HƏRB TARIXIMİZDƏN
yət Partiya Komitəsi bu m əsələyə ciddi yanaşmışdır". (10,182) Zaqafqazi-
ya cəbhəsi siyasi şöbəsinin rəis müavini polkovnik Antonov 5 fevral 1943-
cü il raportunda qeyd edirdi: "Dağıstan Respublikasının partiya - sovet or-
qanları və respublika hərbi komissarlıqları könüllülərin çağırışı üzrə böyük
iş görürlər. K önüllülər sırasında hərbi m əktəblərə getm ək istəyən çoxlu
sayda şəxs var..."
1943-cü ildən etibarən alman təbliğatı da qafqazlılara təsir göstərmirdi
və bunu alman hərbçiləri etiraf etm əyə m əcbur olmuşdular. (10,301)
Ə .Əliyevin rəhbərliyi ilə görülmüş işlər öz bəhrəsini vermişdi. Artıq 1945-
ci il iyulun 1-dək Sovet Ordusu sıralarına Dağıstandan 122.268 nəfər gön-
dərilmişdi. Onlardan 1630 nəfəri zabit idi (10, cədvəl 45, 402). Döyüşlər-
də 25 min dağıstanlı SSRİ-nin orden və medalları ilə təltif edilmişdir.
M üharibə qələbə ilə nəticələnəndə dağıstanlılar öz rəhbərlərinə inam
və sədaqət rəmzi olan xəncər bağışladılar. Həmin xəncər indi Milli Azər-
baycan Tarixi Muzeyinin kolleksiyasındadır (YTF № 2995). Əziz Əliyevin
sayəsində dağıstanlılar bir çox digər xalqlar kimi sürgün olunmamış, öz də-
də-baba torpaqlarında qalmışdılar. Təsadüfı deyil ki, Dağıstan Respublika-
sının prezidenti Muxu Əliyev 2007-ci ildə Dağıstanda Əziz Əliyevin 110
illik yubileyinə həsr edilmiş təbrikdə demişdir: "Əziz M əm m ədkərim ovi-
Dostları ilə paylaş: