Hərb tariXİMİZDƏn miLLİ azərbaycan tariXİ muzeyiNİn silah kolleksiyasinda göRKƏMLİ ŞƏxsləRƏ Aİd silahlar



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#45602
1   ...   11   12   13   14   15   16   17   18   ...   29
jrn2016 746

«H Ə R B t  BİLİK »

№  1.  2009


HƏRB  TARIXIMIZDƏN

ğırıla  bilərdi  (onlardan  16631  nəfər  hərbi  xidm ətdə  olmuşdur),  lakin  cəmi 

3203  nəfər  orduya  çağırılmışdı,  onlar  da  əsasən  Dağıstan  şəhərlərində  ya- 

şayan  ruslar  və  ya  müharibənin  əvvəlində  çağırılan  dağlılar  idi.  (10,  151) 

(Şəkil  4)

Sovet  repressiyalarının  canlı  simvolu  olan  L.P.Beriya  dərhal  Şimali  Qaf- 

qaza  göndərilmiş,  Dərbənd,  Mahaçqala,  Nalçik  şəhərlərində  Daxili  İşlər 

Xalq  Komissarlıqlarınm  diviziyaları  yerləşdirilrnişdi.  Hesablamalar  göstər- 

mişdi  ki,  Şimali  Qafqaz  və  Dağıstanda  1 8 - 4 5   yaşlarında  95  min  kişi  var- 

dır  və  onlar  cəbhəyə  çağırılmır,  əksinə  potensial  düşmən  kimi  qəbul  edi- 

lir.  N əticədə  sovet  qoşunları  ilə  yerli  əhali  arasında  toqquşmalar  baş  ver- 

miş,  bir  çox  ucqar  rayonlarda  Sovet  hakimiyyəti  devrilmişdi.  Ayrı-ayrı 

kəndlərin  əhalisi  köçürülmüşdü.  Bu  zaman  kəndlərdən  olan  kişilərin  cəb- 

hədə  hələ  də  vuruşması  nəzərə  alınmamışdı.  M əsələn,  təyyarəçi,  iki  dəfə 

Sovet  İttifaqı  Q əhrəm anı  Amet  Xan  Sultanın  ailəsi  bütünlüklə  Sibirə  sür- 

gün  edilmişdi.  A ilələri  ilə  necə  rəftar  olunduğunu  bilən  bir  çox  döyüşçülər 

ya  almanlar  tərəfə  keçir,  ya  da  fərarilik  edərək  dağlarda  sovetlərə  qarşı  vu- 

ruşmağa  başlayırdılar.  Alrnaniyada  Əhməd  Nəbi  Maqomayevin  rəhbərliyi 

ilə  "Şimali  Qafqaz  Milli  Komitəsi"nin  yaradılması,  alman  ordusunda  "Şi- 

mali  Qafqaz  milli  legionunun"  sovetlərə  qarşı  vuruşması  İ.Stalini  bütün  Şi- 

mali  Qafqaz  əhalisinin  köçürülməsi  haqqında  İ.Beriyanm  təklifı  ilə  razılaş- 

mağa  vadar  etmişdi.  Köçürülmə  Dağıstandan  başlamalı  idi.  (13,  150-157)

1942-ci  ilin  sentyabr  ayının  əvvəllərində  Dağıstanda  L.Beriyanın  gön- 

dərdiyi  yoxlamalar  əhalinin  aclıq  həddində  yaşamasını  m üəyyən  etmişdi, 

Dağıstan  Vilayət  Partiya  Komitəsinin  1-ci  katibi  H.İ.Linkun  isə  heç  bir 

tədbir  görmürdü.  Şimali-Qərbi  Dağıstanda  banditizm  geniş  vüsət  almışdı.

Belə  şəraitdə  Mir  C əfər  Bağırov  Dağıstan  Vilayət  Partiya  Komitəsinin 

1-ci  katibi  vəzifəsinə  Əziz  Əliyevin  təyin  edilməsini  tək lif etmişdi.  Qafqaz 

adət-ənənələrini  yaxşı  bilən,  təşkilatçılıq  qabiliyyəti  olan,  pedaqoji  sahədə 

çalışmış,  Qafqazda  hər  zaman  hörmətlə  qarşılanan  peşə  sahibi  -  həkim 

olan,  qətiyyət  və  əqidəsi  ilə  seçilən  Əziz  Əliyev  qısa  zamanda  vəziyyəti 

dəyişdirm əyə  qadir  idi.  1942-ci  il  sentyabrın  16-da  Dövlət  M üdafıə  Komi- 

təsinin  qərarı  ilə  Əziz  Əliyev  Dağıstan  Vilayət  Partiya  Komitəsinin  1-ci 

katibi  təyin  edilmiş  və  Mahaçqala  M üdafıə  Komitəsinin  sədri  seçilmiş- 

di.  (5)

Ə.Əliyevin  yeni  vəzifədə  ilk  tədbiri  yaranmış  vəziyyətin  səbəblərinin 

öyrənilm əsinə  yönəldilmişdi.  Yoxlamalar  göstərm işdir  ki,  hərbçilər  icazə 

olmadan  evlərdən  ərzaq,  mal-qara  və  əşyaları  müsadirə  edir,  hərbi  ehtiyac 

olmadan  əhalinin  evlərini  dağıdırdılar.  M üdafıə  qurğularının  tikintisinə 

cəlb  olunan  əhaliyə  maaş  və  yem ək-içm ək  verilmirdi.  Belə  işlərə  çıxmaq 

istəm əyənlərin  ailələri  girov  götürülürdü.  Banditizmə  qarşı  mübarizə  adı 

ilə  kiitləvi  şəkildə  həbslər  və  qətllər  törədilirdi.  Bütün  bunlara  son  qoyan 

Ə.Əliyev  ətrafına  yerli  kadrları  toplamağa  çalışırdı.  O,  yerlərdə  vəziyyətlə

« I I O K H İ   İİİ I.İK »




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin