azad olmaq üçün mübarizə aparırdılar. Lakin yeni yaranan dövlətlərə ağalıq etmək
gərginliklər yaratdı. 1908-ci və 1912-ci illər arasındakı böhran, antaqonizmi yalnız
gücləndirdi. 1914-cü ildən Rusiyanın dəstəklədiyi Serbiya Balkanlarda iri, müstəqil
slavyan dövlətini yaratmağı qərara aldı. Avropalıların çoxu inanırdı ki, Serbiyanın
ambitsiyasını Avstriyaya qarşı olan Rusiya qızışdırır. Avstriya özü də inanmışdı ki,
Belə qarşılıqlı inamsızlıq şəraitində və Avstriya-Macarıstanla Rusiya arasındakı
nifrət bir tərəfdən, Avstriya-Macarıstanla Serbiya arasındakı eyni münasibət digər
Rusiyanın müdaxiləsindən qorxan Avstriya liderləri Alman ittifaqına bel bağlamağı
axtarırdılar. Imperator II Vilhelm və onun kansleri Avstriya-Macarıstanı əmin etdilər ki,
onlar Almaniyanın «bütöv köməyinə» arxalana bilərlər. Bundan ruhlanan Avstriya
253
iyulun 28-də Serbiyaya müharibə elan etdi və güman edirdi ki, müharibə yalnız Serbiya
ilə aparılmaqla məhdudlaşacaqdır. Lakin bu ümidlər tezliklə yoxa çıxdı.
Hərbi müharibə planları diplomatik və siyasi qərarları dağıtdı. Müharibənin
başlanğıc səhnəsində alman müharibə planları Fransanın müharibəyə cəlb olunması
ehtimalını da nəzərə alırdı. Bu plana görə, Rusiyaya qarşı olan cəbhədə minimum
qoşun vuruşduqda, alman ordusu sürətlə Fransanın qərbinə, neytral Belçika yolu ilə
müdaxilə edəcəkdi. Fransanı tez məğlub etdikdən sonra alman ordusu şərqdə Rusiyaya
qarşı ikiqat qüvvə ilə vuruşacaqdı.
Avqustun birinci ongünlüyündə bütün böyük Avropa dövlətləri müharibədə idi.
Elə görünürdü ki, bütün böyük dövlətlər müharibə riskinə hazırdır. Axı imperializm
onu dünyaya gətirən anaya – müharibəyə qarşı heç vaxt sədaqətsizlik etmir, ən kiçik
imkan meydana gələn kimi, bəzən onun yoxluğunda hansısa bəhanəni əsas götürərək
öz gücünü başqalarına sübut etdirmək üçün döyüş cəbhəsinə girməkdən də çəkinmir.
Çünki müharibə ən böyük rüsumu xalqdan alır, insan həyatı qurbanları ilə öz yanğısını
söndürür. Xalq dövlətə məxsus olduğundan imperatorlar bu yanacağı müharibə
sobasına aramsız olaraq atmaqdan çəkinmirlər. Ayrı-ayrı dövlətlər, ölkələr yox, qoy lap
bütün Avropa viran qalsın, məgər belə dəhşətli nəticə imperatorları düşündürürmü?
Axı Napoleon onlara təkcə Marsa məxsus olan mütləq qüvvə və həm də cəsarət
nümunəsi göstərmişdi, lakin o da qələbələr seriyasını məğlubiyyətlərlə başa vurmuşdu.
İmperatorların düşüncəsinə görə, o dünyadakı cəhənnəmə yollanmamışdan əvvəl yüz
minlərlə, milyonlarla insan müharibə alovunda piy kimi əriməklə yerüstü cəhənnəmlə
tanış olmaq imkanından yan keçməməlidir. I Dünya müharibəsinə başlayanlar heç
olmasa, öz aqibətlərini azacıq nəzərə alsaydılar, bu dəhşətli hadisənin meydana
gəlməsinə əl atmazdılar.
Müharibədə vuruşan xalqların cavan nəsilləri, yaşıl meşənin təzə pöhrələri məhv
olur. Onlar düşünmürlər ki, vaxtilə Stsipion Emilian Karfagenin yanmasını seyr
edərkən, öz doğma Romasının da bu taleyi yaşayacağını göz önünə gətirib qüssələndiyi
kimi, öz ölkələrinin də nəticədə «qırıq təknə» yanında qaldıqlarının şahidi olacaqlar.
Son imperatorlar dünyaya öz sələflərindən tam fərqli olan bir yeni «töhfə» verdilər,
tarixə dünya müharibəsi praktikasını «bəxş etdilər». Marksın təbirincə deyilsə, tarix ilk
dəfə faciə şəklində təkrar olunduğundan, Hitler dünyanı daha böyük fəlakətə düçar
etdi. O, gələcək minillik imperiyanın başında dayanması ilə qürrələnirdi, altı il sonra
ümidləri bütünlüklə puç oldu.
1914-cü ildən əvvəl siyasi liderlərin çoxu belə bir inama yiyələnmişdi ki,
müharibə o qədər çox sayda siyasi və iqtisadi riskləri əhatə edir ki, onlara görə heç
vuruşmaq da lazım olmayacaqdır. Digərləri isə inanırdı ki, «rasional» diplomatlar
istənilən situasiyanı nəzarətdə saxlayacaq və müharibənin başlanmasının qarşısını
alacaqlar. 1914-cü ilin avqustunun başlanğıcında yeni illüziyalar onların yerini
tutmaqla, onların bərabər qaydada səfehliklərini sübut etdi.
Dostları ilə paylaş: