«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə39/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   35   36   37   38   39   40   41   42   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

35

Korluq, zəif görmə, rəng görmə anomaliyaları

 

 

 

a) bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,3 və aşağı olması; bir gözün göz alması olmadıqda, digər gözün görmə itiliyinin 0,3 və aşağı olması; hər iki gözün görmə itiliyinin 0,2 və aşağı olması

D

D

D

b) bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün göz alması olmadıqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün görmə itiliyi 0,3 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması

C

C

C və ya B FƏRDİ

c) bir gözün görmə itiliyi 0,4 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması

C

C

B

ç) dixromaziya, II — III dərəcəli rəng duyğusu zəifliyi

A-2

A

A

 

Hər gözün görmə itiliyi istənilən şüşələrlə, o cümlədən kombinə olunmuş şüşələrlə, habelə kontakt linzalarla (yaxşı (20 saatdan az olmayaraq) keçirilmə ilə, diplopiyanın, gözlərin qıcıqlanmasının olmaması) korreksiya nəzərə alınmaqla, zabitlərdə, gizirlərdə, miçmanlarda isə intraokulyar linzalarla təyin edilir. Kontakt linzalardan istifadə edən şəxslərin görmə itiliyi hərbi xidmətkeçməyə mane olmayan adi eynəkləri olmalıdır.

«Xəstəliklər cədvəli»nin I, II qrafası ilə şəhadətləndirilənlər üçün hərbi xidmətkeçməyə mane olmayan görmə itiliyi, uzaq üçün korreksiya ilə bir gözdə 0,5-dən, digər gözdə 0,1-dən və ya hər iki gözdə 0,4-dən aşağı olmamalıdır. Şübhəli hallarda görmə itiliyi nəzarəti müayinə metodları ilə təyin edilir.

Adi sferik şüşələrlə korreksiya zamanı, eləcə də şəhadətləndirilən şəxslərdə korreksiya olunmayan anizometropiyalar olduqda, «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə rahat keçirilən binokulyar korreksiya ilə (hər iki göz üçün şüşələrin gücündəki fərqin 2,0 DPTR artıq olmaması ilə) görmə itiliyi nəzərə alınır. Astiqmatizmin istənilən növünün korreksiyası silindrik və ya kombinə olunmuş şüşələrlə bütün meridianlar üzrə tam aparılmalıdır.

Hərbi təhsil müəssisələrinə daxil olan şəxslərdə görmə itiliyi korreksiya ilə ƏTC-nin «ç» bəndində göstərilən refraksiya həddini aşmırsa, yalnız yaxıngörmə, sadə və mürəkkəb yaxıngörmə astiqmatizmi olduqda təyin edilir, görmə itiliyinin aşağı düşməsinin digər səbəbləri (uzaqgörmə, uzaqgörmə astiqmatizmi və ya qarışıq astiqmatizm) olduqda isə korreksiyasız təyin edilir.

Hər gözdə uzaq üçün korreksiyasız görmə itiliyi 0,3-dən aşağı olduqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların ÜH-də xidmətə yararlılığı komandanlığın və hərbi hissə həkiminin rəyləri nəzərə alınmaqla, fərdi qaydada təyin edilir. Bu cür görmə itiliyi olan, HDQ-də çağırış üzrə xidmət keçən hərbi qulluqçular HDQ-də xidmətə yararsız hesab olunurlar, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən şəxslərin HDQ-də xidmətə yararlılıq kateqoriyası isə fərdi qaydada təyin edilir.

Üzən heyətdə xidmət keçən «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular və hərbi-dəniz təhsil müəssisələrinin məzunları korreksiya ilə görmə itiliyi uzaq üçün bir gözdə 0,6-dan, digər gözdə 0,5-dən aşağı olmadıqda, ÜH-də xidmətə yararlı hesab olunurlar. Bu şəxslər üçün heç olmazsa bir gözdə ən böyük ametropiyası olan meridianda 5,0 DPTR-dən artıq olmayan yaxıngörmə və ya uzaqgörmə, istənilən növ astiqmatizm isə 3,0 DPTR-dən artıq olmayan refraksiya fərqi ilə iki əsas meridianda icazə verilir.

Rəng duyğusu zəifliyinin forma və dərəcələrinin diaqnostikası üçün rənggörmənin müayinəsində tətbiq edilən həddi cədvəllərdən istifadə olunur.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin