“Həyat Fəaliyyətinin Təhlük



Yüklə 256,97 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix21.04.2017
ölçüsü256,97 Kb.
#15054
1   2   3   4

42.Əməyin mühafizəsinə ayrılan xərclər. 

Müasir  texnologiyaların  ən  yüksək  tələbi,  əməyin  keyfiyyətinin  artırılmasına 

yönəldilən  tələblərdir.  Texnoloji  proseslərin  mürəkkəbliyi,  iş  prosesi  dövründə 

səhvlərin artmasına səbəb olur. Bəzən insan səhhətində baş verən kiçik nasazlıqlar iş 

prosessində müxtəlif səhvlərə gətirir ki, bu da iqtisadi və sosiyal itkilərlə nəticələnir. 

Dəzgahların  qiymətlərinin  artması,  peşəkarlığın  yüksəlməsi,  iş  vaxtının  qiymətlən-

dirilməsi  ümumi  itkilərin  həcmcə  artmasına  səbəb  olur.  Bu  halda,  xəstəliklərin 

artması, ətraf mühitin çirklənməsi nəticəsində iş fəaliyyətinin qısalması, birbaşa və 

ya  dolayı  yolla  itkilərin  yüksəlməsinə  səbəb  olur.  qtisadi  itkilərin  əsas  səbəbi, 

insanların  xəstəlikləri,  işdə  və  məişətdə  aldıqları  xəsarətlər,  müvəqqəti  iş 

qabiliyyətinin itirilməsi və əlillikdir. 

        qtisadi  itkilər  bir  sıra  amillər  cəmindən  yarana  bilər  ki,  bu  isə  iş  gününün 

itirilməsi, təbii ki, istehsal edilməyən məhsulun qiymətinə təsiri; 

-əlilliyə,  təqaüdə,  müvəqqəti  iş  qabiliyyətinin  itirilməsinə  yönəldilmiş  ödənişlər;                                                               

-ambulator, müalicə-profilaktik yardım və xəstəxana şəraitində müalicə xərcləridir. 

43.Fövqəladə halların nəticələrinə çəkilən xərclər. 

Ekoloji  şəraitin  pozulması,  qəza  nəticəsində  insanların  tələfatı,  sənaye  obyektlə-

rinin  dağılması,  gözlənilməz  hadisələr,  ölkəyə  böyük  miqdarda  maddi  və  iqtisadi 

ziyan  verir.  Hər  il  respublikamızın  ərazisidə  müxtəlif  texnogen,  məişət  və  təbii 



xarakterli  fövgəladə  hadisələr  baş  verir.Hər  bir  FH-in  dəqiq  statistik  göstəricisi, 

ümumi  və  ya  tibbi-taktiki  xassəyə  görə  araşdırılır.  Fövqəladə  hadisələrin  əmələ 

gətirdiyi vəziyyətin qiymətləndirilməsi qəzaların nəticələrinin aradan qaldırılmasına, 

dağılmış  yaşayış  binalarının  bərpasına,  sənaye  və  kənd  təsərüfatı  obyektlərinin 

yenilən quraşdırılmasına və sosiyal-iqtisadi tələbata ayrılan vəsaitlə qiymətləndirilir. 

Yuxarıda  deyilənləri  analiz  edərkən  bu  nəticəyə  qəlmək  olur  ki,  iqtisadi  ziyanın 

həcmi, fövqəladə hadisələrin yaratdığı  dağıntılar, tələf olanların və xəsarət alanların 

sayı, dağıntıların bərpasına ayrılan vəsaitlərin cəmi ilə təyin edilir. 

nsanların  məişət  və  əmək  şəraitinin  təhlükəsizliyini  təmin  etmək,  xəstəliklərin 

profilaktikası,  onların  əmək  aktivliyi  müddətinin  uzadılmasına,  həmçinin  əmək 

ehtiyyatlarının sabit saxlanılmasına və sosial sığorta xərclərinin azaldılmasına zamin 

yaradır.  Əməyin  mühafizəsinin  maliyyələşməsi,  respublika  büdcəsində  öz  əksini 

taparaq,  müəsisənin  gəliri,  həmçinin  əməyin  mühafizəsinə  ayrılmış  fond  hesabına 

icra olunur. 



44.Ekoloji təhlükəsizliyin təmin edilməsinə çəkilən xərclər. 

Atmosferin  çirklənməsindən  yaranan  ekoloji  ziyan:  normativin  tələblərinə  uyğun, 

qarşısı alınmaz hadisələrə çəkilən xərclər; normativdən kənar itqilərə, yəni əməyin 

səmərəliliyinə  və  başqa  milli  sərvətimizə  dəyən  ziyanların  qiymətləndirilməsinə, 

onlara  ayrılan  xərclərin    kompensasiyası,  ekoloji  tarazlığın  bərpasına  çəkilən 

xərclər;  iqtisadi,  sosial  və  istehsal  sisteminin  tarazlığına  ayrılan  xərclərin  cəmi  ilə 

qiymətləndirilir. 

      Neqativ  hadisələrin  təsirindən  çirkənməyə  məruz  qalmış  sistemin  elementləri 

aşağıdakılardır: 

-əhali,  kommunal  təsərrüfat  obyektləri,  kənd  təsərrüfatı  sahələri,  meşə  təsərrüfatı, 

ə

sas  sənaye-istehsal  fondları,  əmək  resursları,  xüsusi  təyinatlı-rejimli  ərazilər, 



qoruqlar, yasaqlıqlar, sanatoriyalar və digərləri; 

Dövlət tərəfindən iki növ normativ baza ödənişləri təyin edilmişdir: 

a)

  ərazini çirkləndirən tullantıların və atılmaların yerləşdirilməsi zamanı zəhərli 



təsiri normalara uyğun çərçivə daxilində olduqda; 

b)

  ərazini çirkləndirən tullantıların və atılmaların yerləşdirilməsi zamanı zəhərli 



təsiri  təyin  edilmiş  limitlər  əsasında  (müvəqqəti  razılaşma  yolu  ilə)  olan 

ödənişlər. 

 

45.Toksikoloji  və  qeyri  toksikoloji  tullantıların  yerləşdirilməsinə  çəkilə

xərclər

Limitdən artıq miqdarda toksik və qeyri toksik tullantıların yerləşdirilməsinə çəkilən 

xərclər normada çəkilən xərclərin( tullantıların növündən,yerləşdirilmə növündən və 

çəkisindən  asılı  olaraq)  hasil  əmsalını    beş  dəfə  artıraraq,  cəminin  hasilinə 

bərabərdir.Tullantılar bir neçə cür təsnif olurlar: 

-istehsalat növü, 

-məişət növü, 

-kənd təsərrüfatı  tullantıları. 

-toksiki və qeyri toksiki tullantılar.  


Tullantıların  toksikiliyinə  görə  qruplaşdırılması  müvafiq  dövlət  strukturunun 

göstərişi ilə və ya dövlət qərarı əsasında təyin edilir. 

       stehsalat tullantılarının istifadəsi və yerləşdirilməsi icra olunur: 

-bərk  məişət  tullantılarının  basdırılması  üçün  təyin  edilmiş  ərazidə  (sanitar-

epidemioloji nəzarət altında); 

-sənaye tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ərazisində; 

-ayrı-ayrı müəssələrin daxilində olan xüsusi ərazilərdə; 

-açıq  tullantı  sahəsində,  tələbata  uyğun  olaraq,  yerləşdirilmiş  tullantıların  ətraf 

mühitin  riskdən qorunmasının sığortalanması ilə.  

 

46. ldırım ötürən nədir və onun mühafizədə rolu? 

  ldırım  boşalmalarının  təsiri  iki  formada  olur:    bir  başa  və  elektrostatik, 

elektromaqnit  induksiyaları  təsiri.  ldırım,  bina  və  qurğulara  bir  başa  təsiri  böyük 

dağıntılara, yanğınlara, partlayışa və bəzən də insan tələfatına səbəb olur.  ldırımla 

bulud arasında və buludla yer arasında gedən təbii elektrik boşalmasından ibarətdir, 

bu zaman elektromaqnit şüaları yaranaraq, bir başa elektrik cihazlarına neqativ təsir 

göstərir. Belə hallardan mühafizə olunmaq üçün ildırım ötürən sistemlər quraşdırılır. 

ldırımdan  mühafizə  qurğusunun  tipi  və  yerləşdirilməsi  yeni  obyektin  layihə-

ləndirilmə  mərhələsində  seçilərək,  onun  elektrik  keçirici  elementlərindən 

maksimum  istifadə  etmək  mümkün  olsun.  ldırım  ötürənlər  çubuq,  antenna  və  tor 

formasında  olurlar.  Bunlar  içərisində  ən  çox  çubuq  formalı  ildırım  ötürənlərdən 

istifadə edilir.  

Belə tədbirlər təhlükəsizliyi tam təmin edə bilər. 

Təminatına görə yerləbirləşdirmə və sıfırlama ildırımötürmə eyni funksiyanı yerinə 

yetirirlər.  nsanları  ildırım  cərəyanından  qoruyurlar.  Lakin  bu  prosesslərin  hər  biri 

müxtəlif üsullarla icra olunurlar. 

47.Torpaqlama və ildırım ötürənlərin konturlarının quraşdırılması. 

Torpaqlama  və  ildırım  ötürənlərin  konturlarının  obyektlərdə  quraşdırılması, 

təhlükəsizliyin  təmin  edilməsində böyük  rol  oynayır.  Onlar  ildırımın  fəsadlarından 

işçiləri  müdafiə  və  elektrik  cihazlarının  istifadəsini  təhlükəsizləşdirirlər. 

Torpaqlama,  gərginlik  altında  olmayan  təchizat  hissələrinin  uyğun  ötürücülərlə 

torpağa  basdırılmış  elektroda  bağlanmasıdır,  ona  görə  də  bu  işi  yalniz  peşəkarlar 

yerinə  yetirməlidirlər.Torpaqlamadan  sonra  cihazlarda,  şəbəkələrdə  olan  elektrik 

sızmaları  və  statik  elektrik  bu  vasitə  ilə  torpağa  axacaqdır.  Beləliklə  canlılar  və 

cihazlar  üçün  təhlükəsiz  bir  mühit  yaradılmış  olacaqdır.  Demək  olar  ki,  hər  bir 

elektrik cihazlarında torpaqlama üçün müəyyən  yerləri vardır, bu proses cihazların 

iş müddətini artıraraq, uzun müddət təmir işlərinə ehtiyac duyulmur. Torpaqlamanın 

konturlarının  yerləşdirilməsi  üçün  bir  neçə  ölçü  parametrləri  hesablanılmalıdır. 

Tikintidə  istifadə  edilən  materialların  xassələri,  torpağın  müqaviməti  və  diqər 

ölçülər  nəzərə  alınmalıdır.  Torpaqlanmanın  konturu,  obyektin  binövrəsinə  1(bir) 

metr  məsafədən  az  olmamaq  şərti  ilə  yerləşdirilir.Onun    müxtəlif  yerləşdirilmə 


sahəsi  və  basdırılma  dərinliyi  ola  bilər,  bundan  başqa  müxtəlif  materiallardan 

hazırlanması mümkün olaraq, onun qiymətinə təsir göstərir. 

 

48. ldırım və şimşək ötürənlərin əsas vəzifələri hansılardır? 

      ldırımdan  mühafizə  sistemi  binaların  üzərinə  düşən  dalğaların  təsirini 

söndürmək  üçün  təyin  edilmişdir.  Beləliklə  düşən  mexaniki,  elektrik  yaxud  istilik 

yardımçı effektlərin qarşısı alınır. 

      ldırım  və  şimşək  ötürücülərinin  əsas  vəzifələri  binaların  daxilində  yerləşmiş 

mühafizə  dəzgahlarında  əmələ  gələn  təhlükəli  qığılcımların  qarşısını  almaqdır. 

Qığılcım əmələ gəlmə halları, dəzgahların hissələrinin metal yaxud elektrik cərəyan 

keçirməsi, potensiallarının arasında yüksək fərq yaranarkən baş verir. 

     Xüsusi mühafizə dəzgahların elektrik qidalanma mənbəyindən radio və naqillərlə 

rabitə  sisteminə  ehtiyacı  vardır,  bu  hal  onunla  əlaqədar  ki,  yerbirləşməsi  və 

nizamlayıcı  potensialları  ildırım  ötürənlə,  həmçinin  mənzildaxilielektrik  ötürü-

cülərlə birgə münasibətdədirlər. 

     Binaların  ildırımdan  mühafizəsi  bir  sıra  amillərdən  asılıdırlar.  lkin  dövrdə, 

ildırım  yüksəklikdə  yerləşmiş  obyektlərə,  həmçinin  həssas  elektrik  keçirmə 

qabiliyyətinə malik su hövzələrinə yaxın yerləşmiş və yüksək səviyyəli torpaq suları 

məhv etmə ehtimalına malikdir. 

     ldırım mühafizə sistemi şərti olaraq daxili və xarici olurlar.  ldırım mühafizəsini 

üç  əsas  elementə  bölmək  olar:  ldırım  qəbul  edən,  cərəyan  keçirən  və  torpaqla 

birləşdirən. Daxili ildırım mühafizə sistemi isə elektrik avadanlıqlarının, naqillərin, 

elektron hissəsinin binaların daxilində mühafizəsinə yönəldilmişdir. Hər iki ildırım 

mühafizə  sistemi  yerləbirləşmə  qurğuları  və  elektrik  naqilləri  vasitəsilə 

ə

laqələndirilir. 



 

49.Yanğın xəbardaretmə sistemləri. 

Yanğın  xəbardaretmə  sistemləri  –  və  ya,  yanğınin  xəbardaretmək  vasitələri, 

yanğının  ilkin  mərhələdə  aşkar  edilməsi,  yanğının  yaranma  vaxtı  və  məkanı 

haqqında  həyəcan  siqnalını  ötürmək,  və  lazım  olarsa  avtomatik  söndürmə  və 

tüstüsovurma  sistemlərinin  işə  salınmasıdır.  Yanğın  siqnalizasıyası  yanğının  ilkin 

ə

lamətlərinə  əsasən  (tüstü,  istilik,  alov)  reaksiya  verir.Yanğın  siqnalizasiya 



sistemləri  elektrik  cihazlardır.  Signalizasiya –  aşkar  etmə  vasitələrindən,  həyəcan 

siqnalının verilməsindən, məlumatın əks edilməsi və təhlilinindən ibarət mühafizə-

yanğına  qarşı  avadanlıqların  kompleksidir.  Yanğına  qarşı  mühafizənin  texniki 

vasitələri insanları və yanğın xidmətini hisləndirmənin başlanması barədə xəbərdar 

etməyə  və  yanğının  yayılmasının  qarşısını  almağa,  insanları  vaxtında  evakuasiya      

(təhliyyə)  edilməsi  üçün    imkan  yaradır.  Bu  sistemlər,  insan  həyatına 

təhlükə(yanğın)  yarada  biləcək  amillər  olan  obyektlərdə  quraşdırılaraq,  tələfatın 

qarşısı vaxtında almaq üçün istifadə olunurlar.  



50.Yanğın zamanı xəbərdarlığın təşkili. 

Yanğın xəbərdarlıq etmə sistemləri və ya yanğının xəbardaretmə vasitələri, yanğının 

ilkin  mərhələdə  aşkar  edilməsi,  yanğının  başlaması  haqqında  həyacan  siqnalını 


ötürmək  və  lazım  olduqda  avtomatik  söndürmə,  tüstü  sovurma  sistemlərinin  isə 

salınmasıdır.  Yanğın  siqnalizasiyası  yanğının  ilkin  əlamətlərinə  əsasən  reaksiya 

verir. 

     Yanğının baş verməsi haqqında xəbardarlıq aşağıdakı sistemdə icra edilir:  



-Lokal xəbərdarlıq - muxtar siqnalizasiya sistemi işıq və səs siqnalları ilə mühafizə 

xidmətinə  məlumatların  ötürülməsi  imkanı  olmadan,  həyəcan  vəziyyətinin 

yaranmasına reaksiya verən sirenanın icraçı qurğularını işə salır; 

Distansion və ya GSM-siqnalizasiya stasionar və mobil telefon (SMS göndərilməsi 

və səs mesajları istifadə olunur), internet və lokal sistemlər  vasitəsilə həyəcan siq-

nalını ötürməyə imkan verir; 

Qurğu mühafizəsi- (müasir sistem) simli və ya simsiz radio kanal üzrə işləyən 

öz qəbul edici- ötürüci cihazları olan siqnalizasiya sistemidir. Bəzi yerlərdə yanğın 

xəbərdarlıq sistemləri tamami ilə avtonom olur, yəni birbaşa yanğınsöndürən sistemi 

ilə bağlı olur. 



  cra olunan funksiyalar üzrə: 

 

Mənzillər üçün yanğından mühafizə siqnalizasiyası.  



 

Yanğına  qarşı  mühafizənin  texniki  vasitələri  insanları  və  yanğın  xidmətini 

hislənmənin başlanması barədə xəbərdar etməyə, və yanğının yayılmasının qarşısını 

almağa, insanları vaxtında təhliyyə edilməsi üçün  imkan yaradır. 



 

Yüklə 256,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin