Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1,93 Mb.
səhifə13/21
tarix26.11.2016
ölçüsü1,93 Mb.
#223
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

«a» bəndinə aşağıdakılar aiddir:

qazanılmış qida borusu-traxeya və ya qida borusu-bronx fistulları;

sistematik buclama, balonla dilyatasiya (genişləndirmə) və ya cərrahi müalicə tələb edən, mühüm kliniki təzahürlərlə qida borusunun çapıq daralmaları və ya sinir-əzələ xəstəlikləri;

həzm funksiyasının kəskin pozulması ilə xroniki qeyri-spesifik xoralı kolitlər və enteritlərin ağır formaları;

həzm funksiyasının və qidalanmanın pozulması ilə ((BÇİ 18,5 — 19,0 və az) müşayiət olunan nazik bağırsağın (1,5 m-dən az olmamaqla) və yoğun bağırsağın (30 sm-dən az olmamaqla) rezeksiyasından sonrakı hal;

yeriş zamanı və ya bədənə şaquli vəziyyət verildikdə düz bağırsağın bütün qatlarının düşməsi (III mərhələ);

qeyri-təbii anus, cərrahi müalicənin yekun mərhələsi kimi bağırsaq və ya nəcis fistulu;

anus sfinkterinin III dərəcəli çatışmazlığı;

davamlı və ya tez-tez açılan fistullarla xroniki paraproktit (zabitlər «b» bəndi üzrə şəhadətləndirilirlər).

«b» bəndinə aşağıdakılar aiddir:

cərrahi müalicə tələb etməyən, kliniki təzahürlərlə qida borusunun divertikulları;

konservativ müalicənin nəticələri qənaətbəxş olduqda, qida borusunun çapıq daralmaları və sinir-əzələ xəstəlikləri;

təkrar və uzunmüddətli (2 aydan artıq) stasionar müalicə tələb edən və stasionar müalicəsi uğursuzluqla nəticələnən, sekretor, turşu ifrazetmə funksiyalarının pozulması, tez-tez kəskinləşmələr və həzm prosesinin pozulması ilə (BÇİ — 18,5 — 19,0 və az) müşayiət olunan enteritlər;

həzm funksiyasının pozulması dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olmayaraq, xroniki residivləşən qeyri-spesifik xoralı kolitlər, Kron xəstəliyi;

nazik bağırsağın (1 m-dən az olmayaraq) və ya yoğun bağırsağın (20 sm-dən az olmayaraq) rezeksiyası, dempinq-sindromun nadir təzahür etməsi ilə mədə-bağırsaq anastomozu;

təkrar stasionar müalicə tələb edən və təxliyyə funksiyasının pozulması ilə müşayiət olunan qarın boşluğunda bitişmə prosesi (periton bitişmələri), (bitişmə prosesi rentgenoloji və endoskopik müayinənin məlumatları ilə təsdiq olunmalıdır);

fiziki yük zamanı düz bağırsağın düşməsi (II mərhələ);

anus sfinkterinin I — II dərəcəli çatışmazlığı;

tez-tez kəskinləşmələrlə (ildə 2 dəfə və çox) xroniki paraproktit.

«c» bəndinə aşağıdakılar aiddir:

funksiyaların cüzi dərəcədə pozulması ilə qida borusunun xəstəlikləri, peritonun bitişmələri;

defekasiya aktı zamanı düz bağırsağın düşməsi (I mərhələ);

nadir kəskinləşmələrlə xroniki paraproktit.

Düz bağırsağın düşməsi, bağırsaq və nəcis fistulları, anusun daralması və ya sfinkterin çatışmazlığı olduqda, şəhadətləndirilənlərə cərrahi müalicə təklif edilir. Cərrahi əməliyyatdan sonra hərbi qulluqçulara «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır, əgər cərrahi əməliyyatdan sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Hərbi xidmətə yararlılıq kateqoriyası müalicənin nəticələrindən asılı olaraq təyin edilir. Xəstəliyin residivləşməsi və ya müalicədən imtina edilməsi hallarında qərar bu maddənin «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

60

Yırtıqlar:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

C

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

B

c) funksiyanın pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A- 4

A

A
HDQ, ÜH, XQ-də FƏRDİ

 

Yırtıq olduqda, «Xəstəliklər cədvəli»nin I — III qrafaları üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Uğurlu müalicədən sonra onlar hərbi xidmətə yararlıdırlar.

Bu maddənin tətbiqi üçün əsas müalicənin nəticələrinin qeyri-qənaətbəxş olması (cərrahi müalicədən sonra xəstəliyin residivləşməsi) və ya müalicədən imtina edilməsi, habelə müalicənin aparılmasına əks-göstərişlərin olmasıdır.

«a» bəndinə aşağıdakılar aiddir:

əlin köməyi ilə və ya bədənə üfüqi vəziyyət verməklə yerinə salına bilən, yaxud daxili orqanların funksiyasını pozan, təkrar residivləşən, böyük ölçülü xarici yırtıqlar;

döş qəfəsi orqanlarının funksiyasını pozan və ya tez-tez (ildə 2 dəfə və daha çox) boğulan diafraqmal yırtıqlar (o cümlədən, diafraqmanın qazanılmış relaksasiyası);

yerinə salına bilinməyən ventral yırtıqlar.

Cərrahi müalicədən sonra yırtığın bir dəfə residiv verməsi «a» bəndinin tətbiq edilməsi üçün əsas vermir.

«b» bəndinə aşağıdakılar aiddir:

müalicənin kafi nəticələri ilə, «a» bəndində göstərilən pozulmalarla müşayiət olunmayan, diafraqmanın qida borusu dəliyinin yırtıqları;

bədənin şaquli vəziyyətində fiziki yük, öskürək zamanı təzahür edən ortaölçülü residivləşən xarici yırtıqlar;

bandaj gəzdirilməsini tələb edən ventral yırtıqlar.

«c» bəndinə yırtıq qapılarının, müsbət «öskürək təkanı» simptomunun olması ilə yırtıqlar, habelə yırtıq kisəsi və yırtıq möhtəviyyatı olmayan yırtıqlar aiddir.

Kiçik, fizioloji həlqə hüdudlarında göbək yırtığı, qarının ağ xəttinin peritonönü piy şişi, habelə fiziki yük, gücənmə zamanı yırtıq şişi olmadan qasıq həlqələrinin genişlənməsi bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

61

Kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra həzm orqanlarının müvəqqəti funksional pozulmaları

Ç

Ç

Ç

 

Mədə və onikibarmaq bağırsağın kəskin xora xəstəliyindən sonra soğanağın kobud deformasiyası olmadıqda, hərbi-həkim komissiyası tərəfindən «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçulara məzuniyyət verilməsi barədə qərar çıxarılır.

Mədənin və ya onikibarmaq bağırsağın selikli qişasının eroziv dəyişiklikləri olan və «Xəstəliklər cədvəli»nin I — II — III qrafaları üzrə şəhadətləndirilən şəxslər müalicə olunur və müalicədən sonra hərbi xidmətə yararlı sayılırlar.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən (appendektomiya, hernioplastika əməliyyatlarından, kəskin və xroniki paraproktitlərə görə aparılmış cərrahiyyə əməliyyatlarından və s.) sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı, hərbi qulluqçulara isə 15 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Operativ müdaxilələrdən sonra fəsadlaşmalar olduqda və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 15 gündən artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

 

Dərinin və dərialtı toxumaların xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

62

Dərinin və dərialtı toxumaların xəstəlikləri:

 

 

 

a) xroniki ekzemanın, psoriazın çətin müalicə olunan yayılmış formaları, dəri örtüyünün yayılmış lixenifikasiyası ilə atopik dermatit, bullyoz dermatozlar

D

D

D

b) xroniki övrə, residivləşən Kvinke ödemləri, yayılmış psoriaz, yayılmış absesləşən və xroniki xora piodermiyası, çoxsaylı konqlobat aknelər, ekzemanın məhdud və tez-tez təkrarlanan formaları, dəri örtüyünün ocaqlı lixenifikasiyası ilə atopik dermatiti, diskoid qırmızı qurd eşənəyi, fotodermatitlər, yayılmış qırmızı yastı dəmrov

C

C

C və ya B FƏRDİ

c) ekzemanın məhdud və nadir residivləşən formaları, psoriazın, sklerodermiyanın, qırmızı yastı dəmrovun məhdud formaları, ixtioz

C

C

B

ç) ocaqlı dazlığın və vitiliqonun yayılmış və total formaları

C

C

A
HDQ, ÜH, XQ-də FƏRDİ

d) kserodermiya, follikulyar keratoz; ekzemanın məhdud formaları davamlı remissiyada, ocaqlı dazlığın və vitiliqonun məhdud formaları

A-3

A

A

 

Ocaqlı dazlığın yayılmış forması dedikdə, hər birinin diametri 10 sm-dən az olmayan çoxsaylı (3-dən artıq) dazlıq ocaqlarının olması, ocaqlar birləşdikdə isə başın tüklü hissəsinin yarıdan çoxunda tüklərin bitməməsi başa düşülür.

Vitiliqonun yayılmış forması dedikdə, müxtəlif anatomik nahiyələrin dəri örtüyündə çoxsaylı depiqmentasiyalaşmış ləkələrin olması başa düşülür.

Müxtəlif anatomik nahiyələrin dərisində çoxsaylı (3 və çox) psoriatik piləklərin olması psoriazın yayılmış forması kimi başa düşülür.

Atopik dermatitdə yayılmış lixenifikasiya dedikdə, üzün, dirsək çuxurunun, dizaltı çuxurun dərisinin zədələnməsi, eləcə də dərinin total zədələnməsi başa düşülür.

«b» bəndinə, habelə ekzemanın məhdud və tez-tez residivləşən (ildə 3 dəfə və daha çox) formaları, tək-tək, lakin iri (xəstənin ovcu boyda və daha iri ölçüdə) psoriatik piləklər aiddir. Residivləşən Kvinke ödemləri və (və ya) xroniki övrə ilə xəstələnmiş «Xəstəliklər cədvəli»nin I — II qrafalarına görə şəhadətləndirilənlər barəsində qərar köpüşüklərin (urtikariyaların) 2 aydan az olmayaraq fasiləsiz residivləşməsi və stasionar müalicənin uğursuzluğu hallarında «b» bəndi üzrə çıxarılır.

«c» bəndinə zədələnmə ocaqlarının lokalizasiyasından, sayından və ölçülərindən asılı olmayaraq, sklerodermiyanın piləkli forması aiddir. «c» bəndində göstərilən dəri xəstəliklərinin məhdud formaları dedikdə, müxtəlif lokalizasiyalı tək-tək zədələnmə ocaqları, o cümlədən müxtəlif anatomik nahiyələrdə xəstənin ovcu boyda sahəni tutan zədələnmə ocaqları başa düşülür.

Ekzema xəstəliyində anatomik nahiyələrdən birinin zədələnməsi (ayağın, baldırın, əlin, başın və s.) məhdud forma kimi qiymətləndirilir.

Məhdud sklerodermiyası olan şəxslərin şəhadətləndirilməsi yalnız sklerodermiyanın piləkli formalarında keçirilir.

Dəri xəstəliklərinin nadir residivləşən formalarına, son 3 il ərzində 1 dəfədən az olmayaraq kəskinləşmə halları aiddir.

«ç» bəndinə kosmetik qüsur kimi üzdə vitiliqo ocaqlarının olması da aiddir.

Anamnezdə son 10 ildə residivləşməyən atopik dermatitin (ekssudativ diatezin, uşaq ekzemasının, neyrodermitin) olması, eləcə də məhdud sklerodermiyanın bir növü olan «ağ ləkələr xəstəliyi», vitiliqonun məhdud formaları (üz və bədənin görünən nahiyələri istisna olmaqla) bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

63

Dərinin və dərialtı toxumaların kəskin xəstəliklərindən və xroniki xəstəliklərinin kəskinləşməsindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Bu maddə ilə hərbi qulluqçulara məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar dəri və dərialtı toxumaların ağır gedişli və fəsadlaşmalarla müşayiət olunan xəstəliklərinin uzunmüddətli müalicəsindən sonra astenizasiya saxlanıldıqda çıxarılır.

 

Sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

64

İnfeksion və iltihab mənşəli artropatiyalar, birləşdirici toxumanın sistem zədələnmələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə, davamlı və kəskin dərəcədə ifadə olunmuş dəyişikliklərlə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

D

D

C

c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə

C

C

B

 

Bu maddə revmatoid artriti, Bexterev xəstəliyini, Reyter xəstəliyini, düyünlü periartriiti, Vegener qranulematozunu, psoriatik artropatiyanı və infeksiyalarla bağlı olan digər artritləri, birləşdirici toxumanın digər sistem xəstəliklərini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

orqanların və sistemlərin dəyişikliklərinin təzahür olunma dərəcəsindən, kəskinləşmə tezliyindən və funksional pozulmaların dərəcəsindən asılı olmayaraq, birləşdirici toxumanın sistem xəstəlikləri;

funksiyaların mühüm pozulmaları ilə revmatoid artrit və ankilozlaşdırıcı spondiloartrit (Bexterev xəstəliyi) və ya onların sistem formaları, hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin davamlı itirilməsi ilə.

«b» bəndinə aşağıdakılar aiddir:

sistem əlamətləri olmayan, mülayim dərəcədə ifadə olunmuş ekssudativ-proliferativ dəyişikliklərlə və oynaqların funksional çatışmazlığı ilə müşayiət olunan oynaqların və onurğanın iltihabi xəstəliklərinin tədricən proqressivləşən formaları;

prosesin aktivliyinin kliniki-laborator əlamətləri olan revmatoid artritin və Bexterev xəstəliyinin başlanğıc formaları.

«c» bəndinə oynaqların və onurğanın nadir (ildə 1 dəfə və az) kəskinləşən xroniki xəstəlikləri aiddir.

Oynaqların ekssudativ-proliferativ dəyişiklikləri, prosesin aktivliyinin laborator əlamətləri saxlandıqda və müalicə uğursuz olduqda, kəskin iltihabi artropatiyaların uzun sürən (4 ay və daha çox) gedişli hallarında çağırış üzrə xidmət keçən hərbi qulluqçular da «c» bəndi üzrə şəhadətləndirilirlər.

Reyter xəstəliyinin xroniki formaları və infeksiya ilə bağlı digər xroniki artritlər (reaktiv artritlər), habelə psoriatik artrit olduqda, hərbi xidmətə yararlılıq kateqoriyası digər orqan və sistemlərin zədələnməsindən, oynaqların funksiyasının vəziyyətindən asılı olaraq «a», «b» və ya «c» bəndi üzrə təyin edilir. Oynaqların funksiyası hərəkətlərin həcminin qiymətləndirilməsi cədvəlinə (2 nömrəli cədvəl) əsasən təyin olunur.

5 ildən artıq müddətdə xəstəliyin kəskinləşməməsi və oynaqların funksiyasının pozulmaması ilə reaktiv artritlərin xroniki formaları bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Oynaqların kəskin iltihabi xəstəliklərindən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə keçirilir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

65

İri oynaqların, sümüklərin və qığırdaqların cərrahi xəstəlikləri və zədələnmələri, osteopatiya və xondropatiyalar:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A- 3

A

A
HDQ, ÜH, DP, XQ-də
FƏRDİ

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin