Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Epiloq və ya sərt müəllimdən öyrənmək ehtiyacı



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə39/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   35   36   37   38   39   40   41   42   ...   105
17. “Yeni imperializm”in nəticələri və yeni böhranlar  

 

1900-cü ildən, demək olar ki, Afrikanın və Asiyanın bütün cəmiyyətləri – tam 



müstəmləkə ağalığı altında olanlar və ya Çin və Osmanlı imperiyası vəziyyətində 

olanlar, faktiki süqut nöqtəsində idilər. Yalnız Şərqi Asiyada Yaponiya, Cənubi-şərqi 

Asiyada Tailand, Orta Şərqdə Əfqanıstan və Persiya, Şərqi Afrikadakı dağlıq Efiopiya 

daxili parçalanmadan və ya müstəmləkə ağalığına tabe olmaqdan qaça bilmişdilər. 

Efiopiya və Əfqanıstanın salamat qalması onların uzaq yerdə və dağlıq ərazilərdə 

yerləşmələrinə borclu idi. Yalnız Yaponiya ümumi taledən, siyasi və iqtisadi islahatlar 

strategiyasını seçmək hesabına qaça bilmişdi. İmperializm epoxasının gəlməsi ilə

nəhayət, qlobal iqtisadiyyat quruldu, Afrika və Asiya ölkələrində Qərb sivilizasiyası 

bütünlüklə ağalıq etməyə başladı. Eyni vaxtda xaricdəki torpaqlar üstündə meydana 

gələn rəqabət həmçinin Avropa dövlətləri arasındakı mövcud olan rəqabətləri daha da 

artırdı.  

Almaniya imperatoru II Vilhelm Almaniyanın ədalətli qaydada «Cünəş altındakı 

yeri» barədəki alman dövlətinin yüksəlməsinə həsr etdiyi fəal bir xarici siyasət aparırdı. 

Onun Bismark xarici siyasətinə etdiyi dəyişikliklərdən biri Rusiya ilə əvvəlki “Daha da 

sığortalamaq Müqaviləsindən” uzaqlaşması idi. Onun nəzərində Almaniyanın Avstriya 

ilə ittifaqına görə bu, qəribə bir hal idi. Bismarkın qorxduğu hadisə baş verdi, Rusiya ilə 

müttəfiqliyə son qoyuldu. Bu, Fransa ilə Rusiyanı bir araya gətirəcəkdi. Bismark 

siyasəti tərəfindən uzun müddət izolyasiya edilən respublika Fransası çar Rusiyası ilə 

yaxınlaşmaq şansına malik oldu və 1894-cıü ildə iki dövlət hərbi ittifaq yaratdı.  

Sonrakı on il ərzində alman siyasəti Britaniyanı Fransaya yaxınlaşdırdı. 1907-ci 

ildən Böyük Britaniyanın, Fransa və Rusiyanın sərbəst konfederasiyası, o, həm də 

Üçlük Antantası və ya Müttəfiqlər kimi tanınırdı, Almaniyanın, Avstriya-Macarıstanın 

və İtaliyanın Üçlü İttifaqına qarşı dayanmışdı. Avropa iki əks cəbhəyə bölünmüşdü və 

getdikcə kompromissdən daha çox uzaqlaşırdı. İki ittifaqın üzvləri 1908-ci illə 1913-cü il 

arasında Osmanlı imperiyasının Balkanlardakı qalıqları üzərində nəzarəti əldə etməyə 

görə yeni böhranlar seriyasına cəlb olundular. Bu səhnə isə I Dünya müharibəsinə 

aparırdı. Osmanlı imperiyası hələ tam məhv olmamışdan onun bəzi qalıqları artıq 

münaqişə mənbəyinə çevrilmişdi. Ona görə də bir daha aydın olur ki, imperiyanın 

təkcə yaranması deyil, məhv olması da böyük bəlalar gətirməmiş qalmır.  



247 

 

1908-1909-cu illərdəki Bosniya böhranı hadisələr zənciri əmələ gətirdi, bunlar 



nəzarətdən kənar qaydada əmələ gəlirdi. 1878-ci ildən Bosniya və Hersoqovina 

Avstriyanın protektoratı altında idi, lakin 1908-ci ildə Avstriya slavyan dilində danışan 

bu iki ərazini anneksiya etmək üçün ciddi təsirə malik olan bir addım atdı. Serbiya bu 

hərəkətdən qəzəbləndi, çünki serblərin iri Serbiya krallığını yaratmaq ümidini bu 

addım amansızlıqla dağıdırdı. Bu krallıq isə özünə cənubi slavyanların əksəriyyətini 

daxil edəcəkdi. Məhz elə buna görə də avstriyalılar Bosniya və Hersoqovinanı 

anneksiya etmişdilər. Özünün iri slavyan əhalisi ilə böyük Serbiya, heç şübhəsiz, 

Avstriya-Macarıstan imperiyasının birliyinə təhlükə olacaqdı. Ruslar öz sirdaşları olan 

slavyanların himayəçiləri kimi və Balkanlarda öz hakimiyyətlərini böyütmək arzusu ilə 

serbləri dəstəklədilər və Avstriyanın hərəkətinə qarşı çıxdılar. Rusiyaya arxalanaraq 

serblər Avstriya əleyhinə müharibəyə hazırlaşdılar. Bu nöqteyi-nəzərdən II Vilhelm 

müdaxilə edib, ruslardan tələb etdi ki, Avstriyanın Bosniya və Hersoqovinanı 

anneksiya etməsini qəbul etsinlər və ya müharibədə Almaniya ilə üz-üzə gələcəklər. 

Rus-yapon müharibəsində zəifləmiş Rusiya geri çəkildi, lakin alçaldılmaqla yanaşı, 

qisas almağa and içdi.  

Avropalıların diqqəti 1912-ci ildə Serbiya, Bolqarıstan, Çernoqoriya və 

Yunanıstan Balkan liqası təşkil edəndə və Birinci Balkan müharibəsində osmanlıları 

məğlub edəndə, Balkanlara tərəf döndü. Qalib müttəfiqlər işğal edilmiş Osmanlı 

əyalətləri Makedoniya və Albaniyanı hansısa bir qaydada bölməyə qadir olanda, 1913-

cü ildə İkinci Balkan müharibəsi partlayışı baş verdi. Yunanıstan,  Serbiya, Rumıniya və 

Osmanlı imperiyası Bolqarıstana hücum edib onu məğlub etdi. Nəticədə Bolqarıstan 

Makedoniyanın yalnız kiçik hissəsinə sahib oldu və əksər qalan hissə Serbiya və 

Yunanıstan arasında bölündü. Yenə də Serbiyanın canlanmaq arzusu icra edilməmiş 

qalırdı. İki Balkan müharibəsi ölkələrin sakinlərini hiddətlənmiş şəkildə qoydu və 

böyük dövlətlər arasında daha çox gərginlik yaratdı.  

Serbiyanın əsas ambitsiyalarından biri Albaniya ərazisini ələ keçirmək idi ki, 

Adriatik dənizində ona liman versin. İki Balkan müharibəsinin sonunda Avstriyanın 

düzəltdiyi London konfransında avstriyalılar müstəqil Albaniyanı yaratmaqla 

Serbiyanın arzularını puç etdilər. Avstriyanın müttəfiqi kimi almanlar bu hərəkəti 

dəstəklədilər. Bu qarışıqlıqda Serbiya millətçiləri avstriyalıları artan qaydada monstr 

kimi qələmə verirdilər, çünki onlar serblərin böyük millətə çevrilməsinə imkan 

vermirdilər. Serbiyanın əsas dəstək verəni olan Rusiya da regiondakı hadisələrin belə 

dönüşü ilə kədərlənmişdi. Rusiya liderləri arasında belə bir hiss daha da böyümüşdü 

ki, əgər Balkanlarda yenidən Avstriya və Almaniya ilə ziddiyyət baş versə, onlar geri 

çəkilə bilməzlər.  

Avstriya-Macarıstan özünün digər bir məqsədinə nail olmuşdu, lakin hələ də 

Serbiyanın onların imperiyasına ölümcül təhlükə olduğuna inandıqlarından, onu 

darmadağın etməli idi. Bu vaxt Fransa və Rusiya hökumətləri öz ittifaqlarını təzələdilər 

və növbəti böhran baş verdiyi vaxt geri durmayacaqları barədə bir-birinə söz verdilər. 

Britaniya da Fransaya yaxınlaşırdı. 1914-cü ilin başlanğıcından iki silahlı cəbhənin biri 

digərinə şübhə ilə baxırdı. Amerika da Avropanı müşahidə edirdi: «Bütöv Almaniya 

elektrikləşmişdi. Hər kəsin əsəbləri gərgindir. Bir qığılcım qalxsa, hər şeyi məhv 

edəcəkdir. Fransadakı alman səfiri həmin vaxt qeyd etmişdi ki, «Sülh bədbəxt 



248 

 

təsadüfün mərhəmətində qalır». Avropalılar «proqress erasının» şərəfsiz və qanlı 



sonluğuna yaxınlaşırdılar.  

 

 



 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin