2 28 iyun 2005-ci il tarixli 966-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 588) ilə 12-ci maddənin “a” bəndinin
üçüncü abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
hərbi-dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və sərhəd qoşunları
dəniz hissələrinin matrosları və çavuşları — 2 il, ali təhsili olanlar — 1 il 6 ay;
3 28 iyun 2005-ci il tarixli 966-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 588) ilə 12-ci maddənin “a” bəndinin
dördüncü abzası müvafiq olaraq üçüncü abzas hesab edilmiş və yeni redaksiyada verilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
qalan bütün əsgərlər, çavuşlar 1 il 6 ay.
4 27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 146) ilə 12-ci maddənin “a” bəndinin
ikinci hissəsinə “oxumaq istəmədiklərinə” sözlərindən sonra “(18 yaşı tamam olmayan xəstəliyə və ya ailə vəziyyətinə görə hərbi tədris müəssisələrindən xaric edilən şəxslər istisna olmaqla)” sözləri əlavə
edilmişdir.
5 24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328) ilə 12-ci maddənin "a" bəndinin
sonuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
İntizam hissələrində cəza çəkən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət
müddəti cəza çəkmə müddəti uçota alınmaqla və ya alınmamaqla "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin intizam taboru haqqında" Əsasnamə ilə nəzərdə tutulan qaydada müəyyən edilir.