Cədvəl 4.3
Nasosun verimindən asılı olaraq
h1 in dəyişilməsi.
Verim,
m3 / saat
|
h1 ,
m
|
Verim,
m3 / saat
|
h1 , m
|
Verim,
m3 / saat
|
h1 ,
m
|
Verim,
m3 / saat
|
h1 ,
m
|
1250
|
40
|
3600
|
50
|
7000
|
60
|
12000
|
100
|
2500
|
45
|
5000
|
55
|
10000
|
80
|
|
|
Neft kəmərlərinin trası boyu nasos stsansiyalarının yerləşdirilməsi qrafo- analitik yolla V.Q. Şuxov üsuluna uyğun olaraq aparılır. Bu zaman sonradan nasos stansyialarındakı təzyiq analitik yolla yoxlanılmalıdır. Stansiyaların sıxlaşdırılmış profilində yerləşdirilməsi qrafikini aşağıdakı kimi qururlar. Əvvəlcə qəbul olunan uzunluq və hündürlük miqyaslarına uyğun olaraq hidravliki maillik xəttini çəkirlər. Nəticədə, tərəfləri 100 km boru kəməri
hissəsində basqı itkisini əks etdirən EKM maillik üçbucağını alırlar (şəkil 4.15). Sonra sıxlaşdırılmış profildə hidravliki mailliyi i olan neft kəmərinin uzunluğu boyu nasos stansiyalarının yerini qeyd edirlər. Bunun üçün baş nasos stsansiyasının yerini A başlanğıc nöqtəsindən keçən şaquli xətdə
miqyasa görə stansiynın basqısına H st bərabər olan AB parçası qeyd olunur.
B nöqtəsindən EKM üçbucağının hipetonuzuna- KM ə parallel olan boru kəmərinin hidravliki maillik xətti çəkilir. Bu zaman bu xəttin trasın profili ilə
kəsişmə nöqtəsi C
edəcəkdir.
nəzəri olaraq 2-ci nasos stansiyasının yerini müəyyən
Şəkil 4.15. Neft kəməri trasının sıxlaşdırılmış profilində nasos stansiyalarının yerləşdirilməsi
Əsas nasos qurğularının kavitasiyasız iş rejimi h basqısını tələb etdiyi
(sola sürüşəcək). Növbəti stansiyanını yerinin tapmaq üçün həmin C '
nöqtəsindən yenidən perpendikulyar xətt çəkilir, həmin xətt üzərində 2-ci
stansiyanın basqısı miqyasa uyğun olaraq qeyd edilir. Hidravliki maillik xətti keçirilir və trasın profili ilə kəsişmə nöqtəsinə əsasən 3-cü stansiyanın yerini müəyyən edirlər. Bu cür qurmalar sonrakı stansiyaların yerini tapmaq üçün də aparılır.
Nasos stansiyalarının yerini müəyyənləşdirdikdən sonra boru kəmərinin ayrı-ayrı sahələrinin buraxma qabiliyyətini bərabərləşdirmək məqsdilə onları yoxlayırlar. Bu məqsədlə nasos stansiyalarında uyğun zəruri olan basqını aşağıdakı düstura əsasən təyin edirlər:
İşçi nasosların sayını n ' qəbul etsək, onda bir nasos üçün zəruri basqı
H
' H st n n '
olacaqdır. Stansiyanın iş rejimlərinin hesablanmasında məqsəd
nasosların işçi çarxlarının diametrinin seçilməsi, stansiyanın girişi və çıxışında, həmçinin droselləmə üçün nəzərdə tutulan basqıların təyin edilməsindən ibarətdir.
Qeyd etmək lazımdır ki, nasos stansiyalarının tras boyu yerləşdirilməsi üçün yuxarıda göstərilən sadə üsul kəmərin diametrinin uzunluq boyu sabit qaldığı, lupinqlərin olmadığı və nasos stansiyalarının sayının tam ədədə uğun gəldiyi hal üçün nəzərdə tutulmuşdur. Həqiqətdə isə nasos qurğularının xarakteristikaları və boru kəmərlərinin mövcud olan diametrləri nəzərə alınmaqla stansiyaların sayı tam deyil, kəsr şəklində də alına bilər. Ona görə də stansiyaların sayının minimal hesabi qiymətə bərabər qəbul etmək məqsədilə trasın uzunluğu boyu lupinqin qoyulmasından istifadə edilir. Tras boyu lupinqin qoyulmasından, həmçinin stansiyanın yerinin yaşayış məntəqəsinə yaxınlığı, su maneəsi və digər amillərlə bağlı olaraq dəyişdirilməsi zamanı da istifadə olunur.
Nasos stansiyalarında mərkəzdənqaçma nasosları deyil, porşenli nasoslardan istifadə olunduğu zaman stansiyaların tras boyu yerləşdirilməsi prinsipi dəyişməz qalır. Bu zaman fərq ondan ibarət olur ki, stansiyalardan əvvəl əlavə basqının yaradılması tələb olunmur. Bu halda da stansiyaların sayını aşağı yuvarlaqlaşdırdıqda lupinqin qoyulması tələb olunur.
Magistral neft kəmərlərinin layihələndirilməsi və istismar normalarına əsasən uzunluğu 800 km-dən çox olan kəmərlər üçün aralıq nasos stansiyalarında çənlər parkının tikilməsi də nəzərdə tutulur. Bu zaman istismar sahələrinin uzunluğu 400-km-dən çox olmamalıdır.
Stansiyalardakı çənlər parkının tutumu, boru kəmərinin gündəlik
buraxma qabiliyyətinin
0,2 0,5
hissəsini təşkil etməlidir. Bu stansiyalarda
köməkçi nasoslar qurulur və həmin stansiyalar öz sahələri üçün baş nasos stansiyaları hesab ounur.
Şəkil 4.16-da iki istismar sahəsinə malik olan magistarl neft kəmərinin sxemi göstərilmişdir.
Dostları ilə paylaş: |