8. Müharibənin son ili
1918-ci ilin martında Rusiyanın müharibədən geri çəkilməsi, nəticənin
Almaniayanın öz xeyrinə olacağı barədəki ümidini təzələdi. Rusiya üzərində qələbə
Lyudendorfu və əksər alman liderlərini inandırdı ki, bir son hərbi oyun keçirmək –
hərbi pat vəziyyətinə son qoymaq üçün Qərbdə böyük bir hücum təşkil etmək lazımdır.
Alman hücumu martda başladı və iyul ayına qədər davam etdi. Alman qüvvələri
yenidən Marna çayına tərəf 40 mil irəliləməkdə uğur qazandı, artıq Parisə 35 mil
məsafə qalırdı. Lakin Müttəfiqlər fransız generalı Ferdinand Foşun başçılığı altında və
gəlib çatmış 140 min nəfərlik təzə amerikan qoşunlarının köməyi ilə əks-hücuma
keçdilər, almanları 18 iyulda Marna üzərindəki İkinci döyüşdə məğlub etdilər.
Lyudendorfun oyunu uğursuz oldu. Öz ehtiyatlarından istifadə etməklə Lyudendorf
başa düşdü ki, məğlubiyyət labüddür. Qitəyə bir milyondan artıq tərkibdə amerikan
qoşunun gəlməsi ilə Müttəfiq qüvvələri Almaniyaya tərəf cəsarətlə irəliləməyə
başladılar.
29 sentyabr 1918-ci ildə general Lyudendorf alman liderlərinə məlumat verdi ki,
müharibə uduzulmuşdur. Məğlubiyyətin yükünü ordunun üzərinə qoymamaq üçün
Lyüdendorf tələb etdi ki, hökumət ləngimədən sülh xahiş etsin. Alman rəsmiləri
biləndə ki, Müttəfiqlər sülh bağlamağı istəmirlər, onlar islahatlara başladılar ki, liberal
hökumət qursunlar. Lakin bu islahatlar taqətdən düşmüş və qəzəblənmiş alman xalqı
üçün çox gec gəlmişdi. 3 noyabrda Kildəki hərbi-dəniz birləşmələri qiyam qaldırdı və
bir neçə gün ərzində Rusiya sovetlərinin alman versiyası kimi fəhlə və əsgər şuraları
bütün Şimali Almaniyada yaradıldı. Onlar mülki və hərbi inzibatçılığa nəzarəti ələ
keçirdi. II Vilhelm ictimai təzyiqə təslim oldu və 9 noyabrda ölkəni tərk etdi. Bu vaxt
264
sosialistlər Fridrix Ebertin başçılığı altında respublikanın qurulduğunu elan etdilər. İki
gün sonra, 11 noyabr 1918-ci ildə yeni alman hökuməti ilə bağlanan barışıq qüvvəyə
mindi. Müharibə başa çatdı, lakin müharibənin hərəkətə gətirdiyi inqilabi qüvvələr hələ
taqətdən düşməmişdi.
Dostları ilə paylaş: |