şf  ediləndə 
güllə ən  sürətlilik, ən yeyinlik simvolu idi.
Qapı  dartılıb  açılanda  Səməd  özü  də  yerundən  qopdu, 
güllə kimi düz Çimnaz müəllimənin qucağına atıldı (260,  s.126).
Gülmə  qulunc  olana,  plovu  line  olana,  gülsən  eləsinə 
gül,  qulağı  dinc  olana  -bədbəxt,  işi  çətinliyə  düşən  adama 
gülmə.
Gülmə  qonşuna,  gələr  başına  -   özgələrin  yazıqlığına 
güllmə,  sənin də başına gələr.
Gülmə  qonşuna,  çıxar qarşına (9,  s.50).
Gülm əşəkər  -  ərköyün,  özünü  hamıdan  yuxarı  tutan, 
hamıdan əziz bilən.
Nənən  soğan,  dədən  sarımsaq,  hardan  oldun  gülməşəkər, 
qurumsaq?
Gül yem ək - tovlanmaq,  aldanmaq.
Gül  vurmaq  
■  hər  şej'in,  xüsusən  qızın  ən  yaxşısını 
seçmək, hər şeyin ən gözəlini seçmək.
Qoçaqsan, gül vurubsan (129,  s.415).
Bazarın gülün vurub.
Güm bəz  üstə  girdəkan  dayanmaq  -  bir-bıriııə  uyğun 
olmayan  bir  zad  əbədi  yaşaya  bilməz  (  «Vətən  dili»  kitabından 
Mirzə  Həsən  Rüşdiyyə).
Gümrah adam -  sağlam  adam.
Gümrah  addmı -  möhkəm addım.
Şən  musiqi  səslənir,  müəllif gümrah  addımlarla  səhnədən 
çıxır (77,  səh.35).
Gün  ağlamaq  -   özüııü,  millətinin  gələcəyini  düşünmək, 
şəxsi mənafeyini millətin mənafeyinə qurban vermək.
Ay insanlar!  ..Özgələrdən  çıxmaz bizə  gün  ağlayan,
M əsəldə  var  ac  yaşayar  qonşusundan  yemək  uman  (113, 
s. 111).
Bizə  baxma,  bizim dövran  başqa idi,
El üçün  çalışdıq,  özümüzə gün  ağlamadıq (310,  səh.  5).
Gündə bir don geymək  -  şəxsiyyetsiz.
270
®tftruz
O hankı vicdan ki,  ağlar ay aman,
Gündə bir don geyən dövran əlindən (337, c.l, s.104). 
Gündüz  qurd  ağızlı,  gecə  qarğa  gözlü  ol  -  gündüz  çalış 
zəhmət çək,  ayıq  ol,  gecə də  ehtiyatı əldən vermə.
Günəş  girməyən  evə  həkim  girər  -  günəşin  həyatverici, 
mikrobları  məhvedici  xassəsini  bildikləri  üçün  düşünürdülər  ki, 
evə günəş işığı  düşməsə  orda yaşayanlar xəstələnərlər.
Gün  görmək -  yaxşı  həyat sürmək.
Gün görmədim bu dünyaya gələli 
Ağlayıban gözüm yaşın  siləli (35,  s.532).
O gündən həriyə bir gün gönnədi,
Onun cavan ömrü uzun sürmədi  (337..  I,s. 113).  .
Sənə Zöhrə,  Ay,  Günəş qoydular cahanda,
Ancaq  özün  dünyada  bir  gün  görə  bilmədin  (80,  c.II, 
s. 163).
Gün  görmüş -  yaxşı güzəran keçirmiş,  təcrübəli.
Gün  kimi  aydın  olmaq  -  izaha  ehtiyac  yoxdur,  hər  şey 
bəllidir.  Heç bir şübhə yeri qalmamaq.
Bu  məsəldir xolqo rövşən gün kimi,
Gülşəni- cənnət fəqirə  xar olur (25,  səh 94).
Gün  kimi yanmaq -gözəl,  parlaq.
Qılınc  nə  qılınc,  vallah  bu  elo  bir  qılıncdır  ki,  gün  kimi 
yanır,  ay kimi  işıq  salır (174,  s. 10).
Güngünə  basmaq  -  güııg  ət  palçığından  düzələn  balaca 
balaca su  borularına deyilir.  Adamın avıb  yeri  nəzərdə tutulur. 
Qoymaram,  vəli  soxarlar gtıngümo 
Kərvəşanı  sərtasər (301,  s.47).
Gün  qoçusu  -  vəziyyətdən  qüdrətə  çatan,  alçaq,  cahil 
adamın  böyük yerdə  oturması.
Bağladı rəhmü -şəfaot qapısın gün  qoçusu,
Barilahə,  sən özün rəhm  elə halətimizə  (255,  s. 180). 
Günortadan  sonrakı  kişilər --  alçaq  adamlar,  birdən-birə 
əlləri pula çatanlar,  görməmişlər.
271

'Be&'uz  fö q q i
в т т ^ т ш И и
Giiınü  barmaqla  saymaq  
gözü  yolda  qalmaq,  bir 
sevimli  insanın  gəlməsinə  göz  tikmək,  bir  şeydə,  intizar 
çəkməkdə, gözləm əkdə günləri  saymaq.
Giiınü  doğmaq  -  müsbət  mənada  nailiyyətlərə  ol  tapmaq, 
mənfi  mənada  alçaq  adamların  yüksək  dövləti  işlərdə  yer 
tutmaları  və  ya çoxlu  pula əl tapmaları.
Bir  parça mundar ləşə həsrət qalan
Kaftarların,  tülkülərin  günü  doğdu  (  «Həyat  təranəsi», 
səh.  55).
Günü  göy  əskiyə  tutmaq  -  məlumdur  ki,  göy  rəng  bizdə 
həmişə yas,  matəm əlam əti və  xəsislik nişanəsi olmuşdur.  Əzab- 
əziyyət  həm işə  bu  rəng  ilə  ifadə  olunmuşdur.  “Dədə  Qorqud” 
qəhrəmanları  həmişə  yasda  qara  geyib  göz  sarınırlar. 
Zülm 
görənlər  zülm  edən  haqqında  danışanda  həmişə  “günümü  göy 
əskiyə  büküb” deyirdilər (Təhmasib,  s.27).
Yar  günümü  göy  əskiyə  düydii  ki,  dur  inəni  boşa 
(Şəhriyar).
Günü günə calamaq -  uzatmaq.
Sabaha caladın  nə  tez bu günü,
Ölməmiş sən ona kəfən biçirsən? (328,  s. 141).
Günü qara olmaq -  uğursuz,  yaman gündə yaşamaq.
Aşığam  nağaradır,
Nə toydur,  nağaradır?
Həmarın  Behbud əlindən
Gör günü nə qaradır?  (33,  S.97).
Günün əyilməsi -  gün batmağa az qalmaq.
H əm id  küçəyə  çıxanda  gün  əyilm işdi,  saatına  baxdı 
(1,  s.162).
Günün səsini duymaq -m üasir tələblərə  cavab vermək.
Geri dönmədik,
Duyduq  qəlbimizdə günün səsini ancaq...(328,  s.353).
Günü  pis  yerdə  batırmaq  -   fürsəti  əldən  vernıok,  ö mili 
yararlı  işlərə  sərf etməmək.
Gümrahlığı  əldən  getmək  -  sağlamlığı,  cəldliyi  əldən 
getmiş.
272
Tür^tCeyimCm
Getdi gümrahlığım,  ərköyünlüyüm,
Qayıtmaz atalı,  analı  dünyam (Ə.Miyanalı).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin