«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə


Vəzifəyə, başqa işə keçirilməyə və Silahlı



Yüklə 0,82 Mb.
səhifə10/10
tarix05.03.2017
ölçüsü0,82 Mb.
#10321
1   2   3   4   5   6   7   8   9   10

Vəzifəyə, başqa işə keçirilməyə və Silahlı

 Qüvvələrdən buraxılmağa, komandir (komandan)

və yuxarı instansiyaların nomenklatura vəzifələrinə

attestasiya olunan zabitlərin
Nəzarət siyahısı

 


Sıra №-si

Hərbi rütbəsi, soyadı, adı və atasının adı, vəzifəsi və hərbi hissəsi

Təvəllüdü, milliyyəti, ümumi hərbi təhsili, SQ-də xidmət stajı

Hansı ildə attestasiya olunub

Başqa işə keçirilməyə (buraxılmağa) və vaxt məsləhət bilinir

Attestasiya nəticəsinin yerinə yetirilməsi, yaxud siya-hıdan çıxarıl-ması barədə qeyd

 

 

Vəzifəsini aşağı salmağa

Başqa işə keçirilməyə

Silahlı qüvvələrdən buraxılmağa


 

 

Qeyd: Siyahı hərbi hissənin və birləşmənin qərargahında hərbi hissənin (birləşmənin) göstərilən bütün zabitləri üçün tərtib olunur. Yuxarıda duran müvafiq qurumlarda öz nomenklaturaları və yuxarıda duran instansiyaları üzrə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları öz istiqamətlərinin nəzərdə tutulan vəzifələri üzrə nəzarət siyahısı tuturlar.

 


“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə
15 saylı əlavə

 


 

 


Zabitlərin peşə hazırlağının uçotu vərəqi

_____________________________________________________________________________

(hərbi rütbəsi, soyadı, adı, atasının adı)

_____________________________________________________________________________

(vəzifəsi)

Təhsili ______________________________________________________________________

(hansı hərbi təhsil müəssisəsini nə vaxt qurtarıb,

_____________________________________________________________________________

hazırlıq kurslarını keçib)


 

 

Fənlərin adları

Attestasiyalararası dövrdə illik qiymətlər

I. Təhsil fənləri üzrə şəxsi hazırlığı

200 ___ il

200 ___il

200 ___ il

200 __ il

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər növü, qoşun növlərinin, xüsusi qoşunların əsas fənləri göstərilir.

 

 

 

 

Fərdi tapşırıqların yerinə yetirilməsi

Qış təlim dövründə

 

 

 

 

Yay təlim dövründə

 

 

 

 

Şəxsi hazırlığa ümumi qiymət

 

 

 

 

II. Bölmənin (hissənin birləşmənin, xidmətin taktiki (KOT) təlimdə aldığı qiymətlər

 

 

 

 

III. Bölmənin (hissənin, birləşmənin, xidmətin) yekun yoxlanışının, inspeksiyanın qiymətləri

 

 

 

 

 

 


 

IV. İxtisas dərəcəsi ___________________________________________________________

dərəcənin verilməsi (təsdiq olunması)

_____________________________________________________________________________

əmrinin sayı və tarixi)

V. İdman dərəcəsi _____________________________________________________________________________

(hansı növ üzrə dərəcə verilməsi əmrinin sayı və tarixi)

VI. Qısa müddətli kurslarda oxumanın nəticələri _________________________________ _____________________________________________________________________________

Komandir (rəis) ______________________________________________________________

 


 

Təhsilin və işin nəticələri barədə söhbət aparılıb

200 ___ il

200 ___ il

200 ___ il

200 ___ il

200 ___ il

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Qış təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

Yay təlim dövrünə görə

 

Qeyd: Təlimə və işlərə görə zabitlərlə hər dövrdə söhbət keçirilərkən tarix göstərilməklə imza qoyulur.

 

 


 «Hərbi xidmətkeçmə haqqında»

Əsasnaməyə

16 saylı ƏLAVƏ


 

Hərbi hissə, bölmə və birləşmə komandirlərinin, habelə müddətli həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların təntənəli yola salınmaları barədə



GÖSTƏRİŞLƏR

 

 1. Bu göstərişlərdə hərbi hissə, bölmə və birləşmə komandirlərinin, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yaşa, xəstəliyə, yaxud ştatların ixtisarına görə xidmət müddətini başa çatdırdıqlarına görə ehtiyata buraxılan hərbi qulluqçuların təntənəli surətdə yola salınma qaydaları müəyyən edilir.



 2. Ehtiyata (istefaya) buraxılan bölmə komandirinin yola salınması üçün onun komandir olduğu bölmə sıraya düzülür.

 3. Alay (briqada), gəmi, əlahiddə tabor (divizion) komandiri yola salınarkən onun komandir olduğu hərbi hissə (gəminin şəxsi heyəti) sıraya düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə alayın (briqadanın) şəxsi heyəti bütünlükdə deyil, bir qarnizonda alayın (briqadanın) qərargahı ilə yerləşən bir neçə bölməsinin düzülməsinə yol verilir.

 4. Birləşmə komandiri yola salınarkən birləşmə idarəsinin zabitləri sıraya düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə birləşmənin qərargahı ilə bir qarnizonda yerləşən hərbi hissə, yaxud bölmə sıraya düzülə bilər.

 5. Müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları yola salınarkən onların xidmət etdikləri hərbi hissə sıraya düzülür. Yola salınmanı təşkil edən rəisin qərarı ilə hərbi hissənin bütün şəxsi heyəti deyil, bir qarnizonda hərbi hissə qərargahı ilə yerləşən bir neçə bölmənin sıraya düzülməsinə yol verilir.

 6. Sıraya düzülmənin vaxtı, yeri və sıraya cəlb edilən şəxsi heyət yola salınmanı təşkil edən rəis tərəfindən müəyyənləşdirilir. Buraxılan komandirlərə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) yola salınma vaxtı və yeri barədə bir gün əvvəl məlumat verilir.

 7. Hərbi hissələrin, bölmələrin və birləşmə idarəsinin şəxsi heyətləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin tələblərinə əsasən silahla parad geyim formasında aşağıdakı xüsusi hallara riayət edilməklə düzülür:

 hərbi hissənin, bölmənin, birləşmənin buraxılan komandiri əvəzində sıraya yeni təyin edilmiş komandir komandanlıq edir (əgər bu hərbi hissənin, bölmənin, birləşmənin komandiri buraxılırsa);

 hərbi hissənin, bölmənin, birləşmənin buraxılan komandiri (həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçular) yola salınmanı təşkil edən rəisin yanında durur (dururlar);

 yeni təyin edilmiş komandir şəxsi heyətin sıraya düzülməsi barədə yola salınmanı təşkil edən rəisə raport verir. Məsələn: «Yoldaş general-mayor, 110-cu motoatıcı alay, alayın komandiri polkovnik Nəcəfovun ehtiyata (istefaya) yola salınması üçün düzülmüşdür». Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müddətli həqiqi hərbi xidmətdən buraxılarkən hərbi hissə komandirinin müavini hərbi hissə komandirinə raport verir. Məsələn: «Yoldaş polkovnik, 110-cu motoatıcı alay müəyyən olunmuş xidmət müddətlərini başa vurmuş hərbi qulluqçuların təntənəli surətdə ehtiyata yola salınması münasibətilə düzülmüşdür». komandirin (müddətli hərbi xidmət hərbi qulluqçularının) yola salınmasını təşkil edən rəis hərbi hissənin, bölmənin, hissənin sırası önündən keçdikdən sonra onun (onların) buraxılmaları barəsindəki əmri elan edir, ona (onlara) öz arzularını bildirir, habelə mükafatları elan edir və ona (onlara) buraxılmaları münasibətilə təltif olunduğu (olunduqları) fərmanları təqdim edir;

 buraxılan komandirin (həqiqi hərbi xidmət hərbi qulluqçularının) xidmətlərini qeyd etmək istəyən digər şəxslərə şəxsi heyətin sırası önündə çıxış etməyə və ona (onlara) öz arzularını çatdırmağa icazə verilir;

 buraxılan komandirə (tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) onun (onların) xahişi ilə cavab nitqi söyləmək üçün söz verilə bilər.

 8. Hərbi hissənin, bölmənin komandirinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) təntənəli surətdə yola salınmaları münasibəti ilə düzülüşdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində göstərilən tələblərə uyğun olaraq hərbi hissənin (birləşmənin) Döyüş Bayrağı sıra önünə gətirilir. Hərbi hissə təntənəli marşla ötüb keçməzdən əvvəl buraxılmış komandir (müddətli həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş Bayrağı ilə aşağıdakı qaydada vidalaşır:

 «Farağat» komandasından sonra qərargah rəisinin müavini bayraqdarın önündə dayanıb «Bayraqdar, arxamca addımla - Marş» komandası verir və onu öz assistentləri ilə sıra boyunca ortaya qədər aparır, sonra irəliyə göndərir və bayraqdarı hərbi hissə (birləşmə) sırasının 30 — 40 addımlığında sıra önündə saxlayır;

 Döyüş Bayrağı ilə hərəkət vaxtı orkestr «Qarşılama marşı» (təbilçilər isə «Bayraq altına» havasını) çalır;

 buraxılan komandir (müddətli həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş Bayrağına yaxınlaşır, dizi üstə çökür və Döyüş Bayrağını öpür. Buraxılan komandir (müddətli xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş bayrağı ilə vidalaşdıqdan sonra öz yerinə dönür. Döyüş Bayrağı (əks qayda ilə) öz yerinə aparılır.

 9. Yolasalınma Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıra Nizamnaməsinin tələblərinə uyğun tərzdə hərbi hissənin (bölmənin) təntənəli marşı ilə qurtarır.

 10. Birlik komandanlarının yola salınmaları birləşmələrin komandirlərinin yola salınması üçün göstərilən qayda ilə icra olunur.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 fevral 2001-ci il tarixli 83-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 138)

2.       20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 145)

3.       27 fevral 2001-ci il tarixli 92-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 146)

4.       27 fevral 2001-ci il tarixli 93-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 147)

5.       15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 731)

6.       25 dekabr 2001-ci il tarixli 239-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 745)

7.       24 may 2002-ci il tarixli 333-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 6, maddə 328)

8.       2 iyul 2002-ci il tarixli 357-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 464)

9.       30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)

10.    17 sentyabr 2004-cü il tarixli 758-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 886)

11.    14 iyun 2005-ci il tarixli 938-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 576)

12.    28 iyun 2005-ci il tarixli 966-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 588)

13.    1 sentyabr 2005-ci il tarixli 977-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 oktyabr 2005-ci il)

14.    3 mart 2006-cü il tarixli 75- IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-ci il, № 4, maddə 312)



15.    20 oktyabr 2006-cı il tarixli 171-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 933)

16.    16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)

17.    19 oktyabr 2007-ci il tarixli 462-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1078)

18.    13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

19.    6 avqust 2008-ci il tarixli 620-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 8 avqust 2008-ci il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 695)

20.    28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, № 277, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № 12, maddə 1048)



21.    11 may 2010-cu il tarixli 1005-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 iyun 2010-cu il, № 126, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cu il, № 6, maddə 482)

22.    21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

23.    28 aprel 2015-ci il tarixli 1260-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Respublika” qəzeti, 26 may 2015-ci il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 501)

24.    30 sentyabr 2015-ci il tarixli 1320-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 noyabr 2015-ci il, № 242)

25.    30 sentyabr 2015-ci il tarixli 1325-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2015-ci il, № 250)

26.    18 dekabr 2015-ci il tarixli 49-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 yanvar 2016-cı il, № 19)

 
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin