10. Sülhün məqsədləri
266
1919-cu ilin yanvarında Parisdə toplanan qalib Müttəfiqlərin sülh konfransında
dövlətlərin çoxu xeyli daha praqmatik motivlər əsasında hərəkət edirdi. Milli maraqlar,
həmçinin Paris sülh konfransında Böyük Britaniya baş naziri Lloyd Corc 1918-ci ildəki
seçkilərdə almanların dəhşətli müharibəyə görə haqq ödəməli olduqlarını vurğulamaq
hesabına həlledici qələbə qazanmışdı.
Fransa sülhə, milli təhlükəsizliyinə aid ümidlərlə konfransa gəlmişdi. Fransanın
baş naziri Jorj Klemanso inanırdı ki, fransız xalqı alman təcavüzünün başlıca zərbəsinə
məruz qaldığından intiqam hissi ilə doludur. Həm də gələcək alman təcavüzünə qarşı
öz təhlükəsizliyinə əmin olmağa layiqdir. Klemanso Almaniyanın demilitarizasiya
olunmasını, müharibənin haqqına görə böyük alman təzminatlarının ödənilməsini,
Fransa ilə Almaniya arasında bufer dövlət kimi ayrıca Reynlandın olmasını istəyirdi. Bu
tələbələrə ABŞ prezidenti Vudro Vilson qisas duyğusunda olan və milli öz
müqəddəratını təyin etmək prinsipinə əks olan kimi baxırdı.
Baxmayaraq ki, 27 millət Paris Sülh Konfransında təmsil olunmuşdu, ən vacib
qərarları isə Vilson, Klemanso və Lloyd Corc verirdi. İtaliya Böyük Dörd dövlətdən biri
hesab edilsə də, çox az əhəmiyyətə malik olan bir rol oynayırdı. Əlbəttə ki, Almaniya
gəlməmişdi, Rusiyada vətəndaş müharibəsi getdiyinə görə, o da dəvət olunmamışdı.
Vilson belə qərara gəlmişdi ki, «Millətlərin Liqası» gələcək müharibələrin
qarşısını alacaqdır. Klemanso və Lloyd Corc bərabər qaydada Almaniyanın
cəzalandırılması qətiyyətində idilər. Axırda yalnız kompromiss sülh razılaşmasına nail
olmağı mümkün etdi. 25 yanvar 1919-cu ildə konfrans Millətlər Liqasının prinsiplərini
qəbul etdi. Klemanso həmçinin Fransanın təhlükəsizliyi üçün bəzi qarantiyalar əldə
etməkdən ötəri kompromissə getdi. Böyük Britaniya və Birləşmiş Ştatlar söz verdilər ki,
Almaniya Fransaya hücum etsə, axırıncıya kömək göstərəcəklər.
Parisdə son sülh razılaşmaları məğlub edilmiş millətlərlə – Almaniya, Avstriya-
Macarıstan, Bolqarıstan və Osmanlı imperiyası ilə beş ayrıca müqavilələrdən ibarət idi.
Versal müqaviləsi 28 iyun 1919-cu ildə Almaniya ilə imzalanmaqla daha mühüm
əhəmiyyət kəsb edirdi. Almanlar kəskin sülh gözləyirdilər, lakin müqavilə daha sərt
oldu. Almanlar xüsusən «Müharibə təqsiri maddəsi» adlanan 231-ci maddə ilə özlərini
bədbəxt hesab etdilər. Ona görə Almaniyanın və Avstriyanın müharibəni başlamağa
görə məsuliyyət daşıdığı bəyan edildi və göstəriş verildi ki, Almaniya vurduğu bütün
ziyanlara görə təzminat ödəməlidir. Çünki müharibə «onların (Müttəfiqlərin) üzərinə
Almaniyanın və onun müttəfiqlərinin təcavüzü ilə qoyulmuşdur». Müqavilə təzminatın
miqdarını müəyyən etmədi, bu, sonralar təzminat komissiyası tərəfindən müəyyən
ediləcəkdi.
Almaniya öz ordusunun tərkibinin 100 min nəfər olması üçün onu ixtisar etməli
idi, hərbi-dəniz qüvvələrindən imtina etməli və hərbi-hava qüvvələrini məhv etməli idi.
Almaniyanın ərazi itkiləri Elzas və Lotaringiyanın Fransaya və Prussiyanın
bölmələrinin yeni Polşa dövlətinə verilməsi idi. Üç kiçik ərazi Belçikaya verildi,
Lüksemburq alman birliyindən azad edildi. Sileziya zonaları Almaniyadan alınıb
Çexoslovakiyaya verildi.
«Diktə olunan sülhdə» qəzəblənən yeni Almaniya hökuməti müqaviləni qəbul
etməkdənsə, ona müqavimət göstərməyə and içdi, lakin o, heç bir real alternativə malik
267
deyildi. Müqaviləni rədd etmək müharibənin bərpa edilməsi demək idi və bu, artıq
mümkün deyildi.
Əvvəlkindən fərqli yeni ərazidə yaranan Avstriya dövlətinin müstəqilliyi
tanındı. Artıq əvvəlki imperiyadan əsər-əlamət yox idi.
Əsrlərlə yaşı olan Osmanlı imperiyası müharibədən sonrakı sülh razılaşması ilə
parçalandı. Müttəfiqlər Osmanlı imperiyasının Orta Şərqdəki ərəb dövlətlərinin
müstəqilliyini tanıyacaqlarını vəd etdilər. Lakin avropalıların imperialist adətləri
çətinliklə ölürdü. Müharibədən sonra Fransa Livan və Suriya üzərində nəzarəti ələ
keçirdi. Britaniya isə İraqı və Palestinanı aldı. Hər iki qazanılan səlahiyyətlər mandatlar
adlanırdı. Müstəmləkə ərazilərinin Müttəfiqlər tərəfindən haqsız olaraq anneksiyasına
Vudro Vilson zidd çıxdıqda, sülh razılaşması mandatlar sistemini yaratdı. Bu yolla bir
millət rəsmi cəhətdən Millətlər Liqasının xeyrinə ərazini idarə etməli idi. Bu, bir daha
onu göstərdi ki, öz müqəddəratını həll etmə prinsipi əsasən avropalılar üçündür.
10 avqust 1920-ci ildə Fransada bağlanan Sevr müqaviləsinə görə isə türklər
əcnəbi hakimiyyət altında olan ərazilərə iddiasından əl çəkməli idi. Bunlar Misir,
Liviya, Tunis, Kipr, Dadekanlar, Lemnos, Samofrakiya, Lesbos, Xios və İkariya idi. Bu
müqaviləyə görə, Ermənistan müstəqil olmalı, Kürdüstana isə muxtariyyət verilməli
idi. Lakin Mustafa Kamal və Türkiyə hökuməti Sevr müqaviləsinə tabe olmaqdan
imtina etdi. Ona görə də bu müqavilənin ömrü qısa oldu, bəzi cəhətlərinə görə həyata
keçmədi və 1923-cü ildəki Lozanna Konfransında ləğv edildi.
Parisdə danışıqlarının aparıldığı sülh razılaşması da tezliklə hücuma məruz
qaldı, özü də təkcə məğlub edilmiş Mərkəzi Dövlətlər tərəfindən deyil, həm də sülh
yaradanların uzağı görə bilməmələrini hiss edən digərləri tərəfindən. Bəzi xalqlar bunu
qəbul edirdilər ki, razılıq həmin şəraitlərdə nail oluna bilmənin ən yaxşısıdır. Onlar
inanırdılar ki, öz müqəddəratını həll etmə, mərkəzi təşkil olunma prinsiplərinə ağıllı
qaydada xidmət edir və Millətlər Liqasının yaradılması gələcək münaqişələri dinc yolla
həll ediləcəyinə müəyyən ümid verir. Lakin 20 ilin içində Avropa yenidən məhvedici
münaqişəyə cəlb edildi. Bəzi tarixçilərin güman etdiyi kimi, 1919-cu il sülhünün
uğursuzluğu razılığın strukturundan daha çox, ona məcbur edilmənin yoxluğu ilə izah
edilə bilərdi.
Sülhə uğurlu qaydada məcbur edilməsi onun prinsipial arxitekturasına fəal
qaydada müdaxiləni zəruri edirdi, xüsusən yeni alman dövlətinin sülhsevər və
demokratik respublika kimi imkanlarına köməklik göstərilməsində bu hiss olunurdu.
Birləşmiş Ştatlar Senatının Versal sülhünü ratifikasiya etməkdə uğursuzluğa düçar
olması ancaq o demək idi ki, Birləşmiş Ştatlar heç vaxt Millətlər Liqasına
qoşulmayacaqdır. Senat həmçinin Böyük Britaniya və Fransa ilə Vilsonun müdafiə
ittifaqını rədd etdi. Artıq 1919-cu ilin sonundan Birləşmiş Ştatlar elə bir siyasət
götürmüşdü ki, o, gələcək Avropa müharibələrinə birbaşa qoşulmağı
məhdudlaşdırmaq niyyətini güdürdü.
Bu geri çəkilmə dəhşətli nəticələrə səbəb oldu. Amerikanın Britaniya və Fransa
ilə müdafiə yönlü ittifaqdan geri çəkilməsi, Britaniyanın da ondan geri çəkilməsinə yol
açdı. Özünü Avropa işlərindən uzaqlaşdıran Birləşmiş Ştatlar Fransanı məcbur etdi ki,
köhnə düşməni ilə təkbaşına üz-üzə gəlsin, bu qəzəblənmiş milləti Almaniyaya qarşı
güclü hərəkətlər etməyə aparmaqla, yalnız Almaniyanın hiddətini artırırdı. 1919-cu ilin
268
sonundan bu da üzə çıxdı ki, bir neçə ay əvvəl bağlanmış sülh artıq çözələnməyə
başlamışdır.
I Dünya müharibəsinin başa çatması ilə Avropanın və Asiyanın xəritəsində
mühüm dəyişikliklərin meydana gəlməsi isə daha ehtiyatlı hərəkət edilməsini, bu sülhü
möhkəmləndirmək tədbirləri görülməsini tələb edirdi.
Rusiyada baş verən inqilablar 300 illik Romanovlar sülaləsinin hökmranlığına və
imperiyanın mövcudluğuna son qoymuşdu. Polşa və Finlandiya Rusiyadan ayrılaraq
öz müstəqil dövlətlərini qurmuşdu. İmperiyanın geniş ərazisində sonralar SSRİ kimi
nəhəng totalitar dövlət yarandı. II Dünya müharibəsində çox sayda məğlubiyyətlərə
məruz qalan Sovet ordusu, Hitler nasizmi üzərində qələbəyə nail olunmasında mühüm
rol oynamışdı. Bu, ona Şərqi Avropada sosializm sistemini qurmağa imkan vermişdi.
Almaniya I Dünya müharibəsində məğlub olsa da, öz torpaqlarına düşmən
əsgərinin ayaq basmasını görməmişdi, ona görə də müharibədən əvvəlki ərazisinin əsas
özəyini saxlaya bildi. Lakin Paris Sülh konfransındakı qərarlarında Almaniya kəskin
qaydada alçaldığı qənaətinə gəldi. Onun Afrikadakı müstəmləkə torpaqları, Çindəki
təsir zonaları, həmçinin özünün əraziləri əlindən çıxmışdı. Hərbi qüvvələrinə vurulan
zərbə ilə yanaşı, ixtisar edilməsi və bəzi növlərdən imtina edilməli, həmçinin iri
məbləğdə təzminat ödəməyə məcbur edilməsi başqa niyyətlər güdən Almaniyanı ağır
vəziyyətə salmışdı. Bir qədər sonra noyabrda ölkədə inqilab baş verdi və doqquz ay
sonra, 1919-cu ilin iyulunda Veymar Respublikası yarandı.
Avstriya-Macarıstan imperiyası imperator I Frants-İosifin imzası ilə I Dünya
müharibəsinə girsə də, bu imza dörd il sonra imperiyanın məhv olması barədəki bir
hökmə çevrildi. Onun özü müharibənin sonunu, imperiyanın dağılmasını görmədən,
1916-cı ildə həyatdan getdi. İmperiyadan olan Avstriya və Macarıstanın hər ikisi xeyli
ərazi itkiləri ilə yanaşı, özlərini dövlət kimi qoruyub saxladı, imperiyanın bəzi
ərazilərində isə müstəqil dövlətlər meydana gəldi.
Osmanlı imperiyasının ləğv olunması ilə Avropanın bu «Xəstə adamının»
aqoniyasına birdəfəlik son qoyuldu. Onun müstəmləkə şəbəkəsi kart evciyi kimi sürətlə
dağıldı. Onsuz da 1908-ci ildəki Gənc Türklər inqilabından sonra Osmanlı imperiyası
koma vəziyyətində idi. 1914-1915-ci illərin qışında Türkiyənin Qafqazlara və Sinay
səhrasına hücumları uğursuzluqla nəticələnmişdi. Bu əməliyyatlar əslində Rusiya və
Britaniya qüvvələrini oraya cəlb etməklə, onların Avropa müharibə teatrından
yayındırılması məqsədini güdən alman strategiyasına xidmət edirdi. Britaniya buna
Qallipolidə cavab verməyə cəhd etdikdə, ağır məğlubiyyətlə üzləşməli oldu. İngilislər
yarımadadan geri qayıtmağa məcbur oldular. Ruslar isə 1916-cı ilin yanvarında Şərqi
Türkiyədə hücuma keçib, Ərzurumu, bir qədər sonra isə Trabzonu, Ərzincanı
götürdülər.
Heç də sirr deyildir ki, ABŞ-ın Müttəfiqlər tərəfdə müharibəyə qoşulması təkcə
pat vəziyyətinə deyil, ümumiyyətlə, ona bütünlüklə son qoymağı mümkün etdi. Alman
sualtı qayıqlarının əməl gətirdiyi bəlalarla yanaşı, Almaniyanın Mərkəzi Amerikada da
özünə dayaq nöqtəsi yaratmaq məqsədi bu məsələdə az rol oynamadı. Almaniya,
Meksika sahillərində özünə hərbi-dəniz bazası yaratmaq barədə Meksika hökumətinə
təklif irəli sürdü və bildirdi ki, əgər ABŞ müharibəyə girsə, Meksika Almaniyanın
müttəfiqinə çevrilməklə Texası, Nyu-Meksikonu və Arizonanı ABŞ-dan geri alacaqdır.
269
Axı XIX əsrin ortalarınadək bu ərazilər Meksikaya məxsus olmuşdu. Bu xəbər prezident
Vilsona, sonra isə mətbuata çatdı. Bu vaxt amerikalılar Almaniyaya qarşı müharibə
tələb etməyə başladılar. Həm də 18 mart 1917-ci ildə alman sualtı qayığı ABŞ-ın üç
ticarət gəmisini batırdı və iki gün sonra Vilson qərara gəldi ki, Birləşmiş Ştatlar
Almaniyaya müharibə elan etməlidir. Konqres xüsusi sessiyaya yığıldı və aprelin 6-da
müharibə barədə prezidentin bilavasitə bəyanatı səsləndi. Bundan hələ bir il əvvəl isə
ABŞ Antantaya maddi ehtiyat təchizatı və kredit verməklə, onun geniş kömək
göstərmək niyyəti özünü büruzə vermişdi. 1917-ci ildən müharibə başa çatana qədər
Müttəfiqlər Birləşmiş Ştatlardan 7 milyard dollar məbləğində borc almışdı.
Türklər ərəb ölkələrini itirmələri ilə məğlubiyyətlərinə görə barışsalar da,
Türkiyənin Avropadan kənarlaşdırılması barədəki göstərişlərə dözə bilmədilər. Bu vaxt
Yunanıstan 1919-cu ilin mayında İzmiri işğal etmək səlahiyyətinə yiyələndi, Britaniya
baş naziri Lloyd Corc hökumətinin təhriki ilə yunanlar yeni hücumlara başladılar.
Onlar İzmirlə millətçilərin paytaxtı olan Ankara arasındakı böyük ərazinin yarısına
bərabər məsafədə hərəkət etdilər.
Yunanlarla türklər arasında döyüş davam edirdi – türklər 1921-ci ilin
sentyabrında Sakarya çayı üstündə yunanlar üzərində qələbə çaldılar və oktyabrda isə
Fransa Türkiyə ilə separat sülh bağladı. 1921-ci ilin martında isə Millətçi Türkiyə Sovet
Rusiyası ilə, sonra Zaqafqaziya sovet respublikaları ilə, 1922-ci ilin yanvarında isə Sovet
Ukraynası ilə dostluq müqavilələri bağladı.
1922-ci ilin avqustunda türklərin yunanları darmadağın edən qələbəsindən sonra
onlar İzmiri azad etdilər. Türklər Boğazlar zonasının beynəlmiləlləşdirilməsi
məsələsinə dönəndə, fransız və italyan qüvvələri geri çağrıldılar. Britaniyalılar,
nəhayət, Sevr müqaviləsinin ölü bir sənəd olduğunu qəbul etdilər. 1922-ci il oktyabrın
11-də Mudaniyada Müttəfiqlərlə (həm də Yunanıstanla) Türkiyə Millətçiləri arasında
barışıq imzalandı. 1923-cı ilin iyulunda isə Lozanna sazişi imzalandı. Beləliklə, yunan
işğalı ideyası unuduldu, onun da taleyi Sevr müqaviləsinə oxşadı.
Dostları ilə paylaş: |