12. Napoleon erası
Napoleon tez-tez iddia edirdi ki, İnqilabın fransız xalqına verdiyi töhfələri
qoruyub saxlamışdır. Respublika azadlığı idealı, əlbəttə, Napoleonun avtokratiyası
tərəfindən dağıdılmışdı. Bu, Napoleonun həmin sözlərinin saxta olduğunu sübut edir.
1801-ci ildə Napoleon inqilabın köhnə və barışmaz düşmən olan Katolik kilsəsi
ilə sülh bağladı. O, hansısa bir fərdi dindən özünü məhrum etmişdi. Misirdə özünü
müsəlman, Fransada isə katolik adlandırmışdı. O, Papa VII Piylə danışıqlar aparıb,
Fransada katolik kilsəsini yenidən qurdu. 1801-ci ildə bağlanan Konkordatdan hər iki
tərəf fayda götürdü.
Hələ 1799-cu ildə Napoleon konsul olanda Fransa Rusiyadan, Böyük Britaniya və
Avstriyadan ibarət İkinci Avropa Koalisiyası ilə müharibədə idi. 1803-cü ildə Britaniya
ilə müharibə təzələndi, ona Üçüncü Koalisiya kimi tezliklə Avstriya və Rusiya da
qoşuldu. 1805-ci ildə cənubi Almaniyadakı Ulm döyüşündə Napoleon Avstriya
ordusunu mühasirəyə aldıqda, düşmən tez qaydada təslim oldu. Ulmdan şərq tərəfdə
Austerlitsdə Napoleon çar I Aleksandrın başçılığı altındakı iri Rusiya ordusu və bir sıra
Avstriya qoşunları ilə üz-üzə gəldi. Birləşmiş Müttəfiq qüvvələr Napoleonun
qüvvələrindən sayca xeyli çox idi və Napoleon müttəfiq qüvvələri darmadağın etdi.
Avstriya sülh xahiş etdi və çar Aleksandr qüvvələrini geri, Rusiyaya çəkdi. Napoleon
Prussiya qoşunlarına 1806-cı ildəki iki döyüşdə – İena və Auerştadt döyüşlərində
tarmar etdi. Napoleonun Böyük Ordusu (Grand Army) Koalisiyanın Kontinental
üzvlərini məğlub etməklə, yeni Avropa qaydası yaratmaq imkanı əldə etdi.
Napoleonun Böyük İmperiyası üç başlıca hissədən ibarət idi: fransız
imperiyasından, bir sıra məğlub edilmiş dövlətlərdən və müttəfiq dövlətlərdən. Fransız
imperiyası Böyük imperiyanın daxili özəyi olmaqla, şərqdə Reynə qədər böyüməklə,
İtaliyanın Romadan şimaldakı qərb yarısına sahib idi. Asılı dövlətlərə İspaniya,
Niderland, İtaliya krallığı, İsveçrə respublikası, Varşava Böyük Hersoqluğu və Reyn
Konfederasiyası (Avstriya və Prussiya istisna olmaqla, bütün alman dövlətlərinin
birliyi) daxil idi. Müttəfiq dövlətlər isə Napoleonun məğlub etdikləri idi və Britaniyaya
qarşı onun mübarizəsinə qoşulmağa məcbur edilmişdilər. Onlara Prussiya, Avstriya və
Rusiya aid idi. Napoleon özünü bu bütöv birliyin lideri hesab edirdi: «Avropa bir sadə
başın rəhbərliyi altında olmasa sakitlikdə dayana bilməz, bu baş öz zabitləri kimi
krallara malik olacaqdır, krallar isə krallıqlarını öz leytenantları arasında böləcəkdir.»
İmperiyanın içində Napoleon özünə hamının tabe olmasını tələb edirdi, çünki o,
Britaniyaya qarşı ümumi cəbhəyə möhtac idi. həm də artan şəxsi eqoizm onun
iradəsinə tabe olunmasını istəyirdi. Napoleon həmçinin hər yerdə müəyyən inqilabı
234
prinsiplərin qəbul edilməsini istəyirdi, bunlara leqal bərabərlik, dini tolerantlıq və
iqtisadi azadlıq daxil idi.
Onun Böyük İmperiyasının daxili özəyində və asılı dövlətlərdə Napoleon köhnə
qaydanı dağıtmaq istəyirdi. Bu dövlətlərdə hər yerdə kübarlıq və din xadimləri öz
xüsusi imtiyazlarını itirmişdilər. O, istedada görə vəzifədə irəliləmək imkanının
bərabərliyini, qanun qarşısında bərabərliyi və dini tolerantlığı tətbiq etmişdi. Fransız
inqilabı prinsiplərinin yayılması həmin ölkələrdə liberal ənənələrin inkişafında mühüm
amilə çevrildi. Bu islahatlar bəzi tarixçiləri belə bir nöqteyi-nəzərə gətirmişdi ki,
Napoleon maarifçi mütləqiyyətlərdən axırıncısı idi.
130 il sonrakı Hitler kimi, Napoleon da ümid edirdi ki, onun Böyük İmperiyası
əsrlərlə yaşayacaqdır. Hitler imperiyası kimi, onunku da, demək olar ki, yarandığı kimi
də sürətlə süqut etdi. Bunu iki başlıca səbəblə – Böyük Britaniyanın sağ qalması və
millətçiliyin gücü ilə izah etmək olar. Britaniyanın sağ qalması birinci növbədə onun
hərbi-dəniz qüvvəsinə borclu idi. Britaniya nə qədər ki, dalğalara hakim idi, o, hərbi
hücum qarşısında, demək olar ki, kövrək olmurdu. Baxmayaraq ki, Napoleon
İngiltərəyə müdaxilə barədə fikirləşirdi və hətta bunun üçün gəmilər də toplamışdı,
lakin o, 1805-ci ildə Trafalqarda fransız-ispan birləşmiş donanmasının admiral
Nelsonun başçılığı altında Britaniya hərbi-dəniz qüvvələri tərəfindən qəti məğlub
edilməsinə qarşı heç bir şey edə bilmədi. Napoleon bu vaxt Britaniyanı məğlub etmək
üçün özünün Kontinental sisteminə tərəf döndü. 1806-1807-ci illərdə bu sahədə uğur
qazanmaqla, bununla Britaniya mallarının Avropa qitəsinə daxil olmasının qarşısını
almağa cəhd edib, Britaniyanı iqtisadi cəhətdən zəiflətmək və onun müharibə başlamaq
qabiliyyətini məhv etmək istəyirdi. Lakin Kontinental sistem uğursuzluğa düçar oldu.
Müttəfiq dövlətlər özlərinin Fransa iqtisadi hegemonluğuna sıx birləşmələrinə nifrət
edirdilər, bəziləri Napoleonu aldatmağa, digərləri isə müqavimət göstərməyə keçdilər,
qapıları Britaniyanın qitə kollaborasionistlərinə açdılar. Şərqi Aralıq dənizindəki və
Latın Amerikasındakı yeni bazarlar həmçinin Britaniya üçün kompensasiya variantı
kimi xidmət edirdi. Həqiqətən də, 1810-cu ildə Britaniya dənizlərin o tayına ixracda
rekord səviyyəyə yüksəldi.
Napoleonun məğlubiyyətində ikinci mühüm faktor rolunu millətçilik oynadı. Bu
siyasi iradə fransız xalqı arasında qardaşlığı və digər xalqlara qarşı həmrəyliyi
vurğulanmaqla, Fransız İnqilabı ərzində qalxmışdı. Millətçilik xalqın ümumi dil, din və
milli simvollarına əsaslanmaqla, vahid mədəni varlığını əhatə edirdi. Fransız
millətçiliyi inqilab və Napoleon erasında kütlə ordularının yaranmasını mümkün
etmişdi. Fransızlar Avropada millətçiliyi iki yolla qaldırmışdılar: özlərinin
istismarçılara nifrət edənə çevirməklə və bununla fransız millətçiliyinə əks olan digər
vətənpərvərlik nümunələrini irəli sürməklə. Napoleona qarşı ispanların üsyanı
Britaniyanın köməyi ilə 200 min nəfərlik fransız qüvvəsinin illər ərzində İspaniyada
qalmağa məcbur edirdi. Almaniya dövlətlərində də millətçi hərəkat yüksəlirdi.
1812-ci ildə Napoleon Rusiyaya müdaxilə etməyi qərara aldı, bu, onun
süqutunun başlanğıcı idi. lakin Rusiyanın Kontinental sistemdəki defekti onu başqa bir
seçim qarşısında qoymadı. Napoleon belə böyük ölkəyə müdaxilənin riskindən agah
olsa da, 1812-ci ilin iyununda onun Böyük Ordusu 600 min nəfərdən ibarət olmaqla,
Rusiyaya daxil oldu. Napoleon ümid edirdi ki, qələbə rus ordusu ilə tezliklə
235
görüşməkdən və onu məğlub etməkdən asılı olacaqdır. Lakin Rusiya qüvvələri ona
döyüş verməkdən imtina edir və yüz millərlə geri çəkiləndə öz kəndlərini yandırır,
Napoleon ordusunu qidadan və atlarına yem tapmaqdan məhrum edirdi. İsti və
xəstəlik də ordudan öz rüsumunu alırdı. Rusiya ərazisinin geniş məkanı qoşunları elə
bil ki, səhraya aparıb çıxarırdı. Ruslar, nəhayət, vuruşmaq üçün Borodinoda
dayandılar. Napoleon həlledici olmayan və baha başa gələn qələbə qazandı. 45 min rus
döyüşçüsü öldürülmüşdü, fransızların itkisi 30 min nəfər idi, lakin onlar yaxında heç
yerdə yerləşmək imkanı tapa bilmirdilər. Böyük Ordunun qalan qoşunları Moskvaya
gəldi, səhərisi onlar şəhəri odda gördülər. Qida və sursat olmadığından Napoleon
Moskvanı oktyabrın sonuna yaxın tərk etdi və dəhşətli qış şəraitində Rusiyadan «Böyük
geri çəkilmə» etdi. Yalnız 40 min əsgər 1813-cü ilin yanvarında Polşaya qayıtdı. Bu
hərbi bədbəxtlik sonra bütün Avropanı azadlıq müharibəsinə apardı, onun
kulminasiyası 1814-cü ilin aprelində Napoleonun məğlubiyyəti oldu.
Fransızların məğlub edilmiş imperatoruna icazə verildi ki, Elba adasında
hökmdar rolunu oynasın, bu Toskananın sahilində idi. XVIII Luinin şəklində Burbon
monarxiyası Fransada bərpa edildi. Lakin yeni kral kiçik dəstəyə malik idi və Napoleon
gəmilərlə Elbadan geri, Fransaya qayıtdı. Əsgərlər onu əsir etmək istəyəndə, o, şinelini
açıb, onlara müraciət etdi: «Beşinci alayın əsgərləri, mən sizin İmperatoram… Əgər
sizin aranızda öz imperatorunu öldürəcək adam varsa, mən buradayam!» Heç kəs atəş
açmadı. Əsgərlər «Vive l`Empereur! Vive l`Empereur!» deyə qışqıraraq, onun tərəfinə
keçdilər və Napoleon 20 mart 1865-ci ildə zəfərlə Parisə daxil oldu.
Dövlətlər onu məğlub etsələr də, şikayətlənirdilər ki, bir daha «Dünyanın
düşməni və sakitliyini pozan» adlandırdıqları adamla vuruşmalı olacaqlar. İlk növbədə
düşmənlərinə zərbə vurmağı qərara alan Napoleon yenə də yeni bir ordu yaratdı və
yaxındakı Belçikada dayanmış müttəfiq qüvvələrinə hücum etmək üçün hərəkət etdi.
İyunun 18-də Vaterlooda Napoleon hersoq Vellinqtonun komandanlığı altında
birləşmiş Britaniya və Prussiya ordusu ilə qabaqlaşdı və qanlı məğlubiyyətdən əzab
çəkməli oldu. Bu vaxt qalib müttəfiqlər onu Müqəddəs Yelena adasına sürgün etdilər.
Napoleonun xatirəsi yalnız Fransanın siyasi həyatında nümayiş olunmaqda davam
etdi.
Dostları ilə paylaş: |