Tanınmış həkim Zemfira
Topçubaşovanın anadan
olmasının 90 illiyinə
həsr edilmiş konfrans
keçirilib
Tanınmış həkim Zemfira
Topçubaşovanın anadan
olmasının 90 illiyinə
həsr edilmiş konfrans
keçirilib
SEMESTR
İMTAHANLARINDA
YENİ METOD TƏTBİQ
OLUNUB
Təsisçi: Azərbaycan
Tibb Universiteti
Qəzet 1933 -cü ildən çıxır. № 03 (1643) 16 fevral 2017 - ci il Qiyməti 50 qəpik
ELMİ ŞURANIN QƏRARLARI HƏYATA KEÇİRİLİR
Dünya Bankının
nümayəndələri
ATU-da qonaq
olub
Xocalı faciəsi XX
əsrin ən böyük
soyqırımıdır
50-ci uşaq üzərində
Koxlear implantasiya
əməliyyatı aparıldı
Tələbələrimiz mükafata
layiq görüldü
Tədris Cərrahiyyə Klinikasında nadir
əməliyyat aparılıb
Rektor Gəray Gəraybəyli daha bir mötəbər
tədbirdə iştirak edib
BU SAYIMIZDA
2
2
Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında
Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı
faciədən 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-
na keçən gecə Ermənistan silahlı qüvvələri bütün
beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə
ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri
şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla
divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı
613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq
və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralan-
mış, 1275 nəfər isə girov götürülmüşdür.
Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi
təcavüzün miqyasını daha da genişləndirən və Dağ-
lıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın,
Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan
rayonlarını işğal edən Ermənistanın apardığı etnik
təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın
həyatına son qoyulmuş, 50 mindən çox insan yara-
lanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala
məruz qalmışdır.
BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə,
Avropa Parlament Assambleyasının, İslam Əmək-
daşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə
də digər beynəlxalq qurumların qərarlarına bax-
mayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq hüquq normalarına uyğun,
ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu
günədək tapmamışdır.
2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs re-
jimini pozan Ermənistanın təxribatına cavab ola-
raq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın
bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin
ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bi-
zim kifayət qədər hərbi gücümüz, iqtisadi potensi-
alımız və siyasi iradəmiz olduğunu bir daha sübuta
yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-
kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğal-
çı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini
yenidən gündəmə gətirmişdir.
Geniş vüsət almış “Xocalıya ədalət” kampaniya-
sı çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi
olaraq dünyanın bir sıra ölkələrində bu soyqırım-
la bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır
hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi
qiymətini almamışdır.
Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində
şəhidlərin xatirəsini dərin hüznlə yad edərək və
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alı-
ram:
1. Azərbaycan Respublikası Prezidenti Administ-
rasiyası Xocalı soyqırımının iyirmi beşinci ildönü-
mü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata
keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2017-ci il.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
3
3
4
2
3
6
7
http://w w w.amu.edu.az
16 fevral 2017-ci il
2
u
Nəsimi rayon İcra Hakimiyyəti
nin təşkilatçılığı ilə “2 fevral –
Gənclər günü”nə həsr olunmuş
təntənəli bayram tədbiri keçirilib.
Toplantıda ictimaisiyasi həyatda, təhsildə
və digər sahələrdə fərqlənən gənclərə
mükafatlar təqdim olunub.
Təqdiredici haldır ki, mükafat alan gənclər ara-
sında Azərbaycan Tibb Universitetinin də tələbələri
yer tutub. Universitetin əczaçılıq fakültəsinin IV
kurs tələbəsi, ATU-nun Tələbə Həmkarlar İttifaqı
Komitəsinin (THİK) fakültə üzrə sədri Mirtaleh
Mirzəzadə ATU-nun ictimai-siyasi həyatında aktiv
iştirakına görə xüsusi diplomla təltif olunub.
ATU-nun II müalicə-profilaktika fakültəsinin
V kurs tələbəsi Fidan Süleymanlı isə “Qadınlar-
da intiharın klinik psixopatoloji və patopsixoloji
xüsusiyyətləri” mövzusundakı araşdırmasına görə
xüsusi mükafata layiq görülüb. Bu tədqiqat işi
ATU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) konf-
ransında dinlənilib və müzakirə edilib.
Bayram tədbirində rayonun ictimai-siyasi
həyatında, təhsil, idman, elm, mədəniyyət və s.
sahələrində fərqlənən 35 gəncə müxtəlif nominasi-
yalar üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri
Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Gənclər gününə həsr olunmuş tədbirdə Mil-
li Məclisin üzvlərindən Məlahət İbrahimqızı,
Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev,
Azərbaycan Tibb Universitetinin rektoru Gəray
Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru
Nurlana Əliyeva, Azərbaycan Dillər Universite-
tinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan
Universitenin rektoru Fərid Əhmədov, Bakı
şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi
Raqif Abbasov, Gənclər Fondunun aparat rəhbəri
Faiq Qürbətov və digər rəsmilər iştirak ediblər.
Azərbaycan Tibb Universiteti bu toplantıda geniş
tərkibli müəllim-tələbə heyəti ilə təmsil olunub.
Tədbir populyar incəsənət xadimlərinin iştirakı
ilə böyük konsert proqramı və diskoteka ilə başa
çatıb.
Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən
etibarən 2 Fevral – Gənclər Günü kimi qeyd edilir.
MDB məkanında və Şərqi Avropa ölkələri arasında
ilk olaraq Azərbaycanda həmin tarix rəsmi bayram
kimi təsbitlənib. Yalnız 1999-cu ildə BMT-nın
qərarı ilə avqustun 12-si “Ümumdünya Gənclər
Günü” kimi elan edilib.
Prezident İlham Əliyevin başçılığı ilə bu gün
respublikamızda gənclərin keyfiyyətli təhsili, bilik
və peşəkarlıqlarının artırılması, onların sosial
problemlərinin həlli istiqamətində böyük işlər
görülür. 2011-ci ildə dövlət başçısının Sərəncamı
ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq
olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial
problemlərinin həlli istiqamətində mühüm işlər
həyata keçirilir.
u
Bu günlərdə ATUnun
rektoru, professor Gəray
Gəraybəyli Dünya
Bankının rəhbər nümayəndələri
ilə görüşüb. Dünya Bankının
Avropa və Mərkəzi Asiya üzrə
Praktika Meneceri cənab Kristian
Aedonun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşdə bir
sıra mühüm məsələlər müzakirə
olunub.
Qonaqlara ATU haqqında ətraflı məlumat
verən professor G.Gəraybəyli bildirib ki, ATU-da
tədris sistemində daim islahatlar aparılır, təhsilin
keyfiyyətinin artırılması istiqamətində fəaliyyət
daha da təkmilləşdirilir. Qeyd olunub ki, artıq
universitetdə 5 ildir ki, ikipilləli təhsil sistemi tətbiq
olunur. Rezidentura pilləsini bitirən məzunlar
mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri
elə ATU-nun klinikalarında işləyir. Bir çoxları
isə xarici ölkələrdə staj keçirlər. Tibb Universiteti
beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi
önəm verir. Çünki bu əlaqələr fərqli təhsil sistemləri
ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin
təkmilləşdirilməsinə yardım olur. Bu baxımdan,
Dünya Bankı ilə müştərək layihələrin
həyata keçirilməsi çox əhəmiyyətlidir.
Bakıda səfərdə olan cənab Aedo öz
növbəsində Dünya Bankının təhsil
sahəsində gördüyü işlər, dəstəklədiyi prqo-
ramlar haqqında məlumat verib. Qeyd edi-
lib ki, bu dəfəki səfərin əsas məqsədi təhsil
üzrə milli prioritetləri müzakirə etmək və
tələbə krediti proqramları üzrə semina-
rı təşkil etməkdən ibarətdir. Buna görə də
bank təmsilçiləri müvafiq dövlət qurum-
ları, universitet rektorları və digər maraqlı
tərəflərlə görüşlər keçirirlər.
Görüş zamanı Azərbaycan Tibb
Universitetində Dünya Bankının dəstəyilə
bir sıra layihlərin icra oluna biləcəyi barədə fi-
kir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın
əhatəsini məyyənləşdirmək üçün ilkin araşdır-
ma aparılması da qərara alınıb. Ümumilikdə,
beynəlxalq təhsil və tədqiqat layihələrində
əməkdaşlığın genişləndirilməsinə dair fikir
mübadiləsi aparılıb.
Görüşdə Dünya Bankının təhsil üzrə baş
mütəxəssisi və tapşırıq qrupu rəhbəri cənab Cey-
son Uaver, məsləhətçi Bryus Çapman, ATU-nun
beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir
Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İk-
ram Rüstəmov da iştirak ediblər.
Tələbələrimiz mükafata
layiq görüldü
Dünya Bankının nümayəndələri
ATU-da qonaq olub
ATU-nun mətbuat xidməti
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən
Azərbaycan Tibb Universitetinin ardınca Ə.Əliyev adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında
müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə
təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120
illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların
iştirak etdiyi konfransda səhiyyə naziri, professor Oqtay Şirəliyev
Əziz Əliyevin milli tibb kadrlarının hazırlanması yolunda göstərdiyi
çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərindən danışıb.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin həyat
və fəaliyyəti barədə məruzə ilə çıxış edib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray
Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində
böyük rolu olan nadir şəxsiyyət adlandırıb. Bildirib ki, dünyada elə
insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında bö-
yük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin
həyat və fəaliyyəti barədə danışmaq həm asan, həm də çətindir.
Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan
hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.
Rektor Tibb Universitetinin təşəkkül tapmasında və əldə etdi-
yi nailiyyətlərdə danılmaz rolu olan görkəmli alimin Azərbaycan
səhiyyəsi üçün peşəkar kadrlar yetişdirdiyini bildirib. Qeyd edib
ki, bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil
müəssisəsinin işini daha da təkmilləşdirib. Həmin illərdə Tibb Uni-
versiteti üçün Azərbaycan dilində çoxlu sayda kitab yazılıb. Əziz
Əliyev səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsinə,
peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin ATU-
nun kitabxanası da professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə
iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda
tibbi ədəbiyyata malikdir.
G.Gəraybəyli bu günlərdə Dağıstanda olduğunu, orada elmin və
təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə
həsr olunmuş silsilə tədbirlərdə iştirak etdyini deyib.
Əziz Əliyevlə bağlı xatirələrini bölüşən M.A.Topçubaşov adına
Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev
alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan da-
nışıb. Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və
qayğıkeşliyi ilə qaldığını vurğulayıb.
Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərindən da-
nışan Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şah-
banov təmsil etdiyi universitetin rektoru, professor Süleyman Mam-
mayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.
Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik
Cəmil Əliyev ailə üzvləri adından atasına göstərilən diqqətə görə
dövlət başçısına və tibb ictimaiyyətinə öz minnətdarlığını bildirib.
Sonra konfrans iştirakçılarına Əziz Əliyevin ictimai və elmi
fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Rektor Gəray Gəraybəyli daha bir
mötəbər tədbirdə iştirak edib
Rektor Gəray Gəraybəyli daha bir
mötəbər tədbirdə iştirak edib
16 fevral 2017-ci il
http://w w w.amu.edu.az
3
u
Fevralın 1də Azərbaycan
Tibb Universitetinin Həmkar
lar İttifaqı Komitəsi Rəyasət
Heyətinin yığıncağı keçirilib.
Yığıncağı Həmkarlar İttifa
qı Komitəsinin sədri, dosent
Cahangir Qasımov açaraq
gündəlikdə duran məsələləri
diqqətə çatdırıb.
Tibbi-profilaktika fakültəsinin
həmkarlar təşkilatının sədri,
dosent Sahib Əhmədov tibbi
biologiya və genetika, histolo-
giya, embriologiya və sitologi-
ya, tibbi fizika və informatika,
bioloji kimya, biofiziki və bio-
üzvi kimya, normal fiziologiya,
ictimai fənlər, ictimai sağlam-
lıq və səhiyyənin təşkili ka-
fedralarında
“Əməkdaşların
əmək və nizam-intizamının
pozulması haqqında” tərtib
edi lən arayışla bağlı ətraflı
məlumat verib. O, ATU-nun
kafedrala rında əməkdaşların
işə davamiyyətinin yoxlanıl-
ması haqqında tərtib edilmiş
arayışla rın və işdə olmayan-
ların izahatlarının komissiya
tərəfindən araşdırıldığını bil-
dirib, yoxlamanın nəticələrini,
konkret olaraq əmək intizamını
pozan əməkdaşların siyahısını,
hər əməkdaşın ayrı-ayrılıqda
izahatını açıqlayıb.
Adları işə gəlməyənlərin si-
yahısında olan əməkdaşların
fikirləri də dinlənilib, müzakirələr
aparılıb.
İctimai fənlər kafedrasının mü-
diri, professor Qoşqar Əliyev,
tibbi bioloji kimya kafedrasının
müdiri, professor Can baxış
Nəcəfov, histologiya, embrio-
logiya və sitologiya kafedra-
sının müdiri, professor Eldar
Qasımov, ETM-nin direktoru,
professor Qalib Qarayev, do-
sent Əlibaxış Kəlbiyev, epide-
miologiya kafedrasının müdiri,
professor İbadulla Ağayev, II
mü ali cə-profilaktika
fakül-
tə sinin dekanı, dosent İsrail
Məhərrəmbəyli və tibbi profilak-
tika fakültəsinin dekanı, dosent
Aydın Məmmədov çıxış edərək
bu cür yoxlamaların nizam-in-
tizamı möhkəmləndirmək ba-
xı mından əhəmiyyətini xüsu-
si vurğulayıblar. Humanizm
prinsiplərini əsas götürərək ilk
yoxlamanın nəticələrinə görə
əməkdaşlara verilən cəzanın
yüngülləşdirilməsini
təklif
ediblər.
Cahangir Qasımov bu məsə-
lənin rektorun nəzarətində ol-
duğunu bildirərək yoxlamaların
bundan sonra da müntəzəm
aparılacağını, heç kəsə güzəşt
edilməyəcəyini deyib.
Sonda çıxışları və təklifləri,
nizam-intizamı pozan əmək-
daş ların etiraflarını nəzərə alan
Həmkarlar İttifaqı Komitəsinin
üzvləri əmək məcəlləsinin 186-
cı maddəsinin 3-cü bəndini po-
zan əməkdaşlara xəbərdarlıq
elan olunmasına razılıq ver-
mək lə kifayətləniblər.
Qeyd edək ki, yuxarıda adları
çəkilən 8 kafedradan 55 nəfər
haqqında inzibati tədbir görü-
lüb.
Yığıncaqda universitetin ümu-
mi işlər üzrə prorektoru, dosent
Natiq Xəlilov və rektorun müşa-
viri, dosent Zülfüqar Musabəyov
iştirak ediblər.
Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
ELMİ ŞURANIN QƏRARLARI
HƏYATA KEÇİRİLİR
•
Fevralın 14-də Azərbaycan
Tibb Universitetində ta-
nınmış həkim, qayğıkeş
müəllim, bacarıqlı səhiyyə
təşkilatçısı Zemfira Topçu-
başovanın anadan olması-
nın 90 illiyinə həsr edilmiş
konfrans keçirilib.
ATU-nun
müalicə-
profilaktika fakültəsinin I
mamalıq və ginekologi-
ya kafedrasının dosenti,
tibb üzrə fəlsəfə doktoru,
əməkdar müəllim, prezi-
dent təqaüdçüsü Zemfira
Topçubaşovanın ad gününə
həsr edilmiş konfrans ATU-
nun Tədris Cərrahiyyə Kli-
nikasında baş tutub.
ATU-nun rektoru, pro-
fessor Gəray Gəraybəyli
tədbiri açaraq, Zemfira xa-
nımı yubileyi münasibətilə
təbrik edib, ona uzun
ömür, can sağlığı diləyib:
“Baxmayaraq ki, tələbəlik
illərimdən 30 ilə ya-
xın vaxt keçib, Zemfi-
ra xanımın auditoriyada
səsləndirdiyi özünəməxsus
mühazirələri, hər bir tələ-
bə yə xüsusi qayğı ilə ya-
naşması hələ də yadda-
şımdadır. Minlərlə ailə
Zemfira xanıma çox böyük
minnətdarlıq hissi ilə ya-
şayırlar”. Z.Topçubaşovanı
“Azərbaycan səhiyyəsinin
Qızıl Fondunun canlı nü-
ma yəndəsi”
adlandıran
rektor yubilyarı ATU-nun
fəxri diplomu ilə təltif edib.
ATU-nun I mamalıq və
gine kologiya
kafedrası-
nın müdiri, professor El-
mira Əliyeva məruzəsində
əməkdar müəllim, görkəmli
ictimai xadim, səriştəli alim
və səhiyyə təşkilatçısı Zem-
fira Topçubaşovanın həyatı,
elmi-pedaqoji,
praktiki
həkimlik fəaliyyəti haqqın-
da tədbir iştirakçılarına ge-
niş məlumat verib.
Daha sonra Azərbaycan
Respublikasının İnsan Hü-
quqları üzrə Müvəkkili
(Ombudsman) Elmira Sü-
leymanova çıxış edərək,
yubilyar haqqında ürək
sözlərini söyləyib: “Zemfi-
ra xanım dostluğu ilə fəxr
etdiyimiz insanlardan bi-
ridir. Dahi insanlar çoxdur,
amma şəxsiyyət dediyimiz
insanlar azdır və Zemfira
Topçubaşova onlardan bi-
ridir”.
Tədbirdə, həmçinin aka-
demiklərdən Adilə Nama-
zova və Böyükkişi Ağayev,
Səhiyyə Nazirliyinin baş
mama-ginekoloqu Sevinc
Məmmədova,
professor
Hicran Bağırova, “Caspian
Plaza” xəstəxanasının baş
həkimi Nigar Axundova və
digərləri yubilyar haqqında
xoş sözlər səsləndiriblər.
Sonda Zemfira Topçuba-
şova
konfransda
işti-
rak edən hər kəsə tə-
şək kürünü bildirib: “Hər
birinizə minnətdaram ki,
məni unutmamısınız. Mən
indi də telefon vasitəsilə
cərrahiyyə əməliyyatlarına
kömək
edirəm.
Çox
sevinirəm ki, mən hələ də
tibb sahəsinə lazımam.
Həmişə də məndən sonra
gələnlərə kömək etməyə
çalışmışam”.
Tanınmış həkim Zemfira Topçubaşovanın anadan
olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilib
•
ATU-nun Tədris Cərrahiyyə Klinikasında na-
dir rast gəlinən xəstəliklə bağlı əməliyyat apa-
rılıb. Klinikaya gətirilən körpədə qalça bağır-
sağın funksional hissəsi anadangəlmə qapalı
olub. İleol atreziyası (tip 3a), atreziyaya uğra-
mış distal hissənin göbəkdən fistula formasın-
da xaricə çıxması, obliterasiya olunmamış ura-
xus ilə doğulan körpə üzərində əməliyyat icra
olunub.
Həkim mama-ginekoloq, t.e.f.d. Arzu
İsmayılovanın sözlərinə görə, hamiləlik zamanı
ultrasəs müayinəsi zamanı körpədə bağırsaq
keçirməzliyi ilə bağlı müəyyən şübhələr
yaranıb. Buna görə də doğuşdan dərhal sonra
qarın boşluğunun rentgenoqrafiyası aparılıb və
bağırsaq keçirməzliyi diaqnozu təsdiqlənib.
Uşaq cərrahları dosent Ramiz Poluxov və
Ramin Bayramov tərəfindən aparılan əməliyyat
uğurla nəticələnib. Qalça bağırsağın terminal
hissəsi, kor bağırsaq rezeksiya olunaraq ileo-
ascendo anastomoz qoyulub.
Əməliyyatdan sonra körpə sağ-salamat
evə yola salınıb. Xəstənin ailəsi klinikanın
həkimlərinə, xüsusilə neonatoloq Səadət
Yaqubovaya dərin təşəkkürlərini bildirirlər.
Tədris Cərrahiyyə Klinikasında nadir əməliyyat aparılıb
ATU-nun mətbuat xidməti
http://w w w.amu.edu.az
16 fevral 2017-ci il
4
Onun sözlərinə görə, bu se-
mestr imtahanları iki proqram
üzrə həyata keçib: ”MODLE adla-
nan sistem ilk dəfə I kursda oxu-
yan tələbələrə tətbiq olundu. Bu
sistemin əvvəlki sistemdən fərqi
ondan ibarətdir ki, imtahan za-
manı tələbəyə 25 sual düşür.
Hər sual 2 balla qiymətləndirilir.
Amma düşən suallardan 20 fai-
zi test bankına salınmadığı üçün
tələbələr onu test bankında görə
bilmir. Yəni tələbələrə düşən 25
sualdan 5-i test bankına salın-
madığı üçün onlar əvvəlcədən
hansı sualların düşəcəyindən
xəbərsizdirlər. Bu sistemi tərbiq
etməkdə məqsəd ondan ibarətdir
ki, tələbələr əzbərçiliyi özlərinə
vərdiş etməsin, onlar gündəlik
dərslərinə hazırlaşsınlar,”-deyən
Ş.Bayramov yaddaşına söykənərək
əzbərçilyi özünə vərdiş etmiş
tələbələrin maksumum 40 bal
toplamaq imkanına malik oldu-
ğunu qeyd etdi. Bu sistemin baş-
qa özəllikləri barədə də məlumat
verən mərkəz rəhbəri bildirdi ki,
imtahan zamanı tələbələrə düşən
5 sual çoxcavablı suallardır: “Yəni
hər bir sualın bir neçə doğru ca-
vabı var. Əgər tələbə bu sulların
cavablarından birini səhv etsə,
nəticə sıfır hesab olunur. Və ya-
xud iki doğru cavabdan tələbə
1-ni seçirsə, o, bu zaman bir bal
alır.”
Sözünə davam edən Ş.Bayramov
bu proqram üzrə 1117 tələbənin
imtahan verdiyini bildirdi. O, yeni
proqram tətbiqinin imtahanla-
rın nəticəsinə də təsir etdiyini
diqqətimizə çatdırdı. Ağır hesab
edilən imtahanlardan yüksək bal
toplayan tələbələrin sayında azal-
ma olduğunu, keçən ilə nisbətən
az kəsir sayı olduğunu bildirərək
bu sistemin getdikcə daha da
təkmilləşdiriləcəyini söylədi.
Qış imtahan sessiyasının ye-
kunlarını şərh edən Şahin müəllim
imtahan prosesi zamanı heç bir
qeyri-adi hadisə baş vermədiyini
bildirdi: “ Bu semestrdə 45 minə
yaxın imtahan keçirildi. Bu imta-
hanlarda 7 min civarında tələbə
iştirak etdi, imtahan prosesi ilə
bağlı heç bir irad olmadı. Doğ-
rudur, suallarla bağlı appelyasiya
şikayətləri edildi. Bu zaman tex-
niki qüsurlar ortaya çıxdı və araş-
dırma aparıldı. Tələbənin haqlı
şikayətləri nəzərə alındı və çatış-
mazlıq aradan qaldırıldı.”
Üzürlü səbəbdən imtahanlarda
iştirak etməyənlər üçün fevralın
2-3-ü və 12-15-i arası imtahanla-
rın keçirildiyini bildirən mərkəzin
rəhbəri bu imtahan prosesində də
heç bir qeyri-adi hadisənin qeydə
alınmadığını bildirdi.
Dostları ilə paylaş: |