«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə



Yüklə 0.82 Mb.
səhifə5/10
tarix05.03.2017
ölçüsü0.82 Mb.
1   2   3   4   5   6   7   8   9   10
 

 133. Tədris məzuniyyətləri mülki ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə təhsil almağa icazəsi olan (bu Əsasnamənin 150-ci maddəsi) və qiyabi adyunkturada təhsil alan hərbi qulluqçulara verilir. Elmi dərəcə almaq üçün elmi iş hazırlayanlara yaradıcılıq məzuniyyəti verilir (bu Əsasnamənin 134-cü maddəsi). 

 Tədris məzuniyyətləri növbəti məzuniyyətin hesabına daxil edilmir.

 Tədris məzuniyyətləri aşağıdakı hərbi qulluqçulara verilir:

 a) qəbul imtahanlarına hazırlaşmaq üçün icazəsi olan hərbi qulluqçulara:

 ali təhsil müəssisələrinə — 15 təqvim günü müddətində;

 orta ixtisas təhsili müəssisələrinə — 10 təqvim günü müddətində.

 Korpus (diviziya) komandiri, ona bərabər və ondan yuxarı birbaşa rəis tərəfindən verilmiş arayış-icazə (arayış-icazənin forması Azərbaycan Respublikası Silahlı Qüvvələrində kargüzarlıq və xidməti yazışma haqqında Təlimatla müəyyən edilmişdir) hərbi qulluqçu üçün ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsinə qəbul imtahanları vermək üçün tədris məzuniyyətinə hüquq verən sənəd hesab edilir;

 b) adyunkturaya hazırlaşmaq və qəbul imtahanlarını vermək üçün icazəsi olanlara:

 qəbul imtahanlarına buraxılanlara — 30 təqvim günü;

 namizədlik imtahanını qismən verməklə daxil olanlara və müvafiq imtahanları verməkdən azad olanlara qalmış hər bir imtahan üçün — 10 təqvim günü.

 Adyunkturaya qəbul imtahanları verməyə tədris məzuniyyəti almaq üçün hüquq verən sənəd ali təhsil və ya elmi tədqiqat müəssisəsinin rəisinin imzası ilə qəbul imtahanlarına buraxılmaq barədə göndərilən bildiriş vərəqəsidir;

 v) ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində, qiyabi adyunkturada təhsil alanlara: 

 1-ci və 2-ci kurslarda təhsil alanlara istiqamətverici dərsləri keçmək, laboratoriya işlərini yerinə yetirmək, imtahan və zaçotları vermək üçün;

 //çıxarılıb// 



//çıxarılıb//

 ali və orta ixtisas müəssisələrinin qiyabi şöbələrində təhsil alanlara — hər il 30 təqvim günü.

 Üçüncü və yuxarı kurslarda təhsil alanlara laboratoriya işlərini yerinə yetirmək, zaçot və imtahanları vermək üçün:

//çıxarılıb//

//çıxarılıb//

 ali və orta ixtisas məktəblərinin qiyabi şöbəsində təhsil alanlara hər il 40 təqvim günü;

 ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində dövlət imtahanlarının verilməsi üçün 30 təqvim günü;

 Diplom layihəsinin (işinin) hazırlanması və müdafiəsi üçün:

ali təhsil müəssisələrinin qiyabi şöbəsində - 4 ay;

       orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində - 2 ay;

 adyunkturanın qiyabi şöbəsində namizədlik imtahanlarının verilməsi və dissertasiyaya aid işlərin yerinə yetirilməsi üçün — ildə 30 təqvim günü. Adyunkturada oxuyarkən hərbi qulluqçuya istirahət və iş günü hesab edilməyən bayram günlərindən başqa həftədə 1 sərbəst gün və 2 sərbəst axşam (saat 18.00-dan sonra) verilir (hərbi hissə komandirinin əmri ilə rəsmiləşdirilir və ondan çıxarış adyunktun oxuduğu ali məktəbə və ya elmi-tədqiqat müəssisəsinə göndərilir); 

 q) ali və orta ixtisas məktəbləri nəzdindəki hazırlıq kurslarında oxuyanlara buraxılış imtahanlarının verilməsi üçün 15 təqvim günü.

 134. Elmi dərəcə almaq üçün çalışan hərbi qulluqçulara aşağıdakı müddətə yaradıcılıq məzuniyyəti verilir;

 elmlər doktoru elmi dərəcəsi almaq üçün çalışanlara — 6 ay;

 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün çalışanlara 3 ay. 

 Yaradıcılıq məzuniyyəti xidməti fəaliyyətin elmi işlə müvəffəqiyyətlə əlaqələndirilməsi şərti ilə ali təhsil və elmi tədqiqat müəssisəsinin elmi şurasının təklifi və Silahlı Qüvvələr, qoşun növü komandanlarının, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının idarə, müstəqil şöbə və xidmət rəislərinin onlara bərabər və onlardan yuxarı olan şəxslərin razılığı ilə elmi iş müəllifinin xidmət etdiyi hərbi hissə komandiri tərəfindən verilir.

 135. Hamiləliyə və doğuşa görə məzuniyyət pul və natural təminatı saxlanılmaqla, habelə qüvvədə olan qanunvericilik əsasında bilavasitə uşağa qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli məzuniyyət almaq hüququna malikdirlər. Bundan başqa onlara öz arzuları ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyətlər verilir.

 Qismən ödənilən və uşağa qulluq etmək üçün pulsuz və natural təminatsız əlavə məzuniyyətlər verildikdə, hərbi hissə komandirinin ona bərabər və ondan yuxarı olanların əmri ilə qadın hərbi qulluqçu tutduğu vəzifədən azad edilir və hərbi hissə komandirinin sərəncamına keçirilir. Bu məzuniyyətlər qurtardıqdan sonra qadın-hərbi qulluqçuya onun əvvəlki vəzifəsi, yaxud ona bərabər vəzifə verilir (bu məzuniyyətlər zamanı öhdəlik müddəti bitən qadın hərbi qulluqçular istisna olmaqla).

 Qadın hərbi-qulluqçulara hamiləliyə və doğuşa görə məzuniyyətlər onların raportları və müvafiq tibb müəssisələrinin arayışları əsasında doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü (qeyri-normal doğuş, yaxud iki və daha çox uşaq doğulduqda 70 təqvim günü) müddətində məzuniyyət verilir.

 Əgər hamiləliyə görə xidməti vəzifələrinin icrasından azad edildiyi gündən doğuş gününə kimi doğuşdan əvvəl müəyyən edilmiş məzuniyyət günlərinin sayından çox, yaxud az gün keçibsə, onda pul və natural təminat faktiki olaraq doğuşdan əvvəl verilmiş məzuniyyətin faktik istifadə olunan günlərinin sayından asılı olmayaraq ödənilir. Doğuşaqədər məzuniyyətin artırılması, yaxud əksinə tam istifadə olunmaması doğuşdan sonrakı məzuniyyət müddətinə təsir etmir.

 Doğuşdan sonrakı məzuniyyət doğuş günü də daxil edilməklə doğuş günündən hesablanır.

 Qadın hərbi qulluqçulara qismən ödənilən və əlavə məzuniyyət onların arzusu ilə tam və hissə-hissə verilir. Qadın hərbi qulluqçunun verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır. Bu məzuniyyətlərin müddəti hərbi qulluqçuların müvafiq heyətlərinin vəzifələrdəki xidmət illərinə, eləcə də pensiya üçün xidmət illərinə əlavə edilmək məqsədilə hesablanır.

 Hamiləliyə və doğuşa görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. Qadın-hərbi qulluqçulara öz arzuları ilə hamiləliyə və doğuşa görə məzuniyyətdən qabaq, yaxud bilavasitə ondan sonra cari il üçün növbəti məzuniyyət verilir.

 Uşağa xidmət üçün məzuniyyətin qurtardığı ildə növbəti məzuniyyət, bu məzuniyyətin qurtardığı gündən təqvim ilinin sonuna qədər mütənasib surətdə hesablanır və bu Əsasnamənin 123-cü maddəsinin tələbləri nəzərə alınmaqla ilə təqdim edilir.

 136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir:

 a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü;

 b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla;

 v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü.

 Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir.

 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər.

 Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir.

IX fəsil


EZAMİYYƏTLƏR

 137. Hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir:

 a) toplanışlar keçmək və kurslarda oxumaq üçün;

 b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün;

 v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün;

 q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün;

 d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün;

 e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün;

 ə) ordenlər və medal almaq üçün;

 j) (çıxarılıb) 

 z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün;

 idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün.

 138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir.

 Ezamiyyətlərin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin edilir.

 139. Məhkəmə və barəsində istintaq işi olanlar ezamiyyətə yalnız müvafiq məhkəmə və istintaq orqanlarının razılığı ilə göndərilirlər.

 140. ezamiyyətə göndərilənlərə müəyyən formada ezamiyyət vəsiqəsi verilir.

 ezamiyyət məntəqəsinə çatan kimi hərbi qulluqçular sərəncamına ezam olunduqları vəzifəli şəxsin yanına gəlir və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarnizon və qarovul xidmətləri Nizamnaməsində müəyyən edilmiş qaydada uçota dururlar.

 141. ezamiyyətə göndərilərkən və qayıdarkən ezamiyyət vəsiqəsində göstərilmiş marşrutdan kənara çıxmağa və aralıq məntəqələrdə özbaşına dayanmağa icazə verilmir.

 ezamiyyətə gedən şəxsdən asılı olmayan səbəblərə görə yolda gecikmələr baş verərsə, onda ezam olunan dəmiryolu və ya su nəqliyyatı ilə hərəkət edərsə, ən yaxında yerləşən dəmir (su) yolu sahəsi (stansiyası, limanı, //çıxarılıb//) komendantından, dəniz limanı idarəsindən, bunlar olmazsa, dəmiryolu stansiyası //çıxarılıb// rəhbərliyindən, avtomobil nəqliyyatı ilə gedəndə isə qarnizon komendantından, hərbi komissarlıqdan, yerli bələdiyyə orqanından gecikmənin səbəbləri barədə ayrıca arayış alır və ya ezamiyyət vəsiqəsində xüsusi qeyd edilir. 

 142. ezam olunan yolda gedərkən sənədləri itirərsə, bu barədə ən yaxın dəmir (su) yolu sahəsi (stansiyası, limanı, //çıxarılıb//) hərbi komendantına, dəniz limanı idarəsinə avtomobil nəqliyyatı ilə getdikdə qarnizon komendantına, hərbi komissarlığa, yerli bələdiyyə orqanına xəbər verməlidir. 

 143. Daimi xidmət yerinə qayıtmağa mane olan üzürlü səbəblər varsa, ezam olunan bu barədə onu ezamiyyətə göndərən rəisə məlumat verir və uçota durduğu orqanı xəbərdar edir.

 ezamiyyətdə göstərilən müddətdən artıq yubanmağa üzürlü səbəb yalnız fövqəladə hadisələr (hərəkətə mane ola biləcək xəstəlik, təbii fəlakət və b.) ola bilər. Gecikmənin səbəbləri müvafiq sənədlərlə təsdiq edilməlidir.

 ezamiyyət vəsiqəsində göstərilən müddətdən artıq yubanmanın səbəbləri barədə sərəncamına ezam olunan vəzifəli şəxs və ya qarnizon komendantı (hərbi komissarlıq) ezamiyyətə göndərən rəisə gecikmənin səbəblərini göstərməklə məlumat verir.

 144. Müəyyən olunmuş vaxtda ezamiyyətdən qayıtmayan və ya gecikmələrinin səbəbləri barədə məlumat daxil olmayan hərbi qulluqçular haqqında hərbi hissə komandiri dərhal hərbi qulluqçuların sərəncamına göndərildiyi vəzifəli şəxsə və ya qarnizon komendantına (hərbi komissarlığa) sorğu göndərir. ezam olunanların lazımi məntəqəyə gəlib çıxmadıqları və ya vaxtında öz hərbi hissəsinə yola düşdükləri barədə cavab alınarsa, hərbi hissə komandiri müəyyən olunmuş qaydada axtarış təşkil edir.

 145. Hərbi vəziyyət və səfərbərlik elan olunduqda ezamiyyətdə olan hərbi qulluqçu yollandığı hərbi hissənin rəisinin icazəsilə dərhal öz hərbi hissəsinə qayıtmalıdır.

 Əgər hərbi hissə əvvəlki yerindən çıxıb getmiş olsa, onda hərbi qulluqçu ən yaxın hərbi komendaturaya və ya hərbi komissarlığa gəlməlidir.

X fəsil

HƏRBİ QULLUQÇULARIN VƏ HƏRBİ VƏZİFƏLİLƏRİN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

 146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar.

 Hərbi xidmət şəraiti ilə əlaqədar olaraq hərbi qulluqçuların ümumi vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması, habelə onlara əlavə hüquqlar verilməsi və əlavə vəzifələr tapşırılması «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunu, hərbi Nizamnamələr, Azərbaycan Respublikasının digər qanunvericilik aktları, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmrləri və bu Əsasnamə ilə müəyyənləşir.

 Hərbi qulluqçunun vəzifəsidir:

 vətəni — Azərbaycan Respublikasına sədaqətlə xidmət etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşə hazırlığını daim möhkəmləndirmək. Əsgəri borcunu yerinə yetirərkən özünün bütün qüvvəsini və hətta həyatını əsirgəməmək, hərbi xidmətin ağırlıq və məhrumiyyətlərinə mətanətlə dözmək. Vətənin mənafeyi və yuxarı rəislərin əmrləri harada tələb edirsə orada vicdanla xidmət etmək: hərbi, texniki və ixtisas biliklərini daim təkmilləşdirmək, tabeliyində olanlara nümunə olmaq, ona tapşırılan silah və döyüş texnikasını bilmək və ondan bacarıqla istifadə etmək, döyüş və ictimai siyasi hazırlığını təkmilləşdirmək, Nizamnamə qaydalarını qorumaq, hərbi intizamı möhkəmləndirmək;

 həmişə və hər yerdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, öz hərbi hissəsinin şərəfini, döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini və ləyaqətini qorumaq, qanunların, hərbi andın və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etmək, dövlət və ictimai mülkiyyətin qorunmasına qayğı ilə yanaşmaq, yüksək sayıqlıq göstərmək, dövlət sirlərini ciddi qorumaq; 

 vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.

 Hərbi qulluqçular tərəfindən öz vəzifələrinin vicdanla yerinə yetirilməsi və tapşırılan sahədə müvəffəqiyyətlər əldə edilməsi komandanlıq tərəfindən mənəvi və maddi həvəsləndirmələr ilə qeyd edilə bilər.

 Əsgəri borcunu yerinə yetirərkən göstərdiyi igidlik və şücaətə döyüş və ictimai-siyasi hazırlıqda əla göstəricilərə, yeni və mürəkkəb hərbi texnikanı əla mənimsədiyinə, qoşunlara nümunəvi rəhbərlik etdiyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısındakı digər görkəmli xidmətlərinə görə hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət mükafatlarına təqdim edilə bilərlər.

 147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar.

 Hərbi xidmətin istənilən növünə çağırılmış və ya qəbul edilmiş işçilər, həmçinin təqaüd alan ali təhsil müəssisələrinin tələbələrinə, orta ixtisas təhsili müəssisələri və məktəblərinin şagirdlərinə müəyyən olunmuş qaydada işdənçıxarma müavinəti ödənilir.

 Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və onların ailələri xidmət yerinə gəlməsindən 3 aydan gec olmayaraq xidməti mənzil ilə təmin edilirlər və ondan istifadə haqqını qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlə ödəyirlər.

 Hərbi xidmətdə olan, ehtiyata, yaxud istefaya buraxılmış «Polkovnik», ona bərabər və ondan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş əlavə yaşayış sahəsi verilir.

 Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. 

 Ali hərbi təhsil müəssisələrinin ailəli kursantları ailəvi yataqxanalarda yerləşdirilirlər. Belə yataqxanalar olmadıqda, onlara müvəqqəti yaşayış sahəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda pul kompensasiyası ödənilir.

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. 

 Hərbi xidməti qüsursuz keçmiş və Silahlı Qüvvələrin veteranı vəsiqəsini almış, habelə həqiqi hərbi xidmətdən yaşına, xəstəliyinə görə buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılmış zabitlərdən başqa) üçün yaşayış sahəsinə görə güzəştli ödənc hüququ saxlanılır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və zabitləri və onların ailə üzvlərinin xidmətə qədər tutduqları yaşayış sahələri həqiqi hərbi xidmət keçdikləri müddətdə onlar üçün saxlanılır. Onlar yaşayış sahəsi almaq üçün növbə siyahısından çıxarıla bilməz.

 Toplanışa çağırılmış və ya komandir məşğələlərinə cəlb edilmiş işçilər toplanış (komandir məşğələləri) ərzində, hərbi hissəyə gəlib çatması və geri qayıtması vaxtı da nəzərə alınmaqla tutduğu vəzifəsi (işi) saxlanılır və onlara iş yerində orta əmək haqqı verilir.

 Göstərilən şəxslər çağırış vərəqəsi aldığı gündən toplanışdan (komandir məşğələlərindən) qayıdana kimi mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatın tam ləğv olunması istisna olunmaqla işdən çıxarıla bilməzlər.

 Hərbi vəzifəlilərin işlədiyi idarə, müəssisə, təşkilat ləğv olunduğu halda toplanış (komandir məşğələləri) müddəti ərzində onların alacağı əmək haqqı və ya digər maddi təminat ləğv olunan müəssisə, idarə, təşkilat və ya onların hüquqi varisi olan təşkilat, ya da ləğv olunana qədər tabe olduqları idarə tərəfindən ödənilir.

 Əgər hərbi qulluqçu toplanış (komandir məşğələləri) ərzində xəstələnsə və onların müddəti qurtardıqdan sonra da xəstəliyi davam etsə, müəyyən olunmuş qaydada onların iş yeri, vəzifəsi saxlanılır, toplanışın (komandir məşğələlərinin) müddətinin qurtarmasından sonrakı vaxt üçün isə ona mövcud qanunvericiliyə uyğun müvəqqəti əmək qabiliyyətini itirməsinə görə müavinət ödənilir.

 Təhsil müəssisələrində oxuyarkən həqiqi hərbi xidmətə çağırılmış şəxslərin ehtiyata buraxılanda həqiqi hərbi xidmətə çağırılanadək oxuduqları həmin təhsil müəssisəsinə və həmin kursa bərpa olunmaq hüququ saxlanılır.

 148. Hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. 

 Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi-tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır.

 Bu maddədə göstərilən və mülki idarə, müəssisə və təşkilatlara ezam olunmuş (orada işləmiş) və ehtiyata və ya istefaya buraxılmış baş və ali zabit heyətindən olan şəxslər və onların ailə üzvləri də bilavasitə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən buraxılmış şəxslərlə bərabər hüquq, güzəşt və üstünlüklərə malikdirlər. Əgər göstərilən şəxslər üçün müəyyən olunmuş qaydada ehtiyata və ya istefaya buraxılana qədər qeydiyyatında olduqları poliklinikalardan istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüququ saxlanılarsa onda, poliklinikalar tərəfindən onlara və onların ailə üzvlərinə sanatoriya və istirahət evlərinə verilən putyovkaların haqqının ödənilməsindəki güzəştlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 149. Hərbi qulluqçular və onların ailə üzvləri qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlərdən istifadə edirlər.

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının hərbi hissələrdən yola salınan məktubları pulsuz göndərilir. Eyni zamanda hərbi qulluqçuların xidmət yerinə göndərilən məktublar da pulsuz göndərilir.

 150. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlardan başqa) korpus (diviziya) və ona bərabər olan birbaşa rəislərin icazəsi ilə ali mülki və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbəsində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər. 

 Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının bu Əsasnamənin 37-ci maddəsinin tələblərinə uyğun olaraq, hərbi təhsil müəssisələrinə daxil olmaq//çıxarılıb// hüququ vardır.

 Ali hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular müvafiq ali mülki və ya orta ixtisas təhsil müəssisələrini bitirmişlərə bərabər tutulurlar.

 Ali hərbi təhsil müəssisələrini bitirən və həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra mülki təhsil müəssisələrinə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular ixtisasına görə pedaqoji institutları bitirmiş şəxslərə bərabər tutulurlar. Orta hərbi ixtisas məktəblərini bitirən və həqiqi hərbi xidmətdən buraxılandan sonra mülki təhsil müəssisələrinə hərbi fənlər üzrə müəllim və ştata uyğun hərbi rəhbər götürülmüş hərbi qulluqçular təhsilinə görə pedaqoji texnikum bitirmiş şəxslərə bərabər tutulurlar.

 151. Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

 Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.

 152. Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlikdən əlil olmuş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. 

 Hərbi qulluqçulara və onların ailələrinə pensiya təminatı qüvvədə olan qanunvericiliyin müəyyən etdiyi qayda və şərtlərlə həyata keçirilir.

 Yaşına, səhhətinə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılan və pensiya hüququ olmayan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılan zabitlərdən başqa) bir il müddətində rütbələrinə görə maaş almaq hüququna malikdirlər.

 Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.

 Hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir.

 153. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq hərbi intizamı və ictimai asayişi pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları maddi zərərə görə — dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 

İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. //çıxarılıb//

154. Hərbi xidmətlə bağlı olaraq hərbi qulluqçuların bəzi hüquq və azadlıqları məhdudlaşdırılır. Onlara siyasi partiya və təşkilatlarda olmaq, onların seçkili orqan və vəzifələrə müstəqil namizədlərin xeyrinə bu və ya digər formada təbliğat aparmaq, seçkilərdə səsə qoyulmaq, tətil elan etmək və onda iştirak etmək qadağan olunur.

 Hərbi qulluqçular vicdan azadlığına malikdirlər. Hərbi qulluqçular qanuna görə ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan dini ayinlərdən başqa digər dini ayinləri icra edə bilərlər.

 Hərbi xidmətdə olan şəxslərin peşə, elmi-texniki, mədəni və idman cəmiyyətlərində birləşmək hüququ vardır. Təkbaşçılıq prinsipinə, ordu qaydalarına və intizama zidd olan həmkarlar və digər təşkilatlar istisna edilir.

 Hərbi qulluqçulara xarici vətəndaşlarla nikah bağlamaq, mitinq, iclas və həmkarlar xətti ilə keçirilən mərasim və nümayişlərdə iştirak etmək (xidməti tapşırıqlardan başqa)//çıxarılıb// Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

 Hərbi qulluqçuların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məxsus olan və ya onlarla bağlı olan kommersiya təşkilatlarından başqa digər kommersiya təşkilatlarına rəhbərlik etmək və ya onlarda bilavasitə iştirak etmək ixtiyarı yoxdur.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.

XI fəsil



: system -> files -> legislation
legislation -> Hərbi-həkim ekspertizası haqqında Əsasnamə
legislation -> Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında
legislation -> Sosial müavinətlər haqqında
legislation -> Azərbaycan Respublikasının Seçki Məcəlləsi
legislation -> Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında
legislation -> Hərbi vəzifə və hərbi xidmət haqqında
legislation -> Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında
legislation -> Əhalinin sağlamlığının qorunması haqqında
legislation -> "TƏSDİq ediRƏM" Azərbaycan Respublikası səhiyyə naziri Ə. B.İNsanov


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə