14. Rusiyada təhkimçiliyin ləğvi. Avropa və «yeni imperializm»
239
Krım müharibəsində Rusiyanın məğlubiyyəti onu Qərbi Avropa dövlətlərindən
uzaq saldı. Çar II Aleksandr Krım müharibəsinin ortalarında hakimiyyətə (1855-1881-ci
illər) gəlmişdi. O, öz səylərini Rusiyadakı sistemin ciddi surətdə dəyişdirilməsinə
yönəltmişdi. Təhkimçilik çar Rusiyası üçün ən ağır yük idi. Rus piyadasının onurğa
sütununu təşkil edən təhkimçi kəndlilər savadsız olduqlarından, getdikcə
mürəkkəbləşən müharibə maşınından və silahlardan baş çıxara bilmirdi. II Aleksandr
deyirdi ki, «Təhkimçiliyin mövcud olması dəyişilməmiş qala bilməz. Yuxarıdan
təhkimçiliyi ləğv etmək daha yaxşıdır, nəinki onun aşağıdan ləğv edilməsini
gözləyəsən». 3 mart 1861-ci ildə Aleksandr azadlıq edikti dərc etdi. Kəndlilər artıq
mülkiyyət sahibi ola, öz seçiminə görə evlənə və qanun məhkəmələrinə ərizə ilə
müraciət edə bilərdilər. Bununla yanaşı, azadlığın faydası məhdud idi. Hökumət
kəndliləri torpaqla təmin etmək üçün onu mülkədarlardan almalı idi, mülkədarlar isə
çox vaxt yaxşı torpaqları özlərinə saxlayırdılar. Həm də kəndlilər tam azad deyildilər.
Kəndlilər öz mir-lərinin və ya kənd icmalarının hakimiyyətinə tabe idilər. Torpaq sahibi
olan kəndlilər bədbəxtlikdən torpaq aclığı ucbatından əsasən köhnə qaydadakı
fermerliyə üstünlük verirdilər.
1880-ci illərdə Avropa dövlətləri dənizlərin o tərəfindəki əraziləri tutmaq üçün
intensiv hərəkət etməyə başladılar. Bəzilərinin «yeni imperializm» adlandırdıqları bu
hadisə avropalıların Asiyanı və Afrikanı piroq kimi kəsib götürməyə həvəsləndirdi.
Yüksələn rəqabət Avropa dövlətlərini xaricdə müstəmləkələr tutmağa tələsdirdi.
Məsələn, Böyük Britaniya çox vaxt iqtisadi səbəblərə görə deyil, fransızları, almanları
və ya rusları Britaniya maraqlarına ziyan vuracaq bazalar yaratmaqdan
daşındırmaqdan ötəri yeni regionlara genişlənirdi. Müstəmləkələr həmçinin beynəlxalq
nüfuz üçün mənbə idi. Müstəmləkələrə yiyələnməyə can atmaq başlandı, bunda isə iri
dövlətlər uğurlu olurdular. Britaniya xarici işlər nazirinin yazdığı kimi, «Mən 1880-ci
ildə Xarici İşlər Nazirliyini tərk edəndə heç kəs Afrika barədə düşünmüşdü. Mən 1885-
ci ildə yenidən ora qayıdanda Avropa millətləri Afrikanın müxtəlif hissələri üstündə,
hansılara ki, onlar yiyələnəcəklər, bir-birləri ilə sözləşirdilər».
Vətənpərvərlik hissi çox vaxt imperializmə olan marağı artırırdı. Məktəblər
coğrafiyanı tədris edəndə müstəmləkə ərazilərinin xəritələrindən istifadə edirdilər.
Qəzetlər və jurnallar çox vaxt əsgər məktublarını dərc edirdilər ki, imperializmi həyata
keçirmək öz ölkəsi naminə qəhrəmanlıq macərasına bənzəyir. Coğrafi cəmiyyətlər və
hərbi-dəniz liqaları kimi valontyor qrupları imperializm macəraları üçün həvəs tərbiyə
edirdi.
İmperializm həmçinin sosial Darvinizmlə və irqçiliklə bağlı idi. sosial
Darvinistlər inanırdılar ki, millətlər arasındakı mübarizədə həvəs qabiliyyətə çevrilir və
sağ qalır. Ali irqlər hərbi qüvvələri ilə özlərinin necə güclü və cəsarətli olduqlarını
göstərmək üçün aşağı irqlər üzərində ağalıq etməlidirlər. Bir ingilis yazırdı ki, «Ağ
adamın inkişafı üçün qara adam və sarı adam hətta aşağı olaraq qalmalıdır və birinci
özünü yüksəyə və daha yüksəyə qaldırdıqca axırıncılar da elə etməlidirlər ki,
bəşəriyyətdən kənar yığılan (şaqren dərisi kimi – müəllif) və heyvana yaxın, daha yaxın
kimi meydana çıxsın».
1880-ci ildən əvvəl Afrikada digər avropalıların məsələlərini ilk dəfə fransızlar və
portuqaliyalılar salmışdılar. Potquliyalılr Avropada və Mozambikdə öz məskənlərini
240
qurmuşdular. Fransızlar müsəlman Şimali Afrikasında Əlcəzairi 1830-cu ildə işğal
etmişdilər. 1880-ci ildə avropalıların Afrikada ərazi tutmağa can atması ciddiləşdi. 1900-
cü ildə Fransa Qərbi Afrikanın nəhəng zonasını və Tunisi özlərinin Afrika imperiyasına
əlavə etdi. 1912-ci ildə isə Mərakeş üzərində protektorat qurdu.
Mərkəzi Afrika həmçinin Avropa müstəmləkələri siyahısına əlavə olundu. Bura
maraq ilk dəfə 1860-cı və1870-ci illərdə şotland missioneri Devid Livinqstonun və
Britaniya-amerikan jurnalisti Henri Stenlinin kəşflərindən sonra qalxdı. Lakin Mərkəzi
Afrikanı müstəmləkəyə çevirməyə can atan, 1865-1909-cu illərdə Belçika kralı olmuş II
Leopold idi. O, Afrikada imperiya yaratmağa böyük həvəs göstərirdi. O deyirdi: «Bizim
Yer kürəsinin təkcə elə hissələri oradadır ki, ona hələ nüfuz edilməmişdir. Əhali ilə
əhatə olunmuş bütöv bu qaranlığa daxil olmaq səlib yürüşüdür, əgər mən bunu edə
bilsəm, həmin səlib yürüşü bu proqress əsrinə layiq olacaqdır». Leopold üçün mənfəət
proqressdən daha vacib idi. onun afrikalılarla davranışı olduqca zorakı olduğundan,
hətta bəzi avropalılar onun hərəkətlərini məhkum edirdilər. 1871-ci ildə Leopold
Mərkəzi Afrikanın tədqiqatı və sivilizasiyalaşması üçün Beynəlxalq Assosiasiya yaratdı
və Henri Stenliyə Konqoda Belçika məskəni yaratmaq tapşırığını verdi. Leopoldun
hərəkətlərindən təşviş keçirən fransızlar həmçinin Konqo çayından şimala tərəf olan
əraziyə doğru hərəkət etdilər. 1884-cı və 1900-cü illər arasında qalan Afrikanın əksər
hissəsi Avropa dövlətləri tərəfindən kəsilib götürüldü. Almaniya da həmin vaxt
imperialist dövlətlər cərgəsinə daxil oldu. İlk öncə Bismark müstəmləkələrin
əhəmiyyətinə laqeyd idi, lakin Alman imperiyası üçün daxili siyasi təzyiqlər artdıqca o,
siyasi bir dönüş edənə çevrildi. Özünün ifadə etdiyi kimi, «Bütün bu müstəmləkə işi
spekulyasiyadır, özünü belə göstərməkdir, ancaq biz seçkilərə görə ona möhtacıq»,
Almanlar cənubi-qərbi Afrikada Toqolandda və Tanqanikada müstəmləkələr qurdular.
1914-cü ildən isə Britaniya, Fransa, Belçika, İspaniya və Portuqaliya bütün Afrika
qitəsini hissə-hissə kəsib, özlərinə götürdülər. Yalnız azad olunmuş Amerika qulları
tərəfindən yaradılan Liberiya və Efiopiya azad dövlətlər kimi qaldılar. «Ağ adamın
yükü» barədəki humanitar rasionalizmin əksinə, Afrika müstəmləkə imperiyalarını
yaratmağı qət etmiş Avropa dövlətləri tərəfindən işğal edildi.
Avropalılar 1880-ci ildən əvvəl Afrika qitəsinə nisbətən az qaydada nəzarət
edirdilər. Əvvəllər onların iqtisadi maraqları daha məhdud olanda (bu mənada Afrika
ilk növbədə qul ticarəti üçün vacib idi), Avropa dövlətləri əsasən mövcud müstəqil
dövlətlərlə iş görmək, geniş ərazilərə birbaşa nəzarətə cəhd etməkdən daha yaxşı idi.
Əksər hallarda avropalıların Qərbi Afrikada mövcudluğu regional ticarət şəbəkəsinə
nəzarət etmək və həm də missioner fəallığı üçün dayaqlar qurmaqdan ibarət idi. Buna
baxmayaraq, XİX əsrin son iki onilliyində koloniyalar sahibi olmaq üstündə yarış
başlandı, bütün böyük Avropa dövlətləri torpaqları tutmağa girişdilər.
Napoleon müharibələri ərzində Britaniya Keyptaunda nəzarəti əldə etməklə
Cənubi Afrikada kök salmışdı. Bu şəhəri vaxtilə hollandlar salmışdılar. Müharibədən
sonra britaniyalılar sakinləri həvəsləndirdilər ki, özlərinin Kap koloniyası
adlandırdıqları yerə getsinlər. Britaniya siyasətçiləri holland kolonistlərinin nəslindən
olan burlara və ya afrikanyorlara nifrət edirdilər. Britaniyalılar və burlar arasında
düşmənçilik davam edirdi. 1877-ci ildə Kap koloniyasının britaniyalı qubernatoru
Transvaalı tutdu. Lakin bur qiyamı Britaniya hökumətini məcbur etdi ki, o, Transvaalı
241
müstəqil Cənubi Afrika respublikası kimi tanısın. Britaniyalılar və burlar arasındakı bu
mübarizələr regiondakı Zulu və Xosa tayfalarından olan adamların ağ adamlar qrupu
tərəfindən qırğınının və özlərinə tabe etmələrinin qarşısını ala bilmədi.
1880-ci illərdə Cənubi Afrikada Britaniya siyasəti əsasən Sesil Rods (1853-1902-ci
illər) tərəfindən həyata keçirilirdi. Rods almaz və qızıl kompaniyaları yaratmışdı,
onların emal edilməsilə qiymətli mallar istehsalını da inhisara götürmüşdü və bu, onu
özündən sonra Rodeziya adlanan Transvaalın şimal ərazisinə nəzarəti ələ keçirməyə
qadir etmişdi. O, bir dəfə demişdi: «Əgər Allah burada olsaydı, mən düşünürəm ki,
onun məni Afrikanı Britaniyanın qırmızı rənginə (Britaniya əsgərləri daim döyüş
formasında qırmızı pencək geyinirdilər – müəllif) boyamağımdan xoşu gələrdi». Onun
məqsədlərindən biri «Kapdan Qahirəyədək» seriya şəklindəki Britaniya
müstəmləkələrini yaratmaq idi, onlar bir-birilə dəmir yolu ilə birləşəcəkdi. Imperialist
ambisiyaları onun 1896-cı ildəki devrilməsinə səbəb oldu. Britaniyanın razılığı olmadan
Cənubi Afrika Respublikası hökumətinin devrilməsinə çalışdıqdan sonra Britaniya
hökuməti onu Kap koloniyasının baş naziri vəzifəsindən istefa verməyə məcbur etdi.
Baxmayaraq ki, Britaniya hökuməti burlarla müharibədən qaçmağa ümid edirdi, lakin
hər iki tərəf münaqişəyə başlamağa çalışan öz ekstremistlərini dayandıra bilmədi.
1899-cu ildə Bur müharibəsi başlandı və bu, burların səmərəli əleyhdar
olduğunu sübut etməsinə görə, 1902-ci ilə qədər davam etdi. Burlar partizan
taktikasından istifadə edirdilər, britaniyalılar qələbə çalmaqla yanaşı, çox sayda itki
verdilər və müharibə onlara çox baha başa gəldi. 87 min buru məğlub etmək üçün 450
min britaniyalı və ittifaq qüvvələri lazım oldu. Britaniyada qəzetlər yüksək saydakı
itkilər barədə məlumat verirdilər. Bur qadınları və uşaqları öz vətənlərində müharibə
əleyhinə qalxdılar.
Britaniya siyasəti məğlub edilmiş burlara qarşı böyük barışıq ruhunda idi.
Transvaal və Oranc Azad Dövləti 1907-ci ildən təmsilçilik hökumətlərinə malik idi və
1910-cu ildə Cənubi Afrika Birliyi yaradıldı. Kanada, Avstraliya və Yeni Zelandiya
kimi, o da Britaniya imperiyası daxilində bütünlüklə özünü idarə edən dominyona
çevrildi.
Dostları ilə paylaş: |