Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə51/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   47   48   49   50   51   52   53   54   ...   105
12. İmperatorların şəxsiyyəti onların sirlərini açır 

 

I Dünya müharibəsində Avropanın altı böyük dövləti – bir tərəfdən Almaniya, 

Avstriya-Macarıstan və Osmanlı imperiyası, digər tərəfdən isə İngiltərə, Fransa və 

Rusiya imperiyaları üz-üzə dayanmış, öz hökmranlıqlarını möhkəmləndirmək üçün 

ölüm-diri mübarizəsinə girişmişdilər. Əgər diqqətlə təhlil edilsə, bu müharibənin 

başlanmasında və dörd ildən artıq bir müddətdə milyonlarla insanın qanının 

axıdılmasında bu dövlətlərin bayraqları altında vuruşan titul xalqlar – nə almanlar və 

türklər, nə ingilislər və fransızlar, nə də ruslar əslində bu cinayətə görə heç bir 

məsuliyyət daşımırdılar. Onlar nə müharibə cığırına düşmüş, nə də torpaqlar işğal 

etməyə, şəhərləri dağıtmağa girişmişdilər. Məgər Troyaya sadəcə yunanlar hücum 

etmişdilərmi, yoxsa Mikena çarı Aqamemnon  qardaşı arvadı Yelenanın qaçırılması 

bəhanəsindən istifadə edib, Kiçik Asiyadakı bu varlı şəhər-dövləti tutmaq üçün yaxşı 

fürsət düşdüyünü anlayıb, dənizi keçərək, arqonavtlar «qızıl yun» ardınca Kolxidaya 

üzdüyü kimi, yelkənləri dolduracaq külək nəminə öz qızı İfigeniyanı da qurban 

verərək, Troya ətrafına gəlmiş və on il davam edən müharibəni zəfərlə başa çatdıra 

bilmişdi. Troya darmadağın edilmiş, çar Priam bütün ailə üzvlərini ölüm və əsir 

düşmək nəticəsində itirmiş, bu bədbəxt şəhərin min ildən sonra Karfagenn başına gələn 

bir faciəni yaşamasına səbəb olmuşdu. Homerin yazdığı kimi, əslində, Troya 

müharibəsini allahlar aparırdı, onların iradəsinə görə silahlı toqquşma belə uzun 

müddət davam etmiş, yunanlar və troyalılar şahmat oyununda hərəkət etdirilən 

piyadalar rolunda çıxış etmişdilər.  

Əgər Makedoniyalı Aleksandr olmasaydı, onun həmvətənləri və yunan əsgərləri 

hansı dəlisov istəyə görə isə Persiyaya, Mərkəzi Asiyaya və Hindistana gedib 

çıxardılarmı?  Militarizmə meyli ilə seçilən Romanın məşhur sərkərdələri üç Puniya 

müharibəsi aparmaqla Karfageni tədricən məhv etmiş, son müharibədən sonra yerini 

də şumlamışdılar. Sezar Qalliyanın işğalı ilə kifayətlənməyib, Britaniya adalarına da 

keçmişdi. Axı sadə əsgər bu miqyasda olan məsələlər barədə heç cür düşünə də 

bilməzdi. Məgər Qərb imperiyasını sadə franklar yaratmışdılarmı? Prussiyanı döyüş və 

işğal yoluna sadə prussiyalılar deyil (Konrad Adenauer onları «əcdadlarını unutmuş 

slavyanlar» adlandırırdı), I Fridrix Vilhelm və onun oğlu Böyük Fridrix salmışdı. 




277 

 

Napoleon təkcə fransızları deyil, zəbt etdiyi ölkələrin əsgərlərini də bütün Avropanı 



işğal etməyə istiqamətləndirmiş, qitəni qan dənizinə çevirmişdi.  

Bir vaxtlar Osmanlı sultanları Mehmet Fateh, Səlim Yavuz və Süleyman Kanuni 

imperiyanın üç qitəyə yayılması üçün cəbhələrdə böyük qələbələr çalmışdılar. Lakin 

XVII əsrdən imperiya tənəzzül yoluna qədəm qoydu. Rusiya ilə apardığı çox sayda 

müharibələrdə isə geniş ərazilərini itirməli oldu.  

Bismark məsələləri «dəmir və qanla» həll etmək yolunu göstərir və 1870-ci ildə 

Prussiyanın Fransa ilə müharibəsinə uğurlu cəhd edib, Sedanda fransız ordusunun 

darmadağın edilməsinə nail oldu. O, Almaniyanı birləşdirərək Avropanın qüdrətli 

dövlətinə çevrilmişdi. Lakin onun işğal siyasətinin bir gün öz ölkəsinə və xalqına da 

bədbəxtliklər bəxş edəcəyini heç ağlına da gətirməzdi. Bismark irsi Almaniyanı iki 

dünya müharibəsinə başlamağa istiqamətləndirdi və hər iki müharibədə Almaniya 

məğlub oldu.  

Bir sözlə, imperiyalar heç də xalqların tarixə «hədiyyəsi» olmayıb, bir sıra hərbi 

və siyasi xadimlərin başqa xalqlara, nəticədə həm də öz xalqına bəxş etdiyi 

bədbəxtlikdir. İmperiya latın sözü olan «imperium» ifadəsindən meydana gəlmişdir, 

bu, «hökm sürmək, hakimiyyət» mənasını verir. Qədim Romada «divide et impera» 

ararıcı prinsipə çevrilmişdi, «parçala və hökm sür» mənasını verməklə, xalqı əsarət 

altına almaq üçün onu parçalamağın vacib olduğunu bildirirdi. İmperiya bu prinsipdən 

istifadə etməklə yanaşı, çox sayda ölkələri və xalqları öz hakimiyyəti altına salıb, 

onların bu asılılığını əbədiləşdirməyə çalışırdı. Onsuz da imperiyanın yaranmasında 

silah, qan axıdılması, müharibə başlıca rol oynadığı kimi, imperiya öz hakimiyyətinə 

qarşı xalqların etirazı şəklində azacıq təhlükə gördükdə, öz yırtıcı təbiətinə uyğun 

olaraq, yenə də köhnə vasitələrə əl atmaqdan, təkcə ayrı-ayrı əraziləri deyil, qitəni, 

bütün dünyanı müharibə teatrına çevirməkdən belə çəkinmir. İmperiyalar hakim 

dövlətin adı ilə adlansa da, qədim dövrlərdə olan kimi onu yaradanların, məsələn. 

Makedoniyalı Aleksandrın və ya Çingiz xanın adı ilə olan kimi adlandırılsaydı, bu, 

daha düzgün olardı. Uzun ömür sürən bir imperiyanı heç də Avstriya yox, Habsburqlar 

sülaləsi yaratmışdı.  

Ona görə də I Dünya müharibəsinin başlanmasında günahkar olan bu şər əməlin 

beş iştirakçısına daha yaxından bələd olmaq, onların həyata keçirdikləri eybəcərlikləri 

daha yaxşı dərk etməyə kömək edərdi. Böyük ispan rəssamı Fransisko Qoyya 1800-cü 

ildə yaratdığı «Kral IV Karlın ailəsi» tablosunda ispan monarx ailəsinin üzvlərini daha 

çox psixoloji reallıqda, daxili aləmlərinə nüfuz etməklə onların portretlərini təsvir 

etmişdir. Onlar mənəviyyat adlanan dünyanın xarabalıqlarını əks etdirdiklərindən, 

eybəcərlikləri daha aydın nəzərə çarpır. I Dünya müharibəsindəki imperatorların da, 

yəqin ki, belə realist təsvirə ehtiyacları vardır.  

Vuruşan imperatorlardan ən qocası Avstriya-Macarıstan imperatoru, bundan 

əvvəl isə 1967-ci ilə qədər Avstriya imperatoru olmuş I Frants-İosif idi. O, I Dünya 

müharibəsinə girmək barədə dekreti imzalamaqla, dörd il sonra, əlbəttə, əgər iki il 

əvvəl ölməsəydi, imperiyanın xatirəsinə rekviyem oxuyardı. 1882-ci ildə o, Almaniya və 

İtaliya ilə Üçlük İttifaqı bağladı. Onun hakimiyyətdə rolu əvvəllər böyüyüb, onu 

mütləq monarxa çevirmişdi.  




278 

 

Frants-İosif 1830-cu ildə Vyana yaxınlığındakı Şonbrun sarayında doğulmuşdu, 



ershersoq Frants-Karlın və Bavariya kralı I Maksimilian İosifin qızı Sofiyanın böyük 

oğlu idi. Onun əmisi I Ferdinand övladsız olduğundan, Frans-İosif tacın varisi kimi 

tərbiyə olunmuşdu. Onun hərbi məşqlər keçməsinə xüsusi diqqət verilirdi. 1848-ci ilin 

dekabrında ölkədə inqilab başlandıqda imperator Ferdinand taxt-tacı tərk etdikdən 

sonra 18 yaslı Frants-İosif imperator elan edilmişdi.  

Qoca kansler Metternix Frants-İosifə daha böyük təsir göstərmişdi. Lakin ona ən 

güclü təsiri arvadı olan Bavariya hersoginyası göstərmişdi. O, bu qadınla 1854-cü ildə 

evlənmişdi.  

1850-ci ildə Prussiya Almaniyada Avstriyanın ağalığını etiraf etmişdi. 1867-ci 

ildə imperiyadakı bütün millətləri razı salmaq üçün Frants-İosifin həyata keçirmək 

istədiyi tədbirlər uğursuzluğa uğradıqda, Macarıstana qarşı kompromiss imkanından 

istifadə edildi. Nəticə imperial və ya kral «Dual monarxiyası» oldu, bunda Avstriya və 

Macarıstan bərabər partnyorluqda birgə yaşadılar. Frants-İosif tam ürəkdən Macarıstan 

kompromissini dəstəkləyirdi.  

Güclü xarici işlər nazirləri xarici siyasəti aparmaqda Frants-İosifə çox köməklik 

edirdilər. Onun xarici siyasəti sülaləyə və şəxsiyyətə əsaslanırdı.  

İmperatorun öz ailəsinə münasibəti də sülalə qaydalarına əsaslanırdı. O, sevdiyi 

qıza evlənmişdi, lakin sonralar bu nikah arvadının ekssentrik xasiyyətinin zərbələrinə 

məruz qalmışdı. Arvadının 1898-ci ildə Cenevrədə qətlə yetirilməsi onu dərindən 

kədərləndirmişdi. Onun varisi olan Rudolf da 17 yaşlı baronessaya məhəbbətinə görə 

özünü intihar etmişdi. O, oğluna yaxşı tərbiyə verməmişdi, onu Belçika printsessası 

Stefaniyə evlənməyə məcbur etmişdi, dul qalan  gəlin ikinci dəfə morqanatik (kral 

ailəsinə mənsub olanın kral ailəsinə mənsub olmayanla nikaha girməsi) nikaha girəndə, 

Frants-İosif bunu sülalə əleyhinə cinayət kimi qiymətləndirərək, qadını bağışlamamışdı. 

Göründüyü kimi, faciələr imperatorun şəxsi həyatından yan keçməmişdi və 1914-cü 

ildə belə bir faciə onu yenidən yaxaladı, bu da varis Frants-Ferdinandın qətlə 

yetirilməsi idi.  

Frants-Ferdinand morqanatik nikaha girəndə, imperator bununla barışmalı 

olmuşdu. Onun ailədə daha yaxın olduğu kiçik qardaşı Lui Viktor idi. Lakin 

fransızların köməkliyi ilə qardaşı ershersoq Maksimilianın Meksika imperatorluğunu 

öz üzərinə götürməsi və nəticədə 1867-ci ildə meksikalılar tərəfindən güllələnməsi kimi 

bir faciəyə görə o, əvvəlcədən bundan xəbəri olan kiçik qardaşını heç məzəmmət də 

etməmişdi. Frants-İosif 68 il ərzində taxt-tacda olmuşdu, XX əsrin ikinci onilliyi isə 

imperiyanın ləğv edilməsinin şahidi oldu. Onun çox saydakı səhvləri böyük 

nailiyyətləri ilə tarazlaşırdı. Səhvlərinə gəldikdə, 1864-cü ildə Prussiya ilə ittifaqda 

Danimarkaya qarşı  uğurlu müharibəyə başladığı halda, Prussiya ilə sözləşməsi 

Yeddiillik müharibənin başlanmasına (iyun-iyul 1866-cı il) səbəb olmuşdu. Beləliklə, I 

Frans-İosif bəzi tarixçilər tərəfindən, Dünya müharibəsi adlandırılan Yeddiillik 

müharibənin gerçəkliyə çevrilməsində də, I Dünya müharibəsinin baş verməsində 

olduğu kimi, öz bədnam rolunu oynamışdı.  

Nailiyyətləri isə imperatorun öz vəzifəsinə sakit qaydada özünü həsr etməsinin 

möhürünü daşıyırdı. O, memarlığa valeh idi, arxitektura üslublarına aludə olduğundan 

öz paytaxt şəhərləri olan Vyananın və Budapeştin gözəlləşməsinə, füsunkar memarlıq 



279 

 

abidlərinin yaradılmasına şəxsən şərik idi. O, incəsənət xadimlərinə yaradıcılıq azadlığı 



verirdi. Vals janrında incilər yaratmış İohann Ştrausla sarayın balkonunda xalq 

qarşısına çıxanda alqışlarla qarşılanan bəstəkarın xidmətləri müqabilində onu Vyananın 

əsl kralı adlandırmışdı. Final səhnədə də Avstriya-Macarıstan imperatorun 

şəxsiyyətindən möhkəm köməklik almaqda davam edirdi.  

Frants-İosif böyük ovçu idi, ovçuluğa xüsusi həvəs göstərirdi, bəlkə də təbiətin 

qoynunda keçirdiyi anlar ona şəxsi həyatındakı faciələri və çiynində gəzdirdiyi böyük 

səlahiyyətlər yükünün ağırlığını bir qədər unutdururdu.  

Almaniya imperatoru II Vilhelm 1914-1918-ci illərdəki I Dünya müharibəsini 

başlamaqla, bu müharibənin ləkəsini öz üzərində daşımalı olan, bəlkə də, birinci şəxs 

idi. O, 1859-cu ildə Potsdamda doğulmuşdu, anadan olandan zədələnmiş sol ələ malik 

idi. Tac prinsi, sonra bir neçə aylığa imperator olmuş III Fridrixin və Böyük Britaniya 

kraliçası Viktoriyanın böyük qızı olan Adelaida Viktoriyanın böyük övladı idi. Uşağın 

qolunun zədəsi böyüyəndə də sağalmadı. Bəzi tarixçilər onun davranışının açarını 

məhz bu əlillikdə görürlər. İngiltərə kralı I Karlın da uşaqlıqda ayaqlarının zəifliyi onun 

xarakterinə öz təsirini göstərmişdi. Atası kral Ceyms isə buna fikir vermirdi, öz 

homoseksualist məşuqları ilə əylənməsi ona çox şeyləri unutdururdu. İstənilən fiziki 

qüsur bəzən xarakterə də öz təsirini göstərməmiş qalmır.  

Anasının Vilhelmi ingilis liberallığı ruhunda tərbiyə etmək cəhdlərinə 

baxmayaraq, o, Prussiya xalqının möhkəm, igid, qənaətcil, özünü qurban verməyə hazır 

olan hökmdar yetişdirməyə qadir olduğu iddiasına rəğbət bəsləməklə, məhz bu 

xüsusiyyətlərə yiyələnməyə cəhd etmişdi. Ona görə də anası Viktoriya ilə 

münasibətlərində çətinliklər mövcud idi, lakin qadın ona müəyyən təsir göstərməyi 

bacarmışdı.  

1881-ci ildə Vilhelm printsessa Avqusta Viktoriyaya evləndi, bu qız Şlezviq-

Holsteyn-Sandenburq printsessası idi. Yeddi il sonra babası I Vilhelm 80 yaşında öldü. 

Fridrix 1888-ci ildə imperatora çevrildi, lakin bir az əvvəl tutulduğu boğaz xərçəngi 

xəstəliyindən az sonra öldü. Beləliklə, Vilhelm 29 yaşında kayzer oldu. Bu, 

Hohensollern sülaləsindən olmaqla, bu vaxt hökmranlıq üçün ilahi missiyanı qəbul 

etmək kimi idi.  

İmperatorun ilk tədbirlərindən biri kansler Bismarkı, Almaniyanı birləşdirən və 

onun qüdrətinin qabarmasında böyük xidmətləri olan bir dövlət xadimini vəzifəsindən 

uzaqlaşdırması idi. Əslində o, olduqca təcrübəli və istedadlı məsləhətçidən məhrum 

oldu. Axı qoca kansler onun qarşılaşdığı problemlərə əla cavablar tapa bilərdi. Ancaq 

onu da nəzərə almaq lazımdır ki, məhz Bismark Fransanı Almaniyanın barışmaz 

düşməni etmişdi. 75 yaşlı Bismark da yeni problemləri həll etməkdə çətinlik çəkirdi. 

Həm də Vilhelm qeyri-müəyyən planlar cızırdı və bu, sarayda müxalifətin meydana 

gəlməsinə səbəb olmuşdu.  

1896-cı ildə Cənubi Afrika Respublikasının prezidenti Paul Krigerə Britaniyanın 

üzərində qazanılan qələbə münasibətilə Vilhelmin göndərdiyi təbrik teleqramı 

İngiltərədə qəzəb dalğasının yaranmasına səbəb oldu.  

Tanjerə səfər edəndə isə, 1905-ci ildə burada Mərakeşin müstəqilliyi ideyasını 

dəstəkləməyi bəyan etməklə, Fransanın bu ölkədəki mövqeyinə əslində əks çıxmışdı. 

Bundan əvvəl isə Britaniya Fransa ilə mübahisələrini həll etmişdi. Bu hərəkəti ilə 



280 

 

Vilhelm göstərmək istəyirdi ki, Britaniyanın Fransa ilə ittifaqının onun üçün heç bir 



əhəmiyyəti yoxdur.  

1908-ci ildə Vilhelm İngiltərəyə səfər etdikdən sonra həmin ölkənin «Daily 

Telegraph» qəzetinə verdiyi nəzakətdən uzaq olan müsahibəsi Almaniyada böyük 

coşqunluq yaratdı. O, intervü götürən müxbirə demişdi ki, alman xalqının böyük 

hissəsi anti-ingilis əhval-ruhiyyədədir. Vilhelm dialoqun mətnini kanslerə göndərsə də, 

o, yazının məzmununa əhəmiyyət verməmiş, sonra isə Reyxstaqda öz ağasını olduqca 

yararsız qaydada müdafiə etmişdi. Bu sözlər ingilisləri qəzəbləndirməyə bilməzdi. 

Britaniyanın mərhum kraliçasının nəvəsi bu ölkənin xalqı barədə düşmənçiliyə bərabər 

olan ifadə işlətməklə, əslində onu təhqir etmişdi.  

1911-ci ildə Mərakeş böhranı vaxtı fransızların bu ölkəyə müdaxiləsinə bir daha 

mane olmağa cəhd göstərmişdi, bu isə müharibəyə aparıb çıxara bilərdi.  

I Dünya müharibəsi Avstriya-Macarıstanı süqutdan xilas etmək cəhdi kimi 

başlanmışdı. Serbiya ilə böhranda o, Avstriya- Macarıstanın tərəfini saxlamışdı. Bu, 

dünyanın Almaniya ilə münaqişəsinə çevrildi. Müharibə dövründə Vilhelm rəsmən baş 

komandan olsa da, işi idarə edən generallara müqavimət göstərə bilmirdi. Almaniya 

həlledici qələbə qazanmadığına görə müharibə illərində onun nüfuzu tənəzzülə 

uğramışdı. Artıq ordunun və donanmanın dəstəyindən məhrum olmuşdu.  

1918-ci ilin payızında o, bu fikrə gəldi ki, Almaniya müharibəni uduzur, lakin 

məğlubiyyəti öz tacına yaraşdırmırdı, təslim olmaqdan imtina edirdi. Lakin 9 noyabrda 

bunu istəməsə də, taxt-tacdan əl çəkməyə məcbur edildi və ailəsi ilə birlikdə özünə 

Niderlandda sığınacaq tapdı. O, bununla əsir düşməkdən və ya cəzası kimi mümkün 

ola biləcək ölüm hökmündən (qapını kəsən inqilab isə özünü, yəqin ki, mülayim 

aparmayacaqdı) yaxa qurtara bilsə də, lakin birləşmiş Almaniyada qısa ömürlü 

monarxiyanı xilas edə bilmədi, bu monarxiya çox gənc – 47 yaşında dünyadan getdi. II 

Dünya müharibəsinin ikinci ili davam edəndə 4 iyun 1941-ci ildə II Vilhelmin özü də 

Niderlandda vəfat etdi.  

1871-ci il Almaniya Konstitusiyası Kayzerə böyük hüquqlar vermişdi, o, kansleri 

təyin və azad edə bilərdi. Reyxstaq isə Kayzerin təyinatlarını danışıqsız dəstəkləyirdi. 

Digər tərəfdən, alman ordusu və hərbi-dəniz donanması mülki hökumətə tabe deyildi 

və Kayzer Almaniyada yeganə şəxs idi ki, hərbi siyasəti müəyyən edə bilərdi. İngilis 

mətbuatı Kayzeri Ali Müharibə Ağası kimi qələmə verirdi, o, müharibəyə başlamaq 

qərarını verməkdən başqa isə heç bir şeyə qadir deyildi.  

O, Britaniyanın dəniz donanması gücündə bir hərbi-dəniz qüvvəsi yaratmağa 

cəhd edirdi. O, axını dayandırmaq əvəzinə, özü də axınla birlikdə üzməyə üstünlük 

verdi və müharibə dalğası onun ağılsız ideyalarını və özünü də batırdı.  

Rusiya çarı I Nikolayın 1917-ci ildə taxt-tacdan əl çəkməyə məcbur edilməsi 

əsrlərlə davam edən imperiyanın sonu demək idi. Təbiətcə utancaq və fikrini asanlıqla 

dəyişən olan Nikolay erkən yaşlarında Rusiyada avtoritar hökmdar rolunu oynamağa 

girişdi. Onun irticaçı münasibəti daxili və xarici siyasət işlərinin icrasında ümumi 

səriştəsizliyi ilə birləşməklə, xalq arasında ondan narazılığın yaranmasına səbəb 

olmuşdu.  

II Nikolay 1868-ci ildə Tsarskoye Seloda, Sankt-Peterburq yaxınlığındakı çara 

məxsus olan yay saraylarının birində anadan olmuşdu. 1881-ci ildə III Aleksandr kimi 



281 

 

çar olan tsareviçin və onun arvadı Mariya Fyodorovnanın (danımarkalı Daqmarın) oğlu 



idi. 1894-cü ildə ölən atasını taxt-tacda əvəz etmişdi.  

Nikolay nə təcrübəsinə, nə də xarakterinə görə mürəkkəb işlərə yaramırdı, bu 

işlər isə geniş imperiyanın bir avtoritar hökmdarı kimi onu gözləyirdi. O, müəllimindən 

hərbi təhsil almışdı, onun zövqü və marağı isə gənc Rusiya qvardiya zabitinə məxsus 

olan qaydada idi. Rəsmi işlərdə özünü xəstə kimi hiss edirdi. Təbəələri ilə ünsiyyətdən 

qaçırdı, əsasən öz ailə dairəsindəki özəl həyata üstünlük verirdi.  

1896-cı ildə evləndiyi arvadı Aleksandraya ehtirasla vurulmuşdu. Bu qadın isə 

öz ərində olmayan möhkəm xarakterə malik idi və Nikolay özünü bütünlüklə ondan 

asılı hesab edirdi. Arvadının təsiri altında Qriqori Rasputin kimi şarlatanın 

məsləhətlərinə ehtiyac duyurdu. Nikolay həm də digər məsuliyyətsiz favoritlərə malik 

idi, onlar isə çarı təhrif olunmuş məlumatlarla təmin edirdilər. Onu istənilən vaxt 

aldada bilirdilər, öz nazirlərinə isə o, inanmırdı, çünki onlar intellektual səviyyədə 

ondan yuxarıda idilər.  

O, öz hökumətinə mütəşəkkil qaydada işləməyə imkan vermirdi, onun birgə 

fəaliyyətini əslində heçə endirməyə çalışırdı. O, hökumətə tapşırıqlar vermək əvəzinə, 

nazirləri ayrı-ayrılıqda qəbul edir, hökuməti aramla işləməyə qoymurdu.  

Avtoritar hakimiyyətin rolu barədə baxışı da sadəcə uşaq təsəvvüründən uzağa 

getmirdi. O, güman edirdi ki, hakimiyyəti Allahdan almışdır və yalnız onun qarşısında 

cavabdehdir. Vətən və xalq qarşısında məsuliyyət daşımaq məsələsi isə onu 

düşündürmürdü. Özünün əksinə hərəkət edərək, təbiətcə iradəsizliyini pozaraq 

qitədəki mürəkkəb mübarizə sahəsinə öz istəyindən asılı olmayaraq daxil olmalı idi. 

Ağıl və iradə döyüşündə isə o, başqalarına məxsus olan silahdan əsasən məhrum idi.  

1905-ci ildə o, alman imperatoru II Vilhelmlə ittifaq bağladı, baxmayaraq ki, 

Rusiya Almaniyanın ənənəvi düşməni olan Fransa ilə artıq müttəfiq idi.  

O, ilk Rusiya hökmdarı idi ki, Asiyaya tam şəxsi maraq göstərmişdi. Tsareviç 

kimi 1891-ci ildə Hindistana, Çinə və Yaponiyaya səfər etmişdi. Onun Koreyada 

Rusiyanın təsirini möhkəmləndirmək cəhdi, oranı özünün dayaq nöqtəsi hesab edən 

Yaponiyanı narazı salmaya bilməzdi və bu, müəyyən dərəcədə rus-yapon müharibəsi 

(1904-1905-ci illər) üçün səbəb rolunu oynadı. Məğlubiyyət Rusiyanı böyük Avrasiya 

dövlətinə çevirmək barədəki onun arzularını alt-üst etdi. Bu qeyri-real arzular isə çox 

böyük idi. O, Çini, Tibeti, Persiyanı öz nəzarəti altına almağı düşünürdü.  

O, yaxşı siyasətçi kimi tanınan baş nazirlərinin məsləhətlərinə məhəl qoymurdu. 

P.A.Stolıpin Rasputinin neqativ təsiri barədə danışmağa cəsarət etdiyinə görə hökmlü 

imperatriçənin xoşuna gəlmirdi. İmperator da ona inanmırdı və intriqalar vasitəsilə 

onun nüfuzunun laxladılmasına imkan verirdi.  

Uzaq Şərq barədəki ambitsiyaları yaponlar tərəfindən məhv edildikdən sonra 

Rusiya öz diqqətini Balkanlara tərəf çevirdi. Nikolay slavyanların milli ruhda 

canlanmalarına rəğbətlə yanaşırdı və Türkiyə boğazlarına nəzarəti ələ keçirmək 

istəyirdi. I Dünya müharibəsi başlananda monarxiya güclənmişdi. Lakin idarə edən 

qrupla ictimai rəy arasındakı uçurum genişlənməkdə davam edirdi. 1915-ci ildə çar 

arvadının təhriki ilə öz əmisi oğlunu baş komandanlıqdan azad edib, özü onun yerini 

tutdu. Lakin o, müharibə aparmaq təcrübəsinə malik deyildi.  




282 

 

8 mart 1917-ci ildə Petroqradda qiyam baş qaldırdıqda, Nikolay qoşunları şəhərə 



göndərdi ki, qayda bərpa olunsun. Hökumət istefa verdi, ordunun dəstəklədiyi Duma 

imperatoru taxt-tacdan əl çəkməyə çağırdı. Nikolay qardaşı Mixailin xeyrinə taxt-

tacdan getdi, Mixail isə bundan imtina etdi. Taxt-tacdan devrildikdən sonra II Nikolay 

öz xalası oğlu Corcdan xahiş etdi ki, ona ailəsi ilə birlikdə Böyük Britaniyada yaşamaq 

üçün sığınacaq versin, lakin kral V Corc onun bu xahişinə cavab vermədi.  

1918-ci ilin aprelində keçmiş çar, ailəsi ilə birlikdə Yekaterinburqa götürüldü və 

iyulun 16-dan 17-nə keçən gecə çar, arvadı və beş övladı yaşadıqları evin zirzəmisində 

öldürüldülər.  

İngiltərə kralı V Corc 1865-ci ildə anadan olmuşdu, sonralar VII Eduard kimi kral 

olmuş prints Albert Eduardın ikinci oğlu idi. Öz böyük qardaşı prints Albert Viktorun 

1892-ci ildəki ölümünə qədər o, hərbi-dəniz donanmasında xidmət etmişdi. O, xüsusi 

məşq etməli idi, çünki artıq taxt-taca varis olmuşdu. O, öz mərhum qardaşının nişanlısı 

olan printsessa Mariya Tekliyə evlənmişdi.  

Atası 1901-ci ildə taxt-taca çıxdıqdan sonra o, Uels prinsi olmuşdu. 1901-ci və 

1908-ci illərdə Avstraliyaya, Afrikaya və Kanadaya, 1905-c1906-cı illərdə isə Hindistana 

səfər etmişdi. O, 1910-cu ilin martında vəfat edən atasının yerini tutmuşdu.  

Yeni kral hökmranlığının erkən dövründə qorxulu təhlükələrlə üzləşməli 

olmuşdu. 1909-cu ildə baş nazir Devid Lloyd Corcun liberal hökumətini büdcəsi 

Lordlar palatası tərəfindən qəbul edilmədikdə, İcmalar Palatası yuxarı palatanın 

səlahiyyətlərini məhdudlaşdırmağa cəhd etmiş, parlamentdə konstitusional mübarizə 

başlanmışdı. Corc öz krallığı dövründə baş nazir olmuş H.H.Askvitə göstəriş verdi ki, 

mübahisəyə son qoymaq üçün müxalifətlə anlaşma yollarını arasın. Bir qədər sonra isə 

hökumət İrlandiyanı idarə etmək barədə bəzi təkliflər irəli sürdü, bu da ciddi 

toqquşmalara səbəb oldu. Kral siyasi liderləri öz sarayında konfransa topladı, lakin I 

Dünya müharibəsinin başlanması ilə onun nəticəsi heç nəyə çevrildi. Müharibə ərzində 

isə kral Corcun hörməti xeyli artdı və o, bir neçə dəfə Fransadakı cəbhələrdə oldu.  

I Dünya müharibəsindən sonra kral bir neçə ciddi sənaye buntları ilə qarşılaşdı 

və yeni baş nazir axtarmağa məcbur oldu. Kral Stenli Bolduini seçdi. 1928-ci ilin 

sonunda kral Corc ciddi xəstə idi və hökmranlığının sonrakı illərində öz sağlamlığına 

xüsusi qayğı göstərməli oldu. 1931-ci ildə funt sterlinqin kəskin devalvasiyası və 

nəticədə əmələ gələn maliyyə böhranı Leyborist Partiyasını parçaladı. O, partiyaları 

koalisiya hökumətini yaratmağa inandıra bildi. 1935-ci ilin mayında Corcun krallığının 

gümüş yubileyində xalq ona hüsn-rəğbətini və valeh olduğunu ifadə etdi. 

Atasından fərqli olaraq, kral Corc azacıq sosial maraqlara malik idi. Onun özəl 

dostluğu erkən illərdəki köhnə dənizçi yoldaşları ilə qapanıb qalırdı. Onun zövqü ölkə 

centlemeninin zövqü idi, o, ovçuluğu çox sevirdi və dövrünün sərrast ovçularından biri 

hesab olunurdu.  

Kral Corcun beş oğlu var idi, onlardan biri kral VIII Eduard və digər kral VI Corc 

idi. Kiçik oğlu prints Con gənc yaşında ölmüşdü. Qızı Mariya isə saray printsessası 

olmaqla, 6-cı qraf Heyavuda ərə getmişdi.  

 

 

 




283 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin