Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1,93 Mb.
səhifə15/21
tarix26.11.2016
ölçüsü1,93 Mb.
#223
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

 

Bu maddə ayağın qazanılmış təsbit olunmuş deformasiyalarını nəzərdə tutur.

«Xəstəliklər cədvəli»nin I — III qrafalarına əsasən çalovabənzər ayaqla şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyasını təyin edərkən nəzərə almaq lazımdır ki, dayaq yükü verilməklə səth üzərinə düzgün qoyulmuş ayaqda boylama tağların yüksəlməsi çox vaxt normanın variantı olur.

Ayağın arxa hissəsinin supinasiyası, ön hissəsinin pronasiyası şəklində deformasiyası olduqda, hündür daxili və xarici tağları olan (kəskin burulmuş ayaq adlanan) ayaq çalovabənzər ayaq hesab edilir. Bu zaman ayağın ön hissəsi yastılaşmış, enlənmiş və bir qədər içəri çevrilmiş olur, orta ayaq darağı sümüklərinin başcıqları altında yastılanmalar və ya çəkicəbənzər deformasiyalar var. Funksional pozulmalar daha çox bütün ayağın və ya onun elementlərinin içəriyə və ya bayıra rotasiyası şəklində deformasiyalarının yanaşı gedən eversion-inversion komponentəri olduğu zaman baş verir.

«a» bəndinə qəbul edilmiş hərbi nümunəli ayaqqabıdan istifadə edilməsi mümkün olmayan at, daban, varus, çalovabənzər, yastı-valqus, ekvino-varus ayaqlar və ayaqların digər travma və ya xəstəlik nəticəsində qazanılmış kəskin ifadə olunmuş dönməz əyrilikləri aiddir.

«b» bəndinə aşağıdakılar aiddir:

mühüm dərəcədə ifadə olunmuş ağrı sindromu, ekzostozlar, barmaqların kontrakturası və ayağın orta hissəsinin oynaqlarında artrozun olması ilə III dərəcəli boylama və ya III — IV dərəcəli köndələn yastıayaqlılıq;

ayağın bir hissəsinin hər hansı səviyyədə olmaması və ya bütün barmaqlarının olmaması;

hər iki ayaqda bütün barmaqların caynaqvari, yaxud çəkicəbənzər deformasiyalarla davamlı kombinə olunmuş kontrakturası;

ağrı sindromu və aşıqaltı oynaqda II mərhələ artrozla Beler bucağının mənfi 10 dərəcədən çox azalması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası.

Dekompensasiya, yaxud subkompensasiya olunmuş boylama yastıayaqlılıqda ayaq nahiyəsində ağrılar ayaq üstündə durduqda yaranır və adətən, axşama doğru onlar pastozlaşanda güclənirlər. Zahirən ayaq pronasiya olunmuş, orta hissədə uzanmış və enlənmiş, boylama tağ enmiş olur, qayığabənzər sümük ayağın medial kənarında dəridən aydın təsvir olunur, daban valqus vəziyyətində olur.

«c» bəndinə aşağıdakılar aiddir:

cüzi ağrı sindromu və statikanın pozulması ilə müşayiət olunan, təyin edilmiş hərbi nümunəli ayaqqabı gəzdirilməsinin uyğunlaşdırılması mümkün olan ayağın mülayim dərəcədə ifadə olunmuş deformasiyaları;

daban sümüyünün valqus əyriliyi olmadan və ayağın orta hissəsi oynaqlarının deformasiyaedici osteoartrozu olmadan III dərəcəli boylama yastıayaqlılıq;

ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu ilə II dərəcəli köndələn və ya boylama yastıayaqlılıq;

ayaqaltı bükmə hərəkətinin 10 dərəcədən az və ayaqarxası bükmə hərəkətinin 20 dərəcədən az həddə məhdudlaşması ilə müşayiət olunan birinci ayaqdarağı sümüyünün III mərhələ deformasiyaedici osteoartrozu;

Beler bucağının 0-dan mənfi 10 dərəcəyədək azalması və aşıqaltı oynaqda artrozun olması ilə müşayiət olunan daban sümüyünün posttravmatik deformasiyası.

«ç» bəndinə barmaqların kontrakturası olmadan və ekzostozlarsız ayağın orta hissəsi oynaqlarının I mərhələ deformasiyaedici osteoartrozu ilə müşayiət olunan I və ya II dərəcəli köndələn, yaxud boylama yastıayaqlılıq aiddir.

Barmağın ayaqdarağı-falanqa oynağı səviyyəsində olmaması, habelə barmağın tam kontrakturası və ya hərəkətsizliyi ayaqda barmağın olmaması kimi hesab edilir.

Boylama yastıayaqlılıq və daban sümüyünün çəkicəbənzər deformasiyası ayaq üstündə yük altında profil rentgenoqramlarına görə qiymətləndirilir.

Boylama tağın bucağı və hündürlüyü rentgenoqramlarda üçbucaq qurulması yolu ilə təyin edilir. Normada tağın bucağı 125 — 130 dərəcəyə, tağın hündürlüyü 39 mm-ə bərabərdir.

I dərəcəli yastıayaqlılıqda: boylama içəri ayaqaltı tağın bucağı 131 — 140 dərəcə, tağın hündürlüyü 35 — 25 mm-dir;

II dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 141 — 155 dərəcə, tağın hündürlüyü 24 — 17 mm-dir;

III dərəcə yastıayaqlılıqda: boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır.

Daban sümüyünün posttravmatik deformasiyasının dərəcəsini təyin etmək üçün biri aşıqaltı sümüyün ön bucağının ən hündür nöqtəsini və arxa oynaq fasetinin zirvəsini birləşdirən, digəri daban sümüyü qabarının yuxarı səthi boyunca keçən iki xəttin kəsişməsindən yaranan Beler bucağını (daban sümüyü qabarının oynaq hissəsinin bucağını) hesablayırlar. Bu bucaq normada 20 — 40 dərəcə təşkil edir. Onun kiçilməsi, adətən posttravmatik yastıayaqlılıqda müşahidə olunur.

Aşıqaltı oynağın vəziyyətinin qiymətləndirilməsi üçün ən informativ müayinə, onun daban sümüyünün arxa oynaq fasetinə perpendikulyar olan tac müstəvidə yerinə yetirilmiş kompüter tomoqrafiyasıdır.

Köndələn yastıayaqlılıq ayağın ön və orta hissələrinin düz proyeksiyada, yük altında çəkilmiş rentgenoqramlarına görə qiymətləndirilir. Köndələn yastıayaqlılığın dərəcələrinin təyin edilməsinin etibarlı meyarları birinci ayaqdarağı sümüyünün və birinci barmağın uzaqlaşma bucağının göstəriciləridir. Rentgenoqramlarda I — II ayaqdarağı sümüklərinin boylama oxlarına və I barmağın əsas falanqasına uyğun üç düz xətt çəkilir. I dərəcəli deformasiyada I — II ayaqdarağı sümükləri arasındakı bucaq 10 — 12 dərəcə, I barmağın uzaqlaşma bucağı isə 15 — 20 dərəcə təşkil edir. II dərəcəli deformasiyada bu bucaqlar müvafiq olaraq 15 və 30 dərəcəyədək, III dərəcəli deformasiyada müvafiq olaraq 20 və 40 dərəcəyədək böyüyürlər, IV dərəcəli deformasiyada isə 20 və 40 dərəcəni keçmiş olurlar.

Ayaq oynaqlarının I mərhələ deformasiyaedici osteoartrozu rentgenoloji olaraq, oynaq yarığının 50%-dən az daralması və oynaq yarığı kənarından 1 mm-i keçməyən kənari sümük artımları ilə xarakterizə olunur. II mərhələ artroz oynaq yarığının 50%-dən artıq daralması və oynaq yarığı kənarından 1 mm-dən artıq kənari sümük artımları ilə, oynaqda birləşmiş sümüklərin oynaq uclarının deformasiyası və subxondral osteosklerozu ilə xarakterizə olunur. III mərhələ artrozda oynaq yarığı rentgenoloji olaraq təyin edilmir, nəzərə çarpan kənari sümük artımları, oynaqda birləşmiş sümüklərin oynaq uclarının kobud deformasiyası və subxondral osteosklerozu olur.

Ayağın orta hissəsinin oynaqlarında artroz olmayan, barmaqların kontrakturaları və ekzostozları olmayan I və ya II dərəcəli boylama yastıayaqlılıq, habelə I dərəcəli köndələn yastıayaqlılıq bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

69

Funksiyanın pozulmasına səbəb olan və (və ya) hərbi geyim formasını, ayaqqabı və sursat gəzdirilməsini çətinləşdirən ətrafların qazanılmış deformasiyaları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

A
ÜH, DP-də 
FƏRDİ; HDQ-də
YS

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A


HDQ-də FƏRDİ

 

Bu maddə ətrafların qazanılmış qısalmasını, o cümlədən sümüklərin sınıqlardan sonrakı bucaq deformasiyası nəticəsində yaranan qısalmalarını nəzərdə tutur.

«a» bəndinə qolun və ya qıçın 8 sm-dən artıq qısalması aiddir.

«b» bəndinə qolun və ya qıçın 5 sm-dən 8 sm-ə qədər qısalması aiddir.

«c» bəndinə qıçın 2 sm-dən 5 sm-ə qədər qısalması aiddir.

«ç» bəndinə qolun 5 sm-dək və ya qıçın 2 sm-dək qısalması aiddir.

Qıçın qısalmasına görə «Xəstəliklər cədvəli»nin I — II — III qrafaları üzrə şəhadətləndirilənlərə, kompression-distraksion osteosintezdən istifadə edilməklə, müalicə təklif olunur. Müalicədən imtina edildikdə və ya onun nəticələri qeyri-qənaətbəxş olduqda, hərbi xidmətə yararlılıq haqqında qərar bu maddənin müvafiq bəndləri üzrə çıxarılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

70

Ətrafın olmaması:

 

 

 

a) yuxarı və ya aşağı ətrafların hər hansı səviyyədə ikitərəfli amputasion güdülləri, bütün yuxarı və ya aşağı ətrafın olmaması

D

D

D

b) bazunun və ya budun yuxarı 1/3-nə qədər olan səviyyədə ətrafın olmaması

D

D

C

 

Bədxassəli yenitörəmələrə və ya damar xəstəliklərinə (endarteriit, ateroskleroz və s.) görə ətrafların istənilən səviyyədə amputasion güdülləri olduqda, qərar «Xəstəliklər cədvəli»nin əsas xəstəliyi nəzərdə tutan maddələri üzrə də çıxarılır.

Müalicənin qeyri-qənaətbəxş nəticələri ilə protezləşdirməyə imkan verməyən qüsurlu güdüllər olan hallarda şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

Sidik-cinsiyyət sisteminin xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

71

Böyrəklərin xroniki xəstəlikləri:

 

 

 

a) xroniki böyrək çatışmazlığı ilə

D

D

D

b) xroniki böyrək çatışmazlığı olmadan

C

C

C və ya B FƏRDİ

 

Bu maddə xroniki qlomerulonefrit, nefrotik sindrom, digər qlomerulyar xəstəlikləri, xroniki tubulointerstisial nefriti (infeksion interstisial nefrit, pielonefrit), büzüşmüş böyrəyi, böyrəklərin amiloidozunu və digər nefropatiyaları nəzərdə tutur.

İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, həmçinin hərbi qulluqçuların böyrək xəstəliklərinə görə şəhadətləndirilməsi stasionar müayinə və müalicədən sonra keçirilir.

Xroniki pielonefrit diaqnozu, 12 aydan artıq saxlanılan və kəmiyyət metodları ilə aşkar edilən leykosituriya və bakteriuriya olduqda, dermatoveneroloqun, uroloqun (qadınlar üçün bundan başqa, ginekoloqun) iştirakı ilə müayinədən sonra sidikçıxarıcı yolların və cinsiyyət orqanlarının iltihabı xəstəliklərinin istisna edilməsi və mütləq rentgenouroloji müayinə aparılması şərti ilə təyin edilir. Zərurət olduqda, böyrəklərin ultrasəs və radioizotop müayinəsi keçirilir.

Böyrəklərin xroniki xəstəliyi ilə bağlı olan və dərman korreksiyası tələb edən davamlı arterial hipertenziya olduqda, qərar «b» bəndi üzrə çıxarılır.

Sidikdə böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra 4 aydan az olmayan müddətdə təyin edilən patoloji dəyişikliklər (protein, qanın formalı elementləri) olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «b» bəndi üzrə şəhadətləndirilirlər. Əgər böyrəklərin keçirilmiş kəskin iltihabi xəstəliyindən sonra 12 ay müddətində davamlı patoloji sidik sindromu qalırsa, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən də bu bənd üzrə şəhadətləndirilirlər.

Böyrəklərin kəskin iltihabi xəstəliklərindən sonra xəstəliyə görə məzuniyyət verilməsinin və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsindən azad edilmənin zəruriliyi haqqında qərar «Xəstəliklər cədvəli»nin 78-ci maddəsi üzrə çıxarılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

72

Obstruktiv uropatiya və reflyuks-uropatiya (hidronefroz, pionefroz), pielonefrit (ikincili), sidikdaşı xəstəliyi, böyrəklərin və sidik axarlarının digər xəstəlikləri, sistit, sidik kisəsinin digər xəstəlikləri, qeyri-zöhrəvi uretrit, uretranın strikturası, uretranın digər xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A

A
XQ-də
FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

böyrəklərin ifrazat funksiyasının mühüm dərəcədə ifadə olunmuş pozulmaları və ya xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan xəstəliklər;

hər iki böyrəyin zədələnməsi ilə böyrəkdaşı xəstəliyi (daşlar, hidronefroz, pionefroz, müalicə olunmayan ikincili pielonefrit və digərləri), müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda;

ikitərəfli III mərhələ nefroptoz;

böyrəklərin çanaq distopiyası;

xəstəliyə görə çıxarılmış bir böyrəyin olmaması, digər böyrəyin funksiyasının istənilən dərəcədə pozulması ilə;

sidik kisəsinin rezeksiyası və ya plastikasından sonrakı hallar;

sidik kisəsi-sidik axarı reflyuksu və ikincili ikitərəfli pielonefrit və ya hidronefrozla müşayiət olunan sidik kisəsi boynunun sklerozu;

sistematik buclama tələb edən uretranın strikturası.

«b» bəndinə aşağıdakılar aiddir:

tez-tez (ildə 3 dəfə və artıq) böyrək sancısı tutmaları, daşların çıxması, böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə səciyyələnən böyrəkdaşı xəstəliyi;

bir böyrəyin funksiyasının pozulması olmadan digər böyrəyin işləməməsi və ya xəstəliyə görə çıxarılma nəticəsində yoxluğu;

daimi ağrı sindromu, ikincili pielonefrit və ya vazorenal hipertenziya ilə ikitərəfli II mərhələ nefroptoz;

birtərəfli III mərhələ nefroptoz;

böyrəyin birtərəfli çanaq distopiyası;

sidik-ifrazat sisteminin ikincili birtərəfli dəyişiklikləri ilə (birtərəfli hidroureter, hidronefroz, ikincili pielonefrit və s.) müşayiət olunan sidik kisəsi boynunun sklerozu;

müalicənin nəticələri qənaətbəxş olduqda, ildə 2 dəfədən çox olmayaraq buclama tələb edən uretranın strikturası.

Dərman korreksiyası tələb edən davamlı simptomatik (renal) arterial hipertenziya olduqda, böyrəklərin funksiyasının pozulma dərəcəsindən asılı olmayaraq, qərar «b» bəndi üzrə çıxarılır.

«c» bəndinə aşağıdakılar aiddir:

ultrasəs müayinəsinin məlumatları ilə təsdiq olunmuş, nadir (ildə 3 dəfədən az) böyrək sancısı tutmaları ilə böyrəklərin və sidik axarlarının xırda (0,5 sm-ə qədər) tək-tək daşları və sidikdə patoloji dəyişikliklərin olması;

böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri);

cüzi kliniki təzahürlərlə və böyrəklərin ifrazat funksiyasının cüzi dərəcədə pozulması ilə müşayiət olunan ikitərəfli II mərhələ nefroptoz;

ikincili pielonefritlə müşayiət olunan birtərəfli II mərhələ nefroptoz;

ifrazat funksiyasının cüzi dərəcədə pozulması ilə böyrəklərin bel distopiyası.

«ç» bəndinə aşağıdakılar aiddir:

sidik-ifrazat sisteminin tez-tez (ildə 3 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan və stasionar müalicə tələb edən xroniki xəstəlikləri (sistit, uretrit və s.);

təkrar daş yaranma olmadan, sidikçıxarıcı yollardan (ləyəncik, sidik axarı, sidik kisəsi) tək daşın instrumental yolla çıxarılmasından və ya öz-özünə düşməsindən sonrakı hallar;

sidik-ifrazat sistemi daşlarının instrumental yolla xırdalanmasından sonrakı hallar («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün);

sidikdə patoloji dəyişikliklər olmadan böyrəklərin, sidik axarlarının yalnız ultrasəs müayinəsi ilə təsdiq edilmiş xırda (0,5 sm-ə qədər) tək-tək konkrementləri;

birtərəfli və ya ikitərəfli I mərhələ nefroptoz;

böyrəyin ifrazat funksiyası pozulmadıqda və sidikdə patoloji dəyişikliklər olmadıqda birtərəfli II mərhələ nefroptoz;

Böyrəklərin ifrazat funksiyasının pozulması xromosistoskopiya, ekskretor uroqrafiya və ya radioizotop müayinələrinin məlumatları ilə təsdiq edilməlidir. Xromosistoskopiya zamanı xəstə böyrək tərəfindən indiqokarminin sağlam böyrəkdən 4 — 5 dəqiqə gec ifraz edilməsini böyrəklərin ifrazat funksiyasının mülayim dərəcədə pozulması hesab etmək lazımdır və ekskretor uroqramlarda kontrast maddənin ifrazı və toplanması ləngiyir.

Nefroptozun mərhələsi müayinə olunan şəxsin şaquli vəziyyətində çəkilmiş rentgenoqramlar üzrə rentgenoloq tərəfindən təyin edilir: I mərhələ — böyrəyin aşağı qütbünün 2 fəqərə, II mərhələ — 3 fəqərə, III mərhələ — 3 fəqərədən artıq aşağı enməsidir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

73

Kişi cinsiyyət orqanlarının xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) obyektiv əlamətlər olduqda cüzi kliniki təzahürlərlə

A-3

A

A


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin