Hematologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Hematologiyanın ümumi məsələləri


) DDL sindromunun müalicəsində nə istifadə olunmur?



Yüklə 1,18 Mb.
səhifə17/18
tarix29.12.2016
ölçüsü1,18 Mb.
#3867
1   ...   10   11   12   13   14   15   16   17   18

1053) DDL sindromunun müalicəsində nə istifadə olunmur?

A) Quru plazma

B) Heparin

C) Təzə dondurulmuş plazma

D) Plazmaferez

E) Fraksiparin


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007
1054) Damar-trombositar hemostazın pozğunluğunu necə aşkar etmək olar?

A) Qanaxma müddətini təyin etməklə

B) Hemotokriti təyin etməklə

C) Plazmokriti təyin etməklə

D) Protrombin vaxtını təyin etməklə

E) Trombin vaxtını (müddətini) təyin etməklə


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1055) Hemorragik vaskulit üçün nə xarakterdir?

A) Protrombin indeksinin azalması

B) Hemotokritin azalması

C) Vaskulit-purpura tipli qanaxma

D) Trombin vaxtının uzanması

E) Hematoma tipli qanaxma


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1056) Əgər xəstənin aşağı ətraflarında və sağrı nahiyyəsində piqmentasiyalı nöqtəvari hemorragik səpkilər, oynaqlarında ağrılar, hematuriya varsa, hansı xəstəlik haqda fikirləşmək lazımdır?

A) Trombositopenik purpura

B) Villeband xəstəliyi

C) Hemorragik vaskulit

D) Trombositopatiya

E) Hemofiliya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1057) Bunlardan hansı antikoaqullyant deyil?

A) Antitrombin III

B) Plazminogen

C) Protein C

D) Heparin

E) Protein S


Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
1058) DDL sindromunun hipokoaqulyasiya mərhələsində nə təyin edilir?

A) Təzə dondurulmuş plazma transfuziyası

B) Heparin

C) Birbaşa qanın köçürülməsi

D) İsti qan transfuziyası

E) Kriopresipitatın yeridilməsi


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1059) Hemorragik vaskulitlərin patogenezində nə durur?

A) DDL-sindromu

B) Trombositlərə qarşı immunoaqressiya

C) İmmunokompleks sindromu

D) Defektli trombosit sindromu

E) Hemolitik sindrom


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1060) Naməlum genezli qanaxmaların ən çox rast gəlinən səbəbi nədir?

A) Leykozlar

B) Trombositopeniyalar

C) Trombositopatiyalar

D) Koaqulopatiyalar

E) Vaskulitlər


Ədəbiyyat: Справочник по гематологии.Под редакцией доктора медицинских наук,профессора А.Ф.Романовой.
1061) Damar-trombositar hemostazın müayinə metodlarına nə aiddir?

A) Ayvi sınağı

B) Fibrinolitik aktivliyin təyini

C) Trombin vaxtının təyini

D) Protrombin vaxtının təyini

E) Aktivləşmiş hissəvi tromboplastin müddətinin (QATZ-qismən aktivləşmiş tromboplastin zamanı) təyini


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 5 Москва 2006.
1062) Endotelin zədələnməsinin əsas laborator markerlərinə nə aid deyil?

A) Damarların dozalaşmış kompressiyasına cavab olaraq fibrinolitik aktivliyin azalması

B) Plazmada profibrinolizinin və ya plazminogen aktivatorunun inhibitorunun miqdarının artması

C) Qanın laxtalanma vaxtının uzanması

D) Plazmada Villebrand faktorunun miqdarının artması

E) Plazmada zədələnmiş endotelial hüceyrələrdən "qopmuş" sərbəst trombomodulinin miqdarının artması


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1063) DDL sindromunun patogenezində əsas yeri nə tutur?

A) Trombositopeniya

B) Trombositopatiya

C) Antitrombin III-un miqdarının artması

D) Plazminogenin miqdarının artması

E) Hipertrombinemiya


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 5 Москва 2006.
1064) Mikrodamarların rezistentliyinin müayinə metodlarına nə aiddir?

A) Dyuke sınağı

B) Li-Uayta görə laxtalanma vaxtının təyini

C) Protrombin vaxtının təyini

D) Efa zəhəri ilə qanın laxtalanmasının təyini

E) Koncalovski sınağı


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 4 Москва 2006.
1065) K vitaminindən asılı olmayan faktor hansıdır?

A) IX faktor

B) VII faktor

C) X faktor

D) II faktor

E) VIII faktor


Ədəbiyyat: Диагностика болезней внутренних органов.А.Н.Окороков Том 5 Москва 2006.
1066) Duz təsirli antikoaqulyantlara nə aiddir?

A) Təzə dondurulmuş plazma

B) Tiklid

C) Aminokapron turşusu

D) Heparin

E) Fenilin


Ədəbiyyat: Лечение болезней внутренних органов.А.Н.Окороков Том 3, книга 2;Москва 2006.
1067) Bu preparatların hansı antiaqreqantlara aiddir?

A) Aminokapron turşusu

B) Fenilin

C) Tiklid

D) Ksantinol-nikonam

E) Heparin


Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
1068) Fibrinolizi ləngidən maddələrə aşağıdakılardan hansı aiddir?

A) Heparin

B) Tiklid

C) Fibrinolizin

D) Rekombinat antitrombin III

E) Aminokapron turşusu


Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
1069) Hemofiliya A zamanı hansı laxtalanma fakltorunun irsi defisiti qeyd olunur?

A) X


B) IX

C) V


D) VIII

E) VII
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.


1070) Hemofiliya B zamanı hansı laxtalanma fakltorunun irsi defisiti qeyd olunur?

A) X


B) VIII

C) IX


D) VII

E) V
Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.


1071) Kəskin trombositopeniyanın inkişafına gətirən etioloji faktor hansıdır?

A) Qanda immun komplekslərin əmələ gəlməsi

B) Qanda trombositlərə qarşı autoanticisimlərin və haptenin əmələ gəlməsi və onların trombositlərin səthində fiksasiya olunması

C) Mikrob infeksiyası

D) Virus infeksiyası

E) Soyuqdəymə


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1072) İlkin hemostazın laborator göstəricilərinə aşağıdakılardan hansı daxildir?

A) İNR


B) Trombin zamanı

C) Qanın laxtalanma muddəti (Li-Uayt üsulu ilə)

D) Dyuke üsulu ilə qanaxma müddəti

E) Protrombin indeksi


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 5 Москва 2006.
1073) Koaqulasion hemostazın daxili yolunda iştirak etməyən faktor hansıdır?

A) VIII


B) VII

C) IX


D) XI

E) XII
Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 5 Москва 2006.


1074) Aşağıdakılardan hansı fibrinolitik sistemə aid deyil?

A) Plazminogen

B) Plazmin inhibitoru

C) Plazmin

D) Fibrinogen

E) Plazminogen aktivatoru


Ədəbiyyat: Диагностика болезней внутренних органов. А.Н.Окороков. Том 5 Москва 2006.
1075) Hemorragik vaskulitin müalicəsinə aşağıdakılardan hansı daxil deyil?

A) Antiaqreqantlar

B) Heparin

C) Antifibrinolitik preparatlar

D) QSİƏM

E) Plazmaferez


Ədəbiyyat: Лечение болезней внутренних органов. А.Н.Окороков. Том 3, книга 2 Москва 2006.
1076) Hemofiliyalı xəstə kişinin sağlam qadınla nikahından olan oğlan uşaqlarının sağlam doğulma ehtimalı:

A) 100%


B) 15%

C) sağlam doğulma ehtimalı yoxdur

D) 50%

E) 25%
Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн Москва 1997.


1077) İdiopatik trombositopenik purpura zamanı nə baş verir?

A) Periferik limfa düyünləri böyüyür

B) Qaraciyərin böyüməsi xarakterdir

C) Sümük iliyində meqakariositlərin miqdarı artır

D) Sümük iliyində meqakariositlərin miqdarı azalır

E) Dalağın böyüməsi xarakterdir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1078) Bu əlamətlərdən hansı DDL sindromu üçün xarakterik deyil?

A) Hemostazın trombositar zəncirinin aktivləşməsi

B) Qanaxma

C) Trombositoz

D) Toxuma disfunksiyası

E) Mikrodamarların trombozu


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1079) DDL zamanı heparinlə müalicənin qeyri-effektivliyi nə ilə əlaqədardır?

A) Hemostazın laxtalanma əleyhinə sisteminin tukənməsi

B) Trombositoz

C) Hemostazın trombositar zəncirinin aktivləşməsi

D) Heparinin plazma kofaktoru – antitrombin III-nun plazmada miqdarının azalması və ya blokadası

E) Damar divarının keçiriciliyinin pozulması


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1080) Bunlardan hansı DDL-sindromunun inkişafının patogenetik mexanizmində rol oynamır?

A) Antikoaqulyant terapiya

B) Mononuklear faqosit sisteminin zəifləməsi

C) Hemostazın laxtalanma sisteminin tükənməsi

D) Hemostazın trombositar zəncirinin aktivləşməsi

E) Aktivləşmiş qan laxtalanma faktorlarının xeyli miqdarda sirkulyasiyası


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1081) Bu proseslərdən hansı normada hemostazın mərhələlərini əks etdirmir?

A) Trombun əriməsi

B) Qanın damar daxilində disseminə olunmuş laxtalanması

C) Lokal vazokonstriksiya

D) Trombositar trombun formalaşması və stabilizasiyası

E) Trombositlərin aktivləşməsi və adgeziyası


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1082) Hemostazın plazma faktorlarına aşağıdakılardan hansı aid deyil?

A) Plazmin (fibrinolitik) sistemi

B) Təbii antikoaqulyant sistemi

C) Endotelin antitrombotik substansiyaları

D) Kinin-kallikrein sistemi

E) Qanın laxtalanma faktorları


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1083) Qanın antitrombotik sisteminin vacib mediatorlarına aşağıdakılardan hansı aid deyil?

A) Antitrombin III

B) Villebrand faktoru

C) Protein C

D) Protein S

E) Heparin II kofaktoru


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1084) Antitrombin III-nun aktivliyinin normal göstəriciləri hansılardır?

A) 80-90%

B) 110-120%

C) 60-120%

D) 80-120%

E) 100-120%


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1085) Antikoaqulyant terapiyanın fəsadlarına aşağıdakılardan hansı aid deyil?

A) Heparin trombositopeniyası

B) Qanın laxtalanma müddətinin uzanması

C) Qanaxmanın güclənməsi

D) Qanın axma müddətinin uzanması

E) Antitrombin III defisitinin dərinləşməsi


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1086) Hansı hallarda təzə dondurulmuş plazma köçürülmür?

A) AT III defisiti ilə gedən damardaxili sindromunun hiperkoqulyasiya fazasında

B) Damardaxili laxtalanma sindromunun hipokoaqulyasiya mərhələsində

C) Damardaxili laxtalanma sindromunun II mərhələsində

D) AT III defisiti olmayan xroniki damardaxili laxtalanma sindromu zamanı

E) AT III defisiti ilə muşayiət olunan xroniki damardaxili laxtalanma sindromu zamanı


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1087) Damardaxili laxtalanma sindromu anemiya ilə müşayiət olunduqda hansı saxlanma müddəti olan eritrosit kütləsinin köçürülməsi məsləhətdir?

A) 7 günədək

B) 12 günədək

C) 3 günədək

D) 5 günədək

E) 10 günədək


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1088) Trombosit kütləsinin köçürülməsi hansı hallarda məsləhət görülmür?

A) İmmun trombositopeniyalar

B) Damardaxili laxtalanma sindromu

C) Ameqakariositar trombositopeniya

D) Trombositopatiyalar

E) Qlansman trombositasteniyası


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1089) Hemorragik vaskulit üçün nə xarakterdir?

A) İri kalibirli arteriyaların zədələnməsi

B) Trombositar-damar hemostazının pozulması

C) Orta kalibirli arteriyaların zədələnməsi

D) Purpura-vaskulit tipli qanaxma

E) Hematom tipli qanaxma


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1090) Hemorragik vaskulit zamanı?

A) Kiçik kalibirli arteriyalar və kapilyarlar zədələnir

B) Müalicə heparinlə aparılır

C) Koaqulyasion hemostaz pozulur

D) Müalicədə QSİƏM tətbiq edilir

E) Sadalananların hamısı düzgündür


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1091) Trombositar-damar hemostazını xarakterizə edən metodlara aşağıdakılardan hansı aid deyil?

A) Qanaxma müddətinin təyini

B) Qan laxtasının retraksiyasının təyini

C) Trombositlərin aqreqasiya funksiyalarının təyini

D) Trombin vaxtının təyini

E) Trombositlərin miqdarının təyini


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1092) Trombositlər hemostaz prosesində hansı funksiyaları yerinə yetirir?

A) Xırda qan damarları divarının struktura və funksiyasının normal fəaliyyətinə imkan yaradır və antigiotrofik funksiyanı həyata keçirir

B) Sadalananların hamısı

C) Qan divarının reparasiyası, yerli iltihab və immunitet proseslərində iştirak edir və bu prosesləri stimullaşdırır

D) Qan laxtalanma və fibrinoliz proseslərində iştirak edir və bu prosesləri tənzimləyir

E) Trombositlər adgeziya və aqreqasiya olunmaqla ilkin hemostazın başlanmasına rəvac verir


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1093) Trombotik trombositopenik purpuraya xas olan əsas kriteriyalar hansılardır?

A) Trombositopeniya

B) Mikroangiopatik hemolitik anemiya

C) Nevroloji dəyişikliklər və böyrək çatışmazlığı

D) Sadalananların hamısı

E) Yüksək hərarət


Ədəbiyyat: Секреты гематологии и онкологии. Мари Э.Вуд, Пол А.Банн Москва 1997.
1094) Ameqakariositar trombositopeniyalara nə aiddir?

A) Hipo və aplastik anemiyalar zamanı meydana çıxan trombositopeniyalar

B) Qanyaranma aparatına şüa və toksik təsirlər nəticəsində inkişaf edən trombositopeniyalar

C) Sadalananların hamısı

D) Orqanizmdə trombositopoetinin əmələ gəlməsinin pozulması nəticəsində meydana çıxan trombositopeniyalar

E) Leykozlar, mielom xəstəliyi və d. xəstəliklər zamanı sumuk iliyinin metoplaziyası nəticəsində baş verən trombositopeniyalar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1095) DDL-sindromu hansı hallarda meydana çıxa bilər?

A) Yanıqlar zamanı

B) Yayılmış infeksiyalarda

C) Şokun bütün növlərində

D) Bütün sadalanan hallarda

E) Damardaxili hemoliz zamanı


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007
1096) DDL-sindromunun III stadiyası (mərhələsi) üçün nə xarakterik deyil?

A) Hiperkoaqulyasiya əlamətləri

B) Trombositopatiya

C) Antitrombin III defisiti

D) Trombositopeniya

E) Dərin hipokoaqulyasiya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1097) Əgər xəstədə petexial-ləkəli tip qanaxma varsa, qanaxma müddəti uzanmışdırsa, o zaman hansı xəstəliklər haqqında fikirləşmək lazımdır?

A) Trombositopeniya, trombositopatiya

B) Hemorragik vaskulit

C) Hemolotik anemiya

D) Talassemiya

E) Hemofiliya


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1098) DDL-sindromunun laborator diaqnostikasına aşağıdakılardan hansı aiddir?

A) Saxaroza sınağı

B) Xem sınağı

C) Duz Kumbs sınağı

D) Eritrositlərin osmotik rezistentliyinin təyini

E) Antitrombin III-nun təyini


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1099) İkincili immun trombositopeniyalar hansı xəstəliklər zamanı qeyd olunur?

A) Xroniki limfoleykoz

B) Hockin limfoması

C) Qeyri-Hockin limfoması

D) Antifosfolipid sindromu

E) Sadalananların hamısında


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1100) İdiopatik trombositopenik purpuranın kompleks müalicəsinə nə daxildir?

A) Splenektomiya

B) Qlukokortikoidlər

C) Sadalananların hamısı

D) Sitostatik preparatlar

E) Venadaxili immunoqlobulinlər


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1101) Qazanılmış trombositopatiyalar hansı xəstəliklər zamanı rast gəlinir?

A) Mieloproliferativ xəstəliklər

B) Mielom xəstəliyi, Valdenstrem xəstəliyi, qammapatiyalar

C) Sirrozlar və qaraciyərin parazitar xəstəlikləri

D) Sadalananların hamısı düzdür

E) Hemoblastozlar


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1102) Hemofiliyanın diaqnostikasında aşağıdakılardan hansı əhəmiyyət kəsb edir?

A) Protrombinin təyini

B) Plazminogenin təyini

C) Aktivləşmiş hissəvi tromboplastın vaxtının təyini

D) Fibrinogenin təyini

E) Qanaxma müddətinin təyini


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1103) Əgər idiopatik trombositopenik purpuralı xəstədə trombositlərin miqdarı 20000-dən aşağıdırsa, selikli qişalardan qanaxma varsa, müalicədə ilk növbədə nə istifadə olunur?

A) Yüksək dozada qlükokortikoidlər

B) Epsilon-aminokapron turşusu

C) Eritrosit kütləsi transfuziyası

D) Təzə dondurulmuş plazma

E) Bütöv qan transfuziyası


Ədəbiyyat: Руководство по гематологии. Под общей редакцией академика А.И.Воробьева, Москва 2007.
1104) Qan laxtalanma sisteminə daxil olmayan komponent hansıdır?

A) Qırmızı qan hüceyrələri

B) Trombositar komponent

C) Damar (endotelial) komponenti

D) Laxtalanma faktorları

E) Plazma komponentləri


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1105) Antitrombin III-nun defisiti hansı hallarda inkişaf edir?

A) Nefrotik sindrom, mədə-bağırsaq traktının xəstəlikləri zamanı

B) Uzunmüddətli heparinlə müalicə zamanı

C) İrsi pozğunluqlarda

D) Bəzi medikamentoz preparatların təyini zamanı

E) Sadalananların hamısında


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1106) Hemostaz sisteminin aktivləşməsinin əsas mexanizmlərinə nə aiddir?

A) Toxuma substratının intensiv azad olması

B) Sadalananların hamısı

C) Hemostazın kontakt yolu ilə aktivləşməsi

D) Təbii antikoaqulyantların defisiti

E) Onkoloji xəstəliklər


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1107) DDL sindromunun əsas klinik əlamətlərinə nə aiddir?

A) Toxuma disfunksiyası

B) Hədəf orqanların zədələnməsi

C) Qanaxma

D) Sadalananların hamısı

E) Mikrotrombozlar


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1108) DDL sindromunun müalicəsinin əsas prinsiplərinə nə aiddir?

A) Təzə dondurulmuş plazma, AT III preparatları ilə əvəzedici terapiya

B) Dezaqreqantlar və reoloji preparatlar

C) Proteazların polivalent ingibitorları

D) Sadalananların hamısı

E) Antikoaqulyant terapiya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1109) Massiv hemotransfuziya nəticəsində DDL sindromunun inkişafına səbəb olan faktorlar hansılardır?

A) Mikroemboliya

B) Trombositopatiya

C) Dilyusion koaqulopatiya

D) Sadalananların hamısı

E) Trombositopeniya


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1110) Bunlardan hansı qanın ilkin fizioloji antikoaqulyant sisteminə aid deyil?

A) Antitrombin III

B) Protein C

C) Fibrinogenin deqradasiya məhsulları

D) Protein S

E) Endogen heparin


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания .А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1111) Qanın laxtalanma prosesi və fibrinoliz zamanı əmələ gələn ikincili antikoaqulyantlara nə aid deyil?

A) V a, VIII a faktorlarının derivatları

B) Fibrinin deqradasiya məhsulları

C) Fibrinogenin deqradasiya məhsulları

D) Protein C

E) Antitrombin I


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертывания А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1112) İlkin hemostazda trombositlərin rolu nədir?

A) Anqiotrofik funksiya

B) Sadalananların hamısı

C) Aqreqasiya və adgeziya

D) Plazma hemostazında iştirak etməsi

E) Damarların zədələnmə nahiyələrində reparasiya proseslərini həyata keçirməsi


Ədəbiyyat: Синдром диссеминированного внутрисосудистого свертыванияА.А.Рагимов, Л.А.Алексеева; Москва 2007.
1113) Damardaxili laxtalanma sindromu hansı leykoz üçün daha xarakter klinik əlamətdir?

A) Kəskin eritromieloz

B) Kəskin monoblast leykoz

C) Kəskin mieloblast leykoz

D) Kəskin promielositar leykoz

E) Kəskin limfoblas leykoz


Ədəbiyyat: M,E.Vud, P.A.Bann. Sekretı qematoloqii i onkoloqii, 2001
1114) Qanda hansı faktorun çoxluğu qanın laxtalanma vaxtını uzadır (hipokoaqulyasiya)?

A) Parakoaqulyasiya məhsulları

B) Villebrandt faktoru

C) Antitrombin III

D) Trombositlərin faktoru

E) Plazminogen


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.130
1115) Damardaxili laxtalanmada bu faktorlardan hansı hemorragik fəsadlarla nəticələnir?

A) Trombositopatiya

B) Mikrotrombozun əmələ gəlməsi

C) Burada sadalanan bütün patologiyaların hamısı

D) Trombositopeniya

E) Fibrin monomer komplekslərin konsentrasiyasının çoxalması


Ədəbiyyat: Воробьев П.А. Актуальный гемостаз. 2004, с.130
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin