«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə76/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   72   73   74   75   76   77   78   79   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

73

Kişi cinsiyyət orqanlarının xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) obyektiv əlamətlər olduqda cüzi kliniki təzahürlərlə

A-3

A

A

Bu maddə prostat vəzinin xoşxassəli hiperplaziyasını, iltihabi və digər xəstəliklərini; xaya hidropsunu, orxit və epididimitləri, artıq pülük dərisini, fimoz və parafimozu, kişi cinsiyyət orqanlarının digər xəstəliklərini nəzərdə tutur.

Kişi cinsiyyət orqanlarının xəstəliklərinə görə tibbi göstərişlər üzrə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, şəhadətləndirilmə funksional pozulmaların dərəcəsindən asılı olaraq keçirilir.

«a» bəndinə aşağıdakılar aiddir:

müalicə qeyri-qənaətbəxş nəticələndikdə və ya ondan imtina edildikdə, sidik ifrazının mühüm dərəcədə pozulması ilə müşayiət olunan prostat vəzinin III — IV mərhələ xoşxassəli hiperplaziyası;

cinsiyyət üzvünün olmaması.

«b» bəndinə aşağıdakılar aiddir:

sidik ifrazının mülayim dərəcədə pozulması ilə müşayiət olunan (qalıq sidiyin 50 ml-ə qədər olması) prostat vəzinin II mərhələ xoşxassəli hiperplaziyası;

xaya qişalarının və ya toxum ciyəsinin residivləşən (təkrar cərrahi müalicədən sonra) birtərəfli və ya ikitərəfli hidropsu, mayenin həcmi 100 ml-dən artıq olmaqla.

Xaya qişası və ya toxum ciyəsi hidropsunun bir dəfə residivi «b» bəndinin tətbiqi üçün əsas deyil.

«c» bəndinə aşağıdakılar aiddir:

prostat vəzinin I mərhələ xoşxassəli hiperplaziyası;

prostat vəzinin daşları ilə xroniki prostatit;

xəstənin ildə 3 dəfə və çox stasionar müalicəsini tələb edən xroniki prostatit.

«ç» bəndinə aşağıdakılar aiddir:

xayanın və ya toxum ciyəsinin mayenin həcmi 100 ml-dən az olan hidropsu;

fimoz;

kişi cinsiyyət orqanlarının cüzi kliniki təzahürlərlə keçən digər xəstəlikləri.



Bir xayanın xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-desant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin