29.Radiasiya qəzaları baş verdikdə, insanların şualanmada mühafizə
tədbirləri.
nsanların şualanmadan mühafizə tədbirləri Radiasiya təhlükəsizliyi normaları
ə
sasında qeydə alınmışdır:
-qəza baş verərsə sua mənbəyini idarə etmək üçün bütün tədbirlər görülməlidir,
ş
ualanma dozası minimuma endirilməli, iqtisadi və sosial itkiləri azaltmaq üçün,
cəhd göstərilməlidir.
Radiasiya qəzaları baş verdikdə həmin ərazidə qəza radiasiya zonası elan edilir. Bu
ə
razidə radiasiya dərəcəsini aşağı endirmək üçün, bütün tədbirlər görülməlidir.
Ə
gər belə tədbirlər vaxtında görülməsə, təhlükəli ərazidə əhalini mühafizə
qurğularında yerləşdirmək və ya təhlükəsiz əraziyə köçürülməsi təşkil edilməlidir.
Qəzadan sonra uzun müddət keçərsə, bu zaman ətraf ərazilər uzun müddətli
radionuklidlərlə (uranın yarım parçalanma müddəti 4.6 ml, tam parçalanma
müddəti isə 9.2ml ildir) zəhərlənməsi baş verir. Belə şəraitdə xüsusi mühafizə
tədbirləri görülməlidir, bu isə konkret olaraq sosial - iqtisadi qurumdan asılıdır
(radiasiya qəza mənbəyinin 4-6m qalınlıqda betonla örtmək, üzərinə quğuşun
konstruksiyaları, həmçinin sudan mühafizə xətləri quraşdırılmalıdır).
30.Zəhərlənmiş ərazilər təhlükə dərəcəsinə görə neçə zonaya bölünürlər?
Zəhərlənmiş ərazilər beş zonaya bölünürlər:
-M-zonası, radiasiya təhlükəsi 14mrad/saat;
-A zonası-mülayim zəhərlənmə ərazisi 140mrad/saat;
-B zonası-güclü zəhərlənmə ərazisi 1,4rad/saat;
-V zonası-təhlükəli zəhərlənmə ərazisi 4,2rad/saat;
-Q zonası-çox təhlükəli zəhərlənmə ərazisi 14rad/saat olurlar.
Radioaktiv zəhərlənmə ərazilərinin qeydiyyatı, bu ərazidə işlərin düzgün
planlaşdırılması üçün vacibdir (MM sistemi və fəhlələr üçün).
Bunu nəzərə alaraq, AES-in ətrafında aşağıdakı təhlükəsiz zonalar müəyyən
edilmişdir:
-sanitar mühafizə zonası 3km radiusda,
-mümkün təhlükəli zəhərlənmə zonası 30km radiusda.
Bu ərazilərdə optimallaşdırma prinsipinə riayət etmək lazımdır. Bunun üçün:
-şualanma dozası 2 sutka ərzində çox yüksək olarsa, bu zaman təcili mühafizə
tədbirləri görülməlidir,
-əgər şualanma xroniki şəkil alıbsa, bu zaman il boyu müayinələr və müalicə
tədbirləri daim icra olunmalıdır;
-radiasiya qəzalarının qarşısını almaq məqsədilə, sanitar-epidemioloji nəzarət
orqanları, udulan dozanın dərəcəsini və gücünü təyin edirlər.
Bunların əsasında, obyektlərin yerləşdirilməsi şəraiti nəzərə alınaraq, mühafizə
tədbirləri planlaşdırılır.
31.Kimyə vi tə hlükə li obyektlə r hansılardır, onları xarakterizə edin.
Kimyəvi təhlükəli təhlükəli məhsullar istehsal və ya istifadə edən (anbarlarda
saxlanılan) obyektlər nəzərdə tutulur. Müasir dövrdə iqtisad obyektlərində geniş
istifadə edilən kimyəvi birləşmələrin əksəriyyəti insanlara təhlükə kəsb edirlər.
Sənayedə, məişətdə və kənd təsərrüfatında istifadə edilən on millon kimyəvi
birləşmələr 500-dən çoxu yüksək toksikoloji olub insan orqanizminə təhlükə
yarada bilərlər.
Kimyəvi təhlükəli obyektlərə aiddir:
-kimya və neft istehsalı;
-ammonyak tərkibli soyuducuları olan anbarlar, soyuducu kombinatlar;
-qida,ərzaq, ət və süd məhsulları sənayesi obyektləri;
-su təmizləyici qurğular (dezinfeksiya üçün xlordan istifadə edilir);
-orada çoxlu həcmdə güclü təsir edici kimyəvi zəhərləyici maddələr daşınır və
saxlanılan anbarlar yerləşən dəmir yol stansiyaları;
-kənd təsərrüfatı anbarları və bazaları (zəhərli maddələrin saxlanması). Həmin
maddələrdən dezinfeksiya, dezinseksiya və deratizasiya məqsədi üçün istifadə
edilir. Qəza-kimyəvi təhlükəli maddələrin ətraf mühitə yayılmasına səbəb, onların
daşınması, saxlanılması və ya doldurulması zaman baş verən qəzalar, təbii və
texnogen xarakterli neqativ hallardır.
Qəzaların istehsalatda baş verməsinə səbəb texniki təhlükəsizlik qaydalarına riayət
edilməməsi, dəzgah və avadanlığın sıradan çıxması, daşıyıcı borularda
hermetikliyin pozulması və çənlərdə saxlama həddinin aşması ola bilər. Bu
səbəbdən dünyada hər gün 20 kimyəvi təhlükə qəza baş verir ki, onların neqativ
təsirindən insanlar əziyyət çəkir.
32.Kimyə vi tə hlükə li zona və ə razilə ri xarakterizə edin.
Kimyəvi təhlükəli obyektlərdə baş verən qəza nəticəsində kimyəvi təhlükəli
ə
razilər və zonalar yaranır. Kimyəvi təhlükəli obyektlər dərəcəsinə görə belə təsnif
olunurlar:
1-ci dərəcəli (zəhərli əraziyə 7500 nəfərdən cox insan düşərsə),
2 –ci dərəcəli (ərazisində 4000-7500 nəfər insan düşərsə),
3-ci dərəcəli (ərazisində 4000 nəfərdən az insan düşərsə),
4-ci dərəcəli (zəhərlənmə obyektdən kənara çıxmır).
Qəza təhlükəli kimyəvi obyektlərdə qəzanın təsiri, maddələrin toksikoloji və
təhlükə səviyyəsi ilə ölçülür.Bu səbəbdən maddələr 4 sinifə bölünürlər :
1.Fövqəladə təhlükəli maddələr, zəhərli qatılığı 50qr/m
3
olub, ərazidə canlıların
50%-ini, məhv edir;
2.Yüksək təhlükəli maddələr, zəhərli qatılığı 5qr/m
3
-ə qədər olduqda, ərazidə
canlıları 50%-dən az məhv edir;
3.Tədrici maddələr, zəhərli qatılığı 0,5-5qr/m
3
-ə qədər olan, tələfatın dərəcəsi çox
azdır 10-5%.
4.Az təhlükəli maddələr, zəhərli qatılığı 0,5qr/m
3
-dən az olan, tələfatın dərəcəsi
hiss olunmur.
Bundan başqa güclü təhlükəli kimyəvi maddələr, təsir müddətinə görə də təsnif
olunur:
-tez təsir edən maddələr;
-gec təsir edən maddələr.
Güclü təhlükəli kimyəvi maddələrin təsiri tez baş vermə və ya gizli təsir
müddətindən asılı olaraq, ləng təsir edə bilərlər. Bəzi maddələrin gizli təsir
müddəti 4-8 saat davam edə bilər.
Maddələr davamlı və davamsız tərkibə malikdirlər.
33.Kimyəvi təhlükəli ərazilər, onları xarakterizə edin.
Ə
razidə kimyəvi maddələrin təsirindən kütləvi zəhərlənmə baş vermə ehtimalı
mövcuddursa, təhlükəli ərazi deyilir. Kimyəvi təhlükəli ərazidə, kimyəvi təhlükəli
maddələr: maye-damcı, buxara bənzər, aerozol və qaz halında ola bilərlər. Buxar
və qaz halında olan maddələr atmosferə atıldığı zaman birinci zəhərlənmə yeri və
ikinci zəhərlənmə yeri yaranır (küləyin istiqamətindən və sürətindən asılı olaraq).
Bu ərazidə buxar şəklində olan maddələr müəyyən vaxt ərzində torpağa çökürlər,
qaz aqreqat halında olan maddələr isə küləyin təsiri ilə havaya sovrularaq az
təhlükəli olurlar.Ərazinin zəhərlənmə dərəcəsi çoxlu amillərdən asılıdır:
-onların atmosferə düşməsi üsulundan (dağılma, partlayış, yanğın),
-maddələrin aqreqat halından ( maye, damcı, qaz),
-maddələrin torpaqdan buxarlanması sürətindən.
Hər bir halda zəhərli maddələr ətrafa yayılaraq iki əsas zona yaradır:
-kimyəvi zəhərləyici maddələrin bilavasitə düşdüyü zona;
-torpaqdan buxarlnma nəticəsində ərazinin üstündə duman halında olaraq yayılan
zona.
Belə olduqda ən təhlükəli zona kimyəvi zəhərləyici maddənin bilavasitə düşdüyü
zona sayılır. Bütün bu xarakterli təsirləri qəza xilasetmə işlərinin təşkilində və
icrasında nəzərə almaq lazımdır.
34.Kimyəvi zəhərləyici maddələrin yaratdığı zəhərlənmə zonalarının
aşkarlanmasında kimyəvi kəşfiyyatın rolu?
Kimyəvi zəhərlənmə zonalarının aşkarlanması və maddələrin qatılığının təyin
edilməsində, kimyəvi kəşfiyyatın rolu aşağıdakılardan ibarətdir.
-ərazidə kimyəvi təhlükəli maddənin olması və onun qabiliyyətinin təyin
edilməsilə zonanın sərhədlərinin nişanlanması və zəhərləyici maddənin dinamik
dəyişməsinin tədqiq edilməsi.
-qəza xilasetmə işlərinin başlanması və icrası üçün tələb edilən məlumatların əldə
edilməsi əsasında əhalinin və xilas etmə işlərinə cəlb edilən qüvvələrin
təhlükəsizliyinin təmin edilməsi;
-mütəmadi müşahidə aparmaqla kimyəvi vəziyyətin zəhərlənmə zonasında
dəyişməsi və vəziyyətin kəskin dəyişməsinə nəzarət olunması sayəsində əhalinin
xəbərdar edilməsi;
-kimyəvi kəşfiyyat qəza baş vermiş obyektdə və təhlükəli zəhərlənmə zonalarında
ə
sasən baxışla və qatılığa nəzarət cihazları vasitəsilə aparılır. Bu vaxt küləyin
istiqamətinin və sürətinin dəyişməsinə xüsusi diqqət yetirilir.Qəzaya məruz qalmış,
zəhərlənmə ehtimalı olan adamların obyektdə və zəhərlənmə zonalarında axtarışı
baxışla və müxtəlif üsullarla aparılır (akustik, soyuq havada temperatur dəyişməsi
və kinoloji).
Kimyəvi kəşfiyyat aparan qrup şəraitdən asılı olaraq fərdi mühafizə
vasitələrindən ələlxusus təcrid edici vasitələrdən istifadə etməlidirlər. vasitəçilərin
ehtiyatı ilə zərər çəkmişlərə yardım edirlər. Şəraitdən asılı olaraq ərazidən
adamların evakuasiya (çıxarılması) edilməsi, kəşfiyyatın məlumatı əsasında yerinə
yetirilməlidir.
35.Qəza xilasetmə işlərinin təşkilinə ümumi tələblər?
Qəza xilasetmə işlərinin təşkili qəza baş vermiş obyektin təlimatına və dövlət
standartına uyğun olaraq təşkil edilməlidir.
Təlimat və standartlara aiddir:
-obyektdə və zonalarda qəza-xilasetmə işləri təcili başlanmalıdır, onun üçün qəbul
edilmiş qərar təcili və düzgün yerinə yetirilməlidir, xilasetmə işlərinə fərdi
mühafizə vasitələri ehtiyatı yaradılmaqla başlanmalıdır.
-qəza xilasetmə işləri hava şəraitindən, günün vaxtından asılı olaraq mütamadi-
fasiləsiz aparılmalıdır.
-qəza-xilasetmə işləri kimyəvi kəşfiyyatın məlumatları əsasında təşkil edilməlidir;
- qəza-xilasetmə işlərinə, obyektin yüksək hazırlıqlı mülki müdafiə dəstələri və
Fövqalədə Hallar Nazirliyinin xilasediciləri təcili cəlb edilməlidir.
-xilasedilmiş insanlara ilk tibbi yardım, obyektin tibb xidməti və Fövqalədə Hallar
Nazirliyinin tibbi xidmət mərkəzi cəlb edilməklə, zərərçəkmişlərin tibb
müəssislərinə daşınması və yerləşdirilməsi təmin edilməlidir.
-obyekt dəstələrinin və xüsusi xilasedici dəstələrin köməyi ilə qəza
lokallaşdırılmalıdır,
qəza aradan qaldırılmalı, qəzanı törədən amillər aşkarlanıb
ləğv edilməlidirlər.
-obyektdə qəza bərpa işlərinin aparılmasına maksimum şərait yaradılmalıdır.
-Obyektdə əsaslı təmir və bərpa işlərinə, obyektin fəhlə və qulluqçuları cəlb
edilməlidir.
36.Yanğın təhlükəsizliyi sistemi.
Yanğın - maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə
zərər yetirən nəzarətsiz yanmadır. Yanğından mühafizə - yanğınların qarşısının
alınmasının və söndürülməsinin təşkili, bununla əlaqədar ümdə qəza-xilasetmə
işlərinin aparılması üçün yaradılmış idarəetmə orqanlarının, qüvvələrin və
vəsaitlərin məcmusudur. Yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma
standartların və qaydaların tələblərinin pozulmasının qarşısının alınmasına
yönəldilən dövlət nəzarəti fəaliyyətinin xüsusi növüdür. Yanğın təhlükəsizliyi —
təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir
kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, binaların, qurğuların,
ə
razi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin təhlükəsiz
fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının aradan qaldırılması,
onların qısa müddətdə aşkarlanıb, ləğv olunması, insanların həyat və sağlamlığının
mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin insanlara və ətraf
mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğın zamanı məhv
olmaqdan qorunmaq başa düşülür. Yanğın təhlükəsizliyi tələbləri — yanğın
təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi tələblər olub. Qanuna
ə
sasən təhlükəsizliyi təmin etmək, hər bir işci yanğın təhlükəsizliyi haqqında
məcburi bilik əldə etməlidir.
37.Yanğ ının söndürülmə üsulları.
Yanğının qarşısını almaq və söndürmək üçün aşağıdakı mərhələlər yerinə
yetirilməlidir:
-yanğın yerinə oksiqenin və yandırıcı maddələrin daxil olmasının qarşısının
alnması,
-yanan ərazidə temperaturunun aşağı salınması,
-yanıdırıcı maddələrin yanmayan maddələrlə qarışdırılması, qoruyucu və ya
minerallaşdırılmış zolaq və xəndəklərin düzəldilməsi
-yanğının dayandırılması, məhdudlaşdırılması, kimyəvi reasiyanın zəiflənməsi,
-yanğının kənarının budaqlarla döyəclənməsi və ya üzərinə torpaq atılması,
Yanğın söndürən maddələr vasitəsilə:
-kimyəvi və hava-mexaniki köpük;
-təsirsiz və yanmayan maddələr;
-quru yanğın söndürən maddələr;
-yanğının su və ya odsöndürən kimyəvi maddə ilə söndürülməsi, onun odla
qarşılaşması və.s.
Su alışan maddələrin temperaturunu aşağı salır, onları soyudur, ayrılan buxar,
oksiqenin daxil olmasının qarşısını azaldır, neft məhsullarının və bərk maddələrin
yanmasının qarşısının alınmasında da istifadə edilir. Bunun tərkibinə səthi aktiv
maddələr əlavə edilir, bu da sönmə prosesini daha da effektliyin yüksəldir. Bəzi
bərk maddələrin su ilə söndürülməsi mümkün deyil, çünki bu maddələr su ilə
kontaktda olduqda yanıcı qazlar ayrıılır ki, belə halda alov daha da şiddətlənir.
38. lkin yanğ ın söndürmə cihazları.
Hər bir obyekt, bina, qurğu ilkin yanğınsöndürmə cihazları ilə təmin
edilməlidir. Bu cihazlar vasitəsi ilə yanğının lokallaşdırılması, söndürülməsi
asanlıqla icra olunur. Təhlükəsizlik tədbirlərinin əhəmiyyəti Azərbaycan
Respublikasının “Yanğın-dan mühafizə” qanununda öz əksini tapmışdır. Buna
ə
sasən ilkin yanğınsöndürmə cihazlarına aşağıdakılar aid edilir: yanğınsöndürmə
balonları, yanğın söndürmə lövhələri, yanğınsöndürmə boruları, yerüstü və yeraltı
hidrantlar, köpük generatorları, avtomatik yanğınsöndürmə sistemləri, yanğın
aksessuarları.
•
Toz şəkilli maddələr olan yanğın söndürücülərin tərkibində natrium
bikarbonat vardır. O, havada olan oksigenin yanan maddəyə qarışmasına mane olur.
Ondan istənilən halda istifadə edilə bilər. Amma yadda saxlamaq lazımdır ki, yerə
səpilmiş tozları səliqəli təmizləmək lazımdır. Bu tip yanğın söndürücülər həm
effektivliyinə, həm qiymətinə, həmdə nəqliyyatla daşınmasına görə sərfəlidir.
Amma nəzərə almaq lazımdır ki, bu cür yanğın söndürücülərdən qapalı yerlərdə
istifadə etdikdə tənəffüs üzvülərinə zərər vurmaq olar. Onun tərkibindəki kimyəvi
maddələr hava ilə təmasa girdikdə karbonat anhidridi əmələ gəlir ki, bu da yanan
maddənin üzərini pərdə kimi örtür. Bundan başqa köpüyün maye hissəsi buxarlanır
və istiliyi udaraq yanacağı soyudur. Onlardan maşınların və texnikanın olduğu
yerdə istifadə etmək olmaz.
•
Karbonatlı yanğın söndürücülərin tərkibində karbon anhidridi var. O, istənilən
yanğın hadisəsi üçün idealdır və heç bir texnikanı və materialı korlamır. Karbon
anhidridi elektrik keçiriciliyinə təsir etmədiyi üçün ondan elektrik cihazlarında,
yüksək gərginlikli elektrik xətlərində olan yanğınlarda istifadə etmək olar. Balonda
olan sıxılmış qazın istifadəsi zamanı güclü soyudulma effekti yaradır, hissəvi olaraq
quru buza çevrilməklə istiliyin çox hissəsini özünə çəkir.
•
Yanğın söndürücülərin daha bir növü universal vasitə olub yanan mayelərdə, düz
olmayan səthlərdə (avtomobil mühərriki, mətbəə, yüksək gərginlikli elektrik
cihazları, bahalı və mürəkkəb texnikalar, təyyarələr) yaranan yanğınlarda istifadə
edilir. Bu yanğın söndürücülər toksiki olduğu üçün havalanmayan mühitlərdə
istifadə edilməməlidir. Bu tip yanğın söndürücülər digər tiplərə nisbətən bahalı
olduğu üçün az istifadə edilir.
•
Sulu yanğ ın söndürücülə rin tərkibində olan su güclü təzyiqlə odun üzərinə
vurulur və bir dəfə açılaraq, axıradək istifadə olunur.
39.Partlayış proseslə ri və onların baş vermə sə bə blə ri.
PARTLAYIŞ – qısa zaman kəsiyində müəyyən məhdud bir ərazidə böyük həcimdə
enerjinin ayrılması ilə müşayiət olunan yanğındır. Partlayış səs sürətindən də yüksək
sürət ilə partlayış zərbə dalğasının (5 kPa-dan artıq təzyiq ilə) yaranmasına və
yayılmasına səbəb olur ki, bu da ətrafdakı əşyalara mexaniki təsir göstərir.
Partlayışın əsas zərbə endirici amilləri hava zərbə dalğası və müxtəlif əşyaların,
texnoloji cihazların və partlayıcı qurğuların sınması ilə, onların hissələrinin uçması
ilə yaranan qəlpə sahəsidir. Partlayış fiziki-kimyəvi hadisədir. Partlayışın enerji
məmbəyi əsasən ekzotermik reaksiyakar (kimyıvi partlayışlar) və nüvə
reaksiyalarıdır (nüvə partlayışı). Partlayışlar yüksık təzyiq altında olan qaz
balonlarında, qaynadıqda genişlənən mayelərdə, iki partlayıcı maddənin
qarışığından, kinetik partlayışlar (metioritlərin düşməsindən), nüvə silahlarının
tədbiqi nəticəsində yarana bilər. Partlayışların yaranma səbəbləri texnoloji
proseslərdə baş verən nasazlıqlar, texniki təhlükəsizlik qaydalarının pozulması,
partlayıcı maddələrin düzqün qayda üzrə saxlanmaması, yanıcı maddələrin elektrik
naqillərinə düşməsindən, qısa qapanmalar, qaz balonları ilə qayda üzrə
davranmadıqda və. s ola bilər.
40.Yanğın təhlükəli obyektlər və elektrik cihazları.
nsan fəaliyyətinin başlıca məqsədi enerji almaq, toplamaq və ondan istifadə
etməkdir. Lakin bu zaman təhlükəli hadisələr baş verə bilər ki, bu da partlayışlara,
yanğınlara və mexaniki təsirlərə gətirə bilər. Yanğın-partlayış təhlükəli obyektlər:
Yanğın nəzarətdən çıxan, çoxsaylı insan təlafatına və ya zədələnməsinə gətirib
çıxaran, həmçinin ekoloji, maddi və digər zərərlər verən bir hadisədir.
Yanğınpartlayış təhlükəli obyektlər isə tez alışa bilən və yanğın-partlayış təhlükəsi
olan maddələri istehsal, istifadə, emal edərək, saxlayaraq və ya nəql edərək
texnogen xarakterli fövqəladə vəziyyətlərin baş vermə təhlükəsini yaradan
sahələrdir. Belə obyektlər kateqoriyalara bölünürlər:
A kateqoriyalı (partlayış-yanğın təhlükıli obyektlər)- neft-kimya sənayesi, kimya
sənayesi, neft ambarları, boru xətləri,
B kateqoriyalı (partlayış-yanğın təhlükıli obyektlər)- daş kömür sənayesi, ağac
kəpəyi emalı obyektlər,
V kateqoriyalı (yanğın təhlükıli obyektlər)- meşə və ağac emalı obyektlər, ağac
qablaşdırmaları hazırlanan obyektlər, 0,07Mpa-dan (meqapaskal) yüksək gərginlikli
cihazlar və qurğular olan sənaye obyektləri, qaynar 11500
0
C-lı su və mayelər
istifadə olunan obyektlər və s.,
Q kateqoriyalı (yanğın təhlükıli obyektlər)-yanacağın yandırılması, doldurulması
və toplanması ilə bağlı sənaye obyektləri, ərintilər və qaynar mayelər istifadə olunan
obyektlər (metalurgiya sənayesi, istilikxanalar), qığılcım və alovun ayrılması ilə
müşahidə olunan metal emalı sənayesivə s.,
D kateqoriyalı (yanğın təhlükəsi olmayan obyektlər)- alışmayan və yanmayan,
soyuq və təhlükəsiz maddələrlə işləyən obyektlər və s.,
41.Hə yat fə aliyyə tinin tə hlükə sizliyini tə min edə n ümumi xə rclə r haqqında
anlayış .
Bu gün ki, həyatımızda urbanizasiyanın artması, ümumi ekoloji vəziyyətin
dəyişməsi, ekoloji şəraitin, fövqəladə hadisələrin böhran səviyyəsinə çatması və
iqtisadi qiymətləndirmə prosesi aktual problemə çevrilmişdir. Cəmiyyətin maddi
xərcləri, bütün əhatə edən mühitdə risk anlayışının artması ilə əlaqədardır.
Təhlükəsiz əmək və məişət fəaliyyətinin təşkil edilməsi, xəstəliklərin profilaktikası,
insanların fəal əmək dövrünün artmasına, əmək ehtiyatının qorunması və sosiyal
sığorta xərclərinin azalmasına gətirir çıxarır. Əməyin mühafizəsi, respublika
budcesinde ayrica qeydə alınması əsasinda toplanaraq muəssələrin gəliri və əməyin
mühafizəsi fondları hesabına ödənilir. Bu dövlət xərcləri HFT-nə yönəldilir, ona
görə də müəssələrdə fəhlələrin bu xərclərə heç bir aidiyatı yoxdur.
stehsalatda və məişətdə əmələ gələn xəstəliklər, zədələnmələr zəhmətkeşlərin
müvəqqəti iş qabiliyyətlərinin itməsinə və bəzən əlilliyə məruz olaraq, cəmiyyətin
böyük miqdarda iqtisadi itgisinə səbəb olur.
Bu iqtisadi itkilər aşağıdakı amillərdən ibarətdirlər:
- nsan-gün əmək itgisi və müvafiq olaraq xidmət və yaxud istehsalatda əmək sərf
etmədən əmək haqqının ödənişi;
-Əlilliyə və yaxud müvəqqət əmək qabiliyyətinin itməsinə müvafiq vəsaitin ödəniş
xərcləri;
-Stasionar və ya ambulator müalicə-profilaktik yarım xərcləri nəzərdə tutulur.
Dostları ilə paylaş: |