Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1.93 Mb.
səhifə10/21
tarix26.11.2016
ölçüsü1.93 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

«a» bəndinə aşağıdakılar aiddir:

IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;

ürək çatışmazlığının dərəcəsindən asılı olmayaraq, ürəyin kombinə olunmuş və müştərək qazanılmış qüsurları;

II — IV FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin təcrid olunmuş aortal qüsurları;

perikardın geniş obliterasiyası;

sol atrioventrikulyar dəliyin təcrid olunmuş stenozu;

dilyatasion və restriktiv kardiomiopatiya, sol mədəciyin çıxarıcı traktının obstruksiyası ilə müşayiət olunan hipertrofik kardiomiopatiya;

I — IV FS ürək çatışmazlığı olduqda, ürəyin qapaq aparatında aparılmış cərrahi müdaxilənin, süni ritm mənbəyinin (kardiostimulyatorun) implantasiyasının nəticələri;

ürək ritminin və keçiriciliyin müalicə olunmayan davamlı pozulmaları (tam AV-blokada, II dərəcəli AV-blokada, politop mədəcik ekstrasistoliyası, paroksizmal taxiaritmiyalar, sinus düyününün zəifliyi sindromu).

Bəzi hallarda, hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış, hərbi xidmət vəzifələrini yerinə yetirmək qabiliyyətini saxlamış zabitlər, süni kardiostimulyatorun implantasiyasından sonra «c» bəndi ilə şəhadətləndirilə bilərlər.

«b» bəndinə ürəyin III FS ürək çatışmazlığı ilə müşayiət olunan xəstəlikləri aiddir.

Ürək ritminin və keçiriciliyin davamlı pozulmaları, paroksizmal taxiaritmiyaları, habelə WPW, sinus düyününün zəifliyi sindromları olan şəxslər, ürək çatışmazlığının dərəcəsindən və tac qan dövranının pozulmasından asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.

Ürək ritminin davamlı pozulmalarına 7 gündən çox davam edən, antiaritmik terapiya tələb edən və müalicənin kəsilməsindən sonra yenidən başlanan aritmiyalar aiddir.

Keçiriciliyin davamlı pozulmalarına I — II dərəcəli AV—blokadanın daimi (təsbit olunmuş) formaları, mədəcikdaxili tam blokadalar aiddir.

I dərəcəli funksional (vaqus) AV—blokada (AV-keçiriciliyin normallaşması fiziki yüklənmədən və ya venadaxilinə 0,5 — 1,0 mq atropin-sulfat yeridildikdən sonra baş verir), His dəstəsinin sağ ayaqcığının natamam blokadası, paroksizmal ritm pozulmaları ilə müşayiət olunmayan CLC sindromu bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.

«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən təcrid olunmuş qazanılmış ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər, ürək çatışmazlığı olmasından asılı olaraq, «b» və ya «c» bəndi üzrə şəhadətləndirilirlər.

«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən təcrid olunmuş aortal ürək qüsurları (bu maddənin «a» bəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar «c» bəndi üzrə çıxarılır.

«c» bəndinə aşağıdakılar aiddir:

II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürək xəstəlikləri;

revmatizmin təkrar hücumları;

ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) I — II FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;

I FS ürək çatışmazlığı ilə müşayiət olunan və ya ürək çatışmazlığı əlamətləri olmayan hipertrofik kardiomiopatiya;

ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar.

Hərbi xidmətdə olmanın son yaş həddinə çatmamış zabitlər ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən sonra hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi məqsədi ilə cərrahi əməliyyatdan 4 ay keçdikdən sonra şəhadətləndirilməyə göndərilə bilərlər.

I — II FS ürək çatışmazlığı exokardioqrafiyada aşkar olunan kardiohemodinamik göstəricilərlə (atma fraksiyasının enməsi, sol mədəciyin və qulaqcığın sistolik və diastolik ölçülərinin böyüməsi, mitral və aortal qapaqlar üzərində requrhitasiya axınlarının yaranması, miokard liflərinin sirkulyar yığılma sürətinin azalması), eləcə də xəstəliyin kliniki təzahürlərinin təhlili ilə birgə fiziki yükün fərdi keçirilməsinin qiymətləndirilməsi üçün veloerqometriyanın nəticələri ilə təsdiq olunmalıdır.

İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən şəxslər «Xəstəliklər cədvəli»nin 48-ci maddəsi üzrə, tibb müəssisəsindən çıxarıldıqdan sonra 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar, ürəyin və digər orqanların zədələnməsi əlamətləri olmadıqda, onlar bu maddənin «ç» bəndi üzrə şəhadətləndirilirlər.

İlkin aktiv revmatizm keçirmiş və «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlərə «Xəstəliklər cədvəli»nin 48-ci maddəsinə əsasən 45 gündən 60 günədək xəstəliyə görə məzuniyyət verilir.

«ç» bəndinə ürək çatışmazlığı ilə müşayiət olunmayan, ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları olmayan, ürək əzələsi xəstəliklərinin davamlı kompensasiya olunmuş nəticələri, miokardioskleroz, ürəyin mitral və digər qapaqlarının ilkin prolapsı və s. aiddir.

Miokardiosklerozla nəticələnməyən və ürək ritmi və keçiriciliyinin pozulmaları olmayan keçirilmiş qeyri-revmatik miokarditlər bu maddənin tətbiqi üçün əsas vermir və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

43

Hipertoniya xəstəliyi:

 

 

 

a) III mərhələ

D

D

D

b) II mərhələ

C

C

C və ya B FƏRDİ

c) I mərhələ

C

C

B

 

«a» bəndinə III mərhələ hipertoniya xəstəliyi və hipertoniya xəstəliyinin tez proqressivləşən (bədxassəli) forması aiddir.

Hipertoniya xəstəliyinin III mərhələsi arterial təzyiqin sabit yüksək (sakit vəziyyətdə: sistolik təzyiqin 200 mm civə sütunu və artıq, diastolik təzyiqin 115 mm civə sütunu və artıq) göstəriciləri ilə xarakterizə olunur. Miokard infarktı və ya insult keçirmiş şəxslərdə arterial təzyiqin göstəriciləri aşağı düşə bilər. Xəstəliyin klinik şəklində hipertenziv sindromla bilavasitə və sıx bağlı olan ağır damar pozulmaları (II — IV FS ürək çatışmazlığı, miokard infarktı, hemorragik insult, aortanın laylanan anevrizması, qansızma və ya ekssudatlarla müşayiət olunan tor qişa arteriyalarının generalizə olunmuş daralması və görmə siniri məməciyinin ödemi, kreatininin səviyyəsi 176 mkmol/l-dən artıq olan xroniki böyrək çatışmazlığı) üstünlük təşkil edir.

«b» bəndinə arterial təzyiqin, daimi medikamentoz terapiya aparılmadan normal rəqəmlərə düşməyən davamlı yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 180 —199 mm civə sütunu, diastolik təzyiqin 105 — 114 mm civə sütunu) göstəriciləri ilə hipertoniya xəstəliyinin II mərhələsi aiddir. Hipertoniya xəstəliyinin ikinci mərhələsi həm kliniki məlumatlar, həm də instrumental (rentgenoloji, EKQ, ExoKQ) müayinələr ilə aşkar edilən sol mədəcik miokardının hipertrofiyası, tor qişa damarlarının generalizə olunmuş və ya lokal daralması, proteinuriya və (və ya) kreatininin səviyyəsinin 105 — 176 mkmol/l olması ilə səciyyələnir. Hipertoniya xəstəliyinin II mərhələsində baş-beyin qan dövranının serebral, keçib gedən hərəki, hissiyyat, nitq, beyincik, vestibülyar və digər dinamik pozulmalarına rast gəlinə bilər.

«c» bəndinə arterial təzyiqin yüksəlmiş (sakit vəziyyətdə: sistolik təzyiqin 160-dan 179 mm civə sütununa qədər, diastolik təzyiqin 95-dən 104 mm civə sütununa qədər yüksəlməsi) göstəriciləri ilə hipertoniya xəstəliyinin I mərhələsi aiddir.

Hipertoniya xəstəliyinin I mərhələsi zamanı arterial təzyiq labildir, gün ərzində nəzərəçarpacaq dərəcədə dəyişir. Dövri olaraq arterial təzyiqin göstəriciləri göstərilən rəqəmlərdən yuxarı qalxa bilər. Arterial təzyiqin spontan normallaşması (istirahət vaxtı, xəstənin məzuniyyətdə olduğu dövrdə) mümkündür, lakin bu uzunmüddətli deyil və tədricən baş verir. Xəstəliyin kliniki şəklində adətən ürək, baş-beyin, böyrəklər tərəfindən üzvi dəyişikliklər olmur. Göz dibindəki dəyişikliklər daimi deyil. Orqan və sistemlərin funksiyaları cüzi pozulur və ya pozulmur.

«Xəstəliklər cədvəli»nin I, II qrafaları üzrə şəhadətləndirilən şəxslərdə hipertoniya xəstəliyinin diaqnozu stasionar müayinə və dispanser müşahidənin nəticələri ilə təsdiq olunmalıdır. Arterial hipertenziyanın ilk dəfə aşkar edildiyi və müşahidə müddətinin kifayət qədər olmadığı hallarda hipertoniya xəstəliyinin olması ixtisaslaşdırılmış bölmədə təsdiq edilməlidir.

Hipertoniya xəstəliyinin bütün hallarında simptomatik hipertenziyalarla differensial diaqnostika aparılmalıdır. Simptomatik arterial hipertenziyası olan şəxslər əsas xəstəliyə görə şəhadətləndirilirlər.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

44

Ürəyin işemik xəstəliyi:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Ürəyin işemik xəstəliyinin olması instrumental müayinə metodları (hökmən sakit vəziyyətdə və yük sınaqları ilə EKQ, exokardioqrafiya; əlavə — stress-exokardioqrafiya, koronaroqrafiya və s.) ilə təsdiq olunmalıdır.

«a» bəndinə aşağıdakılar aiddir:

IV və III FS stenokardiya;

I FS ürək çatışmazlığı və III FS stenokardiyanın müştərəkliyi.

Bu bəndə stenokardiyanın və ürək çatışmazlığının ifadə olunma dərəcəsindən asılı olmayaraq aşağıdakılar da aiddir:

transmural və ya təkrar miokard infarktları nəticəsində inkişaf edən ürəyin anevrizması və ya iriocaqlı kardiosklerozu;

ürəyin işemik xəstəliyi nəticəsində ürək ritmi və keçiriciliyinin pozulmalarının davamlı, müalicəyə tabe olmayan formaları (tam AV-blokada, II dərəcəli AV-blokada, paroksizmal taxiaritmiyalar, politop mədəcik ekstrasistoliyası, sinus düyününün zəifliyi sindromu);

yayılmış stenozlaşdırıcı proses (2 və daha çox tac arteriyasında 75%-dən artıq);

sol tac arteriyası kökünün stenozu (50%-dən artıq) və (və ya) sol tac arteriyasının ön mədəciklərarası şaxəsinin yüksək təcrid olunmuş stenozu (50%-dən artıq);

miokardın sağ tip qan təchizatında sağ tac arteriyasının stenozu (75%-dən artıq).

Aorta-tac qan damarının şuntlaşdırılması, koronar angioplastika əməliyyatlarını keçirmiş və «Xəstəliklər cədvəli»nin I, II, III qrafaları üzrə şəhadətləndirilən şəxslər süni ritmvericinin implantasiyasından sonra «a» bəndi üzrə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılırlar. Bəzi hallarda, belə vəziyyətlər zamanı hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış zabitlər hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, əməliyyatdan sonra «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

«b» bəndinə aşağıdakılar aiddir:

II FS stenokardiya;

II FS ürək çatışmazlığı;

bir iri tac arteriyasının («a» bəndində göstərilənlərdən başqa) okklyuziyası və ya stenozu (75%-dən artıq).

Miokard infarktı («a» bəndində göstərilənlərdən başqa) keçirmiş, eləcə də ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları, paroksizmal taxiaritmiyaları, sinus düyününün zəifliyi sindromu olan şəxslər ürək çatışmazlığının və (və ya) stenokardiyanın ifadə olunma dərəcəsindən asılı olaraq, «a» və ya «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

I FS stenokardiya;

I FS ürək çatışmazlığı.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

45

Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri:

 

 

 

a) qan dövranının və funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) qan dövranının və funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) qan dövranının və funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) qan dövranının və funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A-3

A

A
HDQ, DP-də 
YS

 

Bu maddə ilə «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, hərbi xidmətə yararlılıq kateqoriyası patoloji prosesin ifadə olunma dərəcəsindən asılı olaraq təyin edilir.

«a» bəndinə aşağıdakılar aiddir:

magistral damarların arterial və arteriovenoz anevrizmaları;

ətrafların dekompensasiya olunmuş işemiyaları (qanqrenoz-nekrotik mərhələ) ilə müşayiət olunan obliterasiyaedici ateroskleroz, endarteriit, trombanqiit, aortoarteriit;

orqanların funksiyalarının və distal qan dövranının kəskin pozulması ilə müşayiət olunan qarın aortasının aterosklerozu, onun visseral şaxələrinin, qalça arteriyalarının mənfəzinin qismən və ya tam obliterasiyası ilə nəticələnən aterosklerozu;

qapı (portal) venası və ya boş venanın trombozu;

tez-tez residivləşən, IV dərəcəli xroniki vena çatışmazlığı (daimi ödemlə, dərinin nazikləşməsi və hiperpiqmentasiyası, indurasiya, dermatit, xoraların və ya xoralardan sonrakı çapıqların olması ilə dərin, dərialtı və kommunikant venaların qapaqlarının çatışmazlığı) ilə müşayiət olunan tromboflebit, flebotromboz, aşağı ətrafların postrombotik və varikoz xəstəliklərinin indurativ-xoralı formaları;

implantasiya edilmiş kava-filtrin olması;

IV dərəcəli fil azarı (limfedema);

III mərhələ anqiotrofonevrozlar (qanqrenoz-nekrotik mərhələ);

xəstəliyin proqressivləşən gedişi və qan dövranının davam etməkdə olan pozulması ilə müşayiət olunan iri magistral (aorta, qalça, bud, braxiosefal arteriyalar, qapı venası və ya boş vena) və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri.

«b» bəndinə aşağıdakılar aiddir:

obliterasiyaedici endarteriit, trombanqiit, aortoarteriit və aşağı ətrafların damarlarının aterosklerozu, II mərhələ;

III dərəcəli xroniki vena çatışmazlığı (ayaqlarda və baldırlarda gecə istirahəti dövründə tam itməyən ödemlərin olması, qaşınma, hiperpiqmentasiyalar, dərinin nazikləşməsi, xoraların olmaması) ilə müşayiət olunan ödemli-indurativ formalı postromboflebitik və ya varikoz xəstəliyi;

III dərəcəli fil azarı (limfedema);

davamlı ağrı sindromu, barmaqların göyərməsi, soyuqda hərəkətlərin məhdudlaşması ilə müşayiət olunan, uğursuz təkrar stasionar müalicədən sonrakı II mərhələ angiotrofonevrozlar; qan dövranının cüzi pozulmaları ilə müşayiət olunan magistral və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri;

toxum ciyəsi venalarının III dərəcəli (ciyə venaları atrofiya olunmuş xayanın aşağı qütbündən aşağı sallanır, daimi ağrı sindromu, spermatogenezin pozulması, proteinuriya, hematuriya olur) varikoz genişlənməsi. «Xəstəliklər cədvəli»nin III qrafası ilə hərbi qulluqçular, toxum ciyəsi venalarının III dərəcəli varikoz genişlənməsinə görə «c» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

obliterasiyaedici endarteriit, trombanqiit, aşağı ətrafların damarlarının aterosklerozu, I mərhələ;

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan postrombotik xəstəlik və ya varikoz xəstəliyi;

II dərəcəli fil azarı (limfedema);

şəhadətləndirilən şəxs sonrakı müalicədən imtina etdikdə, toxum ciyəsi venalarının residivləşən (təkrar cərrahi müalicədən sonra) II dərəcəli varikoz genişlənməsi («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün bu halda «ç» bəndi tətbiq olunur). Toxum ciyəsi venalarının varikoz genişlənməsinin bir dəfə residivi (birinci cərrahi müalicədən sonra) «c» bəndinin tətbiqi üçün əsas deyil. Toxum ciyəsi venalarının II dərəcəli varikoz genişlənməsi zamanı ciyə xayanın yuxarı qütbündən aşağı sallanır, xayanın atrofiyası olmur;

I mərhələ angiotrofonevrozlar.

«ç» bəndinə aşağıdakılar aiddir:

aşağı ətrafların vena çatışmazlığı əlamətləri olmayan (I dərəcə) varikoz xəstəliyi;

I dərəcəli limfedema (ayaq arxasının gecə və ya gündüz istirahəti dövründə azalan və ya itib gedən cüzi ödemi).

Aşağı ətrafların venalarının ayrı-ayrı sahələrdə silindrik və ya qıvrılmış elastiki qabarmalar şəklində, vena çatışmazlığı əlamətləri olmadan genişlənməsi, I — II dərəcəli varikosele bu maddənin tətbiqinə əsas vermir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

İri magistral arteriyaların qan dövranının və funksiyalarının tam bərpa olunması ilə nəticələnən yaralanmalarından və digər zədələnmələrindən sonra, «Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilənlərin barəsində «c» bəndi, III qrafa üzrə şəhadətləndirilənlərin barəsində isə «ç» bəndi tətbiq edilir.

Damarların xəstəliyinin və onların zədələnmələrinin nəticələrinin diaqnozu prosesin mərhələsini və funksional pozulmaların dərəcəsini əks etdirməlidir. Ekspert rəyi obyektiv göstəricilər verən müayinələrin (nitroqliserin sınağı ilə reovazoqrafiya, anhio-, flebo-, limfoqrafiya və s.) aparılmasından sonra çıxarılır.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

46

Babasil:

 

 

 

a) tez-tez kəskinləşmələrin olması və ikincili anemiya ilə

C

C

C və ya B FƏRDİ

b) II — III mərhələ düyünlərin düşməsi ilə

C

C

B

c) müalicə uğurlu olduqda nadir kəskinləşmələrlə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə ilə «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi və ya konservativ müalicə təklif edilir. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, ikincili anemiyanın ifadə olunma dərəcəsindən və kəskinləşmələrin tezliyindən asılı olaraq, şəhadətləndirilmə «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

Babasilin tez-tez təkrarlanan kəskinləşmələrinə şəhadətləndirilən şəxsin qanaxmaya, tromboz və iltihaba, yaxud hemorroidal düyünlərin II — III dərəcəli düşməsinə görə ildə 3 dəfə və daha çox uzunmüddətli (1 ay və artıq) stasionar müalicədə olması, habelə xəstəliyin stasionar müalicə tələb edən təkrar qanaxmalarla fəsadlaşması halları aiddir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

47

Neyrosirkulyator asteniya:

 

 

 

a) mühüm dərəcədə ifadə olunmuş davamlı vegetativ-damar pozulmaları olduqda

C

C

C və ya B FƏRDİ

b) mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar olduqda

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də
FƏRDİ
1   ...   6   7   8   9   10   11   12   13   ...   21


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə