Bu maddə prostat vəzinin xoşxassəli hiperplaziyasını, iltihabi və digər xəstəliklərini; xaya hidropsunu, orxit və epididimitləri, artıq pülük dərisini, fimoz və parafimozu, kişi cinsiyyət orqanlarının digər xəstəliklərini nəzərdə tutur.
Kişi cinsiyyət orqanlarının xəstəliklərinə görə tibbi göstərişlər üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, şəhadətləndirilmə funksional pozulmaların dərəcəsindən asılı olaraq keçirilir.
«a» bəndinə aşağıdakılar aiddir:
müalicə qeyri-qənaətbəxş nəticələndikdə və ya ondan imtina edildikdə, sidik ifrazının mühüm dərəcədə pozulması ilə müşayiət olunan prostat vəzinin III — IV mərhələ xoşxassəli hiperplaziyası;
cinsiyyət üzvünün olmaması.
«b» bəndinə aşağıdakılar aiddir:
sidik ifrazının mülayim dərəcədə pozulması ilə müşayiət olunan (qalıq sidiyin 50 ml-ə qədər olması) prostat vəzinin II mərhələ xoşxassəli hiperplaziyası;
xaya qişalarının və ya toxum ciyəsinin residivləşən (təkrar cərrahi müalicədən sonra) birtərəfli və ya ikitərəfli hidropsu, mayenin həcmi 100 ml-dən artıq olmaqla.
Xaya qişası və ya toxum ciyəsi hidropsunun bir dəfə residivi «b» bəndinin tətbiqi üçün əsas deyil.
«c» bəndinə aşağıdakılar aiddir:
prostat vəzinin I mərhələ xoşxassəli hiperplaziyası;
prostat vəzinin daşları ilə xroniki prostatit;
xəstənin ildə 3 dəfə və çox stasionar müalicəsini tələb edən xroniki prostatit.
«ç» bəndinə aşağıdakılar aiddir:
xayanın və ya toxum ciyəsinin mayenin həcmi 100 ml-dən az olan hidropsu;
fimoz;
kişi cinsiyyət orqanlarının cüzi kliniki təzahürlərlə keçən digər xəstəlikləri.
Bir xayanın xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (hava-desant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
74
|
Qadın cinsiyyət orqanlarının xroniki iltihabi xəstəlikləri
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
A-3
|
A
|
A
|
Bu maddə yumurtalıqların, uşaqlıq borularının, çanaq toxumasının, peritonun, uşaqlıq boynunun, uşaqlıq yolunun, vulvanın xroniki iltihabi xəstəliklərini nəzərdə tutur.
«a» bəndinə mühüm dərəcədə ifadə olunan kliniki təzahürlərlə və stasionar müalicə tələb edən tez-tez (ildə 3 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri aiddir.
«b» bəndinə mülayim dərəcədə ifadə olunan kliniki təzahürlərlə və stasionar müalicə tələb edən tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri aiddir.
«c» bəndinə cüzi dərəcədə ifadə olunan kliniki təzahürlərlə və nadir kəskinləşmələrlə müşayiət olunan qadın cinsiyyət orqanlarının iltihabi xəstəlikləri aiddir.
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
75
|
Endometrioz:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
A-3
|
A
|
A
|
«a» bəndinə mühüm dərəcədə ifadə olunan kliniki təzahürlərlə, tez-tez (ildə 3 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan, stasionar müalicə tələb edən endometrioz aiddir.
«b» bəndinə mülayim dərəcədə ifadə olunan kliniki təzahürlərlə, tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan endometrioz aiddir.
«c» bəndinə cüzi dərəcədə ifadə olunan kliniki təzahürlərlə və nadir kəskinləşmələrlə müşayiət olunan endometrioz aiddir.
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
76
|
Qadın cinsiyyət orqanlarının düşməsi, fistulları və digər qeyri-iltihabi xəstəlikləri:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
B
|
«a» bəndinə aşağıdakılar aiddir:
müalicənin nəticəsi qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, uşaqlığın və ya uşaqlıq yolunun tam düşməsi, aralığın tam cırılması, cinsiyyət orqanlarının cəlb edilməsilə yaranmış fistullar (sidik-cinsiyyət, bağırsaq-cinsiyyət).
Uşaqlığın düşməsi zamanı şaquli vəziyyətdə (və ya uzanmış halda — gücənəndə) bütün uşaqlıq öz arxasınca uşaqlıq yolunun divarlarını çevirərək, cinsiyyət yarığından bayıra çıxır.
Aralığın tam cırılması zamanı aralıq əzələlərinin bütövlüyü tamamilə pozulur və onlar düzbağırsağın divarına keçən çapıq toxuma ilə əvəz olunur, anus büzülüb-açılır və düzgün kənarlara malik olmur.
«b» bəndinə qadın cinsiyyət orqanlarının sallanması aiddir.
Uşaqlığın və uşaqlıq yolunun sallanması halında gücənmə zamanı cinsiyyət yarığı büzülüb-açılır və oradan uşaqlıq boynu, uşaqlıq yolunun ön və arxa divarları görünür, lakin bunlar cinsiyyət yarığı hüdudlarından kənara çıxmırlar.
Bu bəndə epitelin proliferasiyası ilə süd vəzilərinin xoşxassəli displaziyası da aiddir.
Cinsiyyət orqanlarının sidiyin saxlanmaması ilə fəsadlaşmış sallanması zamanı şəhadətləndirilmə müalicənin nəticələrindən asılı olaraq, «a» və ya «b» bəndi üzrə keçirilir.
Funksiyaların pozulması olmayan uşaqlığın qeyri-düzgün vəziyyəti bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsilmüəssisələrinə daxil olmağa mane olmur.
Menorragiyalarla, qəbizliklərlə, oma sümüyü nahiyəsində və qarının aşağısında ağrılarla müşayiət olunan uşaqlığın düzgün olmayan vəziyyəti ilə şəhadətləndirilmə «c» bəndi üzrə keçirilir.
«c» bəndinə aşağıdakılar aiddir:
uşaqlıq yolu divarlarının cüzi sallanmaları;
kiçik çanaq nahiyəsində, ağrı sindromu olmayan, çapıq və bitişmə prosesləri;
epitelin proliferasiyası olmayan süd vəzilərinin xoşxassəli displaziyası.
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
77
|
Ovarial-menstrual funksiyanın pozulmaları:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
A
|
A
|
A
|
«a» bəndinə orqanların patologiyası ilə bağlı olmayan, anemiyaya gətirib çıxaran qanaxmalar aiddir.
«b» bəndinə oliqomenoreya, amenoreya (cərrahi əməliyyatdan sonrakı hallar istisna olmaqla) ilə təzahür edən, o cümlədən Şteyn-Levental sindromu zamanı ovarial-menstrual funksiyaların pozulmaları aiddir.
«c» bəndinə ümumi inkişaf kafi olduqda cinsi infantilizm, sonsuzluq aiddir.
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
78
|
Sidik-cinsiyyət sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən və ya cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar
|
Ç
|
Ç
|
Ç
|
Bu maddə ilə vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, əgər onlarda böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra sidikdə patoloji dəyişikliklər qalırsa, 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.
Hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət (bir aydan az olmayaraq) verilməsinin zəruriliyi barədə qərar yalnız kəskin diffuz qlomerulonefritlərdən sonra, kəskin pielonefritlərin uzun sürən fəsadlaşmış gedişində, habelə qadın-cinsiyyət orqanlarının müalicə müddəti 2 aydan artıq olmayan kəskin iltihabi xəstəliklərindən (bartolinit, vulvit, kolpit, endometrit, andeksit) sonra çıxarılır.
Böyrəklərin kəskin iltihabi xəstəliklərindən sonra böyrəklərin funksiyasının pozulması və sidikdə patoloji dəyişikliklər olmadıqda, şəhadətləndirilənlər hərbi xidmətə yararlı hesab edilirlər. Xroniki nefritin (pielonefritin) olub-olmaması barədə son nəticə təkrar stasionar müayinədən sonra çıxarıla bilər.
Sidik daşı xəstəliyinə (böyrəklərin, sidik axarlarının, sidik kisəsinin daşlarına) görə aparılmış cərrahiyyə əməliyyatlarından sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.
Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (xaya hidropsuna, xaya və ya toxum ciyəsinin kistasına, xayaların anadangəlmə distopiyasına görə aparılmış cərrahiyyə əməliyyatlarından) sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçuların isə azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır.
Hamiləlik, doğuş və doğuşdan sonrakı dövr
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
79
|
Hamiləlik, doğuşdan sonrakı dövr və onların fəsadları
|
Ç
|
Ç
|
Ç
|
Hamilə qadınların yüngül və orta ağır dərəcəli toksikozu olduqda, hərbi xidməti vəzifələrini icra etməkdən azad edilməsi, ağır dərəcəli toksikoz olduqda isə xəstəliyə görə məzuniyyət verilməsi barədə qərar çıxarılır.
Hamiləliyin pozulması (abort) təhlükəsi olduqda, xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar stasionar müalicədən sonra çıxarılır.
Hərbi qulluqçu qadınlar, onlarda hamiləlik təyin edildikdə, xüsusi qurğularda hərbi xidmətə, RM, İŞM, RYK, EMS, lazer şüalanması mənbələri və I — II qrup patogenli mikroorqanizmlərlə işə müvəqqəti yararsız hesab edilirlər.
Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları
Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
80
|
Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
B
|
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda
|
A-3
|
A
|
A
|
Dostları ilə paylaş: |