Şəkil 4.10. Ardıcıl a və paralel b birləşdirilmiş iki nasos üçün cəm xarakteristikasının qurulması
Mərkəzdənqaçma nasosunun iş rejiminə onun işlədiyi boru kəmərinin xüsusiyyəti ilə birgə baxmaq lazımdır. Məlum olduğu kimi boru kəmərinin xarakteristikası dedikdə tam basqının kəmərdən keçən maye sərfi arasındakı qrafiki asılılıq nəzərdə tutulur.
Nasosun iş rejimini təyin etmək üçün onun boru kəməri ilə birgə xarakteristikasını qurmaq lazımdır.
Kəsişmə nöqtəsi işçi nöqtəsi olacaq. Həmin nöqtənin koordinantları isə iş
rejiminin göstəriciləri olacaqdır Q , Щ .
иш иш
Hər nasos stansiysında bir neçə köməkçi və əsas nasoslar olduğunu nəzərə alsaq, onların sayı və birləşmə sxemlərinə uyğun olaraq stansiyanın yaratdığı cəm basqının qrafiki olaraq tapılması şəkil 4.11- də göstərilmişdir. Şəkildə 1 köməkçi və 2 əsas markəzdənqaçma nasoslarının ardıcıl birləşdiyi hala uyğun nasos stansiyasının xarakteristikasının qurulması təsvir olunmuşdur.
Nasos stansiyası ilə boru kəmərinin birgə xarakteristikalarının
parametrlərini tapmaqdan ibarətdir. Cəm xarakteristikasında magistral kəmər
və kollektor üçün buraxılabilən basqıları ( Hmag.bur., Hkol.bur ) göstərən
horizontal xətlər keçirilir ki, bu xətlərin yerləşmə hündürlüyü möhkəmlik şərtinə görə buraxılabilən basqılara uyğun gəlir (şəkil 4.12).
Nasos stansiyasının xarakteristikasının kollektor üçün təzyiqin məhdudlaşması xətti ilə kəsişmə nöqtəsi stansiyanın işləyə biləcəyi ən kiçik buraxma
qabiliyyətini Qmin
göstərir. Şəkil 4.12, a-da bu 1 nöqtəsidir. Bu sərfdən aşağı
olan hallarda qoruyucu sistem işə düşür və stansiya dayanır. Stansiyanın xarakteristikasının magistral üçün buraxıla bilən təzyiqi məhdudlaşdıran xəttin kəsişmə nöqtəsi (şəkil 4.12, a-da 2 nöqtəsi) stansiya- nın təzyiq tənzimləyicisiz işləyə biləcəyi ən kiçik sərfin qiymətini müəyyən edir.
Dostları ilə paylaş: |