“Həyat Fəaliyyətinin Təhlük



Yüklə 256,97 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix21.04.2017
ölçüsü256,97 Kb.
#15054
1   2   3   4

 

16. stehsalatda baş verən qəzaları xarakterizə edin. 

Prinsipcə istehsalat termini bir çox sahələri əhatə edir, bunlardan əsasları: 

neft-kimya istehsalı, mexaniki istehsal, kənd təsərrüfatı istehsalı, meliorasiya və su 

təsərrüfatı. 

       Neft  –  kimya  istehsalı  zamanı  yüksək  təzyiqdən,  temperaturdan,  tezalışan  və 

yanan  məhsullardan istifadə edilir.  stehsal zamanı alınan məhsulların əksəriyyəti 

zərərli və zəhərləyici təsir göstərir. 

Neft –kimya istehsalında baş vermə ehtimalı olan qəzalara aiddir: 

partlayışlar,  yanğınlar,  zəhərləyici  maddələrin  qəza  nəticəsində  ətraf  mühitə 

sızması və yayılması. 

    Növündən və baş vermə səbəbindən asılı olmayaraq, bütün qəzalar nəticə etibarı 

ilə maddi, texniki, iqtisadi itkilərə və insan təlafatına səbəb olurlar. 

    Təsir  dairəsinə  görə  qəzaların  yaratdığı  fövqaladə  halların  yayılması  aşağıdakı 

xarakterdə olur. 

-lokal iş yerinin hüdudları daxilində; 

-obyekt səciyyəli – sənaye obyektinin, ğurğunun hüdudları daxilində; 

-yerli – yaşayış məntəqəsi, ayrıca bir şəhər və ya onun rayonları daxilində; 

-regional – şəhərin bütün ərazisi daxilində; 

-milli – bir ölkə daxilində; 

-qlobal – ekoloji fəlakət. 



 

17.Məişət qəzalarını xarakterizə edin. 

Qloballaşmış  şəhər  şəraitində  bu  gün  məişət  qəzalarından  tələf  olanların  sayı, 

məişət texnikasının inkişafından asılı olaraq, il bə il artmaqda davam edir. Məişət 

qəzaları  əsasən  komunal  təsərrüfat  sahəsində  baş  vermə  ehtimalı  olan  qəzalara 

aiddir. 

-qazdan boğulmalar – statistikanın göstərdiyinə görə, ölkəmizdə hər il 15-20 min 

adam qazdan boğulmadan tələf olur. Buna səbəb kimi, texniki təhlükəsizliyə riayət 

edilməməsi, yeni texnikadan istifadənin bacarıqsızlığı və laqeyidlik göstərilir. 

-mənzillərdə yanğınlar – stastik məlumata əsasən yanğınların baş verməsinə insan 

amili və texniki nasazlıq səbəb olur ki, bu zaman maddi, iqtisadi itgilər və bir çox 

hallarda insan təlafatı baş verir. 

-elektrik təhlükəsi – izolyasiyanın pozulması, qısa-qapanmanın nəticəsində yanğın, 

açıq naqillərdə toxunmalar zamanı: 

-termiki təsir- dəridə müxtəlif dərəcəli yanıqlar, şişlər; 

-elektrik təsiri- “tok vurma”, silkələnmə, elektrik zədələnmələri; 

-bioloji təsir- ürək-damar və qan dövranı sistemində fizioloji təsirlər. 



Məişət  qəzaları  nəticəsində  insanların  illərlə  sərf  etdikləri  maddi  vəsaitlər  bir 

andaca  məhv  olur,  insanlara  mənəvi  təsir  edir  və  onları  iqtisadi  ehtiyaca  möhtac 

qoyur. 

Məişət  qəzalarının  baş  verməsinin  qarşısını  almaq  üçün  əhalinin  maariflənmə 



səviyyəsi  yüksəldilməlidir.  Texniki  təhlükəsizlik  qaydalarına  istehsalatda  riayət 

edilməyirsə, mövcud texnikadan istifadə haqqda təlimat öyrənilmirsə, münasibətdə 

laqeyidlik aradan götürülməyibsə, qəzalar müntəzəm olaraq davam edəcəkdir. 

 

18.Bədbəxt  hadisələrin  qeydə  alınması  və  tədqiqatı  necə  baş  verməlidir? 

Xarakterizə edin. 

    stehsalat  sahəsində  baş  verən  qəzalar  nəticəsində  bədbəxt  hadisələrin  qeydə 

alınması  və  tətqiqi  müəssisənin  texniki  təhlükəsizlik  şöbəsi,  müəssisə  həmkarlar 

təşkilatı  tərəfindən  aparılır.  Ümumi  nəzarəti  isə  Respublika  həmkarlar  təşkilatları 

aparırlar. 

     Qeydiyyatı və tədqiqi tələb edilən qəzalara aşağıdakılar aid edilə bilər: 

-istehal avadanlıqları və obyektlərində baş verən;  

-fəaliyyətin  keçirildiyi  yerdən  asılı  olmayaraq,  müəssisə  tərəfindən  keçirilən 

iməcliklərdə baş verən; 

-növbədə  fəaliyyət  göstərməyən,  yaxud  istirahətdə  olan  işçilər,  qəsəbənin  ərazi-

sində,  nəqliyyat  vasitələrində  olduqları  vaxt,  fəaliyyəti  xidmət  obyektlərinin 

arasında hərəkət edən zaman düçar olduqları qəzalar; 

-iş vaxtı şəxsi minik nəqliyyatında (müdiriyyətin buna sərəncamı və icazəsi olduğu 

halda), yaxud müdiriyyətin tapşırığı ilə ondan istifadə edərkən baş verən qəzalar; 

-iş  vaxtı  başqa  şəxs  tərəfindən  işçiyə  bədən  xəsarətləri  yetirildikdə,  əmək 

fəaliyyətini  yerinə  yetirərkən  qəza  nəticəsində  işçi  öldükdə,  döyüş  bölgələrində 

fəaliyyət  zamanı  itgin  düşdükdə.  Isti  vurmalar,  yanıqlar,  donmalar,  suda 

boğulmalar, ildırım vurmaları, hevanlarla təmasda dəymiş xəta və zərərlər, eləcədə 

təbii fəlakətlər zamanı zədələnmələr, əzilmələr və təlafatlar; 

-insanların  kütləvi  məhv  edilməsi,  obyektlərin  geniş  miqyasda  dağıdılması 

məqsədilə  tutumlu  və  vakkumlu  mərmilərdən  istifadə  zamanı,  həmçinin  yüksək 

dəqiqli  lazer  mərmilərindən  və  başqalarından  istifadə  olunan  zaman  baş  vermiş 

xəta-qəzaları.  



 

19.Qəza  hallarının  səbəblərinin  öyrənilmə  üsulları.  stehsalat  tozu  və  onun 

zərərli təsiri. 

    Qəzaların baş vermə səbəbləri aşağıdakı üsullarla araşdırılır: 

- monoqrafik,  

-şəbəkə(cem),  

-ekspert, 


- texniki. 

    Üsullardan  asılı  olmayaraq  akt  tərtib  edilir,  qəzada  günahkar  sayılan  şəxslər 

barədə  hüquq  mühafizə  və  adminstrativ  cəzalar  verilir.  Məlumat  əlaqədar  dövlət 

təşkilatlarına göndərilir. 

    Məlumdur  ki,  inşaatda,  tikinti  sahəsində  və  meliorasiya  işlərinin  görülməsi 

zamanı üzvi və qeyri üzvi tozların ayrılması baş verir. Müəyyən edilmişdir ki, hətta 

zərərli olmayan tozlar belə, zərərli təsir göstərir. Onlar ağ ciyərdə toplanaraq peşə 

xəstəliklərini  əmələ  gətirirlər.  Tozlar  SiO

2

  selikozu,  selikat  turşusunun  tozları, 



silikat tozları, kömür tozu, asbest tozu və sairə kimi qeydə alına bilər. 

     stehsalat tozları insanlarla yanaşı maşın və mexanizmlərin sürtünən hissələrinin 

aşılanmasına və buraxılan məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. 

     Tozlar havadakı vəziyyətinə görə aerogel(çökmüş) və aerozol (asılı) qruplarına 

bölünür, mənşəyinə görə üzvi və qeyri üzvi olurlar. 

Havanın tozluğu vahid həcmdə tozlu çəkisi (mq/m

3  ) 

və ya verilmiş həcmdə tozun 



süzgəcdə miqdarı ilə xarakterizə olunur). 

         



20.Neqativ  amillərin  parametrlərinin  ölçülməsi  üçün  istifadə  edilən  cihazlar 

hansılardır? 

Neqativliyi  yaradan amillər  və onların  ölçü  vahidi.  Tozluq-  mq/m

vahid həcmdə 



süzgəcdə qalan tozun miqdarı ilə xarakterizə edilir. 

    Səs-küy herslə və db ölçülür. Səs təzyiqini “Şumomer” cihazı vasitəsilə ölçürlər. 

Temperatur- yaş və quru termometrlərlə ölçülür.         

 

 ·100%    Nisbi rütubət – düstur vasitəsilə hesablanır, psixrometr 



cihazı ilə ölçülə bilər. Normal nisbi rütubət mühitdə 60-65% olduqda sayılır.  

       onlaşdırıcı  şualar:  betta,  alfa  şuaları-  radiometrlərlə  ölçülür,  bu  gün  istifadə 

edilən stasionar radiometr DP-100M sayılır. 

 vahid həcmdə dəqiqədə 

parçalanmaların sayı ölçü vahidi kimi götürülür. 

     -qamma şualanması- rentgenmetrlərlə ölçülür, bu gün istifadə edilən radiometr-

rentgenmetr  DP-5  (A,Б,B)  cihazıdır.  Cihazın  qamma  şualanmasının  ölçülmə 

diapozonu 0,2-200 

  dır. 

Ş

ualanmaların  Beynəlxalq  ölşü  vahidi  sistemində  vahidi-  dozanın  gücü-zivert, 



udulan dozanın gücü qreylə ölçülür. 

    Udulan  doza-  Dozimetr  cihazı  vasitəsilə  ölçülür,  DP-22B  və  DP-24  cihazları 

vasitəsilə udulan doza- 0-50 rentgen ( və ya 0-0,5 qrey). 

    Mikroklimat  laboratoriya  işlərində  daha  dəqiq  tətqiq  edilir  və  əməli  göstərilir. 

Ə

sas  məqsəd  neqativ  hallar  zamanı  savadlı  davranmağı  bacaran  şəxsin 



yetişdirilməsidir. 

 


21.Texnoloji  proseslərin  quraşdırılması  və  təmiri  zamanı  hansı  təhlükəsizlik 

tədbirləri görülməlidir? 

Texnoloji proseslər sənayenin növü və istehsalat prinsipindən asılı olaraq müxtəlif 

olurlar:  texnologiyası  prosesi  zamanı,  ərazinin  sesmikliyi  nəzərə  alınmalıdır, 

sürüşmə  təhlükəsi  qeydə  alınmalıdır,  ərazidən  su,  qaz,  istilik  kəmərlərinin  və 

elektrik naqillərinin keçib keçmədiyi yoxlanmalıdır, ərazi tikintiyə hazırlanmalıdır. 

Torpaq  bərkidilməli,  qurudulmalı  və  özül  atılmalıdır.  Bünövrə  seysmik  davamlı 

olmalıdır. Tikilən obyektlərin seysmik zonada dözümlüyü 8-9 baldan az olmamalı, 

qurğular arası məsafə 20-30 metr olmalıdır.Binalara və qurğulara yanğın söndürən, 

təcili  tibbi  yardım  və  operativ  maşınların  maneyəsiz  yaxınlaşması  nəzərə 

alınmalıdır.Tikinti  zonasında  quraşdırılan  qurğu  və  binaların  yanğın  zamanı 

söndürülməsi üçün ehtiyat su anbarları (yeraltı) quraşdırılmalıdır. 

     stehsalatı  dayandırmağa  ehtiyac  olmadıqda,  nasazlıqların  aradan  qaldırılması 

zaman  işçilər  normativ-texniki  sənədlərin  tələbləri  əsasında  istehsal  avadanlığına 

qulluq edir, texnologya rejimlərinə rayət edirlər.  

Bu məqsədlə: 

1.Avadanlığın quraşdırılması və təmirə hazırlanması texnoloji personal tərəfindən 

aparılmalıdır, sənədlərə əsasən təmir rəhbərinə təhvil verilməlidir. Təhvil haqqında  

Jurnalda  və  ya  bu  məqsəd  üçün  tərtib  edilmiş  akta,  avadanlığın  təmirə  verilməsi 

qeydiyyatı  aparılmalı,  təmir  işlərinin  bitməsi  haqqda  buraxılış  vərəqsi 

doldurulmalıdır. 

2.Təmir  işləri  ayrı-ayrı  avadanlıqlarda,  istehsalatın  tam  dayandırılması  və 

boşaldılmasına  ehtiyac  olmadığı  halda  aparılarsa,  o  zaman  belə  təmir  işlərini 

texnoloji personal tərəfindən buraxılış sənədi əldə etməklə həyata keçirilir.  

3.Təmir  quraşdırma  işləri  aparılarkən  texniki  təhlükəsizlik  tədbirlərinə  rayət 

edilməlidir. 

4.Qapalı  iş  sahəsinin  işə  hazırlanması,  onun  içərisində  gedən  işlər  texnoloji 

personal  tərəfindən  texniki  rəhbərin  bilavasitə  iştirakı  ilə  hazırlanmalı  və 

aparılmalıdır.  Texniki  rəhbər  istehsal  və  texnoloji  prosesi  yaxşı  bilməli,  texniki 

təhlükəsizlik qaydalarını gözləməli və fərdi mühafizə vasitələrdən istifadə etməyi 

bacarmalıdır. 



22.Qurğu və aparatların layihələndirməsi zamanı hansı tıhlükəsizlik tədbirləri 

görülməlidir? 

    Sənaye  obyekləri  yaşayış  massivindən  100-300m  məsafədə  quraşdırılmalıdır. 

Qurğu  və  aparatlarda  istehsal  edilən  və  ya  istifadə  edilən  məhsul  təhlükəli  və 

zərərli olduqda göstərilən məsafələr sanitar zona kimi genişləndirilə  bilər. 

    Qurğu  və  aparatlar  arasındakı  məsafə  100m-dən  az  olmamalıdır.  Bu  ərazidə 

qurğu  və  aparatlarda  texnologiyaya  nəzarət  edən  xidmətlər  yerləşdirilir.  stehsal 



üçün tələb edilən xammal ehtiyyatı və hazır məhsul anbarları texnoloji qurğulardan 

1-3km  məsafədə  yerləşdirilməlidir.  Yanğın  təhlükəsi  ehtimallı  ərazilərdə,  adətən 

texnoloji  prosseslər  yerləşmiş  sahələrdə,  yanğın  söndürmə  xidmətləri  fəaliyyət 

göstərməlidirlər. 

     

stehsal ərazisinə, dəmir yol, avtomobil nəqliyyatı, həmçinin su-bərə 



nəqliyyatınin təhlükəsiz və asanlıqla daxil olması planlaşdırılmalıdır. 

    Qurğu  və  aparatların  istehsalı  zamanı  ətrafa  təhlükəli  və  zərərli  məhsulların 

qarışması 

ehtimalı 

olduqda, 

sabit 


ə

sən 


küləyin 

istiqaməti 

nəzərə 

alınmalıdır.Texnoloji  prosesin  layihələndirməsi  zamanı,  maşın  və  qurğularda 



zədələnmələrin qarsısının alınması üzrə, normativ texniki sənədlər sistemi əməyin 

mühafizəsi  və  texniki  təhlükəsizlik  vasitələrindən  istifadə  tələbləri  öz  əksini 

tapmalıdır.  Normativ-texniki  sənədlərdə  əməyin  mühafizəsi  üzrə  tələblər  baş 

vermə  ehtimalı  olan,  neqativ  hallardan  effektiv  mühafizəni  təmin  etməlidir.  Bu 

tələblər  əsasında,  layihədə  nöqsanların  aradan  qaldırılması  və  ya  onların 

lokallaşdırılması istehsal prosesində nəzərə alınmalıdır. Həmin nöqsanlara bina və 

tikintilərin  tikilməsində  yol  verilmişsə,  texnoloji  prosesin  xarakterindən  asılı 

olaraq, potensial təhlükənin yaranmasının qarşısı təhlükə dərəcəsindən asılı olaraq 

layihədə öz əksini tapmalıdır, o mənada ki, təhlükənin səviyyəsi, yayılma zonası, 

qəzanın  insana  psixoloji  təsiri,  layihə  və  əməyin  təhlükəsizliyi  normalarına 

uyğunlaşdırılmışdır. 

     Bütün təşkilatı tədbirlərin  texniki təhlükəsizliyin təmin edilməsi bölünürlər: 

-təşkilatı tədbirlərə (fəhlələrin keyfiyyətli öyrədilməsi); 

-texniki tədbirlərə (texniki təhlükəsizlik normalarına cavab verən texniki və kömək 

edici  alətlərin  yaradılması)  göstərdiyimiz  amillər    təhlükəsizliyin  normalarına 

cavab verməlidirlər. 



23.Maşın  və  mexanizmlərin  quraşdırılması  zamanı  təhlükəsizlik  necə  təmin 

edilməlidir? 

    Maşın  parkının  salınması  və  bu  zaman  avadanlıqların  quraşdırılması  lahiyə 

ə

sasında aparılmalıdır. 



-Burada  maşın  parkının  ərazisi  yaşayış  massivindən  kənarda,  əhaliyə  təhlükə 

yaratmayan məsafədə quraşdırılmaya

 

xüsusi diqqət verilməlidir. 



-Parkın  ərazisində  yanacaq  doldurma  məntəqəsi  təhlükəsizlik  ərazidə 

yerləşdirilməli, ildırım ötürən mexanizmlə təchiz edilməlidir. 

-Ərazidə  işçilər  üçün  təhlükəsiz  iş  şəraiti,  sanitar-qiqiyenik  normalara  rəyət 

edilməsi nəzərə alınmalıdır. 

-Maşın  və  mexanizmlərin  quraşdırıldığı  ərazidə  tullantıların  atılması  üçün, 

kanalizasiya xətti təmizləyici qurğulara birləşdirilməlidir. 

-Əraziyə layihə üzrə yol çəkilməsi, marşrut nəqliyyatı təyin edilməlidir. 


      ş  fəaliyyəti  zamanı  xəsarət  alma,  yanğın,  soyuqdəymə,  istivurma  halları 

olduqda tibb xidmətindən istifadə edilməsi asanlaşdırılmalıdır. 

-Maşın və mexanizmlərin özlərində baş verən qəza zamanı səbəblərin araşdırılması 

daxili  komissiya  və  həmkarlar  təşkilatı  tərəfindən  aktlaşdırılmalı  və  qeydə 

alınmalıdır.Tərtib edilən akt müəssisə rəhbərliyinə və ya tələb edilən dövlət hüquq-

nəzarət orqanlarına qərar qəbul etmək üçün təqdim edilməlidir. 

-Texniki  təhlükəsizlik  qaydalarının  bütün  quraşdırma  işlərinə  aid  edildiyindən 

kompressor  stansiyalarının  quraşdırılması,  bütün  texnoloji  prossesinin  texniki 

təhlükəsizlik tədbirləri kimi rəyət olunmalıdır.  

-Bütün texniki təhlekəsizlik təlimatları və qaydaları ümumi qəbul edilmiş tələblər 

ə

sasında,  hər  maşın,  güzgü,  dəzgah  üzrə  tərtib  edildiyindən,  yeni  texnoloji 



quraşdırma işlərində tətbiq edilməsi məcburidir. 

-Texnoloji təhlükəsizlik qayda və normalarına cavab verməyən layihə və sxemlər 

təhlükəsizlik kartları tərtib edildikdən sonra yaradılmalıdır. 

24.Sənaye  və  məişət  obyektlərində  avtomatik  tənzimlənmə,  bloklanma  və 

siqnalizasiya sistemlərinin hansı rolu mövcuddur? 

    Əsrimiz  avtomatlaşdırma  dövrü  olduğundan  bütün  sənaye  və  məişət  obyektləri 

layihələndirilən  texnoloji  proseslərin  avtomatik  tənzimlənməsi,  dispetçer  xidməti 

ilə  idarə  edilməsi,  bloklanma  və  xəbərdarlıq  (siqnalizasiya)  sistemləri  nəzərə 

alınmalıdır.  Avtomatiq  idarəetmə  və  ya  dispetçer  xidməti  ilə  texnoloji  prosesin 

idarə edilməsi, əmək məhsuldarlığının artmasına, işçilərə psixoloji, zərərli, zəhərli  

və  təhlükəli  təsirlərin  əmələ  gəlmə  ehtimalı  aradan  qaldırılır.    Belə  hallarda 

mütəxəssislər zərərli və təhlükə kəsb edən  məhsullarla təmasda az olurlar. Zərərli 

və  təhlükəli  məhsulların  qəza  dövründə  ətrafa  yayılması,  xəbardarlıq  sistemi 

vasitəsilə qısa  müddətdə  çatdırılarsa, təhlükənin təsiri  və  təlafatın azalması  təmin 

edilə bilər. Qəza və yanğın zamanı bloklaşdırılmış texnoloji proses qısa müddətdə  

dayandırılaraq,  onların  yayılmasınin  bu    texnoloji  sistemdən  əsaslı  olaraq  aradan 

qaldırılır.  Təhlükəsizliyin  təmin  edilməsində,  texniki  təhlükəsizlik  təlimatlarının, 

reqlamentlərin  və  normativlərin  tərtib  edilməsi,  təlimat  və  normativlərin 

öyrədilməsi, sonra isə işçilərin işə cəlb edilməsi texniki təhlükəsizliyi təmin edib, 

qəza  və  bədbəxt  hadisələrinin  baş  verməsinin  qarşısını  vaxtında  almağa  şərait 

yaradır.  Müəssisədə  peşə  hazırlığı  kurslarının  açılması,  peşəkarlığın  artmasına, 

məhsulun keyfiyyətinin yüksəlməsinə və məhsuldarlığın normaya uyğun olmasına, 

bilavasitə  təsir  edən  təhlükəsizlik  amilləridir.  Texnoloji    sistemin  dayandırılması 

mümkün  olmadıqda,  texnoloji  qruplaşmış  qurğularda  elektrik  bloklaşması, 

həmçinin  avtomatik  idarə  etmə,  yaxud  dispetçer  xidməti  vasitəsilə  texniki 

təhlükəsizliyin tələblərinə əsasən, bu prosesin davam etdirilməsi texnoloji tələblərə 

uyğun  olaraq,  müəyyən  edilmiş  rejimlərə  əsasən  proses  davam  etdirilir  və  ya 



texnoloji  tələblərə  müvafiq  olaraq,  texnoloji  rejim  qəza  təlimatı  ilə  dayandırılır. 

Məntiq  olaraq,  texnoloji  prosesə  qoşulmuş  avadanlıqların  biri  sıradan  çıxarsa 

blokun  ümumi  iş  rejiminin  pozulması  müvafiq  olaraq  təhlükəsiz  idarə  etmə 

sxeminə  eyni  zamanda,  bütün  maşın  və  mexanizmlərin  normal  iş  fəaliyyətinə 

mənfi  təsir  etmə  xüsusiyyətinə  malikdir.  Bəzi  qurğular  xətti-texnoloji  sxemlə 

işlədiyi  vaxt,  texnoloji  nasazlıq  baş  vermiş  qurğu  ayrıca  blok  edilərək  texnoloji 

sxemdən  ayrılır,  nasazlıq  yüksək  dəqiqliyi  olan  aparatlarla  yoxlanılır,  texnoloji 

nasazlıq aradan qaldırılılaraq, texnoloji axım bərpa edilir. 



25.Torpaq və qaynaq işlərində yarana bilən təhlükələrin qarşısı necə alınır? 

Torpaq  işləri  çox  az  miqdarda  əzələ  zəhmətinə  əsaslanır,  əsasən  torpaq  işlərində 

maşın  və  mexanizmlərdən  daha  çox  istifadə  edilir.  Bu  zaman  buldozer,  qreyder, 

qaldırıcı kran və yüksək tonnajlı nəqliyyat vasitələrindən istifadə edilir. 

    Torpaq  və  melorasiya  işləri  zamanı  baş  verən  qəzalar  və  bədbəxt  hadisələr 

ə

sasən həmin texnikalardan səmərəli və təhlükəsiz istifadə edilməməsi zamanı baş 



verir. 

    Bədbəxt  hadisələrin  iş prosesində baş verməsini təmin  etmək  üçün hər texnika 

üzrə  texniki  təhlükəsizlik  təlimatları  hazırlanır,  işə  təzə  götürülən  və  ya  işə  cəlb 

edilənlər həmin təhlükəsizlik təlimatlarını öyrəndikdən və imtahan verdikdən sonra 

isə buraxılmalıdırlar. 

   Belə olduqda, fərdi təhlükəsizlik avadanlığı ilə təmin edildikdə qəza və bədbəxt 

hadisələrin  baş  vermə  ehtimalı  azalır  və  ya  qəza  heç  baş  vermir.  Maşın  və 

mexanizmlərdən  peşəkarlıqla  istifadə  edildikdə  maşın  və  mexanizmlər  uzun 

müddət  sıradan  çıxmır,  mexanizmlərə  gündəlik  nəzarət  olduğundan  aşılanma  baş 

vermir,  qəza  və  bədbəxt  hadisənin  baş  vermə  səbəbi  yaranmır.  Maşın  və 

mexanizmlər hər il texniki təhlükəsizlik baxışlarına cəlb edilir, nasaz avadanlıqdan 

istifadə aradan qaldırılır. 

    Qaynaq  işləri  icra  edilərkən  bədbaxt  hadisələr,  elektrik  təhlükəsi  ilə  əlaqədar 

olaraq, onunda qarşısı təhlükəsizlik cihazlarından səmərəli  istifadə etməklə yoxa 

endirilir.  Qaynaq  işləri  görülərkən,  qaynaqçının  istifadə  etdiyi  fərdi  texniki 

mühafizə vasitələri aşağıdakılardır: 

-eynəkli  şit,  dielektrik  əlcəkləri,  yanmayan  materialdan  xüsusi  geyim  vasitəsi, 

dielektrik  qaloş  və  ya  uzun  boğaz  çəkmə,  bəzi  hallarda  dielektrik  dəsmal(azbest 

tərkibli); 

-gözün mühafizə üçün işıq keçirməyən gözlük və ya eynəkli şit istifadə edilir.  



26.Radiasiya qəzalarının əsas təsiredici amilləri. 

Yayılma ərazisinə görə radiasiya qəzaları 3 tipə bölünürlər: 

-lokal tipli qəzalar  - bu qəzalar bir kiçik obyekt ərazisində baş verir, 

-yerli qəzalar-Atom elektrik stansiyalarının ərazisindən kənara çıxmayan;  



-umumi  qəzalar-Atom  elektrostansiyalarının  ərazisindən  kənara  çıxmaqla  təsir 

göstərir. 

     Əsas zədələyici amillər: 

-xaricdən şualanma təsiri (γ, rentgen,β və n

0

-neytronlar seli); 



-daxildən orqanizmə daxil olan radio nuklidlərin təsirindən baş verən şualanma  

( alfa və betta şuaları); 

-qarışıq  radiasiya  təsiri-həm  daxili  və  həmdə  xarici  mənbələrdən  təsir  edən 

ş

ualanmalar; 



-kombinəedilmiş  təsirlər  –  bura  radiasiya,  həm  də  qeyri  radioaktiv  amillərin 

(mexaniki, kimyəvi və termiki) təsirləri aiddir. 

    Qəzadan  sonra  baş  verən  radioktiv  zəhərlənmə  izinin  əsas  təhlükə  mənbəyi 

xarici şualanmadır. 



27.Orqanizmdə radioaktiv maddələrin paylanmasının xüsusiyyətləri. 

    Orqanizmdə radioaktiv maddələr yayılarkən, əsasən bəzi üzvülərdə toplanırlar: 

-sümükdə toplananlar (kalsium,stropsium, radium, platinium), 

-qara ciyərdə toplananlar (seriy,lantan,plutoniy), 

-bütün  orqanlarda  mütənasib paylanan  maddələr  ( tritium,  karbon, təsirsiz  qazlar, 

seziy), 


-yodun radioaktiv izotopu əsasən qalxanvari vəzdə toplanaraq (30%-ə qədər), onun 

fəaliyyətini  100-200  dəfə  artırır.  onlaşdırıcı  şualanmanın  əsas  parametrlərindən 

biri, udulan ekvivalent dozadır (yəni udulan doza, miqdarca xarakterizə edən ölçü 

vahidi).   

Udulan  doza-şualanmış  maddənin  hər  bir  kütlə  vahidi  tərəfindən  udulan  enerji 

miqdarıdır. 

Ekvivalent  doza  –rad  və  qamma  şuaları  ilə  eyni  bioloji  effekt  yaradan,  digər 

ionlaşdırıcı şualanmadan udulan dozaya deyilir. 



28. nsan orqanizminə təsir edən, yol verilən radioaktiv dozanın miqdarı. 

nsan orqanizminə daim kosmik şualar, təbii radioaktiv maddələrin torpaqda və öz 

daxilində olan maddələrin təsirinə məruz qalır. 

Təbii  şualanma  mənbələrindən  gələn  şüa,  il  boyu  cəmi  100mber,  lakin  bəzi 

ə

razilərdə şüalanma dərəcəsi ildə cəmi 1000mber ola bilər. Bəzi insanların (peşəsi 



ilə  bağlı)  ionlaşma  şüalanması  ildə  5mber  ola  bilər.  Radiasiyadan  mühafizə 

beynəlxalq  komissiyası  bir  dəfəlik  doza  miqdarını-25ber  qəbul  etmişdi.  Genetik 

göstərici doza, əhali üçün bir ildə 7-55mber miqdarında ola bilər. 

Ümumi  xarici  şüalanma  miqdarı,  bir  nəfər  üçün  150-400rad  olarsa,  insan  şua 

xəstəliyinə  tutulur  (orta  və  yüngül  dərəcədə),  600rad-an  çox  şualanmada  tibbi 

müalicə qəbul etməsə, insan məhv ola bilər.  



Yüklə 256,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin