Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə20/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   16   17   18   19   20   21   22   23   ...   105
 

 

5. Rusiya dövlətinin yaranması 

 



212 

 

987-ci ildə rəsmi qaydada xristianlığı qəbul edən Kiyev Rus dövləti sonralar xeyli 



inkişaf etdi. XI əsrin birinci yarısında bu inkişafın yüksək nöqtəsinə çatdı. Kiyev 

cəmiyyətində boyarlar adlanan torpaq sahiblərindən ibarət olan kübarlar ağalıq edirdi. 

Kiyev tacirləri şimali-qərbdə Skandinaviya ilə, cənubda isə İslam və Bizans dünyaları 

ilə daim ticarət əlaqəsi saxlayırdılar. Dağıdıcı vətəndaş müharibələri və Asiya 

nomadlarının (köçəri xalqlarının) yeni müdaxilələri Kiyev knyazlığının bir neçə 

hissələrə parçalanmasına səbəb oldu. Gələcək geniş Rusiya imperiyasının bünövrəsi – 

məkanı sayılan bu ərazi uzun müddət hücumlara və işğallara məruz qaldı. Şimali 

Rusiya hökmdarları tərəfindən Kiyevin qarət edilməsi ilk Rusiya dövlətini biabırçı 

sonluğa gətirib çıxardı.  

Erkən Rusiyada əsas sivilizasiyalanma və birləşmə gücü kimi xristian kilsəsi çıxış 

edirdi. Rusiya kilsəsi ibadətlərini və təşkilatlanmasını Bizans imperiyasından 

götürmüşdü, onun Şərqi Ortodoks (ruslar bunu Pravoslav adlandırmışdı) keşişləri X 

əsrin sonunda Kiyev rusunu xristianlığa çevirdilər. Rusiya kilsəsi özünün sərt dini 

ortodoksiyaya çevrilməsi ilə tanındı. Baxmayaraq ki, xristianlıq Rusiya və Avropa 

sivilizasiyası arasında ümumi bənd kimi çıxış edirdi, Rusiyanın dini inkişafı hətta 

Rusiya və Bizans sivilizasiyaları arasındakı yaxın oxşarlığa təminat verirdi.  

XIII əsrdə monqollar Rusiyanı işğal edib, onu Qərbi Avropadan hətta daha çox 

qaydada ayırdılar. Monqollar sayca o qədər çox deyildilər ki, geniş Rusiya torpaqlarını 

məskunlaşdıra bilsinlər. Lakin aşağı Volqa, Xəzər və Qara dənizlərin şimalını Kiyevə 

qədər birbaşa idarə etməyə başladılar, birbaşa olmayan ağalıqlarını isə hər yerdə həyata 

keçirirdilər. Axırıncılarda Rusiya hökmdarlarından öz monqol ağalarına bac vermək 

tələb olunurdu.  

Rusiya hökmdarlarından biri tezliklə digərlərindən daha güclü oldu. Aleksandr 

Nevski (1220-1263-cü illər) Novqorod hökmdarı olmaqla, 1242-ci ildə Buz gölü 

döyüşündə müdaxilə edən alman ordusunu məğlub etdi. Onun monqollarla birgə 

əlaqəsi, bura öz qardaşını məhkum etməsi və yerli vergi qiyamçılarını darmadağın 

etməsi də həmçinin daxildir, ona monqolların rəğbətini qazandımışdı. Monqol 

imperiyasının qərb hissəsinin tanınmış lideri olan xan, Aleksandr Nevskini böyük 

hökmdar titulu ilə mükafatlandırmışdı, bu isə onun varislərinə Moskvanın və bütün 

Rusiyanın hökmdarlarına çevrilmək hüququ verirdi.  

1380-ci ildəki Kulikovo döyüşündən sonra monqol zülmü nominal xarakter 

daşımağa başladı, yüz il sonra isə monqol ağalığının bütün cəhətlərinə son qoyuldu.  

XV əsrdə yeni rus dövləti – Moskva knyazlığı əmələ gəldi. Böyük Moskva knyazı 

III İvan Vasilyeviç Yaroslavlı, Novqorodu, Tveri və başqalarını birləşdirdi, onun 

dövründə tatar-monqol boyunduruğuna tamamilə son qoyuldu. Rusiya dövlətinin 

beynəlxalq nüfuzu yüksəldi. XVI əsrdə isə birinci rus çarı IV İvan Vasilyeviç (o, Qroznı 

adını daşıyırdı) Qazan və Həştərxan xanlıqlarını işğal etdi. Onun hökmranlığı 

dövründə İngiltərə ilə ticarət əlaqəsi yarandı və Sibirin birləşdirilməsinə başlandı.  

XVIII əsrin başlanğıcında Rusiya daha da böyüdü. Daimi islahatlar keçirməkdə 

Böyük Pyotrun məqsədi Rusiyanı böyük dövlətə çevirmək və onu hərbi qüdrətə 

yiyələndirmək idi. Onun başlıca məqsədi «Avropaya pəncərə açmaq» olmaqla, bu 

qitəyə asan çıxmağa imkan verən liman yaratmaq idi. Buna isə yalnız Baltik dənizində 

nail olmaq olardı, lakin həmin vaxt onun sahillərinə şimali Avropada ən mühüm qüvvə 



213 

 

olan isveçlər nəzarət edirdi. İsveçin gənc kralı XII Karl 1700-cü ildəki Narva döyüşündə 



8 minlik qoşunu ilə rusların 40 min nəfərlik ordusunu məğlub etdi. Lakin Pyotr 1709-cu 

ildəki Poltava döyüşündə Karlın ordusu üzərində həlledici qələbə çaldı.  

İsveç ikinci dərəcəli dövlətə çevrildi, Rusiya isə Pyotrun istədiyi kimi bu vaxt 

böyük Avropa dövləti oldu. Pyotr yeni şəhər olan Sankt-Peterburqu saldı, onun Qərbə 

baxan pəncərəsi Rusiyanın qərbə tərəf, Avropaya baxmasının simvolu idi. Şəhərin 

tikintisi Pyotrun sağlığında başa çatdı və 1917-ci ilə kimi Rusiyanın paytaxtı oldu.  

Pyotr modernləşdirdiyi və qərbləşdirdiyi Rusiya 1725-ci ildə Pyotr ölərkən 

Avropa dövlət sisteminin mühüm üzvünə çevrildi. Ancaq qərbləşmə əslində xəyal idi, 

çünki Qərb mədəniyyəti yalnız yuxarı siniflərə gəlib çatmışdı. Güclü orduya malik 

olmaq isə Rusiya xalq kütləsi üzərində olan yükü daha da ağırlaşdırmışdı. 

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin