Şəkil 4.17. Magistral neft kəmərlərinin buraxma qabiliyyətinin artırılması üsullarının sxemləri
a-paralel boru xəttinin-lupinqin tikilməsi; 1-magistral, 2-lupinq.
b-böyük diametrli boru xəttinin qoşulması; 1 magistral, 2-qoşqu xətti. c-nasos stansiyaları sayının 2 dəfə artırılması; 1-magistral, 2-əsas nasos stansiyaları, 3-əlavə nasos stansiyaları.d-kombinə edilmiş üsul (nasos
stansiyalarının sayının 2 dəfə artırılması və lupinqin qoyulması)
Boru kəməri ilə nasos stansiyasının cəm xarakteristikasından göründüyü kimi (şəkil 4.18) buraxma qabiliyyətinin artması işçi nöqtəsinin sağa sürüşməsi deməkdir. Bunun baş verməsi üçün isə ya nasos stansiyasının, ya da kəmərin xarakteristikasını yuxarıda qeyd olunan müvafiq üsullardan biri ilə dəyişdirmək lazımdır. Hal-hazırda praktikada nasos stansiyalarının sayının 2 qat artırılması və böyük diametrli boru kəməri hissəsinin qoşulması üsulları, kombinə edilmiş üsul da daxil olmaqla səmərəli olmadıqları üçün, demək olar ki, tətbiq olunmurlar. İqtisadi baxımdan ən əlverişli üsulun lupinqin qoyulması ilə buraxma qabiliyyətinin artırılması olmasını nəzərə alaraq həmin üsulun hesablanmasına baxaq.
Dostları ilə paylaş: |