5. Yeni növ müharibə aparılması qaydası
1915-ci ilin sonundan döyüş cəbhəsində təyyarələr meydana çıxdı. Təyyarələr ilk
dəfə düşmən mövqeyini pozmaq üçün istifadə edilmişdi, lakin tezliklə onlar yerdəki
hədəflərə, xüsusən düşmən kommunikasiyalarına hücum etməyə başladılar. Hava
məkanına nəzarət etmək üstündə vuruşlar baş verdi və sonrakı dövrlərdə bu artdı.
Əvvəllər təyyarəçilər əldə saxlanan tapança ilə biri digərinə atəş açırdı, lakin sonralar
təyyarələrin burnuna pulemyotlar yerləşdirildi və onlar göydə xeyli təhlükələr
törətdilər.
Almanlar həmçinin özlərinin nəhəng hava gəmilərindən – tspeppelinlərdən
Londonu və Şərqi İngiltərəni bombalamaq üçün istifadə etdilər. Bu, az ziyan vururdu,
lakin adamları qorxudurdu. Almaniyanın düşmənlərinə ancaq tezliklə məlum oldu ki,
tseppelinlər hidrogen qazı ilə doldurulduğundan, təyyarə topları ilə onlar vurulduqda,
tezliklə alovlanan cəhənnəmə çevrilirlər.
Tanklar həmçinin 1916-cı ildə Avropa döyüş meydanlarında tətbiq olundu.
Britaniya modeli olan birinci tankda tırtıllardan istifadə olunurdu, bu, onu hamar
olmayan yerlərdə hərəkət etməyə qadir edirdi. Tanklarla silahlanmaqla xalqlar
düşmənin pulemyot mövqelərinə olduğu kimi, düşmən piyadalarına da hücum edə
bilirdi. Lakin ilk tanklar səmərəli deyildi, yalnız 1918-ci ildə Britaniyanın V Mark
modeli tətbiq olunmaqla tanklar daha güclü maşına və yaxşı manevr etmək
qabiliyyətinə malik olan bir silah növünə çevrildi. Onlar bu vaxt böyük miqdarda
istifadə oluna, piyadaları və artilleriyanı koordinasiya edə bilərdi. Ona görə də onlar
geri çəkilən alman ordusunu arxaya atmaqda səmərəli vasitəyə çevrildi.
Tank I Dünya müharibəsinə çox gec gəlmişdi və o qədər də böyük effektə malik
deyildi. Lakin tam yeni növ müharibə aparılması qaydasının yaradılmasında tankın
potensialı həyata keçiriləndə, bunu edən adamlara həmin dərs unudulmamışdı. II
Dünya müharibəsində yüngül hücumlar tank kolonnalarından istifadə edilməsi ilə
həyata keçirilirdi və kütləvi hərbi hava qüvvəsi isə orduları döyüş xətlərindən tezliklə
259
kəsilməyə və bütöv düşmən ordularını dövrəyə almağa qadir etdi. Bu, II Dünya
müharibəsinin öz sələfi olan tranşey müharibəsindən uzaq bir döyüş harayı idi.
Dostları ilə paylaş: |