qarışıqlıq, sarsıntı yaratdı. Ölkələrin əksəriyyəti öz rejimlərini saxlamağa və xalqları
daha bir il də müharibəni davam etdirməyə inandırmağa qadir idi, digərləri isə süquta
yaxınlaşmışdılar. Misal üçün, Avstriyada hökumət naziri ehtiyat edirdi ki, “əgər
Mərkəzi Dövlətlərin monarxiyaları üzümüzə gələn ay sülhü bərqərar edə bilməsələr,
ki, faktiki olaraq 1917-ci ildə tamamilə süqut etdi və bütün Avropada bunun baş
verəcəyi ehtimalını meydana çıxardı. Bu süqutdan Rusiya inqilabı meydana gəldi,
262
gələcək onilliklərdə onun təsiri Avropada geniş hiss olunacaqdı. Martın 15-də çar taxt-
tacdan əl çəkdi və müvəqqəti hökumət quruldu.
Leninin istiqamətləndirdiyi kimi, bolşeviklər kapitalist sistemini məhv edərək
zorakı inqilaba özünü həsr edən bir partiyaya çevrildi. 3 apreldə İsveçrədəki
mühacirətdən vətənə dönən Lenin Rusiya inqilabının yeni səhnəsini açmışdı. Özünün
«Aprel tezisləri»ndə Lenin Makrsizm nəzəriyyəsinə əlavə elmi bir versiyaya əsaslanan
inqilabi hərəkatın konturunu təqdim etdi. Rusiya hansısa əlavə mərhələni keçmədən
birbaşa sosializmə hərəkət edə bilərdi. İyunda Lenin və bolşeviklər Müvəqqəti
hökuməti devirməyə cəhd etdilər və Lenin təqiblərdən gizlənmək üçün Razlivə qaçmalı
oldu. Lakin Müvəqqəti hökumətin ömrü qısalırdı, günləri sayılırdı.
Oktyabrda bolşeviklər Petroqrad və Moskva Sovetlərində azacıq üstünlüyə
malik oldular, partiya üzvlərinin sayı 50 mindən 240 minə çatdı. Qarışıqlıq haqqında
məlumatlar Lenini inandırdı ki, «biz dünya proletar inqilabının astanasındayıq» və o,
öz silahdaşlarını inandırmağa çalışdı ki, Müvəqqəti hökuməti devirmək üçün vaxt
yetişmişdir. 6 noyabr gecəsində Sovet və bolşevikyönlü qüvvələr Petroqradda nəzarəti
«Bütün hakimiyyət Sovetlərə!» şüarı ilə ələ keçirdilər. Müvəqqəti hökumət azacıq qan
axıdılması ilə süqut etdi. 8 noyabr gecəsi Rusiya Sovetlər Qurultayının ikinci
sessiyasında Lenin yeni Sovet hökumətinin – Xalq Komissarları Sovetinin qurulduğunu
elan etdi, özü isə həmin hökumətə başçılıq etdi.
Yeni bolşevik rejiminə böyük müxalifət var idi, özü də təkcə çara loyal olan
qruplar tərəfindən deyil, həm də burjuaziya və kübar liberallar, menşeviklər və eserlər
daxil olmaqla anti-leninçi sosialistlər tərəfindən də. Üstəlik, Müttəfiq qoşunlardan
minlərlə əsgər Rusiyanı geri, Böyük Müharibəyə qaytarmaq üçün ölkənin müxtəlif
hissələrinə göndərilirdi.
1918-ci illə 1921-ci il arasında Bolşevik ordusu (Qızıl ordu) çox sayda cəbhələrdə
vuruşmağa məcbur edildi. Bolşeviklərə ilk ciddi təhlükə Sibirdən gəldi, orada admiral
Aleksandr Korçakın başçılığı altında Ağların (anti-bolşeviklər) qüvvəsi qərbə tərəf
atıldılar və dayandırıldıqdan qabaq, demək olar ki, Volqa çayına qədər irəlilədilər.
Hücumlar həmçinin cənubi-şərqdə ukraynalılardan və Baltik regionlarından gəldi.
1919-cu ilin ortalarında Ağlar general Anton Denikinin başçılığı altında o, yəqin ki, ən
səmərəli vuruşan Ağ generalı idi, bütün Ukraynanı ötüb keçdi və demək olar ki,
Moskvaya doğru irəlilədi. Sonrakı ili Kommunist rejimi Qafqazlarda Gürcüstan,
Azərbaycan və Ermənistanda müstəqil millətçi hökumətlərə nəzarətə sahib oldular.
Çar ailəsi vətəndaş müharibəsinin digər bir qurbanı oldu. Çar taxt-tacdan imtina
etdikdən sonra arvadı və beş uşağı isə mühafizə altına götürüldü. 1918-ci il iyulun 16-
da Yekaterinburqda yerli Sovetin üzvləri onları öldürdülər və meyitlərini mədən
şaxtasına atdılar.
Kommunistlər əvvəllər «hərbi kommunizm» siyasəti aparırdılar. Bundan
məqsəd Qızıl Ordunu ehtiyatla müntəzəm təmin etmək idi. «Hərbi kommunizm»ə
bankların və əksər sənaye müəssisələrinin milliləşdirilməsi daxil idi. Digər bolşevik
aləti «inqilabi terror» idi. Çeka («Fövqəladə komissiya» və ya “Təhlükəsizlik komitəsi”)
adlanan gizli qırmızı polis yaradıldı. Qırmızı terror Çekanın köməyi ilə icra olunurdu,
yeni rejimin əleyhdarları məhv edilirdi. Çeka terroru bütün siniflərdən olan adamlara
263
qarşı həyata keçirildi. Minlərlə adam edam edilmişdi. Qırmızı terror bunu bolşevik
rejimindən qorxunun bir elementi kimi əlavə etdi.
Nəticədə əcnəbi orduların müdaxiləsi kommunistləri rus patriotizmi kimi böyük
gücə müraciət etməyə qabil etdi. Müttəfiq dövlətlərin əvvəlcədən rusları müharibədə
saxlamaqdan ötəri həvəsləndirmək üçün Rusiyaya müdaxilə etmələrinə baxmayaraq,
11 noyabr 1918-ci ildə müharibənin başa çatması bu niyyəti nəticəsiz qoydu. Müttəfiq
ölkələr özlərinin antibolşevik hisslərini gizlətmirdilər. Bu nöqteyi-nəzərdən Britaniya,
ABŞ, Fransa və (Sibirdə) Yaponiya qüvvələri Rusiyə torpağında yerləşmişdilər. Bu
qüvvələr nadir hallarda həlledici döyüşə girirdilər, çünki əlaqələrə, həm də ümumi
strategiyaya malik deyildilər, baxmayaraq ki, anti-bolşevik qüvvələrə materiallarla
kömək göstərirdilər. Müttəfiqlərin müdaxiləsi heç vaxt vətəndaş müharibəsində elə bir
fərq əmələ gətirmədi. Lakin o, birbaşa olmasa da, bolşeviklərə xeyir verdi. Vətəndaş
müharibəsi gedəndə bolşevik rejimi həmçinin Rusiyanı bir sadə partiyanın ağalıq etdiyi
mərkəzləşmiş bürokratik dövlətə çevirdi.
Bəzi tarixçilərə görə, I Dünya müharibəsi kimi total müharibə olmasaydı, rus
inqilabı təsəvvür edilə bilməzdi. Yalnız çar Rusiyasının süqutu bolşeviklər kimi radikal
azlığa hakimiyyəti almaq üçün imkan yaratdı. Əvəzində, əlbəttə ki, Rusiya inqilabı I
Dünya müharibəsinin gedişinə öz təsirini göstərdi.
Dostları ilə paylaş: