849) Qurğuşunla professional zəhərlənmələr zamanı nə baş verir?
A) Sideroblast anemiya inkişaf edir
B) Fol defisitli anemiya inkişaf edir
C) Müalicə məqsədi ilə B12 vitamini təyin edilir
D) Anemiya hipexrom, makrositardır
E) Dəmir defisitli anemiya inkişaf edir
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
850) Bu əlamətlərdən hansı qurğuşunla intoksikasiya üçün xarakterik deyil?
A) Sümük iliyində sideroblastların miqdarının artması
B) Dəmir defisitli anemiyanın inkişafı
C) Sinir sisteminin zədələnməsi
D) Mədə-bağırsaq sisteminin zədələnməsi
E) Koproporfirinlərin böyük miqdarının sidiklə ifraz olunması
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
851) Sideroblast anemiyalar üçün nə xarakterikdir?
A) Dəmir defisiti meydana çıxır
B) Dəmirin hemoqlobin sintezi üçün istifadəsinin pozulması ilə xarakterizə olunur
C) Müalicəsində dəmir preparatlarından istifadə olunur
D) Yalnız irsi xarakterli ola bilər
E) Yalnız qazanılmış xarakterli ola bilər
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
852) B12 defisitli anemiyanın müalicəsi?
A) Müalicəyədək sternal punksiyanın aparılması mütləq deyil
B) Sternal punksiya aparıldıqdan sonra başlanılmalıdır
C) Siankobalamin gündə 2000-3000 mkq dozasında təyin edilir
D) Müalicənin müddəti 1-2 həftədir
E) Yanaşı olaraq, dəmir preparatları təyin edilir
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
853) İrsi sferositoz üçün nə xarakterik deyil?
A) Dalağın böyüməsi
B) Anemiya
C) Retikulositoz
D) Dalağın normal ölçüləri
E) Sarılıq
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
854) Bilirubinin səviyyəsinin mötədil qalxması hansı xəstəlikdə rast gəlinir?
A) Kriz dövründə irsi sferitoz
B) Markifava-Mikelli xəstəliyi
C) B-12 defisitli anemiya
D) Dəmir defisitli anemiya
E) Kəskin gedişli autoimmun hemolitik anemiya
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
855) Autoimmun hemolitik anemiyalara aid deyil?
A) Paroksizmal soyuq hemoqlobinuriyası
B) Soyuq aqqlyutinin xəstəliyi
C) Paroksizmal gecə hemoqlobinuriyası
D) İstilik hemolizinləri ilə hemolitik anemiya
E) Qeyri-tam istilik aqqlyutininləri ilə hemolitik anemiya
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4. Москва, 2006.
856) Dəmir preparatları ilə müalicə zamanı?
A) Zərdabın dəmirbirləşdirmə qabiliyyəti azalır
B) Parental yola üstünlük verilir
C) Trombositlərin miqdarı artır
D) Zərdabın dəmirbirləşdirmə qabiliyyəti artır
E) Dəmir preparatları 2-3 həftə müddətinə təyin edilir
Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
857) Dəmir defisitli anemiyanın klinik əlamətlərinə aid olmayanı hansıdır?
A) Anqulyar stomatit
B) Koylonixiya
C) Dadbilmə hissiyyatının dəyişməsi
D) Qlossit
E) Paresteziyalar
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков. Том 4 Москва 2007.
858) Hansı xəstəlik zamanı vitamin B6-nın təyini vacibdir?
A) Sideroblast anemiya
B) Mikrosferositar anemiya
C) Hiperegenerator anemiya
D) Talassemiya
E) Meqaloblast anemiya
Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
859) B12 defisitli anemiya üçün nə xarakterik deyil?
A) Neytropeniya və trombositopeniya
B) Atforik qastrit
C) Eritrositlərdə Jolli cisimcikləri və Kebo həlqələri
D) Parasteriyalar
E) Hipoxrom, mikrositar anemiya
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
860) Kastlın daxili faktoru?
A) Dəmir oksidi ilə birləşir
B) Mədənin fundal hissəsində və mədənin cismi nahiyəsində əmələ gəlir
C) Molekulyar cəkisi 80 000 daltona bərbərdir
D) B6 vitamini ilə birləşir
E) Onikibarmaq bağırsaqda əmələ gəlir
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том Москва 2006.
861) B12 vitamini ilə müalicə üçün nə xarakterikdir?
A) Mütləq fol turşusu da təyin olunmalıdır
B) Bütün xəstələrə hemotransfuziya məsləhət görülür
C) Retikulositar kriz müalicə başlandıqdan 12-24 sonra baş verir
D) Müalicə 2-3 həftə ərzində başa çatır
E) Retikulositar kriz müalicə başlandıqdan 5-8 gün sonar baş verir
Ədəbiyyat: Лечение болезней внутренних органов.А.Н.Окороков Том 3, книга 2 Москва 2006.
862) B12 defisitli anemiyanın müalicəsinə münasibətdə düzgün olmayan nədir?
A) Müalicə başlıca olaraq parenteral aparılır
B) Adətən B12 vitamininin başlanğıc dozası gündə 500-1000 mkq təşkil edir
C) Dəqiq diaqnoz qoyulmamış müalicəyə başlamaq olmaz
D) B12 vitamini mütləq fol turşusu ilə birlikdə təyin edilir
E) Preparat 4-6 həftə ərzində yeridilir
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
863) Transkobalamin II hansı hüceyrələr tərəfindən istehsal olunur?
A) Enterositlər
B) Fibroblastlar, sümük iliyində hemopoezin sələf hüceyrələri
C) Hepatositlər
D) Bütün sadalanan hüceyrələr
E) Monositlər
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
864) Bu əlamətlərin hansı soyuq aqlyutinin xəstəliyi haqda fikirləşməyə əsas verir?
A) Reyno sindromu
B) Bu əlamətlərin hamısı
C) Kəskin tezləşmiş ECS
D) Hemoliz əlamətləri ilə yüngül anemiya
E) Xəstənin qan qrupunun təyininin mümkün olmaması
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
865) Hipoxrom anemiya nə zaman qeyd olunur?
A) Qalxanabənzər vəzin hipofunksiyası zamanı
B) Porfirin sintezinin pozulması zamanı
C) Sadalanan halların hamısında
D) Qlobin zəncirlərinin sintezinin pozulması zamanı
E) Dəmir defisiti zamanı
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
866) B12 defisitli anemiyaya münasibətdə düzgün olmayan nədir?
A) Daxili faktorun sekresiyasının irsi pozğunluğu qeyd olunur
B) Qastroektemiyadan sonar inkişaf edir
C) Xəstələrin əksəriyyətinin qan zərdabında mədənin parietal hüceyrələrinin sitoplazmasına qarşı anticisimlər aşkar edilir
D) Alkoqolun yüksək dozalarının mədənin selikli qişasına təsiri nəticəsində meydana çıxa bilər
E) Xəstəlik bütün hallarda autoimmun xarakter daşıyır
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
867) B12 vitamininin istifadəsinin artması hansı hallarda qeyd edilir?
A) Xroniki hemolitik anemiya
B) Bütün qeyd olunanlar
C) Çox döllü hamiləlik
D) Tireotoksikoz
E) Çoxsaylı mieloma və digər şiş xəstəlikləri
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
868) Autoimmun hemolitik anemiya hansı xəstəliklər zamanı meydana çıxa bilər?
A) Xroniki limfoleykoz
B) Sadalananların hamısı
C) Limfomalar
D) İnfeksion monokukleoz
E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
869) İrsi sferositoz xəstəliyində splenektomiyadan sonra nə müşahidə olunur?
A) Qanda sferositlər aşkar edilmir
B) Eritrositlərin parçalanması dayanır
C) Trombositopeniya meydana çıxır
D) Anemiya qeyd edilir
E) Tez-tez hemoliz baş verir
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
870) Aplastik anemiya zamanı nə qeyd olunur?
A) Anemiya
B) Sadalananların hamısı
C) Trombositopeniya
D) Qranulositopeniya
E) Nisbi limfositoz
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
871) Dəmir defisitli anemiya üçün münasibətdə düzgün olmayan nədir?
A) Qan zərdabının ümumi dəmir birləşdirmə qabiliyyəti azalır
B) Mədə-bağırsaq traktının selikli qişasında atrofik dəyişikliklər meydana çıxır
C) Dərinin distrofik dəyişiklikləri qeyd olunur
D) Peroral preparatlarla müalicəyə üstünlük verilir
E) Dəmir defisitinə gətirən səbəb aydınlaşdırılmalıdır
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
872) Fol defisitli anemiyanın klinik əlamətlərinə nə aid deyil?
A) Əmək qabiliyyətinin azalması
B) İkteriklik
C) Koylonixiya
D) Ümumi zəiflik
E) Baş gicəllənməsi
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
873) Əgər uşaqda proteinuriya ilə müşayiət olnunan hiperxrom meqaloblast anemiya varsa?
A) Proteinuriya diaqnozun muəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb etmir
B) Nefritlə müşayiət olunan B12 defisitli anemiya qeyd olunur
C) Leş-Hayan sindromu qeyd olunur
D) Xroniki böyrək çatışmazlığı qeyd olunur
E) İmerslund-Qresbek sindromu qeyd olunur
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
874) Soyuq aqqlyutinin xəstəliyinin müalicəsində nə əhəmiyyət kəsb etmir?
A) Venadaxilinə immunoqlobulinlərin yeridilməsi
B) Qlükortikoidlərlə müalicə
C) Həyati göstəriş olduqda yuyulmuş eritrosit kütləsi transfuziyaları
D) İmmunosupressor terapiya
E) Splenektomiya
Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
875) Paroksizmal gecə hemoqlobinuriyası zamanı?
A) Qara rəngli sidik ifrazı qeyd olunur
B) Sadalananların hamısı düzgündür
C) Kürək nahiyəsində və aşağı ətraflarda ağrılar, baş ağrısı qeyd olunur
D) Hüceyrədaxili hemoliz baş verir
E) Reyno sindromu qeyd olunur
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
876) Aplastik anemiyalar?
A) Dərmanların və toksiki maddələrin təsirindən sonra meydana çıxa bilər
B) Qazanılma ola bilər
C) İdiopatik ola bilər
D) Sadalananların hamısı düzgündür
E) Anadangəlmə ola bilər
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
877) Aplastik anemiyanın müalicəsində nə istifadə olunur?
A) Antilimfositar qlobulin
B) Siklosporin A
C) Hemopoetik inkişaf faktorları
D) Sadalananların hamısı
E) Sümük iliyinin transplantasiyası
Ədəbiyyat: Руководство по гематологии.Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
878) Meqaloblast anemiyalar?
A) Bütün sadalananlar düzgündür
B) B12 defisiti zamanı meydana çıxır
C) Qurd invaziyaları zamanı meydana çıxır
D) Fol defisiti zamanı meydana çıxır
E) Peroral kontraseptivlərin qəbulu zamanı meydana çıxır
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Mосква 2007
879) Qeyri-tam istilik aqqlyutininləri ilə hemolitik anemiyaların diaqnostik əlamətlərinə nələr aiddir?
A) Qanda γ-qlobulinlərin miqdarının artması
B) Normoxrom anemiya, retikulositoz
C) Sadalananların hamısı
D) Duz Kumbs sınağının müsbət olması
E) Dalağın böyüməsi
Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
880) İgG sinfi anticisimləri ilə istilik autoimmun hemolitik anemiyası zamanı?
A) Anticisimlər əksər hallarda Rh eritrositar antigenlərə yönəlmişdir
B) Anticisimlər maksimal 37º temperaturda aktivdir
C) Hemoliz başlıca olaraq dalaqda baş verir
D) Bütün sadalananlar düzgündür
E) Hemoliz hüceyrədaxilidir
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 4 Москва 2006.
881) Hemolitik anemiyalı xəstədə nə qeyd olunur?
A) Damardaxili hemoliz zamanı əksər hallarda kəskin böyrək çatışmazlığı meydana çıxır
B) Sadalananların hamısı düzgündür
C) Dalağın ölçüləri böyüyə bilər
D) Hüceyrədaxili hemoliz zamanı öd kisəsində daşların əmələ gəlməsinə meyillilik qeyd olunur
E) Aplastik krizlər meydana çıxa bilər
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
882) Xroniki xəstəliklər anemiyasının müalicəsində nə istifadə olunmur?
A) Dəmir preparatları
B) Fol turşusu
C) Eritrosit kütləsi transfuziyaları
D) B qrup vitaminləri
E) Rekombinant eritropoetin
Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004.
883) Xroniki xəstəliklər anemiyasının laborator göstəricilərinə nə aiddir?
A) Zərdabda ferritinin miqdarının artması
B) Eritrositlərdə hemoqlobinin orta konsentrasiyasının aşağı düşməsi (MCHC)
C) Retikulositlərin miqdarının normal olması
D) Sadalananların hamısı
E) Eritrositlərin osmotik rezistentliyinin dəyişməməsi
Ədəbiyyat: «Гематология» Новейший справочник. Под общей редакцией доктора медицинских наук, профессора К.М.Абдулкадырова, 2004
884) Anemik sindromun müalicəsində eritropoetin hansı xəstəliklərdə daha çox istifadə edilir?
A) Kəskin limfoblast leykoz
B) Həqiqi polisitemiya
C) Mieloma xəstəliyi
D) Xronik mieloleykoz
E) Osteomielofibroz
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
885) İkincili trombositoz hansı halda baş vermir?
A) Splenoektomiya
B) Limfoqranulomatoz
C) Xronik limfoleykoz
D) Kəskin infeksiya
E) Dəmir defisiti
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
886) Orqanizmdə dəmirin neçə %-i Hemoqlobinin tərkibindədir?
A) 70%
B) 60%
C) 90%
D) 50%
E) 40%
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
887) Kişilərdə normada ehtiyat dəmirin miqdarı necə milliqramm arasında
tərəddüd edir?
A) 3000-4000 mq
B) 500-2000 mq
C) 250-500 mq
D) 2000-2500 mq
E) 100-1250 mq
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
888) Qadınlarda normada ehtiyat dəmirin miqdarı neçə milliqramma bərabərdir?
A) 150 mq
B) 500 mq
C) 250 mq
D) 1000 mq
E) 2000 mq
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
889) 10 q/l qan itkisi hematokriti neçə vahid azaldır?
A) 5 vahid
B) 11 vahid
C) 3 vahid
D) 1 vahid
E) 8 vahid
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
890) Kişilərdə anemiyaya ən çox səbəb hansı hallardır?
A) Mədə-bağırsaq traktından qanaxma
B) Böyrək-sidikçıxarıcı sistemin patologiyası
C) Endokrin patologiyası
D) Tənəffüs sistemi patpologiyası
E) Ürək-damar sistemi patologiyası
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
891) Qadınlarda anemiyaya daha çox səbəb olan hallar hansıdır?
A) Klimakterik dövrdəki uşaqlıq qanaxmaları
B) Endokrin xəstəlikləri
C) Mədə-bağırsaq sistemində olan qanaxmalar
D) Tənəffüs sistemi xəstəlikləri
E) Böyrək-sidikçıxarıcı sistemin xəstəlikləri
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
892) Hematokritin enməsi massiv qanaxmadan neçə saat sonra ortaya çıxır?
A) 1-24 saat
B) 72-96 saat
C) 96-120 saat
D) 48-72 saat
E) 24-48 saat
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
893) Xronik böyrək çatışmazlığında anemiyanın səbəbi nədir?
A) Dəmir defisiti
B) Hematuriya
C) Eritropoetinin çatışmazlığı
D) B12, fol turşusu defisiti
E) Dəmirin bağırsaqlardan sorulmasının pozulması
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
894) Antigen ilkin olaraq hansı immunokompetent hüceyrə tərəfindən işlənir?
A) Natural limfositlər
B) Neytrofil
C) Limfosit
D) Makrofaq
E) Helper T-limfositlər
Ədəbiyyat: Х. Барбер. Иммунология для практических врачей. 1980
895) Sferositlər ən çox hansı patologiyada rast gəlinir?
A) Aplastik anemiyada
B) Vit. B12 çatışmazlığı anemiyada
C) Talassemiyada
D) Minkovski Şoffar xəstəliyində
E) İmmun hemolitik anemiyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
896) Eritrositlərin osmotik rezistentliyi (EOR) mənfidir?
A) Mikrosferositar anemiyada
B) β-talassemiyada
C) Paroksizmal gecə hemoqlobinuriyasında
D) Autoimmun hemolitik anemiyada
E) α-talassemiyada
Ədəbiyyat: A.M.Axundova. Talassemiya, 1972.
897) β-talassemiyalı xəstələrdə nə vaxt HbA2 miqdarı normada və ya enmiş ola
bilər?
A) Mədə-bağırsaq qanaxmalarında (Fe defisiti ilə əlaqədar)
B) İnfeksion mononukleozda
C) Tonzillitdə
D) Revmatizmdə
E) Pnevmoniyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
898) Xroniki böyrək çatışmazlığı anemiyasında eritropoetinlə terapiyanın effektsizliyinin səbəbi?
A) Diurezin azalması
B) Simptomatik hipertoniya
C) Kreatinin yüksək olması
D) Vit. B12 defisiti
E) Fe++ defisiti
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
899) Ağır dərəcəli B12 defisitli anemiya üçün əsas diaqnostik-laborator test hansıdır?
A) HbA2-nin artması
B) Eozinofiliya
C) Eritrositlərin orta həcminin çox yüksəlməsi (MCV>120)
D) ECR-in sürətlənməsi
E) Hiperleykositoz
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
900) Makrositoz bu xəstəliklərdən hansında çox rast gəlinir?
A) Dəmir defisitli anemiya
B) β-talassemiya
C) Mikrosferositar hemolitik anemiya
D) B12 defisiti
E) Autoimmun hemolitik anemiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
901) Neytrofillərin hiperseqmentasiyası bu anemiyaların hansında çox təsadüf edilir?
A) QGFDh-ın hemolitik krizlərində
B) Autoimmun hemolitik anemiya krizində
C) Paroksizmal gecə hemoqlobinin uriyasında
D) B12 defisitli anemiyada
E) Homoziqot β-talassemiyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
902) Makrositoz bu xəstəliklərin hansında çox rast gəlir?
A) Fol defisitli anemiya
B) Fankoni anemiyası
C) α-talassemiya
D) Aplastik anemiya
E) β-talassemiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
903) Meqaloblast tipli anemiyada:
A) Sümük iliyində monositoz qeyd edilir
B) Sümük iliyində hüceyrəlilik azalır
C) Sümük iliyində limfositoz baş verir
D) Sümük iliyində hüceyrəlilik artır
E) Total blastemiya aşkar edilir
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
904) B12 defisitli anemiyada sümük iliyində:
A) Hüceyrəlilik azalır
B) Limfoid sıra genişlənir
C) Blastların sayı artır
D) Meqaloblastların sayı artır
E) Plazmatik hüceyrələr çoxalır
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
905) Meqaloblastlı anemiya üçün bu laborator müayinə metodlarından hansı daha informativdir?
A) Mielopunktatın tədqiqi (sitoloji analiz)
B) İmmunoloji analiz
C) Seroloji analiz
D) Trepanobiopsiya (histoloji müayinə)
E) Sitogenetik müayinə
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
906) B12 defisitli anemiya üçün xas olmayan klassik klinik əlamət:
A) Qlossit
B) Splenomeqaliya
C) Hematokritin azalması
D) Ətraflarda hissiyyatın pozğunluğu
E) Anemiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
907) Fol turşulu anemiyada bu əlamətlərdən hansı rast gəlinmir?
A) Anemiya
B) Qlossit
C) Ətraflarda (xüsusən aşağı) hissiyyatın pozğunluğu
D) Hematokritin azalması
E) Depressiya simptomları və ya psixozlar
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
908) Vit. B12 defisitli anemiyada kobalamin defisitinə səbəbdir:
A) Bakterial mexanizm
B) Mədə xorası
C) Virus mexanizmi
D) Autoimmun mexanizm
E) Pankreatit
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001
909) Kobalamin ehtiyatı orqanizmdə ən çox hansı üzvdə toplanmış olur?
A) Baş beyində
B) Mədədə
C) Dalaqda
D) Qaraciyərdə
E) Bağırsaqlarda
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
910) Hemolitik anemiyalarda eritrositlərin hasilatının kompensator yüksəlməsini göstərir:
A) Retikulositlərin təyini
B) Sideroblastların sayılması
C) Sümük iliyin hiperhüceyrəliliyi
D) Sümük iliyində limfopeniya
E) Hiperbilirubinemiya
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
911) Autoimmun hemolitik anemiya üçün əsas laborator sınaq hansıdır?
A) Eritrositlərin təyini
B) Kumbs sınağı (duz)
C) Ferritinin təyini
D) Retikulositlərin sayılması
E) Bilirubinin təyini
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
912) Bu immunoqlobulinlər və ya yüngül zəncirlərindən hansı autoimmun hemolitik anemiyanın inkişaf mexanizmində iştirak edir?
A) İgG
B) İgA
C) İg-in L və kanpa yüngül zəncirləri
D) İgE
E) İgD
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
913) Bu İg-dən və ya yüngül zəncirlərdən hansı autoimmun hemolitik anemiyanın inkişaf mexanizmində əsas rol oynayır?
A) İgA
B) İgD
C) İgE
D) İgM
E) İg-in yüngül zəncirləri: λ və K
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
914) Hemoqlobinin orta konsentrasiyası 1 eritrositdə hansı hemolitik anemiyada (MCHC) artmış olur?
A) Q-6FDH defisitli hemolitik krizdə
B) İrsi sferositozda
C) β-talassemiyada
D) Paroksizmal gecə hemoqlobilinuriyasında
E) α-talassemiyada
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
915) Bunlardan hansı hemolitik anemiyada hematokritin qəflətən enməsinə səbəb ola bilməz?
A) Kəskin infeksiya
B) Hipersplenizm
C) Folat və Fe++ azalması
D) Dərman preparatların təsirindən sümük iliyi fəallığının enməsi
E) Xronik böyrək çatışmazlığı ilə əlaqədar eritropoetin əmələ gəlməsinin azalması
Ədəbiyyat: М.Э. Вуд, П.А.Банн. Секреты гематологии и онкологии. 2001.
Dostları ilə paylaş: |