meritus «layiq olan» və qədim yunan sözü olan kratos «hakimiyyət», idarəetmə»
ifadələrindən yaranmışdır, elə idarəetmə prinsipidir ki, ona müvafiq olaraq
rəhbər vəzifələri sosial mənşələrindən və maliyyə imkanlarından asılı olmayaraq
ən qabiliyətli adamlar tutmalıdırlar. Bunu mümkün edən birinci halda, rəhbərlər
xüsusi himayə edilən istedadlar sırasından təyin edilir. Bu sistem özlüyündə
aristokratiyaya olduğu kimi, həm də demokratiyaya ziddir. Çünki burada söhbət
hansısa silkə mənsubluqdan və xalqın hansısa seçimindən deyil, vəzifəyə təyin
olunmadan gedir. İkinci halda isə, obyektiv olaraq istedadlı və zəhmətsevər
adamlara ilkin şəraitlərin yaradılmasından gedir. Bu tədbir ona görə vacibdir ki,
gələcəkdə onlar azad şəraitlər rəqabətində yüksək ictimai vəzifələr tutmaq
imkanına malik olsunlar.
Bu termini geniş qaydada istifadəyə ingilis sosioloqu Maykl Yanq
vermişdir. Onun 1958-ci ildə çapdan çıxmış «Meritokrakratiyanın yüksəlişi»
(1870-2033-cü illər)» antiutopik əsərində futurist (gələcək) cəmiyyət təsvir edilir,
həmin sotsiumda ictimai mövqe «intellekt əmsalı» ilə (ingilis dilində IQ –
“intelligence quotient”) müəyyən edilir. Sonralar meritokratiya terminində daha
pozitiv çalarlar meydana gəldi, bundan, imkan bərabərliyinin tərəfdarları
istifadə etməyə başladılar. Digər sosioloq Deniel Bell özünün 1973-cü ildə
çapdan çıxmış «Gələcək postindustrial cəmiyyət» kitabında belə güman edir ki,
meritokratiya bürokratiyanı ləğv etməyə imkan verəcək, həmçinin bütünlükdə
cəmiyyətin sosial quruluşunu dəyişəcəkdir.
Meritokratiyanın həyata keçirilməsinə gəldikdə, bir sıra tədqiqatçıların
rəyinə görə tarixin müəyyən dövrlərində Çin bu məqsədin reallaşmasına daha
yaxın olmuşdur. Axı Birləşmiş Ştatlarda, İngiltərə, Fransa və Rusiyada da Yeni
tarix ərzində rəhbər vəzifələrə adamların irəli çəkilməsində və seçilməsində
meritokratiya elementləri müəyyən yer tutmuşdur, hətta ümumi prinsiplər
mühitində də öz gücünü göstərə bilmişdir. Çində isə meritokratiya bir aparıcı
sitem kimi böyük tarixi dövr ərzində mövcud olmuşdur. Sui sülaləsi
zamanındha imtahanların üç pilləli sistemindən geniş istifadə edilmişdir. Onun
köməyi ilə imtiyazlara yiyələnmək roluna incəsənəti, konfutsiçiliyi və inzibati
problemləri digərlərindən daha yaxşı dərk edənlər seçilirdilər.
Amerika Birləşmiş Ştatlarında belə bir rəy yayılmışdır ki, artıq orada
meritokratiya prinsipi həyata keçirilmişdir. Tomas Cefersonun, Abraham
Linkolnun və Franklin Delano Ruzveltin prezident seçilmələrinə görə bu fikrə
haqq qazandırmaq olar. Birincinin prezidentliyi dövründə Luiziananın
Fransadan satın alınması ilə ölkə ərazisi iki dəfə böyümüş, dövlətə xaricdən
təcavüz imkanları xeyli azalmışdı. Abraham Linkoln ölkənin ərazi bütövlüyünü
qoruyub saxladı və quldarlığın ləğvinə nail oldu. Franklin Delano Ruzvelt sərt
iqtisadi tədbirlərin köməyi ilə Böyük Depressiyanın dağıdıcı gücünü azaltdı.
Ancaq ABŞ prezidentləri içərisində Herbert Klark Huver və Kiçik Corc Buş kimi
11
«axsaq ördəklər» də olmuşdur. Birincinin prezidentliyi (1929-1933-cü illər) bir
sıra böyük iqtisadi və sosial böhranlarla müşayiət olunmuşdu. Məhz bu dövrdə
Böyük Depressiya tüğyan etmişdi. Kiçik Corc Buş isə (2001-2009-cu illərdə)
Əfqanıstanda və İraqda müharibə başladı, axırıncıda təcavüz üçün prezidentin
gətirdiyi saxta səbəblər öz təsdiqini tapmadı. Hər iki müharibə ABŞ-a trilyon
dollarla ölçülən ağır xərclərə başa gəldi.
Dünyanın ayrı-ayrı ölkələri meritokratiyanı tətbiq etmələri ilə öyünməsə
də, onlar da bu nəcib üsluba biganə qalmamışlar. Çində geniş tətbiq edildikdən
az sonra, ərəb şərqində hakimiyyətə gələn Abbasi xilafətində təhsilə, elmə ciddi
fikir verildiyi kimi, dövlətin idarə olunmasına istedadlı adamlar cəlb edilirdi, bu
məsələdə hətta həmin şəxslərin başqa dinə sitayiş etmələrinə də məhəl
qoyulmurdu. Abbasi xəlifələrinin sarayında öz vəzifəsini uğurla icra edən
xristianlara və yəhudilərə rast gəlmək təəccüb doğurmurdu. Bu xəlifələr qədim
yunan fəlsəfəsinin, xüsusən Platonun və Aristotelin əsərlərinin başqa dillərin
köməyi ilə ərəb dilinə tərcümə edilməsinə böyük diqqət verir, qayğı
göstərirdilər. Ərəb dilindən isə bu əsərlər İspaniyadakı Kordoba xilafəti
vasitəsilə başqa dillərə tərcümə edilib, Avropada yayılırdı. Antik biliklərin
Avropadakı intibahında ərəblərin böyük xidməti danılmazdır.
Qədim yunan fəlsəfəsindən istifadə edən islam alimləri dini ehkamların
izah olunmasında ciddi uğurlar qazanmışdılar. Yunan fəlsəfəsi islam biliklərinin
əsaslandırılmasında əvəzedilməz rol oynayırdı. Ona görə də ərəb şərqində
Platonun və Aristotelin şöhrəti geniş yayılmışdı və xüsusi məhəbbət əlaməti
olaraq onların adları ərəb dili qaydalarına yaxınlaşdırıb, dəyişdirilməklə
«Əflatun» və «Ərəstun» kimi məşhurlaşmışdı.
Osmanlı imperiyasının banisi Mehmet Fateh də meritokratiyanın
tətbiqinə diqqət verərək, sarayındakı imperiya şurasına istedadlı adamları cəlb
edirdi. Şuranın köməkliyi ilə o, iri imperiyanı məharətlə idarə edirdi.
Avropada da Yeni tarixin başlanğıcından saraylara istedadlı adamların
cəlb olunması dəbi yaranmışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində Fransa
kralı IV Henrinin maliyyə naziri olan Maksimilian Syulli ölkənin maliyyə
vəziyyətini möhkəmləndirmişdi. XVII əsrdə Günəş kralı XIV Luinin uzun
müddət maliyyə naziri işləmiş Jan Batist Kolber merkantimizmin əsasını
qoymaqla, ölkənin iqtisadiyyatına güclü təkan vermiş, ağır müharibə xərclərinin
ödənilməsinin öhdəsindən gəlmişdi. İnqilaba qədərki Fransada sonrakı
dövrlərdə də güclü maliyyə nazirləri Ann-Robert Jak Turqo və Jan Nekler
fəaliffət göstərmişdilər. Turqo ensiklopediyaya maqələlər yazırdı, sərvətin
yığılması və bölünməsi barədə məşhur əsərini çap etdirmişdi. İngiltərədə XVI
əsrdən başlayaraq saray vəzifələrinə görkəmli elm adamları, tədqiqatçılar cəlb
olunmuşdu. Xəzinə kansleri Frensis Bekaon böyük filosof idi. XVIII əsrdə qısa
müddətdə faktiki olaraq baş nazir olmş Böyük Uilyam Pitt imperiyanın
genişlənməsi və möhkəmlənməsi üçün böyük işlər görməklə yanaşı, Demosfenlə
müqayisə edilən istedadlı natiq idi. XIX əsrdə bir neçə dəfə baş nazir olmuş
Uilyam Qladston həm də qədim yunan mədəniyyəti üzrə görkəmli mütəxəssis
hesab olunurdu. Homer erası barədə elmi əsər yazmışdı. Süveyş kanalı
12
səhmlərinin Misirdən alınmasının təşəbbüsçüsü və icraçısı olan digər baş nazir
Bencamin Dizraeli bir sıra romanların müəllifi idi. XVIII əsr Rusiyasında
imperatriça II Yekaterina Qriqori Potyomkin kimi hətta zadəgan olmayan
istedadlı şəxsləri mühüm dövlət vəzifələrinə gətirmişdi.
Bəzi ölkələrdə isə meritokratiya pərdəsi altında aparılan ayrı-seçkilik
siyasəti biabırçı nəticələrə səbəb olurdu. Rozeziyada (indiki Zimbabve
Respublikası) 1979-cu ilə qədər mövcud olan əmlak və təhsil senzi həmin Afrika
ölkəsində əhalinin qara rəngli mütləq çoxluğunu praktiki olaraq seçkilərdən
kənərləşdırmışdı. Belə iyrənc aparteidə haqq qazandırmaq üçün bu ölkənin
başçısı olan Yan Smit o illərdə fəaliyyət göstərən iyrənc qaydaları öz
memuarında həyasızcasına meritokratiya sistemi adlandırır.
Meritokratiya isə geniş mənada daha istedadlıların hakimiyyətidir və bu
prinsipdən bütöv xalqı əzmək üçün istifadə edilməsi onu gözdən salmaqla
yanaşı, antihumanist bir addımdır. Əksinə, bu konsepsiyaya uyğun olaraq
cəmiyyətdə təkamülün gedişində rəhbər vəzifələrə bütün sosial təbəqələrdən
seçilən ən qabiliyyətli adamların irəli çəkilməsi prinsipi bərqərar olur.
Meritokratiya elə bir sistemin adıdır ki, burada hakimiyyətə, dövlətin idarə
olunmasına cəmiyyətin müxtəlif təbəqələrindən ən görkəmli qabiliyyətlərə malik
olan adamların irəli çəkilməsi prinsipi hökm surur, ona görə də daha istedadlı
olanların hakimiyyəti adlanır. Damarlarında axan qana və sərvətə görə
adamların iri vəzifələrə təyin olunması praktikasına son qoyulur. Demokratik
quruluşla öyünən respublikalarda isə klanların, tayfaların dövlət vəzifələrini ələ
keçirmələri hesabına meydan sulamaları yoxa çıxmır.
Maykl Yanq özünün yuxarıda adı çəkilən kitabında XX-XXI əsrlərin
sərhədində Britaniya cəmiyyətinin transformasiyasından söhbət açır, bu və digər
resurslara (sosial, mənşə, var-dövlət, əlaqələr və sairə) malik olmaqla sosial
ierarxiyada adamın yer tutması ilə şərtlənən klassik sinfi bölünmənin yerinə yeni
ictimai quruluşun gəlməsini təsvir edir. Bu quruluşda artıq yalnız qabiliyyət və
intellekt insanın sosial vəziyyətini müəyyən etməklə, daimi layiq olanların
idarəçiliyi – meritokratiya tətbiq edilir. Layiq olmaq (merrit) bu vaxt intellektin
(IQ) iki elementi və qüvvələrin qoyuluşunun birləşməsi kimi müəyyən
edilmişdir.
Yanq sonrakı dövrdə meritokratiyanın yeni silk ayrı-seçkiliyi yaratmaq
ehtimalından ehtiyat edərək, onun neqativ cəhətə malik olmasını şişirdir. Müəllif
bildirir ki, 2033-cü ildə Britaniya cəmiyyətində üsyan qalxmsı nəticəsində
meritokratiyanın sonu baş verəcəkdir. Üsyan iştirakçıları belə güman edirlər ki,
hər bir adam həyatının özü tərəfindən idarə olunması üçün imkana malik
olmalıdır. Ona görə də müəllif gəldiyi bu nəticəyə görə meritokratik cəmiyyətin
xoşa gəlməyən mənzərəsini təsvir edir. Bu cəmiyyət guya qeyri-bərabərlk və bir
qrup adamların başqaları üzərində ağalığının yeni formasına çevrilir. İntellekt öz
insaniliyini, öz humanist başlanğıcını itirir.
Yanqın bu xəbərdarlıqlarına baxmayaraq, həmin sistemin əhəmiyyəti
qorunub saxlanıldıdı. Termin sonralar yalnız pozitiv rəngə sahib oldu. Böyük
13
Britniyadan Sinqapura qədər bir çox ölkələrdə meritokratiyaya can atılmağa
başlandı.
Digər müəllif, Amartiya Sen isə qeyd edirdi ki, ləyaqət, layiq olmaq
mütləq deyil, nisbi anlayışdır. Ləyaqətin meyarları cəmiyyətdə ağalıq edən
dəyərlərlə müəyyən edilir.
Məhdudiyyətlərdən, ənənələrdən, xurafatlardan azad olan zəkanın,
biliyin qeyri-məhdud axtarışı, rasionalizmə və nəhayətsiz olaraq proqressə can
atmaq, maarifçilik epoxasının ən başlıca irslərindən biri, bəlkə də başlıca irsidir.
Burada bir ədalətli quruluş kimi meritokratiyanın populyar tərifinin mənşəyi
özünü büruzə verir. Yalnız öz fəaliyyətində daha yüksək bəhrə verənlər,
səmərəli fəaliyyətə, daha iri yüksəliş əldə etməyə qabiliyyəti olanlar sosial
ierarxiyanın yüksək pillələrində olmalıdırlar. Axı cəmiyyətdə «dəni, alaq otu
sayılan dəlicə buğdadan» ayıran yeganə vasitə dünyanın geniş tutumda
mənzərəsini formalaşdıran təhsildir, konkret sahələrdəki bütöv bilik
universumudur.
Vaxtilə Platon dövlətin idarə edilməsini filosoflara tapşırmaq zərurətini
qeyd etmişdi. Konfutsi də öz təlimində həmçinin hakimiyyətdə təhsil görmüş
hökmdarların olması zərurətini moizə edirdi. Lakin zəka və bilik qazanmaq
Platonda və Konfutsidə özlüyündə qiymətli hadisələr deyildi, onlar ləyaqət və
ümumi rifaha nail olmaq kimi anlayışlarla qırılmaz surətdə bağlı idi. Beləliklə,
Konyutsinin təliminin əsas müddəalarından biri humanizmi, insanı sevməyi,
rəhimdilliyi ifadə edən «jen» prinsipi idi. Konfutsi iki prosesin – tərbiyə və
təhsilin birliyini irəli sürürdü. O, təhsilin məqsədini şəxsiyyətin ruhən yüksəlişi,
onun yüksək əxlaqi keyfiyyətləri daşıyan nəcib insan idealına qədər
təkmilləşməsi hesab edirdi.
Meritokratik cəmiyyətdə hər bir kəs layiq olduğu sosial vəziyyətə
yiyələnir. Layiq olanların hakimiyyəti, finişdə nəticələrin bərabərliyini ön plana
çəkən digər təlimdən fərqli olaraq, yarışın startındakı imkanların bərabərliyi
şüarı ilə çıxış edir.
Meritokratiyanın əsasında rəqabət durur, cəmiyyətdə yüksək vəziyyətə
nail olmaq və özünü yüksək həyat keyfiyyəti ilə təmin etmək üçün insan daim öz
qabiliyyətlərini inkişaf etdirməli və bu sahədə digərlərini ötüb keçməlidir. Lakin
meritokratiya həm də özündə təhlükə gizlədə bilər, bu sahədə heç də klassik
aristokratiyadan, oliqarxiyadan və ya tiraniyadan geri qalmaya da bilər. Bu vaxt
meritokratiya yalnız ideologiya kimi qalır. Bir aspekti də qeyd etmək lazımdır ki,
onun mütləq, tam şəkildə həyata keçməsinin tarixi nümunələri mövcud deyildir.
Çünki sosial mənşə, var-dövlət, əlaqələr və başqa resurslar əvvəllərdə olduğu
kimi yenə də bu və ya digər dərəcədə insanın imkanlarını müəyyən edir və sosial
pilləkən üzrə onun irəliləməsinə müvafiq qaydada təsir göstərir.
Orta əsrlərdə Suy sülaləsinin hökmranlığı epoxasında (581-681-ci illər)
Çində dövlət vəzfəsini tutmaq üçün sərt və mükəmməl imtahan sistemi
meydana gəldi. Tan epoxasının (618-907-ci illər) sonunda imtahan sistemi daha
da inkişaf etdirildi, hətta sadə mənşəli, sakin erudisiyalı adamlar dövlət
14
imtahanlarını müvəffəqiyyətlə vermək hesabına nüfuzlu məmur vəzifəsini
tumaq imkanı qazanırdılar.
İmtahan verənlrə üç ciddi sınağa dözmək lazım gəlirdi. Birinci imtahan
qəza səviyyəsində keçirdi və bir gün davam edirdi. İmtahanı müvəffəqiyyətlə
verən «itilənmiş istedad» dərəcəsinə layiq görülürdü. Bu dərəcə adama əla
karyeraya başlamaq imkanı verirdi, o, qəza icra hakimiyyətində kiçik vəzifə tuta
bilərdi. Üç ildə bir dəfə əyalət səviyyəsində imtahanlar keçirilirdi. Bu imtahanları
uğurla verən «təmsil edən» dərəcəsini alırdı. Üçüncü, ali imtahan turu ölkənin
paytaxtında, bu imtahanlar üçün olan xüsusi yerdə keçirilirdi, çox məhdud
sayda adam burada iştirak etmək hüququ qazanırdı. Adətən paytaxt
imtahanlarında iştirak etmək üçün dövlət aparatında vəzifə tutmaq istəyən 8-9
min iddiaçı toplaşırdı. Yalnız çox az sayda adam «təhsildə irəli çıxmış» alim
dərəcəsi qazanırdı. Yaxşılardan ən yaxşısı isə imperatorun özünün iştirak etdiyi
imtahan sınağına buraxılırdı. Bu imtahanlarda daha çox fərqlənənlər isə şəxsən
imperatora təqdim olunmaq hüququ əldə edirdilər. Onlardan çoxu üçün bu
tədbir həyatın başlıca hadisəsinə çevrilirdi.
Ümumiyyətlə, Çində təhsilə, bilik almağa böyük diqqət verilirdi. Filosof
Çjan Tszayın fikrini əsas götürərək keçmiş epoxaların çinlisi daim «təhsil
vasitəsilə bütün həqiqi olanların meydana gəlməsni və mövcud olmasını dərk
edirdi, dinc və sakit şəraitdə yaşayırdı». Bu gün də çinlilər artıq həmin köhnə
arzunu gerçəkliyə çevirmək, reallaşdırmaq imkanına çox yaxınlaşmışlar. Onlar
başa duşurlər ki, inkişafa nail olmaq mürəkkəb işdir, lakin onu qoruyub
saxlamaq, böhranlara qurban verməmək daha mürəkkəbdir. Ölkənin
çiçəklənməsini davam etdirmək üçün dinc inkişaf idealına sarsılmaz sədaqətə ,
ölkədə stabil situasiyanın saxlanmasına xüsusi əhəmiyyət vermək lazımdır.
Tan sülaləsinin ağalığı dövründə saray imtahanı səma ayı təqviminin
birinci ayında ölkənin paytaxtı Çanyan (indiki Sian) şəhərində keçirilirdi. İkinci
ay ərzində isə, imtahanların nəticələri elan edildikdən sonra imperator qalibləri
parkda təbrik edir və onların şərəfinə ziyafət təşkil edirdi. Belə şərəflənmələrdən
sonra yenicə «təhsildə irəliləyənlər» dərəcəsini qazananlar şəhərdə gəzintiyə
çıxmalı idilər. Axı onların çoxu əyalətlərdən gəlmiş adamlar idi. Onlara öz
adlarını fəxri daş lövhədə nəqş etməyə icazə verilirdi. Müxtəlif sülalələrin
epoxaları vaxtı həmin şəxslərin işıq üzü görmüş yazılarını hətta bu gün də seyr
etmək mümkündür.
Beləliklə, orta əsrlər Çinində meritokratiya prinsipi və «maariflənmişlərin
hakimiyyəti» mövcud idi. Bu prinsipə əksər sülalələrin hökmranlığı dövründə
ciddi surətdə riayət olunurdu. Bu prinsipin sferasına daim «təzə qan» axırdı.
Çinin tarixindən hətta çox saylı hadisələr məlumdur ki, həmin vaxtlarda aşağı
sosial təbəqələrdən çıxanlar görkəmli dövlət xadimlərinə, islahatçılara, alimlərə
və müdriklərə çevrilirdilər.
Onu da qeyd etmək lazımdır ki, imtahan sistemi kasıb alim adamlar üçün
dövlətin rifahı naminə xidmət göstərmək imkanı yaradırdı. Nəticədə
məmurluğun inzibati səviyyəsi də yüksəlirdi. Lakin gec feodalizm dövründə
imtahan sistemi tənəzzülə uğradı. İmtahan sistemində təmiz konfutsiçilik
15
təliminə yiyələnməyin yüksək səviyyəsi göstərilməli idi.Həmin dövrdə imtahan
inşa yazıları bütünlüklə bu təlimin çərçivəsi ilə məhdudlaşdı. Müdriklərin çoxu
hesab edirdi ki, imtahan sistemi həmin dövrün ziyalılarının bacarıqlarını və
istedadlarını güclü surətdə boğur.
Konfutsinin meritokratiya ideyası imperator Çinində dövlət imtahan
sisteminin tətbiq edilməsinə gətirib çıxardı. Bu sistem, hər bir adama dövlət
qulluğunu tutmaq, maddi cəhətdən təmin olunmaq və bütün ailəyə iftixar hissi
qazandırmaq üçün dövlət qulluğuna girməkdən ötrü imtahandan keçməyə
imkan yaradırdı. Dövlət imtahanlarının Çin sistemi, yəqin ki, öz başlanğıcını
b.e.ə. 165-ci ildən götürür. Həmin vaxt dövlət qulluqçusu vəzifəsinə
namizədlərin müəyyən edilməsi üçün imperator onları paytaxta çağırırdı ki,
orada həm də mənəvi keyfiyyətlər üzrə sınaqdan keçsinlər. Bu sistem daim
inkişaf edirdi və bir neçə yüz ildən sonra artıq qulluqcu olmaq istəyən hər bir kəs
dövlət imtahanını verməklə öz qabiliyyətlərini nümayiş etdirməli idi.
Yüksək vətənpərvərlik və güclü borc hissinə malik olan dövlət
xadimlərinin tərbiyə olunduğu məktəblərin tətbiq edilməsi konfutsiçiliyin
nailiyyəti hesab olunmalıdır. Nəticədə konfutsiçilik imperatorun özü tərəfindən
qəbul olundu. Çin imperiyasının əsasını qoyan imperator Tsin Şi Xuan-di
Konfutsi təlimini nəinki qəbul etmirdi, hətta onun kitablarını yandırmaq əmrini
vermiş və bu göstəriş geniş surətdə icra olunmuşdu. Sonrakı imperatorların
dövründə isə bu təlimə sitayiş edən adamlar feodal aristokratiyanın qalıqlarına
qarşı səmərəli əksliyə çevrildilər. Çünki həmin qalıqlar imperiya dövlətinin
birliyinə təhlükə törədərdilər, axı feodalizm pərakəndəliyi mərkəzi dövlət
hakimiyyətinə heç də rəğbət bəsləmir.
Digər bir cəhəti də qeyd etmək lazımdır ki, Çin mədəniyyəti yəqin ki, elə
keyfiyyətlərə malikdir ki, bu günə qədər özünün qorunub saxlanmasına əsaslı
qaydada kömək etmişdir, onun yaşıdları və hətta nisbətən cavan sivilizasiyalar
isə tarix labirintində yoxa çıxmışlar. Söhbət iki nəhəng çayın – Yantszı və
Huanhonun vadilərindəki düzənliklərdə oturaq kəndli sivilizasiyasının təşəkkul
tapması və inkişaf etməsindən gedir. Tarixin atası Heredot əgər Misiri «Nilin
hədiyyəsi» adlandırırdısa, Çini də tam hüquqla bu iki çayın hədiyyəsi hesab
etmək olar. Əkinçilik çinlilərin başlıca məşğuliyyətinə çevrilmiş, onları torpağa
və nəticə etibarilə vətənə bağlamışdı. İnsan əkinçiliyi icad edən vaxtdan, burada
kəndlilər öz yerlərini dəyişmədən bir ərazidə əsasən düyü becərmiş, özünü qida
ilə təmin etmişdir. Beləliklə, digər bütün sivilizasiyalardan fərqli olaraq Çin heç
də işğallar və əhalinin miqrasiyası nəticəsində formalaşmamışdır. Çinlilər xırda
istisnalar nəzərə alınmaqla yeni ərazilər axtarmaq eşqindən uzaq olmuş,
köçərilərin qüdrəti zəiflədikdən sonra da şimala doğru genişlənmək lüzumuna
əhəmiyyət verməmişlər. Çin xalqı daimi öz ərazisində yaşamış, başqa xalqlar,
məsələn, qonşusu Çingiz xan monqolları kimi və ya Meyci inqilabından sonrakı
yaponlar kimi işğallara meyl etməmişdir. Dünyanın başqa ölkələrinə mühzacirət
edən çinlilər də daim kompakt yaşamağa üstünlük vermişlər. Onlar reallığı yaxşı
qiymətləndirməyi bacardıqlarından, illüziya xarakterli şans axtarmaq fikrinə
düşməmişlər.
16
Bütün bunlar çinliləri dərk etmək üçün əlahiddə mühüm elementdir,
çünki bu, mənşələr anlayışını sual altında qoyur. Xalq miqrasiya edən vaxt və
ölkə işğal nəticəsində anneksiyaya məruz qaldıqda, bir qayda olaraq həmin
hadisələr xalqın həyatına və düşüncə tərzinə təsir göstərməmiş qalmır, hətta
güclü müvəqqəti başlanğıc situasiyası yaradır. Belə vəziyyət isə taleyinin
fərqliliyinə də hörmət bəsləməli olan Çində mövcud olmamışdır.
Çin mədəniyyətinin özündə də elə cəhətlər vardır ki, onlar tarixi uzun
ömürlülüyə qeyri-adi xidmət göstərmişdir. Ən vacib cəhət ondan ibarətdir ki,
Çin özlüyündə yeganə sayılmalı olan yazı sistemini formalaşdırmışdır. İlk
imperator Tsin Şi Xuan-dinin dövründə yazı unifikasiya edilmişdi, vahid şəklə
salınmışdı. Bu yazı Avrasiya qitəsinin bütün digər yazı sistemlərind olan kimi
səsləri ifadə etmir, ideyaların və situasiyaların təqdim edilməsi əsasında işləyir.
Belə yazı öz növbəsində unikal bir daimilik üçün əsas olmağa xidmət edir.
Bunun ən parlaq nümunəsi odur ki, çinlilər əslində üç min il ərzində heç siyasi
sistemlərini də dəyişməmişlər. Bu günə kimi ölkəyə, şəklini dəyişsə də, daim bir
partiya rəhbərlik edir. Hazırkı dövrdə bu kommunist partiyasının
hakimiyyətidir, əvvəllər isə ölkəyə imperiya imtahanlarından keçən adamlar
rəhbərlik edirdilər və onlar qarovulçulardan tutmuş baş nazirə qədər bütün
dövlət postlarını tuturdular.
Fransız Maarifçiliyinin də yüksək qiymətləndirdiyi meritokratiya sistemi
istənilən çinliyə imkan verirdi ki, imtahanlarda istədiyi qədər dəfə iştirak etsin.
Nəticədə, Çin Avropadakı intibah dövrünə qədər, qalan bütün dünyadan irəlidə
idi. Lakin burada da hər şey Alp dağlarının qarı kimi təmiz deyildi. Başqalarına
nisbətən dövlət qulluqçusunun oğlunun imtahanlarda uğur qazanması daha
asan idi. Lakin müsbət misallar da az deyildi. Belə məlumatlar vardır ki, hansısa
kəndin sakinləri bacarıqlı uşağın təhsilinin haqqını birlikdə ödəyirdilər. Deməli,
icma istedadların yetişdirilməsində birgə iştirak edir, bu yükü ümumilikdə
daşıyır, bu vaxt çinli üçün vacib sayılan ailə bağlılıgı hissinə də qalib gələ bilirdi.
Belə sistem daim ölkəyə xidməti, ordenlərin təklif etdiyi adamların ictima
pilləkəni üzrə irəliləməsi çərçivəsini tətbiq edən fransız feodalizmindən fərqli
olaraq, ən yaxşı beyinləri təklif edirdi. O vaxtlar həm də «beyinlərin axması» da
yox idi. Ancaq sonralar Qərbdə də burjuaziyanın yüksəlməsi ilə təhsilin
əhəmiyyətini başa düşməyə başladılar.
Yaxşıdan bəhrələnmək qaydası heç də unudulmamışdır. Bu gün Çində
kimsə öz namizədliyini partiya üzvlüyünə qəbul olunmaq üçün irəli sürdükdə,
əvvəlcə həmin namizəd barədə üç il ərzində təhqiqat xarakterli öyrənmə gedir.
Onun ünsiyyətdə olduğu adamlardan, qohumlarından, sinif yoldaşlarından,
dostlarından, müəllimlərindən sorğu ilə geniş məlumat alınır. Bu vaxt başqa
iddiaçılar da mövcud olduğundan, kiminsə iradəsinin hökm etməsi deyil,
namizədlər arasında əsl yarış mühiti özünü göstərir. Bu, heç də rəqabət deyildir,
çünki rəqabətdə məğlub rəqib az qala məhv edilir, yarışda isə məğlub olan
sıradan çıxmır, gələcəkdə də öz şansını sınamaq imkanına malik olur. Müsbət
nəticə əldə edən iddiaçı isə partiya sıralarına qəbul olunur.
17
Çin Kommunist Partiyasının tərkibində hazırda 82 milyon, başqa sözlə,
ölkə əhalisinin təqribən 6 faizinə qədər üzv vardır. İmperator epoxasında da
təqribən həmin nisbətdə dövlət qulluqçusu var idi. Məhz buna görə də Qərb
demokratiyasının ideyaları Çində kök sala bilmədi.
Çinlilər tarixlərinin uzunluğu qədər daimiliyə öyrəşmişlər. Çinli üçün
uzun muddətlilik səmərəliliyin sinonimidir. Bunu da onlar başa düşürlər ki,
sistem əgər uzun muddət yaxşı işləyirsə, onu niyə dəyişdirmək lazımdır.
Uzun ömürlülüklə muşayiət olunma, çinlilərdə heç də dəyişikliklərə
neqativ münasibət bəslənməsinə gətirib çıxarmır. Nə qədər paradoksal görünsə
də, Çində ona «dostcasına” münasibət bəslənilir. Bu ölkədə nə özünü xilas etmə
dini, nə cənnət, nə əbədilik mövcud deyildir ki, onlar insanlara cari dövrdə baş
verən hadisələrin öhdəsindən gəlməyə kömək edə bilsin. Yeganə əbədilik – ilin
mövsümlərinin dəyişikliyə məruz qalmdan bir-birini əvəz etməsidir. Ona görə
də təəccüblü deyildir ki, çin fikrinin əsas kitabı «Dəyişikliklər Kitabı» adlanır.
Kitabda belə bil kəlmə vardır ki, bu, gerçəkliyin dərk edilməsinin altından xətt
çəkir: yeganə dəyişilməyən şey – həmin dəyişikliklərdir. Avropalılar, başqa
xalqlar dəyişikliklərə nifrətlə yanaşırlar. Belə bir vaxtda isə çinlilərin
dəyişikliklərə dostcasına münasibəti onlara imkan verdi ki, XX əsrin ən güclü
sarsıntılarını yaşamaqla, onları geridə qoysunlar. Ölkədə uzun müddət vətəndaş
müharibəsi getmiş, Mao Tsze-dunun həyata keçirdiyi «Böyük sıçrayış» və
«Mədəni inqilab» Çin xalqına ağır həyat itkisi, ondan daha böyük miqyasdakı
iqtisadi zərbə və sosial problemlərin dərinləşməsi hesabına başa gəlmişdi. Bütün
bu sınaqlardan sonra Çin xalqı qamətini düzəltmiş, həyatın bütün sahələrində
həqiqtən də misli görünməmiş nailiyyətlər qazanmağa başlamışdır. Onu da
yaddan çıxarmaq olmaz ki, digər millətlərin uzun sırasında belə, Çin xalqı heç
vaxt ayaq üstə möhkəm dayanmaq bacarığını itirməmişdir.
Son beş min il ərzində uğur və uğursuzluqlar yolu ilə irəliləyən Çin Qərb
iqtisadçılarının rəyinə görə 2016-cı ildə iqtisadi cəhətdən ən güclü dünya
dövlətinə çevriləcəkdir.
Çinli həyatda baş verən təsadüfləri də adi hal hesab edir. Təsadüf
anlayışına çinlilərin cavabı kəndli mədəniyyətinin cavabıdır: ilin mövsüm
dəyişikliyinin ritmi qətiyyən pozulmur, qışdan sonra daim yaz gəlir, ancaq heç
kəs qabaqcadan deyə bilməz ki, bu yaz günəşli və ya yağışlı olacaqdır.
Təəccüb doğuran cəhətlərdən biri də budur ki, Çində mərkəzi hakimiyyət
belə regional rəngarəngliyə malik olan bu dərəcədə böyük bir ölkəni qoruyub
saxlaya bilmişdir. İmperiya kimi təşəkkül tapdıqdan sonra Çinin ərazi
bütövlüyünə, müvəqqəti işğal illəri nəzərə alınmasa, iki min ildən artıq bir
müddətdə xələl gəlməmişdir. Bu ərazini heç də nə hərbi qüdrət, nə də iqtisadi
güc qoruyub saxlamamışdır, onun bütövlüyünü ölkə üçün ümumilikdə vahid
olan mədəniyyət hifz edib saxlamışdır. Mədəniyyət Çinin tarixən ərazi
bütövlüyünün başlıca dayağı olmuşdur.
Çinlilər XIII əsrdə monqolların, XX əsrin birinci yarısında yaponların
işğallarına məruz qalsalar da, işğalçının mədəniyətini və ya həyat tərzini qəbul
etməmş, əcdadlarından qalıb, onlara çatan mədəniyyətin həyati hərarətindən güc
18
alıb, bədbəxtlikləri dəf edərək, ölkənin milli varlığını davam etdirməyə müvəffəq
olmuşlar.
Filosof Han Feyə («Han Fey-tszı» kitabına) görə, ölkədə mərkəzi doktrina
hüququn alimliyi idi. Bu Leqizm fəlsəfəsi idi, bura aristokratiyanın
kənarlaşdırılması və fərdlərin öyrəndiklərindən, qabiliyyətlərindən və
təşəbbüslərindən asılı olaraq irəli çəkilməsi yolu ilə çox sayda meritokratiya
elementləri daxil edilmişdi. Bu dövlət qoşunlarının, idarə etməyə köhnə
aristokratiya sistemini saxlayan digər ölkələrin ordularını xeyli üstələməsinə
gətirib çıxardı. İki min illik tarix ərzində leqizm Çin fəlsəfəsinin əsas hissəsi
olaraq qaldı, ona baxmayaraq ki, sonrakı Tsin sülaləsindən (1644-1911-ci illər)
sonra o xeyli sadələşdirilmişdi. Lakin meritokratiya idarəetməsi bürokratik
elementlərlə birlikdə indiyədək Çin dövlətinin təməl daşı olaraq qalır. Bunu
dövlət qulluğuna standartlaşdırılmış «dövlət imtahanlarından» istifadə
edilməsində müşahidə etmək mümkündür, onun isə əsası Suy sülaləsi
zamanında qoyulmuşdur.
Çində problemlərin bütünlüklə yoxluğunu güman etmək də ağılsızlıqdır,
onlar ölkənin ölçüsünə uyğun olaraq həm də xeyli çoxalmış olur. Həddən kök
adam öz ağırlığından əziyyət çəkdiyi kimi, Çin də əhalisinin çoxluğundan, bəzi
regionlarda sakinlərin izafi sıxlığından əziyyət çəkir.
Dövlətin miqyasının böyüklüyü yerli «kiçik çarlara imkan verir ki,
mərkəzi hakimiyyətin göstərişlərini, lazım gəldikdə öz xeyirlərinə təhrif etsinlər
və onların təsirlərini heçə endirsinlər. Çin tarixinin bu daimiliyi ucbatından
qəribə görünsə də, ölkə öz varlığının bütün ömrü ərzində çətinliklərlə
üzləşmişdir. Çinlilər hesab etmirlər ki, onlar tiraniya tipli dövləidə yaşayırlar.
Lakin yerli kiçik çarların korrupsiyasının əmələ gətirdiyi ədalətsizlik bəzi
hallarda özünü büruzə verir. Çində korrupsiya və rüşvətə qarşı ən ağır cəzalar
tətbiq edilir, bunda cinayəti sübut olunanlar edam edilirlər. Yaddan çıxarmaq
olmaz ki, Çin əyaləti öz ölçüsünə görə Avropa dövlətinə bərabərdir. Əgər
Avropada 27 dövlətin (Avropa İttifaqına daxil olan dövlətlərin) birgə işləməsinə
nail oluna bilinmirsə, hər gün hansısa iqtisadi və digr problemlər üzə çıxırsa, 87
Avropa dövlətini birgə fəaliyyət göstərməyə məcbur etməyin olduqca çətin
olduğu aydınca başa düşülməlidir.
Əyalətlərin sakinlərinin müxtəlif ənənələri, mətbəx, tarixi və ya hətta dili
ola bilər, lakin onların hamısını Çin yazısı birləşdirir. Çin yazısı bu xalqın
mədəniyyətinin ən başlıca dayaq sütunudur. Məhz bu yazı ölkəni məkanda və
zamanda birləşdirmiş və möhkəmləndirmişdir. Belə ki, məsələn, teleefirdə və
kinoteatrlarda nümayiş etdirilən filmlərin hamısı subtitrlərlə göstərilir və
beləliklə, onları bütün əyalətlərdə eyni qaydada başa düşə bilirlər.
Eynilə həmin qaydada müasir çinli Konfutsi epoxasının daş lövhəsindəki
yazını oxuya bilir. Baxmayaraq ki, həmin vaxtlar o sözlərin necə tələffüz
olunması haqqında onun elementar anlayışı da yoxdur. Bunu orta əsrlərdə
Avropada latın dilinin geniş yayılması və istifadə edilməsi ilə müqayisə emək
olar. Bu dil müəllimlərə, alimlərə qitənin istənilən şəhərində, universitetində
işləməyə imkan verirdi. Buna baxmayaraq, sonralar millətçiliyin yüksəlişi ilə bu
19
sistem dağıdıldı. Qatı millətçilər isə təmsil etdikləri xalqı barama qılafında
saxlamağı özlərinin az qala ali məqsədi hesab edir, öz çürük ideyaları naminə
bəşəriyyətin onlara guya yad olan nailiyyətlərinə ağız büzmələrini də bir igidlik
nişanəsi kimi qələmə verirlər. Millətçilik, təsadüfi deyil ki, hitlerçilər də özlərini
naitsist adlandırırdılar, xalqları qan axıtmağa, müharibə Moloxuna çox sayda
qurbanlar verməyə sürükləməklə öz sərsəm əməllərini guya millət yolundakı
qəhrəmanlıq kimi qələmə verməkdən həzz alırlar.
Bizdə, digər xalqlarda olan kimi Çində dinə bağlılıq anlayışı yoxdur, dinə
sitayiş həyat hüceyrələrinə, məsamələrinə daxil olmamışdır. Çinlilər din əvəzinə,
sitayiş etdiklərini müdriklir adlandırırlar və bu, onların gündəlik həyatını
istiqamətləndirir. 1911-ci ildəki inqilaba qədər konfutsiçilik Çində əslində dini
inamı əvəz edirdi, bu ölkədə konfutsiçilk hələ də Qərbdə xristianlığın oynadığı
rolu oynayır.
Çinlilər hələ qədim zamanlardan ruhən fəlsəfə ilə qidalanmışlar, fəlsəfi
kitablar onlar üçün beşikdəki yastıq altına avropalıların qoyduqları «İliada» və
«Odisseya»nı əvəz etmişdir. Konfutsi və buddizm fəlsəfələri geniş yayılmışdır və
əhalinin mənəvi həyatında, çin sivilizasiyasının uzun ömürlülüyündə, onların
təsiri danılmazdır. Çinlilər eyni vaxtda bu fəlsəfi cərəyanların hər birinə
hörmətlə yanaşır, gündəlik həyatda onlardan istifadə etməkdə elə bir çətinlik
hiss etmirlər. Belə ki, onlar mağazanı açanda gözə görünməyəni sakitləşdirmək
üçün daoistə müraciət edir, yaxın adamının ruhunun düzgün
istiqamətləndirmək tələb olunduqda buddistin yanına gedirlər. Konfutsiçilik isə
cəmiyyətdə davranış kodeksi rolunu oynayır, əhalisi olduqca çox olan bir ölkədə
bu təlim yaşamğa tamamilə uyğunlaşmışdır. Sonrakı dövrlərdə Çin
imperiyasında Konfutsi təlimi dövlət fəlsəfəsinə çevrlmişdir.
Dinə sitayiş və ibadət olmasa da, ölkədə həm də eyni zamanda dindar
olmağın zahiri əlamətləri mövcuddur, onlar məbədlər, rahiblər, mərasimlər kimi
Qərb anlayışlarına yaxındır. Bununla yanaşı, burada kulta tam başqa münasibət
vardır, söhbət daha çox xahiş barədə, dialoq barədə olan müraciətdən gedir.
Görünməyən qüvvələrə münasibəti isə olduqca dünyəvi xarakter fərqləndirir.
Çində yeganə həqiqi din – bu, imperatorun, Göy oğlunun kultudur, sifəti
olmayan varlığın bu gücü ilin mövsümlərini dəyişdirməklə yanaşı, Yer üzərində
hökmdarlıq edəni qoyur. Beləliklə, yenidən kəndin ənənəsinə qayıdış müşahidə
olunur.
Böyük fransız filosofu Volter çinlilər barədə maraqlı fikirlər söyləmişdir.
Volterə görə çinlilər adətən başqa hallarda mövcud olan hansısa cəhalətə və
şarlatanlığa görə özlərini məzəmmət edə bilməzlər. Çin dövləti dörd min il
ərzində öz xalqını aldatmadan, onu necə idarə etmək yolunu göstərmşdir. İdarə
edənlər inanırdılar ki, həqiqət allahına yalanla xidmət etmək olmaz. Çində bir
belə əsrlər boyu bütün nəcib adamların dini, Göyə hörmət etmək və ədalətli
olmaq idi. O, göstərir ki, Konfutsi – Kun-fu-tszı bizim eradan 550 il əvvəl
yaşamış və özünü peyğəmbər adlandırmamışdı. O, ancaq qədim qalan qaydaları
bir yerə toplamışdı. Bu təlim bütün adamları təhqiri bağışlamağa, hərəkətlərinə
daim fikir verməyə, dünən buraxılan səhvləri bu gün düzəltməyə çağırırdı.
20
Konfutsi öyrədirdi ki, bir neçə adam bir adamdan daha məlumatlı,
məsələlərdən baş çıxarandır. O, təlqin edirdi ki, «başqaları ilə özünlə necə
davranmağı istədiyin kimi hərəkət et». O, sadəcə təvazökarlığa deyil, həm də
itaətkarlığa öyrədirdi və bütün comərdlikləri təbliğ edirdi.
Çinə və çinlilərə az qala pərəstiş qaydasında yanaşan Volter özlkəsinin
idarə edilməsindəki eybəcərliklərə isə kəskin nifrətini bildirirdi, onları
bütünlüklə məhkum edirdi. Günəş Kral öldükdən sonra taxta çıxan nəticəsi, az
yaşlı XV Luinin regenti olan və sonralar əyyaşlıqda, əxlaqsızlıqda ad çıxaran
Orlean hersoqu özünü xalqa qənaətcil kimi qələmə vermək üçün, idarəçiliyinə
başlayan kimi sarayın tövləsində saxlanan atların sayını iki dəfə azaltdı. Bunu
eşidən Volter yazmışdı ki, yaxşı olardı ki, o, sarayın atlarının sayını ixtisar
etməkdənsə, saraydakı eşşəklərin sayını yarıbayarı azaldaydı. Volter Fransanın
idarçiliyinə belə sərt yanaşdığı halda, Çində mövcud olan qaydalara böyük
hörmət bəsləyirdi və buradakı dövlət imtahan sisteminə və layiq olanların
hakimiyyətinə vurğunluğunu gizlətmirdi.
Başqa, hətta bəzi müasir dövlətlərdən fərqli olaraq, Çin heç də öz
keçmişinə inkar, istehza və ifşa qaydasında yanaşmır, əksinə, nəcib ənənələrə
hörmət bəsləyir. Çin heç də şərqdəki qonşusu, adalar ölkəsi olan Yaponiya kimi
özünü dünyadan izolyasiya olunmuş şəkildə saxlamamışdı. Burada həmin
qonşudan fərqli olaraq müasirliyi feodal intizamı ilə birləşdirməyə cəhd edilmir.
Öz keçmiş ənənələrini fetişləşdirməkdən, əndazədən çıxarmaqdan da uzaqdır.
Burada keçmişin yaxşı nümunələri zamanın tələbləri üçün istifadə edilir. Son
vaxtlarda Çinin dünya iqtisadiyyatına təsiri artdıqca, əslində bu ölkə indii dünya
əhalisi üçün hər cür müasir tələblərə cavab verən mallar istehsalı və təchizatı ilə
məşğul olan qlobal emalatxana rolunu oynayır, ABŞ ilə Çin arasında rəqabətin
gündəliyə çıxması labüddür. Əlbəttə, Birləşmiş Ştatlar iqtisadi, elmi, hərbi və
texnoloji nöqteyi-nəzərdən dünyanın yeganə fövqəldövləti olaraq qalmaqdadır.
Lakin Çinin nəfəsi ən azı iqtisadi sahədə onun peysərində hiss olunmaqdadır.
Burada təəccüblü bir şey də yoxdur. Hələ yarım əsr bundan əvvəl İsrailin ilk baş
naziri David Ben-Qurion peyğəmbərcəsinə demişdi ki, faciəli və qəhrəmanlıq
tarixinə malik olan Çin gələcəkdə fövqəldövlət olacaqır.
Əgər tarix nəyəsə öyrədirsə, onda Çinin inkişafı Amerika üçün həqiqətən
bir çağırış təsiri yaratmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, qüdrəti
solan dövlətlər bir qayda olaraq səhnəni nadir hallarda döyüşüz tərk edirlər.
Çin iki min il bundan əvəl imperiyaya Tsin dövründə, imperator Şi Xuan-
dinin vaxtında vahid mərkəzi hakimiyyət altında birləşmişdi. İmperiya dövrü
müxtəlif qabiliyyətlərə malik olan liderlər görmüşdü. Qədim Çin hərb
nəzəriyyəçisi Sun-tszının rəyinə görə liderliyin üç növü vardır: humanist
hakimiyyət, hökmranlıq və tiraniya. Humanist hakimiyyət həm vətəndə, həm də
xaricdə insanların qəlblərini və zəkalarını fəth edir. Yəqin ki, xalqların
əksəriyyəti, mürgüləmələrinə son qoyub, belə hakimiyyət növünü arzu edərdi.
Birləşmiş Ştatların görkəmli siyasətçisi Henri Kissincer demişdir ki,
hansısa bir xarici ideologiya deyil, qədim Çin ideologiyası aparıcı intellektual
gücə çevriləcəkdir və bu, Çin xarici siyasətinin dayağı olacaqdır. Onda görən Çin
21
bütün dünyada insanların qəlbini necə fəth edəcəkdir? Qədim Çin filosoflarının
sözlərinə görə, humanist hakimiyyət vətəndə xalqın arzu etdiyi modeli
yaratmaqla fəaliyyətə başlamalıdır ki, bu yolla xaricdə olan adamları da
ilhamlandırsın. Humanist hakimiyyə ölkənin öz xalqı tərəfindən bütünlüklə və
cəmiyyətin hər bir seqmentində açıq şəkildə hiss olunmursa, onun elan edilməsi
də saxta şüardan başqa bir şey deyildir, çünki o, gerçəklikdə öz əksini tapmır.
Bu o deməkdir ki, Çin öz prioritetlərini iqtisadi inkişafından harmonik
birliyin yaradılmasına dəyişməlidir. Belə cəmiyyət varlılarla kasıblar arasındakı
bu gün mövcud olan uçurumdan azad olmalıdır. Merkantil təfəkkür ənənəvi
əxlaqla əvəz edilməlidir.
Bu ölkənin sakinlərinin düşündürən məsələlərdən biri də Çinin dövlət
quruluşunu yorulmadan təkmilləşdirməkdir: siyasi sistemin islahatını sakitcə,
addımbaaddım aparmaqdır. Öz mədəniyyətinin qədimliyi ilə öyünən bir ölkədə
mədəni quruculuğun əhəmiyyətini də qiymətləndirməmək olmaz. Bütün bu
vəzifələr onu göstərir ki, Çin millətini həqiqətən də böyük intibah epoxası
gözləyir.
Çin özünün ənənəvi meritokrtiyasına arxalanmalıdır. Yüksək dövlət
vəzifələrini tutmaq üçün adamlar sadəcə texniki və inzibati uyğun gəlmələrinə
görə deyil, ləyaqətlərinə və müdriklərinə müvafiq olaraq seçilməlidir.
Əlbəttə, Çin dövləti meritokratiyaya bir sistem şəklində yanaşdığından,
onun fadalı nəticələrinin də şahidi olurdu. Belə güman edilir ki, ABŞ-la
rəqabətdə Çin meritokratiyası qalib gələcəkdir. Çin yaxşı nə varsa, onu əxz
etmək və vətəndə əlavə yaxınlaşdırmaq və təkmilləşdirmək qabiliyyətinə də
malikdir. Bu xüsusiyyət ona iqtisadi yüksəlişdə çox kömək etmişdir.
Demokratiya və meritokratiya - onlar dinc yanaşı yaşaya bilərlərmi?
Demokratiya çox sayda xalqların can atdığı dövlət quruculuğudur və
özünün şübhə edilməyən üstünlüklərini dünyanın bir sıra qabaqcıl ölkələrində
hərtərəfli nümayiş etdirə bilmişdir. Həqiqi demokratik ölkələrdə xalq üçün
hakimiyyətin təşəkkül tapması ilə yanaşı, xalq hökumətin fəaliyyətinə ən
başlıcası, çox vaxt birbaşa olmasa da, real nəzarət etmək hüququna yiyələnir.
Belə bir şəraitdə hökumət daim xalq qarşısında məsuliyyət daşıdığını, cavabdeh
olduğunu hiss edir və ona görə də özünü başqa dövlətlərdə addımbaşı baş verən
əllaməliklərdən qoruyur.
Lakin demokratiya pərdəsi altında əslində avtoritar sayılmalı
hakimiyyətin bərqərar olduğu ölkələrdə xalq əslində dövlətin idarə edilməsində
ya bütünlüklə iştirak etmir, yaxud da bu iştirak cüzi və əhəmiyyətsiz bir əlavəyə
çevrilir. Bütün seçkilər qanun pozuntuları ilə, saxtakarlıq şəraitində keçdiyindən
həmin vacib demokratik tədbir nəticədə xalqın iradəsini ifadə etmir, dövlətin
hakimiyyətdəki və ona yaxın olan bir qrup adam tərəfindən idarə olunması
özünü nümayiş etdirir. Ona görə də bu qaydada seçilmiş ali dövlət vəzifəsinin,
qanunvericilik və bələdiyyə orqanlarının legitimliyi daim şübhə altında qalır.
Həm də böyük rus tarixçisi V.O.Klyuçevski demişkən: «Böyük ideya səfeh
mühitdə bir sıra cəfəngiyyatlara çevrilir». Buradan belə görünür ki, demokratiya
22
kövrək çiçək növü kimi müasir dünyanın heç də hər yerində çiçək aça bilmir.
Alaq otu isə çox yerdə və sürətlə böyüyür.
Əlbəttə, nadir nümunələr istisna olmaqla, beynəlxalq təşkilatlar və
demokratik dövlətlər hansısa geosiyasi və ya iqtisadi maraqları nəzərə alaraq,
demokratiyanı pozan həmin rejimlərlə tam normal əlaqələrini davam etdirir,
onların ikili sifətinə məhəl qoymamaqla, can atdıqları demokratik imicini
qorunub saxlanmasına şərait yaradırlar. Yalnız «ərəb baharında» olduğu kimi,
xalq ayağa qalxdıqda, etiraz sıxışları qan axıdılmassı ilə müşayiət olunan
tədbirlərlə yatırdıldıqda, diktatorların və ya avtokratların sonunun çatması
qənaətinə gəldikdən sonra, onların dəstəklənmsinə son qoyulur, həmin xalqların
uzun illər çəkdikləri əzablara göz yumduqları halda, bu vaxt onların tərəfində
olduqlarını bildirirlər. Qüdrətli dövlətlər Qəddafinin və ya Mübarəkin necə
varlandıqlarını, misli görünməmiş sərvət topladıqlarını laqeyd seyrçi kimi
müşahidə etdikləri halda, sonradan bu vəsaitlərin miqyası barədə hay-küy
qaldırdılar.
Müəllifliyi Hannibala aid edilən belə bir mühakimə vardır: «Elə bir qala
yoxdur ki, onu qızılla yüklənmiş eşşək almasın». Sərvət bəzən kənarda olan və
acgöz sayılmayan adamların da ayıq gözlərini kor edə bilir.
Digər tərəfdən həmin ölkələrdə elə konstitusiyalar qəbul edilirdi ki, bu,
diktatorların ayaqları altına sərilən yumşaq xalçanı xatırladırdı. Belə bir şəraitdə
Mübarək, əlbəttə ki, özünü yeni faraon adlandıra bilərdi. Başqa ölkələrdə də
konstitusiyalar hakimiyyətin istəyinə uyğun olaraq lakmus kağızı kimi rəngini
bir andaca dəyişir. Vaxtilə Yuli Sezar Rubikonu keçəndə atdığı addımın nələrə
gətirib çıxardığını bildiyinə görə, yalnız özünə təsəlli vermək üçün demişdi:
«Alea jacta est» – «Püşk atılmışdır». Hər gün Rubikonu keçənlər isə heç belə
təskinlik sözlərinə də ehtiyac duymurlar, çünki özlərinin cəzasız qalacaqlarına və
heç bir sarsıntı baş verməyəcəyinə tam əminlik tapırlar. Addımbaşı yol verilən
qanun pozğunluqları demokratiyanın boynuna bağlanan dəyirman daşı effekti
yaradır və bunu edənlərin dillərində adı mantra kimi səslənən bu quruluşun bir
daha həyata qayıtmasına, yaşamağına bütün ümidlər ölür.
Bu vaxt demokratiya dil aça bilsəydi, bu zərbədən sarsılanlara və
ümumən bütün peşiman olanlara rus çarı I Nikolayın 1836-cı ildə Sankt-
Peterburqda N.V.Qoqolun «Müfəttiş» pyesinin tamaşasına baxdıqdan sonra
ətrafındakı əyanlara dediyi sözləri təkrar edərdi: «Hamı öz payını aldı, mənə isə
hamıdan çox pay düşdü». Axı biabır olan birinci növbədə demokratik quruluşun
özüdür.
Ümumiyyətlə demokratiyaya qeybdən gələn bir çarə vasitəsi, xilas qayığı
kimi baxmaq, reallığa göz yumub, öz təxəyyülünü xəyalplovla
qidalandırmaqdan başqa bir şey deyildir. Ona görə də vurğunluqla yanaşı,
demokratiyaya tam fərqli münasibət də mövcuddur. Bu münasibətdə heç bir
zəfər parıltısı yoxdur, əksinə, belə bir fikirin həqiqiliyini etiraf etmək vardır ki,
demokratiya bəzi hallarda xoşa gəlməyən, hətta iyrənc ola bilər, nə onun
özündə, nə də qabiliyyətində real dunyanın problemlərini həll etmək «sehrliliyi»
yoxdur. Belə yanaşmada ani qərarların təhlükəsinin başa düşülməsi öz əksini
23
tapır. Həm də dərk edilir ki, adamlar ağılsızlığa yol verə, qeyri-rasional ola,
panika tutmasına məruz qala bilər, ona görə də onlar əsl təhlükə rəmzlərinə də
səs verə bilərlər. Belə möhkəm bir qarantiya da yoxdur ki, xalq səhvə yol verib,
ən dəhşətli olana səs verməsin.
Bəzən elə güman edilir ki, demokratiya bütün problemləri – istər dini,
istər iqtisadi olsun, həll edə bilər, korrupsiyaya, bürokratiya kmim elə bir
problem yoxdur ki, onun öhdəsindən gəlməyi bacarmasın.
Harada xoşagəlməz nə baş verirsə, çox vaxt bunu demokratiyanın
yoxluğu ilə izah etmək ən asan yol hesab olunur. Onda görən demokratik
ölkələrdə vaxtaşırı baş verən iqtisadi böhranları hansı səbəbin ayağına yazmaq
lazımdır?
Demokratiya insanların xoşbəxtliyinə xidmət etməlidir, bunun çox sayda
gerçək nümunələri də göz qabağındadır. Lakin bu quruluş müdafiəsiz, günahsız
insanların qanı hesabına, milyonların səfillərə çevrilməsi hesabına başa
gəlməməlidir. Problemləri həll etmək əvəzinə, onları dərinləşdirən bir
quruluşda, doğrudan da, keçmişə nostalgiya hissləri zəifləmək, solmaq bilmir.
Əgər konkret bir halda o real olaraq ziyan gətirirsə, demokratiyanın, üfüqdə
konturları görünən illüziyaların arxasınca qaçmaq lazımdırmı? Saxta
demokratiya lap qövsü-qüzeh mənzərəsi yaratsa da, onun yalanına uymaq heç
də iti ağıldan xəbər vermir
Lakin belə əcayib nümunələr demokratiyanın gücsüzlüyü, öz
əhəmiyyətini itirməsi təsəvvürü yaratmamalıdır. Bir sıra ölkələrdə
demokratiyanın hələlik az sayda tumurcuqları gözə çarpır, o, çiçək açdıqda
isnanlar ona, yaponların sakuranın çiçəklənməsini heyranlıqla seyr etdikləri
kimi, az qala sitayişə bənzər münasibət bəsləyəcəklər. Demokratiya təzə ayaq
açan uşaq kimi addımbaşı büdrəyib yıxılsa da, böyüdükcə, qüvvətləndikcə, öz
qamətini bütünlüklə göstərə biləcəkdir. Demokratiyanan ən ağır günlərində belə,
onun sağalacağına, fəaliyyət göstərəcəyinə ümid itməməlidir, xalq ona qəbir
qazanlara qarşı öz sarsılmaz iradəsini nümayiş etdirməlidir. Lakin demokratiya
uğrunda mübarizədən hansısa qrupların korporativ maraqlar üçün istifadəsinə
yol verilməməlidir, bu onu daha qorxulu bataqlığa sürükləyə bilər. Dünyanın bir
sıra ölkələrində demokratiya şərqiləri eşidilirsə, gələcəkdə onun daha gur himni
təntənəli qaydada səslənəcəkdir.
Meritokratiya çinlilərin icadı olsa da, qədim yunanların həyata gətirdiyi
demokratiya körpəsi kimi beynəlxalq aləmin, dünya dövlətlərinin diqqətini daha
geniş cəlb edəcəkdir. Əlbəttə, bir sıra ölkələrdə məmurlar ordusuna «təzə qan»
vermək üçün imtahanlar sistemindən istifadə olunur. Lakin bu sistem əsasən
xırda məmur vəzifələrinə adamların götürülməsi üçün istifadə edilir. Böyük
vəzifələr isə meritokratiya ərazisinə daxil olmur, bəzi hallarda isə hakim dairənin
inhisarında saxlandığından və klanlar üçün nəzərdə tutulduğundan, onlara
kənardan kiminsə müdaxiləsi yolverilməz hesab olunur. Axı imtahan yolu ilə
bütün vəzifələr paylansaydı, layiq olanlar həmin vəzifələri tutmaq imkanı əldə
etsəydi, onda klanların əli boşda qalardı və onlardan dayaq kimi istifadə edən
hakimiyyətin özü də süquta uğrayardı. Cəmiyyət istedadlı üzvləri ilə daim fəxr
24
etmişdir. Hətta onlar yaşadıqları zaman kəsiyində layiq olduqları qiyməti və
yekdil ehtiramı qazanmasalar da, sonralar həmin xalqın tarixini solmaz naxışlar
kimi bəzəmişlər.
Onda niyə bəs hakimiyyət pillələrində istedadlı adamlara xüsusi ehtiyac
duyulmasın, axı onlar öz intellektləri, qabiliyyətləri ilə ölkəyə, xalqa dəhə
səmərəli, daha uğurlu, həm də iri nəticəli xidmət göstərə bilərlər. Ona görə də
meritokratiya, demokratiya ilə çətinliklə uzlaşsa da, onunla dinc yanaşı yaşaya
bilər. Demokratiyanın hakim kəsildiyi ölkələrdə hakimiyyətin böyük
seqmentində ondan istifadə etmək mümkündür. Bəziləri meritokratiyanın kasta
sistemi yaradacağından ehtiyat edir, lakin onu nəzərə almırlar ki, intellekt
kastası yırtıcı klanlardan daha yaxşıdır, çünki onu heç də oğru dəstəsinə xas olan
maddi maraq psixologiyası meydana gətirmir. Güclü intellektə malik olanlar öz
səviyyələrinə görə heç vaxt xalqın qanını sormağı özlərinə rəva bilməzlər.
Demokratiya ilə meritokratiyanın bir-birini bütünlüklə inkar etməsi heç
də həqiqətə uyğun deyildir, əksinə onlar asanlıqla çuğlaşa, bir-birini uğurla
davam etdirə bilər. Bunun üçün hər iki üsulun fəaliyyət dairəsi, istifadə arealı
dəqiq müəyyən olunmalıdır, belə olduqda biri digərini yaxşı qaydada tamamlıya
bilər. Əgər Birləşmiş Ştatlarda olan kimi hakimiyyətin bütün təbəqələrini
demokratik qaydada formalaşması baş versə, bu meritokratiyanın da tədbiqi
üçün yaxşı şərayət yaradardı. Demokratik seçki ilə hakimiyyətin hər üç
qanadında vəzifələrin tutulması qaydası hakimiyyət vertikalını məhv etməklə,
həqiqi demokratiyanın zəfərinə qətirib çıxarır. Hakimiyyət vertikalı yalnız
fövqaladə vəziyyət baş verdikdə fayda verir, çünki bu vaxt bütün qüvvələrin
təmərküzləşməsi və bir mənbədən idarə olunması ölkənin, xalqın ən vacib
problemnin müsbət həllinə yol açır.
Digər hallarda isə hakimiyyət vertikalı elə bil ki, birləşmiş qablar
qanunu əsasında fəaliyyət göstərir. İdarəetmə borusu ilə qüsurlar adlanan
mayenin bərabər səviyyədə mövcud olmasına şərayət yaranır. Ölkənin
yuxarıdan aşağıyadək vahid güvvədən idarə olunması demokratiyanın digər
zahiri cəhətlərinə də xətər toxundurmamış qalmır və əslində onu ozünün
karikaturasına çevirir. Demokratiya məhdudlaşdırıldıqda, qüsurların tüğyan
etməsi üçün şərayət yarandığından, meritokratiyanın tədbiqi üçündə heç bir
imkan qalmır.
Demək, demokratiya hakimiyyət vertikalından fərqli olaraq,
meritokratiya üçün də əlverişli mühit yaradır. Seçkili vəzifələrdən başqa bütün
digər məmur vəzifələri meritokratiya prinsipləri əsasında tutula bilər və
beləliklə, ölkədə laiq olanların hakimiyyəti bərqərar olması imkanı yaranar.
Seçkilərdə seçicilər səhvə yol verib, laiq olmayanı da seçə bilər, lakin bu ümumi
xarakter daşımır, nadir hallarda baş verə bilər. Seçki ilə vəzifə tutan adam,
vertikal qaydadaki tabeliyə görə itaət edənlərdən fərqli olaraq, yaxşı anlayır ki,
seçiciləri qarşısında məsuliyyət daşıyır və vaxtaşırı onlara öz fəaliyəti barədə
hesabat verməlidir. Parlament üzvü bunu nəzərə almalıdır, yalnız milli
mənafenin aliliyinə görə təmsil etdiyi bölmənin, regionun, partiyanın
maraqlarını qurban verməklə onu seçənlərin rəylərinə məhəl qoymaya bilər.
25
Çünki bu vaxt onu seçıcılər qarşısında məsuliyyətdən daha çox millətinə və
xalqına borc hissi və həmdə vicdan idarə edir. Seçiciləri ondan narazı qalsalar,
hətta ondan üz döndərsələr də, belə mövqedən çıxış edən, nəticə etibar ilə
düzgün hərəkət etdiyinə yəginlik tapır.
Bu bir daha göstərir ki həqiqi demokratiya meritokratiya üçün heç də
maniyə, ənqəl rolunu oynamır, əslində onun həyata keçməsi üçün yollar açır.
İstisnalar isə cüzu xarakter daşıdığından, ümumi mənzərəni korlamağa qadir
olmur. Onların qətirdiyi fayda potensialı sadəcə üst-üstə qəlməkdən yaranan
potensialdan daha böyük olur, cəmiyyətdə ən vacib məqsəd sayıla bilən
harmoniyanın meydana qəlməsinə şərayət yaradır.
Demokratiyanın zəfəri meritokratiyanın zəfərini mümkün edə bilər, laiq
olanların hakimiyyətə qələ yiyələnməsi isə hər bir ölkəyə yalnız baş ucalığı
qətirər, xalqın xoşbəxt həyata nail olmaq barədəki arzularının reallaşması
yollarına azacıq da olsa daş döşəyə bilər.
Ona görə də mümkün olduğu yerlərdə bu iki hakimiyyət quruluşu, həm
də geniş miqyasda birgə istifadə oluna, onların mexaniki deyil, üzvi, yaxşı
calaqdan yaranan sintezi olduqca müsbət nəticələr verə bilər. Pozitiv olanlardan
qaçmaq cəmiyyətin ziyanınadır, əksinə, onlara daim şərait yaradılmalı, geniş
meydan verilməlidir.
Demokratiyanı da, meritokratiyanı da bəşəriyyətin ən yaxşı icadları
sırasına daxil etmək olar. Çörək icad ediləndən min illər boyu öz gərəkliliyini
itirmədiyi kimi, bu iki sistem də öz qiymətini daim qoruyub saxlayacaqdır. ABŞ
ilk dəfə qədim Afina demokratiyasını bir qədər başqa şəkildə yenidən həyata
qaytardığına görə, özünə qarşı minnətdarlıq hissləri doğurur. Çinlilərin icadını
da, yəqin ki, belə bir inqilabi tətbiq anı gözləyir. Bundan sonra onun üçün də
demokratiya kimi, cığırdan geniş yola keçmək imkanı yaranacaqdır. Öz faydası
ilə bu sistem də öz sələfi kimi xalqlara ondan heç də az olmayan xeyir verə bilər.
Çinlilərin belə bir müdrik sözü vardır ki: «Qədim möcüzəli daşlardan gələcəyin
pillələrni qurun». Keçmişin qiymətli tapıntısı yenə də bəşəriyyətə faydalı xidmət
edə bilər, ondan istifadə edilməlidir. Qoy gələcək, keçmişin təməli üzərində
bəşəriyyətə yaxşı nə vəd edirsə, onun yolu heç vaxt səhvlər dumanına
bürünməsin. Qoy xalqlar başqalarının yaxşı təcrübəsinə biganə qalmasınlar,
ondan istifadədə səhvlərə yol verməsinlər.
Dənizdə qəza nəticəsində batanları xilas edənlər böyük hündürlükdən
suüa tullandıqda, təkcə kömək gözləyənlərin ümidləri puça çıxmır, həm də xilas
edicilər özlərini böyük təhlükəyə atırlar. Onlar beş mərtəbəli bina
hündürlüyündən tullandıqda dəniz səthi beton bərkliyinə malik olur, iki dəfə
artıq hündürlükdən atıldıqda isə dəniz, həmin xilaskarlara öz ölüm ağuşunu
açır. Xalqlar başqalarının təcrübəsindən istifadə etdikdə naşılıq
göstərməməlidirlər, çünki onun sirrlərinə bələd olunmadıqda, ən başlıcası onun
tələblərinə məhəl qoylmadıqda, bu hal, həmin vəzifəni biabırçılıqla icra edənləri
ən azı siyasi ölümə məhkum edə bilər.
2013-ci il.
26
Demokratiya və layiq olanların hakimiyyəti
Adamlar öz bədbəxtliklərində taleyi, Allahları və istənilən hər şeyi
günahlandırmağa meyllidirlər.
Platon
İnsanın biliyi və qüdrəti üst-üstə düşür.
Frensis Bekon
Qulun bədəninin ətrafındakı zənciri qırmaq asandır, onun beyni
ətrafındakı zənciri qırmaq isə çox çətindir.
A.İ.Gertsen
Son iyirmi ildə Şərqi Avropada, Mərkəzi Asiyada və Afrikanın şimalında
baş verən siyasi kataklizmlər demokartik dövlət quruluşunun bərqərar olunması
cəhdləri ilə müşayiət olunmuşdur. Elmi kommunizmin banilərinin əsr yarımdan
çox əvvəl işlətdikləri ifadədən istifadə etmək istəsək, dünyanın müxtəlif
ölkələrində demokratiya kabusu dolaşmağa başlamışdır. Lakin öz sələfi kimi,
onun da bu dəfə ideyadan gerçəkliyə qədəm basması o qədər də uğurlu
olmamışdır. Bəzi məkanlarda bu quruluşun təşəkkül tapması baş tutsa da, əksər
ölkələrdə uğursuzluğa uğramış, əvvəlki başqa hakimiyyət nümunələrini yada
salan eybəcər karikaturanı xatırlatmışdır. Axı Hamletin atasının kabusunun
çağırışı da artıq nəyinsə çürüdüyü Danimarka krallığına əlavə bədbəxtlik bəxş
etmiş, onun sədaqətli oğlunun həyatına son qoyulmasına səbəb olmuşdu.
Lakin bu uğursuzluqda demokratiyanın hansısa «anadangəlmə»
qüsurlarını, onun uydurma Qabil damğasını axtarmağa da ehtiyac yoxdur.
Başlıca səbəb burasındadır ki, hakimiyyətə gələn hər bir qüvvə öz atavist
baxışlarına uyğun olaraq yeni sintetik dövlət quruluşu yaratmış və onu ümumi
dəbə uyğun olaraq «demokratik respublika» adlandırmışdır. Bu quruluşda hətta
ibtidai icma və feodalizm qalıqlarına da rast gəlmək mümkündür, çünki
traybalizm və bəzi əyalətlərin az qala müstəqillik istəyi ön plana keçmişdir.
Xalqlar isə daima hakimiyyətlərinə layiq olduqlarını həmin tarix kəsiyində əyani
olaraq göstərə bilmişlər.
Demokratiya çağırışına, demək olar ki, xalqların hamısı ordu intizamı ilə
cavab vermiş, özləri üçün yeni olan quruluşun meydana gəlməsi ehtimalına
bütün dərdlərin dərmanı, panatseya kimi baxaraq, onu həqiqi xoşbəxtlik yolu,
xilas imkanı kimi qəbul etmişlər. Onların belə münasibəti, ümumilikdə
demokratiya barədə müsbət baxışları, onun zəfər çaldığı ölkələrin nəcib
nümunələrinə əsaslanırdı. Təkcə ümidin yaratdığı eyforiya hesabına xalqlar
ölkələrinin və özlərinin tarixi təcrübəsini, zülmə boyun əymək ənənəsini
tamamilə unudurdular, Şərq münəccimləri İisus Xristos anadan olanda parlayan
Vifleem ulduzuna doğru istiqamətləndikləri kimi, demokratiyanın işığına pənah
gətirirdilər. Onlar güman edirdilər ki, yeni konstitusiyanın qəbul edilməsi və
orada yeni prinsiplərin, müddəaların təsbit edilməsi ilə, həm də bazar
iqtisadiyyatı elementlərinə yol açılması ilə firəvan həyata qovuşacaqlar, ehtiyac
27
girdabından birdəfəlik xilas olacaqlar. Bir qədər vaxt keçdikdən sonra həmin
müddəaların havanı titrədən səsdən başqa heç nəyə təsir göstərmədiyini,
inhisarın liberal iqtisadiyyatı öz caynağına aldığını gördükdən sonra bütünlüklə
yanıldıqları qənaətinə gəldilər. Həmin ölkələrdə varlılarla kaçıblar arasındakı
uçurum daha da dərinləşdi. Sosial müdafiənin bəzi cəhətlərini özünə yad hesab
etməklə, əksəriyyətin maddi rifahına ağır zərbə vuran pullu təhsil və səhiyyə
(dövlət sənədlərində isə bunların tam inkarı nəzərə çarpır) yeni quruluşun, hansı
qəbildən olan “xoşbəxtliklər” bəxş etdiyindən xəbər verir.
Bioloqlara, əkinçilərə yaxşı məlumdur ki, ayrı-ayrı bitkilər yalnız müvafiq
iqlim şəraitində məhsul verir. Soyuq qışı olan, tropik istisi olmayan ərazilərdə
palma hətta şaxtadan qorunsa da, meyvə gətirmir, çiçəkləsə də bar vermək
iqtidarında olmur.
Demokratiya quruluşunun da zahiri görünüşü gözləri nə qədər oxşasa da,
guya ali priinsip kimi qəbul edildiyi ölkələrin bəzilərində qismən mətbuat
azadlığı istisna olmaqla, nəinkı bir sıra müsbət cəhətlərini göstərə bilmir, əksinə,
korrupsiya və rüşvətin gur çiçəklənməsi hesabına cəmiyyəti boğan zəhər
yaymağa başlayır. Rüşvət hər şeyi yoluna qoyan ali qanuna çevrilir və
demokratiyanın qatili rolunu oynayır,
Yüksək iqtisadi inkişaf bu mənzərəni ört-basdır edən pərdə rolunu
oynayır. Məsələn, Cənubi Koreya Respublikası iqtisadi nailiyyətlərinə görə XX
əsrin axırıncı rübündə məşhurlaşmışdı. Lakin korrupsiya virusu burada dövlətin
yuxarı eşolonlarına da sirayətləndirmişdir. İki keçmiş prezident Ro De U və Çon
Du Xvan korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilmişdir, digər
prezident No Mu Xyon isə biabırçılıqdan xilas yolunu özünü öldürməkdə
tapmışdı. Başqa bir misal: «Şaquli» hakimiyyətin bərqərar olması ilə öyünən
Rusiyada son vaxtlarda aparılan yoxlamalarda dəhşətli talançılıq faktları aşkara
çıxarılmışdır. Ayrı-ayrı sahələrdə, hətta Müdafiə Nazirliyində və kosmosun
tədqiqatı ilə məşğul olan dövlət idarəsində milyardlarla rubl məbləğində dövlət
pulunun mənimsənilməsi məlum olmuşdur. Biabırçılıq orasındadır ki, bu
oğurluq əməliyyatlarında hökumət üzvünün və nazir müavinlərinin bilavasitə
iştirakı şübhə doğurmur. Bu kimi hadisələr elə təsəvvür yaradır ki, elə bil döyüş
meydanı vuruşdan sonra qarətçilərə qalmış, şir adlanan xalqa məxsus olan və
əziyyət hesabına başa gələn ov ( nəhəng mülkiyyət) acgöz kaftarlara qismət
olmuşdur.
Belə vəziyyətin yaranmasında bəşəriyyətin ən mütərəqqi siyasi icadı
olan demokratiyanı günahlandırmaq nəinki ədalətsizlikdir, həm də bu, yalnız
demokratiyanın təhrif olunmasının, iyrənc qandala salınmasının nişanəsidir.
Təəssüf ki, demokratiya korrupsiyaya immunitet yarada bilmir. Xalqların
demokratiyaya hazır olmadığını, onun tədricən, uzun tarixi müddət ərzində
təşəkkül tapmasını bəyan etmək də demokratik prinsiplərin tapdanması
hesabına hakimiyyət başında möhkəmlənənlərə bəraət verməkdən, haqq
qazandıırmaqdan başqa bir şey deyildir.
Demokratiya, hər şeydən əvvəl, insanların fəallığına, cəmiyyətin sosial
fəsadlara biganə qalmamasına arxalanır. Axı insan, qədim yunan filosofu
28
Protaqorun dediyi kimi, hər şeyin ölçüsüdür. İnsan azad olduqda, onun haqları
pozulmadıqda, terror və haqsız cəzalarla susdurulmadıqda tam sərbəst qaydada
düşünür və hərəkət edir, öz mənafeyi ilə yanaşı cəmiyyətin ümdə maraqlarını da
ön plana çəkir. Ümumiyyətlə, demokratiya və qorxu uygun gəlməyən
anlayışlardır. Əgər cəmiyyətdə vahimə, xof hissi yaradılırsa, ən vacib məsələ
“qorxu kandarını” keçməkdir. Buna nail olunduqda xalq öz etirazını açıq
bildirməyə qadir olur. Hakimiyyət vəziyyətin bu dərəcəyə gəlib şatmasına
imkan verməməli, etirazın miqyasının böyüməməsi üçün vaxtında öz səhvini
etiraf etməyi bacarmalıdır. Səhvdən nə qədər mümkünsə tez uzaqlaşmaq
hakimiyyətin özünü xilas edə bilər. Hansısa ideal cəmiyyətin mövcudluğundan
deyil, yalnız demokratik quruluş üçün müvafiq sadə bir şəraitin
yaradılmasından söhbət gedir.. Həmin şəraiti isə hakimiyyət yaratmalı, sağlam
mühitin formalaşmasına və inkişafına hərtərəfli köməklik göstərməlidir. Xalq
üçün olan hakimiyyət məhz bu qaydada fəaliyyət göstərir. Xalqın iradəsinə
məhəl qoymadan hakimiyyəti qəsb edənlər isə heç vaxt əsl demokratik
prinsiplərin yaşamasına, fəaliyüyət göstərməsinə razı ola bilməzlər. Onlar məhz
surroqat demokratiya şəraiti yaratmağa qayğı göstərirlər.
Hakimiyyətə gəlmiş siyasətçilər demokratiyanın bərqərar olması, zəfər
çalması üçün məsuliyyət daşımalıdırlar. Ona görə də demokratiyanın
işləməsinin mühüm şərtlərindən biri siyasətçilər tərəfindən özünə nəzarətin və
özünü məhdudlaşdırmanın başa düşülməsidir. Demokratik prinsiplərin, insan
haqlarının hansısa biri pozulursa, bu, hökmən zəncirvari reaksiya xarakteri alır.
İlkin pozğun hərəkət sonrakı əxlaqsızlıqlara yol açır, ədəbsiz ehtirasların
coşmasına şərait yaradır. Əgər seçkilər pozulursa, xalqın iradəsinə məhəl
qoymamağın ifadəsi kimi seçki nəticələri saxtalaşdırılırsa, bu yolla hakimiyyətə
gələn qüvvə demokratiyanın fasadına toxunmasa da, bəlkə ona hətta yeni üzlük
çəksə də, onun daxilini boş anbar binasına döndərir. Belə anbara isə hər cür tör-
töküntüləri yığmaq olar. Seçkilərdə başlanan qanun pozğunluqları digər iri
miqyaslı pozuntulara da yol aşır. Korrupsiya, rüşvət tarlası böyüyür, bu
eybəcərlik məmurların qulluq imtiyazlarına çevrilir. Lakin demokratiya heç də
təkcə seçki demək deyildir, hökumət xalqın rəyinə qulaq asmalıdır. Xalqın
etirazına özündən razılıq əsasında yanaşılmamalıdır, seçkidə qazqnılmış
qələbədən (seçki keçirildikdə isə, bu, Pirrin qələbəsini yada salır) eyforiyaya
qapılmamaqla, hökumət seysmoqraf dəqiqliyi ilə onu müvafiq qaydada qəbu
etməyi bacarmalı, sərbəst toplaşmaq azadlığının həyata keçməsinə, adamların öz
fikrini azad şəkildə ifadə etmələrinə şərait yaratmalıdır.
Demokratiya birinci növbədə qanunun aliliyinə əsaslanır, belə qayda
pozulursa, deməli, onun mahiyyəti də sıradan çıxır. Bunu müşahidə edən xalqda
demokratiyaya inam itir, bəzən hədəfi səhv salan adamlar hətta ona lənət
yağdırmaqdan da çəkinmirlər. Ümidsizlik hesabına onun həyati qüvvələrinə
güvənmək hissi də bütünlüklə ölür.
Uinstion Çörçill vaxilə özünəməxsus bir ironiya ilə demişdi ki,
«Demokratiya pis quruluşdur, lakin bəşəriyyət ondan yaxşı nəyisə icad
etməmişdir». Demokratik prinsiplərə ciddi riayət edildikdə, istənilən cəmiyyəti
29
öz uğurları ilə sevindirir. Demokratiya heç də hansısa ötəri fayda, zərurət
hesabına meydana gəlmir, ona görə də öz mövcudluğunda və inkişafında zaman
məhdudiyyətinə məruz qalmamalıdır. İnsan haqlarına bütünlüklə cavab verən,
cəmiyyət üzvləri arasında azadlığı və bərabərliyi real olaraq təmin edən bu
quruluş elan edildiyi andan öz fəaliyyətini dayandırmamalı, ona fasilə
verməməlidir. Demokratiyanın başlanğıcı olur, lakin onun heç vaxt sonu
olmamalıdır. Ona son qoymaq onun qəbrini qazmaq deməkdir. Madam de Stal
Napoleonu «azadlığın qəbirqazanı» adlandırırdı, XXI əsrin başlanğıcı isə yəqin
ki, bu mübariz qadını dəhşətə gətirərdi. Demokratiyanın fəaliyyəti dayandıqda,
əslində, idarəçilik öz məzmunundan məhrum olur. Pərdələnmiş anarxiya
başlanır. Axı velosiped də daimi hərəkətdə olmalıdır, dayandıqda hökmən
yıxılır.
Bu elə bir quruluşdur ki, imitasiyanı, maskalanmağı sevmir, onda hər şey
dalğalanan bayraq kimi açıq görünməlidir. Burada zahiri görünüş yaratmağa da
ehtiyac duyulmamalıdır. Onun prinsiplərinin düzəlişə ehtiyac duymadan,
dəqiqliklə həyata keçməsi təmin edildikdə, insanlar dövlətin idarə olunmasına
geniş cəlb olunurlar, onun fəaliyyətinə nəzarət etmək hüququna yiyələnirlər.
Xalq həmin prinsipləri pozanları, xalqın etimadından sui-istifadə edənləri və ya
özlərinin layiq olmadıqlarını aşkara çıxaranları, nəinki vəzifələrindən qovmaq ,
hətta hökuməti bütünlüklə dəyişdirmək hüququna yiyələnir. Hakimiyyətin
həqiqi bölgüsü üçün nəzərdə tutulan rıçaqlar xalqa bu səlahiyyətlərdən istifadə
etmək üçün əlverişli şərait yaradır. Çünki bu rıçaqlar hansısa hakimiyyət
qolunun sui-istifadə etməsinə yol verməmək üçün onun qarşısını almaq və əkslik
gücünə malikdir.
Demokratiyanın pozulması ağır nəticələrə səbəb olur, avtokratik
hakimiyyət yaranır, onun isə diktaturaya keçmək imkanları xeyli genişlənir. Tam
pozulma ilə isə oxlokratiyanın – kütlənin, yığnağın xaosdan xəbər verən
hakimiyyəti meydana gəlir. Bu vaxt əslində cəmiyyətin idarə olunmaması,
anarxiya dövrü başlayır.
Ona görə də demokratiyanı müvəqqəti hal hesab edənlər, ona öz xəbis
məqsədlərini həyata keçirmək üçün vasitə kimi baxanlar, bu nəcib prisiplərə
qarşı görünməmiş xəyanət yolunu tuturlar. Demokratiya heç də ehtirasları
müəyyən müddətə sakitləşdirmək imkanı hesab edilməməlidir, interim – aralıq
dövrü kimi qəbul edilməməlidir. Onu Redyard Kiplinqin «su barışığı» kimi də
güman etmək ağılsızlıqdır. Böyük, taqətdən salan quraqlıq baş verəndə butun
vəhşi heyvanlar yeganə su mənbəyinin yanına toplaşırlar. Maral balaları
leopardlarla birlikdə su içir, ilanlar qabanları sancmırlar. Əvvəlki düşmənçilik
dəhşətli zərurət nəticəsində yaddan çıxır və beləliklə, qısa müddətə «su barışığı»
yaranır. Demokratiya hansısa bir ağrını azaltmaq üçün istifadə edilən həb
deyildir, cəmiyyətin sağlamlığına təminat verən və fasiləsiz axan dirilik suyudur.
Axı insan da digər məməlilər kimi qida çatışmamazlığından daha çox
susuzluqdan, bədənin suyunu itirməsindən əziyyət çəkir və hətta ölümlə
üzləşməli olur. Demokratiya da təkcə insan haqlarına, söz və vicdan azadlığına,
30
etiraz etmək hüququna təminat vermir, həm də insanları xofdan, qorxudan və
çox hallarda ehtiyacdan azad edir.
Demokratiyanın qalib gəldiyi ölkələr nəhəng inkişaf yoluna qədəm
qoymuşlar. Bunu biz Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, ikinci Dunya
Müharibəsindən məğlub və viran qalmış şəkildə çıxmış Yaponiyanın və
Almaniyanın, habelə 1948-ci ildə ağır şəraitdə və yandırılmış torpağı andıran bir
məkanda yenicə öz müstəqil dövlətini qurmağa başlayan İsrailin timsalında
aydın görürük.
Göründüyü kimi, demokratiyanın potensialı cox böyükdür, bunu,
həmin quruluşu öz təntənəsinə çatdıran ölkələrin və xalqların təcrübəsi bir daha
təsdiq edir. Demokratiya yalnız inkişaf etdikcə zəfər çalır, özünə məxsus nəcib
xüsusiyyətləri daha geniş surətdə nümayiş etdirməyə başlayır. Marksizmin
dövlətin taleyi barədəki utopik proqnozundan fərqli olaraq, inkişaf heç də
demokratiyanın yoxa şıxmasına səbəb olmur, onu ölümə məhkum etmir. Elmi
kommunizm təliminə görə, dövlət öz inkişafının son mərhələsində ölməyə doğru
gedir. Demokratiya isə əksinə, böyüdükcə, cəmiyyətin yeni areallarına hakim
kəsildikcə, daha böyük ölməzlik qazanır. Onun tam ölümü yalnız totalitar
cəmiyyətlərdə mövcud olur, avtoritar quruluşlarda isə bu sistem əzabverici ağır
xəstəliyə məruz qalır. Totalitar dövlətlərdə demokratiya qəbirdə gizlədilirsə,
avtoritar idarəşilikdə getdikcə zəifləməyə, qüvvəsini itirməyə, taqətdən düşməyə
başlayır. Arzu olunan islahatlara bağlanan ümidlər də puç olur, çünki avtoritar
hakimiyyət heç vaxt demokratiyanın genişlənməsi qayğısna qalmır, əksinə ,
şaqren dərisi kimi onu gödəltməyə çalışır, demokratiya ərazisni bütünlüklə işğal
etmək iştahı, bir an da olsun onu rahat buraxmır.
İnsan lap qədim dövrlərdən tərəqqiyə can atmış, təkamül prosesində
özünü də dəyişdirməyə, ağıllı məxluqa cevrilməyə nail olmuşdur. Axı daş əsri
heç də daşların yoxa şıxması ilə başa çatmamışdır, əksinə, insanların nisbətən
mükəmməl alətlərdən istifadə etməsi, daha yaxşı həyat tərzinə nail olmaq istəyi
hesabına bu era arxada qalmışdır. Müasir insanın bu məsələdə öz ibtidai
əcdadından öyrənməsi pis olmazdı. Demokratiyanın tərəqqisi isə onun daha
yüksək səviyyəsi ola bilər, deməli, insanlar, cəmiyyət onun daha da inkişaf
etdirilməsinə can atmalıdır, onu öldümək cəhdi isə ən azı ağıllı insanin daş
dövrünə, sürü şəklindəki həyat tərzinə qayıtmaq cəhdinə bənzəyərdi.
Təbabət və insan bədəninin mikroflorası
Həyat, əhatəsində olduğumuz mühit qarşımıza çıxardığı hadisələr və insanlarla
bizə çox şeyi dərk etməkdə, bir qədər əvvəl müəmmalı qalan suallara cavab tapmaqda
heç də az əhəmiyyəti olmayan köməklik göstərir. Aldığımız biliklərlə yanaşı, bu
təcrübələr öz növbəsində idrakımızı gücləndirir, zənginləşdirir.
Birbaşa mətləbə keçməmişdən əvvəl uzun müddət məni düşünməyə vadar edən,
təbiətindəki sirlərə bələd olmaq sahəsindəki sönməyən maraq, həm də bu yazını
31
qələmə almaqda müəyyən şəkildə səbəb rolunu oynayan bir insan barədə bəzi
fikirlərimi bölüşmək istərdim. Onun xatirəsi dostlar, ünsiyyətdə olduğu bir çox
adamlar üçün bu gün də əsasən ehtiramla yad edilir. Bir tələbə yoldaşımız səimiyyəti
ilə qəlbləri fəth etməyi bacarırdı. Onda nəsə bir cəzbedici xüsusiyyət var idi, bu da onun
başqalarına xidmət göstərməyə hazır olması ilə əlaqədar idi. Təsadüfi deyil ki, bəziləri
onu hətta günün “alter ego” – su, «başqa mən»i hesab edirdi. O, heç yaxın olmadığı
adamlara kömək etmək üçün hansısa bir fədakarlıq göstərməyə də hazır idi. Bir sözlə,
altruistlərə xas olan bir qaydada istənilən əziyyətlərə qatlaşmaqdan çəkinmirdi.
Lakin, elə təsəvvür yaranmasın ki, onu mələk kimi təqdim etmək istəyirəm.
Başqaları kimi o da qüsurlardan bütünlüklə xali deyildi. Təbiətindəki hövsələsizlik,
bəzən hətta elə bir səbəb olmadan özündən çıxma onun barəsindəki təsəvvürü
korlayırdı. Ona xas olan tündməcazlıq, fransız dilində olduqca hədəfi vuran bir
idiomda ifadə olunur: s’emporter comme une soupe au lait, hərfi tərcümədə bu «su
şorbası kimi qızışan (başqa sözlə, köpüb, daşan)» mənasını verir. Onun da bu
xüsusiyyəti, bal dolu çəlləyə bir qaşıq qətran qatmaqla, bu balın dadını və rəngini
korlamağa bənzəyirdi. Onun elə bir əsas olmadan hədyanlığı, yaxınlarını da ondan
uzaqlaşdırırdı. Onunla olan yaxşı münasibətin üzərindən tez-tez səmum yelləri əsirdi,
təəssüf ki, heç bu məcranı dəyişmirdi, çay dənizdə öz mövcudluğunu itirən kimi, onun
nisbətən gənc yaşında dünyasını dəyişməsi də yalnız bu konstrastlıq nümayişinə son
qoydu.
Xasiyyətindəki belə qütbvari dəyişikliklərə heç kəs nə cavab, nə izah tapa
bilirdi. Yalnız müalicə həkiminin söhbəti bizi bəzi şeylərdən agah etdi. Uzun müddət o,
mədə xorasından əziyyət çəkir və bunu çoxlarından gizlədirmiş. Davranışındakı
əllaməliklər də yəqin ki, bu fəsadla bağlı imiş. Bu cəhət bizə məlum olduqda, ona
güzəştə gedə bilmədiyimizə görə özümüzü qınamağa başladıq. Bəlkə də belə sərt
reaksiyamızla onun taleyinə tuşlanan güllənin atılmasının bir müddətə də olsun
qarşısını almaq əvəzinə, bu atəşin baş tutmasının və məhvedici olmasının
sürətləndirilməsində biz də iştirak etmişdik.
Axı bəzi xəstəliklər, bəlkə də onların əksəriyyəti insanların şüuruna, hissiyyatına
təsir etməmiş qalmır, çolaq adamın büdrəmə ehtimalı artan kimi, elə xəstələrin də
psixiki durumunda neqativ xassəli dəyişiklik əmələ gəlir, onlar səbirsiz olur, özündən
çıxmaq üçün hansısa bir səbəb axtarmağa da elə bir ehtiyac duymur, bu yolla aldadıcı
qaydada öz ağrısını azaltmağa çalışırlar. Bəzi xəstələrdə isə sağlam olan yaxın
adamlarına qarşı müəyyən paxıllıq hissi yaranır, bu «sağlamları» öz xəstəliyində
günahkar sayır, təxəyyülündə də olsa, onları edama məhkum etməkdə tez ötüb keçən
bir təsəlli tapır. Bu zavallılar bilmirlər ki, dünyada tam sağlam adam yoxdur,
diaqnostika elə inkişaf etmişdir ki, istənilən fərddə hansısa bir xəstəliyi tapmaq
mümkündür. Bibliyanın «Ekkleziast» kitabının müddəalarına müəyyən qədər
əsaslanaraq, böyük alman filosofu İmmanuel Kant göstərirdi ki, möhkəm sağlamlığa
can atmaq da yaxşı fayda vermir, sağlamlığına tam arxayın olan adamlar bir qayda
olaraq yaramaz, əxlaqsız hərəkətlərə yol verirlər.
Gec də olsa, mərhum dostumuzun «əsəb tutmalarına» müəyyən bir izah tapa
bildik. Həm də onunla təsəlli tapırıq ki, onun nəcib xüsusiyyətləri xarakterindəki
neqativ cəhətlərə tam üstün gəlirdi. Əgər qədim yunan mifologiyasında dostluq rəmzi
32
sayılan Orest və Pilad həm də yaxın qohum idilərsə, tələbə yoldaşımız tam yad
adamlarla dostluq edirdi, əgər Pilad dayısı oğlu Orestə görə, o, məhkəməyə gəlib
çıxmasa, edama məhkum edilməyə hazır idisə, mərhum dostumuz başqaları naminə öz
üzərinə olduqca ağır yükü də götürməkdən çəkinmirdi. Nələrdən agah olsaq da, onun
xatirəsi qarşısındakı qəbahətimizi heç cür özümüzə bağışlaya bilməyəcəyik.
Azacıq dərinə nüfuz etdikdə görürsən ki, təkcə dərk edilən, sistemləşdirilən və
müalicə yolları, qismən də olsa bilinən xəstəliklər deyil, həyatın gözə görünməyən
ziddiyyətləri kimi, elə amillər mövcuddur ki, biz bunu nəzərə almasaq da, onlar öz
fəaliyyətlərini dayandırmır, insanın sağlamlığına, həyat tərzinə bu və ya digər dərəcədə
mühüm təsir göstərmək fürsətini əldən vermirlər.
Təbabət XXI əsrin başlanğıcında görünməmiş zirvələrə yüksəlmişdir,
xəstəliklərin daha dərindən öyrənilməsi, müayinə edilməsi imkanları yaranmışdır,
müalicə sahəsindəki bilik, vasitələr, texniki imkanlar xəstəliklərə qarşı mübarizə
arealının genişlənməsinə, müalicənin effektliliyinin artmasına şərait yaratmışdır.
Cərrahiyyə, transplantasiya sahəsindəki yeniliklər, terapiyanın zənginləşməsi bu
mübarizədə yaxşı qələbələrlə əlamətdar olmuşdur. İndi bədnam xəstəliklər ordusuna
qarşı elmi cəhətdən sınaqdan çıxmış, ən mükəmməl texnoloji vasitələrlə silahlanmış
təbabət çıxır. Və onun istedadlı nümayəndələrinə ünvanlanan, mühafizəçi mələklərə
olan kimi, minnətdarlıq hissi nəcib adamların yaddaşını heç vaxt tərk etmir, bunların
çoxluğu isə az sayda olan nankorların etinasızlığını da kompensasiya edir. Elə həkimlər
vardır ki, öz uzun müddətli praktikası dövründə üç nəsli müalicə etmələri ilə öyünə
bilər, vaxtilə xilas etdiyi uşaqlar sonra ata-anaya, baba-nənəyə çevrilərək, öz
övladlarının və nəvələrinin səhhəti ilə əlaqədar olaraq yenə də həmin həkimə müraciət
edirlər.
Lakin bu o demək deyildir ki, xəstəliklərə qarşı olan qüvvələr öz qəti zəfərini
bayram edə bilər. Əlbəttə, vaxtilə dəhşətli bəla kimi qiymətləndirilən bir sıra infeksion
xəstəliklərin yayılmasının qarşısı alınmış, onların müalicəsi daha böyük səmərə
verməyə başlamışdır. İndi köhnə epidemiyaların yerini yeni meydana gələn növlər
tutur. AİDS və ya qazanılmış immunodefisit sindromu adlanan xəstəlik Afrikanın bəzi
ölkələrində az qala XVI əsrdə Avropada «Qara ölümün» - taunun yaratdığına bərabər
olan bir qorxu haləsi meydana gətirmişdir. Toyuq və ya donuz qripi adlandırılan,
vaxtaşırı yeniləşən və həm də başqa xüsusiyyətli viruslar geniş miqyaslı epidemiya
təhlükəsi yaradır. Qloballaşma və adamların geniş kontaktları da öz növbəsində
pandemiyanın yarnmasına gətirib çıxara bilər.
Biz öz yaşayışımızda və taleyimizdə baş verən dəyişikliklərə görə məlum olan,
dərk etməyə qadir olduğumuz dünyanın təsirlərini nəzərə alırıq. Əgər kənd təsərrüfatı
bitkiləri və onların məhsuldarlığı hər şeydən əvvəl təbiətin təsirinə məruz qalırsa,
insanlar təkcə təbiətin deyil, həm də cəmiyyətin, dövrün, mühitin təsirindən kənarda
qala bilmir. İnsan orqanizmi çox mürəkkəb olduğu kimi, əslində ayrıca planeti andırır
və ona təsir edən amillər də saysız-hesabsızdır. Əgər Günəşdə baş verən bir partlayış
insanın sağlamlığını müəyyən edən cəhətlərə, onun əhval-ruhiyyəsinə təsir göstərirsə,
bizim hələ də bütünlüklə dərk edə bilmədiyimiz amillərin, digər canlı orqanizmlərin
təsirini heç cür yaddan çıxarmaq, ən başlıcası, inkar etmək mümkün deyildir. İnsan
orqanizmi təkcə hüceyrələrdən – əzələlərdən, oynaqlardan, sümüklərdən, həmçinin
33
bədəni qidalandıran qan damarlarından və onların daşıdığı həyatverici mayedən ibarət
deyildir. Əgər hüceyrələrdəki fermentlərin və ya enzimlərin fəaliyyəti dayansaydı,
onda metabolizm adlanan maddələr mübadiləsi kəsilərdi. Dar mənada götürdükdə,
hüceyrə daxilində müəyyən maddələr ona daxil olan andan son məhsulların, məsələn,
zülalların, qlükozaların və sairənin əmələ gəlməsini təmin edən aralıq mübadiləsi
mümkün olmazdı. Bu bioloji katalizator orqanizmdə maddələrin çevrilməsini həyata
keçirməklə, maddələr mübadiləsini istiqamətləndirir və nizamlayır. Ona görə də
hüceyrələrdə olan çox saydakı biokimyəvi reaksiyaları nəhəng sayda müxtəlif
fermentlər həyata keçirir. Fermentlərin çoxu canlı hüceyrələrdən alındığına görə
ferment preparatlar təbabətdə, yeyinti və yüngül sənaye sahələrində tətbiq olunur.
Bəzi alimlərə görə dünyada həyat dörd milyard il bundan əvvəl yaranmışdır
və bu Marsda baş vermişdir. Həmin vaxt Marsda oksigen çox idi, Yer səthində isə
oksigen çox az idi və həm də quru hissə Yer səthinin 2-3 faizini təşkil edirdi, qalan hissə
isə su ilə örtülü idi. Yer üzərində həyatın başlanğıcı kosmosun köməyi ilə baş
vermişdir. Kosmosdan gələn meteoritlər özlərilə həytın başlanğıcı hesab edilən
mikroorqanizmləri də gətirmişlər. Bu günlərrdə( 29 avqust 2013-cü ildə) amerikan
biokimyaçısı Stiven Bennerin tədqiqatının belə bir nəticəsi elan olunmuşdur ki, Yer
üzərində həyatın mənbəyi rolunu Mars planeti oynamışdır. Marsdan gələn meteoritlər
özləri ilə Yer səthinə həyat üçün lazım olan “tikinti materiallarını” gətirmişlər. Üç
milyard il əvvəl Marsda mövcud olan həyat hüceyrələri meteoritlər vasitəsi ilə Yer
üzərinə gəlib düşmüşlər. Həmin hüceyrələr Yer üzərindəki bütün canlıların, o
cümlədən insanın özünün mənşəyinə çevrilmişdir.
Canlıların bədənindəki kiçik hüceyrələr molekulları saxlayan kisəciklərdir.
Hüceyrənin nüvəsindəki molekula amin turşularından ibarətdir. Bu nuklein turşusu və
ya bizə DNK ( DNA yaxd da DNT) kimi məlumdur, bu isə dezoksiribonuklein turşusu
deməkdir. Nüvə iki yerə bölünür, sonra da hüceyrə özü bölünür. Nüvədəki çöpcüklər
xromosomlar adlanır, onlar irsiyyət daşıyıcılarına, başqa sözlə genlərə malikdirlər.
DNK insan genomu olmaqla irsiyyət ötürücülüyündə mühüm rol oynayır. Hüceyrənin
tarixi əslində həyatın təkamülünün tarixidir.
İnsan bədəni adlanan meşə, həm də onun ətrafı mikroorqanizmlər adlanan
«bitkilərlə» doludur, onlar əsasən bir hüceyrəli orqanizmlər olmaqla, bakteriyalardan,
mikroskopik göbələklərdən və viruslardan ibarətdir. Mikroorqnazimlər növlərinin
nəhəng müxtəlifliyi ilə seçilir. Ağlasığmauan miqdarın tiraniyasının öhdəsindən
gəlmək də çox çətindir. Onlar ümumiyyətlə, təbiətdəki maddələrin dövriyyəsində
böyük rol oynayır, həm də fermentlər kimi yeyinti və mikrobiologiya sənayesində
istifadə olunurlar. Patogen mikroorqanizmlər isə bitkilərin, heyvanların və insanların
xəstəliklərini əmələ gətirir. Göründüyü kimi, mikroorqanizmlər insan bədəni üçün heç
də hüceyrələrdən geri qalmayan əhəmiyyətə malikdir, lakin həm də bədəndə müəyyən
xəstəliklərin yaranmasında rol oynamaqla, onlar müəyyən bir bəla mənbəyi hesab
olunur. Buradan belə nəticəyə gəlmək olur ki, mikroorqanizmlər ambivalet – ikili
xüsusiyyətə malikdir, insan bədəni üçün həm dostdur, həm də düşməndir
Ümumiyyətlə, insan bədəni uzun müddət bir sirli aləm olaraq qalmışdı və
təbabət sahəsində çalışan dahilər öz təlimləri, icadları ilə bu naməlum dünyanın bir sıra
cəhətlərini kəşf edə bilmiş və bu biliklər müalicə işinin sərəncamına verilmişdir.
34
Təbabət başlanğıcdan və ilk inkişaf dövrlərindən əsasən empirizmlə qidalanmış,
təcrübənin biliyin yeganə həqiqi mənbəyi olması ideyasını əsas götürməklə, utancaq
addımlarını atmışdır. Ona görə də xəstəliklərin gözə görünən, anlaşılan simptomları
əsasən ön plana çəkilirdi. Sonrakı dövrlərdə isə digər sahələrdə olduğu kimi, burada da
rasionalizm üstün mövqelərə yiyələnməyə başladı.
Təbabət, insanların sağlamlığının qoruyub saxlamağa, xəstəliklər barədə
xəbərdarlıq edilməsinə və onların müalicəsinə yönəldilmiş elmi və praktiki fəaliyyət
sahəsi hesab olunur. Bir çox əsrlər ərzində bu sahə yalnız təcrübə əsasında müalicə
yolları və vasitələrini toplamış, onlar xalq təbabətinin əsasını təşkil etmişdir. Tarixin
atası sayılan Herodot özünün məşhur «Tarix» kitabında yazırdı ki, Assuriyada xəstənin
çarpayısını şəhərin baş meydanına qoyuldular. Meydandan gəlib keçənlər xəstəyə öz
başlarına gələnlərdən danışıb, məsləhətlər verirdilər və bu nəsihətlər xəstəliyin
sağalmasına köməklik göstərirdi. İlkin daha inkişaf etmiş sivilizasiyalarda digər elmlər
təşəkkül tapmağa başladığı kimi, təbabət də elmi relslər üzərinə keçməyə başladı.
Qədim dünyadakı həkim sənətinin zirvəsini, bu sahənin pioneri sayılan
Hippokratın fəaliyəti təşkil edir. Bizim eradan əvvəl V-IV əsrlərdə yaşamış qədim
yunan həkimi Hippokrat antik təbabəti ilk dəfə islahata uğratmışdı. Onun bu
fəaliyyətini b.e.ə. VI əsrdə Afinanın siyasi sistemini islahata məruz qoymuş, yeddi
müdrikdən biri hesab olunan Solonun nəcib işi ilə müqayisə edilə bilər. Qədim
yunanlar cəmiyyətin, onun üzvlərinin sağlamlığına qayğı göstərmələri ilə seçilirdilər.
Təsadüfi deyildir ki, təbabətin əhəmiyyətini nəzərə alaraq öz mifologiyalarındakı
allahlar arasında həkimlik allahı Asklepiyə də pərəstiş qaydasında yanaşırdılar (Qədim
romalılar isə digər mifoloji personajlar kimi, onun da adını dəyişdirib, Eskulap
adlandırırdılar). Mifologiyasında həkimlik edən allahın mövcudluğunu etiraf edən bir
xalq hökmən onun inqilabı qaydada inkişafına qayğı göstərməli idi və göstərdi.
Hippokratın əsərlərində təsvir edilənlər kliniki təbabətin sonrakı inkişafının
əsasını qoymaqla, orqanizmin bütövlüyü barədəki anlayışı, xəstə və onun müalicəsinə
fərdi yanaşma qaydasını irəli sürürdü. Müalicədə üç tərəfin – xəstəliyin, həkimin və
xəstənin iştirak etdiyini təsdiq etməklə, müalicənin uğurlu nəticəsinin, xəstənin həkimə
köməklik göstərməsi ilə baş verdiyini vurğulayırdı. Anamnezi – xəstəliyin inkişafı
barədəki və digər əlaqədar məlumatların məcmuu kimi xəstəliyin diaqnozu, müalicəsi
və profilaktikası üçün istifadə edilən bir metod kimi praktikaya daxil etmişdi. Bundan
əlavə o, xəstəliyin səbəbləri barədə təlimin müəllifi hesab olunur. Onun adı həkimin
yüksək mənəvi siması və etik davranışının nümunəsi kimi qəbul edildiyindən,
həkimlər bu sənət üzrə işləməyə başlamamışdan əvvəl «Hippokrat andı»nı içirlər, onu
pozmaq bu müqəddəs sənətə xəyanət etmək kimi qiymətləndirilir.
Bizim eranın II əsrində yaşamış romalı Qalen antik təbabətin anlayışlarını
sistemləşdirmişdi. Doqquz əsr sonra İbn Sina buna mühüm əlavvələr etmişdi. Onun
«Həkimlik elminin kanonu» kitabı Avropada böyük əks-səda doğurmuşdu. Qalenə
gəldikdə, onun sistemi Yeni tarixin əvvəllərinə qədər təbabətdə hökmranlıq etmişdi.
Qladiatorların cərrahı olan Qalen böyük təcrübə əldə etməklə, ilk dəfə olaraq bütöv
insan orqanizminin anatomik – fizioloji təsvirini vermişdi, anatomiya və
fiziologiyanın elmi diaqnostikanın, müalicənin və profilaktikanın əsası olduğunu
bildirmişdi. O, damarlarda havanın cərəyan etməsi barədəki yanlış fikirləri rədd edib,
35
orada qanın axdığını tibb elminə daxil etmişdi. İngilis həkimi, müasir fiziologiyaın və
embriologiyanın banisi olan Uilyam Harvey (1578-1657-ci illər) qan dövranının böyük
və kiçik dairələrini təsvir etdi, qan barədə təlimini işləyib hazırladı.
Sonrakı tibbi kəşflər, praktikanın təkmilləşməsi bu dahi insanların yaratdıqları
möhkəm əsaslar üzərində meydana çıxmaqla, təbabətin inkişafına müəyyən ardıcıllıq
verdi.
Müasir dövrdə isə tibb elmi və praktikası qarşısında daha böyük vəzifələr, hələ
də bağlı qalan sirlərin açılması işi durur. Təəssüf ki, elmi axtarışların mikroorqnazimlər
aləminə müdaxiləsi də zəif getmişdir. Yalnız son onilliklərdə gen mühəndisliyinin
nailiyyətləri gözə görünməyən, lakin insan üçün nəhəng əhəmiyyətə malik olan
təəccüblü, sıx məskunlaşmış mikroorqnazimlər dünyasına kiçik də olsa, pəncərə
açmağa imkan verdi. Kainatın öyrənilməsi çətin və mürəkkəb olduğu kimi, insan
bədəni də məchul sayılan sirlərlə doludur. Bizim daxilimizdə və ətrafımızda
bakteriyalar, göbələklər və viruslar dünyası məskunlaşmışdır. Alimlər bunu
«mikrobiom» adlandırırlar. Onların ağlasığmayan çoxluğuna görə belə bir qənaətə
gəlmək olar ki, Yer kürəsi isnanlara, heyvanlara, quşlara, həşəratlara məxsus olmaqdan
daha çox məhz bakteriyalar planeti hesab edilməlidir. Doğrudan da Yer kürəsi
əhalisinin sayı 7 milyard olduğu halda, təkcə bir insan bədənində sayı on trilyonlarla
ölçülən mikroorqanizmlər vardır. Onların planetdəki sayının isə həddi bilinməyən bir
rəqəmlə də ifadə etmək olduqca çətin işdir. Yer üzündə insan sakinləri ilə bakteriya
sakinləri arasında birincinin ziyanına olan belə nəhəng say fərqinə görə, planetimizi
daha çox bakteriyalar məkanı adlandırmaq olardı. Sualtı dünyanın məşhur
tədqiqatçısı, fransız alimi Jak İv Kusto da Yer kürəsinin əsas hissəsini okeanlar və
dənizlər təşkil etdiyinə görə, planetimizi «Su kürəsi» adlandırmağı təklif edirdi.
Bakteriya məkanı titulu kimi, belə adlanmanın özü də xeyli dərəcədə həqiqətə uyğun
olardı.
Son 150 il ərzində tibb elmi və praktikası nə qədər inkişaf etsə də, mikrobiom
əsasən qalın naməlumluq dumanı arxasında gizlənmiş olaraq qalmışdır, onun tədqiq
edilməsi sahəsindəki işlər məhz buna görə güclü təkan təsiri bağışlayır və belə kəşflər
təbabətə olduqca böyük fayda verə bilər. İndi alimlər anlayırlar ki, mikroblar insanın
nəinki düşməni, həm də onun müttəfiqi ola bilər. Mikroorqanizmin düşmən kimi
qiymtləndirilməsinə gəldikdə, latın dilində “virus” sözü «zəhər» mənasını verir.
İnsan bədənində mikrofloranın tarazlığı mühüm əhəmiyyətə malik olduğundan,
alimlər ona nəzarət etməyi öyrənmək istəyirlər. Bu məqsədlə yüzlərlə növdəki
mikroorqanizmlərin xüsusiyyətlərini aşkar etməyə can atırlar. Əsas hədəf isə heç də bu
deyildir, virusların və bakteriyaların hansısa bir qatilinin törədicisini tapmaq daha
vacib vəzifə hesab olunur.
İndiyə qədər belə bir təsəvvür hakim kəsilmişdir ki, insan yalnız hüceyrələrin
məcmuudur, insan bədəni onlardan düzəlir. Bu hüceyrələrin sayı 10 trilyondan
yuxarıdır, lakin bu rəqəmə 100 trilyon hüceyəni də əlavə etmək lazımdır, axırıncılar
insan bədənində məskunlaşan mikroorqanizmlərdən ibarətdir. Buradan belə bir
nəticəyə gəlmək olar ki, tədqiq edilən insan ona bilavasitə məxsus olan hüceyrələrin 10
faizini özününkü hesab edir. Deməli, güzgüyə baxan hər kəs yalnız hüceyrələrin
36
birlikdə təşkil etdiyi on faizdən əmələ gələn bədəni müşahidə etmək imkanına malik
olur.
Müasir dövrdə, irsiyyət nəzəriyyəsinə, genlərin təsirinə maraq böyük
olduğundan, bu irsiyyət daşıyıcılarının miqdarı da az əhəmiyyətli məsələ deyildir.
İnsan orqanizmində genlərin sayı təqribən 21 mindir. Bu rəqəmin üzərinə insan
bədənində məskunlaşan 8 milyon geni də əlavə etmək lazımdır və onlar insan
bədənindəki mikroorqanizmlərdən ibarətdir. Axırıncılar heç də həyat səhnəsindəki
laqeyd statistlər olmayıb, böyük fəaliyyət subyektləridir. Onlardan çoxu qidanı həzm
etməkdə, immun sistemimizi möhkəmləndirməkdə, genləri işə salmaqda və
«dayandırmaqda» bizə kömək edirlər – bir sözlə, yaşamağımıza köməklik göstərirlər.
Burada ingilis şairi Con Donnun yazdığı «heç bir insan özünə qapılmış ada deyildir.
Hər bir insan materikin bir hissəsidir» kimi müdrik sözlər necə də yerinə düşür. Heç də
təsadüfi deyildir ki, Nobel mükafatı laureatı, amerikan yazıçısı Ernest Heminquey
özünün «Zənglər kimin üçün çalınır» romanına bu kəlamı epiqraf kimi seçmişdi.
Onu da qeyd etmək lazımdır ki, insan genomunun öyrənilməsinə böyük ümidlər
bəslənsə də, bu tədqiqatlar gözlənilənlərin əksinə, heç də yeni müalicə metodlarının
meydana çıxmasına gətirib çıxarmadı. Onlar, nəzəri cəhətdən mikroorqanizmlərin ayrı-
ayrı qruplarını idarə etmək üsullarını tapmağa kömək etməlidir. Mikrobiomu tədqiq
etmək lazımdır ki, diabet və həddən artıq kökəlmə prblemlərini həll etmək mümkün
olsun.
İnsan mikrobiomunun xəritələşdirilməsi təbabət üçün nəhəng fayda verə bilər.
Tədqiqatlar göstərir ki, hər bir adam yalnız ona məxsus olan unikal mikrofloraya
malikdir. Ayrıca bir adamın mikroflorasının xarakteristikaları arasındakı fərq onun
fərdi qida rejimindən, ailəsinin tərkibindən, xəstəliyinin tarixindən, milli və regional
mənsubluğunun xüsusiyyətlərindən asılıdır. Bura həm də çox sayda başqa xüsusiyyətli
faktorları da əlavə etmək olar və onların hamısı bu və ya digər dərəcədə rol oynamamış
qalmır. Məsələn, insanın bağırsaqlarında bəzi elə bakteriyalar məskunlaşa bilər ki, onlar
bir sıra dərman preparatlarının müalicə effektinin xarakterini, ümumiyyətlə dəyişdirər,
elə edə bilər ki, həmin dərman preparatı neytrallaşsın, təsirsizə çevrilsin. Əgər xəstənin
fərdi mikrobiomu öyrənilsə, bu vaxt dərmanın seçilməsi, heç şübhəsiz, xeyli
sürətlənəcək və onun təsiri daha səmərəli olacaqdır.
Yaxşı cəhət orasındadır ki, son vaxtlar arıq hətta mütəxəssis olmayanlar da
mikrobiom haqqında müəyyən məlumatlara yiyələnmişlər. Bəzi tədqiqatlar bu
məsələyə marağı xeyli artırmışdır. Vaşinqton universitetinin apardığı bir tədqiqatın,
həddən artıq kökəlmə ilə bağırsaqların mikroflorasının keyfiyyəti arasındakı əlaqəni
müəyyən etməsi, buna misal ola bilər. Tədqiqat aşkar etdi ki, izafi çəkidən əziyyət
çəkən siçanların bağırsaqlarında bir növ, arıq siçanlarınkında isə tam başqa növ
bakteriyalar vardır. Onları eyni dieta ilə yemləyirdilər, lakin birinci qrup qidadan daha
çox kalori mənimsəyirdi və bu vaxt xeyli piy yığırdı. Eyni vəziyyət insan orqanizmində
də baş verir. Aydın oldu ki, nəyə görə çox sayda adam yeməyin adicə iyindən
kökəldiklərindən şikayətləndikləri halda, onların arıq dostları həmin yeməyi heç bir
problemlərlə üzləşmədən asanlıqla udurlar.
Belə eksperimentlər insan mikrobiomuna olan münasibətdə, onun öyrənilməsinə
böyük həvəs göstərməklə xarakterizə olunan dəyişiklik yaratdı, əvvəllər isə alimlərin
37
çoxu ona müəyyən iyrənmə qaydasında yanaşırdı. Bu ona bənzəyir ki, oxucular
Conatan Sviftin «Qulliverin səyahəti» əsərindəki bir hissəyə görə onu sevəydilər, bu
hissədə isə bir tələbənin insan ekskrementindən onu əmələ gətirən maddələri təkrarən
bərpa etmək sahəsində apardığı təcrübə təsvir edilir. Belə bir hadisəyə rus yazıçısı
Vladimir Voynoviçin satirik «Əsgər İvan Çonkin» romanında da rast gəlinir. Həvəskar
bioloq olan kolxoz mühasibi eyni xassəli bədən tullantısından spirt çəkir və həmin içki
ilə əsgər Çonkini qonaq edir. Hər iki hadisə iyrənc, ikrah doğuran hisslər yaratsa da,
belə qəribə «əlkimyaçılıqları» təsvir edir. Mikrobioma da əvvəllər vasvası qaydada
münasibət bəsləyənlərin bəzilərinin öz mövqelərini dəyişib, bu problemə ciddi
yanaşmaları yalnız rəğbət hissləri doğura bilər.
Mikroflora isə faktiki olaraq insan orqanizminin bütün hissələrində iştirak edir.
İnsan bədənində onların bütünlükdə 10 mindən çox növü vardır. Bədənin hissəsindən
asılı olaraq onların sayı da dəyişir. Ağız boşluğunda və bağırsaqlarda məskunlaşan
mikroorqanizmlərin sayı arasındakı fərq çox böyükdür. 2010-cu ildə aparılan tədqiqat
göstərmişdir ki, sağ və sol əldə məskunlaşan mikroorqanizmlər bədəndə məskunlaşan
mikroorqanizmlərin ümumi sayının yalnız 17 faizini təşkil edir.
Mikrobiom problemi ilə tanış olmayan adama elə gələ bilər ki,
mikroorqanizmlərin çəkisi, kütləsi yoxdur. Bu özlüyündə yanlış fikirdir. Materiya
özünə məxsus olan əsas xüsusiyyətləri qoruyub saxlayır. Nyutonun ümumi cazibə
qanununa müvafiq olaraq, bütün materiya növləri arasında, elementar hissəciklərdən
tutmuş göy cisimlərinə qədər, qarşılıqlı əlaqələr mövcuddur, bura universal qravitasiya
təsiri də daxildir. Deməli, hər bir materiya həm də kütləyə malikdir. Yaşlı adamda
mikrobiomun çəkisi üç funta yaxın olur (ingilis funtu ilə götürdükdə bu 1,360 kq edir)
və insan beyni də demək olar ki, eyni çəkidə olur.
Əlbəttə, mikrofloranın öyrənilməsi heç də asan məsələ deyildir, buna sadə
laboratoriya işi kimi baxmaq primitiv münasibətdən xəbər verir. Lakin çox güclü
kompyuterlərə malik olan ölkələrdə bu tədqiqatı daha geniş ölçüdə aparmaq
mümkündür. Sadəcə olaraq çətinliyi dəf etmək iradəsi olmalıdır. İkinci Dünya
müharibəsinin ilk illərində almanların radar sistemi ingilis bombardmançı aviasiyasına
böyük ziyan vurduğundan, Böyük Britaniya hava bombardmanını dayandırmalı
olmuşdu. 1943-cü ilin birinci yarısında müttəfiqlər «pəncərə» adlanan üsuldan istifadə
etməyə başladılar. Qabaqda uçan təyyarə folqa qırıntılarını səpələməklə, radarları
görməsini heçə endirirdi. Və ingilis bombardmançı aviasiyası artıq tapşırığı uğurla
yerinə yetirirdi. Hamburqa belə bir hava həmləsi şəhərin hərbi- sənaye potensialına
böyük ziyan vurdu, yarım milyona qədər adam evsiz qaldı. İndii mikrobiom dünyasına
da belə bir pəncərə açmaq lazımdır, lakin müharibədə olduğu kimi, o duman yox,
tədqiqat obyekti üzərinə işıq salmalıdır ki, onun nətcəsindən təbabət daha geniş və
səmərəli müalicə imkanlarına yiyələnsin.
Artıq yaxşı məlumdur ki, elə xəstəliklər mövcuddur ki, onların müalicəsi
bədəndəki mikrofloranın təsiri hesabına istənilən nəticəni vermir və bəzən bu sahədəki
bütün cəhdləri yoxa çıxarır. Mətbuatdan tanış olduğum bir hadisə bu ideyanın
reallığına daha böyük şəhadət verdi.
Birləşmiş Ştatlardakı bir ər-arvad cütlüyü tanınmış pediatra müraciət etmişdi.
Onlar uzunmüddət uşaqları olmalarına çalışsalar da, səyləri əbəs olmuşdu. Nəhayət,
38
qadının yaşı 45-ə çatanda hamiləlik xoşbəxtliyini yaşadı. Və tezliklə dünyaya iki ekiz
uşaq gəldi. Bədbəxtlikdən, biri asfiksiyanın (boğulmanın) ağır forması nəticəsində öldü.
Bu, vaxtından qabaq doğulmuş uşaqlar üçün geniş yayılmış xəstəlikdir. Bir həftə sonra
həkim ikinci uşaqda epitema əlamətini və ya qarının güclü surətdə qızarmasını, həm də
köpməsini müşahidə etdi. Bu xəstəliyə nekrotik enterokolit (orqanın və ya hüceyrələrin
ölməsi ilə müşayiət olunan bağırsaqların iltihabı) diaqnozu qoyuldu. Bu xəstəlik
bakterial təbiətə malik olmaqla, bağırsaqların qəflətən və sürətlə inkişaf edən iltihabı ilə
xarakterizə olunur. Cərrahiyyə əməliyyatı göstərdi ki, bütün bağırsaq yolu, qarından
yoğun bağırsağa qədər, ümumiyyətlə, fəaliyyət göstərmir. Körpə ölümə məhkum idi və
əməliyyatdan sonra onun bir neçə günlük ömrünə son qoyuldu. Nekrotik enterokolit
vaxtınldan əvvəl doğulmuş uşaqlar üçün ən başlıca amansız qatillərdən biridir.
Bu misaldan aydın olur ki, bakteriya nəyəsə müdaxilə etdikdə, onun zərbəsinin
qarşısını almaq olduqca çətin olur. Hər bir bədbəxtliyə görə irsiyyəti günahlandırmaq
da heç də ədalətli olmur. Amerikadakı bir məşhur şirkətin – “Second Genome”
firmasının özü üçün seçdiyi «Bəlkə də insan orqanizmi üçün daha çox vacib olan
genom heç də insan mənşəli deyildir» devizindəki İdeya, görünür, həqiqətdən o qədər
də uzaq deyildir.
Orta əsr Avropasında yayılan bir anektod yada düşür. Qollar və ayaqldar bütün
gün ərzində çalışıb, taqətdən düşənə qədər işləyərək mədəni yedizdirdiklərindən
qəzəblənib, buna son qoymaq qərarına gəldilər. Onlar qiyam qaldırdılar ki, indiyədək
əziyyət çəkib, müftəxor mədəni yedizdirməklə məşğul olmuşlar, özləri üçün isə heç nə
etməmişlər. Qiyam bir neçə gün davam etdikdə qollar, ayaqlar çox zəiflədiklərinin,
hərəkət edə bilmədiklərinin şahidi oldular, anladılar ki, mədə heç də özü üçün deyil,
bütün bədən üçün işləyir. Fiziologiyaya artıq məlum olduğu kimi, mədə qəbul etdiyi
qida maddələrini həzm etdikdən sonra, onların enerji dəyərlərini toxumalar qurmaq və
onları təkrarən yaratmaq üçün bədənin bütün orqanlarına, o cümlədən əllərə və
ayaqlara da çatdırır. Deməli, mədə bədən üçün qollardan və ayaqlardan heç də az yox,
həddən artıq böyük iş görür. Qolunu və qılçasını itirmiş insanlar normal həyat
sürməkdə davam edirlər, mədəsiz insanın isə süni qidalanma ilə təmin edilməsi böyük
əzabla müşayiət olunmaqla yanaşı, həyatın gözəlliyini və ömrün uzunluğunu əsaslı
surətdə ixtisara salır.
Sovet yazıçıları Ales Adamoviçin və Daniil Qraninin «Blokada kitabı» əsərində
İkinci Dünya müharibəsi dövründə Leninqradın 900 gün davam edən blokadası vaxtı
aclıqdan, soyuqdan əziyyət çəkib, çoxlarının məhv olduğu, az hissəsinin sağ qaldığı
şəhər sakinlərinin gündəliklərindən dəhşətli həyat səhnələrini təsvir edən parçalar öz
əksini tapmışdır. Aclıqdan arvadını itirmiş, özü isə ardıcıl zəhmət fəallığı hesabına sağ
qalan tarixçi alimin digər qiymətli müddəaları ilə yanaşı, insan mədəsi barədə yazdığı
olduqca maraqlı fikiri verilmişdir. O yazır ki, istənilən fabrik və zavod xammal təchizatı
kəsildikdə işini dayandırır, lakin bir müddətdən sonra yenə xammal qəbul etdikdə,
məhsul istehsalını uğurla davam etdirir. Mədə isə tam fərqli bir fabrikdir. Ona öz
xammalı, yəni qida xeyli müddət daxil olmadıqda, o təkcə fəaliyyətini dayandırmır,
həm də özünə aid olmayan bir funksiyaya yiyələnir, ağıla, şüura hakim kəsilir, onlara
göstərş verməyə başlayır. Doğrudan da aclıq adamı şüurdan məhrum edə bilir, bəzən
insanlıq xüsusiyyətlərini məhv edib, buna məruz qalan adamı heyvana çevirə bilir. Ac
39
halda mədəyə sonralar əvvəlki qaydada qidanın qəbul edilməsi də böyük çətinliklərlə
müşayiət olunur, quru qida, belə insanların ölümünə səbəb ola bilir. Ona görə də
Ladoqa gölü üzərindən «həyat yolu» açıldıqda şəhərdən çıxarılan sakinlərin çoxu
yedizdirildikdə, ölməyə başlamışdı. Uzun müddət ac qalan, qidalandırıldıqda ölən
adamların mədəsində kolbasanin üstündəki kəndirlə heç çeynənilmədən udulması,
həmçinin duzlu quru qida hesabına adamların həyatdan getməsi faktları aşkar olundu.
İbtidai insanı bəlkə də aclığın əzabları kannibalizmə – adam əti yeməyə əl
atmağa məcbur etmişdi. Leninqradda da blokada vaxtı az da olsa kannibalizm faktları
olmuşdur və buna əl atanlar güllələnmişlər. Qədim Roma təbliğatı bu termini ədalətsiz
olaraq heybətli düşməni, öz dövlətinə böyük təhlükə hesab etdiyi Karfagen sərkərdəsi
Hannibalın adı ilə əlaqələndirərək, dövriyəyə buraxmışdı. Guya vəhşi təbiətli Hannibal
əsgərlərinə insan əti yeməyi öyrədirmiş və belə əsassız müddəa yalnız əhalidə ona qarşı
nifrət və qəzəb hissini gücləndirmək üçün işə salınmışdı. İndi də Okeaniyanın bəzi
adalarında kannibalizm qalır və bu, yəqin ki, qidaya olan ehtiyacdan və qonşu düşmən
tayfa ilə vuruşda əsir götürülmüş adamlardan qızğın intiqam almaq hissinin təsiri ilə
baş verir..
Misal gətirilən anektodda əllər və ayaqlar mədənin gözə görünməyən
fəaliyyətindən hali olmadıqlarından belə bir etiraz yolunu seçmişdilər. Əgər onlara
mədənin işi sirr olaraq qalırdısa, onda bədəndə məskunlaşan mikroflora okeanı isə
görən necə yarıb keçmək mümkün olmayan qaranlıq duman altında gizlənmişdir.
Mədə insan orqanrizminin bir hissəsi olduğundan, səbəbi bilinməsə də, onun fəsadları
özünü hiss etdirir. Bakteriyalar isə tam məhcul bir aləmdir, onların təsirinin adi yollarla
müəyyən etmək cəhdi, gözlə atom nüvəsini tədqiq etmək istəyinə bərabər olan bir
ağılsızlığa bənzəyir. Lakin bu məchulluğa nəhayət son qoyulmalıdır, bunu
bakteriyaların qəsdi hesabına itirilmiş insanların ruhu tələb edir və elm zamanın bu
çağırışına bütün potensialını sərf etməklə müsbət cavab tapmalıdır.
İnsan bədəninin mikroflorasının öyrənilməsini qədim insanların yeni
torpaqları kəşf etmək sahəsindəki cəsarətləri ilə müqayisə etmək olar. Axırıncılar öz
həyatlarını da risqə ataraq, özlərinə məlum olan dünyanın ərazilərini xeyli
genişləndirmişdilər. İndi elm aləmində çalışanlardan belə bir cəsarət və iradə tələb
olunur, axı onlar heç də öz həyatlarını hansısa bir risq altında qoymurlar. Təəssüf ki,
mikrobiomun öyrənilməsinə münasibət heç də birmənalı deyildir. Bir sıra mütəxəssislər
belə hesab edirlər ki, mikroflora barədə artan həvəs yeni bir dəb olub, ötüb keçəcəkdir.
Belələri, geosentrik nəzəriyyənin ardıcılları Günəşin Yer ətrafında dövr etməsini təsdiq
etdikləri kimi, bu məchulluğunun aradan qaldırılmasına müqavimət göstərmək üçün
edilən zəruri cəhdləri faydasız sayırlar. Onlar iddia edirlər ki, bu sahədəki gözləmələr
fantastik xarakter daşımaqla, bəşəriyyətə qızıl dağlar vəd etmənin yeni bir növüdür.
Skeptiklər ordusu daim elmin inkişafına böyük maneəçiliklər göstərmişlər.
Onların əks təbliğatına baxmayaraq, əgər mikrobiom insan orqanizmində mühüm rol
oynayırsa, onun bir hissəsinin vurduğu ziyanı azaltmaq elm və alimlər qarşısında
duran nəcib bir məqsəd, böyük əhəmiyyəti olan vəzifə sayılmalıdır. Düşməni dost
etməyin özü böyük qabiliyyətdir, onu zərərsizləşdirməyin özü də böyük cəsarət və
fərasət tələb edir. Elm bu sahədə ciddi uğurlara imza atsa, bütün bəşəriyyət bundan
40
böyük fayda götürə bilər. İnsanların bədbəxtliklərinin miqyası azalar və bu günə qədər
sağaldıla bilməyən xəstəliklər üzərində qələbə çalınması üçün arzulanan yol açılar.
Vaxtilə dənizlər insanlar üçün yol rolunu oynayırdı, quru ilə yol çəkmək
praktikası yalnız qısa məsafələrə tətbiq edildiyindən, su yolu böyük kəşflərə, iri
məsafələrdəki ticarət əlaqələrinə qapıları açırdı və bu, dünyanın bütövləşməsinə gətirib
çıxarırdı. Hələ indi də Sibirin tayqa meşələrində, Cənubi Amerikanın Amazonka
selvalarında yollar yoxdur, ancaq çaylarla hərəkət etmək mümkün olur. Bu ərazilərdə
quru yollarına bir ciddi ehtiyac da yoxdur. Mikroflora isə elə bir meşədir ki, onu
öyrənmək üçün hökmən yollar açılmalıdır və bunun öhdəsindən yalnız elm gələ bilər.
Bəşəriyyətin buna böyük ehtiyacını nəzərə aldıqda, ümid və əminlik yaranır ki, elm bu
problemin öhdəsindən uğurla gələ biləcədir.
Əxlaq siyasətin girovuna çevrilir
Son illərdə Avropanın və Yeni Dünyanın bir sıra ölkələrində bircinsli nikahların
müdafiəsi əvvəlki hüdudlarını aşaraq, təbiətə, ailə institutuna belə zidd ittifaqın tam
leqallaşdırılması fazasına keçmişdir. Bu vaxt əxlaqın təmizliyini ön plana çəkən bütün
dinlərin mövqeləri də kənara atılmışdır. Onlar özlərinin utancaq etiraz çağırışlarının da
artıq təsiri olmayan moizə xarakterindən uzağa gedə bilməməsi ilə, dünyanın bir çox
hissələrində artıq tənzimləyici qüdrətə malik olmadıqları qənaətinə gəldilər, axı əslində
heç onlara məhəl qoyan da yoxdur.
Əxlaq pozğunluğunun ilkin ən iyrənc nümunəsi sayılan Bibliyadakı Sodom və
Qomorra tarixçəsi də, elə bil ki, bütünlüklə unudulmuşdur. Allah Sodoma gedən
Abrahama demişdi ki, Sodoma və Qomorraya qarşı dəhşətli ittihamlar vardır və onların
günahı çox böyükdür. Allah eşitdiklərinin həqiqət olub-olmadığını öyrənmək istəmişdi.
Bu məqsədlə iki mələyini Sodoma göndərdi, axşam şəhərə girəndə Lot onları
qarşılamış, evinə aparmış və qonaq etmişdi. Bu vaxt şəhərlilər onun evini mühasirə
etdilər ki, qonaqları versin ki, onlarla cinsi yaxınlıq etsinlər. Lot mələkləri xilas etmək
üçün hər cür ən agır güzəştlərə getməyə də hazır idi. Mələklər Lotun ailəsi ilə birlikdə
şəhərdən çıxanda, Allah Sodomu tamamilə dağıtdı. O vaxtdan etibarən yerlə yeksan
olan Sodom və Qomorra əxlaqsızlığın və ona görə ağır ən agır bir cəzaya düçar
olmanğın simvoluna çevrildilər.
Lakin Bibliyada ziddiyyətli anlar da vardır. Allahın mələklərinə, öz
şəhərlilərinin biabırçı təcavüzündən xilas olmaqda kömək edən Lot özü sonralar başqa
bir günahı işlətməli oldu. Birbaşa təqsiri olmasa da, qızları ilə intsest (qanqarışdırıcı)
əlaqəyə girdi və onların doğduğu uşaqlar iki qədim xalqın – moabitlərin və
ammonitlərin əcdadları oldular.
Bu hadisələrdən bizi min illərlə zaman məsafəsi ayırır. Ötən dövr ərzində
bəşəriyyət xeyli inkişaf etmiş, bütövləşmiş, kiçik tayfalardan böyük xalqlar, dar yaşayış
məkanlarından geniş ərazisi olan ölkələr əmələ gəlmişdir. Dünya xəritəsi Bibliyanın
güman edə bilmədiy rəngarənglik, müxtəliflik qazanmışdır. Tarixi inkişaf həm də
tədricən ailə institutunun xeyli möhkəmlənməsi ilə müşayiət olunmuşdur, ibtidai
xalqlarda isə bu ittifaq əsasən nəsli artırmaq qayğısına görə bir qədər kövrək idi.
İudaizm, həmçinin dünya dinləri olan xristianlıq və islam ailənin möhkəmliyini ön
41
plana çəkmiş, bəzən hətta hissiyyat tələbatını bütünlüklə inkiar etmək yolunu
tutmuşdular. Xristian rahibləri qadına qarşı ehtirasın meydana gəlməməsi üçün
guşənişin həyat tərzinə üstünlük verirdilər, insan yaşamayan dağlarda və səhralarda
məskunlaşırdılar. Əlbəttə, xristian dini əvvəlki dövrlərdə bu məsələdə ifrata varırdı,
təbiətin sarsılmaz qanunlarına məhəl qoymurdu, kilsə xadimləri və rahiblər arasında
tselibat –nikahsızlıq qaydasını bərqərar etmişdi. Müsəlmanlarda əksinə olan qayda,
çoxarvadlılıq monoqamiyaya zərbə vursa da, heç də ailə institutunun dayaqlarının
zəifləməsinə gətirib çıxarmırdı.
Dinlər qadınla kişi arasındakı məhəbbət hisslərini inkar etməklə, dinə sitayiş
edənlərin məhəbbətinin Allaha ünvanlandığını iddia edirdilər. Katolik rahibələr öz
tselibatını, kişilərə qarşı sevgiyə yad olmalarını yalnız İisusa məhəbbət bəslədikləri ilə
izah edirdilər. Katolik dini, ailə institutunun qranit möhkəmliyini saxlamaq xatirinə
bəzən nikahın pozulmasına, boşanmaya də mənfi münasibət bəsləyirdi, bunu onunla
izah edirdi ki, kəbin Yerdə deyil, Göylərdə kəsilir və onu pozmaq olmaz. Ümumiyyətlə,
protestanlığa qədər xristian dininin qadınla kişi arasındakı münasibətlərə dair qoyduğu
sərt şərtlər, bəzi qadağalar həm də müəyyən ölçüdə əxlaqsızlıqlara yol açırdı. Din
xadimləri və rahiblər arasındakı tselibat – nikahsızlıq əslində təbiətin qanunna zidd bir
ehkam idi və onu qorumağa can atıldıqca, əxlaq pozğunluqları halları çoxalırdı. Təbii
ehtiyacını qanuni yolla ödəyə bilməyənlər bu qaydaları pozmaqdan heç də
çəkinmirdilər. Bu isə din xadimləri arasında eybəcər hərəkətlərə yol verilməsinə gətirib
çıxarırdı. İtaliyan yazıçısı Covanni Bokkaççonun (XIV əsr ) “Dekameron”u, fransız
dramaturqu Jan Batist Molyerin “Tartyuf”u belə keşişləri ələ salırdı. Hətta bəzi Roma
Papaları da əxlaq pozğunluğu ilə məşğul olmaqdan çəkinməyərək, dünyaya bastard
(haramzada) övladlar gətirirdilər. Dinin təmizliyi uğrunda inkvizisiya İspaniyada
tüğyan edəndə, baş inkvizitor Torpkvemada 1492-ci ildə əsl cəlladlıqla məşğul olanda,
Roma Papası VI Aleksandr (Borcia) digər əxlaqsızlıqları ilə yanaşı ( nikaha girməməli
olduğu halda onun üç uşağı olmuşdu), öz doğma qızı Lukretsiya ilə də intim yaxınlıq
etməkdən çəkinməmişdi, qızı bu əlaqədən ona hətta oğul da doğmuşdu. Papanın özü
və böyük oğlu Çezare Borcia qətllər təşkil etməyin ustası hesab oulnurdular. Son illərdə
isə bəzi ölkələrdə katolik keşişlər arasında pedofiliya (azyaşlı uşaqlarla intim yaxınlıq
cinayəti) faktlarının aşkar və ifşa olunması bu dinin nüfuzuna yeni ağır zərbə
vurmuşdur.
Hazırda Vatikanın yüksək strukturlarında güclü, geniş şəbəkəli və
mərkəzləşmiş gey lobbisi fəaliyyət göstərir. Vatikanı iki bəla: şəhvət və
tamahkarlıq dağıdır. Seminaristlərin və xor oxuyanların arasında kişi fahişəliyi barədə
məlumatlar vardır. Vatikan administrasiyasında mühüm vəzifələri tutan şəxslər qeyri-
ənənəvi cinsi orientasiya nümayəndələri ilə görüşmək üçün kiçik mehmanxanalara,
saunalara və klublara gedirlər. İndiki Papa Fransiskin missiyası bu eybəcərlikləri
kökündən çıxarmaqdır. Belə Avgi tövlələrini təmizləmək isə heç də asan məsələ
deyildir.
İslam ölkələrində mollaların da əxlaq məsələsində sui-istifadə halları heç də az
olmamışdır. Bu sahədəki biabırçılıqları klassik Azərbaycan ədəbiyyatı məharətlə ifşa
etmişdir.
42
Əxlaq məsələlərində daim sərt mövqeyə malik olan dinlər Qərbdə bircinsli
nikahların leqallaşmasına, qanuni hüquqa yiylənməsinə, ən azı anlaşılmayan laqeydlik
göstərirlər. Bu onların nüfuzunun xeyli aşağı düşməsinə dəlalət edir və onlar da insan
haqlarının imperativ xarakter daşımasını nəzərə alaraq qeyri-ənənəvi sayılan nikahların
mülki qaydada bağlanmasına müqavimət göstərə bilmirlər.
Vaxtilə katolitsizmin qalası sayılan və Reyormasiyaya görə vətəndaş
müharibəsinə cəlb olunan Fransa artıq bircinsli nikahların qeydliyyatdan keçməsinə,
tam hüqüqlü instituta çevrilməsinə, bütün proseduralara əməl olunmaqla qəbul edilən
qanun əsasında nail olmuşdur. Bu hadisə həm də geniş təbliğat kampaniyası ilə
müşayiət olunmuşdur. Monpelye şəhəri meriyasında iki cavan oğlanın nikahının qeydə
alınmasının təşkili əsl bayram xarakteri almışdı. Onsuz da Fransada uzun müddət
ərzində bəzi hallarda əxlaqın təmizliyinə elə bir əhəmiyyət verilmirdi. XVII əsrdə bu
ölkədə çoxalan bastardlar öz qanundan kənar mənşələri ilə fəxr edirdilər. Kral
sarayında kral və onun arvadı kraliça bir qayda olaraq məşuqəsiz və məşuqsuz
keçinmirdilər. Bəzi məşuqələr dövlət işlərinə müdaxilədə hədd tanımırdılar, ona görə
də böyük qüdrət sahiblərinə çevrilirdilər. Kral XV Luinin məşuqəsi madam Pompadur
metsenat fəaliyyəti ilə məşğul olduğundan, şairlər, yazıçılar, incəsənət adamları onun
himayəsinə xüsusi ehtiyac duyurdular. Fransanın ən nəcib kralı hesab edilən IV Henri
iki dəfə arvad almaqla yanaşı (onun arvadları Mediçi nəslinin nümayəndələri idi),
məşuqələrə malik idi. Günəş Kral adlanan XIV Luinin öz məşuqələrindən haramzada
övladları var idi, onun öz anası Anna Avstriyalı isə, kral az yaşlı olanda dövləti idarə
edən Mazarinin məşuqəsi olmuşdu. Napoleon müqayisə olunmaz hərbi zəfərləri ilə
yanaşı, qadın çarpayılarında qazandığı qələbələrlə də öyünə bilərdi.
Müasir Fransa isə, prezident seçkiləri kampaniyasında bircinsli nikahları
qanuniləşdirməyə söz verən, bu yolla həmin adamların səsini qazanan və prezident
seçilən Fransua Oliandın «uğurla» həyata keçirdiyi ilk böyük tədbirin məkanı oldu.
Prezident Olland orientasiyası fərqli olanların qarşısında verdiyi vədi yerinə yetirdi.
Lakin bu hərəkəti ilə həm də ölkə əhalisini parçaladı, iki hissəyə – homoseksual azlığın
əleyhdarlarına və tərəfdarlarına böldu. Həm də Fransa iri döblətlər arasında bircinsli
nikahları leqallaşdıran ilk dövlətə çevrildi. Demokratik ölkədə siyasət xalqa xidmət
edir, onun adından həyata keçirilir. Fransada isə bu məsələdə xalqın çoxluğunun
etirazları nəzərə alınmadı, onun rəyinə heç məhəl də qoyulmadı.
Fransanın təcrübəsi təkcə bu ölkənin hüdudlarında qapanıb qalmadı.
ABŞ prezidenti Barak Obama da özünün ikinci müddətə seçilməsi üçün apardığı
kampaniyada homoseksualistlərə verdiyi vədə əməl etdi. Obama administrasiyasının
müraciəti əsasında Birləşmiş Ştatların Ali Məhkəməsi bu məsələyə baxdıqda, hakimlər
düşünülən qaydada bircinsli nikahlar hərəkatına təkan verdi, baxmayaraq ki, bu
sferada baş verəcək müəyyən şəkildəki siyasi mübarizənin taleyini həll etməyi ştatlara
həvalə etdi. Ali Məhkəmə Amerika Birləşmiş Ştatlarında «Nikahın müdafiəsi barədə
Aktın» - bu mühüm federal sənədin, nikahın kişi ilə qadın arasındakı ittifaq olması
barədəki müddəasını ləğv etdi. Bu o deməkdir ki, geylər və lesbiyankalar öz
münasibətlərini rəsmi qaydada qeydə aldıracaqlar və həm də kişiyə və arvada nəzərdə
tutulan federal güzəştlər onlara da şamil ediləcəkdir. Məhkəmə həmçinin Kaliforniyada
43
bir az əvvəl referendumda qəbul olunmuş bircinli nikahlara qoyulan qadağaların da
üzərindən yoğun bir xətt çəkdi.
Onu da qeyd etmək lazımdır ki, Fransada olduğu kimi, Birləşmiş Ştatlarda da
media bu tədbiri böyük razılıq və sevinclə qarşıladı. Fransadakı ilk belə nikah yerli və
beynəlxalq televiziya kanalları vasitəsilə geniş şəkildə işıqlandırıldı. ABŞ-da isə «The
Nyu York Times» qəzeti öz redaksiya məqaləsini «Bərabərliyin qələbəsi» başlığı altında
dərc etdi. Qəzet yazır ki, amerikan geyləri və lesbiyankaları barədə dövlət ayrı-seçkiliyi
üzrə olan sanksiyaların ləğv edilməsi uğrunda aparılan uzunmüddətli mübarizədə
nəhəng qələbə qazanılmışdır. Lakin Ali Məhkəmənin, çox illər ərzində davam edən
ədalətsizliyi bütünlüklə ləğv etmək sahəsindəki şansı bu vaxt əldən buraxdığını da
qeyd edərək, qəzet göstərir ki, Amerika Femidası xeyli sayda ştatda olan geylərin yenə
də ikinci sort adamlar kimi qalması qaydasını poza bilmədi. Qəzet yazır ki, güman ki,
məhkəmə onu nəzərə almışdır ki, belə ümumi yaxınlaşmaya ölkə hələ də hazır deyildir,
ancaq bununla həm də bu problemin ölkəni parçalamaq gücündə olduğu ehtimalına
şişirdilmiş qaydada yanaşdığını nümayiş etdirdi. Lakin bunu da diqqətdən yayındırdı
ki, sonrakı təxirə salınma da adamlara olduqca baha başa gələcəkdir. Bu vaxtdan
etibarən artıq amerikanların 30 faizi bircinsli nikahların icazə verildiyi regionlarda
yaşayır.
Aydın deyildir ki, bircinsli cütlüklər barədə yeniləşmiş federal qanun qəbul
ediləcəkdimi ki, belə nikahın qanuni sayıldığı ştatda evlənmiş, lakin sonra bircinsli
nikahlara icazə verilməmiş ştata getmiş adamların üzləşəcıyi problemləri asanlıqla həll
etsin. Yerli məhkəmələr bu işlərə yəqin ki, öz ştatlarının xeyrinə olan qaydada
baxacaqdır və bircinsli nikahları qadağan edən ştatların qanunların əleyhinə çıxacaqlar.
Bu vaxt Ali Məhkəmə yenidən bu problemlə qaytmağa məcbur olacaqdır.
Bircinsli nikaha daxil olan yeni ər-arvadlar başqa ştatın sərhədini keçdikdə,
onların nikahı hökmən sual altına salınacaqdır. Bu vəziyyət Vətəndaş müharibəsindən
əvvəl Birləşmiş Ştatlarda mövcud olan situasiyanı yada salır.Qul ştatlarının yerləşdiyi
Cənubla, quldarlığı ləğv etmiş Şimal ştatlarının münasibətləri bu ziddiyyətə görə daha
da pisləşirdi. Azadlığa can atan qullar Cənubdan qaçıb, Şimalda gizlənməyə ümid
bəsləyirdilər. Lakin Cənubun təzyiqi və təhriki ilə xüsusi «Qaçmış qullar barədə qanun»
qəbul olundu. Bu qanuna görə, qaçan qul Şimalda tutulub, mühakimə olunmaqla,
Cənublakı sahibinə qaytarılmalı idi. Məhkəmə hər qaçan qulu sahibinə qaytardığına
görə həmin qanuna müvafiq olaraq dövlətdən 5 dollar məbləğində mükafat alırdı, bu
da bütün hökmlərin birtərəfli, yəni qulların ziyanına olacağına zəmin yaradırdı.
Bircinsli nikaha daxil olanlar da öz ştatlarında qanunun himayəsi altında sərbəst
olduqları halda, bu qaydanı qəbul etməmiş ştatın ərazisinə keçdikdə, onların təqib
olunması ehtimalı artır və buna görə problemlərlə üzləşə bilərlər. Belə vəziyyəti
aydınlaşdırmaq üçün yeni məhkəmə prosesləri işə düşəcəkdir, onlar da yəqin ki,
ştatdakı mövcud münasibətə uyğun olaraq qərar çıxarmağa üstünlük verəcəklər.
Femida bu vaxt gözlərindəki pərdəni kənara atacaqdır.
«Washinqton Post» qəzeti isə yazırdı ki, bircinsli nikahlar qələbə çalmışlar, ləğv
edilmiş qanunlar isə diskriminasiyaya xidmət edən sənədlər idi. Artıq 13 ştatda
bircinslilər öz nikahlarını qeyd etdirə bilərlər. Avqustun 1-dən isə bircinsli nikahlar
ABŞ-ın daha 7 ştatında da qanuni hesab edilcək, həmin regionlarda isə bir il əvvəl buna
44
icazə verilmirdi. Kalifoniya, Delaver, Men, Merilend, Minnesota, Rod Aylend,
Vaşinqton ştatları yeni qanunu qəbul edənlərin siyahısına daxil olacaqlar. Bu yeddi
ştatda isə 59 milyona qədər adam yaşayır.
Bu vaxtadək çox sayda amerikan özü ilə bir cinsdən olan əcnəbi partnyorları
üçün vətəndaşlıq və ya yaşamaq hüququnu ala bilmirdi. ABŞ Ali Məhkəməsinin son
qərarı belə ayrı-seçkiliyə birdəfəlik son qoyur.
Ən mühüm cəhətlərdən biri də odur ki, Ali Məhkmə Kaliforniya məhkəməsinin
qeyri-konstitusional hesab etdiyi 8-ci düzəliş barədəki qərarını ləğv etdi. Beləliklə,
Kaliforniya ştatı yenidən bircinsli nikahları qeydə alacaqdır. Qəzet yazır ki, «Nikahın
müdafiəsi barədə Akt» və 8-ci Kaliforniya düzəlişi homofob təşəbbüslərinin bəhrəsi
olmaqla, onların eyni vaxtda ləğv edilməsi homofoblar üçün nəhəng məğlubiyyətə
çevrildi. Hələ 2003-cü ildə ABŞ Ali Məhkəməsi qəti surətdə qərara almışdı ki,
homoseksuallığın cinayət xarakterli olduğu barədə ştatlarda nə vaxtsa qəbul olunmuş
bütün qanunlar qeyri-konstitusionaldır. Buna görə dövlət bütün ştatlarda bircinsli
nikahları hüquqi cəhətdən eibarlı hesab edəcəkdir. İyunun sonunda San-Fransisko
meriyasında iki lesbiyankanın nikahı qeydə alındı. Fransadakı oğlan cütlüyü, burada
isə qadın cütlüyü qanuni nikah bağlanmasına yol açdılar.
Artıq İngiltərə də bircinsli nikahları qanuniləşdirmək ərəfəsindədir, daha
doğrusu, parlamentin hər iki palatası, əvvəlcə Lordlar Palatası, sonra isə İcmalar
Palatası belə qanunu qəbul etmişlər, indi yalnız kraliçanın qanunu imzamlaması qalır,
bunda isə heç bir şübhə ehtimalı olmamalıdır.
Cari ildə bircinsli nikahlar həmçinin Braziliyada qanuni elan edilmişdir. Belə
qanunun həmçinin bu ilin avqustunadək Uruqvayda və Yeni Zelandiyada qüvvəyə
minməsi planlaşdırılmışdır.
Qeyri-ənənəvi cinsi orientasiya heç də XX əsrin ikinci yarısının və ya XXI əsrin
başlanğıcının problemi deyildir. Deməli, bircinslilərin intim yaxınlığı qədim dövrlərdə
də mövcud olduğundan, Bibliya bunu insan təbiətinə zidd olan bir eybəcərlik kimi
təsvir etmiş, gələcək nəsillərə ibrət dərsi vermək üçün Sodom və Qomorra simvollrını
meydana gətirmişdir. Bibliya homoseksuallığı günah adlandırır (Başlanğıc,19:1-13,
Levit 18:22). Bircinsli intim yaxınlığın İncil də xristianlıqda günah olmasını qeyd edir.
İslam bilicilərinə görə homoseksuallıq cinayətini törətməkdə təqsirkar olan daş-qalaq
edilməli idi, istəyir o, evli, ya subay olsun.
Əgər homoseksualizm indi xeyli sayda xalqları və dövlətləri düşünməyə, yeni
qanunlar çıxarmağa sövq edirsə, bu hadisənin mahiyyətinə nəzər salmaq pis olmazdı.
Homoseksualizm normal seksual münasibətin dəyişilməsi adlanmaqla, eyni cinsdən
olan adamın başqa birisinə cinsi cazibə hiss etməsidir. Yunan dilində homo – «eyni»
deməkdir, bu, heç də latın dilindəki «homo»-dan – «insan» sözündən əmələ
gəlməmişdir. Homoseksualizm, həm heteroseksualizm (başqa cinsdən olana)
münasibətlərinə görə homoseksualizmə üstünlük verilməsini,həm də homoseksual və
heteroseksual praktikanın növbələşməsini (bioseksuallığı) əhatə edir. Bu normadan
kənara çıxma heç də həmişə fiziki kontakta aparıb çıxarmır.
Qadın homoseksuallığı isə çox vaxt lesbiyanizm adlanır, bu da Egey
dənizindəki Lesbos adasının adından götürülmüşdür, həmin adda şairə Sapfo bir qrup
qadına liderlik edirdi. Homoseksuallıq barədə, seksual normadan kənara çıxmanın
45
qədim və ümumi praktikası haqqında müəyyən məlumat verilməsinə baxmayaraq, XX
əsrə qədər bu məsələnin elmi cəhətdən öyrənilməsinə diqqət verilmirdi. Bu, da
müəyyən qədər onunla əlaqədardır ki, onlara çox hallarda qanuni və mənəvi biabırçılıq
əlaməti kimi baxılırdı. Yalnız İkinci Dünya müharibəsindən sonra, islah-əmək
düşərgələrinin etiraflarından kənarda baş verən məlumatlar əsasında bu məsələ
öyrənildi.. İri miqyaslı homoseksuallıq hadislərinin və sosial əlaqələrinin korrelyasiyası
A.K.Kinsey tərfindən 1948-ci və 1953-cü illərdə öyrənilmişdi. ABŞ-da kişilərin 37
faizinin, qadınların isə 13 faizinin ən azı bir dəfə homoseksual təcrübəyə meyl edən
əlamət nümayiş etdirdiyi barədə o, məlumat vermişdi.
Digər ölkələr barədə müvafiq statistik məlumatları müqayisə edə bilmədiyindən
və yararlı məlumata malik olmadığından, onun bu fenomeni öyrənməsi ümumən
homoseksual fərdlərlə və kiçik qruplarla məhüdudlaşmışdı. Birləşmiş Ştatlardakı digər
başqa bir antropoloq və fizioloq sadə cəmiyyətləri öyrənmiş, 190 cəmiyyətdən 76-da
homoseksuallıq yararlı kimi qəbul edilmiş, onlardan 49-da (64 faizində) bu praktikanın
normal hal sayıldığı məlum olmuşdur.
Ölüm təhlükəsi də daxil olmaqla, hətta sərt cəzaların olduğu cəmiyyətlərdə də
homoseksuallıq hələ də baş verir. Bu, çox hallarda kişilər və qadınlar arsında meydana
çıxır, qadınlara nisbətən, kişilərdə nomardan kənara çıxma qaydasındakı belə cinsi
fəallıq və ya stabil əlaqələr boşanmaya gətirib çıxarır.
Homoseksuallıq hallarına görə dörd hipoteza irəli sürülür:
1. Genetik azmadan əmələ gələn və ya bəzi irsən götürülən bircinsli əlaqə
əvvəlcədən olan bir meyl kimi belə cinsi davranışa adamı anadan doğulan vaxtdan
istiqamətləndirir. Bu nəzəriyyə yüngül eksperimentlərdən və əsasən heyvanlar
arasında olan əlaqələrdən çıxarılmışdır.
2. Homoseksual obyektin seçimi tədricən fərd-cəmiyyət münasibətlərinin fərdi
əlaqələrində mövcud olan xüsusi şəraitlərin nəticəsi olur və bu, adamın özünü
homoseksual kimi tanımasında fərdin xeyrinə olur. Bu qarşılıqlı əlaqəyə görə
normadan kənara çıxma yalnız 1970-ci illərdə öyrənilmə obyektinə çevrilmişdir.
3.Uşağın inkişafının xüsusi dövrlərində, xüsusən erkən uşaqlıq vaxtı və
gənclikdə həlledici rol oynayır. Bu isə daha çox dustaqxanalarda mövcud olur. Oğlanlar
homoseksual fəaliyyəti icra edirlər, çünki sonralar bu, həmyaşıd qrupun təzyiqləri ilə
hetoroseksual əlaqələrə gətirib çıxarır.
4. Valideynlər və uşaqlar arasındakı kəskin qaydasızlıqlar bəzi homoseksuallığı
dəstəkləyən bir amil hesab edilir, çünki oğlan uşağının
müstəsna qaydada özünü tanıması öz anası ilə və ya qızın isə öz atası ilə baş verir.
Empirik məlumatlar hesabına homoseksualların həyat tarixçələri heteroseksuallarınkı
ilə müqayisə edildikdə, həmçinin ziddiyətli nəticələr əldə edilir. Ancaq onu da qeyd
etmək lazımdır ki, azacıq öyrənmə qeyri-adi sayılan ana-oğul münasibətlərinin
tanınması ilə əlaqədardır.
Axırıncı hipotezanın təsdiqi kimi onu misal gətirmək olar ki, Samoa adasında
bir sıra oğlan uşaqlarını hələ körpəlikdən qız uşağı kimi tərbiyə edirlər, demək olar ki,
onlar daim kişi cinsi ilə sevgi münasibətlərində olurlar. Bu vəziyyət Samoa
mədəniyyəti üçün nəinki adi haldır, heç homoseksualizm də hesab edilmir.
46
Uşaqların erkən yaşlarda olduqları mühit də bəzən onların cinsi
orientasiyasını dəyişmə meylini yaradır. Oğlan uşaqlarının ananın və ya
nənənin bəzək şeyləri və kosmetikası ilə oynamaları belə nəticələrə gətirib çıxarır.
Homoseksuallığın fizioloji cəhətdən anormal hesab edilməsi «normal»
adamların fizioloji təsəvvüründən, quraşdırmasından əmələ gəlir. Homoseksuallarla
heteroseksuallar arasında mühüm fərq və ya bir cinsdən olanın və ya başqasının
seçilməsi belə bir nəticənin obyektidir.
Bəziləri naşılıq üzündən, lazımi biliklərə malik olmadıqlarından
homoseksualizmin təbiətə zidd olduğunu sübut etmək üçün heyvan aləmindən misal
gətirirlər, guya ki, onlarda belə bircinsli əlaqələr mövcud deyildir. Bu yanlış fikirdir.
Erkək zürafələr çox vaxt digər erkəklərlə cütləşirlər. Bir çox qruplarda homoseksual
kontaktlar heteroseksual əlaqədən daha çox baş verir. Kərtənkələlərin bir çox növü heç
erkəyin iştirakı olmadan, partenogenez qaydasında törəmə verirlər.
Homoseksualları fahişələrlə müqayisə etmək də ədalətsizlikdir. Fahişəlik
homoseksuallıqdan fərqli olaraq qazanılır və peşəyə çevrilir, belə qadınlar çox hallarda
həyatlarının mənasını öz bədənini satmaqda görürlər. Fahişələr bəzən normal
cəmiyyətdən təcrid olunmaqla, öz submədəniyyətlərinə qapılırlar.
Çox sayda dövlətlərdə və millətlərdə bu peşəyə həsr edilən həyat yarlık kimi
qəbul edilir, bunun bəzən cinayətlərə qədər inkişaf etməsi də təccüb doğurmur.
Onlar bəzi hallarda mütəşəkkil cinayətkarlığa cəlb olunurlar.
Bibliyanın bircinsli intim yaxınlığı iki şəhərlə
məhdudlaşdırmasına, lənətləməsinə baxmayaraq, qədim dünyada homoseksualizm heç
də nadir hadisə hesab olunmurdu. Antik dövrün tarixi bu barədə daha geniş
məlumatlar verir. Qədim Yunanıstanda bircinsli məhəbbət az qala heterocinsdən olan
adamların məhəbbətinə bərabər sayılırdı. Bu ölkədə həmin dövrdə kişilər arasında
məhəbbət olduqca geniş yayılmışdı, bu, hisslərin məhz normal qaydada meydana
çıxması halı kimi hesab olunurdu. Əsatirə görə, məhəbbət allahı Erosun oxları təkcə
kişilər və qadınlar arasında deyil, həmçinin kişilər arasında biri-birinə qarşı sevgi
hissləri yaradırdı. Gənclərə məhəbbətin həm də tərbiyəvi əhəmiyyəti olduğu güman
edilirdi. Belə ki, yaşlı kişi həyatda gənc oğlanın hamisi olurdu. Kişi məhəbbətinin
dünyası, polislərin (şəhər-dövlətlərin) hərbi təşkilatının xüsusiyyətlərindən əmələ
gəlirdi, burada veteranların himayədarlığı hərbi xidmətə yeni daxil olarlarla intim
yaxınlığa çevrilirdi. Yunanlar nikahı praktiki fayda nöqteyi-nəzərindən qəbul edirdilər.
Ər öz arvadında birinci növbədə uşaqlarının anasını və ocağını mühafizə edənini
görürdü. Ona görə də burada iki cins arasındakı məhəbbət prioritet əhəmiyyətə malik
deyildi.
Orduda isə homoseksualizm daha geniş yayılırdı. Tarixin ən böyük sərkərdəsi
sayılan Makedoniyalı Aleksandr öz əziz dostu Hefestionla intim yaxınlıqda idi və bu
əlaqə sərkərdənin baktriyalı arvadı Roksananın ciddi hiddətinə səbəb olurdu.
Hefestionun ölümü Böyük Aleksandr üçün ağır zərbəyə bərabər idi.
Qədim Yunanıstanın Fiva əyalətində homoseksualizm ümumiyyətlə qəbahət
sayılmırdı. Bir-birinə vurulmuş kişilərdən, sayı 300 nəfər olan elit qoşun düzəldilirdi.
Bir mühüm döyüşdə onlardan heç kəs geri çəkilmədi, əksinə, ölümü, öz sevgilisi
47
qarşısında qaçıb xilas olmaq biabırçılığından üstün hesab etdi. Bu barədə məşhur tarixçi
Plutarx yazır.
Qədim Yunanıstan həm də qadınlar arasında homoseksual
əlaqələri meydana çıxarmışdır. Troya müharibəsinin baiskarı füsunkar Yelenaya təkcə
kişilər deyil, ətrafındakı qızlar da vurulurdular. Lesbos adasından olan görkəmli şairə
Sapfo (b.e.ə. VII-VI əsrlər) gözəl nəğmələr, nikah nəğmələri sayılan epitalamyaların
müəllifi olmaqla, bu şeirlərində dərs dediyi, ərə getməyə hazırlaşan qızlara mürəciət
edirdi. Onun başçılıq etdiyi kult birliyi gözəllik ilahəsi Afroditaya həsr olunmuşdu.
Sapfonun şeirlərində məhəbbət və həsrət motivləri çoxluq təşkil edirdi və şairənin
düşüncəsində məhəbbət «şirn-acı əjdahadır ki, ondan heç bir qorunma üsulu yoxdur».
Əfsanəyə görə, şairə dərs verdiyi qızlarla intim yaxınlıq edirdi. Platon öz
epiqrammasında onun mahnıları barədə demişdi: «Muzalar (ilahələr) sayca doqquz
hesab olunur, lakin onlar çoxdur, axı lesbiyanka Sapfo da muzadır. Onunla birlikdə
onlar on nəfərdir». Bu sözlərlə böyük filosof, Sapfonu ilahələrə bərabər tuturdu.
Orta əsrlərdə yapon samuraylarında təcrübəli kişi ilə gənc oğlan arasında
syudo – homoseksuallıq praktikası xüsusi hörmətə malik idi. Belə hesab olunurdu ki,
bu, gəncdə ləyaqəti, vicdanlılığı, gözəllik hissini tərbiyə edir.
Qədim Romaya isə yunan mədəniyyətinin güclü təsiri olduğu kimi, yunanların
əxlaq məsələsindəki qüsurları da bu ölkəyə asanlıqla yol tapır və orada geniş yayılırdı.
Bizim eradan əvvəl II əsrdə yaşamış Qədim Romanın görkəmli dövlət xadimi Böyük
Katon yunanların əxlaq pozğunluğunun təsirinə qarşı kəskin mübarizə aparırdı, hətta
onların ədəbiyyatının və incəsənətinin öz ölkəsinə nüfuz etməsinə də qarşı çıxırdı.
Həmin dövrdə yaşamış komedioqraf Tit Maktsi Plavt öz əsərlərində yunanların
pozğunluğuna qarşı romalıların bakirəliliyini qoyurdu. Lakin sonrakı dövrlərdə bu
bakirəlikdən heç bir əsər-əlamət qalmadı.
Böyük Roma sərkərdəsi Qay Yuli Sezarın da cinsi orientasiyasında qüsuru
olduğu bildirilir.17 yaşında olarkən o, bir qədər Bufiniyada yaşamışdı, orada çap
Nikomedin guya onunla intim əlaqədə olduğu güman edilir. Düşmənləri bəzən onu
«Nikomedin arvadı» adlandırırdılar. Əxlaq pozğunluğuna görə Sezara «bütün
qadınların əri, bütün kişilərin arvadı» deyirdilər. Belə ittihamlar, ona olan paxıllıqdan
da qidalana bilərdi.
Sezara cəsarət kimi, hədyanlıq da yad deyildi, o, həm də istənilən vaxt
qanunlara, hətta dini qadağalara məhəl qoymamaqla seçilirdi. Senatorlardan biri onun
qanun layihəsinə qarşı kəskin şəkildə çıxış etdikdə, Sezar onun başına əvvəlcədən
hazırlanmış bir vedrə peyin tökmüş və senatı alçaltmışdı. Peyinə müraciət isə qanun
layihəsinin aqrar məsələyə aid olması ilə əlaqədar idi. Sonralar isə o, ölkənin vətəndaş
müharibəsinə cəlb etdi və çar olmaq eşqinə düşdükdə isə, senatorların hazırladığı sui-
qəsddə qətlə yetirildi.
Sonrakı ilkin 15 imperator arasında təkcə Klavdinin kişilərlə məhəbbət
əlaqəsində olmaması güman edilir. Bu isə şairlər və yazıçılar tərəfindən qeyri-adi
davranış hesab olunurdu və onlar Klavdini ələ salınırdı. Onlar deyirdilər ki, yalnız
qadınları sevməklə Klavdi arvada bənzəyən oldu. Ailəsində isə o, bədbəxt adam idi,
imperator əri sağ ola-ola əxlaqsızlıqda ad çıxarmış arvadı Messalina başqasına ərə
getmişdi. Messalina öldürüldükdən sonra Klavdi öz doğma qardaşı qızı Aqrippinaya
48
evləndi, o, gələcək imperator Neronun anası olmaqla, bu vaxt dul qadın idi. Onun öz
oğlu Neronla intsest (qanqarışdırıcı) əlaqədə olduğu iddia edilir. Neron isə öz sələfi,
doğma bacısı ilə intim yaxınlıq edən Kaliqula kimi əxlaqi pozğunluq simvoluna
çevrilmişdi, o, bir oğlana evlənmiş, digər bir oğlana isə ərə getmişdi. Tarixçi Svetoni
özünün «On iki Sezarın həyatı» əsərində nəcib imperatorlardan başqa digərlərinin
iyrənc əxlaqından geniş söhbət açır.
Sonralar İtaliyada da məşhur sənət adamları arasında homoseksualizmə meyl
edənlər olmuşdu. Renessansın dahi heykəltaraşı və rəssamı Mikelancelonun və
şöhrətdə ondan geri qalmayan Leonardo da Vinçinin də həmin qrupun
nümayəndələrindən olduğu bildirilir. Mikelancelo ahıl yaşına çatmasına baxmayaraq,
evlənməmişdi, məşuqəsi hesab edilən şairə qadınla isə onu yalnız platonik məhəbbət
birləşdirirdi.
XIV əsrin əvvəllərində İngiltərə kralı olmuş II Eduardın kişi məşuqu Piers
Qeyverston dövlətin idarə edilməsinə də müdaxilə edirdi və bu, kralın fəlakətli
vəziyyətə düşməsinə gətirib çıxardı. Onun arvadı Eleanor da öz məşuqu Rocer
Mortimerin köməyi ilə kralı taxt-tacdan devirdi. Dahi ingilis dramaturqu Uilyam
Şekspirin də homoseksualist olduğu etiraf edilir. Görkəmli ingilis dramaturqu və şairi
Oskar Uayld lord Alfred Duqlasla yaxın dostluq edirdi və onun atası Uayldı sodomitdə
ittiham etdi və həmin cinayətə görə o, 1895-ciildə iki illiyə azadlıqdan məhrum edildi.
Dustaqxanadan o, məşuquna gileylə dolu olduqca təsirli məktublar yazırdı. Məhbəsdən
çıxdıqda o, ehtiyac içərisində idi. Bu səbəbdən də Parisə yollandı və 1900-cü ildə 46
yaşında orada da öldü və şəhər qəbristanlığında dəfn edildi.
Dahi rus mədəniyyət xadimləri arasında da cinsi orientasiyası ənənə halından
uzaq olanlar olmuşdur. Böyük bəstəkar P.İ.Çaykovski belə davranışının üstünün
açılmasından qorxub, zəhərlənmə yolu ilə həyatdan getmişdi. Balet sənətinin məşhur
xadimləri S.P.Dyagilyev və Rudolf Nuriyev öz cinslərindən olanlarla yaxınlığa
üstünlük verirdilər. Axırıncı belə nizamsız əlaqələrə görə AİDS xəstəliyinə tutulmuş və
bu fəsaddan ölmüşdü.
Belə siyahını xeyli artırmaq olar. Geylər isə özlərinin ümumdünya fenomeni
olduqlarını göstərmək üçün həmn dəstəyə aid olan məşhur şəxsiyyətlər barədə çox iri
siyahı təqdim edirlər və burada əslində ciddi şişirtmə halı olmaya da bilər.
Cinsi orientasiyası fərqli olanları nədəsə günahlandırmaq da
insanllıq ölçüsündə ədalətsizlik hesab olunmalıdır. Bir çox hallarda bu təbiətin
səhvidir və ya genetik əsaslara malikdir. Təbiətin qüsuruna və ya valideynlərn
təqsirinə görə kimisə günahlandırmaq da ən azı rəhmsizlikdən xəbər verir. Onların
münasibətlərinə insanlığı ləkələyən bir hal kimi baxmaq da nə dərəcədə həqiqətə
uyğundur? Əxlaqsızlığa, fahişəliyə, öz bədənini alver obyekti edənlərə qarşı bir sıra
ölkələrdə hansısa hədlərdə mübarizə aparılırsa, bircinsli intim yaxınlığa meyl edənlərə
əvvəlki tək qəddarcasına münaibət bəslənməsi yolverilməzdir. Geylərə ya
lesbiyankalara qarşı ispan inkvizisiyasını bərpa etmək nə dərəcədə haqlıdır? Hisslərə
görə, əgər bu qanunu kobud surətdə pozmaqla müşayiət olunmursa, insanlar nəyə görə
hansısa ittihamlara məruz qalmalıdır?
Lakin homoseksual lobbi də homoseksualizmin normal hal olduğunu təbliğ
etməklə, əslində hədyanlıq fazasına keçib, digər əksəriyyət tərəfindən özləri üçün
49
əslində aqressiv mühit yaradılmasına səy göstərir. Geylərin özünü elitar təbəqə hesab
etməsi də onlara qarşı tolerantlığı sıradan çıxarıb, nifrət hissinin yenidən güclənməsinə
səbəb ola bilər. Təssüf ki, bəzi KİV-lər bu məsələdə ölçü hissinə riayət etməyib, qeyri-
ənənəvi orientasiya azlığına aid hər bir uğurlu tədbiri, az qala onların triumfu kimi
qələmə verirlər.
Geylər, lesbiyankalar bircinsli nikaha daxil olmaqla öz arzu olunan
məqsədlərinə çatırlar, cəmiyyət də bundan birbaşa ziyan çəkmir. Lakin cəmiyyətin
inkişafı üçün insan nəslinin artması mühüm şərt olduğundan, bircinsli nikahlar ziyan
vurmamış da ötüşmür. Axı belə nikahlarda övlad törəmir, yalnız əks cinslərin
ittifaqından nəsl artmağa başlayır. Ona görə də hər bir millət həm də özünün
demoqrafik inkişafına qayğı göstərməlidir. Onsuz da bir sıra Avropa ölkələrində uşaq
doğumunun kəskin surətdə azalması hesabına, gənc yaşda olan əhalinin sayı azalır,
həmin ölkələr qocalar və ahıllar diyarlarına çevrilirlər. Sodomiyanı az qala ön plana
keçirən cəmiyyət getdikcə yeni, çox vacib olan təzə qandan məhrum ola bilər.
Dinozavrların bir vaxtlar nəslini çoxaltmağa həvəsini itirdiyi güman edilir, bu isə
onların növünün bütünlüklə sıradan çıxmasında rol oynayan mühüm amillərdən birinə
çevrildi. Bəşəriyyət dinozavrların taleyini yaşamağa azacıq meyl etsə, bu görünməmiş
fəlakətə səbəb ola bilər.
Bir sözlə, bircinsli əlaqələrə tolerantlıq göstərilirsə, buna daxil olan adamlar da
əksəriyyətə qarşı aqressivlikdən uzaq olmalıdırlar. Qoy onlar özlərini tam hüquqlu və
hörmət olunan vətəndaşlar kimi hiss etsinlər, ancaq heç də özlərini yüksək kasta hesab
etmək iştahına düşməsinlər. Onlardakı bəzən güclü qısqanclıq hissi həddi aşır və
ətrafdakılara ölçüyə sığmayan qəzəb hissinə çevrilir. Dustaqxanalardakı gənc
«məşuqəsinə» kimsə söz atdıqda, ifrat qısqanclıq hesabına hami məşuq ən ağır cinayətə
də əl atmaqdan çəkinmir. Ona görə də məhbəslərdəki bircinsli əlaqələr yeni, daha ağır
cinayətlər üçün şitillik rolunu oynayır.
Keçmişdə təmiz əxlaqın bərqərar olması naminə faydalı tədbirlirlə yanaşı,
ifrat cəzalar praktikası da tətbiq olunurdu. Keçmişin dəhşətləri yalnız
xatirələrdə yaşasa yaxşıdır, onların təkrarı və ya yeni şəkildə bərpa edilməsi
ümumilikdə bəşəriyyətə, həm də hər bir xalqa böyük faciələr «ərməğanı» bəxş edə bilər.
Qeyri-ənənəvi cinsi azlıqlara qarşı münasibət kin, nifrət, təcavüz dalğası şəklini alsa,
bu arzu olunmayan qorxulu hadisəlrin baş verməsinə gətirib çıxara bilər. Axı keçmişdə
«ifritə ovu» günahsız insanların faciələrlə üzləşməsinə səbəb olmuşdu. Fərqli hisslərə
görə insanların alçaldılması, qurbana çevrilməsi cinayətdən də betər bir hal hesab
edilməlidir. Axı əksər müasir qanunlarda bircinsli intim əlaqələrin kriminal xarakter
daşıması kimi xarakterizə olunması artıq ləğv edilmişdir. SSRİ-dəki cinaət
məcəllələrində isə bircinsli əlaqələr cinayət hesab edilirdi və müvafiq cəza növu
nəzərdə tutulurdu. Vaxtilə natsistlər öz dəhşətli cinayətlərinə haqq qazandırmaq üçün
belə bir mifə əl atırdılar ki, yəhudilər öz bədbəxtliklərinə görə özləri günahkardır.
Geylərə hücum, təcavüz edənlər də belə gülünc səslənən hansısa bir uydurulmuş
səbəbə əl ata bilərlər ki, guya cəmiyyəti təmizləmək üçün onlar sərt tədbirləri işə
salırlar. Belə təmizləmələrdən isə, əlbəttə ki, neofaşizm qoxusu gəlir.
Təbiət, bəzən isə şərait bu adamların cinsi orientasıyasını belə bir qaydada
aşkara çıxarmışdır. Təbiətə qarşı üsyan qaldırmaq isə ağılsızlıqdır, bütün qanunları
50
dəyişdirmək mümkündür, təbiətin qanununu isə düzəlişə məruz qoymaq məchul bir
məsələdir. Axı bircinsli intim yaxınlıqda olanlar öz hisslərinə uyğun olaraq hərəkət
edirlər, onlar heç bir xətaya yol vermir, cinayət törətmirlər, sadəcə olaraq əksəriyyətdən
fərqlənirlər. Onlar tolerantlığa möhtacdırlar, lakin bu tolerantlıqdan sui-istifadə etmək,
öz intim əlaqəsini İosif Navinin trubasına çevirib, onun səsi ilə bütün əxlaq divarlarını
uçurmaq niyyətinə düşmək də ağılsızlıqdır. Onlar cəmiyyətə əxlaq dərsi keçmək kimi
əbəs işə də girişməməlidirlər.
Qərb dünyası insan haqlarına hörmət ifadəsi kimi onlara münasibəti kökündən
dəyişmişdir, lakin bu dəyişiklik əhalinin əksəriyyətinin, ümumi əxlaqın məğlubiyyəti
kimi qiymətləndirilməməlidir. Cəmiyyətin əsrlər boyu davam edən ənənələrinə, dinin
ehkamlarına da hörmətlə yanaşılması lazımdır. Dinin əxlaqın təmizliyi sahəsindəki
mövqeyinə qarşı çıxmaq cəhdi yalnız əks effekt verə bilər. Tolerantlıq bayrağı altında
əxlaqın dayaqlarının sökülməsinə edilən cəhdlər, bunu edən qrupun özünə ağır zərbə
vura bilər.
Bir sözlə, dünənki əxlaq qurbanları onlara bəslənilən pis münasibət hesabına
özləri əxlaqın yeni cəlladları roluna həvəs göstərməməlidirlər.
Ənənəvi cinsi orientasiyadan kənar olanlara aqnostik münasibət, belə əlaqələrin
hansısa mənəvi «kodeks» hesbaına inkar edilməsi problemə gözü yummaqdan başqa
bir şey deyildir. Ayrı-seçkiliyi mütləq həddə çatdıranlar cəmiyyətdə dözümsüzlük
atmosferi yaratmaqla, onu sağaltmaq əvəzinə, xəstəliklərə mübtəla edirlər. İnsanları
hansısa qəlibə salmaq, hisslərə arzu olunan formanı və ya məzmunu vermək istəyi
əslində təbiətin şah əsərinin müxtəlifliyini danmaqdan, onu bir nüsxəli materiala
çevirmək cəhdindən irəli gəlir. Qədim yunan filosofu Protaqor insanı “hər şeyin
ölçüsü” hesab edirdi. Müasir dövrdə insanların hüquqlarını hansısa uydurulmuş
mənəvi saflıq xatirinə tapdalamağın özü də yolverilməzdir.
Kimlərsə, öz ölkəsində geylərin omladığını bəyan edə bilər, lakin belə
saxta bəyanatlardan vəziyyət heç də hansısa bir dəyişikliyə məruz qalmır. İranın
keçmiş prezidenti Əhmədinecad öz ölkəsində homoseksualistlərin olmadığını deyirdi.
Görən böyük bir dövlətin başçısı bu bəyanatı verərkən hansı elmi tədqiqata
əsaslanmışdı.
Bəlkə də bəzilərinə elə gəlir ki, Qərb homoseksualistləri yetişdirən istixanadır.
Bu qətiyyən belə deyildir, sadəcə olaraq orada insanın şəxsiyyətinə hörmət əlaməti
nişanəsi olaraq, onların cinsi orientasiyasına da tolerantlıqla yanaşılır. Sadəcə olaraq, bir
sıra digər ölkələrdə isə bu məsələlərə bir qədər fərqli münasibət mövcuddur, adamları,
onların istəyindən asılı olmayaraq «yüksək əxlaqın” prinsiplərinin girvolarına çevirmək
istəyirlər. Azad cəmiyyət bütün sahələrdə normal azadlığa şərait yaradır və bundan
nəyəsə, həm də azacıq da olsa ziyan gələ bilər. Sadəcə olaraq bu ziyanı şişirdib, əxlaqın
bütünlüklə məhv olması kimi qələmə vermək də düzgün deyildir.
Lakin bu mülahizə heç də homoseksualizmin təbliğatına xidmət etməməlidir,
çünki belə təbliğat birinci növbədə uşaqların, yeniyetmə nəslin tərbiyəsinə sağalmayan
yara vura bilər. Bu mülahizə heç də əxlaq pozğunluğu hallarına qapıları geniş açmaq
istəyi olmayıb, yalnız onun, od üstündə olan köpən süd kimi öz qabından çıxıb, ətrafı
batırmasının qarşısını vaxtında, həm də ağıllı qaydada almaq məqsədini güdür. Axı
51
tarixən qadağalar istisnanın getdikcə böyüməsinə şərait yaratmış, sonralar onun
qaydaya çevrilməsi üçün şlüzləri açmışdır.
Bircinsli nikahlara Qərbdə loyallıq göstərilməsi heç də Pandora
yeşiyinin qapağını açmaq deyildir ki, bədbəxtliklər ətrafa yayılsın. Sadəcə olaraq, Qərb
ölkələri cinsi orientasiyası fərqli olanların, bir qədər başqa cür görünən, ümumi haldan
kənara çıxmaqla dönük taleyə malik olanların həyatına günəş işığının düşməsinə mane
olan halları aradan qaldırmışlar. Onlar axı heç vaxt özlərini olduqları kimi göstərə
bilmirlər, elə bil ki, xromosomlar formalaşan andan faciəli və komik bir rolu oynamağa
məhkum edilmişlər. Onların passiv olanları kişi bədənindəki məhbəsə gömülmüşlər,
ona görə də hətta qadağalara baxmayaraq kişilərlə cinsi əlaqəyə can atırlar. Qərb
dövlətləri, əslində, bu məhkumluğa son qoymaq məqsədini güdürlər, onları ədalətsiz
qaydada məsuliyyət daşımaqdan azad edirlər.
Şərq ölkələri, xüsusən islam dininin hakim kəsildiyi ölkələr homoseksualizmin
geniş miqyas almaması ilə fərqlənə bilərlər. Lakin bu hal heç də digər, daha eybəcər
əxlaqdan kənara çıxmaları nəzərə almamağa gətirib çıxarmır. Kənd yerlərində, xüsusən
cavanlar arasında zoofiliya halları məhz belə eybəcərliklərdən xəbər vermirmi? Bəzən
hətta yaşlı, özü də cəmiyyətdə müəyyən nüfuzu olan adamlar gənclikilərində özlərinin
zoofiliya təcrübələrindən ağız dolusu danışırlar, bunu məhz özlərinin vaxtilə yerli
Kazanova olmaları kimi qələmə verməklə saxta qürur duyurlar.
Şərqdə zinakarlıq ümumiyyətlə məhkum edilir, bəzi ölkələrdə buna yol ermiş
qadın daş-qalaq edilir, bu vaxt intim yaxınlığn necə və hansı şəraitdə baş verməsinə də
əhəmiyyət verilmir. Qədim hettlərdə isə qadın əgər öz evində başqa kişi ilə intim
yaxınlıq etmişdisə, onu öldürürdülər, uzaq bir dağda bu hadisə baş verdikdə isə,
qadının bu vaxt köməksiz olduğu nəzərə alınaraq, onu cəzalandırmırdılar. Əxlaq
pozğunluğuna görə sərt cəzalar hansısa hədlərdə fayda verə bilər, lakin onun
bütünlüklə bu bəlanı yoxa çıxarmasını güman etmək sadəlöhvlükdür. Öz şəhvət
yanğısını söndürmək istəyənlər daha hiyləgər üsullara əl atmaqdan da çəkinmirlər.
Zinakarlığın birdəfyəlik ləğv edilməsini düşünmək, daha çox dəvəquşunun guya
gizlənmək üçün başını quma soxmasına bənzəyir.
Ümumiyyətlə, əxlaq məsələsi, onun təmizliyi hər bir xalqdakı qaydalara görə
münasibətin necə olmasından asılı olduğuna görə, nisbi xarakter daşıyır. Bir vaxtlar
Avropada kral ailələri arasındakı nikah əsasən siyasətə xidmət edirdi, digər
hökmdarlara daha çox qız verən Habsburqlar sülaləsinin bu fəaliyyətinə görə hətta
«Avstriya, ərə ver» şüarı da meydana gəlmişdi. Siyasət olan yerdə isə məhəbbətdən
söhbət gedə bilməz. Osmanlı sultanları öz hərəmlərini saray əyanlarına ərə verirdilər və
bu, sarayda ailə münasibətlərinin bərqərar olması kimi qəbul edilirdi. Ona görə bircinsli
nikahlara da mikroskop altında baxmaq çox vaxt digər problemlərə göz yummaqdan
irəli gəlir.
Eyni cinsdən olanların nikahının çox sayda əleyhdarları kimi tərəfdarları da
vardır. Birincilər nikah institutunun hörmətdən düşməsini, ailə birliyinin əvvəlki
mahiyyətindən uzaqlaşmasını irəli sürürlərsə, ikincilər hüquq bərabərliyini ön plana
çəkirlər. Solomonun hökmünə bənzəsə də, hər iki fikir həqiqətə söykənir. Ancaq insan
haqları üstün mövqelərə yiyələndiyindən, nikahla meydana gələn ittifaq ənənəsini
52
pozub, onu müəyyən deformasiyaya uğratsa da, bunun hesabına Avropa və hər iki
Amerikanın bir sıra ölkələrində bircinsli nikahların bağlanmasında mövcud olan bütün
maneələr aradan götürülmüşdür. Lakin bu yeni hədyanlıq fazasına çevrilməməlidir,
çünki bir tərəfdə yaranan zorakılıq, bəzən onun imitasiyasının nümayişi belə, əks
tərəfdə də kin və hiddət yaratmamış qalmır. Əgər əvvəllər geylər, lesbiyankalar ən azı
mənəvi təcavüz hiss edirdilərsə, indi onun allotropiyası hədəf kimi öz əleyhdarlarına
qarşı tuşlanmamalıdır. Təcavüzün hər bir zərbəsi kimə ünvanlandığından asılı
olmayaraq, daha çox cəmiyyətə dəyir, onun birliyinin dayaqlarını laxladır.
Bəzilərinə elə gələ bilər ki, Şərq ölkələri bircinsli yaxınlıq bitkisinin
bitmədiyi susuz səhradır. Əlbəttə, islam dininin sərt qaydaları bu kənara çıxmalara
qarşı möhkəm sipər çəkir. Lakin bu heç də belə pretsendentin tam yoxluğuna dəlalət
etmir. Bəzi islam ölkələrində isə Qərbin təsiri güclü olduğundan, bu məsələyə xeyli
dərəcədə loyal münasibət bəslənilir. Türkiyədə XX əsrin ikinci yarısında incəsənət
xadimləri arasında homoseksualistlərə, transseksualistlərə nəinki rast gəlmək mümkün
idi, hətta onlar böyük hüquqa yiyələnir, tamaşaçıların böyük sevgisi ilə əhatə
olunurdular və bu hal yenə də davam edir. Onlaırn təcrübəsi də təsirsiz qalmr.
Azərbaycanın şou-biznesində də cinsi orientasiyası üzrə fərqli meyli olanlar əvvəlki
sıxıntılarından xeyli azad olmuş kimi görünürlər.
Qeyri-ənənəvi nikahlarıa icazə verilməsi Qərb ölkələrinin özündə də heç də
birmənalı qarşılanmır. Ənənə, dini inam, müqəddəs kitabların müddəalarına ehtiram
bu sahədə müqavimətin yaranmasında az rol oynamır. Lakin bütün etirazlar,
müqavimətlər cinsi orientasiyası fərqli olanları başqa yola döndərmək iqtidarında
deyildir. Onlar öz əleyhdarlarına qibləgahları saydıqları Oskar Uayldın sözləri ilə cavab
verə bilərlər: «I can resist anything, exept temptation» «Mən hər şeyə müqavmət
göstərə bilərəm, təkcə məni şirnikləşdirəndən başqa”. Bu adamlar onları başdan çıxaran
öz istəklərinə müqavimət göstərə bilməzlər, heç müqavimət göstərmək də istəmirlər.
Siyasətçilər isə onlardan bir alət kimi istifadə etməkdən çəkinmirlər. Bunun bariz
nümunəsini isə biz 2012-ci il və bu ilin ötən dövründə baş verən hadisələrdən aydın
şəkildə görürük.
2013-ci il.
Torpaq hər bir ölkənin böyük sərvətidir
Torpaq digər əksər canlılar kimi insan nəslinin də boy atdığı, inkişaf etdiyi bir
məkan olmaqla, hər bir ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm yer
tutur. Torpaqdan düzgün, təsərrüfatçılıqla istifadə etldikdə əhalinin qida maddələri ilə
iəchizatı yaxşılaşır, ən azı ölkənin ərzaq təhlüksizliyinə təminat yaranır. Azacıq qulluq
edildikdə onun istehsal gücü meydana çıxır, əmtəə yaratmaq xüsusiyyəti isə müqayisə
edilməyənə çevrilir. Ona görə də Birləşmiş Ştatların bani-atalarından biri olan, dahi
Bencamin Franklin torpağı əməklə birlikdə sərvətin, var-dövlətin mənbəyi
adlandırmışdı. Karl Marks onun bu ifadəsini özünün «Kapital» əsərinin birinci cildində
təkzibolunmaz arqument kimi gətirmişdi.
53
Torpağa qayğı təkcə bugünkü vəzifələrin həllinə deyil, həm də xalqın gələcəyinə,
ölkənin ardıcıl olaraq çiçəklənməsinə göstərilən ən düzgün münasibətdir. Onun
münbitliyinin qorunub saxlanması, mümkün qədər yaxşılaşdırılması hər bir nəslin
ümdə vəzifəsinə çevrilməlidir. İnkişaf etmiş aqrar bölmə ərzaq probelmini həll etməyə
xidmət etməklə yanaşı, həm də sənayenin bir sıra sahələri üçün xammal istehsal edir.
Dilimizdəki torpaq məfhumu həm «quru», «yer», həm də bitki aləmi üçün zəruri
məkan rolunu oynayan «münbit torpaq» mənasını verir. Axırıncı, bitkinin böyüməsi,
inkişafı üçün şərait yaradır. Münbit torpaq yoxdursa, deməli, bitki də yoxdur. Ona görə
də, torpaq hətta becərilməldikdə belə ən azı alaq otu əmələ gətirir. Torpaqşünaslara və
bioloqlara görə, alaq bitməyən torpaq əslində torpaq deyildir, canlı aləmlə əlaqəsi
olmayan suxurdur.
Torpaq öz yararlılığında heç də illərə, yaşa tabe olmur, onun məhsul vermək
xüsusiyyəti əsla müvəqqəti xarakter daşımır. O, əbədi olmasa da, daimidir, ardı-arası
kəsilməyən nəsillərə öz töhfəsini verməkdə davam edir. Elə ölkələr vardır ki, orada
əkinçiliyin beş min ildən artıq bir tarixi vardır, həmin ərazinin qədim sakinlərinə
xidmət etdiyi kimi, indiki nəslin ehtiyaclarını da ödəməkdə davam edir, gələcək nəsillər
üçün də özünün bəlkə də xeyli artacaq istehsal qabiliyyətini əsirgəməyəcəkdir. Çində
tarixin başlanğıcından əkinçiliklə məşğul olunmuşdu. Mesopotamiyada (Dəclə və Fərat
çayları arasında olan, indiki İraq ərazisində) torpaqların kütləvi becərilməsinə keçid
eyni qədimlikdəki dövrə gedib çıxır. Ona görə də Karl Marksın dediyi kimi, biz heç də
torpağın mülkiyyətçiləri deyilik, onun müvəqqəti sahibləriyik, onu ən azı qəbul
etdiyimiz səviyyədəki keyfiyyətdə (münbitlikdə) gələcək nəsilə təhvil verməlyik. Bu
estafetin başlanğıcı olsa da, sonu görünmür, bəşəriyyət mövcud olduqca torpaqları
icarəyə götürən nəsillər bir-birini əvəz edəcəkdir. Torpağın mülkiyyətçisi isə xalqdır.
Xalq isə heç vaxt hansısa bir nəsildən ibarət olmur, öz böyük və ya kiçik tarixinə malik
olur, öz adı altında çox sayda olan, əslində tükənməyən nəsilləri birləşdirir.
Torpaq bizi əhatə edən ekosistemdə də mühüm yer tutur. Ona görə də təbiətə
göstərilən qayğı hökmən torpağa olan qayğını da əhatə etməlidir. Rus yazıçısı
M.M.Prişvinin dediyi kimi, təbiəti sevmək isə Vətəni sevmək deməkdir. Torpaqdan
düzgün istifadə edilməməsi, daha çox gəlir gətirmək məqsədilə onun vəhşicəsinə
istismarı nəinki səmərə vermir, hətta bir sıra hallarda əks effekt verir. Torpaq ona
göstərilən münasibətə, qaygıya adekvat da cavab verir. Əkinçilik mədəniyyətinə məhəl
qoyulmadıqda isə, torpaq ondan istifadə edənlərə böyük fayda vermək əvəzinə, belə
əkincilərdən səhvlərinə görə rüsum tələb edir. Pis qulluq edilən torpaq münbitliyini
bərpa etmək naminə meliorasiya (latın dilində «yaxşılaşma» deməkdir) tədbirlərinrə
ehtiyac duyur, bu isə ağır xərclər sərf etmək hesabına başa gəlir. Bu xərcləri əslində
fermer və ya təsərrüfat üçün cərimə, rüsum hesab etmək olar.
Torpaq üstündə və özündə yetişdirilən məhsulları ilə insanları və heyvanları
qidalandırdığından körpəyə qayğı göstərən anaya bənzəyir. Təsadüfi deyildir ki, bəzi
hallarda «torpaq» ifadəsinə «ana» sözü də əlavə olunur. Axı torpaq canlıların
əksəriyyətinin mənbəyi rolunu oynayır. Əgər körpə bir-iki il ana döşünü əmib
qidalanırsa (qədim köçəri xalqlarda uşağın döş əmməsi dörd-beş il davam edirdi və döş
südü ilə belə uzunmüddətli qidalanma qadının doğub törəmə qabiliyyətini xeyli
ləngidirdi), torpaq ondan istifadə etməyi bacaran insanları isə lap qədim dövrlərdən
54
indiyə qədər qidalandırmaqda davam edir, onu özünün «südü» tükənməyən döşü ilə
«əmizdirir». Qədim Romada kənd təsərrüfatı ensiklopediyasının müəllifi Kolumella
özünün 12 cildlik əsərində torpağın bu xüsusiyyətini başqa canlılara məxsus olanla
fərqləndirərək, onun əvəzsiz olduğunu qeyd edir. Bütün canlılarda analar balalarını
yalnız bir müddət döş südü ilə qidalandırır, körpəlik ötüb keçdikdən sonra ananın öz
bədəni hesabına balanı qidalandırması kəsilir. Torpaq isə bəşər övladını
qidalandırmasını heç vaxt dayandırmır.
Bundan başqa qadının, dişi heyvanların doğmaq, nəsil vermək qabiliyyəti
müəyyən müddətlə məhdudlaşır, yaşa dolduqda, qocalanda onların hamilə, boğaz
olması və bala doğması kəsilir. Torpaq isə tam unikal anadır, o, məhsul verpməsini heç
vaxt dayandırmır, kəsmir, min illər kesçə də, onun törəmə qabiliyyətində fasilə baş
vermir. İnsanların günahı ucundan, yaxud da müharibə dövründə döyüş gedən
ərazilərdə torpaqlar bir müddət becərilmədiyindən onlar məhsul vermir. Lakin belə
fasilələrdən sonra torpağa azacıq qulluq edildikdə o, yendən bəhrə verməyə başlayır.
Dəgir analardan fərqli olaraq, torpaq qətiyyən mütləq qocalmır, sıradan çıxmır (əlbəttə,
düzgün istifadə edildikdə), gənc qadın sağlam uşaqlar dünyaya gətirdiyi kimi, o da
yaşından asılı olmayaraq (hətta min illərlə istifadə edilsə də), bəhrəsi timsalındakı uşaq
doğmaqdan qalmır, həm də heç vaxt qadınlara nəsib olan nənəyə çevrilməni yaşamır,
bütün nəsillər üçün qida sayılan məhsulları aramsız olaraq istehsal etməkdə davam
edir. Ona görə də öz gəncliyini əbədi etməklə, onun sağlamlığına (münbitliyini
qoruyub saxlamasına) heç bir şübhə yaranmır. Tək-tək qadın və dişi heyvan ekiz və
daha çox balalar doğduğu halda, torpaq əkinçilik qabiliyyətindən, texnologiya
səviyyəsindən, becərilən bitkinin cinsindən asılı olaraq məhsuldarlığını bir neçə
dəfələrlə artıra bilir və bu xüsusiyyətinə görə də bütün anaları geridə qoyur.
Orta əsrlərdə Avropada səpilən taxıl toxumunun miqdarından yalnız iki-üç dəfə
artıq məhsul götürülürdü. Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Yeni
Dünyadan Avropaya gətirilən qarğıdalı toxumundan isə on dəfələrlə çox məhsul
götürülürdü. Soxa əvəzinə metal kotanlardan istifadə də Avropanın şimalındakı ağır
torpaqların şumlanmasında daha yaxşı effekt verdiyindən məhsul istehsalının
yüksəldilməsinə şərait yaranırdı.
Quraqlıq zonalarda isə suvarılma tətbiq edilmədən əkinlərdən dəmyə qaydada
məhsul almaq müşkül məsələ hesab olunurdu. Arid ərazilərdə yalnız ciddi aqrotexniki
tədbirlər həyata keçirildikdə dəmyə əkinçilikdə məhsul istehsalı mümkün olurdu. Bu
tədbirlərə şumun herik altında saxlanması, əkin dövriyəsində torpaqların dincə
qoyulması mühüm şərt hesab olunur. Amerika Birləşmiş Ştatlarında dövlət torpaqların
münbitliyinin qorunub saxlanması üçün fermerləri maddi cəhətdən həvəsləndirir. Bu
ölkədə torpağın beşdə birini dincə qoymağa görə fermerə başqa sahələrin hər
hektarından əldə etdiyi gəlirə müvafiq olaraq maddi yardım göstərilir.
Əkinçiliklə məşğul olan qədim xalqlar bu sahədə böyük itəcrübə qazanmaq və
nailiyyətlər əldə etməklə bəşəriyyətə əvəzsiz xidmət göstərmişlər. Qədim çinlilər
irriqasiyanın böyük faydasını dərk edərək, Yantszı çayından ölkənin şimalınadək kanal
çkmək istəyirdilər. Bu möhtəşəm layihə ilk imperiator Şi Xuan-dinin Böyük Çin səddini
tikib tamamlamaqla, birləşdirilməsi kimi nəhəng miqyaslı əhəmiyyətə malik olan bir
tədbir olacaqdı. Mərkəzi və Cənubi Amerika xalqlarının isə əkinçilikdə əldə etdiyi
55
təcrübələr heyrətamiz hesab edilməlidir. Bu ölkələrin əkinçilik üçün o qədər də əlverişli
olmayan dağlıq ərazilərində onların yaratdığı sivilizasiya əsasən inkişaf etmiş əkinçiliyə
əsaslanırdı. Yalnız bitkiçilik məhsulları həmin ərazilərin sakinlərinin əsas qida
ratsionunu təşkil edirdi. Şimali Amerikanın hindu tayfaları isə ovçuluqla, əsasən bizon
və karibu əti istehlakı hesabına dolanır, su hövzələrindəki yabanı çəltiyin məhsulunu,
qoza və toxum toplayırdılar. Asiyada yaşayan köçəri xalqlar isə heyvanlarlıqla məşğul
olmaqla, ətlə və sud məhsulları ilə qidalanırdılar. Monqollar torpağı nəinki şumlamağı,
hətta ona əzab verməyi qəbahət sayırdılar. Amerikanın Atlantik okeanının sahilindəki
ərazilərdə məskunlaşan hindu tayfaları isə oturaq həyat keçirir, balıq ovu ilə yanaşı,
əkinçiliklə də məşğul olur, qarğıdalı və tütün becərirdilər. Qədim Misirdə 3,5-4 min il
əvvəl, nəhəng piramidalar tikintisində işləyənlərin əksəriyyətini təşkil edən kəndlilər
əsasən çörəklə, sarımsaq və soğanla qidalanırdılar. Həmin dövrdə ölkədəki varlılar,
həm də kasıblar adətən həmin ərzaqlardan istifadə edirdilər. Onlar pivə içirdilər,
varlıların ratsionunda ət də olurdu. Bitkiçilik məhsulları ümumiyyələ oturaq həyat
keçirən bütün xalqların qidasında xüsusi əhəmiyyət daşıyırdı.
Amerika kəşf edildikdən və burada avropalılar məskunlaşandan sonra bütün
dünyada istehsalı yayılan kartof, pomidor, qarğıdalı, bostan bitkiləri, tütün (müasir
dünyada axırıncının istifadəsinə münasibət diametral qaydada dəyişsə də), oranın
aborigen sakinləri olan hindu tayfalarının bəşəriyyətə bəxş etdiyi ən böyük töhfə hesab
ediliməlidir. Xristian dini Bibliyaya məlum olmayan bitkilərin Avropada yayılmasına
qarşı çıxırdı. Həmin qidanın istehlakına da mənfi münasibət bəsləyirdi. Lakin Avropa
xalqları dinin əks-təbliğatına məhəl qoymayaraq, həmin bitkilərin becərilməsini və
onların məhsullarının istehsalını və istehlakını getdikcə genişləndirirdilər.
Bunu indi dünyanın mülayim iqlimi olan bütün regionlarında becərilən kartofun
Avropaya gətirilib yayılmasında aydın görmək olar. Kartof hələ bizim eradan əvvəl
200- ci illərdə Cənubi Amerikada Kolumbiyadan Şimali Argentina və Çiliyədək And
yüksəkliklərində becərilirdi. İndi minlərlə növü olan bu bitkinin mənşəyi yabanı şəkildə
olan 160 saydakı sadə növlərə malik olmasına borcludur. İlk dəfə 1565-ci ildə
İspaniyaya gətirilməklə Avropada meydana çıxmışdı. Ser Uolter Reli 1584-cü ildə
Amerikaya səyahət etdikdən sonra kartof İngiltərə kraliçası I Elizabetə bir ekzotik
hədiyyə kimi təqdim edilmişdi. Hazırda bir çox ölkələrdə “ikinci çörək” kimi qəbul
edilən kartof əsasən öz uğurlu taleyinə belə başlamışdır. Lakin o faciə mənbəyi rolunu
oynamamış da keçinməmişdir. 1845-1847-ci illərdə kartof xəstəliyi ( yarpaqlqrin saralıb
tökülməsi) ucbatından İrlandiya kəndliləri arasında geniş yayılan aclıq baş vermişdi.
Aclıq nəticəsində adamlar doğma yurdlarını tərk edib, Britaniyaya və Amerikaya
mühacirət etmiş, ölkə əhalisinin sayı beş il ərzində 25 faizə düşmüşdü.
Kartofa başqa mənfi münasibət bəslənməsi halları da olmuşdur. Böyük rus
yazıçısı A. İ. Gertsen özünün “ Olmuş əhvalatlar və düşüncələr” əsərində kartofu
olduqca əhəmiyyətsiz, kalorisi olmayan bir qida növü kimi məhkum edir, hansı ki,
onun meyvəsi bişirilmə keyfiyyətinə və dadla yanaşı bol nişastaya, C vitamininə və
proteinə malikdir. Görünür, bəzi görkəmli dövlət xadimləri yazıçıdan çox-çox əvvəl bu
ərzaq növünün əhəmiyyətini daha yaxşı anlamış və onun yayılmasına şərait yaratmaq
qayğısina qalmışar. Məsələn, Rusiya çarı I Pyotr XVIII əsrin başlanğıcında
Hollandiyadan bir kisə kartof gətirmiş və onun öz ölkəsində becərilməsinin təşkilinə
56
nail olmuşdu. Yaxud, başqa bir maraqlı misal. Prussiya kralı Böyük Fridrix (II Fridrix)
1750-ci ildə tikdirdiyi San-Susi sarayının ətrafında kartof əkdirmişdi və onun
məhsulunu güya qorumaq məqsədilə gündüzlər plantasiyaya xüsusi mühafizəçilər
qoymuşdu, lakin gecə düşən kimi həmin mühafizəçilər öz postlarını tərk edirdilər.
Qonşuluqda yaşayan ailələr bu ərzağa kralın ciddi qayğı göstərməsini nəzərə alıb,
gecələr əkinləri qazır və kartofu evlərinə daşıyırdılar. Sonra həmin ailələr özləri
canfəşanlıqla kartof becərməyə başladılar və bu bitki Prussiyada, bütün Almaniyada
geniş yayıldı.
Əkinçiliyə yüksək diqqət verilməsi Mərkəzi və Cənubi Amerikada
heyvandarlığın təşəkkül tapmasına da digər amillərlə yanaşı mane olmuşdu.
Meksikada yalnız üç heyvan növü – arı, hinduşqa və ətindən istifadə edilməsi üçün it
əhilləşdirilmişdi. Peruda və digər ölkələrdə lamanın əhliləşdirilməsi də tam başa
çatdırılmamışdı. Ona görə də Mərkəzi və Cənubi Amerikalıların süfrəsində bitkiçilik
məhsulları müstəsna əhəmiyyət daşıyırdı. Burada vəhşi heyvan aləmi də nisbətən
kasad olduğundan Şimali Amerikadakından fərqli olaraq ovçuluq da iknişaf
etməmişdi. Şimali Amerikadakı vəhşi sürülərdəki tərkib sayı milyonlara çatan
bizonların hansısa bir nümunəsinə burada rast gəlmək mümkün deyildi, onlardan əsər-
əlamət də yox idi. Şimali Amerikanın özündə də vəhşi heyvan növləri o qədər çox
deyildi. Bəziləri səhvən mustanqı oradakı vəhşi at hesab edirlər, mustanq isə
avropalıların oraya gətirdiyi ev atlarının vəhşiləşmiş növü idi. Onlar sahiblərindən
uzaq düşdükdə preriyalarda yaşayırdılar. Mustanqlar əsasən ov obyekti hesab
olunurdu, onun ətindən və dərisindən istifadə edirdilər. Ona görə də demək olar ki, bu
növ məhv edilmişdir.
Qoşqu heyvanlarının mövcud olmamasına görə hindu tayfalarına təkər də
məlum deyildi. Cənubi Amerikanın uca dağ ərazilərində bütün yüklər adamların
belində daşınırdı. Yalnız ispanların işğalından sonra Mərkəzi və Cənubi Amerikaya at,
mal-qara gətirildi. 1519-cu ildə Meksika sahilinə çıxan Ernan Kortesin silahlı dəstəsini
ilk dəfə görən atsteklər bu vaxtadək görmədkləri odlu silahdan deyil, onların mindiyi
və tuzem əhalinin ilk dəfə görduyu atlardan daha çox qorxmuşdular. Belə bir rəvayət
də vardır ki, 1531-ci ildə Fransisko Pisarronun qoşunu Perunu işğal edəndə, qulluq
göstərmək istəyən yerli əhali yem kimi onların atlarının qabağına ət qoymuşdular.
Hinduların əkinçilikdəki nailiyyətləri birdən-birə meydana gəlməmişdi, uzun
dövrün təcrübəsinə əsaslanırdı. Həmin ölkələrdə heyvandarlıq mövcud olmadığından,
ət və süd məhsulları da yox idi və maddi həyat sakinləri əkinçiliklə daha ciddi məşğul
olmağa məcbur edirdi. Axı bitkiçilik məhsulları olmasaydı, onlar dəhşətli aclıqla üzləşə
bilərdilər. Ona görə də bu ərazilərin sakinləri bitkiçiliyə, torpağın becərilməsinə xüsusi
qayğı göstərirdilər. Empirik idrak hesabına onlar əkinçilik mədəniyyəti elementlərinə
də yiyələnmişdilər, torpağın münbitliyinin məhsuldarlığa necə təsir göstərdiyini
anlayırdılar və onu artırmaq qayğısına qalmaq üçün bəzi tədbirlər düşünüb həyata
keçirirdilər. 1620-ci ilin payızında Massaçusets körfəszinə cəlib çıxan puritan ingilislər
burada «Yeni Plimut» koloniyasını yaratdılar. Onlar qonşuluqda yaşayan hindularda
ilk dəfə qırmızı, yaşıl, sarı rəngdə olan qarğıdalı dənələrini görmüşdülər.
Hindular dostluq münasibətlərinə görə yeni sakinlərə bir qədər qarğıdalı
toxumu vermişdilər və birinci ili bitki xam torpaqda yaxşı məhsul verdi. İkinci ilin
57
səpininidən sonra cücərtilər çox seyrək alındı, hinduların əkinlərində isə bitki sıxlığı
əvvəlki tək yaxşı idi. Bunun səbəbini öyrənmək istədikdə, hindular onlardan torpağa nə
qədər balıq verdiklərini soruşduqda, ingilislər bildirdilər ki, onlar bunu etməmişlər,
okeandan tutduqları balıqları öz qidaları üçün istehlak etmişlər. Hindular izah etdilər
ki, münbitliyi bərpa etmək üçün (əlbəttə, termin onlara məlum deyildi), torpağa
hökmən balıq verilməlidir və onların özləri tutduqları balığın bir hissəsi ilə məhz belə
davranırlar. Fosforun nə olduğunu bilməyən tuzem əhali əkin torpağına balıq
basdırmaqla onu fosforla zənginləşdirirdilər. Bu barədə həmin koloniyanın
qubernatoru olmuş Uilyam Bredford özünün «Plimut plantasiyasının tarixi» kitabında
geniş bəhs edir. 1607-ci ildə Virciniyadakı ilk ingilis kolonisti, həmin koloniyanın
qubernatoru olmuş Con Smit də iki il sonra İngiltərəyə qayıtdıqda yazdığı «Həqiqi
açıqlamalar» kitabında da, bu məsələyə toxunur. Bu həmin Con Smitdir ki, hindular
tərəfindən əsir götürülüb, edam edilmək qorxusu altında olduqda hindu başçısının qızı
Pokahontasın yalvarışı hesabına əfv edilmiş və azadlığa buraxılmışdı.
Qədim əkinçilər həm Asiyada (xüsusən Çində və Vyetnamda), həm də Cənubi
Amerikada (xüsusən Peruda) terras əkinçiliyini tətbiq etmişdilər. Dağlıq ərazilərdə bu
əkinçilik metodu olduqca səmərəli hesab olunur və dağ yamaclarındakı torpaqları
sürüşmədən və münbit qatlarını yuyulub eroziyaya uğramaqdan qoruyur. Terraslarda
hətta suvarma tətbiq edildikdə, düyü plantasiyaları isə bunsuz ötüşə bilməz,
torpaqların dağılmasının, əkin dövriyyəsini tərk etməsinin qarşısı alınır. Çox təəssüf ki,
Qafqazda buna ehtiyac olduğu halda, terras əkinçiliyi tətbiq olunmur, hətta bu azmış
kimi, dağ yamacları da düzənlik sahələri kimi şumlanır və becərilir, heç olmazsa, onun
köndələninə şumlanmasına da əhəmiyyət verilmir. Ona görə də sürüşmə və torpağın
eroziyaya uğraması bu ərazilərdə nadir hal hesab olunmur.
Meksikada isə sərt yamaclardakı torpaqları daim əkin dövriyyəsində saxlamaq
üçün daha qayğıkeş üsula üstünlük verilir. Buradakı ucu yonulmuş ağac payaları ilə
(buna qazma ağacı deyilir) rütubətli torpaqda xırda deşik açılır və bura iki qarğıdalı
toxumu qoyulur. Həmin sahələrdə qartıdalı bitkilərinin sıxlığı və plantasiyanın
becərilmə səviyyəsi göz oxşayır. Burada ümumiyyətlə nəinki traktorla şumlamaya, heç
bellə qazılmaya da yol verilmir. Dağlıq ərazidə kasad olan münbit torpağa belə qayğıya
yalnız həsəd aparmaq olar. Meksikalı əkinçilər bu metodla təkcə yüksək məhsul
almırlar, həm də öz başlıca kapitallarını – münbit torpaqlarını qoruyub saxlaırlar.
İbtidai insanın əkinçiliyə keçməsi də məhz həyati tələbatdan meydana gəlmişdi.
Ovçuluq, meyvə, kök və toxum yığma getdikcə artan insan kütləsinin qida ilə
qarantiyalı təminatına zəmin yarada bilmirdi. Bu səbəbdən tez-tez dəhşətli ərzaq qıtlığı,
ölümcül aclıq qorxusu yaranırdı. Ona görə də bəşəriyyətin qədim əcdadları əkinçiliyə
və heyvandarlığa keçdilər, bu insan zəhməti tələb edən istehsal sahələri əvvəlki
məşğuliyyətə nisbətən tələbatı ödəməkdə daha əlverişli hesab olunurdu. Lakin aclıq
min illər boyu heç də bütünlüklə yoxa çıxa bilmədi. Heyvandarlıqla məşğul olmaq
üçün ibtidai insan vəhşi heyvan balasını tapdıqda, onu öz yaşayış məskəninə gətirib
böyüdür, bu yolla mal-qara bəslənilməsinə keçirdi. Əkinçiliyin bünövrəsi isə, yığılan
toxumlar ehtiyat üçün saxlandıqda cücərdiyindən, ondan mədəni bitkiçilik, başqa sözlə
bitkilərin becərilməsi, onların artıq özləri tərəfindən istehsal edilən məhsullarından
istifadə olunması qaydası yarandı. Beləliklə, isnanlar ovçuluq və qida toplamaq yolu ilə
58
özünü təmin etməyin tez-tez baş verən uğursuzluq risqindən azad olub, öz əlinin
zəhməti ilə becərdiyi və hasilə gətirdiyi məhsuldan istifadəyə keçdi.
Qədim insanlar torpaqların becərilməsində heç də səhvlərdən də xali deyildilər.
Mesopotamiyada çox isti iqlimə görə suvarma tətbiq edilmədən, geniş irriqasiya
şəbəkəsi yaradılmadan əkinçilik mümkün deyildi. Həmin ərazidə yaz və yay çox isti
keçirdi, aprel ayında artıq arpa biçilirdi. Lakin suvarma texnqologiyası primitiv
xarakter daşıdığından burada torpaqların geniş miqyasda və sürətlə şoranlaşması baş
verdi. İzafi suvarmadan sonra qızmar günəşin hesabına sürətlə buxarlanma getdikdə,
torpaqdakı məsamələr vasitəsilə ona hopmuş su yuxarı qalxır və duzu özu ilə torpağın
səthinə çıxarıb onu şoranlaşdırırdı, münbitliyini azaldır, məhsul verməsini heçə
endirirdi. Tarixçilərin rəyinə görə, Assuriya dövləti geniş torpaq sahələrinin
şoranlaşması hesabına ciddi iqtisadi tənəzzülə uğradı və iqtisadi iflas onun hərbi
qüdrətini də zəiflətdiyindən bizim eradan əvvəlki VII əsrinin başlanğıcında Midiya və
Babilistan tərəfindən məğlub edilməklə, tarix səhnəsindən birdəfəlik silindi.
Bədbəxtlikdən bu hadisə XX əsrin ikinci yarısının son onilliklərində də təkrar olundu.
Axı tarix iki dəfə təkrar olunur, birinci dəfə faciə kimi, ikinci dəfə isə fars kimi. İraqda
keyfiyyətsiz tikilən irriqasiya şəbəkəsi və digər aqrotexniki nöqsanlar torpaqların xeyli
dərəcədə şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına yol açdı və əkinçilik ciddi
problemlərlə üzləşdi. Əgər İraqdakı bol xurma bağları olmasaydı (Dünyadakı xurma
istehsalının 70 faizi bu ölkənin payına düşür), Səddam Hüseynin rejimi dövründə İraq
əhalisi müdhiş aclıqla üzləşərdi. Yaxud, bizim eranın 250-900-cü illərində Meksikada
mövcud olmuş mayya xalqı tropik meşələri təmizləyib, kənd təsərrüfatı ilə məşğul
olurdu. Yağış suyunu yığmaq üçün onlar çox sayda rezervuarlar tikmişdilər. Lakin
mayya sivilizasiyası tənəzzülə uğradı, güman edilir ki, uzun müddət davam edən
quraqlıq bu xalqı fəlakətə uğratdı.
İraqla bir regionda yerləşən və ərazisinin xeyli hissəsini səhralıq təşkil edən
İsraildə isə yüksək əkinçilik mədəniyyəti hesabına nəinki heç bir ərzaq qıtlığı hiss
olunmur, əksinə, bu ölkə öz yaxın qonşularına subtropik meyvə satır, dünya bazarına
başqa əkinçilik məhsulları da çıxarır. Burada kəskin su qıtlığı mövcuddur və İsrail öz
ərazisində subartezian quyularının qazılmasına qadağa qoymuşdur, belə quyular
yalnız işğal edilmiş ərazilərdə qazılır ki, yerin təkindəki su ehtiyatı gələcək nəsillər
üçün saxlansın. Bu ölkənin ərazisində də qızmar günəş istisinin mövcudluğuna görə
suvarmasız əkinçilik aparmaq mümkün deyildir və burada suyun qıtlığı və yüksək
aqrotexnologiya tələbləri nəzərə alınaraq damla qaydasında suvarma aparılması geniş
tətbiq edilir. Sudan qənaətlə istifadə, bitkinin optimal rütubətlə təmin edilməsi, bol və
keyfiyyətli məhsul alınmasına şərait yaradır. Damla suvarması həm də alaq otlarına
qarşı mübarizə aparmaq üçün əmək və maliyyə xərcinin sərf edilməsinin qarşısını alır
və bu, məhsulun maya dəyərinin də yüksəlməsinə imkan vermir.
Bibliyada göstərildiyi kimi, Allah Moiseyə demişdi ki, sizi münbit torpağa
gətirmişəm, bu torpaqda çaylar və bulaqlar vardır, burada buğda və arpa, üzüm, əncir,
nar, zeytun və bal istehsal edə bilərsiniz. Moiseyin Xanaana göndərdiyi casusllar bunun
həqiqət olduğunu söylədilər. Onlar bu torpağa üzüm yetişən vaxt qədəm basmışdılar,
qayıdarkən bir üzüm salxımı çox ağır olduğundan, dirəkdən asıb, iki adam onu
çiyinlərində gətirmişdi. Onlar buranı yəhudi dilində «Üzüm salxımı» mənasını verən
59
Eşkol vadisi adlandırmışdılar. İndi mübaliğəsiz demək lazımdır ki, İsrail ərazisi
bütövlükdə bol məhsulun rəmzi hesab edilən Eşkol vadisi adlana bilər.
Bəşəriyyətin əkinçilik təcrübəsi barədə fraqmentar qaydada da olsa söhbət
aparıldı. Lakin torpağın mahiyyəti, onun xüsusiyyətləri, əkinçilik metodları barədə bir
qədər geniş məlumata ehtiyac vardır.
Torpaq Yerin litosferasının (torpaq qabığı və mantiyanın yuxarı hissəsi daxil
olmaqla Yerin zahiri «bərk» sferası) səth təbəqəsi olmaqla münbitliyə, çox funksiyalı
heterogen açıq struktur sistemə malikdir, dağ süxurlarının aşınması və orqanizmlərin
fəaliyyəti nəticəsində əmələ gəlir. Torpaq biosfera, hidrosfera və Yerin atmosferi
arxasındakı qarşılıqlı fəaliyyəti xüsusi təbii membran kimi nizamlayır.
Torpaq Yer atmosferi tərkibinin mühüm nizamlayıcısı rolunda çıxış edir. Bu
torpaq mikroorqanizmlərinin fəaliyyətindən irəli gəlir, onlar nəhəng miqyaslarda
müxtəlif qazlar – azot və onun oksidini, metanı və digər uçan birləşmələri istehsal
edirlər. Bu qazların əksəriyyəti «istixana effekti» əmələ gətirir və ozon təbəqəsini
dağıdır, bu isə Yer kürəsində iqlimin dəyişməsinə gətirib çıxarır.
Torpaq Yerin səthindəki, Yerin altındakı suların və Yerin hidrosferasının
tərkibinə və xassələrinə mühüm təsir göstərir. Torpaq təbəqələrindən keçən su ondan
kimyəvi elementlərin xüsusi dəstini götürür, su toplama əraziləri üçün bu, xarakterik
hal sayılır. Torpaq səthinin pozulması suyun keyfiyyətinin dəyişilməsində də özünü
büruzə verir.
Torpaq Yer kürəsinin quru hissəsinin səth təbəqəsi olmaqla canlı və ölü
orqanizmlərin (bitkiçiliyin, heyvandarlığın və mikroorqanizmlərin) təsiri altında dağ
süxurlarının dəyişilməsi, Günəş istisi və atmosfer yağıntılarının bilavasitə təsir
göstərməsi nəticəsində əmələ gəlmişdir. Torpaq tam şəkildə xüsusi təbii varlıq hesab
olunur, yalnız özünə məxsus olan quruluşa, tərkibə və xassələrə malikdir. Torpağın ən
mühüm xüsusiyyəti onun münbitliyidir, başqa sözlə, bitkilərin böyüməsini və inkişafını
təmin etmə qabiliyyətidir. Bitki isə yeganə canlıdır ki, torpaqdan mənimsədiyi qeyri-
üzvi maddələri Günəş enerjisinin və suyun köməkliyi ilə üzvi maddəyə çevirir və canlı
aləmin yaşamasında mühüm amil rolunu oynayır. Elm bu sahədə çox çalışsa da, suni
qaydada qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaq sahəsində hələ də olduqca
utancaq addımlarını atır.
Torpağın münbitliyi onun keyfiyyətini xarakterizə edən əsas göstəricidir.
Torpağın bu qabiliyyəti mədəni bitkilərə məskunluq mühiti, həyatın Yer faktorlarının
(su, qida maddələri, torpaq havasının təmin edilməsinin mənbəyi və vasitəçisi) iqtisadi
funksiyasını yerinə yetirən kimi xidmət edir. Münbitlik torpağın bitkiləri
qidalandırmaq üçün zəruri olan kifayət miqdardakı qida maddələrinə və su ehtiyatına
malik olmasıdır. Torpağın təbii münbitliyi uzun müddət davam edən torpaq əmələ
gəlməsi prosesinin nəticəsidir. Onun fiziki, kimyəvi, bioloji xassələri ilə xarakterizə
olunmaqla, Yerin iqlim xüsusiyyətləri ilə də sıx bağlıdır.
Torpağın iqtisadi münbitliyi isə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı
prosesində insanın fəaliyyəti nəticəsində yaranır. Əkinçiliyin başlıca vəzifəsi kompleks
aqrotexniki, meliorasiya, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsi yolu ilə
torpağın təbii münbitliyinin iqtisadi münbitliyə çevrilməsidir, bu isə əkinçiliyin
ratsional sisteminin tətbiq edilməsi deməkdir.
60
Yaşıl bitkilər torpağın münbitliyindən istifadə etmək, başqa sözlə, torpaqdan
suyu, qidanın kül elementlərini və azotu mənimsəmək, atmosferdən karbon qazını
assimlyasiya etmək, Günəşin kinetik enerjisini tutmaqla dəyişdirmək və nəticədə qeyri-
üzvi maddələri üzvi maddələrə çevirmək, başqa sözlə, zülallar. nişasta, şəkərlər, piylər
və digər maddələr yaratmaq qabiliyyətinə malikdir. Bu maddələr müxtəlif bitkiçilik
məhsullarının tərkibinə daxildir. Bitkilər torpaqdan qida maddələrini mənimsəməklə
onun münbitliyini azaltdığından, onu bərpa etmək zərurəti meydana gəlir.
Ümumiyyətlə, torpağın münbitliyi sabit şəkildə qalmır, müxtəlif təsirlər altında
dəyişilməyə məruz qalır. Bir qayda olaraq, iqlimin, relyefin, ilkin torpaq əmələ gətirən
süxurun, mikroorqanizmlərin, bitkilərin və heyvanların fəaliyyətlərindən torpağın
xüsusiyyətləri asılı olur.
Torpaq təbii cisim olub, Yer səthində biotik, abiotik və antropogen faktorların
uzun müddətli təsiri ilə meydana gəlir, bərk mineral və üzvi hissələrdən, spesifik
genetik-morfoloji əlamətlərə, xassələrə malik olur və onlar da bitkilərin böyüməsi və
inkişafı üçün müvafiq şəraitlər yaradır. İstənilən substrat sistemi bitkinin «toxumdan
toxum qədər» böyüməsini və inkişafını təmin etməklə torpaq adlanır. Torpaq horizontu
onun profilaktik spesifik təbəqəsi olmaqla, torpaq əmələ gətirən proseslərin təsiri
altında meydana gəlir. Torpaq səthi Yer səthini örtən torpağın məcmuudur. Torpaq
həm də yüksək dispersiya xüsusiyyəti ilə seçilir, bu xassəsinə görə xeyli dərəcədə
məsaməliliyə malikdir. Torpağın həcminin 50-60 faizini və kütləsinin 90-97 faizini
mineral komponentlər təşkil edir. Torpaq nə qədər yaşlıdırsa, onun mineral tərkibi
yarandığı süxurun tərkibindən daha ciddi surətdə fərqlənir. Minerallar süxurun
aşınması və torpaq əmələ gəlməsi gedişində qalıq material olmaqla, ilkin adını daşıyır.
Torpaq həmçinin ikinci dərəcəli mineralları da öz tərkibinə daxil edir, onlar isə ilkin
mineralların kimyəvi dəyişilməsi nəticəsində meydana gəlir.
Karbonatlar torpaqda böyük rol oynayır. Quraqlıq regionlarda bəzən torpaqda
tez həll olunan duzlar yığışır. Dənəvərli tərkibinə görə torpaq suyu saxlamaq, bir neçə
mineralı bir yerə yığışmasına şərait yaratmaq qabiliyyətinə malik olur. Ağır (gilli)
torpaqlarda isə havanı saxlamaq qabiliyyətində problemlər ola bilər. Yüngül (qumlu)
torpaqlarda başqa, su rejimi ilə əlaqədar çətinliklər yaranır.
Torpağın üzvi hissəsi onun saxladığı üzvi maddələrin miqdarından asılıdır.
Torflu torpaqlarda bu göstərici yüksək olur. Üzvi maddələrin tərkibinə bitki və heyvan
qalıqları kimi humus adlanan bəzi kimyəvi birləşmələr də daxil olur. Humin və fulvo
turşularındakı karbonun nisbəti torpağın humus vəziyyətinin mühüm göstəricisi hesab
olunur. Humus latınca torpaq deməkdir, bitki və heyvan qalıqlarının biokimyəvi
çevrilməsi nəticəsində əmələ gələn çürüntü olmaqla, torpağın üzvi hissəsini əmələ
gətirir. Humusun miqdarı torpağın münbitlik göstəricisidir. Humus turşularının əmələ
gəlməsi prosesində əsasən torpaqdakı mikroorqanizmlərdən yaranan fermentlər iştirak
edirlər. Torpaqda humusun miqdarı 2.5-3.5 faizdən az olmur, 2 faizdən az olduqda isə
torpaq «ölü» sayılır. Humus çox olduqca torpağın münbitliyi artır.
Torpağın strukturu onun bərk hissəsindən və məsaməli məkanından ibarət olan
fiziki quruluşdur. Torpaqda əlaqəli və sərbəst suyu fərqləndirirlər. Əlaqəli su Yerin
cazibə qüvvəsi qanununa tabedir. Əlaqəli su kimyəvi cəhətdən bir sıra mineralların
61
tərkibinə daxil olur. Əlaqəli suyu fiziki cəhətdən torpaq səthi enerjisinin qüvvəsi
saxlayır.
Torpağın səthinə rütubət düşdükdə əvvəlcə çölün rütubət tutumu vəziyyətinə
qədər torpağın su ilə doyması baş verir. Sonra isə doymuş təbəqələr vasitəsilə kapilyar
olmayan buruqlarla filtrasiya baş verir. Torpağa daxil olan rütubət öz yolunda
aşağıdakı su keçirən təbəqə ilə qarşılaşdıqda, torpağın daxilində həmin səthin üstü ilə
onun enişi istiqamətinə müvafiq olaraq irəliləyir. Torpağın su udma kompleksi mühüm
əhəmiyyətə malikdir.
Torpaqdakı hava müxtəlif qazların qarışığından ibarət olur, bura oksigen,
karbonat turşusu,metan və onun homoloqları, hidrogen, hidrogen-kükürd və azot
daxildir.
Torpaqda həmçinin orqanizmlər yaşayır, o çox sayda mikroorqnaizmlər üçün
yaşayış mühiti rolunu oynayır. Bakteriyalara yosunlar, göbələklər, torpağın sularında
məskunlaşan birhüceyrəli orqanizmlər daxildir. Axı torpaq həm də mikrosu hövzələri
sistemidir.
Torpaq örtüyünün strukturu – nisbətən kiçik ərazidəki torpaqların məkanda
qanunauyğun şəkildə yerləşməsidir.
Torpağı əmələ gətirən faktorlara təbii mühitin sistemləri: torpaq əmələ gətirən
süxurlar, iqlim, canlı və ölmüş orqanizmlər, yerin yaşı və relyefi, həmçinin torpağın
yaranmasına mühüm təsir göstərən antropogen fəaliyyət daxildir.
Torpağın tipi, torpaq əmələ gətirmə rejimləri prosesləri ilə şərtlənən xassələrin
ümumiliyi ilə xarakterizə olunur. Torpaqların müxtəlif növləri isə bütün torpaq
profilinin dənəvər tərkibi ilə müəyyən oolunur.
Torpaqların coğrafi cəhətdən yayılmasında iqlim ciddi faktor hesab olunur. İqlim
torpağın əmələ gəlməsində də mühüm rol oynayır, xeyli dərəcədə Günəşdən Yer
səthinin qəbul etdiyi enerjinin miqdarı ilə müəyyən edilir. Vyetnam sahilinə yaxın ada-
qayalar əlverili istilik və rütubət rejiminə malik olduğuna görə meşə örtüyünə
bürünmüşdür, bu da həmin qaydalarda torpağın əmələ gəlməsinin intensiv qaydada
getdiyinə dəlalət edir. Torpağın istilik və su rejimləri torpaqda gedən bütün fiziki,
kimyəvi, bioloji proseslərin xarakterinə və intensivliyinə təsir göstərir. Dağ süxurlarının
aşınması, kimyəvi reaksiyaların intensivliyi, torpaq məhlulunun qıtlığı, bərk və maye
fazaların nisbəti, qazların mənimsənilməsi baş verir. Hidrotermik şəraitlər
bakteriyaların biokimyəvi fəaliyyətlərinin intensivliyinə, üzvi qalıqların parçalamasının
sürətinə və orqanizmlərin həyat fəaliyyətinə təsir göstərir.
Öz biokütləsinə görə torpaq (Yerin quru hissəsi) okeanı, demək olar ki, 700 dəfə
ötüb keçir, baxmayaraq ki, quru hissəyə Yer səthinin 1/3-dən azı düşür.
Torpaq əlbəttə ki, böyük iqtisadi əhəmiyyətə malikdir. Dünyanın istənilən
dövlətinin mühüm sərvəti olmaqla, torpaq üzərində və torpaqda bəşəriyyətin qida
məhsullarının 90 faizi istehsal edilir. Torpağın deqradisiyası, münbitliyinin kəskin
sürətdə aşağı düşməsi məhsul qıtlığı, aclıqla müşayiət olunur, dövlətlərin
yoxsullaşmasına gətirib çıxarır. Torpaqların məhvi bütövlükdə bəşəriyyətin məhvinə
gətirib çıxara bilər. Hələlk torpağın əliaçıqlığının cüzi bir hissəsini də təklif edən başqa
heç bir vasitə yoxdur. Elm süni qida maddələri yaratmağa çoxdan cəhd etsə də, elə bir
ümidverici nəticəyə nail olmamışdır. Bu yaxınlarda İngiltərədə sintetik ət istehsalı
62
nümunəsi icad edildi, ondan bişirilən bir porsiya bifşteks 30 min funt sterlinqə başa
gəldi. Belə bədxərcliklə qidalanma bəşəriyyətə olduqca baha başa gələ bilər. Onu da
qeyd emək lazımdır ki, qida maddələrinin süni yolla kütləvi istehsalı hələlik üfüqdə də
gözə dəymir.
Ona görə də hər bir xalq malik olduğu əvəzsiz kapitaldan – torpaqlardan daha
səmərəliklə istifadə etməyə çalışmalıdır. Kimyaçılar qoy öz axtarışlarını etsinlər, hərdən
bir öz icadlarını elan etməklə qısa müddətli sensasiya yaratmaqda davam etsinlər.
Bitkiçilik və heyvandarlıq üzrə olan elmlər, əkinçilik texnologiyaları əhalinin artımını
nəzərə alaraq inkişaf etməli, kənd təsərrüfatı məhsullarının çoxaldılması üçün yeni
yollar və vasitələr axtarıb tapmalıdır. Əkinçilik sisitemi öz təkamülünü davam
etdirməlidir, çünki «yaşıl inqilablar» barədə bəzi ölkələrdə hay-küy qaldırılsa da,
dünyanın bəzi guşələrində aclıq narahatlıq doğuran bir problem olmaqda davam edir.
Əkinçilik yüksək və sabit məhsulun alınmasına xidmət etməlidir, kənd təsərrüfatı
istehsalı yalançı, bayağı şüarlardan azad olmalı, öz inkişafına xidmət edən cəhətlərə və
vasitələrə diqqəti yönəltməlidir. Optimal səpin dövriyyəsi və torpağın becərilməsi,
gübrələrdən, bitki mühafizəsi vasitələrindən daha səmərəli istifadə edilməsi aqrar
bölmənin mühüm vəzifəsinə çevrilməlidir. İndiyədək boş şüarlarla, vədlərlə kimisə
qidalandırmaq mümkün olmamışdır, bununla məşğul olan alimlər az qala «dahilik»
qiyafəsi eşqinə düşsələr də, onların proqnozları sabun köpüyü təsiri bağışlamaqdan
uzağa getməmişdir.
Əkinçilik sistemlərinin tətbiqində dünyaya məlum olan metodlardan istifadəyə
də əyri gözlə baxmaq yolverilməzdir. Dəmyə zonalarda taxıl- herik sisteminin tətbiqi
gündəlikdən çıxarılmamalıdır. Təmiz herik, becərilmənin və gübrələrin düzgün tətbiq
edilməsi hesabına məhsuldarlığı xeyli yüksəltmək olar.
Minimum, optimum və maksimumdan ibarət olan əkinçilik qanunlarına görə
məhsulun miqdarı minimumda yer tutan faktorlarla müəyyən edilir. Ən yüksək
məhsul faktorların optimal təsiri ilə əldə olunur. Faktorların maksimal (izafi) təsirində
məhsul aşağı düşür. Bitkilər vasitəsilə torpaqdan çıxan mineral qida elementlərinin
əvəzinin ödənilməsi zərurəti meydana gəlir. Ona görə də torpağa üzvi və mineral gübrə
verilməsi mühüm əhəmiyyətə malikdir. Peyin torpağa bitkilərin götürdüyü kül
elementlərini və azotun xeyli hissəsini qaytarır. Torpaq – bitki – emal edilmiş bitki
maddələrin qalıqları – torpaq – bitki dövriyyəsi baş verir.
Əkinçilikdə geniş təkrar istehsalın iqtisadi və təbii prosesləri birləşir. Torpaq və
bitkilər əsas istehsal vasitəsi və əmək obyektləri kimi çıxış edirlər. Əkinçilikdə həm də
kənd təsərrüfatı istehsalının mövsümi xarakter daşıması kəskin qaydada öz əksini tapır,
bu isə ilin mövsümlərində Günəş enerjisinin bərabər qaydada düşməməsi ilə və
bitkilərin becərilməsinin biologiyası ilə əlaqədardır. Bizim eradan əvvəl II əsrdə
Romada yaşamış məşhur dövlət xadimi Böyük Katon kənd tətərrüfatına həsr edilmiş
kitabında bitkilərin müxtəlif məhsuldarlığa malik olmasını, bəzən məhsul verməməsi
ehtimalını əsas götürərək 100 yügerlik (25 hektarlıq) torpaq sahəsini ona qədər növ bitki
altında bölməyi məsləhət görürdü ki, torpaq sahibi becərdiyi yalnız bir bitkinin
məhsulu olmadığı ildə tam iqtisadi iflasla üzləşməsin.
Əkinçiliyin növləri də torpaqdan istifadədə nəzərdən qaçılırmamalıdır. Bu
növlərə sabit, quru (qeyri-sabit), suvarılan, dəmyə və dağ əkinçiliyi daxildir. Hamıya
63
yaxşı məlumdur ki, kənd təsərrüfatı bitkilərinin səhra rayonlarında suvarmasız
becərilməsi mümkün deyildir. Həmçinin dəmyə, yaxud dağ əkinçiliyi növləri özlərinə
müvafiq qaydada qulluq göstərilməsini tələb edir. Dəmyə əkinçilikdə xüsusi sistemin
tələblərinə əməl edilmədikdə, bu, acınacaqlı nəticələrə gətirib çıxarır. Qazaxıstandakı
xam torpaqların istifadəsinə başlandıqdan az sonra bu tipli bəlalar özünü nümayiş
etdirirdi. 1960-cı illərin əvvəllərində iri bir taxılçılıq sovxozunda (adətən onların əkin
sahəsi on minlərlə hektarı əhatə edirdi), alaq otu zəmiləri bütünlüklə altına aldığından
biçin üçün kombaynları onlara buraxmaq mümkün olmadı, bir az sora isə yağan qar
zəmilərin məhsulunu yığmağa imkan verməyəcəkdi. Sovxoz direktoru vəziyyətə real
qiymət verib, məhsulu yetişmiş zəmiləri şumlatdırdı. Onu təqib etdilər, cəzalandırmaq
istədilər. Onun cəsarətli qərarı yaxşı nəticə verdi, gələn ili həmin sahələrdəki yazlıq
taxıl zəmilərindən iki qat artıq məhsul götürüldü və sovxoz direktoru xeyli
məşhurlaşdı. O, öz kitabında qeyd edirdi ki, o, heç də yenilik etməmişdi, öyrənmişdi ki,
qədim misirlilər 2 min il əvvəl torpağın bir hissəsini təmiz herik altında qoymaqla,
yaxşı məhsul götürə bilirdilər. Onun novatorluğu qədim əkinçilərin təcrübəsinə
əsaslanırdı. Axı Misir həmin vaxtlar Qədim Roma imperiyası üçün taxıl ambarı
vəzifəsini yerinə yetirirdi.
Dünyada daha münbit, ən yüksək keyfiyyətli torpaq qara torpaq hesab olunur.
Onun tərkibində humusun miqdarı 4 faizdən 15 faizə qədər və bəzən daha çox olur. Bu
torpağın dünyadakı ümumi sahəsinin xeyli hissəsi Rusiyadadır, ona görə onu bildirən,
ingilis dilində də rus dilindən götürülmüş «çernozem» sözü torpağın qara rəngindən
götürülmüşdür. Bəzi statistikaya görə, onun dünyada ümumi sahəsi 240 milyon hektara
bərabərdirsə, bunun yarıdan çoxu, 130 milyon hektarı keçmiş SSRİ ərazisində idi. 1889-
cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində Rusiyanın nadir eksponatı kimi bir
kubmetr ölçüdə olan qara torpaq nümayiş etdirilirdi, onu Voronej torpağından
götürmüşdülər. Rusiya sərgidə qiymətli metallara qədər çox şey göstərə bilərdi, lakin
belə nümunələr başqa ölkələrdə də var idi. Rusiyanın əbədi və qiyməti ölçüyə
gəlməyən sərvəti olan qara torpağa üstünlük verilmişdi və sərgiyə gələnlər bu qəribə
eksponata böyük heyranlıqla tamaşa edirdilər. Təəssüf ki, həm çar Rusiyasında, həm də
SSRİ dövründə bu nemətdən səmərəli istifadə edilməmişdi. Qara torpaq qidalı
maddələrə çox miqdarda malik olması, yüksək məhsuldarlığı ilə seçilir. Lakin həm də
belə qiymətli sərvət özünə düzgün, savadlı qulluq göstərilməsini tələb edir. Bu təbii
kapitala adekvat qayğı göstərilmədiyindən, çox humuslu torpaqların sahəsi 2,5 dəfə
azalmışdır. Aşağı humus tərkibli olan torpaqların sahəsi isə 4,5 dəfə artmışdır. Uzun
müddət ərzində humus parçalanmağa məruz qalır, məhsulun əmələ gəlməsinə sərf
olunur və geri qaytarılmadan torpağı tərk edir. Buna görə də qaratorpağın münbitliyi
durmadan aşağı düşür. Sovet dövründə məhsuldarlığı artırmaq naminə Şimali
Qafqazda həmin torpaqların suvarılması onlara böyük ziyan vurdu. Qara torpaq
süxurla əvəzolunma sərhədində özünü qaloş kimi aparır, suyu aşağı buraxmır və
buxarlanma öz nəticəsi kimi torpağın şoranlaşmasına gətirib çıxarır. Təbii yağışla əldə
edilən məhsul suvarılmadan iki-üç il sonra xeyli aşağı düşür və region ciddi iqtisadi
ziyanla üzləşməli olur. Torpaqşünaslar müəyyən etmişlər ki, qaratorpağın bir faizinin
itirilməsi əkinçilərə gələcək on potensial məhsula başa gəlir.
64
Qaratorpaqda təmiz herik və digər əkinçilik priyomların əhəmiyyəti xüsusilə
böyükdür. Herik torpaqlar xüsusilə quraq illərdə digər heriksiz sələflərə nisbətən iki
dəfə artıq payızlıq taxıl məhsulu götürməyə imkan verir. Meşə qoruyucu zolaqlar
qaratorpaqların münbitliyini bərpa etməyə çox kömək edir. Quraqlıq elə bil ki, bu
sahələrdən yan ötüb keçir. Ona görə də böyük rus alimi V.V.Dokuçayev meşə
zolaqlarını «rütubət mağazası» adlandırırdı. Onlar küləyin vəhşi gücünü ram edir və
yatırdırlar.
Müasir Rusiya təkcə qaratorpağı itirmir, keçən əsrin 90-cı illərində 40 milyon
hektara yaxın kənd təsərrüfat torpağı dövriyyədən çıxarılmışdı.
Qaratoropaq haqqında rus yazıçısı A.S.Serafimoviç Krasnodar diyarında olanda,
mazut kimi yağlı torpağı görəndə təəccübünü gizlətməyərək, obrazlı şəkildə demişdi
ki, bu torpağı çörəyə yağ kimi yaxıb yemək olar.
Torpaq hər bir xalqın malik olduğu elə sərvətdir ki, ona düzgün qulluq edildikdə
daha böyük gəlir verir. Torpağın qədrini bilməyənlər isə imperator Avqustun sözləri ilə
desək, qızıl qırmaqla balıq tutanlara bənzəyirlər, qırmaq qırılsa qızıl da itirilir, balıq da
tutula bilməyəcəkdir. Torpağa savadsız münasibət təkcə gözlənilən məhsulun deyil,
gələcək nəsilə çatacaq məhsulun taleyini də bu ağılsız hərəkətin qurbanına çevirir.
Böyük rus torpaqşünası V.V.Dokuçayev ölkəsindəki torağa ögey münasibətini
gizlətməyərək demişdi: «Rusiyanın kənd təsərrüfatı birjadakı qumara bənzəyir: yaxşı il
düşdükdə – çörək olacaq, quraqlıq baş verdikdə yenidən məhsul qıtlığı və aclıq
meydana gəlir».
Böyük alimin sözləri digər xalqlar üçün də xəbərdarlıq harayı olmalıdır. Kənd
təsərrüfatına qumar kimi baxılmamalı, «gələr gətirər, gedər batırar» prinsipi ilə
yanaşılmamalıdır. Çünki ərzaq məhsulları bəşər övladının həyatı üçün mühüm amildir
və onun istehsalına da eyni ciddilik səviyyəsində münasibət bəslənməlidir. Başqa
ölkələrdən daim idxal edilən ərzaq məhsulları ilə əhalinin təchizatı vəziyyətdən
müəyyən çıxış yolu olsa da, ölkəni ərzaq girovuna çevirir. Özünün malik olduğu
münbit torpaq yalnız kənd təsərrüfatı təyinatı üçün və mümkün olduğu qədər böyük
səmərəliliklə istifadə edilməlidir. Xalqın ərzaqla təmin olunmasının taleyini bütövlükdə
idxala tabe, əslində əsir etmək, iqtisadi siyasəidəki ağır səhv hesab edilməlidir. Təbiətin
əliaçıqlıq edərək münbit torpaqla mükafatlandırdığı xalqlar bu nemətin qədrini bilib,
ondan ağıllı qaydada istifadə etməsə, daha acı məğlubiyyətlə üzləşə bilər.
Yalan, aldatma, məkr və hiyləgərlik
Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç də az olmayan,
real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc
xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç də
sıradan çıxmır, illər, əsrlər ötsə də öz mövcudluğunu saxlamaqda və hər bir cəmiyyətin
mənəvi dünyasına zərbə vurmaqda davam edir. Bəlkə də ibtidai insan bu qüsurların
çoxundan xali idi, ibtidai icmalarda insanı aşağılayan dəyərlərə yer yox idi, çünki onlar
icmanın məhvinə səbəb ola bilərdi. İndi də öz ibtidai keçmişindən o qədər də
65
uzaqlaşmayan, sivilizasiadan kənarda qalan xalqların təbiəti və davranışı bu
mülahizəni bütünlüklə təsdiq edir. Azsaylı şimal xalqlarında, həmçinin Sakit okeanın
bəzi adalarında yaşayan, tarixdən əvvəlki cəmiyyətin həyat tərzini saxlayan xalqlarda
yalan bir qayda olaraq işlədilməyindən, onlar başqalarının yalanını da həqiqət kimi
qəbul etməklə, bu barədə azacıq şübhə də nümayiş etdirmirlər. Sivilizasiya ilə hələ
əlaqəsi olmayan xalqlar təbiətin övladları olduqlarından, təbiətin qanunauyğunluqları
da özünü bütünlüklə açıq büruzə verdiyi kimi, yalana, aldatmaya ehtiyac duymurlar,
ona görə də onlarda adamların bir-birinə etibarı güclü olur və xəyanət halları baş
vermir.
Yalnız təbiətlə mübarizədə ibtidai insan ona köməyə gələn, öz yaşayışını təmin
etmək üçün vəhşi heyvanı ovlamaqda müəyyən hiyləgərlik xüsusiyyətlərinə yiyələnir.
Buna isə o, öz təcrübəsi vasitəsilə nail olmuşdur, axı həmin xalqlar nəsilbənəsil vəhşi
heyvanların davranışını müşahidə edib, öyrəndiklərindən, belə bələd olma çox da
əziyyət çəkmədən ovunu ələ keçirməyə kömək edir. İbtidai insanın hiyləgərliyi
beləliklə cəmiyyət üzvləri arasında bir-birinə qarşı olmayıb, yalnız özünü qida ilə təmin
etmək üçün tətbiq edilir. Təbiətin övladı təbiətə də əslində ciddi ziyan vurmadan yalnız
öz tələbatını ödəmək qayğısına qalır.
Həmin qüsurların mahiyyəti
Yalan, mənbəyinin əvvəlcədən yalan olduğu bilinən və digərinin bunu həqiqət
kimi qəbul etməsinə yönələn saxta informasiyadır. Əks tərəf əslində həqiqət olmayanı
həqiqət şəklində mənimsəyir. Yalanın özünü daha çox tətbiq etmə meydanları vardır.
Belə ki, yalan siyasətin ayrılmaz elementi heab olunur və müharibədə düşməni çaş-baş
salmaq üçün ən mühüm vasitəyə çevrilir. Bu dövrədə yalan bir vacib sənətə çevrilir.
Boris Yeltsin hakimiyyətə gəldikdən sonra, ölkədə aparılan geniş miqyaslı özəlləşmə
islahatı əslində quldurluq formasında dövlət, xalq mülkiyyətinin qəsb edilməsi şəklini
aldı. Onun sağ əli olan Anatoli Çubays bu məqsədlə icad etdiyi vauçerlərin xalqa böyük
maddi gəlir gətirəcəyini vəd etdi, əslində isə az vaxtdan sonra həmin vauçerlər dəyəri
olmayan kağız parçasına çevrildi, iri sənaye müssisələri isə dövlət orqanları ilə
cuğlaşmış bi qrup qarətçinin, sonralar onlar oliqarx adlanacaqdı, əlinə keçdi. Vaxtilə az-
çox təminatlı həyat tərzinə malik olan əhali yalanlar və quldurluq hesabına dilənçi
vəziyyətinə düşdü. Yaxud Çingizxan şəhərləri işğal etməmişdən əvvəl yalanı həqiqət
kimi öz casusları vasitəsilə düşmən ərazisində yaydırmaqla, döyüş başlamamışdan
əvvəl rəqib ordunun döyüş ruhunu aşağı salırdı, əhali arasında isə bu vaxt panika
vəziyyəti yaranırdı. Çingizxan ordusunun nəhəng ölçüdə olması barədəki şaiyələr
düşmən ərazisində baş alıb gedirdi və beləliklə, onun böyük qələbələrinə əlavə geniş
yol açılırdı.
Siyasətdə isə bir qayda olaraq yalansız keçinmək olmur. Xalq bəzən yalanın
mahiyyətini və məqsədini lazımınca araşdırmaq və dərk etmək qüdrətində
olmadığından, nəticə etibarilə onun əsirinə çevrilir.
Yalan və aldatma ümumiyyətlə, mədəniyyətin inkişafının əyri cəhətinin
qanunauyğun məhsuludur, onların səbəbləri və meydana çıxma qaydaları o qədər
66
rəngarəng, həm də maraqlıdır ki, bu qüsurlardan baş çıxarmaq üçün diqqətli tədqiqat
aparılması tələb olunur.
Biznesdə, iqtisadiyyatda və siyasətdə çox vaxt belə bir vəziyyət yaranır ki, yalnız
yalan və aldatmanın köməyi ilə üstünlük qazanmaq olur. Bu isə cəmiyyətin,
ümumiyyətlə yalanda yaşadığından xəbər verir. Siyasətçi müəyyən maska geyinir,
özünə əhali üçün cazibədar olan bir obraz yaradır. Bu obraz onun uğurları üçün mayak
rolunu oynayır. Uinston Çörçill hazırcavablığından, erudisiyasından, natiqlik
məharətindən geniş istifadə etməklə, bəzən sui-istifadələrə də yol verirdi. Hitler
hakimiyyətə gəldikdən sonra Çörçill demişdi ki, alman xalqı öz fürerinə dua etməlidir,
o, hesab edirdi ki, alman xalqının bəxti gətirmişdir. Sonralar o,öz səhvinin zəhər acısını
dadmalı oldu. ABŞ prezidenti Con Kennedi şüurlara güclü təsir göstərən ifadələrlə
xalqı heyran edə bilirdi. Televiziya çıxışları prezident seçkisində qalib gəlməsində ona
xeyli kömək etmişdi. Təkcə öz ölkəsində deyil, dünyada onun pərəstişkarları çox idi və
təqdim etdiyi gənc dövlət xadimi obrazı da buna xidmət edirdi. 1993-cü ildə, faciəli
ölümündən bir qədər əvvəl Qərbi Berlinə səfər edərkən mitinqdəki çıxışında Berlin
Divarını (bu Divar 1961-ci ildə N.S.Xruşşovun təkidi ilə tikilmişdi) kommunizmin
məğlubiyyətinin nümunəsi olduğunu vurğulayaraq demişdi: «Azadlıq çox çətinliklərə
malikdir, demokratiya heç də mükəmməl deyildir. Lakin biz xalqımızı onun arasında
saxlamaq üçün heç vaxt divar tikmirik». Kennedinin bu çıxışı daha çox alman dilində
dediyi «Ich bin ein Berliner» - «Mən Berlinliyəm» sözlərlə məhşurlaşdı. Əzilənlərin
yanında olmaq nişanəsi kimi həmin ifadədən sonralar çoxları müxtəlif variantlarda
istifadə etdi. Bu çıxışında Kennedi birbaşa yalana əl atmasa da, adamların şüuruna və
ürəyinə təsir göstərmək üçün ən uğurlu vasitədən istifadə etmişdi, xalqa yaxınlıq
nümayiş etdirməklə öz cazibədarlığını yüksəltmişdi.
Kino artistliyindən müəyyən siyasi fəaliyyət yolu keçməklə ölkəsinin 40-cı
prezidentliyinə gələn Ronald Reyqan jurnalistlərlə görüşlərində özünü onların dostu
kimi, açıq-saçıq, qeyri-rəsmi aparırdı, düşməncəsinə olan hücumlardan qorunmaq üçün
yumora əl atırdı. Çıxışlarında istifadə etdiyi çox saydakı anektodlar nitq xörəyinə
qatılan ədviyyat kimi onun dadını yaxşılaşdırırdı və natiqə əlavə populyarlıq gətirirdi.
Rusiya prezidenti Boris Yeltsin hədyan hərəkətləri, yarımsərxoş görünüşü ilə özünün
sadə, xalq adamı olması təsəvvürünü yaratmağa çalışırdı. Vladimir Putin isə fəhlələrlə,
kəndlilərlə görüşəndə özünü onlara qayğı göstərən, bərabər sosial vəziyyətə malik olan,
səmimi bir insan kimi təqdim etməyə çalışır. Jurnalistlərə nümayiş etdirdiyi isti
münasibətlə özünə güvənməklə yanaşı, həm də qüvvəsinə əmin olduğunu vurğulayır.
Görünür, dövlət xadimləri maskasız ötüşə bilmirlər, şəxsi keyfiyyətlərinin, birinci
növbədə ağıllarının imkan verdiyi dərəcədə ondan ustalıqla istifadə etməyi bacarırlar.
Lakin siyasətçilər yalandan istfadə etdikdə həddi aşmamalıdırlar, axı
adamların qulaqlarından başqa gözləri,şüurları vardır və axırıncılar bir qədər onların
aldadılmasının qarşısını alır. Yalandan qeyri-məhdud qaydada istifadə etdikdə, o bəzən
əks istiqamətdə işləməyə başlayır, sahibinin ifşa olunmasına şərait yaradır. Siyasətçilər
ABŞ-ın məşhur prezidenti Abraham Linkolnun nəsihətinə əməl etsələr, yəqin ki, öz
maskalarından uzun müddət istifadə edə bilərdilər. Linkoln demişdi: “ Sən xalqın bir
hissəsini həmişəlik, xalqın hamısını bir neçə dəfə aldada bilərsən, lakin xalqın hamısını
67
həmişəlik aldada bilməzsən”. Xalqın hamısını həmişəlik aldatmağa can atanlar bir
qayda olaraq öz avantyuralarının qurbanlarına çevrilirlər
Yalanla, aldatma ilə məşğul olanlardan həm də müəyyən bacarıq, qabiliyyət
tələb olunur. Hunlar öz həyat tərzini dəyişmədikləri kimi, onların sosial pilləkəndə
irəliləmələri də buna təsir edə bilmir, yalan, aldatma silahını gəzdirənlər də həm də öz
amplualarını dəyişməyən aktyorlara bənzəyirlər. Onların ağlı, şüuru bu qaydada
köklənmişdir, o, sərancamında olan yaydan yalnız yalan oxu atıla bilər. Köpək balığı
daim üzməlidir ki, nəfəs ala bilsin, dayansa o, öləcəkdir. Yalan oxunu atanlar da öz
silahlarından istifadə etməsələr cılız, sərsəm kimi görünürlər. Axı yaxşı deyirlər ki,
yalançının nəfəsi də yalanla gedib gəlir.
Hərb sahəsində isə yalan bir-birinə əks qaydada təzahür edə bilər. Əgər
Çingizxan öz ordusunun qeyri-adi gücü barədə məlumatlar yaydırdısa, faşist
Almaniyasının xüsusi xidmət orqanları öz ordusunun gücünü və imkanlarını
azaltmağa yönəlmiş xəbərlər yaymaqla düşməni azdırmaq yoluna əl atırdılar. Onlar
Böyük Britaniya əhalisini Almaniyanın zəifliyinə və fəal mübarizəyə qadir olmadığına
inandırmağa çalışırdılar, hətta öz məğlubiyyətlərinin konkret vaxtlarını da dilə
gətirirdilər. Belə vaxt gəlib çatanda alman hərbi-hava və hərbi-dəniz qüvvələri daha
fəal surətdə hücumlarını davam etdirirdi. Bu isə ingilisləri ümidsizliyə düçar edir və
onlarda öz hökumətlərinə qarşı narazı münasibətin yaranmasına səbəb olurdu.
Şaiyəyə kor-koranə qaydada inanmaq böyük qəbahət sayılsa da, daha rahatdır,
çünki məsuliyyət, vicdan və hətta könülün dəyişilməsi başqalarının üstünə atılır.
Kürdlərin mübarizə hərəkatında «peşmərqə» ifadəsi «ölümun üzünə baxan adam»
mənasını verdiyi kimi, şaiyəyə hər an inananlara da «qulağını yalan üçün geniş açan
adam» adlandırmaq düzgün olardı.
Yalan həm də onu daim işlədənlər üçün psixiki xəstəlik xarakteri daşıyır. Onlar
yalandan bəzən lazım gəlib-gəlmədi istifadə edirlər, istənilən məsələyə görə, bəzən
hətta özlərinin ziyanına olan yalana da əl atırlar. Siyasətdə isə kobud, lazımi formaya
salınmamış yalan fayda vermir. Burada «yalan nə qədər böyük olsa, ona daha yaxşı
inanırlar» barədəki Gebbels prinsipi o qədər də kara gəlmir. Siyasətdə şəraitin tələbinə
uyğun gələn yalanın tətbiq edilməsi daha əlverişli sayılır.
Lakin yalan cəmiyyətə bütünlüklə hakim kəsilə bilmir, yalana asanlıqla inanan
kütlə arasında az da olsa şübhə edənlərə də rast gəlmək olur. Cəmiyyət bütünlüklə
yalan dənizinə gömülsə də, «Kral çılpaqdır» sözlərini bərkdən söyləyən bir adam, hətta
o, uşaq olsa da, tapılır. Ona görə də yalandan istifadənin bir sıra məhdudiyyətləri də
vardır. Hər şeydən əvvəl bu məhdudiyyət əxlaq prisiplərindən irəli gəlir. Burada daxili
xüsusiyyətdən irəli gələn səbəblər də ola bilər. Həm də bəzi siyasi qruplar məlumatın
saxta olduğunu bildikdə, yalan artıq təhlükəli xarakter daşımağa başlayır, belə yalan
siyasi nüfuzun itirilməsinə gətirib çıxara bilər. Bir cəhət də unudulmamalıdır ki, hər bir
yalanda həqiqətin kiçik bir hissəsi gizlənir.
Yalanın müqayisəsiz ustaları dələduzlardır. Onlar fırıldaqlardan geniş istifadə
edir, müxtəlif yalanlarla öz qurbanlarının etibarını qazanmağa müvəffəq olurlar.
Dələduzun cəzbedici «tələ yemini» nümaiş etdirməsi qurbanı şirnikləşdirir. Özünün
qəfildən varlanması barədə çaşdırıcı məlumat yayır və bu, qurbandan xeyli məbləğdə
pul çəkmək alətinə çevrilir. Dələduzlar dərdi bölüşmək, başına faciə gəlmiş adamın
68
müsibətinə yanmaq kimi psixoloji təsir vasitələrindən istifadə edir, tanıyıb,
tanımamağından asılı olmayaraq əksər matəm məclislərində iştirak etməklə, bunu
gələcək qurbanlarına nümayiş etdirməyə çalışırlar. Digər bir vasitə isə dələduzun
qurbanını yaxından tanıması, bir regiondan, hətta həmyerli olmaları, bir yerdə təhsil
almaları, bəzən hətta nə vaxtsa yaxın olmaları barədə həqiqətə heç cür uyğun olmayan
səbəblər uydurması və onları işə salmasıdır. Belə «xatirələr» dələduza yaxınlıq hissi
yaradır, ona olan inamsızlığı və şübhəni azaldır, bu yolla qurbanın aldadılması da xeyli
asanlaşır. Dələduz keçmişinə belə saxta ekskurslar etdikdə öz «istedadından» istifadə
edərək xüsusi bədii və təsirli formaları işə salır. O, asılı olduğu adama elə qulluq
göstərir ki, bunu yalnız ana qarışqanı yemləməklə məşğul olan qarışqanın xidmət
canfəşanlığı hesabına özünü ac qoyub, ölməsi ilə müqayisə etmək olar. Əlbəttə, dələduz
ölmək istəmir, ancaq hamısinin qarşısında hər cür «fədakarlıq» göstərməkdən də
usanmır.
Dələduzlarda bədii təxəyyül çox güclü olur, onlar rəvayətlər uydurmaq ustasına
çevrilirlər; qurbanını ələ keçirmək, əsir etmək üçün qısqanclıq yaradan miflər
quraşdırılır. Mif isə bəzən real hadisədən də böyük təsir gücünə malik olur. Dələduz
əksər hallarda yalanına görə təlaş hissi keçirmir, cəsarətliliyi, həyasızlığı onun uğur
qazanmasına yaxından kömək edən amilə çevrilir. Bəzən o, qurbanına qarşı hücuma
keçməyə başlayır, ona təhlükə yarandığını saxta qaydada yada salır, bu məsələdə öz
mövqeyini möhkəmlindirmək üçün mətbuatdan istfadə etməyə girişir. Dələduzun
rəngarəng yalan axınında həqiqətin bircə damlasına da rast gəlmək mümkün olmur. Bir
qayda olaraq həqiqətə nifrət edənlər daha çox yalan danışırlar. Yalan kabusu heç də
qorxu hissi yaratmamalıdır. ABŞ-ın görkəmli dövlət xadimi və böyük demokratı Tomas
Ceffersonun dediyi kimi, «Həqiqətdən dəhşətə gəlməyən yalandan heç də
qorxmamalıdır».
Yalan nadir hallarda şər məqsəd güdülmədən, ondan hansısa fayda umulmadan
istifadə edilir. Yalan çox hallarda məkrə, aldatmaya xidmət edir, hiyləgərlik silahı kimi
çıxış edir.
Məkr insanın xüsusiyyətidir, kələk gəlmək, hiylə və şər məqsədlərə, əməllərə
meyl etmək, bunlar adətən zahirən xoş münasiəbətlər bəslənməsi ilə ört-basdır edilir,
belə niyyətlərlə xarakterizə olunan davranışın məcmuudur. Məkr hətta ünsiyyətdə də
təhlükə mənbəyi olur və gizli düşməncəsinə münasibətlərin mövcudluğunu vaxtındaca
müəyyən etməyə imkan vermir, lakin onlar sonralar gözlənilmədən aşkara çıxır. Başqa
sözlə dedikdə, məkr buna xidmət edən insanların əməlidir.
Ədəbiyyatda və incəsənətdə çox vaxt məkrli adamlar ağır halların, faciələrin baş
verməsində mühüm rol oynayırlar. Fransız yazıçısı Fransua Rablenin «Qarqantua və
Partaqruel» romanında həqiqət axtaran Panurq yalançı və xəsis taciri cəzalandırmaq
istəyir. Gəmidə ölkəsində satmaq üçün qoyun sürüsü aparan tacir öz qoyunlarını
Yasonun arqonavtlarının axtardığı «qızıl yun» verən qoyunlarla müqayisə edir,
Fransada onları çox baha qiymətə satacağını bildirir. Panurq tacirdən üç livrə bir qoyun
aldı və onu dənizə atdı, onun arxasınca digər qoyunlar mələşib özlərini dənizə
tullayırdılar. Tacir dözməyib, onları saxlamağa çalışdı, nəhayət, iri bir qoyundan
yapışdı ki, buna son qoysun. Həmin qoyun isə özu ilə birlikdə taciri də sürüyüb, dənizə
69
atdı. Axı hələ Aristotel qoyunu ən səfeh heyvan adlandırmışdı. Palurq yalançı və
özündən razı taciri belə qəddarlıqla cəzalandırdı.
İngilis dramaturqu Uilyam Şekspirin «Otello» pyesində Yaqonun məkri
nəticəsində təkcə qısqanc mavrın məhəbbəti deyil, həm də bütün ürəyi ilə sevdiyi
Dezdemona onun qətlə yetirməsi nəticəsində məhv oldu. Viktor Hüqonun «Səfillər»
romanında Tenardye pul qazanmaq xatirinə hər cür alçaq məkrə və hiyləgərliyə əl atır,
ona xeyirxahlıq edənlərə də pislik etməkdən çəkinmir. Digər romanı olan «Paris Notr-
Dam kilsəsi»ndə keşiş Klod Frollo din xadimi olduğu halda qısqanclıqdan yaranan
nifrətinə, məkrinə görə cinayətlərə ən atmaqdan çəkinmədiyi halda, onun tam əksi olan
Kvazimodo isə eybəcərliyinə görə insana bənzəməsə də (onun adı da «saxta, həqiqi
olmayan insan» sözündən əmələ gəlmişdir) həyatı boyu xeyirxahlıq toxumu səpməyə
çalışır, daim tam insanlıq xüsusiyyətləri nümayiş etdirir.
Yapon yazıçısı Akutaqavanın «Xristianın ölümü» adlı hekayəsində Naqasakidə
xristian kilsəsindəki Lorentso adını götürmüş gənc yapona bir tacirin qızı vuruldu. Qız
Lorentsonu hər vəchlə ələ keçirməyə can atırdı.. Avropalı keşiş oğlandan onun qızla
yaxınlığı barədəki şayiələr haqqında soruşanda, o, bildirdi ki, belə şey olmamışdır və
ola da bilməz. Bir həftə sonra söhbət gəzməyə başladı ki, çətir tacirinin qızı hamilədir.
Bundan sonra Lorentsonu kilsədən xaric etdilər və o, şəhərin kənarında məskunlaşdı və
dilənçi həyatı sürməyə başladı. Lorentso kilsədən çıxarıldıqdan sonra tacirin qızının
qızı oldu. Sərt xasiyyətli atası öz ilk nəvəsini sevirdi. Bir il daha keçdi. Gözlənilməyən
bədbəxtlik – dəhşətli yanğın baş verdi. Naqasakinin yarısı bir gecəyə bütünlüklə yandı.
Atası qızı ilə küçəyə atıldı, yalnız bu vaxt onlar körpəni yadlarına saldılar. Heç kəs
uşağı xilas edə bilmirdi. Qəftələn Lorentso irəli, alovlanan divarın arxasına cumdu.
Adamlar güman edirdi ki, valideyn sevgisi onu buna məcbur edir. Bu vaxt əlləri
üstündə körpə olan Lorentso göründü və o, elə həmin dəqiqəcə gözdən itdi. Gənc qadın
və atası sevinclərini gizlədə bilmirdilər. Lakin həmin gecənin faciəli əhvalatları bununla
bitmədi. Nəfəsi kəsilən Lorentsonu kilsənin yanına gətirib qoydular. Qız ağlaya-ağlaya
keşişə etiraf etdi ki, Lorentso dini inamına görə mənimlə soyuq davranırdı. Qəzəbdən
də mən uşağımın ondan olduğunu dedim ki, ondan qisas alım. Lorentso isə günahına
görə mənə nifrət etmədi, təhlükəyə baxmadan qızımı od cəhənnəmindən çıxardı.
Lorentsonun saçları, dərisi möhkəm yanmışdı, qolları və qılçaları hərəkət
etmirdi. Keşiş birdən öz ayağının altında uzanmış Lorentsoya diqqətlə baxdı. Onun
yanaqlarından yaş axırdı. Yanmış paltarın altından iki təmiz bakirə qız döşləri
görünürdü. Deməli Lorentso qız imiş. Onun sonrakı həyatından heç nə məlum deyildi.
Axı nə mənası vardır? İnsanın həyatında ən qiymətli şey – könülün təkrarolunmaz ali
hərəkətidir. Tacirin qızı isə ona böhtan atmaqla böyük haqsızlığa yol vermişdi.
Azərbaycan yazıçısı Süleyman Rəhimovun «Mehman» povestindəki Qaloşlu
adam obrazı xalq dilində məkrliliyin, xəbisliyn simvoluna çevrildi. İyrənc hərəkətlərə
yol verənlər onun adı ilə adlanırdı. Mənəvi törəmələri isə imkan düşən kimi onun
nümunələrindən ilhamlanıb, Qaloşlu adam kimi hərəkət edirlər. Çox güman ki,
onlardan heç kəs yunan mifologiyasındakı Atrid lənətindən də uzaq qaça
bilməyəcəkdir.
Bibliyada təsvir olunan aldatma və məkr hadisələri
70
Sivilizasiyaya qədəm qoyan xalqlar qədim ibtidai əcdadlarından fərqli olaraq
yalandan bol-bol istifadə etməklə öz məqsədlərinə çatmağa, problemlərini həll etməyə
nail olurdular. Təəssüfə səbəb olan bir hal ondan ibarətdir ki, bəzən hətta müqəddəs
sayılanlar, özünü Allahın seçilmiş elan etdiyi xalqın peyğəmbərləri də adi bir problemlə
üzləşdikdə yalana əl atmaqdan çəkinmirdilər. Yalanın, aldatmanın güclü bir silah kimi
istifadə edilməsinə aid hadisələrə Bibliyada tez-tez rast gəlinir. Burada ilk hiyləgərlik,
məkr simvolu kimi ilan göstərilir. İlk iki insandan biri olan Həvvanı ilan yoldan çıxarıb,
onu nəyin xeyir və şər olduğunu bildirən ağacın meyvəsini yeməyə şirnikləndirdi,
Allahın göstərişinə tabe olmaqdan yayındırdı. Allah bunu onlara qadağan etmişdi və
meyvəni yeyənin mütləq öləcəyini demişdi. İlan isə bildirdi ki, siz həmin meyvəni
yesəniz ölməyəcəksiniz, çünki Allah bilir ki, siz bu meyvəni yesəniz, onun özünə
bənzəyəcəksiniz və nəyin xeyir, nəyin şər olduğunu biləcəksiniz. Qadın bu ləzzətli
meyvəni daddıqdan sonra ərini də dilə tutdu ki, onu yesin. Bu vaxt onlar çılpaq
olduqlarını anlayıb, əncir yarpaqlarını tikib, onunla bədənlərini örtdülər. Allah bunu
gördükdə qadın öz günahını etiraf etdi, həmin meyvəni yemək üçün ilanın onu
aldatdığını bildirdi. Beləliklə, ilk günaha batma baş verdi.
Allah onları cəzalandıracağını bildirdi və hökmünü elan etdi. İlan bütün
heyvanlardan fərqli olaraq bu lənəti ömrü boyu daşımalı idi. Həmin vaxtdan etibarən
ilan qarnı üstündə sürünəcəkdi. Qadının və ilanın törəmələri isə daim bir-birinə
düşmən olacaqdı. Qadının hamilə vaxtı narahatlığı artacaq və o, uşaqlarını ağrı ilə
müşayiət olunmaqla doğacaqdı, həm də daim ərinə tabe olacaqdı. Kişi isə bütün ömrü
boyu özü üçün qida istehsal etməkdən ötəri ağır zəhmət çəkəcək, onun alın təri
torpaqda hər şeyi istehsal etməyə imkan verəcəkdir.
Allah icazə verə bilməzdi ki, həyat verən ağacın meyvəsini onlar yesinlər və
əbədi yaşasınlar. Ona görə də Sahib Allah Adəm və Həvvanı Edem bağından qovdu.
Bəşəriyyətin ilanın hiyləsinə uyan əcdadları ilk günaha batdıqlarına görə Allahın
hiddətinə səbəb olmaqla, beləcə cəzalandırıldılar.
Təəssüf ki, sonralar da müqəddəs insanlar düşdükləri çətinliyə görə yalana,
aldatmaya əl atmaqdan çəkinmədilər. Xanaanda baş verən aclığa görə Abram Misirə üz
tutmalı oldu. O, Misir ərazisinə daxil olarkən arvadı Saranın gözəlliyinin onlara
bədbəxtlik gətirəcəyini güman etdiyindən, ona dedi ki, əgər sənin mənim arvadım
olduğunu başa düşsələr, məni öldürəcək, sənin isə yaşamağına imkan verəcəklər.
Onlara de ki, bacımsan, bu vaxt onlar mənə də yaşamağa imkan verməklə, həm də
yaxşı münasibət göstərəcəklər.
Misirlilər həqiqətən də onun arvadının çox qəşəng olduğunu görüb, bünü çara
xəbər verdilər. Beləliklə, qadın çarın sarayına götürüldü. Çar qadınla yaxınlığına görə
Abramla yaxşı davrandı və ona qoyun, qaramal sürüsü, qullar və dəvələr verdi.
Lakin çar Sara ilə intim yaxınlıq etdiyinə görə Sahib ona və xalqına dəhşətli
xəstəliklər göndərdi. Çar Abramı tapdırdı, onun niyə belə hərəkət etdiyinin və Saranın
öz arvadı olduğunu deməməsinin səbəbini soruşdu: «Nəyə görə onun sənin bacın
olduğunu dedin və buna görə də mən onunla öz arvadım kimi davrandım». Arvadını
çar ona qaytardı və çıxıb getməsi barədə göstəriş verdi. Abram arvadı və butun
mülkiyyəti ilə birlikdə Misiri tərk etdi.
71
Abrahamın (Abram artıq belə adlanırdı, çünki Allah vəd etmişdi ki, o, bir çox
millətlərin əcdadı olacaqdır. Abraham isə yəhudi dilində «çoxlu millətlərin əcdadı»
kimi səslənir) oğlu İsaak Rebekka ilə evləndikdən sonra onların ekiz oğlanları oldu.
Körpələr doğulmamışdan əvvəl analarının bətnində də bir-birilə mübarizə aparırdılar.
Qadın bundan narahat olduqda, Sahib ona bildirdi ki, sənin bətnində iki millət var, sən
iki rəqib xalqa həyat verəcəksən. Onlardan biri digərindən güclü olacaqdır və kiçik
uşaq ondan böyük olana xidmət edəcəkdir. Qadın doğanda birinci körpə kürən
olmaqla, onun dərisi tüklü kürkə bənzəyirdi. Ona görə də onu Esey – yəhudi dilində bu
söz «tüklü» mənasını verir, - adlandırdılar. İkinci körpə isə Eseyin dabanından möhkəm
yapışıb doğulmuşdu. Ona görə də onu yəhudi dilində «daban» mənasını verən Ceykob
adlandırdılar.
Oğlanlar böyüyürdülər. Esey fərasətli ovçu idi, çöllərdə keçən həyatı sevirdi.
Ceykob isə sakit adam olmaqla evdə qalırdı. İsaakın Eseydən xoşu gəlirdi, çünki onun
övladığı heyvanların ətini yeməkdən həzz alırdı, Rebekka isə Ceykobu daha çox
sevirdi.
Bir dəfə Ceykob lobya şorbası bişirmişdi, Esey isə bu vaxt ovdan qayıtmışdı. O,
ac idi və qardaşından ona yeməyə bir şey verməsini xahiş etdi. Ceykob isə ona dedi ki,
əgər ilk doğulan oğulun hüquqlarını mənə versən, bunu edərəm. Esey bununla
razılaşdı, çünki acından ölürdü, bir də ki, onun hüquqları bu vaxt ona nə verə bilərdi?
Esey and içib, öz hüquqlarını Ceykoba verdi. Bundan sonra qardaşı ona bir az çörək və
şorba verdi. Beləliklə, Ceykob qardaşının zəifliyindən istifadə edib, hiyləgərliklə onun
hüquqlarını mənimsədi.
İsaak qocalanda kor olmuşdu. O, öz böyük oğlu Eseyi çağırtdırıb ona dedi ki,
görürsən ki, mən qocalmışam və tezliklə ölə birələrm. Nizəni və oxunu götür, ölkənin
içərilərinə keç və mənə bir heyvan vur gətir. Ondan dadlı xörək bişir və mənə ver. Onu
yedikdən sonra, ölümümdən əvvəl sənə öz xeyir-duamı verəcəyəm.
İsaak oğlu Eseylə belə söhbət edəndə, Rebekka bunları eşidirdi. Esey ova
gedəndə o, Ceykoba atasının böyük qardaşına dediyi sözləri söylədi. Sonra isə davam
edərək dedi ki, mənə qulaq as və nə desəm, onlara əməl et. Sürüyə get və iki kök cavan
keçini tutub gətir. Mən onlardan atanın xoşu gələn xörək hazırlayacağam. Sən xörəyi
ona apararsan və o, ölməmişdən əvvəl sənə xeyir-dua verəcəkdir.
Ceykob isə anasına dedi ki, axı sən bilirsən ki, Eseyin dərisi tüklüdür, mənim
dərim isə hamardır. Əgər atam mənə toxunsa, onu aldatdığımdan hali olacaqdır. Bu
yolla mən xeyir-dua əvəzinə lənətlənə bilərəm. Anası isə ona cavab verdi ki, qoy sənin
lənətin mənə gəlsin, mən nə demişəmsə onları et və get keçiləri mənə gətir. O, keçiləri
tutub anasına gətirdi və Rebekka ərinin xoşladığı xörəyi bişirdi. Sonra oğluna Eseyin ən
yaxşı paltarını geyindirdi. Onun qolunun üstünə və boynunun tüksüz hisssinə keçi
dərilərini qoydu. Çörəklə birlikdə bişirdiyi ləzzətli xörəyi ərinə göndərdi.
Ceykob atasının yanına gələndə atası onun hansı oğlu olduğunu soruşdu.
Ceykob cavab verdi ki, sənin böyük oğlun Eseyəm, nə demişdinsə, onu da etdim. Xahiş
edirəm otur və gətirdiyim əti bir qədər ye ki, mənə öz xeyir-duanı verəsən. İsaak
soruşdu ki, bəs necə oldu ki, sən bunu belə tez tapdın. Ceykob cavab verdi ki, sənin
Allahın olan Sahib onu tapmaqda mənə kömək etdi. Ceykoba dedi: «Yaxın gəl ki, mən
sənə toxuna bilim. Sən həqiqətənmi Eseysən?» Ceykob ona yaxınlaşdıqda, atası ona
72
dedi: «Sənin səsin Ceykobunkuna bənzəyir, lakin əllərin Eseyin əllərinə oxşayır». O,
Ceykobu tanımadı, çünki onun əlləri Eseyinki kimi tüklü idi. Atası ona xeyir-dua
vermək istəyəndə, yenə də soruşdu: «Sən həqiqətən Eseysən?» «Mənəm» - deyə o,
cavab verdi.
İsaak dedi ki, bir qədər ət gətir, xörəyi yedikdən sonra sənə xeyir-dua
verəcəyəm. Bir qədər sonra Ceykob atasına yaxınlaşıb onu öpəndə, İsaak onun
paltarının qoxusunu aldı və nəhayət, ona öz xeyir-duasını verdi. Əlavə etdi ki, sən
bütün qohumlarını idarə edə biləcəksən və ananın törəmələri sənin qarşında təzim
edəcəklər. Səni lənətləyənlər lənətə gələ və sənə xoşbəxtlik arzu edənlər xoşbəxt ola
bilərlər.
İsaak xeyir-duasını bitirdikdən sonra Esey ovdan gəlib çıxdı. Baş verənlər barədə
eşitdikdə bərkdən ağladı və atasından ona xeyir-dua verməyi xahiş etdi. İsaak
cavabında dedi ki, qardaşın gəlib məni aldatdı, sənin xeyir-duanı özünə götürdü. Esey
dedi: «Bu ikinci dəfədir ki, o, məni aldadır, bu heç də təəccüblü deyildir ki, onun adı
Ceykobdur (Bu söz yəhudi dilində «aldatma» sözü kimi səslənir). O, ilk doğulan oğul
kimi mənim hüquqlarıma yiyələndi, indi isə mənə çatacaq xeyir-duaya sahib çıxdı.
Atası ona dedi ki, artıq onu sənin ağan etmişəm. İndi heç nə qalmamışdır ki,
sənin üçün də edim.
Esey Ceykoba nifrət edirdi, çünki xeyir-dua ona verilmişdi. Ona görə də atasının
ölümü ilə əlaqədar olan matəmdən sonra onu öldürməyi qət etdi. Rebekka Eseyin
planından agah olduqda Ceykobu öz qardaşı Labanın yanına göndərdi. Ana hər iki
oğlunu eyni gündə itirmək istəmirdi.
Ceykob ora gələndə Labanın qızı Raxelə vuruldu. Dayısının iki qızı vardı,
böyüyü Lea, kiçiyi isə Raxel idi. Raxel olduqca gözəl idi. Ceykob ona evlənmək
istədikdə, atası toydan sonra gecə onun yanına Leanı gətirdi və o, gəlinlə adəti
qaydada davrandı. Səhəri gün Ceykob aldadıldığından hali oldu. Bir həftə sonra atası
Raxeli də ona verdi. Lakin Raxelin uşağı olmurdu. Leanın isə ilk oğlu Reybek dünyaya
gəldi, sonra isə ikinci oğlu Simeon doğuldu. İsaakın Raxelin kənizi Bilhadan da Den
adlandırılan oğlu oldu. Nəhayət, Allah Raxeli də yada saldı, onun İosif adında oğlu
oldu.
Bir adam Ceykobun yanına gəlib onunla güləşdi. Məğlub olmadığını görüb bu
vaxt onun buduna bir təpik vurdu və Ceykob bundan daim axsamağa başladı. Ceykob
onun adını soruşduqda, bunu demək istəmədi. Sonra o, Ceykoba xeyir-dua verdi və
dedi ki, sənin adın artıq Ceykob olmayacaqdır. Sən Allahla və adamlarla mübarizə
apardın və qalib gəldin. Beləliklə, sənin adın İsrael olacaqdır. Bu ad yəhudi dilində «O,
Allahla mübaizə aparır» kimi səslənir.
Bir müddət sonra Labanın oğlanları da şikayətlənirdi ki, atalarına məxsus olan
hər şeyi Ceykob ələ keçirdi, atamızın var-dövləti onunku oldu. Bu vaxt Sahib Ceykoba
dedi ki, «öz atanın və qohumlarının torpaqlarına qayıt. Mən həmişə səninlə olacağam».
Ceykob dayısı qızları olan öz arvadlarına dedi ki, atanız məni aldadır, on dəfə mənim
maaşımı dəyişib, azaltmışdır. Lakin onun mənə xətər toxundurmasına Allah imkan
vermədi, çünki atamın Allahı mənimlədir. Arvadları Lea və Raxel də ona bu var-dövləti
halal etdilər və bunu belə əsaslandırdılar ki, Allahın atamızın əlindən aldığı bütün
73
sərvət bizə və bizim uşaqlarımıza məxsusdur. Laban Ceykobla saziş bağlamağa məcbur
oldu.
Raxelin ikinci hamiləliyi çətin keçirdi, o, ikinci oğlunu doğdu, atası onu
Bencamin adlandırdı. Sonra Raxel öldü.
Ceykobun aldatmalar seriyası öz taleyinə aid məsələ olduğundan, yalnız
başqalarının mənafelərinə bir qədər zərbə vurmuşdu, lakin heç kəsin qanının
tökülməsinə və ya hansısa bir qanlı hadisəyə səbəb olmamışdı. Onun ilk arvadı Leadan
və kənizlərindən olan oğlanları isə məkrli hərəkətləri ilə qan axıdılmasına, bir tayfanın
bütünlüklə məhv edilməsinə səbəb oldular. Raxeldən olan oğlanları İosif və Bencamin
isə belə cinayətlərdə heç vaxt iştirak etməmişdilər.
Ceykobun Leadan olan qızı Dina Xanaanlı bir qadına qonaq gedəndə, Hivit
tayfasının başçısı Hamorun oğlu Şexem qızı görüb, özüylə apardı və onu zorladı. Lakin
qız o qədər cazibədar idi ki, oğlan ona vuruldu və onun məhəbbətini qazanmağa cəhd
etdi. Qızın atasına isə dedi ki, onu özümə arvad almaq istəyirəm.
Ceykob qızının ləyaqətinin təhqir edildiyini eşidəndə, oğlanları çöldə mal-
qaranın yanında olduğuna görə, onlar gələnə qədər heç nə etmədi. Şexemin atası
Hamor Ceykobla danışıq aparmağa gəldi, bu vaxt onun oğlanları da çöldən
qayıtmışdılar. Onlar bu hadisəni eşitdikdə qəzəbləndilər, çünki Şexem Ceykobun qızını
zorlamaqla İsrail xalqını təhqir etmişdi. Hamor oğlunun Dinaya evlənməsinə razılıq
verməyi xahiş etdi və əlavə etdi ki, bu bizim xalqla sizin aranızda qız alıb-vermək
ənənəsini yaradacaqdır. Nə arzu etsəniz, onu edəcəyik, sərbəst ticarət apara
biləcəksiniz.
Şexem də qızın atasına və qardaşlarına xahiş etdi ki, mənə bu yaxşılığı edin və
siz nə istəsəniz, onu sizə verəcəyəm. Yalnız qoyun, mən onunla evlənim. Ceykobun
oğlanları ona və atasına aldatma qaydasında cavab verdilər, dedilər ki, «biz razılaşa
bilmərik ki, bacımız sünnət olunmamış adama ərə getsin. Bu bizim üçün biabırçılıq
olardı. Biz yalnız o vaxt razılıq verə bilərik ki, sizin tayfadakı bütün kişi cinsindən
olanlar da sünnət olunmaqla bizə bənzəsinlər. Onda biz qarşılıqlı nikahlara razılıq
verərik. Biz sizin aranızda məskunlaşar və sizinlə bir xalq olarıq. Lakin əgər siz bizim
şərtlərimizi qəbul etməsəniz, biz qızımızı götürüb, buranı tərk edəcəyik».
Bu şərtlər Hamora və onun oğluna yaxşı olan kimi göründü. Şexem qıza
vurulduğuna görə vaxt itirmədən həmin tələbi yerinə yetirmək istəyirdi. Hamor və
oğlu öz həmşəhərliləri ilə danışdılar. Qoy biz onların qızlarına evlənək və öz qızlarımızı
onlara ərə verək. Bircə şərtlə ki, bizim bütün kişi cinsindən olanlara sünnət edilməlidir.
Çünki onlar sünnət olunmuş adamlardır. Bütün sakinlər Hamorun və oğlunun təklifi
ilə razılaşdılar və şəhərdə kişi cinsindən olanların hamısına sünnət edildi.
Üç gün sonra adamlar hələ sünnət əməliyyatından yaralı olan vəziyyətdə,
Dinanın qardaşları Simeon və Levi qılınclarını götürüb, heç bir şübhə yaranmasına
imkan vermədən Hamorun şəhərinə gəldilər və onun özü və oğlu Şexem də daxil
olmaqla bütün kişi cinsindən olanları qətlə yetirdilər. Sonra Dinanı Şexemin evindən
götürüb, şəhəri tərk etdilər. Qırğından sonra Ceykobun digər oğlanları öz bacılarının
biabırçılığına görə intiqam almaq üçün şəhəri qarət etdilər. Onlar mal-qara sürülərini,
şəhərdə və tarlalarda qiymətli olan nə vardısa, hamısını apardılar. Onlar qadınları və
uşaqları əsir götürdülər, onların evlərindəki hər şeyi soyğunçuluğa məruz qoydular.
74
Ceykob Simeona və Leviyə dedi ki, siz mənə bədbəxtlik gətirdiniz, indi hər kəs
mənə nifrət edəcəkdir. Əgər onlar birləşib mənə hücum etsələr, bütün ailəmiz məhv
olacaqdır. Onlar isə cavabında dedilər: Biz qoymarıq ki, bacımızla adi fahişə kimi
davransınlar.
Ceykobun böyük oğlanları təkcə Livit tayfasına qarşı etdikləri cinayətlə, şəhərin
əhalisini qırmaq və soyğunçuluğa məruz qoymaq kimi dəhşətlərlə kifayətlənməyib,
anadan ögey olan öz qardaşları İosifə qarşı da cinayət işlətməkdən, onu yadlara satmaq
kimi bir xəyanətdən də çəkinmədilər. İosif bir gecə gördüyü yuxunu qardaşlarına
danışanda, onlar ona daha çox nifrət etməyə başladılar. Atası sevimli arvadından olan
və xüsusi olaraq əzizlədiyi oğlu İosifi çöldə sürüdən muğayat olan qardaşlarının yanına
göndərdi. Onlar kiçik qardaşlarını hələ uzaqdan görüb, ona qəsd hazırlamışdılar, onu
öldürməyi qərara almışdılar. İstəyirdilər ki, onu öldürüb, cəsədini quru quyulardan
birinə atsınlar. Sonra deyə bilərdilər ki, onu yırtıcı vəhşi heyvan öldürdü. İstehza ilə
deyirdilər ki, görən indi onun yuxuları nəyə çevriləcəkdir. Reybek adlı böyük qardaş
İosifi xilas etməyə çalışaraq dedi ki, gəlin onu öldürməyək, kimsəsizlikdəki quyuya
ataq, ancaq ona xətər toxundurmayaq. O, İosifi qardaşlarından xilas edib geriyə,
atasının yanına göndərməyi planlaşdırırdı. İosif qardaşlarının yanına gəlib çatdıqda,
onu bəzəkli əbasını cırdılar, sonra isə özünü quru olan quyuya atdılar.
Onlar oturub çörək yedikdə, qəflətən Misirə səfər edən işmayelitləri gördülər. Bu
tacirlərin dəvələri ədviyyat və qətranla yüklənmişdi. Qardaşlardan Cuda adlısı o
birilərinə dedi ki, öz qardaşımızı öldürməkdən nə əldə edəcəyik, həm də üstümüzə
qatil adı töküləcəkdir. Gəlin onu İşmayelitlərə sataq. Belə olsa, biz ona xətər
toxundurmayacağıq, hər şeydən əvvəl o, bizim qardaşımızdır, bizim canımızdan və
qanımızdandır. Qardaşlar bu təkliflə razılaşdılar. Tacirlər yaxınlaşdıqda, onlar İosifi
quyudan çıxarıb, onu iyirmi parça gümüşə satdılar, işmayelitlər isə onu Misirə
apardılar.
Sonra qardaşlar keçini öldürüb, İosifin əbasını qana buladılar və əbanı gətirib
atasına verib dedilər: «Biz bunu tapdıq. Bu sənin oğluna məxsusdurmu?»
Ata əbanı tanıdı və dedi: «Hə, bu onunkudur. Hansısa vəhşi heyvan onu
öldürmüşdür. Mənim oğlum İosif parça-parça edilmişdir!» Ceykob qəm-qüssədən
paltarını cırıq-cırıq etdi, uzun müddət oğluna yas saxladı. Oğlanları və qızları ona
təsəlli verməyə gəldilər, lakin o, hər cür təsəllidən imtina edirdi və dedi: «Mən ölulər
dünyasına gedəcəyəm, ona qədər isə oğluma matəm saxlayacağam».
Miisirdə isə tacirlər İosifi çarın məmurlarından biri olan Patifara satdılar, o, saray
mühafizəsinin kapitanı idi. İosifin başına özündən asılı olmayan yeni hadisələr gəldi.
Patifarın arvadı bu gözəl oğlana vuruldu. Birlikdə yatağa girmək və intim yaxınlıq
etmək barədəki onun cəhdlərinə İosif müqavimət göstərmək üçün çıxıb küçəyə
qaçanda, əbası qadının əlində qaldı. Hiddətlənmiş qadın nökərərini çağırıb dedi ki,
buna baxın, ərim bu yəhudini öz evinə gətirdi, ancaq o, bizi təhqir edir. O, otağıma
gəlib, məni zorlamağa cəhd göstərdi, lakin mən bacardığım qədər qışqırdım. Mənim
qışqırmağımı eşitdikdə bayıra qaçdı.
İosifin ağası arvadından bunları eşitdikdə qəzəbləndi, İosifi həbs etdirdi. Sonra
məhbəsdə onun yuxuları yozmaq qabiliyyəti barədəki söhbətlər çara gəlib çatanda, çar
öz dəhşətli yuxularını yozmaq üçün onu dustaqxanadan gətirtdi. Çarın yuxusunu heç
75
kəs yoza bilmirdi. İosif isə yuxuların məzmununu eşitdikdən sonra çarın hər iki
yuxusunun eyni məna verdiyini dedi.
Bir yuxusunda çar görmüşdü ki, Nil çayından yeddi kök, dərisindən yağ tökülən
inək çıxdı, sonra arıq və sümükləri çıxmış yeddi inək gəldi. Arıq inəklər kök inəkləri
yedilər. Digər yuxuda isə çar gövdəsindən ucalan yeddi dolu və yetişmiş taxıl
sünbülünü görmüşdü. Sonra yeddi sünbül əmələ gəldi, onlar olduqca cılız olmaqla,
səhra küləyi tərəfindən qovrulmuşdu. Çılız taxıl sünbülləri də dolu sünbülləri uddu.
Heç bir münəccim bu yuxulara izah tapa bilməmişdi.
İosif çara dedi ki, Allah sizə işlərin necə olacağını bildirir. Yeddi inəyin də, yeddi
sünbülün də hər biri yeddi il deməkdir. Allah nə etmək lazım olduğunu sənə göstərir.
Yeddi il Misirin bütün ərazisində böyük bolluq olacaqdır. Bundan sonra aclığın yeddi
ili gəlcəkdir və bütün yaxşı işlər yaddan çıxacaqdır, çünki aclıq ölkəni viran qoyacaqdır.
Sizin yuxunuz belə məna verir ki, Allah bu vəziyyəti müəyən etmişdir və bunu yaxın
gələcəkdə həyata keçirəcəkdir.
İosif çara dedi ki, indi siz müdrik adamlar seçib, ölkənin məsuliyyətini onların
üzərinə qoymalısınız. Yeddi bolluq ili ərzində taxılın beşdə birini sonrakı dövr üçün
saxlamalısınız. Göstəriş verin ki, yaxşı illər ərzində bütün ərzağı tədarük etsinlər, taxılı
şəhərlərdəki anbarlara yığsınlar və onu mühafizə etsinlər. Bu ərzaq Misir xalqını bir
ehtiyat kimi yeddi aclıq ilində təmin edəcəkdir. Bu yolla xalq aclığa məhkum
olunmayacaqdır.
Çar İosifi Misirin qubernatoru təyin etdi, çar möhürü olan öz üzüyünü də İosifin
barmağına taxdı. İosif Misir çarına xidmət edəndə onun otuz yaşı var idi. Yeddi bolluq
ilində olduqca bol taxıl istehsal olundu. İosif onların hamısını tədarük edib, şəhərdəki
anbarlara yığdırdı. Taxıl dənizdəki qum qədər bol idi. Yeddi bolluq ili Misirdə başa
çatdı və İosifiin əvvəldən dediyi kimi, yeddi aclıq ili başlandı. Bütün digər ölkələrdə də
aclıq baş verdi. Misirin hər yerində isə ərzaq var idi. Aclıq şiddətlənəndə və btün ölkəni
ağzına alanda İosif anbarların hamısının qapısını açdı və misirlilərə taxıl satdı.
Dünyanın hər yerindən adamlar İosifdən taxıl almağa gəlirdilər, çünki hər yerdə sərt
aclıq mövcud idi.
Xanaanda da aclıq olduğundan İosifin qardaşları da taxıl almaq üçün Misirə
gəldilər. İosif qardaşlarını tanısa da, qardaşları onu tanımadılar. Onlardan birini dustaq
kimi saxlayıb, digərlərini özünün doğma qardaşı Bencaminin dalınca göndərdi ki, onu
gətirsinlər. Ataları isə Bencamini də itirməkdən qorxurdu. Bir azdan Xanaanda aclıq
daha da gücləndi, Misirdən gətirilən taxıl da qurtaranda, Ceykob oğlanlarını yenə ərzaq
dalınca ora göndərdi. Bu dəfə də qardaşların kisələri taxılla doldruldu və İosif adamlara
göstəriş verdi ki, öz gümüş camını ən kiçik qardaşın kisəsinə qoysunlar. Vətənə dönən
qardaşlar bir qədər getdikdən sonra onları dayandırıb, yaxşılığa cavab kimi niyə pislik
etdiklərini soruşmağı tapşırdı.
İosifin adamları bunu edib qardaşlardan soruşdular ki, niyə onlar ağalarının
gümüş camını oğurlayıblar? Qardaşlar İosifin nökərlərinə dedilər ki, kimdə oğurluq
cam tapılsa, o, öldürüləcəkdir, qalanları isə sizin qullarınıza çevriləcəkdir. Lakin nökər
bildirdi ki, kimin kisəsindən cam tapılsa, o, mənim qulum olacaq, qalanların hamısı
azad buraxılacaqdır. Nökər diqqətlə axtaranda, cam Bencaminin kisəsində tapıldı.
76
Qardaşlar İosifin evinə gəldilər, onlardan biri dedi ki, Allah bizim təqsirimizin
üstünü açdı. Bizim hamımız artıq sənin qullarınıq. Sonra onlar Bencamin barədə
təveqqə etməyə başladılar, çünki o, qayıtmasa, atası dərddən öləcəkdi. İosif
qardaşlarına özünün kim olduğunu dedi və onları atalarının yanına göndərdi ki, ona
çatdırsınlar ki, oğlu İosifi Allah Misirin hökmdarı etmişdir. Bundan sonra Ceykob
bütün ailəsi ilə birlikdə Misirə gəldi.
Böyük qardaşlarının xəyanətinə İosif belə alicənablıqla cavab verdi, onları ən
yaxşı əyalətdə yerləşdirdi. Onlar əvvəlki tək burada da heyvandarlıqla məşğul olmağa
başladılar. Çar öz mal-qarasını da onlara tapşırdı. İosif onlara mülkiyyət verdi, ərzaqla
təmin etdi.
İosif (Cozef və ya Yusif peyğəmbər) təkcə müdrikliyinə görə deyil, həm də
ədalətinə, rəhmdilliyinə görə ad çıxardı. Qardaşlarının xəyanətini nəinki bağışladı, heç
bu hadisəni yada da salmadı. Allah onun taleyinin olduqca uğurlu olması, Misirdə
böyük nüfuz qazanması üçün hər şeyi etmişdi.
Ceykob (Yakov və ya Yəqub peyğəmdər) İsrail millətinin patriarxı hesab olunur.
O, ilahi varlıqla mübarizə apardıqdan sonra İsrael (bu söz «o, Allahla mübarizə aparır»
mənasını verir) adlanmışdı. Onun iki arvadından və kənizlərindən 12 oğlu olmuşdu.
Yəhudi ənənəsinə görə, İsrailin 12 tayfası onlardan öz başlanğıcını götürür. Əlbəttə ki,
Bibliya versiyalarının dəqiq olduğunu güman etmək də düzgün deyildir, çünki onda
təsvir olunan hadisələr bir neçə əsr sonra qələmə alınmışdır. Obrazlarda da dəqiqlik
olmaya bilər.
Göründüyü kimi, Bibliyanın müqəddəsləri yalan işlətməkdən nəinki
çəkinmirdilər, heç bunu qəbahət də hesab etmirdilər. Bibliyanın təsdiq etdiyi kimi,
Allah ilk günah sahiblərini cəzalandırdığı halda, yalana əl atanları cəzalandırmaq
əvəzinə, onlar üçün də xoşbəxt tale yolu yaradır. Ceykob hələ çox gənc olarkən
qardaşını aldatmaqla onun ilk doğulan oğul hüququna yiyələnməklə kifayətlənməyib,
atası İsaakı da aldadaraq ondan qardaşına çatacaq xeyir-duanı almışdı. Bu isə ona
nəsildə böyük səlahiyyətlər bəxş edirdi. Eyni müvəffəqiyyətlə o, öz dayısını da aldadıb,
onun var-dövlətinə sahib çıxmışdı və bu məsələdə də Allahın köməyi onun dadına
çatmışdı.
Qədim yunan mifologiyasında hiyləgərlik və məkr əməlləri
Qədim yunan mifologiyasında da ilahi varlıqlar və qəhrəmanlar addımbaşı
yalana, aldatmaya, məkrə əl atırlar.
Ali yunan allahı, Olimpiya allahlarının başçısı Zevs öz şəhvətini söndürmək
üçün öləri qadınları müxtəlif yollarla aldadıb, onlarla yaxınlıq edirdi. Onun çox saydakı
öləri arvadlarından Afrodita, muzalar, Apollon və Artemida, Yelena, Herakl, Minos və
digər uşaqları olmuşdu. O, Sparta çarı Tindareyin arvadı Ledanın yanına qu quşu
sifətində gəldi və bu ittifaqdan Yelena və ekiz qardaşlar doğuldu. Bu həmin füsunkar
Yelenadır ki, Parisə qoşulub qaçdığına görə Troya müharibəsinin başlanmasına səbəb
olmuşdu.
Zevs digər qadınları da aldatma yolu ilə ələ keçirirdi. O, ağ əl öküzünə çevrilib,
Finikiya çarının sahildə oynayan qızı Yevropanı belində dənizdən keçirib Krit adasına
77
aparmış, burada onunla yaxınlıqdan Yevropa gələcək Krit çarı Minosu doğmuşdu.
Zevsin Dionadan olan qızı, yunan məhəbbət və gözəllik ilahəsi Afrodita da atası kimi
şəhvətini cilovlaya bilməyib, əri Hefestə xəyanət edib, Areslə yaxınlıq etmiş və ondan
Erotu doğmuşdu.
Titanın oğlu Prometey də qurban vermə vaxtı Zevsi aldadıb, gildən insan
yaratmışdı. Zevs bu aldatmadan agah olduqda insanları oddan məhrum etdi. Lakin
Prometey odu oğurlayıb, adamlara çatdırdı. Ona görə də Prometey insan tərəqqisinin
simvolu hesab olunur. Yunan titanı Atlant titanların allahlara qarşı mübarizəsində
iştirakına görə (mübarizədə allahlar qalib gəlmişdi), cəza kimi Yerin qurtaracağında
Göyü öz çiyinlərində çaxlamalı idi. Herakl, Atlant ona Gesperidlərin qızıl almalarını ələ
keçirməkdə kömək etdiyinə görə bir müddətə onun yükünü öz üzərinə götürdü.
Herakla ancaq hiyləgərliklə Göy qübbəsini yenidən Atlantın çiyinlərinə yıxmaq
mümkün oldu.
Sonralar Heraklın özü də məkrin qurbanı oldu. Kentavr Ness Heraklın arvadı
Deyaniranı çaydan keçirərkən onu zorlamaq istədikdə, Herakl oxla onu öldürdü, həmin
ox isə Lerna gidrasının odu ilə zəhərlənmişdi. Herakldan qisas almaq istəyən Ness
Deyaniraya məsləhət gördu ki, onun qanını toplayıb saxlasın, çünki bu qan ona
Heraklın məhəbbətini qaytarmağa kömək edəcəkdir. Sonralarsa Deyanira Heraklın
gözəl İolaya evlənməyə hazırlaşdığını bildikdə, bu vasitədən istifadə edib, ərinə Nessin
zəhərlənmiş qanı hopdurulmuş bir xiton göndərdi və bu paltar Heraklın məhvinə səbəb
oldu. O, bu plaşı geyindikdə, zəhər bədəninə yeridikcə dəhşətli ağrıya dözə bilmirdi və
bu ağrıdan xilas olmaq üçün özünü tonqala atıb yandırdı.
Kentavr Nessin məkri və arvadının qısqanclığı öz igidlikləri ilə qədim dünyanı
heyran edən Heraklın varlığına son qoydu. Axı hər bir məkr yalnız başqasına ziyan
toxundurmaq, onu məğlub etmək, bəzən isə hətta qaçılmaz ölümə göndərmək
məqsədini güdür. Arvadın öz ərinə qısqanclığı da ən azı ailədəki münasibətlərin
korlanmasına, ən möhkəm ittifaqda çat əmələ gətirməklə, onun dağılmasına gətirib
çıxarır.
Mikena çarı Atrey arvadını ələ keçirib, onunla yaxınlıq etdiyinə görə qardaşı
Fiesti ölkədən qovmuşdu. Sonralar, guya barışmağa hazır olduğunu bildirib, Fiesti
dəvət etdi ki, Mikenaya qayıtsın. O, gəlib çıxanda Atrey onun oğlanlarını öldürüb,
doğrayıb, onların əti ilə atalarını yedirtdi. Fiestin sonralar doğulan oğlu Egisf əvvəlcə
Atreyi, sonralar isə həmin intiqam hissindən onun oğlu Aqamemnonu öldürdü. Bu
nəsil «Atrid lənətinə» tuş gəldi.
Miflərlə tarixi hadisələrin sintezinin təsviri verilən Homerin «İliada» poemasında
yunanlarla troyalıların on il davam edən müharibəsinə, Troyanın mühasirsinə son
qoymaqla yunanlara arzuladıları qələbəni bəxş edən bir hiyləgərlik hadisəsi xüsusi yer
tutur. Bu hadisə Odisseyin hiyləgərliyinin və yunanların məkrinin ən böyük nümunəsi
idi.
Aqamemnonun başçılıq etdiyi yunanlar onun qardaşının arvadı, füsunkar
Yelenanı qaçırmış Troya printsi Parisdən intiqam almaq məqsədilə Troyaya hərbi yürüş
həyata keçirdilər. Müharibə və İlionun mühasirəsi on il ərzində davam etsə də, heç bir
tərəf həlledici üstünlüyə malik deyildi. Bu vaxt yunanlar Odisseyin məsləhəti ilə
troyalılara at hədiyyəsi vermək qərarına gəldilər. Onlar ağac materialdan at şəklində
78
nəhəng qurğu düzəldib, onu ilahə Afinanın hədiyyəsi kimi təqdim etdilər. Atı Troyanın
divarı yanında qoydular. Kahin Laokoonun və çar Priamın öncəgörən qızı
Kassandranın xəbərdarlıqlarına baxmayaraq, troyalılar atı dartıb şəhərə gətirdilər.
Bədbəxt Laokoon bu xəbərdarlığına görə yunanları himayə edən ilahi qüvvələrin
göndərdiyi ilanların sancması nəticəsində iki oğlu ilə birlikdə ölsə də, troyalılar onların
ölümünü də özlərinin xeyrinə olan ilahi əlamət hesab edib, hədiyyəni qəbul etmək
qərarına gəldilər.
Atın içərisində ən yaxşı yunan döyüşçüləri gizlənmişdi, gecə düşəndə onlar atın
«qarnından» çıxıb, mühafizəçiləri öldürdülər və yunan qoşunlarını şəhərə buraxdılar.
Bu yolla yunanlar qalib gəldilər.
Troya atı güclü şəhər-dövlətin məhvində xüsusi rol oynadı. Yunanların
(danaylıların) hədiyyəsi əsl məkr nümunəsi olmaqla öz işini gördü. Ona görə də qədim
Roma şairi Vergili yazmışdı. «Quidquidest, timeo Danaos et dona ferentes» - «O nədən
ibarət olsa da, danaylıların gətirdiyi hədiyyədən qorxuram». Buradan da sirrli, məkrli
niyyəti bildirən «Troya atı» ifadəsi yaranmışdır.
Bu ifadəni bilməməyin özü də bəzən xoşagəlməz hadisələrin baş verməsinə
səbəb olur. Uzun müddət ərzində SSRİ Televiziya və Radio Komitəsi sədrinin birinci
müavini, 1945-46-cı illərdə keçirilən Nyurnberq Beynəlxalq Tribunalında isə tərcüməçi
işləmiş Ənvər Məmmədov yazırdı ki, faşist Almaniyasının rəhbərliyində ikinci şəxs
sayılan German Gerinq mühakimə vaxtı obrazlı danışmaq, qədim yunan mifologiyasına
müraciət etməklə çıxışlarına sanbal vermək üslubunu seçmişdi. Bir dəfə alman dilindən
ingilis dilinə tərcümə edən qız (tribunalda sinxron tərcümə gedirdi) müttəhimin
danışığını başa düşmədiyindən tərcüməni dayandırdı və səbəb kimi izah etdi ki, Gerinq
nəsə bir at barədə danışır, o, isə heç nə başa düşmür. Gerinq «Troya atı» ifadəsini
işlətmişdi, tərcüməçi qıza isə bu naməlum bir termin idi. Yalnız tərcüməçi
dəyişdirildikdən sonra məhkəmə prosesi davam etdirildi. Qədim yunan mifologiyasına
və Homer yaradıcılığına biganəlik intellektin kasadlığından xəbər verir. Ümumi savadı
aşağı olan tərcüməçilər isə bir qayda olaraq öz fəaliyyətlərində «Sizif zəhməti» ilə
üzləşməli olurlar.
Tarixdə rast gəlinən bəzi misallar
Yalana, məkrə, hiyləgərliyə təkcə miflərdə deyil, qədim yunanların və digər
xalqların tarixində də rast gəlmək mümkündür. Bu hadisələr özünəməxsus qaydada
tarixi bəzəməyə xidmət edirlər. Qədim Afinada tiran Pisistrat hakimiyyətə hiyləgərlik
yolu ilə gəlmişdi, o, siyasətdə ustalıqla oyun oynamağı bacarırdı. O, özünü döyüb, üz-
gözünü göyərmiş yerlərlə bəzədi və dedi ki, o, müharibə qəhrəmanıdır, buna görə ona
cangüdənlər ayırdılar və onların köməyi ilə o, hakimiyyət kürsüsünü ələ keçirdi. Bir
qədər sonra o, vəzifəsindən uzaqlaşdırıldı, müəyyən fasilədən sonra o, uzun boylu bir
qadın tapıb, onu yaxşı geyindirdi və onunla birlikdə şəhərə daxil oldu. Qabaqda gedən
carçı qışqırırdı ki, Pisistrat şəhərə Afina Pallada ilə daxil olur. İlahənin onu himayə
etdiyini eşidən xalq artıq ona etiraz edə bilmədi və o, yenidən hakimiyyətə yüksəldi. O,
fasilələrlə bizim eradan əvvəl 561-ci ildən 527-ci ildə ölənə qədər Afinada hökmranlıq
etdi. Onun idarəçiliyi mülayim tiraniya idi. Kiçik fermerlərə torpaq payı verdiyinə görə
79
xalq arasında populyarlıq qazanmışdı, tikinti-abadlıq işlərinə böyük diqqət verirdi,
şəhəri gözəlləşdirdi. Öldükdən sonra onun oğlu Hippi b.e.ə. 527-510-cu illərdə
hökmranlıq etdikdə irticaya yol verdiyinə görə sürgünə göndərildi və beləliklə, Afinada
tiraniyaya son qoyuldu.
Qədim Romada varlı adamlar və hətta imperatorlar evlərində hamamlarının
olmasına baxmayaraq, ictimai hamama gedirdilər. Bir dəfə imperator Adrian (o, 117-
138-ci illərdə imperatorluq etmişdi) hamama gəldikdə, gördü ki, birisi kürəyini divara
sürtür. İmperator maraqlandıqda, ona dedilər ki, həmin adamın qulu olmadığına görə
belini beləcə sürtməyə məcbur olur. İmperator ona bir qul verdi. İkinci dəfə Adrian
hamama gələndə gördü ki, iyirmiyə qədər adam kürəyini divara sürtür. Lakin
imperator heç də səfeh adam deyildi, o dedi ki, əgər qulları yoxdursa, qoy bir-birlərinin
kürəyini sürtsünlər. Ağ yalanla ancaq maymaqları, səfehləri aldataq olur, ağıllı, ayıq
adamlar çox vaxt yalanın hörümçk torundan uzaq qaçmağı bacarırlar.
Xristianların XI əsrin sonundan başladıqları Səlib yürüşləri din bayrağı altında
Palestinada günahsız insanlarn qanının geniş miqyasda axıdılması ilə yanaşı, digər
dəhşətli hadisələrlə də əlamətdardır. Roma Papasının başçılığı altında din xadimləri
Səlib yürüşlərinin təşkili üçün hər cür məkrə əl atırdılar.
Uşaqların və yeniyetmələrin Səlib yürüşünə cəlb edilməklə aldadılması və
onların fırıldaq qurbanlarına çevrilməsi bu eybəcərliklərin daha bariz nümunəsidir.
1212-ci ilin mayında startını götürən bu hadisə dini fanatizmin hansı dəhşətlərə gətirib
çıxardığını aydın göstərir. Fransada həmin dövrdə yeniyetmə çoban Stefanın gözünə ağ
rahib obrazında İisus göründü. İisus ona göstəriş vermişdi ki, yeni Səlib yürüşünün
başında dursun. Bu yürüşdə yalnız uşaqlar iştirak etməli idi, guya ki, ələ silah
götürmədən, dillərində Allahın adı olmaqla onlar Sahibin qəbrinin olduğu Yerusəlimi
azad etməlidirlər.
Çoban elə ehtirasla moizə edirdi ki, uşaqlar evlərindən qaçıb ona qoşulurdular.
Vandom bu «müqəddəs qoşun»un yığışdığı yer elan edildi, buraya 30 min yeniyetmə
toplaşmışdı. Stefan artıq möcüzə yaradan hesab olunurdu. Onlar Marselə getdilər ki,
oradan müqəddəs torpağa üzsünlər, lakin gəmilər barədə əvvəlcədən heç kim
düşünməmişdi. Qoşuna keşişlər və kəndlilər, çox hallarda həm də cinayətkarlar
qoşulurdu.
Bu hərəkata dəlisovluqla qoşulmağa can atan alman uşaqlar isə Almaniyadan
İtaliyaya gedən yolda Alp dağlarını keçəndə dəhşətli məhrumiyyətlərə məruz qaldılar.
Yerli əhali isə Fridrix Barbarossanın səlibçilərinin (III Səlib yürüşü) törətdikləri
bədbəxtliklərdən cana doyduqlarından onların çətinliklərinə laqeydlik göstərirdilər.
Fransız uşaqlarına isə Marseldə iki yerli tacir yeddi gəmi verdi ki, onlar
müqəddəs torpağa üzsünlər. Lakin onların izi bütünlüklə itdi və 18 ildən sonra, 1230-cu
ildə Avropada vaxtilə onları müşayiət edən bir rahib meydana çıxdı və o, danışdı ki,
yeniyetmələr olan gəmi Əlcəzair sahillərinə gəlib çıxdılar, orada onları gözləyirdilər.
Məlum oldu ki, tacirlər onlara gəmiləri mərhəmətlərinə görə deyil, müsəlman
quldarları ilə sövdələşdiklərinə görə veribmişlər. Yeddi gəmidən ikisi hələ üzərkən
Sardiniya adası yaxınlığında qəzaya uğrayıb batıbmış, digərlərini isə əclaflar Şimali
Afrikaya gətirib, guya Sahibin qəbrini xilas edəcək bu zəvvarları Misirin qul bazarında
qul kimi satmışdılar. Minlərlə uşaq Xəlifənin sarayına düşmüşdü. Ən ağır bədbəxtlik
80
payı isə aldadılan və təcavüzlərə məruz qalan qızların bəxtinə düşmüşdü. Dini
fanatizm və kilsənin nüfuzu hesabına aldadılan on minlərlə avropalı uşaq öz evlərini,
valideynlərini tərk edib, uzaq diyarlarda səfillərə və əsl qullara çevrilmişdilər.
İngiltərə kralı I Eduard qiyam qaldıran uelsliləri sakitləşdirmək üçün 1284-cü
ildə Kardiffdə olarkən bir hiyləgərliyə əl atdı. Xalqın qarşısına çıxıb dedi ki, mən sizə
Uelsdə anadan olan və ingiliscə bir kəlmə də bilməyən bir nəfəri hökmdar qoyacağam.
Uelslilər kralın bu bəyanatına çox sevindilər, lakin məlum oldu ki, kral onların
sadəlövhlüyündən istifadə edib kələk işlətmişdir. Onun bu bəyanatından əvvəlki gün
Kardiffdə anadan olan oğlu, gələcək kral II Eduardı o, Uels printsi təyin etmişdir. Hər
bir körpə kimi o, danışa bilmirdi. Uelslilər kral I Eduardın hiyləgərliyinin qurbanı
oldular. O vaxtdan etibarən kralın böyük oğlu, vəliəhd Uels printsi adlanır. İndiki
kraliça II Elizabetin oğlu Çarlz da bu titulu daşıyır.
Fransa kralı IX Karl anası Yekaterina Mediçinin öyrətməsi, təhriki ilə qəsd təşkil
etdi və 1572-ci il avqustun 24-nün gecəsində – bu Varfolomey gecəsi adlanır,- Parisdə
huqenotlar adlanan protestantların qırğını başlandı. Sena çayı qandan qırmızı rəng
almışdı. Hamı dini dönüklərə hücum edirdi. Latın məhəlləsində professorları, tacirləri
öldürürdülər. Həmin gecə 5 mindən 10 minə qədər parislinin öldürüldüyü güman
edilir. Hüqenotların təqibinə görə Parisi çox sayda sənətkarlar tərk etdi və bu gələcəkdə
özünü Fransa üçün ağır iqtisadi zərbə kimi göstərdi.
Yalnız 1594-cü ildə kral IV Henri protestantlıqdan katolikliyə qayıtdığına görə,
«Paris messaya dəyər» şüarı ilə paytaxta girib, uzun sürən vtəndaş müharibəsindən
sonra burada sülhü bərpa etdi. Parislilər 1610-cu ildə dini fanatik tərəfindən qətlə
yetirilən kral IV Henrini samaritan adlandırıb, onu hökmranlığı dövründə çox sevdilər.
1715-ci ildə Cünəş Kral- XIV Lui öldükdən sonra Fransa taxt- tacına onun
nəticəsi, az yaşlı XV Lui gəldi. Ölkəni regent kimi Orlean hersoqu ( Adı II Filipp olan
bu adam 1715-1723-cü illərdə Fransada hökmranlıq etmişdi ) idarə etməyə başladı. O,
özünü xalqa qayğıkeş, izafi xərcə yol verməyən hökmdar kimi göstərmək üçün sarayın
tövlələrindəki atların sayını iki qat azaltdı. Bunu eşidən böyük fransız filosofu Volter
yazmışdı ki, yaxşı olardı ki, o, tövlədəki atların miqdarını azaltmaqdansa, saraydakı
eşşəklərin sayını iki qat azaldaydı.
Təkcə bir ölkənin ərazisində deyil, beynəlxalq münasibətlərdə də bir-birini
aldatmağa geniş yol verilir. Çünki ən sıx müttəfiqlik belə, qarşılıqlı şübhələri aradan
qaldırmır, həqiqi etimada əsaslanmır. Müttəfiqlik müqaviləsi ilə bağlananlar, sonradan
müharibə cığırına düşməklə, bir-birinə ağır zərbə vurmağa çalışırlar. 1807-ci ildə
Napoleonla rus çarı I Aleksandr dostluqdan xəbər verən müqavilə imzalamışdılar.
Rusiya sonralar Britaniya ilə əlaqələri bərpa etdiyinə görə, Napoleon Rusiyaya yürüş
etdi və nəticədə ağır məğlubiyyətlə üzləşməli oldu.
Napoleon, ondan 130 il sonra Hitler kimi ümid edirdi ki, onun Böyük İmperiyası
əsrlərlə axırıncı imperiya olacaqdır. Hitler imperiyası kimi o da yaranandan az sonra
sürətlə tənəzzülə uğradı. Burada iki başlıca səbəb var idi: Böyük Britaniyanın
dirçəlməsi və millətçiliyin güclənməsi. Britaniyanın dirçəlməsi əsasən onun dəniz
qüvvələrinə borclu idi. Britaniya uzun müddət ərzində dalğaları idarə etdikcə hərbi
hücumlar üçün demək olar ki, heç də kövrək olmurdu. Napoleon İngiltərəyə müdaxilə
etməyi də düşünürdü və quruda əlbəttə, onun ordusu çox güclü idi. Ona görə də bu
81
müdaxilə üçün gəmilər də toplanmışdı. Lakin 1805-ci ildə Trafalqar döyüşündə
birləşmiş fransız-ispan donanması admiral Nelsonun başçılıq etdiyi Britaniya hərbi-
dəniz qüvvələrinə üstün gələ bilmədi, əksinə ağır məğlubiyyətlə üzləşdi. Napoleon bu
vaxt Bratiniyanı məğlub etmək üçün üzünü özünün Kontinental Sisteminə tərəf çevirdi.
1806-1807-ci illərdə həmin sistem işə salındı, bu yolla Britaniya mallarının Avropa
qitəsinə çatdırılmasının qarşısının alınmasına cəhd edildi. Bundan məqsəd Britaniyanı
iqtisadi cəhətdən zəiflətmək və onun müharibə aparmaq qabiliyyətini məhv etmək idi.
Lakin Kontinental Sistem uğursuzluğa düçar oldu. Müttəfiq dövlətlər Fransanın
iqtisadi hegemonluğuna sıx bağlanılmağa nifrət edirdilər. Bəziləri onu aldatmağa,
digərləri isə müqavimət göstərməyə başladılar. Ona görə də qapını Britaniya ilə
əməkdaşlığa açdılar. Şərqi Aralıq dənizindəki və Latın Amerikasındakı yeni bazarlar
həmçinin Britaniyanın itkilərini kompensasiya edirdi. Məhz bunlara görə də, 1810-cu
ildən Britaniyanın dəniz yolu ilə ixracı rekord səviyyəyə qalxmışdı. Müttəfiqləri
Napoleonu aldadaraq Britaniya ilə əməkdaşlığı və ticarəti bərpa etmişdilər.
İmperializmin «yalan» təməli
İmperializm tarixən yenidən canlanmaqla öz məqsədlərinə doğru hələ XVII
əsrdə başlayıb, sonrakı dövrlərdə isə irəliləsə də, XIX əsrdə daha böyük miqyas almağa
başladı. 1880-ci illərdən Avropa dövlətləri dənizlərin o tərəfindəki torpaqları geniş
qaydada tutmağa başlayanda yeni imperializm adlanan bu hərəkat Asiya və Afrikanın
parçalanmasına, ələ keçirilməsinə səbəb oldu. İspaniya, Britaniya, Rusia imperiyaları
artıq əvvəlki əsrlərdə təşəkkül tapmışdı. XIX əsr isə dünya ərazilərinin yenidən
bölünməsi, Afrikanın bütövlükdə müstəmləkə ərazisinə çevrilməsi üçün xüsusi
əhəmiyyətə malik oldu.
Britaniyanın ağ irqinin bu qitədəki uğurlu irəliləməsi həmin əsrin sonunda baş
verdi. Bu istilaları, işğalları, torpaqların ələ keçirilməsini İngiltərədə elmi cəhətdən də
sübut etməyə çalışırdılar. Londonda 1865-ci ildə nəşr edilən «Zəncilərin təbiətdə yeri»
adlı «elmi» məqaləsində Ceyms Hatt Darvin nəzəriyəsindən istifadə edərək zənciləri
insanabənzər meymunlarla müqayisə edirdi. Britaniyanın böyük çətinliklə əzabından
qurtulduğu quldarlığa o, haqq qazandırırdı. Belə bir mülahizə irəli sürmüşdü ki,
britaniyalılar elə təkamülə məruz qalmışlar ki, onlar başqa xalqları idarə etməyə
qadirdirlər, çünki onlar yüksək irqdirlər. Bir neçə onillikdən sonra, artıq XX əsrdə Hitler
almanları təmiz arilər adlandırmaqla yüksək irq kimi təqdim edəcək və onun ağalığı
üçün dünyanı yeni ən böyük miqyaslı və dəhşətli müharibəyə cəlb edəcəkdi.
Britaniya öz müstəmləkə siyasətini insanlığa məhəl qoymadan həyata keçirirdi,
bu məqsədlə hər cür yalana və hiyləgərliyə əl atırdı. Bir ingilisin bu vaxtlar dediyi kimi,
«Britaniyanın bütün vəziyyəti aldatmaya əsaslanırdı». İngilislər Afrikada əraziləri
birbaşa deil, marionetkalar olan tayfa başçıları vasitəsilə idarə edirdilər, yerli başçı
olmayanda isə özləri onu təyin edirdilər. XIX əsrin sonunda Böyük Britaniya Afrikada
iri ərazilərə malik idi, oradakı inzibati başçılar hər şeylə: vergi toplamaqla, polis və
məhkəmə xidməti ilə məşğul olurdular. Afrikanın böyük tədqiqatçısı şotland Devid
Livinqston qitədə öz kəşflərini edərkən, «kömək etmək» şüarını irəli sürmüşdüsə, bu
söz sonralar «idarə etmək» mənasını kəsb etdi. Lakin onun ardıcılları barədə də bəxti
gətirmədi. İngilis Henri Morton Stenli ondan xəbər gəlməyən Livinqstonu axtarmağa
82
göndərilmişdi və tapdıqdan sonra onunla birlikdə Tanqanika gölünü tədqiq etmişdi.
Sonralar o, Belçika kralı II Leopoldun xidmətinə keçmişdi və onun müstəmləkəçilik
siyasətinin həyata keçirilməsinə böyük köməklik göstərmişdi.
Əgər Livinqston göylərə yüksəlməyə cəhd edirdisə, müstəmləkə siyasətinə
xidmət edənlər nəzərlərini torpağa, daha doğrusu, yerin təkinə dikmişdilər. Afrikada
Britaniya məstəmləkəçiliyinin genişlənməsində Sesil Rodsun (1853-1902-ci illər) böyük
fəaliyyəti olmuşdu, əslində o, 1880-90-cı illərdə imperiyanın siyasətini aparmışdı. İngilis
müstəmləkəçiləri tərəfindən Cənubi və Mərkəzi Afrikada ərazi işğallarının təşkilatçısı
olmaqla, onların bir hissəsi olan Rodeziya koloniyasını yaratmışdı. İndi həmin
koloniyanın şimal hissəsi Zambiya Respublikasına, cənubu isə Zimbabveyə məxsusdur.
O, 1870-ci ildə səhhətinə görə Cənubi Afrikadakı Natala göndərilmişdi. Oranc Azad
Dövlətində almaz yatağı kəşf edildikdən sonra, bu sahədə öz bəxtini sınamaq üçün ora
getmiş, Matabeles tayfa çarnın güzəşti sayəsində 1888-ci ildə xeyli ərazi ələ keçirərək,
onu Rodeziya adlandırmışdı. Bu ərazini 1896-cı ilə qədər təkbaşına idarə etmişdi. 1890-
96-cı illərdə Kap (Keyp) koloniyasının baş naziri olmuş, Cənubi Afrikadakı Keypdən
qitənin şimalındakı Qahirəyə qədər dəmir yolu çəkilməsinin layihəsini irəli sürmüşdü.
İmperializmin iri addımlarla irəliləməsi hesabına Britaniya Viktoriya epoxasında
dünya əhalisinin ¼-ə ağalıq edirdi. Vaxtilə ispan kralının dediyi sözü təkrar edib,
kraliça deyə bilərdi ki, mənim imperiyamın üzərində günəş batmır.
Afrikanın müstəmləkəçiliyi bir qədər uzun tarixə malikdir. Hələ XVII əsrin
ortalarında burada yenicə məskunlaşmış hollandlar, sonra isə almanlar və fransızlar
Kap əyaləti ərazisində böyük sahələri ələ keçirmişdilər. Kolonistlər arasında hollandlar
çoxluq təşkil etdiyindən onları holland dilində «kəndli» mənasını verən «bur»
sözündən götürülmüş «burlar» adlandırmağa başlamışdılar. Onlar həyasızcasına və
qəddarlıqla yerli əhali olan buşmenləri məhv edir və yaşadıqları yerlərdən qovur,
onların torpaqlarını və mal-qarasını əllərindən alırdıldar.
Britaniya missionerləri XIX əsrin əvvəllərində yerli əhalinin burlar tərəfindən
vəhşicəsinə, insanlığa yad qaydada məhv edilməsindən yazırdılar. Sonralar
britaniyalılar da yerli əhali ilə eyni qaydada davranacaqdılar. Afrikalılar demək olar ki,
qul vəziyyətində idilər. Öz əməllərini kalviniizmin ehkamları ilə ört-basdır edən burlar,
dərisinin rəngi başqa olan adamları qul etmək barədə özlərinin «ilahi» hüquqa malik
olduqlarını bəyan etmişdilər.
Sonralar burlarla ingilislər arasında başlanan mübarizədə burlar məğlub oldular.
Burlar yalnız Oranc Azad Dövlətini yaratdılar. Lakin Orancda almaz dənələrinin, 80-ci
illərin əvvəllərində isə Transvaalda zəngin qızıl yataqlarının kəşf edilməsi ona gətirib
çıxardı ki, müstəmləkə siyasəti ilə iri ingilis şirkətləri məşğul olmağa başladı. Axı
Hindistanın da müstəmləkəyə çevrilməsində hələ 1600-cü ildə yaradılmış və əvvəllər
sırf kommersiya ilə məşğul olan İst-İndia şirkətinin ölçüyə sığmayan xidmətləri
olmuşdu. Cənbi Afrikadakı şirkətlərin əməliyyatlarını, birja fırıldaqlarını mədən
müəssisələrinin səhmləri hesabına varlanan Sesil Rods istiqamətləndirirdi. Bir neçə il
ərzində o, almaz hasilatının çox sayda konsessiyalarını ələ keçirdi, sonra isə Cənubi
Afrikadakı bütün almaz və qızıl hasilatını inhisara götürdü. Məşhur bankir lord
Rotşildin dəstəyi ilə Rods öz dövrünün aparıcı maliyyə maqnatına çevrildi. O, Afrikada
83
«Keypdən Qahirəyədək» olan bütöv müstəmləkə kompleksinin yaradılmasını arzu
edirdi.
Afrika üçün həlledici döyüşün başlanğıcını Belçika kralı II Leopold qoymuşdu.
Onun hərəkətlərinin başlıca motivi acgözlük, tamahkarlıq idi. 1870-ci ilin əvvəlində o,
belə bir xəbərlə tanış oldu ki, Konqo çayının hövzəsində heyranedici və çox varlı olan
bir ölkə yerləşir. O, ABŞ ərazisinin 1/3-nə bərabər olan bu nəhəng ərazini ələ keçirmək
üçün alışıb yanırdı. Bu məqsədlə o, Henri Stenlini öz xidmətinə dəvət etdi. Bu vaxt o,
Afrikanın içərilərində Livinqstonun itmiş ekspedisiyasını axtarırdı.
Stenli Belçika kralının tapşırığı ilə xüsusi missiyanı həyata keçirmək üçün
Konqoya göndərildi. Hiyləgərlik və aldatma yolu ilə o, Afrika tayfa başçıları ilə əraziləri
ələ keçirmək məqsədilə bir neçə müqavilə bağladı. 1882-ci ilədək Belçika kralı 1 milyon
kvadrat kilometrlikdən çox ərazini ələ keçirməyə müvəffəq oldu. O, canfəşanlıqla
Afrikada imperializmi tətbiq edirdi. O deyirdi: «Sivilizasiyaya açılmaq üçün bizim yer
kürəsinin yalnız bir hissəsinə hələ nüfuz edildməmişdir, bütün əhalini əhatə edən
cəhaləti dağıtmaq elə Səlib yürüşüdür. Mən bunu deyirəmsə, Səlib yürüşü bu proqress
əsrinə layiqdir».
II Leopold Konqoda yerli əhaliyə qarşı hər cür vəhşiliyə əl atırdı.1891-ci ildən
başlıca sənaye sahəsi olan yabanı rezin istehsalı burada çox gəlirli bir işə çevrildi. Təbii
kauçuku – heveya ağacının şirəsini yığmaq üçün cəlb edilən zəncilərdən gündəlik
normanqı yerinə yetirməyənlərin sağ qolu kəsilirdi. Bir müddətdən sonra qolları
kəsilmişlərin saı həddən çox artdqda, bu qayda ləğv edildi, başqa cəza növləri işə
salındı. 1904-cü ildə rezin istehsalında yerli əhali ilə pis davranış Leopoldun fərdi idarə
etməsinin tənəzzülə uğramasına səbəb oldu. Böyük Britaniya ABŞ-la birlikdə “rezin
vəhşiliyni” aradan qaldırmaq üçün Belçikaya təzyiq göstərdilər ki, Konqo dövlətini
özünə birləşdirsin. Zəncilərə qarşı pis münasibət bununla bitmirdi. Belçikanın paytaxtı
Brusseldə qara dərililər üçün heyvanxana tipli xüsusi sərgi yaradılmışdı, zəncilər vəhşi
heyvanlar kimi dəmir qəfəslərdə nümayiş etdirilirdi. Belçikalılar ekzotik heyvanlar
kimi onlara maraqla tamaşa edirdilər.
Avropa dövlətləri Afrikanın ərazi bölgüsü ilə daha yaxından məşğul olmağa
başladılar. 1884-cü ildə Almaniya kansleri Otto fon Busmarkın təşəbbüsü ilə Berlin
Beynəlxalq konfransı keçirildi. 14 dövlət (Avropa dövlətləri və Amerika Birləşmiş
Ştatları) konfransda Afrikanın ərazi bölgüsünü qanuniləşdirdilər.
Afria ərazilərinəi ələ keçirəndə avropalılar əksər hallarda aldatmaya və
hiyləgərliyə əl atırdılar. Axı onların bağladıqları müqavilələri digər tərəfdən tayfa
başçıları imzalayırdı, onlar isə heç oxumağı da bilmirdilər və çox vaxt sənədin
məzmununa belə diqqət vermirdilər. Torpağın əvəzində tüzemlər bir neçə butılka cin,
qırmızı yaylıq və ya müxtəlif rəngdə olan paltarlar alırdılar. Axı bu təcrübədən Şimali
Amerikada hindu torpaqlarını ələ keçirmək üçün hələ hollandlar və ingilislər geniş
surətdə istifadə etmişdilər. İndiki Nyu-Yorkdakı Manhetten adasını hollandlar
hindulardan 60 quldenə və ya 24 dollara almışdılar. Avropalılar hinduları içirib sərxoş
edir və belə vəziyyətdə onlar hər cür ədalətsiz sövdələşmələrə razılıq verirdilər.
Hinduların mədəsində spirti parçalayan ferment olmadığından (Qrenlandiya
eskimoslarının bədənində də eyni ferment defisiti mövcuddur), onlar azacıq spirtli içki
84
içdikdən sonra tezliklə sərxoş olurdular, şüurlarını itirdiklərinə görə ən ağır təkliflərlə
də razılaşırdılar.
Avropalılar insanlığa məhəl qoymadan, lazım gəldikdə silahdan istifadəyə də əl
atrdılar. 1884-cü ildə saniyədə 11 güllə atan «Maksim» pulemyotu ixtira edildikdən
sonra hərbi üstünlük tamamilə müstəmləkəçilərin tərəfinə keçdi. Ona görə də yaxşı
deyirlər ki, imperializm pulemyotun köməyi ilə hakim kəsildi və pulemyotun özü də
ona sonluq bəxş etdi. Amerikanın ağ dərili sakinləri hindulara ağır zərbə vurmaq, həm
də sənayenin dəriyə olan təlabatını ödəmək üçün bizonları qırırdılar. Vinçester tüfəngi
icad edildikdən sonra isə ağ irqdən olanlar qırmızıdərililərin əsas qida mənbəyi olan bu
çöl heyvanlarının kütləvi surətdə məhv edilməsinə nail oldular. Amerika
preriyalarındakı bizon sürüləri demək olar ki, yoxa çıxdı. Odlu silahların
təkmilləşdirilməsi və onların yeni növlərinin kəşfi müstəmləkəçiliyin, əslində vəhşiliyin
uğurlarına qapıları taybatay açırdı.
Afrikaya gəldikdə, qitənin işğalı təsadüfi deyildir ki, tarixə «böyük Afrika ovu»
altında daxil oldu. 1893-cü ildə Zimbabvedə 50 avropalı 6 pulemyotla 3 min qaradərilini
öldürdü. 1998-ci ildə Sudandakı Omdurmanda gedən döyüşdə ingilislər 5 saat ərzində
11 min sudanlını məhv etdilər, özlərinin isə tikisi 20 əsgərdən ibarət idi.
Müharibədə də yalan ən güclü silah kimi
Yalan, hiyləgərlik, aldatma müharibənin ən səmərəli silahlarından biri hesab
olunur. Bəzən yalan gətirdiyi faydaya görə onlarla diviziyanı əvəz edə bilir. Çünki
yalanı işə salan tərəf bu metodun tətbiqinə görə heç bir itki vermir. Çingizxandan miras
qalan həmin metod digər silahlardan fərqli olaraq heç vaxt köhnəlmir, yararlılığını
qoruyub saxlamaqla, öz yerini hansısa təkmilləşmişinə vermir. Müttəfiq qoşunlarının
(İngiltərə, ABŞ və Kanada qüvvələrinin) 1944-cü il iyunun 6-da Normandiyaya 3
milyon nəfərlik desantının uğurlu və əsasən az itkili olmasında istifadə edilən yalan
informasiyanın böyük faydası oldu.
Xuan Qarsia Puyol adlı, 1912-ci il təvəllüdlü bir ispan alman agentinə
çevrildikdən sonra Böyük Bratinayaya getmək barədə əmr aldı. Orada o, əlavə agentlər
cəlb etməli idi. Ailəsi ilə birlikdə Britaniyaya gəldikdən sonra Puyol ingilislərə
əməkdaşlıq təklif etdi, britaniyalılar onun təklifini qəbul etdilər. Burada o, Qarbo agent
ləqəbini qəbul etdi, almanlar üçün isə onun agent ləqəbi Arabel idi. Beləliklə, İkinci
Dünya Müharibəsi ərzində o, ikili agent oldu və bu dövrdə uzun müddət almanların
Baş Qərargahını aldatdı.
Puyol – Qarbonun ən böyük xidməti Normandiya desantı ərəfəsində baş verdi.
O, almanları yalan məlumatlarla aldadaraq, əməliyyatın Pa-de-Kaledə deyil,
Normandiyada aparılacağının tam sirr olaraq qalmasına nail oldu. Almanlar onun
məlumatına əsaslanaraq Pa-de-Kaledə güclü istehkamlar qurdular. Buna görə də
müttəfiq qoşunlarının baş komandanı Duayt Eyzanhauer Normandiya istiqamətini
seçdi.
Desant gününə (D-day) 71 gün qalmış Qarbo almanları əməliyyat barədə
aldatmağa başladı. Almanlar tam əmin idi ki, hədəf Pa-de-Kaledir, Duvr boğazıdır.
Hitler həm də güman edirdi ki, D-day iki aydan sonra başlayacaqdır. Almanlar
müdaxilənin belə tez və başqa yerdə olacağını gözləmirdilər. Müdafiə qoşunlarına
85
komandanlıq edən Rommel desant ərəfəsində arxayın qaydada Berlinə, arvadının ad
gününə getmişdi. Qarbo xəbər verirdi ki, Normandiya diqqəti yayındırmaq cəhdidir,
hücum Pa-de-Kaledə olacaqdır. Ona görə də Hitler 300 min əsgəri Pa-de-Kaledə
saxlayırdı.
Hitler Normandiyaya desant kimi hazırlanan «Neptun» əməliyyatından xəbərsiz
idi. Çünki Britaniya Duvr ətrafında da kamuflyaj qaydasında rezindən çoxlu tanklar
düzmüş, Kent yaxınlığındakı aerodromda taxtadan və parçadan düzəldilmiş çox sayda
təyyarələr qoymuşdu. Alman hərbi-hava kəşfiyyatı bunları müşahidə edib,
komandanlığa həqiqi qüvvələr kimi məruzə edirdi. Bu da Qarbonun çaşdırmaq üçün
verdiyi məlumatlara alman Qərargahının inamını daha da artırırdı. Saxta informasiya
öz işini görmüşdü. Normandiyada ciddi hazırlıq işləri görülməmüşdü. Kale
rayonundan oraya vaxtında qüvvə atmaq da asan məsələ deyildi, çünki onların
arasındakı məsafə 249 km idi.
Qarbo alman komandanlığını Müttəfiq qoşunlarının müdaxiləsinin vaxtı və yeri
barədə ciddi surətdə azdırmaqla, əməliyyatın uğurunda mühüm rol oynamışdı.
Əlbəttə, özlüyündə də Normandiya desantı sadə bir iş deyildi və hücum edənlər
müəyyən itki verməli oldular. Desant əməliyyatında beş min gəmi iştrak edirdi. Əgər
almanlar desantın vaxtını və yerini düzgün bilsəydilər, bu itki bəlkə də dəfələrlə çox
olardı və elə uğurla başa çatdırılmasına nail oluna bilməzdi.
Puyol müharibədən sonra Venesuelaya getdi və 1988-ci ildəki ölümünə qədər
orada yaşadı.
Yalanın, hiyləgərliyin müharibədə nəyə qədər olduğunu Qarbonun saxta
informasiyasının uğurlu nəticəsi bir daha göstərir. Bu ikili agent həm Böyük
Britaniyanın, həm də faşist Almaniyasının hərbi mükafatları ilə təltif edilmişdi.
Almanlar müharibənin sonunadək öz casusları olan Arabelin (Qarbonun) onlara necə
ağır zərbə vurduğundan hali ola bilmədilər. Demokratik ölkə olmasına baxmayaraq,
Uinston Çörçill hərbi informasiyanın sirrinin qorunmasına xüsusi fikir verirdi.
Almanların «Eniqma» kod şifrələri açıldıqdan sonra Çörçill bunu «ultrasirrli» məsələ
adlandırmışdı və bu iş «ultra» adı altında daim gizli saxlanmışdı. Hətta ən ağır anlarda
da, müttəfiqinə ağır zərbə dəyəndə də (məsələn, 1941-ci ilin 7 dekabrında yaponlar
Pyorl-Harbora ağır nəticəsi olan hücumlarını edərkən) bu sirr gizli saxlanmışdı ki,
almanlar kodun açılmasından xəbər tutmasınlar.
Yalan istehza vasitəsi kimi
Bəzi hallarda yalan istehza, ələ salmaq qaydasında istifıadə edildikdə,
gözlənilmədən olduqca yaxşı effekt verir, cahil adamların iç üzünün açılıb, ifşa
edilməsinə köməklik göstərir. Bu yolla aldadılan adam çox asanlıqla öz səviyyəsizliyini
üzə çıxarır. Böyük rus yazıçısı F.M.Dostoyevski katorqadan qayıtdıqdan sonra
Peterburqda küçədə bir yazıçı ilə görüşdü. Həmin yazıçı qəzəblənməyə başladı: «Sizi
katorqaya göndərmək – nəyə görə?! Kitabları oxumağa görəmi? Vəhşilik? Asiya
qaydası! Özbaşınaldıq!»
Dostoyevski onun sözünü kəsdi: «Yox! Biz rus xalqının əleyhinə getdik və xalq
bizi katorqaya göndərdi! Və ədalətə uyğun olaraq!»
86
Yazıçı evinə gəlib, qeyd dəftərində yazdı: «Dostoyevskini gördüm. O, həmişə
Səfeh idi. Katorqadan qayıtdıqdan sonra lap Dəli olmuşdur!» Dostoyevski yəqin ki,
bundan xəbər tutsaydı, həmin cahilin belə qiymətinə görə sevinə bilərdi, çünki bu səfeh
adam onun istehzalı «Xalq bizi katorqaya göndərdi» sözlərinə inanmaqla, dahinin adı
kinayəsini anlamadığından onun haqqında özünə bilavasitə daha çox uyğun gələn
ifadələri işlətmişdi.
---------------------------------------------------------------------------
Yalan, aldatma məkr və hiyləgərlik asan yolla fayda götürməyə cəhd edənlər
üçün əvəzedilməz vasitə rolunu oynayır. Yalanda yaşamaq təkcə həqiqətə göz yummaq
deyildir, həm də insanı mənəvi cəhətdən aşınmaya aparan yoldur. Mənəviyyata
vurulan zərbə isə lepra yarası həyati orqanları çürüdüb məhv etdiyi kimi bütövlükdə
cəmiyyəti də ağır fəsadlara mübtəla edir. Ona görə də qüsurların yaratdığı mənəvi
eroziyaya qarşı diqqətli olmaq tələb olunur. Azad cəmiyyətlərdə onların minimuma
endirilməsinə çalışılmalıdır. Ona görə də ayıq olmaq xəbərdarlığı edilməli, bu sahədə
güzəştə yönələn tolerantlığa və mürgüləmə imkanlarına yol verilməməlidir. Həqiqət
axınında, bu dirilik suyunda azacıq nəzərə çarpan yalan damlası da nəzarətdən
kənarda qalmamalıdır.
Yalanı danışanların günahı nə qədər çox olsa da, yalana inananların, onu mütləq
həqiqət kimi qəbul edənlərin də təqsiri az deyildir. Böyük alman şairi Höte yazırdı ki, “
Bizi heç vaxt aldatmırlar, biz özümüz özümüzü aldadırıq”. Həqiqətən də özümüzü
aldatmasaq, yalan belə böyük qüvvə kəsb edə bilməz.
son
Müharibə və onun nəticələrinə təsir edən amillər
Müharibə, bəzi dahilər tərəfindən insan təbiətinə yad olan bir xüsusiyyət kimi
qiymətləndirilsə də, bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və dəhşətlərinə görə
əsrlər boyu arası kəsilməyən tək görünür. Çox hallarda onun mahiyyətini düzgün dərk
edənlərə utanclıq bəxş etdiyi halda, müharibə dünyanın salnaməsində bir qırmızı xətt
təsiri bağışlayır. Tarixdə müharibəni özünə həyat tərzi kimi qəbul etmiş xalqlar da
olmuşdur. Qədim spartalılar döyüşmək üçün yaşayır, həyatın mənasını öz militarist
ideyalarına haqq qazandırmaqda və alay tipli cəmiyyətlərini şərəfləndirməkdə
görürdülər. Bizim eradan əvvəl VII əsrə qədər onlar artıq militarist dövlətlərini
yaratmışdılar. Spartalılar yeddi yaşından ağrıya dözmək və döyüşdə qalib gəlmək
ruhunda tərbiyə olunmaq və hərbi məşqlər keçmək üçün baraklarda yaşayır, iyirmi
yaşında isə nizami hərbi xidmət üçün ordu sıralarına daxil olurdular. Spartalı
vuruşmaqdan başqa heç nə bilmirdi..Ərzağı spartalılar üçün əsir hilot-lar istehsal
edirdilər. Döyüşdə ölmək spartalı üçün şərəf işi idi, hətta analar da öz oğullarının
döyüşdə ölmələrini arzu edirdilər Başqaları Sparta kimi militarist dövlət olmsalar da,
müharibə allahına sitayişdə heç də geridə qalmırdılar. Qədim Romanın görkəmli
tədqiqatçısı Tit Livi ( b. e. ə. 59 – b.e. 17 - ci illəri )yazırdı ki, Roma öz qonşuları ilə
demək olar ki, arası kəsilməyən müharibələrlə məşğul olurdu. Böyük Karl – Şarleman (
87
742 – 814 –cü illər ) öımrü boyu əlli dörd hərbi kampaniya aparmışdı. Bir çox
hökmdarlar saysız – hesabsız müharibələr aparmaları ilə öyünsələr də, nəticədə öz
dövlətlərini iflas vəziyyətinə, əhalini isə aclıqla üzləşməyə gətirib çıxarmışdılar.
Tarixi və təkamülü özü ilə səhvlər və fəlakətlər cədvəlinə çevirməklə müharibə,
elə bil ki, hansısa bir genetik səhvin nəticəsi kimi nəzərə çarpır. Bu səhv, genetik kodda
baş verdiyi şəkildə görünməklə, hətta belə sirrli səbəbindən asılı olmayaraq bəşəriyyətə
dəhşətli bəlalar “bəxş edir”.
Müharibə əslində bəşəriyyətin özünü intihar etmək cəhdidir Təsadüfi deyildir ki,
filosoflar müharibəni, bəşəriyyət üçün heç bir dəyəri olmayan səfeh mübahsələrdə
insan həyatının və resurslarının ağılsızcasına israf edilməsi kimi məhkum edirdilər.
Böyük fransız filosofu Volterin mylahizəsi daha hərtərəflidir: “Ölümün qızı, amansız
müharibə, soyğunçuluq, hansını ki, biz qəhrəmanlıq adlandırırıq! Sənin dəhşətli
xüsusiyyətlərin hesabına yer göz yaşları,qan içindədir, qarət edilmişdir.”
Bəzi müharibələr isə “binövrədən mənasız münaqişə” adlandırılırdı, məsələn,
tarixçilər Otuz illik müharibəni ( 1618- 1648 –ci illər ) belə qiymətləndirirdilər..Qanlı
savaşın eybəcərliyini rus rəssamı Vasili Vereşşagin özünün “ Müharibənin apofeozu “
tablosunda, quru, günəşin yandırdığı çöldə insan kəllələrindən düzələn və üstündə
qarğaların yem axtarmaq üçün uçduğu iri piramida şəklində təsvir edir. Əsər obrazlı
şəkildə müharibənin dəhşətlərini, saysız - hesabsız qurbanlarını göz önünə gətirir. Axı
qızğın döyüşlərdə də məsafə çox vaxt əsl ölçü vahidi əvəzinə meyidlərin sayı ilə
ölçülür. Müharibəyə can atanlar, qan tökməyə susayanlar adətən bunu bir peşəyə,
sənətə çevirmək istəyir, özləri üçün ləyaqətli həyat tərzi kimi qəbul etməklə, döyüşü bir
həzz mənbəyi hesab edirlər. Hələ Birinci Dünya müharibəsinə yollanan almanlara bu
şərəfli bir macəra kimi gəlirdi, həmin və ondan sonrakı macəranın onlara hansı “şərəf “
gətirdiyi isə yaxşı məlumdur.
Müharibə qan axıdılmasına, böyük həcmdə insan həyatı itkilərinə, bütöv bir
nəslin gəncliyinin ot kimi biçilməsinə, şəhərlərin və kəndlərin viran qalmasına,
uşaqların xeyli hissəsinin yetimlik acıları ilə üzləşməsinə səbəb olmaqla, qəribə də
görünsə, həm də yer üzündəki həyatın təkamülündə böyük rol oynayan bir amilə
çevrilmişdir. Heç də sirr deyildir ki, bütün böyük dövlətlər bol qan hopmuş bünövrə
üzərində dayanmışlar. Müharibənin digər bir xüsusiyyəti də ondadır ki, hücuma,
torpaqları işğala məruz qalmış xalq daha möhkəm birləşir, həqiqi vətənpərvərlik hissini
daşıyan ayrı-ayrı fərdlər, qum sement vasitəsilə betona çevrildiyi kimi, təhlükə anında
bşqaları ilə çuğlaşıb vahid müqavimət qüvvəsini nümayiş etdirən bir sotsium kimi çıxış
edir. Bu ölkənin torpaqlarında, elə bil ki, qədim yunan mifologiysındakı olduğu kimi,
necə ki, Finikiya şahzadəsi Kadmın səpdiyi əjdaha dişlərindən torpaqdan döyüşçülər
çıxırdısa, ədalətli qisası reallaşdıra bilən, vətən yolunda hər cür fədakarlığa hazır olan
mərd oğullar ordusu meydana gəlir.
Əlbəttə, müharibə heç də hansısa bir ağıldankəm adamın icadı deyildir. İlk
dəfə müəyyən şəraitdə, özü də zərurət ucbatından meydana gəlmişdir. İbtidai insan
icması qida tapmaq sahəsində çətinlik çəkən başqa qrupun həmlələrindən qorunmaq
üçün vuruşmağa başlamış, sonralar mühafizə məqsədilə daha böyük icma kimi
şəhərləri yaratmış, əmək bölgüsünə keçmiş və silah istehsalını da öz
məşğuliyyətlərindən birinə çevirmişdir.
88
Tarixən toqquşmalar daha geniş miqyas alanda döyüşən qüvvələrin böyüməsinə
tələbat artmış, silah istehsalı genişlənmişdir. Sonralar işğallar mühüm vəzifəyə
çevrildiyindən nizami ordu meydana gəlmişdir Tədricən ordu öz funksiyasından əlavə
digər xüsusiyyətlərə malik oldu, siyasi gücün ondan asılı olması dövrü başlandı. B.e ə.
82-ci ildə Roma sərkərdəsi Sulla bunu hiss edib, ordusu ilə Romaya girdi, Senat qorxu
altında ona diktator səlahiyyətləri verdi və şəhərdə görünməmiş terror başladı.
Ordudan siyasi hakimiyyətə yiyələnmək sahəsindəki Sulla ənənəsini Pompey və Sezar
davam etdirdi, Sezar özünü hətta ömürlük diktator elan etdirdi.
Lakin ordunun əsas vəzifəsi ərazilər işğal etmək, yeni imperiyalar yaratmaq idi.
Buna haqq qazandırmaq üçün səbəblər, daha çox hallarda isə bəhanələr tapılırdı.
Bəziləri isə bunu dövlətin başlıca vəzifəsi kimi qələmə verirdi. Prussiya kralı Böyük
Fridrix ( 1712- 1786- cı illər ) işğal siyasətini əsaslandırmaq üçün demişdi: “
Hökumətlərin fundamental rolu öz ərazilərini genişləndirmək prinsipidir. “ İri nizami
orduların inkişafı isə ona gətirib çıxarırdı ki, zamandan zamana siyasi mübahisələr
diplomatiyadan daha çox silahlı münqişə vasitəsi ilə həll edilməli olurdu.
Lakin ordunun təlabatınıa qayğı həç də onun mövcudluğunun vacibliyi kimi
xüsui diqqətdə olmurdu. Qədim dövrlərdə silahlar çox ləng qaydada təkmilləşir,
mürəkkəbləşirdi. Tarixçilərin gümanına görə, qədim Romada yeddi əsr ərzində,
ordunun istifadə etdiyi silah növlərində, demək olar ki, elə bir dəyişiklik meydana
gəlməmişdi, yalnız qılıncın və nizələrin uzunluğu və ya qalxanın formaları dəyişirdi.
Silahlar köhnə dəbdə qalsa da, hərbi ustalıq xeyli böyümüşdü, hərb sahəsində
sərkərdəlik qabiliyyəti ilə seçilən dühalar mövcud dünyanın sifətini dəyişmək kimi
nəhəng bir işə girişmişdilər. Bunu onların apardıqları müharibələr aydın şəkildə
göstərir.
Tarixin böyük sərkərdələri
Troya müharibəsindən doqquz əsr sonra Makedoniyalı Aleksandr ilk dəfə
Avropadan Asiyaya keçməklə, əslində Homerin “İliada”sından pərəstiş etdiyi mifik
qəhrəmanların da iştirak etdiyi, Aqamemnonun başçılıgı altında baş verən yunanların
yürüşünü daha geniş miqyasda təkrar etmişdi. O,, artıq bir şəhər-dövləti deyil, Persiya
kimi böyük və qüdrətli imperiyanı məğlubiyyətə uğradaraq məhv etmiş, üç qitənin
ərazisində öz nəhəng imperiyasını yaratmışdı. Epir sərkərdəsi Pirr İtaliya ərazisində
Roma üzərində iki mühüm qələbə çalmışdı. Böyük Aleksandrın işğalları həm də çox
sayda yeni şəhərlərin salınması ilə də müşayiət olunmuşdur. Karfagenin məşhur hərb
xadimi Hannibal II Puniya müharibəsində İtaliya ərazisindəki Kann döyüşündə (bizim
eradan əvvəl 216-cı il) Romanın 70 minlik ordusunu özünün tərkibi sayca az qala iki
dəfə az olan və Alp dağlarını aşıb keçmiş qoşunu ilə məhv etmiş, antik dövrün dünya
dövlətinə çevriləcək bir ölkənin paytaxtının qapısında dayanaraq, onu zəbt olunmaq
təhlükəsi qarşısında qoymuşdu. Yaxud, Roma sərkərdəsi Qay Yuli Sezar Qalliya
müharibəsindəki Aleziya döyüşündə (b.e.ə. 52-ci il) qiyam qaldırmış qalların sayca
dəfələrlə böyük olan qüvvəsini darmadağın edərək, onların başçısı Vestinqetoriksi əsir
89
götürmüşdü. Ölkəsində vətəndaş müharibəsinin başlanmasına bais olduqdan sonra,
onun qorxusundan Yunanıstana qaçmış, triumviratdakı keçmiş müttəfiqi Qney
Pompeyi Farsala döyüşündə (b.e.ə. 48-ci il) məğlubiyyətə uğratmış, yenə qaçmağa üz
tutan rəqibini təqib etmək üçün Misirə gələrək, orada Kleopatranı taxt-taca oturtmuşdu.
Vaxtilə Böyük Aleksandr öləndə olduğu yaşda olan Sezar özünün hələ heç nəyə nail
olmadığından kədərləndiyi halda, sonralar ilk dəfə yürüşlə materikdən Britaniyaya
adlamış, Avropanın mərkəzi hissəsini işğal etməyə müvəffəq olmuşdu;
VIII əsrin axırıncı rübündə və IX əvvəllərində Böyük Karl - Şarleman
Avropada böyük əraziləri zəbt etməklə, 800-ci ildə Roma Papasının əlindən imperator
tacını qəbul etmiş, Qərbin timsalında köhnə Roma imperiyasını bərpa etmişdi. Bəziləri
ən qüdrətli xristian hökmdarı kimi Böyük Karlın yaratdığı imperiyanı “ Avropa
səltənəti “ adlandırırdı. Bu imperiya şimalda Şimal dənizindən, cənubda İtaliyanın
cənubuna qədər, Avropanın qərbində Fransadan, mərkəzi Avropadakı Vyanaya qədər
uzanırdı. Ona görə də Böyük Karlın imperiyası, yalnız Aralıq dənizi dünyasının çox
hissəsini tutan Roma imperiyasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Şarlemanın
taclanması heç də Roma imperiyasının yenidən doğulması, intibahı əlaməti olmayıb,
əslində yeni Avropa sivilizasiyasının meydana gəlməsi idi. Yəqin buna görədir ki,. bəzi
tarixçilər Şarlemanın işğal siyasətini bütünlüklə nəzərə almadan onu “ Avropanın atası
“ adlandırırlar.
Böyük fransız sərkərdəsi Napoleon Avropanı bütünlüklə müharibə səhnəsinə
çevirməklə, qitəni öz hökmranlığı altında birləşdirməyə cəhd etmişdi. Rusiyaya
yürüşünün dəhşətli uğursuzluğu onun taleyində bədbəxt dönüş nöqtəsinin meydana
gəlməsinə səbəb olmuş, 1815-ci ilin iyununda Vaterloodakı məğlubiyyəti isə özünün
artıq ikinci dəfə, əvvəlkindən fərqli olan ağır sürgün həyatı keçirməsinə gətirib
çıxarmış, uzaq Müqəddəs Yelena adasındakı məhrumiyyətlər və xəstəlik əzabı ilə dolu
olan altı illik ömrünün finalı elə orada da başa çatmışdı.
Bunlar məşhur sərkərdələr haqqında qısa, ötəri məlumatlar olmaqla yanaşı,
onların axıtdıqları insan qanı çayları barədə də təsəvvür yaratmağa imkan verir.
Silahlara gəldikdə, orta əsrlərdə odlu növlərin meydana gəlməsi ilə, onlar daha
böyük itkilərə və iri miqyaslı dağıntılara səbəb olmuş, Avropada mühafizə məqsədilə
geniş yayılan feodal qəsrlərin müdafiə qabiliyyətinə ağır zərbə vuraraq, onların
mövcudluğunu xeyli kövrək hala gətirmişdi. Top atəşləri qalın divarları da keçib onları
dağıtmaq gücündə idi. Türk sultanı II Mehmet – Mehmet Fateh 1453-cü ildə məhz
topların köməyi ilə Konstantinopolun möhkəm müdafiə divarlarını dağıdaraq, Bizans
paytaxtını zəbt etməklə, vaxtilə hərbi cəhətdən heç də zəif olmayan bir dövlətin tarixin
arxivində qərar tutmasına nail olmuşdu.
Ədalətli müharibələrin qəhrəmanları
Müharibənin, ona bəslənilən nifrətlə yanaşı başqa bir qədər fərqli görünən tərəfi
də vardır. Müharibə canlı itkilərə, dağıntılara səbəb olsa da, başa çatdıqdan sonra
inkişafa, tərəqqiyə, qurub-yaratmağa diqqətin daha da artmasına səbəb olur. Görkəmli
siyasi xadim, hərb elmi üzrə əsərlərin müəllifi olan general Şarl de Qoll müharibə
barədə öz düşüncələrini belə ifadə etmişdir: «Müharibə insanda onun ən alçaq
90
hisslərinin çirkini qaldırır, qəddarlığı mükafatlandırır, idarəetmə sükanını acgözlük
əlinə təslim edir. O zəifləri qırır, yaramazları yuxarı qaldırır, tiraniyaya şərait yaradır və
əgər saysız-hesabsız əsgərlər döyüş meydanlarında qan tökməsəydilər, nə Ellada, nə
Roma, nə xristianlıq, nə də insan hüquqları olardı. Müharibə ən qorxulu bədbəxtlikdir,
lakin onun hesabına indi bizə məlum olan dünya məhz belə görünür». Tanınmış
amerikan politoloqu Eduard Lyuttuak isə daha uzağa gedərək, zarafat şəklində demişdi
ki, beynəlxalq birlik Saxaradan cənubda yerləşən Afrika ölkələrindəki kimi zəif
dövlətlərin mğvcud olduğu zonalarda müharibəyə şans verməlidir.. Müasir Avropa
dövlətləri, onun rəyinə görə, əsrlər ərzində rəhmsiz hərbi münaqişələrin gedişində
formalaşmışlar, Afrikaya isə onun müstəmləkə epoxasından qalmış qeyri – rasional
dövlət sərhədləri öz problemlərini bu qaydada həll etməyə imkan verməmişdir.
Dövlətlər orada nə öz güclü institutlarını, nə də tam milli özünəməxsusluqlarını yarada
bilmişlər.
Müharibə iki üzlü Yanusa bənzəyir, Roma mifologiyasındakı ilahi qüvvənin
bir üzü keçmişə, digər üzü isə gələcəyə baxırdısa, müharibə allahının bir üzü
görünməmiş dəhşətlərə, digəri isə bəlkə də müharibəyə son qoymaq məqsədini güdən
tərəqqiyə, inkişafa baxır.
Müharibə dəhşətlər, viranəlik simvolu olduğu kimi, bəzən haqqın müdafiəsinə
də həsr olunur və bu vaxt axıdılan qan az qala müqəddəslik haləsi qazanır. Belə
müharibə azadlıq uğrunda, öz torpaqlarını işğalçılardan təmizləmək uğrunda aparılan
bir mübarizədən xəbər verir.
Haqq uğrunda aparılan ədalətli müharibədə qəhrəmanlıq rəmzləri yaranir
.Persiyalıların Avropaya keçib, Afinanı işğal etmək niyyətində olan 200 minlik
ordusunun qarşısını kəsmək üçün Leonidin başçılığı altında Fermonil keçidində
ağlasığmaz igidlik nümayiş etdirən üç yüz spartalı, yaxud da ingilis işğalçılarına qarşı
fransız xalqını geniş müqavimətə qaldıran Janna D`Ark unudulmaz qəhrəmanlıq,
sarsılmaz vətənpərvərlik simvollarına çevrildilər. Spartalıların igidliyi ilə bizi 25,
Fransanın qəhrəman qızı ilə isə 6 əsrə bərabər olan bir zaman məsafəsi ayırır. Ancaq
onlar bu gün də mübarizlərin, vətənin taleyini şəxsi həyatından üstün tutanların
qəlbində yaşamaqla, indiki dövrdə də əyilməyən insanların həqiqi müasirləri kimi
görünürlər.
Müharibənin əks dəyərləri
Müharibədə bir qayda olaraq düşmənə ağır itki verənlər, döyüşdə daha çox canlı
qüvvəni, sonralar isə havada daha çox təyyarəni sıradan çıxaranlar xüsusi hörmət və
şöhrət sahiblərinə çevrilirdilər. Qan tökməkdə hədd tanımayanlar ən yüksək dövlət
mükafatına layiq görülür, onların haqqında bəzən hətta yalan əfsanələr uydurulurdu.
Hələ Böyük Vətən müharibəsindən əvvəl (1934-cü ildə ) SSRİ-də hərbçilər üçün Sovet
İttifaqı Qəhrəmanı adı təsis edilmişdi, müharibə qurtardıqda bu ada artıq minlərlə
adam layiq görülmüşdü.
Yaponlar isə bu məsələdə daha uzağa getmişlər. Onlar döyüşməyi, Sinto,
Mikado və Yamato (Sinto - əsasını təbiət ilahiliyiini və əcdadların kultlarını əhatə edən
dindir, Mikado - Yapon imperatorunun adlandığı tituldur, Yamato isə - ilk yapon
91
dövlətinin adı olmaqla, bəzən «yapon ruhu»nu ifadə etmək üçün işlədilir) uğrunda
həlak olmağı sevirdilər. Yaponların həyat və düşüncə tərzinə yaxşı bələd olan bir rus
yazıçısının dediyi kimi, yapona çörək verməsən da olar, ancaq necə olursa-olsun, o,
gözəl qaydada ölmək istəyir. Bu fikir həmin millətə məxsus olan adamların
düşüncəsinə hakim kəsilmişdi. Təsadüfi deyildir ki, yapon samuraylarının kodeksi
sayılan “ Busido”da deyilirdi ki, “ Borc dağ kimi ağırdır, lakin samurayın ölümü quş
lələyi kimi yüngüldür.” Yaponlar digər xalqlarda olan adi təltiflərdən başqa həlak olan
hərbçilərin rütbəsini də artırırdılar, bu onun xidmətinə ölümündən sonra verilən
qiymət idi. Müharibədəki ən başlıca qəhrəmanlara isə «qundzin» titulu verilirdi, bu söz
yapon dilində «müharibə allahı» deməkdir.
Buna təəccüblənmək də lazım deyildir. Axı müharibədə dinc dövrlərdə mövcud
olan dəyərlər əsaslı dəyişikliyə məruz qalır, diametral əks olan dəyərlər sistemi
meydana çıxır. Sülh dövründə insanı qətlə yetirməyə görə qatil ən ağır cəzaya məhkum
edilirsə, bəzi ölkələrdə o, özü də həyatdan məhrum edilir, döyüş, müharibə, işğal vaxtı
çox sayda qətlləri, bəzən hətta qırğınları icra edən və ya bu iyrənc əməliyyata başçılıq
edənlər isə ən böyük hörmətə və şöhrətə yiyələnən adamlara çevrilirlər. Birinin
mülkiyyətinə və ya yaşadığı evə azacıq ziyan vuran adam müvafiq cəzaya məhkum
edildiyi halda, müharibə vaxtı bütöv şəhərləri, yaşayış məntəqələrini viranə qoyanlar,
xarabalıga çevirənlər xüsusi ad-san qazanır, məşhurluq haləsinə bürünürlər.
Çingiz xan öz ordusu ilə 1220-ci ildə Xarəzmi tutduqda, şəhəri qarət etmək və
dinc əhalini qılıncdan keçirmək əmrini verdi. Hitler hələ öz müharibələrinə
başlamamışdan əvvəl
İspaniyadakı Bətəndaş müharibəsində faşistlərinin lideri, general Frankoya
kömək etmək məqsədilə Basklar ölkəsində olan Gernika şəhərinin aviasiya
bombardmanı ilə yerlə yeksan etmişdi. İkinci Dünya müharibəsi illərində isə Hitler
aviasiyası və qoşunları bu sıraya İngiltərədəki Koventrini, Fransadakı Oraduru,
Belorusiyadakı Xatın kəndini əlavə etdi.
Amerikanlar həmin müharibənin son mərhələsində, 1945-ci ilin avqustunda
öz canlı qüvvəsinin böyük itkisinə yol verməmək məqsədini əsas götürərək yapon
şəhərləri Hirosimanı və Naqasakini atom bombası zərbəsi ilə təkcə nəhəng xarabalığa
çevirmədilər, həm də hər iki şəhərdə iki yüz minə yaxın dinc əhalinin məhvinə səbəb
oldular. Amerikanlar Vyetnam müharibəsində isə napalm bombardmanları ilə yaşayış
məntəqələrini yanğına məruz qoyurdular. 1968-ci ildə Sonqmi kəndində 500 nəfər
sakini güllələmiş, binaları yandırmışdılar. Bu hadisə dünya ictimaiyyətinin hiddətinə
səbəb olmuşdu. Təəssüf ki, bu cinayəti törədənlərə heç bir mühakimə qurulmadı. Hitler
natsizminin dəhşətlərindən əzab çəkənlər isə, heç olmasa, Nyurnberq tribunalı
tərəfindən yüksək rütbəli faşist hərbi cinayətkarları ölüm hökmünə və digər ağır
cəzalara məhkum edilikdə, öz intiqam hisslərini bir qədər söndürə bilmişdilər.
Dünya həmin beynəlxalq tribunalın işini razılıqla qarşılasa da, onun
ümumiyyətlə baş tutmasına və hökmlərinə zidd çıxanlar da oldu. Bunlardan biri,
keçmiş ABŞ prezidenti Uilyam Taftın oğlu, senator Robert Taft idi. O, 1946-cı ilin
payızında Senatda çıxış edərkən Nyurnberq məhkəməsinin işini və orada ABŞ
nümayəndələrinin iştirakını kəskin tənqid etdi. Taft bu mövqeyində beynəlxalq
hüququn prinsiplərinə əsaslandığını bildirərək bəyan etdi ki, tarixdə hələ heç vaxt
92
qaliblər məğlubları mühakimə etməmişdilər. Əlbəttə, belə mövqeyi əsassız saymaq da
çətindir, axı Taft öz mülahizələrində hüququn aliliyini əsas götürmüşdü. Müharibə
cinayətkarlarının hamısını onsuz da mühakiməyə çəkmək mümkün deyildir. Yaxşı
olardı ki, bəşəriyyət özünün anadangəlmə bu qüsuruna birdəfəlik qadağa qoyaydı və
ərazi işğalına girişənləri, günahsız insanlara divan tutanları qanundan kənar elan
etməklə, dünyanın bütün siyasi, iqtisadi və hərbi qüdrətini onları lazımınca
cəzalandırmağa yönəldəydi. Belə mövqe həmin fikrə düşənləri yəqin ki, öz
sərsəmliklərindən əl çəkməyə məcbur edərdi. Bu vaxt bütün xalqlar birdəfəlik rahat
nəfəs alardı, Bibliyada göstərildiyi kimi, şirlə qoyun bir yerdə yatardı.
Çox təəssüf ki, müharibələrin ardı-arası kəsilmir. İkinci Dünya
muharibəsindən sonra iki fövqəldünya dövləti – ABŞ və SSRİ müvafiq olaraq hərbi və
iqtisadi cəhətdən çox zəif olan Vyetnamda və Əfqanıstanda öz vassal dövlətlərini
yaratmaq üçün onların ərazilərinə
girib uzunmüddətli müharibə apardılar. Lakin ABŞ Vyetnamdan sillə zərbəsi
almaqla, 1965-ci ildə başladığı iri miqyaslı müharibəni 1973-cü ildə dayandırmalı oldu.
Bundan 16 il sonra, 1989-cu ildə SSRİ Əfqanıstanda apardığı on il ərzindəki vuruşların
olduqca uğursuz, əslində nəticəsiz olduğunu dərk etdikdə, onun ərazisindən
qoşunlarını çıxarmaq məcburiyyətində qalmaqla, ABŞ kimi eyni biabırçılıq zərbəsinə
məruz qaldı. Hər iki qanlı avantyura həmin
dövlətlərin nüfuzuna ciddi təsir göstərdi. SSRİ isə bir onillik keçdikdən sonra
tarix səhnəsini bütünlüklə tərk etməli oldu.
Müharibədən qalib gələn tərəf heç də həmişə onun bəhrələrindən lazımınca
qidalana bilmir. Bunu SSRİ-nin müharibədən sonrakı ömrü aydın surətdə təsdiq edir.
İkinci Dünya müharibəsində məğlub olan, əraziləri xarabalığa çevrilən Almaniya və
Yaponiya isə ağır iqtisadi itkilərinə, sənayelərinin tamamilə iflic vəziyyətə düşməsinə
baxmayaraq, bu ağır xəstəlikdən tezliklə sağalmağı bacardılar. Yaponiya
məğlubiyyətdən iki onillik sonra dünyanı özünün «Yapon möcüzəsi» ilə
təəccübləndirdi. Qərbi Almaniya isə amerikanların Marşall planından bəhrələnib, öz
sənayesini bərpa etdi və tezliklə Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən
birinə çevrildi. Almaniya müharibədəki məğlubiyyəti hesabına öz ərazisinin əvvəlcə
dörd zonada, sonra isə iki dövlətə bölündüyünün şahidi olduğu halda, 1989-cu ildə bu
vəziyyətə son qoyub, vahid dövlətdə birləşdi.
Bu nöqteyi- nəzərdən müharibə bir “ böyük ilyuziyadır,”, çünki nominal qalib,
güman ki, prinsipcə əldə etdiyindən daha çox itirəcəkdir.
Tarixdən dərs almaq zərurəti
Yuxarıdakı misalların əyani davamı kimi Ermənistan 1990-cı illərin əvvəllərində
apardığı müharibədə Azərbaycanın tarixi və hüquqi ərazisinin beşdə birini işğal etsə
də, iqtisadi və sosial cəhətdən getdikcə zəifləməyə başladı, ölkə əhalisi kütləvi surətdə
öz doğma evlərini tərk edib, bir qədər əlverişli yaşayış şəraiti tapmaq ümidi ilə xarici
ölkələrə üz tutdu. İrlandiya əhalisi XIX əsrin ortalarındakı dəhşətli aclıqdan vətənini
tərk edib, əsasən Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdi. Ona görə də, indi
vətəndə yaşayan irlandların sayı xarici ölkələrdə yaşayanların miqdarından xeyli azdır.
93
Ermənistan əhalisi birbaşa aclıqla üzləşməsə də, ağır yaşayış şəraitinə davam
gətirməyib öz ölkəsini atıb, uzaq diyarlara getməyə məcbur oldu. Ermənistanda da
yaşayan ermənilərin sayı hazırda kəskin surətdə azalmaqla, xarici ölkədə yaşayanların
sayından əhəmiyyətli dərəcədə azdır. Əslində bu, Ermənistan dövləti üçün fəlakət
təhlükəsinin zəng səsi hesab olunmalıdır.
Torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan isə böyük iqtisadi və sosial
inkişaf yoluna qədəm qoymuş, paytaxtını, şəhərlərini görünməmiş qaydada
abadlaşdırmış,
gözəlləşdirmişdir. Öz tarazlaşdırılmış xarici siyasətinə görə Azərbaycan dünya
birliyi ailəsində yaxşı nüfuz sahibinə çevrilmişdir. Azərbaycan dostluq etdiyi ölkələrə
öz yardım əlini uzatmaqla, iqtisadi imkanları barədə olan kıhnə stereotipləri də
bütünlüklə dağıtmışdır.
Ermənistanı isə yaxın və uzaq perspektivdə daha sürətli iqtisadi tənəzzül və
yoxsullaşma gözləyir. Belə olan halda onun özünü qalib kimi aparması, Azərbaycanın
tarixi
torpaqlarını işğal altında saxlamaq cəhdi əslində gülünc görünür və belə eybəcər
status-kvonu hər vəchlə qoruyub dondurmaq arzusu ancaq onu apokalipsisə aparan bir
yola daş döşəyir.
Müharibəyə başlayan və ondan nəsə qazanmaq niyyətində olan tərəf tarixdən
ibrət dərsi götürməkdən utanmamalıdır. Bunu dərk edənlər, vaxtilə müharibə
tonqalının bürüdüyü Avropanın sülhün əsl zəfərindən xəbər verən bu gününə müraciət
etsəydilər, süni düşmənçilik kösövlərinin alovlanıb müharibə yanğınına çevrilməsinə
yol verməzdilər və özlərinin mehriban qonşusuna belə qara nankorluq göstərməzdilər.
Təəssüf ki, qatı erməni millətçiləri tarixdən və coğrafiyadan dostluğu
möhkəmləndirməyin bol məxəzlərini axtarmaq əvəzinə, bu dostluğu məhv etməyə
xidmət edən kiçik, əslində sayrışan işartılari ön plana çəkdilər və belə təbliğat iki xalq
arasında müharibənin başlanması ilə nəticələndi. Ermənilər əsl işğal müharibəsi
aparmağa girişdilər. Müharibə bütöv bir xalqı dəli dərəcəsinə gətirir, bu fikir böyük
filosof Senekaya məxsusdur və bunun həqiqətə söykəndiyini ölkəmizə soxulan
təcavüzkarların timsalında aydın görmüşük. Doğrudan da müharibədə qüsurlar, alçaq
hisslər öz məcrasından çıxıb, qan içmək həvəsində olanların ruhuna və ağlına hakim
kəsilir.
Müharibə qızışdıranlar azərbaycanlılara qarşı hər cür böhtan, iftiralar
uydururdular, axı başqa bir əsas tapa bilmirdilər. Hipermillətçilik naminə
həyasızlıqdan ilhamlananlar üçün nəhayətsiz yalan həyat normasına çevrilir. Onlar
üçün eybəcər nümunə də mövcuddur. Natsistlərin mifinə görə öz bədbəxtlikləri üçün
yəhudilər özləri günahkardır. Söz ekvilibristikası belə böhtan təbliğatında güclü silaha,
şair demişkən, süngüyə çevrilir. Adamyeyənlərin nitqində humanizm hər şeydən çox
səslənir. Axı müharibə qızışdıranlar reallıq hissini bütünlüklə itirir, yalan
oyunbazlığından həzz alırlar. Bu vaxt səfehlik asanlıqla əclaflığa keçir.
Bu iki qonşu xalqı – azərbaycanlıları və erməniləri yalnız dil və din ayırır,
bunlar isə elə bir əhəmiyyət kəsb etmirdi. Əsrlərlə onlar dostcasına qonşuluqda və
birlikdə yaşamışdılar. Dünyada başqa irqə, dinə və dilə malik olan çox sayda xalqlar
hətta bir ailə timsalı olan dövlətlərdə mehriban şəraitdə yaşayırlar. Kiçik dağlıq ölkə
94
olan Albaniyada yaşayan müsəlman - bektaşi məzhəbindən olan çoxluqla katolik və
pravoslav əhali tam harmoniyada yaşamaqla, başqalarına yaxşı nümunə göstərir. ABŞ-
da isə millətlərin, dillərin və dinlərin Babil mərəkəsini andıran böyük müxtəlifliyi
mövcud olsa da, onlar tam dinc və mehriban şəraitdə yaşayırlar.
Yaxşı hal orasındadır ki, müharibə toxumunu səpənlər başqasına ziyan
vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma
xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son
qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsız siyasətlərindən əl çəkib, öz xalqı üçün daha
faydalı olan alqoritmi - Azərbaycanla düşmənçiliyə son qoyub, işğal etdiyi ərazilərdən
uzaqlaşmaqla, öz qonşusunun beynəlxalq aləm tərəfindən istisnasız qaydada etiraf
edilən ərazi bütövlüyünün bərpasına gedən yolu seçsə, bu, heç şübhəsiz, erməni
xalqına da fayda verər, həm də regionda sülhün bərqərar olmasına kömək edərdi.
Qoy ən qatı erməni millətçiləri illyuziyalarından əl çəkib, nəzərlərini tarixdən
yaxşı dərs almış və sülhü möhkəmləndirməkdə inadkarlıqla çalışan müasir almanlara
tərəf çevirsinlər. Həmin marginallar özlərinə şirin gəlsə də, əslində çox acı olan
yuxudan nə qədər tez ayılsalar, öz milləti qarşısındakı günahlarını gec də olsa bir qədər
azaltmış olardılar. Yoxsul komada və qorxu altında yaşamağı cənnət kimi qələmə verən
millətçi ünsürlər idrak gözlərini açıb, dünyaya sağlam düşüncə tərzində baxsalar, bu
vaxt öz xalqının və ölkəsinin fəlakət girdabına yuvarlanmasının qarşısını kəsmək kimi
faydalı bir işə girişərdilər. Axı hər bir ölkə təkcə yer, ərazi parçası deyildir, birinci
növbədə bəşəriyyətin işləyib hazırladığı dəyərlər sistemidir. Bu imperativ prinsipi
kənara atıb, öz hallüsinasiyalarının girovuna
çevrilmək heç də böyük ağıldan xəbər vermir. Britaniyanın baş naziri olmuş
Bencamin Dizraelinin sözləri burada yerinə düşür: «Sənin cahil olduğunu anlamağın
biliyə doğru böyük addımdır». Erməni qatı millətçiləri nə qədər gec deyil cəhalətə
əlvida desələr, ağıllanmağa doğru addım atsalar, bu xalq özünə hamıdan çox sərf edən
sülhə, dinc həyata qovuşa bilərdi.
Müharibəyə başlamağın bəzi xüsusiyyətləri
Müharibə elə bir hadisədir ki, heç vaxt kor-koranə baş vermir, ona ciddi hazırlıq
görülməsi tələb olunur. Bəzi məşhur dövlət xadimləri başqa alternativ olmadığından
müharibəyə əl atmaq məcburiyyətində qalırdılar.
Hərb elminin görkəmli nümayəndələrindən biri olan alman Karl fon Klauzevits
özünün məşhur «Müharibə haqqında» əsərində göstərirdi ki, «Müharibə, siyasətin
digər vasitələrlə
davam etdirilməsidir». Ona görə də Prussiyanın və Almaniyanın təcrübəli siyasi
xadimi olan Otto fon Bismark ölkəsini müharibəyə cəlb etməmişdən əvvəl vacib olan
bir sıra tədbirləri
həyata keçirirdi. Qalibiyyətli müharibə aparılmasının təşəbbüskarı və
Almaniyanın birləşdirilməsinin beşiyi başında dayanan bu adamın həmin məsələ
barəsindəki fikirləri
95
olduqca qiymətlidir. Bismark müharibəyə, yalnız digər bütün diplomatik
alternativlər köməyə gəlməyəndə, həm də hər bir hərbi və diplomatik üstünlüklər öz
tərəfində olanda əl atırdı.
Bunu da qeyd etmək lazımdır ki, Bismark xarici siyasətdə əxlaq məsələsinə
məhəl qoymurdu və XIX əsrdə Realpolitik –i (“ reallıq siyasəti”ni və ya həyasız siyasəti )
praktiki olaraq həyata keçirməkdə tanınmış bir dövlət xadimi hesab olunurdu.
O, iqtisadi və hərbi qüdrətin vacib şərt olduğunu daim qeyd edirdi. 1862-ci ildə
demişdi ki, «Almaniya Prussiyanın liberalizminə deyil, onun gücünə baxır. Günün
böyük məsələləri nitqlərlə və çoxluğun səsi ilə deyil, bu, 1848-1849-cü illərin səhvi idi,
dəmir və qan vasitəsilə həll edilə bilər”
1864-cü ildə Danimarka ilə aparılan müharibədən əvvəl Bismark daim ona can
atırdı ki, Prussiya yalnız bir qüvvə ilə vuruşsun və digər opponentlər diplomatik yolla
kənarlaşdırılsın. 1866-cı ildəki Avstriya-Prussiya müharibəsində Prussiya daha müasir
tüfəngdən istifadə etməklə, digər amillərlə birlikdə üstünlüyə nail oldu.
Bismark Fransa imperatoru III Napoleonun rəsmi bəyanatının düzgünlüyünü
sübuta yetirdi ki, millətçilik və avtoritar idarəetmə bir-biri ilə birləşə bilər. O. bunu öz
təcrübəsində tətbiq edirdi. Fransa 15 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi.
Fransız baş naziri lovğalıqla qeyd etmişdi ki, «Biz müharibəyə yüngül ürəklə gedirik».
Fransızlar üçün «yüngül ürək», bədbəxtlikdən, heç də kifayətləndirici bir amil olmadı.
Prussiya ordusu Fransanın içərilərinə doğru irəlilədi, 2 sentyabr 1870-ci ildə Sedanda
110 min nəfərlik fransız ordusu və imperator III Napoleonun özü əsir götürüldü. Paris
isə 28 yanvar 1871-ci ildə təslim oldu, rəsmi sülh müqaviləsi isə may ayında imzalandı.
Tarixin ironiyası ona gətirib çıxardı ki, Günəş Kralın – XIV Luinin şərəf simvolu
sayılan Versalın Güzgülü salonunda 1871-cı il yanvarın 18-də ikinci Alman
İmperiyasının yaradılması elan edildi (birinci imperiya isə Orta əsrlərin Müqəddəs
Roma imperiyası idi). Beləliklə, Almaniya vahid dövlətdə birləşdi. Prussiya kralı I
Vilhelm kayzer və ya imperator
tituluna yiyələndi, Prussiyanın kansleri Otto fon Bismark imperiyanın kansleri
oldu. Almaniyanın birləşməsi, Prussiya monarxiyası və ordusu tərəfindən həyata
keçirildi. Real düşüncədə Prussiya Almaniyaya deyil, Almaniya Prussiyaya birləşdi. Bir
qoca liberal bu məsələ barədə demişdi: «Mən bu saatın təəssüratı ilə təsirlənə bilmərəm.
Mən Marsa sitayiş etmirəm. Mən qüdrətli müharibə allahından daha çox gözəllik
ilahəsinə və qratsiyaların anasına vurğunluq hiss edirəm, lakin müharibənin
qənimətləri hətta sülh uşağının üzərinə də
möcüzəli bir lətafət salır. Birinin baxışı, düşünülmədən hamını bir-birinə
bağlayır və birinin ruhu anın uğurunun allahını alqışlayan adamların ardı kəsilməyən
cərgəsi ilə birgə gedir».
Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, militarist
dəyərlərin liberalizm üzərindəki zəfəri idi. Böyük çətinliklə krallığa çevrilən Prussiya
inkişaf edərək qitədə ən möhkəm hərbi qüdrətə sahib olan dövlətlərdən birinə çevrildi.
Bu həm də Bismark siyasətinin zəfəri idi. Hamı gücə boyun əydiyindən, Prussiyanın
belə gücə yiyələnməsinin Fransa üzərindəki qələbə kimi nümayişi alman dövlətllərinin
Almaniya imperiyasında birləşməsinə yol açdı. Həmin qələbə Versalda Alman
96
imperiyasının yaradılması barədəki xəbərlə daha da məşhurlaşıb, əlavə əhəmiyyət
qazandı.
Bismark müasir alman millətini müharibənin köməyi ilə formalaşdırdı və
təcavüzkar millətçilik siyasəti yeritməyə başladı, bu qorxulu irs isə öz kulminasiysını
XX yüzillikdəki iki dünya müharibəsində tapdı.
Bismarkın bəxti həm də onda gətirmişdi ki, onunla birlikdə Prussiya Baş
Qərargahının rəisi, görkəmli hərbi xadim Helmut fon Moltke və müdafiə naziri Albrext
fon Röndən ibarət üçlük meydana gəlmiş və bu üçlük 13 il ərzində Avropanın xəritəsini
dəyişdirmək üzərində xeyli çalışmış və buna əsasən nail olmuşdu.
Lakin Bismarkın xidmətləri Almaniyaya heç də yalnız fayda gətirməkdən
ibarət olmamışdır. Bismarkın qələbələr dövrü artıq arxada qalmışdı. Yeni müharibə
cəhdi uğursuz da ola bilərdi və çox keçməmiş bu baş verdi. Almanlar hədd tanımayan
iştahalarına görə I Dünya müharibəsində Avstriyaya (Avstriya – Macarıstana)
qoşularaq Antanta ilə müharibəyə başladılar. Almaniyada adamlar var idi ki,onlar
Rusiyanın bir hissəsini, hətta Belçikanın və Fransanın müəyyən ərazilərini ələ
keçirməklə Alman imperiyasının böyüməsini istəyirdilər. Lakin onların arzuları puç
oldu, Almaniya müharibədə məğlubiyyətə düçar oldu.
Formalaşmağında və inkişafında Bismarkın da mühüm rol oynadığı alman
millətçiliyi XX əsrin 30-cu illərində Hitlerin hakimiyyətə gəlməsi ilə isə, irqçiliyin və
şovinizmin dövlət siyasətinə çevrilməsi kimi bir eybəcərliyin meydana çıxması üçün
bünövrə rolunu oynamışdır. Bəlkə də Bismark olmasaydı, onun qazandığı uğurlar
seriyası baş tutmasaydı, Hitler özünün Avropa və dünya ağalığı barədəki sərsəm
fikirlərinə düşməzdi. İrqçiliyi görünməmiş həddə çatdıran, almanları digər millətlərə
qarşı nifrət ruhunda tərbiyə etməyə çalışan Hitler müəyyən ölçülərdə Bismarkın
mənəvi törəməsi, daha doğrusu, iyrənc mənəviyyatsızlığından xəbər verən «çolaq
övladı» idi.
Müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə olduqca çətindir.
Napoleon Rusiyaya qarşı bir neçə ay qalibiyyətli kimi görünən müharibə aparıb, bu
dövlətin qədim
paytaxtı Moskvanı tutsa da, nəticədə ağır məğlubiyyətlə – Grand Army-nin –
Böyük Ordunun məhvinə səbəb olan biabırçı yekunla üzləşməli oldu. Hitler Avropada
apardığı qısa müddətli və böyük qələbələrə səbəb olan müharibədən ağılsızcasına
ruhlanaraq, SSRİ – də də blitskriq – ildırımsürətli müharibə aparacağına ( əslində bu,
almanların deyil, ingilislərin icadı idi ) tam əmin olmaqla, bu ölkənin ərazisinə
müdaxilə etdi. Hitler ordusu 1941-ci ilin yayından başlayaraq bir neçə cəbhədə, sonralar
həm də hətta Afrikanın şimalında da vuruşurdu. Hitlerin öz hərbi qüvvəsinə belə
paranoyya qaydasındakı inamı nəticə etibarilə onu ağır məğlubiyyətə gətirib çıxardı.
Onun min il yaşayacağını güman etdiyi III Reyx barədəki iddiası nəinki həyata
keçmədi, hətta müharibənin başlanmasından keçən altıncı ildə öz ölkəsinin Müttəfiq
orduları tərəfindən işğala məruz qalması kimi bir faciə ilə nəticələndi.
Əgər o, Bismarkın, yaxud başqa xadimlərin təcrübəsinə istinad etsəydi, yəqin ki,
belə ciddi strateji səhvlərə yol verməzdi. ABŞ-dakı Vətəndaş müharibəsi vaxtı prezident
Abraham Linkoln Şimalın vuruşduğu Cənuba – Konfederata kömək göstərməkdə
şübhələnilən Böyük Britaniyaya da müharibə elan etmək barədə səs-küy qaldıran
97
«quzğunların» sərsəm təkliflərinə cavab verərək deyirdi ki, eyni vaxtda iki cəbhədə, iki
qüvvə ilə vuruşmaq olmaz. Linkoln siyasəti uzaqgörənliyi ilə seçildi və 1865-ci ilin
aprelində Konfederat qüvvələri
təslim oldu. Britaniya ilə müharibəyə girişmə isə Şimalı taqətdən salıb, onu
məğlubiyyətə sürükləyərdi.
Müharibənin ilk anının uğurla müşayiət olunması onun son yekunu barədə
sevindirici ümidə gətirib çıxarmamalıdır. İlk üstünlüyün bəxş etdiyi sərxoşluq ötüb
keçir, vəziyyət taleyin üzü kimi dəyişərək, acı məğlubiyyətlər seriyasının meydana
gəlməsinə gətirib çıxarır. Torpaqları işğal edənlər sonralar hökmən peşmançılığın «qırıq
təknəsinin» yanında qaldıqlarının şahidi olmaq qismətini yaşayırlar. Yüzillik
müharibədə (1337-1453-cü illər) İngiltərə ordusu materikə keçib, Fransa ərazisinin xeyli
hissəsini işğal etmişdi. Sonralar, müharibənin axırıncı iki onilliyində fransızların
müqaviməti gücləndikcə, onlar bu ərazilərin hamısını itirdilər, sahildəki Kale şəhərini
saxlasalar da, sonralar o da Fransa ərazisinə daxil oldu.
Hitler ordusu da, 1941-ci ilin dekabrının əvvəlində Moskvanın astanasında idi,
lakin geri oturduldu və üç il yarımdan sonra Sovet qoşunları qırmızı bayrağı Berlində
III Reyxin simvolu sayılan Reyxstaqın – parlament binasının üzərinə sancdılar. 1945-ci il
mayın 8-də isə
alman hərbi komandanlığı Müttəfiq qoşunları nümayəndələrinin qarşısında
Almaniyanın qeyd-şərtsiz təslim olması barədəki aktı imzaladı.
Qoy başqa xalqların torpaqlarını işğal edənlər də tarixin həmin əyani
dərslərindən ibrət götürüb, intiqam alovunun bir gün onları da dəhşətli qaydada
qarsacağıını göz önünə gətirsinlər, dinc yolla həmin torpaqları tərk etməklə, özlərini
yaxınlaşan ağır fəlakətdən xilas etsinlər.
Axı kiçik qələbənin həm də böyük bədbəxtlik bəxş etməsi xüsusiyyəti də vardır
və birincidən eyforiya hissi keçirənlər ayılıb, XXI əsrin əvvəlində Qaranlıq dövrün (Orta
əsrlərin) qaydalarından ilhamlanmalarına son qoymaqla, ağılın və reallığın göstərdiyi
yola üstünlük versələr, öz xalqlarına, gec də olsa, səmərəli xidmət göstərmiş olarlar.
İşğalçı dövlət, xalq heç vaxt sakit liman tapa bilmir, intiqamın kükrəyəcəyi hissinin
qorxusundan azad ola
bilmir. Həm də işğal müasir dövrdə hər bir dövlət üçün, xüsusən iqtisadi
cəhətdən zəif olan ölkə üçün ağır yük hesab olunur, ondan üzülüşməyən, onu öz tarixi
və hüquqi sahibinə
qaytarmayan xalq öz mövcudluğunun və gələcəyinin təhlükəsizliyinə heç vaxt
tam arxayın olmayacaqdır. Belə qorxu altında yaşamaq isə Yer üzərində cəhənnəm
əzabları ilə üzləşməkdən başqa bir şey deyildir.
Müharibədə strategiya və taktika məsələləri
Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin
fundamental tədqiqat işi olan özünün «Müharibə haqqında» əsərində bu məsələlərə
xeyli aydınlıq gətirərək, «strategiya adlananın başlıca başlanğıcdan ibarət olduğunu»
vurğulayır.
98
Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı olanda Prussiya ordusunun
sıralarına daxil olaraq, bir neçə il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz
təhsilini artırmaq üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə
daxil olub, burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı öyrənmişdi, özünün təməl
strategiya konsepsiyasına yiyələnmişdi. 1806-cı ildə Napoleon ordusuna qarşı Yena
döyüşündə vuruşmuş, fransızlar tərəfindən
əsir götürülmüşdü. Uinston Çörçill və general Şarl de Qoll da belə taleyi yaşamışlar,
Çörçil burların əsirliyindən qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində
vuruşarkən alman əsirliyinə düşdükdən sonra beş dəfə qaçmağa səy göstərsə də, buna
müvəffəq olmamış, sonra azad edilmişdi.
Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və Prussiya ordusunda aparılan
islahatın təşkilatçılarının liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci ildə
Rusiyaya yürüş edəndə, digər alman patriotları kimi o da Rusiyada hərbi xidmətə
girmişdi. 1815-ci ilin iyununda Vaterloo döyüşü vaxtı isə Prussiyaya qayıtmış və
mühüm vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində
hərbi kollecin inzibati başçısı olmuşdu. Sonrakı 12 il ərzində Klauzevits istirahət vaxtını
öz tarixi biliklərini artırmağa və strategiya barədə başlıca əsəri kimi «Müharibə
haqqında» kitabını yazmağa sərf etmişdi.
Böyük Fridrixin və Napoleonun təcrübələrini təhlil edərək o, ayrı-ayrı faktlarla
hərbi dühaların işini təsvir edir, axı onlar müharibənin uğuruna nail olurdular. O,
Blyuxerlə vuruşdan sonra fransız sərkərdəsi barədə demişdi : “ Napoleon müharibənin
allahı olaraq qaldı”.
Klauzevits əslində heç bir strateji sistem irəli sürməmişdi. Əksinə, o, təsadüfi
faktlara üstünlük verir, onlar isə dəqiq hesablamalardan və strateji problemə tənqidi
yanaşmağın vacibliyindən uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç başlıca hədəf
məqsədini güdür: düşmən qüvvələri, onun resursları və döyüşmək iradəsi. Müdafiə
müharibəsi həm də siyasi cəhətdən möhkəm mövqeyə malik olmağı tələb edir. Müdafiə
qüvvələri arasında fikir və iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin puç
olmasına səbəb olur. Franko qüvvələri İspaniyada Vətəndaş müharibəsinin ilk ilində,
1937-ci ildə bir şəhərə hücum edərkən, ona qoşulmuş general Emilio Mola
döyüşçülərinə ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci kolonnamız vardır (o,
şəhəri müdafiə edən respublikaçılar arasındakı satqınları nəzərdə tuturdu), ona görə də
şəhərin alınması bizə olduqca asan başa gələcəkdir.
Klauzevits «Müharibə haqqında» əsərini başa çatdırdıqdan sonra
Breslauya dəyişdirildi, bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak inqilabını
müşahidə edirdilər. Breslaudan qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və 1831-
ci ildə öldü. O, heç vaxt ordu hissələrində komandir olmamışdı, daim qərargahda
xidmət etmişdi, öz qiymətli məsləhətləri ilə seçilirdi. Əsərində igidliyi vacib sayan
müəllif həm də öz şəxsi nümunəsi ilə bu mülahizəsini təsdiq etməli idi. «Müharibə
haqqında» əsərində o, öz dövrünün müasir strategiya konsepsiyasına dərin təsir
göstərdi. O, müharibənin özlüyündə başa çatdığını inkar edərək yazırdı ki, «Müharibə
müxtəlif mənaların qarışığı ilə siyasi münasibətin davamından başqa bir şey deyildir».
Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə artan dərəcədə məhəl
qoymamaqla, siyasi niyyətdən məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun
99
nəzəriyyəsinə geniş maraq göstərilirdi. Marks və Engels Klauzevitsin əsərini müzakirə
edirdilər, Lenin isə İsveçrədə mühacirətdə olanda onun siyasi təlimlərini öyrənirdi və
müharibənin başqa vasitələrlə siyasətin davamı olması fikrini yüksək qiymətləndirirdi.
XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən,
Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti müstəsna olaraq quruda aparılan
müharibəyə aid olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl ideyaları
həmişəki kimi yararlı olaraq qalır.
O göstərir ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına mübarizə
olmasıdır. Klauzevits bü fikrini I Dünya müharibəsindən az qala bir əsr əvvəl ifadə etsə
də, bəzi
tarixçilərin I Dünya müharibəsi adlandırdığı Yeddiillik müharibənin (1756-1763-
cü illər) təcrübəsini nəzərə almalı idi. Axı həmin müharibədə doqquz dövlət - bir
tərəfdən Avstriya, Fransa, Rusiya, İspaniya, Saksoniya, İsveç, digər tərəfdən isə
Prussiya, Böyük Britaniya (Hannover ilə birlikdə) və Portuqaliya iştirak edirdi. Bu heç
də təkbaşına mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə çox sayda mənafelər
hakim kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə səbəb müstəmləkələr uğrunda
ingilis-fransız mübarizəsi və
Prussiyanın təcavüzkar siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə
toqquşması idi. 1761-ci ildə döyüşlərdə Prussiya fəlakət vəziyyətində idi, bu vaxt yeni
rus çarı, alman hərbi
ənənələrinin pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin əksinə Prussiya
ilə sülh bağladı və 1762-ci ildə onunla ittifaqa girdi. Bu həm də Rusiyanın öz
müttəfiqlərinə qarşı xəyanəti idi. Müharibənin hansının dünya müharibəsi adlanması
isə mahiyyətindən daha çox ona bəslənilən münasibətdən asılı olur. İngiltərədə Birinci
Dünya müharibəsi sadəcə olaraq “Böyük müharibə “ hesab olunurdu, yalnız İkinci
Dünya müharibəsindən sonra burada da hamı tərəfindən qəbul olunmuş adla
adlanmağa başladı.
Bu vaxt müstəmləkələrdə və dənizdə kəskin mübarizə gedirdi. 1763-cü ildə
Prussiya Avstriya və Saksoniya ilə bağladığı sülh müqaviləsinə görə Sileziyanı özündə
saxladı. 1763-cü il Paris sülh müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi Luiziana,
həmçinin Hindistandakı fransız müstəmləkə ərazilərinin böyük hissəsi Böyük
Britaniyaya keçdi. Yeddiillik müharibənin başlıca yekunu müstəmləkə uğrunda və
həmçinin ticarətdəki birincilik üstündə mübarizədə Böyük Britaniyanın Fransa
üzərində qələbəsi idi.
Doğrudan da, I Dünya müharibəsi sayılmalı olan Yeddiillik müharibə dünyanın
xəritəsində çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr əldə etdiyinə sevinc
hissi keçirdiyindən 13 il sonra Şimali Amerikadakı özünün böyük müstəmləkəsi olan
13 koloniya azadlıq mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini elan etməklə,
yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək,
materikin xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin ikinci yarısında
fövqəldövlətə çevriləcəkdi.
Müharibə zor akt olub, onun başlayanın öz iradəsini yerinə yetirməyə
əleyhdarlarını məcbur etmək məqsədini güdür. Özü də bu hərəkət müəyyən zaman
100
ərzində davamı olmayan təkcə bir zərbədən ibarət deyildir. Şəraitə lazımınca nüfuz
etməmək, onu öyrənməmək də ciddi çətinliklərə gətirib çıxara bilər.
Klauzevits hərbi dühalara, Böyük Aleksandra, Hannibala, Sezara, Napoleona
xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi müharibədə rast gəlinən təhlükələrə də diqqət
yetirir.
Əsərdə ordunun təchizatı məsələsi xüsusi yer tutur. Təchizat, logistika hətta
qədim dövrlərdəki dahi sərkərdələr üçün ən vacib problemlərdən biri sayılırdı. Axı
logistika müharibənin qan damarı hesab olunur. Hətta 50 minlik ya 100 minlik ordunu
ərzaqla təmin etməyin özü də olduqca mürəkkəb bir məsələdir. Makedoniyalı
Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər dənizinin cənubunu, ərzağı və
ayaqaltı otu bol olan Hirkaniya vadisini seçdi. Bu onun yürüşünün uğurlu olmasında
heç də az rol oynamadı. Napoleon və Hitler isə bu mühüm cəhəti Rusiyaya yürüş vaxtı
yaddan çıxartdıqlarına görə ağır məğlubiyyətlərlə üzləşməli oldular. Axı ac ordu
vuruşmağa qadir deyildir. Napoleon öz ölkəsindən çox uzaqlara gəlib çıxanda əslində
Hannibalın İtaliya ərazisindəki səhvini təkrar etdi. Hannibal Karfagendən əlavə canlı
qüvvə və digər maddi kömək xahiş etsə də, onları istənilən həcmdə ala bilmirdi. Roma
ordusu isə Kannda ağır məğlubiyyətə düçar olsa da, öz ərazisində olduğundan, başqa
sözlə «yeni qanla» təmin olunmaqda hansısa çətinlik çəkmirdi.
Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə təkcə şaxtadan,
soyuqdan deyil, həm də ərzaq qıtlığından əziyyət çəkirdi. Ruslar «yanmış torpaq»
metodunu həyata keçirərək, fransızların ərzaq əldə etmək cəhdlərini puça çıxarırdı.
Vaxtilə, böyük sərkərdə Səlahəddin də III Səlib yürüşünə belə «qonaqpərvərlik»
göstərməklə, səlibçiləri ağır məhrumiyyətlərə düçar etmişdi. Napoleonun əsgərləri ölən
atların ətini yeyirdilər.
Hitler isə strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək vəzifəsini irəli sürsə
də (bu, ona Volqa çayı ilə cənubdan, Bakıdan neft daşınmasının qarşısını kəsməyə,
Sovet ordusunu motorlar müharibəsində yanacaq aclığına məhkum etməyə xidmət
edəcəkdi, axı həm də bu şəhər Stalinin adını daşıyırdı), əslində öz ordusunu ərzaq
qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə uzaqlaşması hesabına
silah, sursat, hərbi texnika təchizatında da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun
hərtərəfli təminatı isə onun döyüş qabiliyyətini saxlamaq üçün ən vacib məsələlərdən
biridir. Bu əməliyyat əslində hərb tarixində tam avantyura xarakterli bir cəhd hesab
oluna bilərdi. Ona görə də 1942-ci ilin sonundakı qışda ordu sərt şaxta ilə yanaşı,
aclıqdan da əziyyət çəkirdi. Bu vaxt Almaniyanın hərbi aviasiyasına başçılıq edən
Herman Gerinq Hitlerə söz verdi ki, Stalinqrad cəbhəsindəki ordunu hava yolu ilə
ərzaqla bütünlüklə təmin edəcəkdir. Təyyarələrdən az miqdarda ərzaq atılsa da, bu
vəziyyəti dəyişə bilmədi. Aclıqdan və soyuqdan əziyyət çəkən 300 min nəfərlik alman
ordusu sovet qoşunlarının mühasirəsindən çıxa bilmədi və onların əksəriyyəti məhv
edildi. Beləliklə,. Hitler ordusu 2 fevral 1943-cü ildə Stalinqradda ağır məğlubiyyətə
uğradı, feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri və zabiti əsir
götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla yanaşı, logistikaya diqqət verilməməsi
də öz məkrli işini gördü.
Müharibədə mənəvi amil ölçüsü, düşmənçilik hissi, igidlik, təhlükənin təsir gücü
mühüm əhəmiyyətə malikdir. Böyük döyüş təkcə fiziki deyil, həm də mənəvi gərginlik
101
tələb edir. Ordu təkcə sayı ilə deyil, ən başlıcası mənəvi gücü, yüksək ruhu ilə, bütün
çətinliklərə, məhrumiyyətlərə rəğmən qələbəyə sarsılmaz inamı ilə seçilməlidir.
Müharibədə döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer
əvvəlcədən yaxşı öyrənilməlidir. Hər şey döyüşün baş tutduğu müharibə teatrında öz
həllini tapır. Hərbi fəaliyyətin döyüş yeri üç qaydada təsir edir: onu ələ keçirməyin
qarşısını alan maneələr şəklində, müşahidə aparmağa maneələr şəklində və atəşdən
gizlənmək şəklində. Sovet ordusu 1939-1940-cı illərin qışında Finlandiya ərazisinə
girməklə müharibə aparırdı. Vuruşmada fin
qüvvələri Qızıl ordu hissələrinə gözləmədikləri güclü müqavimət göstərirdilər.
Sovet əsgərləri meşələrdəki qalın qarda çətin hərəkət edir, ağacların budaqlarında
gizlənmiş snayperlərin atəşindən ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya
Sovet ordusu üçün olduqca ağır gedirdi. Cəbhədəki finlərin “Mannerheym xətti”ni
yalnız müharibənin son aylarında keçmək mümkün oldu və 1940-cı ilin martında
bağlanan müqaviləyə görə, Finlandiyanın cənubdakı bəzi əraziləri, 1944-cü ildə sovet
qoşunları yenidən Finlandiyaya hücum edərkən bütün Kareliya SSRİ-yə keçdi
Klauzevits havanın da döyüşə böyük təsir göstərdiyini qeyd edir. Əksər
hallarda dumanın məlum rol oynadığını vurğulayır. Yəqin ki, o, yalnız Avropada
gedən müharibələrdə iqlim dəyişikliklərinin təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli
ərazilərdə sərt şaxta və qarın, həmçinin səhranın qızmar istisinin, tropik ərazilərin
rütubətli və isti havasının ordunun fiziki və mənəvi gücünə göstərdiyi mənfi təsir ona
görə də müəllifin diqqətindən kənarda qalır.
Strategiyanın əsas vasitəsi qələbə, başqa sözlə, faktiki müvəffəqiyyət hesab
olunur. Strateji vasitələrin tətbiqinə çox sayda şəraitlər öz təsirini göstərir. Hərbi
biliklərə yiyələnmək vacibdirsə, bu biliklər hökmən bacarığa çevrilməlidir və belə bir
cəhət heç də biliklərə yiyələnməkdən az əhəmiyyət daşımır.
Strategiyanın elementlərinə mənəvi xüsusiyyətlər, silahlı qüvvələrin miqdarı,
döyüş gedən yerin şəraiti, hakim mövqe tutan məntəqələr, dağlar, çaylar, meşələr,
yollar daxildir. Bunlar həm də ordunun təchizatında mühüm əhəmiyyət kəsb edir.
Ordunun döyüş igidliyi sadə fərdi qocaqlıqdan fərqlənir. Cəsarət, möhkəmlik,
sayca üstün olma, qəflətən hücum, hiyləgərlik qələbənin çalınmasına xidmət edən
cəhətlərdir. Böyük və ya kiçik ordu hissəsinin komandiri məkanda qüvvələrin
cəmlənməsində öz ustalığını nümayiş etdirməlidir.
Müharibənin taleyini çox vaxt görkəmli sərkərdələr həll edirdilər. Yuxarıda
sadalananlara II Dünya müharibəsinin görkəmli sərkərdələri olan Jukovu,
Rokossovskini, Montqomerini, Aleksanderi, Makarturu, Eyzanhaueri əlavə etmək olar.
Onlar natsist Almaniyası və militarist Yaponiya üzərində qələbəyə öz dövlətlərinin
liderləri Stalin, Çörçil və Ruzvelt kimi böyük töhfə vermişlər. Hər bir döyüş onlar üçün
əslində bir yardıcılıq sınağı olmaqla yanaşı, həm də onlara layiq olduqları şöhrət
çələngi gətirirdi.
Döyüşə komandanlıq edənin hərbi istedadından, strateji düşüncəsindən və
taktiki ustalığından çox şey asılıdır. Hələ qədim yunanlar deyirdilər ki, şir sürüsünə
qoyunun başçılıq etməsindənsə, qoyun sürüsünə şirin başçılıq etməsi yaxşıdır. Pis
komandan və ya komandir təkcə məğlubiyyətə səbəb olmur, həm də çoxlu canlı qüvvə
itkisinə yol verir. Britaniya ( bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də
102
daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində, 1915-ci ildəki Dardanel
əməliyyatında məğlubiyyəti hər şeydən çox həmin əməliyyatın yaxşı hazırlanmaması
və daha pis şəkildə həyata keçirilməsi ilə əlaqədər idi. Bu iri miqyaslı hərbi əməliyyat
Britaniyanın dəniz naziri Uinston Çörçillin təşəbbüsü olmaqla, boğazlarla
birlikdəTürkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. Əməliyyatın uğuru
quru və dəniz qüvvələrinin birgə tətbiq edilməsi ilə mümkün ola bilərdi.
Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa
müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini
gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi.
1915-ci ilin yanvarında qərara alındı ki,donama Dardaneldə müstəqil qaydada,
ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə
tütmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda
eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə
zədələndi. Türklərin itkisi isə elə əhəmiyyətli deyildi.
Sonra Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min
adamdan, 178 topdan ibarət idi. Alman-türk (onlar da əks tərəfdə müttəfiq idilər)
komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Apreldə yarımadaya
desant salınmasına başlandı Lakin bir gün sonra türklərlə baş verən döyüşdə çoxlu itki
verildiyindən, Britaniya qoşunları geri çəkilib, gəmilərə otudular. Yarımadanın digər
sahillərində də desant vaxtı britaniyalıların itkisi böyük idi. Türk artilleriyası sahilə
əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə
birlikdə məhv etmişdi. Desant əməliyyatının buirinci günü müttəfiqlərin itkisi böyük
idi,18 min nəfərə çatırdı. Sonrakı hücumlar da uğur gətirmədi. Avqustda əlavə 10 min
nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliliyə bilmirdilər və artıq aydın
oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın
evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min
nəfər, fransızlarınkı isə 26 min həfər idi. Osmanlı imperiyasının da itkiləri heç də az
deyildi. Mqttəfiqlərin Dardanel əməliyyatı, beləliklə, ciddi uğursuzluqla nəticələndi.
Əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu.
Çörçill isə öz növbəsində Mqttəfiq qüvvələrinin baş komandanı general-mayor
Çarlz Monronu təqsirləndirirdi. O, özünün “Dünya böhranı” əsərində vaxtilə Sezarın
Pontdan göndərdiyi “veni, vidi, vici” – “gəldim, gördüm, qalib gəldim” sözlərindən
ibarət xəbəri bir qədər dəyişərək, Monro haqqında istehza şəklində guya onun öz
dilindən gələn sözləri belə yazır: “gəldim, gördüm, təslim oldum”.
Klauzevitsin əsəri bütövlükdə tarixə müraciət etsə də, öz dövrünün müasir
döyüş strategiyası və taktikası sahəsində daha çox Napoleon müharibələrinə əsaslanır.
Həmin müharibələrdən iki əsrə bərabər bir zaman məsafəsi keçmişdir. Bu dövrdə hərb
sənəti, hərb elmi və təcrübəsi xeyli irəliləmiş, əvvəllər heç vaxt özü barədə hansısa bir
anlayışın belə olmadığı yeni silah növləri meydana çıxmışdır. XIX əsrin ortalarında
ABŞ-da meydana çıxan, əvvəlcə xəznəli, sonra isə avtomat şəklindəki vinçester
tüfəngləri quruda aparılan əməliyyatlarda mühüm rol oynadı. Bu silahdan istifadə
hesabına XIX əsrin son rübündə
Amerika Birləşmiş Ştatların preriyalarındakı bizon sürüləri amansızcasına məhv
edilirdi. Hindular ağlarla mübarizədə bu silah hesabına ağır itkilərə məruz qalmaqla
103
yanaşı, özlərinin bizon əti şəklindəki əsas ərzaq ehtiyatlarından məhrum olmaqla
sürətli məğlubiyyətlərə düçar olurdular. Vinçester silahı Afrikanın müstəmləkəçilik
qitəsinə çevrilməsində mühüm rol oynadı və qitənin cənubunda müstəmləkəçilərə
müqavimət göstərən zənci əhalisi və şimalda əsl müharibəyə qalxan sudanlılar geniş
qırğına məruz qalırdılar. Yaxud, XIX əsrin 80-ci illərində icad edilən pulemyot yer,
aviasiya və tank növlərinə malik olmaqla avtomat silah kimi daha məhvedici atəş
gücünə malik idi. İmperializmin təşəkkülündə mühüm rol oynayan
bu silah elə imperializmin özünün məhvində də eyni rolu oynadı. Birinci Dünya
müharibəsində isə ilk dəfə tanklardan və hərbi aviasiyadan istifadə edildi. Almanlar
Londonu və İngiltərənin şərqini bombalamaq üçün həmçinin tseppelinlərdən istifadə
edirdilər. 1916- cı ildə isə ingilislər müharibədə ilk dəfə tırtıllı tanklardan istifadə
etməyə başladılar, lakin onun səmərəliliyi hələ az idi.
XX əsrdə isə silah istehsalının gur inkişafı onun ticarətini xeyli
genişləndirməklə, böyük dövlətlərə nəhəg qazanc gətirməyə başladı. XXI əsrin
başlanğıcında isə bu ticarətin miqyası daha da böyüməklə, silah istehsal edən dövlətlər
arasında kəskin rəqabətin meydana gəlməsinə səbəb oldu.
Əks qüvvələrin düzgün qiymətləndirilməməsi, ağılsız dəlisovluq acı
məğlubiyyət anları ilə üzləşməmiş ötüşmür. 1853-1856-cı illərin Krım müharibəsi daha
çox Balaklava döyüşündə Britaniya Yüngül Briqadasının özünü intihar şəklindəki
hücumu ilə xatırlanır, ingilislər və fransızlar bu müharibəyə 1854-cı ildə
qoşulmuşdular. Bundan da «yüngül süvari hücumu» şəklindəki ironiyalı söz birləşməsi
meydana gəlmişdir. Yaxud, 1939-cu ilin sentyabrında Hitler qoşunları Polşaya hücum
edəndə, polyak süvariləri guya igidlik nümayişi kimi alman tanklarının üzərinə qılıncla
hücum edib, məhv oldular.
Müharibədə baş döyüş çox sayda məsələlərin həllinə yol açır. Hannibal
İtaliya ərazisi ilə irəliləyəndə, Roma ordusunun komandanı Maksim Fabi (ona
«ləngiyən», «ləng» mənasını verən «Kunktator» ləqəbi vermişdilər) hər vəchlə baş
döyüşə girməkdən qaçırdı, o, bu vaxt Kann döyüşünün ağır dərsini nəzərdə tuturdu,
bunun əvəzində Karfagen ordusuna xırda toqquşmalarda «ağcaqanad sancması» ilə
cavab verirdi. Böyük Aleksandr, Hannibal, Sezar, Napoleon isə baş döyüşlərə möhkəm
aludə idilər, onun uğurlu nəticəsinə əmin olduqlarından düşməni belə döyüşə girməyə
məcbur edirdilər.
Rus ordusu Napoleonla baş döyüşdən, iri miqyaslı toqquşmadan daim
qaçmağa səy göstərsə də, 1812-ci ilin 7 sentyabrında feldmarşal Mixail Kutuzov
Borodinoda belə döyüşə girməyə məcbur oldu. Ruslar Borodino döyüşündən sonra
məğlub olub geri çəkilsələr də, artıq strateji qələbə onların tərəfində idi. Kutuzov
Moskvanı da tərk edib, Napoleona təslim etsə də, ordunu məhv olmaqdan xilas
etməklə, dahi fransız sərkərdəsi çarəsizlikdən Rusiyadan qaçmağa üz tutanda, ona
xırda zərbələrlə ağır itki verməyə məcbur etməsini davam etdirdi.
Dağlarda, meşələrdə, düzənlikdə, səhralarda müdafiə öz xüsusiyyətlərinə
malikdir. Dağlarda vuruşmağı bacaran xüsusi qüvvələr yaradılmalı və onlar döyüş
şəraitinə yaxın olan mövqelərdə məşq etməklə, bu döyüş sənətinə yiyələnməlidirlər.
Dağlıq ərazilərdə döyüş və
104
nəqliyyat helikopterlərindən istifadə olduqca təhlükəlidir, çünki bir daşın
arxasında gizlənən düşmən əsgəri müasir silah işlətmədən belə adi atəşlə helikopteri
məhv edə bilər.
Müharibə dövründə strateji obyektlərin qorunması ən vacib şərtlərdən birinə
çevrilir, çünki həmin obyektlərə vurulan zərbə fəlakət dalğası yarada bilər. Bundan
işğalçıları qovmaq üçün istfadə edilməsi faktları da vardır. 1576-cı ildə Hollandiyanın
Leyden şəhərinin sakinləri ispan işğalçılarına qarşı mübarizədə qalib gəldilər. Onlar
qonşuluqdakı Xarlem şəhərinin taleyinə yaxşı bələd idilər, şəhər yeddi aylıq
mühasirədən sonra ispanlar tərəfindən tutulduqda sakinlər yaşından və cinsindən asılı
olmayaraq asılmış və ya suda batırılıb öldürülmüşdülər. Leydenlilər demişdilər ki,
onlar ərzaqları qurtarana qədər vuruşacaqlar, ehtiyac yarandıqda isə sol əllərini yeyib,
sağ əlləri ilə vuruşacaqlar. Həqiqətən də şəhər qəhrəmancasına müqavimət göstərdi.
Mübarizə üçün heç bir vasitə qalmayanda müdafiə qüvvələri bəndi(dambanı) dağıdıb,
ispanların düşərgəsini və özlərini suda batırıb məhv etdilər. Şəhərə çox böyük ziyan
dəydi, lakin ispanlar uzaqlaşmağa məcbur oldular. İşğalçını öz torpağında məhv etmək
üçün onun həqiqi sahibinə hər cür vasitədən istifadə məqbuldur, bunu leydenlilər öz
fədakar nümunələrində sübut etmişlər.
Vuruş prosesində belə obyektlərin kövrəkliyinə əminlik hiss edildikdə, onlarıi
hədəf seçib, əks tərəfə daha böyük zərbə vurmağa çalışılır. Ona görə də bu obyektlərin
müdafiəsi üçün əvvəlcədən bütün tədbirlər həyata keçirilməlidir. İndi sərsəm ağıllar
əks tərəfdəki belə obyektləri raket zərbəsinə məruz qoymaqla hədələyirlər, lakin onu
nəzərdən qaçırırlar ki, öz ölkələrində təkcə bir strateji obyekt hədəf kimi seçilsə, bu
daha iri miqyaslı fəlakətin baş verməsinə, böyük sayda insan təlafatına səbəb ola bilər.
Müharibədə bütün amillər nəzərə alınmalıdır
Müharibədə dəqiq hesablamaların yerini hansısa bir ümid parıltısı tutsa,
bu, gözlənilənin diametral əksi olan nəticəyə gətirib çıxarır. Sərkərdəlik dühası hesab
edilən, döyüş səhnələrində 40 qələbə çalmış, Austerlits, Yena və Vaqram
döyüşlərindəki parlaq
qələbələri ilə hərb tarixini və təcrübəsini görünməmiş qaydada zənginləşdirən
Napoleon belə, 1812-ci ildə yürüşündəki hesablamalarında ciddi səhvə yol verdi. O,
güman edirdi ki, Moskvanı işğal etdikdən sonra Rusiya imperatoru I Aleksandr sülh
müqaviləsini bağlamağa məcbur olacaqdır. Lakin Aleksandr onun bu təkliflərinə məhəl
qoymayıb, hansısa bir ən əlverişli müqaviləni də imzalamaqdan imtina etdi. Çünki o,
rus xalqının qətiyyətinə bələd idi və əgər belə bir sənədə imza atsaydı, xalq hökmən
onu lənətləyərdi. Moskvaya yox, Napoleon lap Sibirə qədər də getsə belə, müqavilə heç
vaxt imzalana bilməzdi. Napoleon bu oyuna böyük bir ümidlə girmişdi, ona görə də
çox uzağa getdi, apardığı kampaniya isə canlı qüvvə tələfatı nöqteyi-nəzərindən izafi
bədxərcliyə səbəb oldu və Moskvadan bir qədər gecikmiş şəkildəki qaçma isə ona
olduqca baha başa gəldi.
ABŞ hərbi dairələri Vyetnamdakı, SSRİ rəhbərliyi ilə Əfqanıstandakı
müharibələrin hansı şəraitdə gedəcəyinə o qədər də əhəmiyyət vermədiklərindən, hər
iki ölkədə ciddi, taqətdən salan müqavimətlə qarşılaşdılar. Vyetnamdakı cəngəlliklər
105
yerli müdafiə qüvvələrinin işini asanlaşdırdığı halda, amerikan aviasiyasının
bombardmanlarının effektini xeyli aşağı salırdı, Vyetnam döyüşçüləri və partizanları
isə daha uğurla vuruşurdular. Sovet qoşunları dağlıq ərazidə əfqan mücahidlərinin
apardığı mübarizə xüsusiyyətlərinə yaxşı bələd olmadıqlarından, nizami ordu onların
pərakəndə zərbələri şəklində olan ağlasığmaz çətinliklərlə üzləşirdi. Ən müasir
silahlara malik olan iki fövqəldövlətin qoşunları əsasən primitiv silahlardan istifadə
edən yerli qüvvələr qarşısında öz zəifliklərini hiss etməyə başladılar və həmin
müharibələri dayandırmaq məcburiyyətində qaldılar.
Hazırda ABŞ aviasiyası, Fransa və İngiltərə də ona qoşulmuşdur, “İslam
dövləti»nin” (İraq-Levant İslam dövləti və ya İraq-Şam İslam dövləti də adlanır) İraqın
şimalındakı və Suriyadakı qüvvələrinə hava hücumları edərək, onlara ağır zərbələr
vurur. Əlbəttə, Vyetnamdakı müharibədən fərqli ollaraq bu ərazilərdə hava
bombardmanları aparmaq nisbətən asandır, çünki qatı İslamçı qüvvələr ( radikal
sünnülər) əsasən düzənlik ərazidə vuruşduqlarından, bu hücumlar qarşısında
müdafiəsiz vəziyyətdə qalırlar. Əfqan mücahidlərini ABŞ «stinqer» silahı ilə təmin
etdiyi halda, «İslam dövləti» qüvvələri təyyarələri vurmaq üçün belə səmərəli silaha
malik deyillər. Burada elə böyük dağlıq ərazi, meşə, cəngəllik də yoxdur ki, həmin
terrorçuların müdafiə imkanlarına müəyyən ölçüdə köməklik göstərə bilsin.
Müasir dövrdə silahların inqilabi qaydada dəyişilməsi, kütləvi qırğın silahlarının
meydana gəlməsi, doqquz ölkənin nüvə silahına və onların hədəfə çatdırılması üçün
böyük məsafələri qət edə bilən ballistik raketlərə sahib olması, kiberməkanın yaranması
nəticəsində müharibə vasitəsi kimi kiberhücumların meydana çıxması ilə sülhü daha
kövrək etməklə, III Dünya müharibəsi baş verərsə, onun daha nəhəng miqyasda insan
tələfatına və dağıntılara səbəb olması ehtimalını xeyli böyüdür. Dünyadakı təlatümlər,
siyasi kataklizmlər belə müharibənin başlanması təhlükəsini artırır. Rusiya siyasətçisi
Vladimir Jirinovski III Dünya müharibəsinin artıq başlanması barədə qorxulu
bəyanatlar verir. Təəssüf ki, belə «peyğəmbərlikdə» o, tək deyildir. Roma Papası
Fransisk da yerli münaqişələrin və terrorçuluğun xeyli genişləndiyini nəzərə alaraq
həmçinin bu müharibənin getdiyini dilə gətirmişdir.
Kütləvi qırğın silahlarının qadağan olunması barədəki söhbətlər onlara sahib
olma dövrlərindən getsə də, elə bir ciddi nəticəyə gətirib çıxarmır. Əksinə, bu silahlara
yiyələnmək həvəsi başqa dövlətləri də özünə cəlb edir. Hətta Rusiya ilə münaqişədə
olan Ukrayna yenidən atom silahına malik olmaq barədə arzusunu bildirərək, buna
cəhd edəcəyini bəyan etmişdir. Dünyanın kəskin etirazlarına baxmayaraq, İranın nüvə
silahına yiyələnmək cəhdləri barədəki şübhələrə də hələ son qoyulmamışdır.
Kiberhücumlar birbaşa qırğın silahı olmasa da, ona məruz qalmış ölkənin
təkcə hərbi qüvvələrinə ziyan vurmaqla kifayətlənməyib, bu ölkənin bütün iqtisadi və
sosial həyatını iflic vəziyyətinə sala bilər. Əhalinin həyati əhəmiyyət daşıyan yaşayış
şəraitini poza, təyyarələri uçuş meydançalarında dustaq edə bilər. Kiberhücum
ümumilikdə, sabotajın və düşmən kommunikasiyalarının dağıdılmasının klassik
metodlarının bir növünün həyata keçməsidir. Kompyuterin köməyi ilə radarın
neytrallaşdırılması, əlbəttə, raketin köməyi ilə vurulan zərbədən bir qədər yaxşı olsa da,
vurduğu ziyan ondan o qədər də geri qalmır.
106
ABŞ hərbi komandanlığı hesab edir ki, Krımın Rusiya tərəfindən
anneksiyası və sonralar Ukraynanın şərqində münaqişənin böyüməsi ruslar tərəfindən
çox diqqətlə planlaşdırılmış və kiberhücumların uğurla aparıldığı hərbi əməliyyatın
birbaşa nəticəsidir. Sonrakı hadisələr də göstərir ki, Rusiya ilə Qərb arasındakı
informasiya sahəsindəki və hümanitar münaqişələr böyüyüb, kibermüharibəyə
çevrilmək şansına yiyələnə bilər.
Bir sözlə, müasir müharibə iri miqyasda getsə, böyük dövlətlər arasında baş
versə, artıq çox uzun məsafələr belə, nə raket zərbələrinə, nə də kiberhücumlara maneə
törədə bilməyəcəkdir. Ümumiyyətlə, kiberməkanda sərhədlər yoxdur. Raket əleyhinə
mübarizə silahları meydana gəlsə də, onların effektliliyi də hələlik aşağı olaraq qalır.
Əgər İsrailin raket əleyhinə olan müasir müdafiə qurğuları “Xamas”ın atdığı primitiv,
qısa məsafəyə uçan raketləri tam zərərləşdirə bilmirsə, onda ballistik raketlərdən
müdafiə qurğularının faydalı iş əmsalının da o qədər yüksək olmayacağı ehtimalı
yaranır. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiyanın CC-300 və “Triumf” adlanan
CC-400 zenit raket sistemləri ballistik raket əleyhinə səmərəli müdafiə silahı hesab
olunur. Amerikanlarin da raket əleyhinə yeni mqdafiə silahı olan “İcis” noyabrın 6-da
keçirilən Sakit okean təlimlərində özünü olduqca səmərəli göstərmiş,bir ballistik və iki
qanadlı raketi məhv etmişdir. “İcis” artıq ABŞ-ın hərbi gəmilərində tətbiq edilir.
Dünyada gedən proseslər heç də nikbin əhval-ruhiyyə doğurmur. Deyəsən, dahi
Albert Eynşteynin IV Dünya müharibəsinin daş alətlərlə aparılacağı barədəki
ideyasının doğru çıxması şansı böyüyür, çünki əgər III Dünya müharibəsi baş versə, o
sivilizasiyaya dəhşətli ziyan vurmaqla, insanları yenidən paleolit dövrünə
qaytaracaqdır. Həm də bu müharibə fərqli dairələrdə getdiyindən yeni tipli müharibə
olacaqdır. Sürünmə xarakteri ilə seçiləcəkdir, xaos, ümidsizlik hissi əmələ gətirəcəkdir.
Bütün silahlar yoxa çıxsa da, təbiətin bəxş etdiyi silah olan daş isə tükənməyəcəkdir, axı
daş dövrünün yoxa çıxması da, heç də daşın azalması ilə meydana gəlməmişdi.
Bütün bunlar Klauzevitsin müharibə barədəki nəzəriyyəsini bir qədər köhnəlmiş
kimi göstərsə də, bütünlüklə onun yararsıza çevrildiyindən xəbər vermir. Əlbəttə,
müasir müharibə bəlkə də klassik döyüş səhnəsini tanımayacaqdır. Müasir silahı –
raketi kompyuterlə idarə edən hərbçi operator hansısa bir yeraltı məkanda,
«mağarada»kı sığınacağında oturub, ona tapşırşlmış vəzifəni icra edəcəkdir. Lakin
quruda aparılan müharibə üçün bu nəzəriyyənin müddəaları əsasən öz qüvvəsində
qalır. Düzdür, müasir müharibədə raket silahı, aviasiya zərbələri və dəniz müharibəsi
daha böyük rol oynayacaqdır, lakin quruda gedəcək döyüşləri də bütünlüklə diqqətdən
yayındırmaq olmaz. Məgər hərbçinin, bilavasitə döyüşdə iştirakından, yaxud da
hansısa müasir qorxulu silahı idarə etməsindən asılı olmayaraq, mənəvi durumu,
yüksək ruhu, nəhayət, intizamı və biliyini bacarığa çevirməsi öz əhəmiyyətini
itirmişdirmi? Əksinə, bu xüsusiyyətlər, müasir müharibədə baş verən hər bir şey,
klassik cəbhədə qarşı-qarşıya və ya əlbəyaxa döyüşdən də daha artıq əhəmiyyət kəsb
etməyə başlayır. Axı müasir hücum və müdafiə silahı ona etibar edilmişdir, onunsa
qılınc və ya tüfənglə müqayisəsi kosmik raketin arbaletlə müqayisəsinə bənzəyir. Ona
görə də həmin hərbçinin məsuliyyət hissindən və bacarığından bu vəzifənin dəqiq və
səmərəli qaydada yerinə yetirilməsi çox asılı olacaqdır
107
Klauzevits qeyd edirdi ki, «Müharibə təhlükə meydanıdır, deməli, igidlik
müharibənin ən mühüm xüsusiyyətidir». Bu fövqəl mərdlik fərdi təhlükə vaxtı və ya
daxili tələbatdan – vicdandan doğur. Birinci növ dözümlülüklə, ikinci növ isə
qoçaqlıqla əlaqədardır. Birinci növ daha etibarlıdır, ikinci isə insanın təbiətindən irəli
gəlir. Hər iki növ igidliyin ən mükəmməl tipini meydana çıxarır. Lakin igidliyin üzə
çıxması üçün həm də müəyyən şəraitin mövcudluğu tələb olunur.
Hərbi təcrübə və onun xüsusiyyətləri
Hərbi nəzəriyyə ilə yanaşı, onu real şəraitə tətbiq edən hərbi təcrübə də böyük
əhəmiyyətə malikdir. Bunu biz ayrı-ayrı hərbi xadimlərin istedadında, döyüşü təşkil
etmək bacarığında görürük. XIX əsrin hərb praktikasının görkəmli nümayəndələrindən
biri olan Helmut fon Moltke uzun müddət Prussiya, sonra isə Almaniya Baş
Qərargahının rəisi olmaqla Danimarka (1864-cü il), Avstriya (1866-cı il) və Fransa (1870-
71-ci illər) üzərində qələbələrin hərbi arxitektoru olmuşdu. Bunlar Otto fon Bismarkı o
vaxtlar sərbəst şəkildə olan Alman dövlətləri liqasını Prussiyanın ağalıq etdiyi yeni
imperiyaya çevirməyə qadir etmişdi.
Moltke 1800-ci ildə yoxsul bir ailədə anadan olmuşdu. Atası 1805-ci ildə o
vaxtlar Danimarkanın tabeliyində olan Halmştayna köçmüşdü. Balaca Helmut
Kopenhagen Royal Kadet korpusunda təhsil almışdı və Danimarka piyada alayında
xidmətə girmişdi. 1821-ci ildə Berlinə gələndə Prussiya ordusunda xidmət etməyi
qərara almış və ikinci leytenant rütbəsinə yiyələnmişdi. İki il sonra o, Baş Hərbi
Kollecdəki üç illik kursa göndərildi. 1828-ci ildə isə Berlində Baş Qərargahın
topoqrafiya bürosunda xidmətə keçdi. Ədəbi işini davam etdirməklə bir neçə kitabını
nəşr etdirdi və məşhur ingilis tarixçisi Eduard Gibbonun «Roma imperiyasının
tənəzzülü və dağılması» əsərini alman dilinə tərcümə etdi. 1835-ci ildə o, Türkiyəyə
göndərildi ki, sultan II Mahmudun Türk ordusunu modernləşdirmək üzrə müşaviri
işləsin. Üç il sonra Misirin Suriyaya müdaxiləsinə qarşı Türkiyə qüvvələrini
hazılamaqla məşğul oldu. 1839-cu ildə müdafiə uğursuzluğa uğradı, çünki türk
komandirləri Moltkenin məsləhətlərinə məhəl qoymamışdılar. Həmin ildə yenidən
Prussiya ordusunda xidmətə keçdi.
O, Almaniyanın birləşdirilməsi və təbii sərhədlərinin yoxluğu şəraitində əhatə
olunduğu potensial düşmənlərdən Prussiyanın mühafizə olunması kimi başlıca
problemlərlə məşğul olurdu. Moltke bir hərbi xadim kimi inanırdı ki, yalnız müharibə
bu problemlərin razı qalınan bir qaydada olan həllini təmin edə bilər.
Moltke Prussiyanın ən pis düşməni hesab etdiyi 1848-49-cu illər inqilabının
yatırılması ilə demokratiyanın da məhv edilməsinə sevinirdi. 1851-ci ildə o, gələcək
Prussiya kralı və Alman imperatoru (kayzeri) olacaq prints Vilhelmin şəxsi köməkçisi
təyin edildi. 1857-ci ildə isə Prussiya Baş Qərargahının rəisi seçildi. Bir qədər sonra
kansler Otto fon Bismark, müdafiə naziri Albrext fon Rön və onun özündən ibarət olan
üçlük Prussiyanın, həmçinin Almaniyanın mənafeyi naminə böyük işlər gördü. Moltke
öz dövrü üçün yeni texniki icad sayılan dəmir yolunu, ordunun hərəkəti və təchizatı
üçün geniş imkan yaratdığına görə
108
yüksək qiymətləndirirdi. O, həmçinin yeni hərbi silaha da böyük diqqət verirdi
və təkid edirdi ki, qərargah zabitləri müharibənin yeni konsepsiyasını yüksək qaydada
mənimsəməlidirlər.
O, bir qayda olaraq qısa və dəqiq əmrlər verirdi, «baş direktivlər» sistemini
yaratmışdı. Prussiya Baş Qərargahının onun tərəfindən tətbiq edilən yeni sistemi
sonralar müasir qaydada təşkil olunan bütün ordular üçün modelə çevrildi.
2 sentyabr 1870-ci ildə Prussiyanın böyük qələbəsi - bütöv fransız ordusu və
imperator III Napoleonun özü prussiyalılar tərəfindən əsir götürülmüşdü, – Fransada
İkinci İmperiyanın məhvi ilə nəticələndi. Moltkenin də xidməttləri lazımınca
qiymətləndirildi, o, feldmarşal rütbəsini aldı. 1871-ci ildən başlayaraq 17 il ərzində
Almaniya Baş Qərargahının rəisi oldu və 1888-ci ildə pensiyaya getdi. 1891-ci ildə
Berlinə səfər edərkən öldü.
Moltke yeddi dil bilirdi, Avropa dilləri ilə yanaşı, türk dilinə də
yiyələnmişdi. Hərbi kolleqaları üçün o, «qızıl adama» çevrilmişdi, onun heç bir
düşməni və hansısa bir aşağılayanı yox idi. Moltke həm də hərbi istedadı ilə yanaşı XIX
əsr alman nəsrinin ustalarından biri hesab olunur. Onun səyi nəticəsində qazanılan
qələbələr Prussiyanın xeyli möhkəmlənməsinə və Almaniyanın birləşib güclü Avropa
dövlətinə çevrilməsinə şərait yaratdı. Bismark necə böyük siyasətçi idisə, Moltke eyni
dərəcədə böyük hərbiçi idi və onların istedadı Almaniyaya böyük fayda bəxş etməklə
yanaşı, alman millətçiliyinin və militarizminin inkişafına da əsaslı təsir göstərməmiş
qalmadı.
Almaniya imperiyası Birinci Dünya müharibəsində məğlub olmaqla,
Afrikadakı müstəmləkələrini, Asiyadakı təsir zonalarını itirmək məcburiyyətində qaldı.
Bu məğlubiyyət Almaniyani öz iddialarından bir qədər uzaqlaşdırsa da, təhqiramiz
sülh şərtləri onun militarizminin daha gur şəkildə inkişafına şərait yaratmış oldu.
Faşistlər hakimiyyətə
gəldikdən sonra intiqam, revanş hissi partlayış qaydasında böyüdü. Bir daha
böyük müharibələrin baş verməyəcəyi barədəki nikbin proqnozlar alt-üst oldu.
Birinci Dünya müharibəsindən sonra məşhur ABŞ sənayeçisi, iri avtomobil
zavodlarının sahibi Henri Ford (1863 – 1947-ci illər ) belə bir fikir irəli sürmüşdü ki, bir
daha heç vaxt böyük müharibələr olmayacaqdır, çünki hamı bunun necə bir cəhənnəm
olduğunu gördü. Müdrik bir insan olan Ford özünün səhv etdiyinə əmin oldu, çünki
İkinci Dünya müharibəsinin də şahidi olmaq qismətini yaşadı. Sonuncu dünya
müharibəsi isə öz nəhəng miqdardakı qurbanlarına və xüsusən Avropanı viran qoymaq
miqyasına görə əvvəlki
müharibələrlə heç bir müqayisəyə girə bilməzdi. Almaniya bu müharibənin
başlanmasının təşəbbüskarı olmaqla yanaşı, onu biabırçı məğlubiyyətlə bitirdi. Bu ölkə
işğala məruz qaldı, zonalara, sonra isə iki dövlətə bölündü.
Henri Forddan xeyli əvvəl, böyük dövlət xadimi, kiçik fasilə ilə iyirmi il
ərzində Böyük Britaniyanın baş naziri olmuş Kiçik Uilyam Pitt də XVIII sonunda bəyan
etmişdi ki, Avropa artıq müharibə görməyəcəkdir. Pittin baş nazir karyerasının sülh
dövrü Fransa inqilabının
başlanması ilə başa çatmışdı. 1793 –cü ilin fevralında İngiltərə Fransaya qarşı
müharibəyə cəlb edildi.
109
Pittin öncəgörməsi də özünü doğrultmadı. 1803- cü ildə Fransa ilə müharibə
yenidən qalxdı. Lakin Pittin ehtiyatlı siyasəti İngiltərəyə çox fayda verirdi. Napoleon
avstriyalıları və rusları əzəndə, Avstriyanı viran qoyanda, Almaniyanı parçalayanda
İngiltərə təhlükəsiz şəraitdə yaşayırdı.
Onun necə böyük bir şəxsiyyət olduğunu isə abidəsi üzərində yazılmış sözlər
daha yaxşı ifadə edir: “İyirmi ilə yaxın bir müddətdə tacın xidmətində olmaqla, o,
özünü heç də gözə soxmadan yaşadı və kaslb bir adam kimi öldü.”
Pittin sülhün bütünlüklə bərqarar olacağını güman etdiyi XIX əsr əslində
Avropa üçün daha çox müharibələr əsri adlandırıla bilərdi, onun binövrəsini isə
Napoleon qoymuşdu.
XX əsr isə iki dünya müharibəsinin zaman beşiyi oldu. XXİ əsrdə də savaş seriya
şəklində davam edir və əvvəlki yaralar hələ də qaysaq bağlaya bilmir.
Təbiətin müharibənin gedişinə təsiri
Müharibə vakuumda və ya ətraf mühitdən izolə olunmuş şəraitdə
getmədiyindən digər mühüm amillərlə yanaşı təbiətin, iqlimin də müdaxiləsi ona öz
təsirini əsaslı surətdə göstərir. Təbii sərhədləri olmayan ölkələr, məsələn Prussiya bu
çatışmazlığına görə öz potensial düşmənlərindən qorunmaq vəzifəsini ön plana çəkirdi
və preventiv (qabaqlayıcı) tədbirlər görürdü. Təbiət qüvvələrinə, stixiyaya gəldikdə,
onlar öz təsiri ilə bəzən ciddi məğlubiyyət ərəfəsində olanları da qaliblərə çevirə bilir.
Təəssüf ki, Klauzevitsin əsərində bu məsələlər lazımınca öz əksini tapmamışdır. Hətta
böyük sərkərdəlik dühaları da rəqiblərinə öz iradələrini diqtə etdikləri halda, təbiətin
verdikti, hökmü qarşısında özlərinin gücsüz olduqları qənaətinə gəlməklə, bəzən ağır
itkilərlə müşayiət olunan məğlubiyyət acısını dadmış olurdular.
Ömründə döyüşlərdə uduzmaq nə olduğunu bilməyən, tərkibi öz
qüvvələrindən dəfələrlə çox olan Persiya ordusunu Qranikdəki, İss körfəzindəki,
Qavqameladakı döyüşlərdə ağır məğlubiyyətlərə uğradan Böyük Aleksandrın əsgərləri
Hindistanda qiyam qaldıraraq, müharibəni davam etdirmək istəmədiklərini
bildirdikdə, sərkərdə vəziyyətin çıxılmaz olduğunu görüb, b.e.ə. 325-ci ildə Persiyaya
geri qayıtmağa razılıq verdi. Makedoniyalı əsgərlər isə öz vətənlərinə qayıtmağı tələb
edirdilər. Böyük Aleksandr qoşunun kiçik hissəsini su yolu ilə üzməklə göndərdi, əsas
hissəsini isə öz başçılığı altında Gedrosiya səhrasından keçməklə geri, Babilə qaytardı.
Aleksandr səhra ilə səfər etmək təcrübəsinə malik idi. B. e. ə. 332-ci ildə Misiri işğal
etdikdən sonra ənənəvi faraon titululunu almaq, “Amonuun oğlu” adlanmaq üçün, bu,
yunanlarda “Zevsin oğlu” adlanmağa bərabər idi, o, səhra orakulunun yanına
yollanmışdı. Həmin səfər nə qədər çətin olsa da, Gedrosiya səhrasındakı əzablarla
müqayisə oluna bilməzdi. Bu hamını taqətdən salan səfər artıq heç də əcdadlarını da
müqəddəsləşdirən hansısa bir fəxri adı qazanmaq naminə həyata keçirilən cəhd və ya
əlavə şöhrət gətirən bir hərbi yürüş olmayıb,. uzun müddət davam edən əzablar və
məhrumiyyətlər seriyası ilə müşayiət olunmağı ilə seçildi. Döyüşçülər qızmar istidən,
susuzluqdan əziyyət çəkirdilər, ərzaq qıtlığı da öz işini görürdü. Aleksandr döyüşlərdə
olduğundan da artıq itki verməyə məcbur oldu. Dahi sərkərdə təbiət qüvvələri
110
qarşısında özünün aciz olduğu qənaətinə gəldi. Əgər səhranın dəhşətli şəraitini nəzərə
alıb, kəşfiyyat yolu ilə əvvəlcədən daha asan marşrut seçsəydi, belə böyük itkilərlə və
məhrumiyyətlərlə üzləşməzdi. Həmişə logistikaya ciddi fikir verən, onun tələblərini
nəzərə alan Makedoniyalı Aleksandr bu dəfə öz ənənəsinə də xəyanət etdiyindən,
gözləmədiyi halda səhra şəraiti tərəfindən cəzalandırıldı.
Karfagenin istedadlı sərkərdəsi Hannibal Kanndakı böyük qələbəsindən xeyli
sonra Romanın qapısı ağzında dayandı. Kann döyüşündən bilavasitə sonra ordusu
darmadağın edilmiş Romaya o, hücum etsəydi, bəlkə də onu tutmaq barədəki çoxdankı
arzusuna nail ola bilərdi. Hələ doqquz yaşı olanda, o, atasına Romaya daim düşmən
olacağı andını içmişdi. Əlverişli fürsətdən istifadə etməməsi, anlaşılmayan tərəddüd
göstərməsi ona baha başa gəldi. Nəhayət Roma yaxınlığında düşərgəsini qurdu ki,
şəhərə hücum etsin. Lakin hücum ərəfəsində iki gün davam edən leysan yağış və tufan
Hannibalı bu fikirdən yayındırdı, onu geri çəkilməyə, düşərgəsini uzağa köçürməyə
məcbur etdi. Hannibal əzdiyi Roma ordusundan deyil, təbiətdən ağır zərbə aldı və heç
vaxt Romanı tuta bilmədi. Bir müddət sonra zaman da Hannibalın ziyanına işləməyə
başladı. Roma ordusu Karfagenin öz ərazisində ona zərbə vurmaq üçün üzüb, orada
sahilə çıxdıqdan sonra, Hannibal geri çağırıldı və b.e.ə. 202-ci ildən Şimali Afrikadakı
Zama döyüşündə məğlubiyyətə uğradı. Sonra isə vətənindən qaçıb, yad ölkədə onu
axtaran romalılara təslim olmamaq üçün özünü intihar etdi.
Roma ordusuna qan udduran, romalıları dəhşətli qorxu altında saxlayan
Hannibal stixiiyanın həmləsinə davam gətirə bilməyib, vaxtında yetişmiş meyvəni
qoparmağa cəsarət etmədiyi kimi, bu dəfə də geri çəkilməyə məcbur olmaqla, öz
şöhrətinə və taleyinə də ağır zərbə vurmuş oldu.
Çinin Monqol hökmdarı Xubilay xan 1274-cü və 1281-ci illərdə Yaponiyanı işğal
etmək üçün böyük donanma təşkil edib, sayı minə qədər olan gəmilərlə döyüşçülərini
Kyusyu adasına göndərdi. Lakin hər iki dəfə qəflətən qalxan tayfun Xubilayın
donanmasına ağır zərbə vurdu, az sayda xilas olanlar geri döndü. Yaponiya işğaldan
belə xilas oldu. Minnətdar yaponlar tayfunu «İlahi Külək» mənasını verən
«Kamikadze» adlandırdılar.
Ərazilər tutmaqda və ölkələr işğal etməkdə heç bir maneə tanımayan, Avrasiya
qitəsində özündən əvvəl və sonra ən böyük imperiya hesab olunan Çingiz xan
imperiyasını yaradan monqollar Çin və Koreya qüvvələrini də cəlb etməklə xeyli
güclənib Yaponiyaya müdaxilə etsələr də, təbiətin zərbəsinə davam gətirə bilməyib, bu
adalar ölkəsini işğal etmək niyyətindən birdəfəlik əl çəkdilər.
Yaponiya torpağına yalnız 1945-ci ildə amerikan ordusu daxil oldu, avqustun 15-
də imperator Hirohito xalqa müraciət edib, ölkəni qoruyub saxlamaq üçün təslim
olmağa razılıq verdiyini bildirdi və sentyabrın 2-də amerikan gəmisi «Missuri»də
Yaponiya qeyd-şərtsiz təslim olma aktını imzaladı. Bu, Yaponiyanın əcnəbi dövlət
tərəfindən ilk, ancaq olduqca böyük məğlubiyyətə uğraması idi..
1588-ci ildə 130 gəmidən ibarət olan İspan Məğlubedilməz Armadası İngiltərəni
işğal etmək barədəki möhkəm ümidlə okeanla üzüb oraya girmək istədikdə, gəmilərin
bir hissəsi La-Manş boğazında ingilislər tərəfindən məhv edildi, Şotlandiya
sahillərində qalxan qasırğa isə Armadanın məhvini bütünlüklə tamamladı. İngiltərə
kraliçası I Elizabet vətənini xilas edən bu möcüzəli təbiət qüvvəsini minnətdarlıq
111
şəklində «Allahın nəfəsi» adlandırdı. İşğalın baş tutacağına möhkəm əmin olan
İspaniya kralı II Filipp isə baş verənləri izah etmək üçün demişdi ki, “Mən donanmamı
təbiətlə deyil, ingilislərlə vuruşmağa göndərmişdim.” Təbiət
bu dəfə də işğalçılara deyil, ondan qorxu hissi keçirən və müdafiə olunan tərəfə
öz alicənablığını və xilaskar xüsusiyyətini göstərmişdi.
Napoleon da Britaniya ilə əlaqəsini üzməyən Rusiyanı cəzalandırmaq fikrinə
düşüb, 1812-ci ilin iyununda Neman çayını keçib 600 minlik ordu ilə Rusiya ərazisinə
girdi. Rus qoşunlarının müqaviməti zəif olduğundan Napoleon sürətlə irəliləyirdi.
Borodino döyüşündən sonra rus ordusu geri çəkildiyindən və hətta qədim paytaxt
Moskvanı tərk etdiyindən Napoleon 14 sentyabrda bu müqəddəs rus şəhərinə daxil
oldu. Ruslar şəhəri yandırmaqla fransız imperatoruna öz «qonaqpərvərliklərini»
göstərdilər
Oktyabr ayında soyuqlar başladı. Napoleon ordusu ərzaq barədə çətinlik çəkirdi.
Böyük əraziləri işğal edən Napoleonun gözlədiyinin əksinə, ruslarla sülh müqaviləsi
bağlamaq mümkün olmadı, artıq ondan qorxmurdular. Fransız sərkərdəsi dəhşətli
əzablarla və ağır itkilərlə müşayiət olunan geri çəkilməyə, Rusiyadan qaçmağa
başladı.Dünənə qədər qalibiyyətli bir ordu artıq sürüyə çevrilmişdi. Böyük fransız
ordusundan Rusiyadan yalnız 30 min nəfərə çıxmaq xoşbəxtliyi qismət oldu, qalanları
isə buradakı qarı özlərinə kəfən edərək, bu müəmmalı ölkənin torpaqlarında
uyumuşdular.
Napoleona rus ordusundan heç də zəif olmayan təbiət daha ağır zərbələr
vururdu. Ona görə də Qərbdə «General Qış», «General Şaxta» kimi terminlər
dövriyyəyə buraxıldı.
Axı Napoleon kimi hərtərəfli dahi bir şəxsiyyət Rusiya üçün adi hal olan bu
cəhəti əvvəlcədən nəzərə almalı idi. Təəssüf ki, özünün bu son oyunlarından birində
düşmənin zəifliyinə çox arxayın olduğundan, təbiətin müdafiəçilərə göstərəcəyi köməyi
qətiyyən nəzərə almadı. Orduları məğlub etməyin böyük ustası sayılan fransız
sərkərdəsi onu son məğlubiyyətlərə aparan bir yola qədəm qoymaqla, faciəli və onun
özünə də ağır başa gələn səhvə yol verdi.
Napoleonun Rusiyaya yürüşü ilə eyni vaxtda, 1812-ci ildə başlayan və iki il sonra
başa çatan ingilis-amerikan müharibəsi baş verdi. ABŞ hələ Tomas Ceffersonun
prezidentliyi dövründə kontinental blokada tətbiq etmişdi. Belə qarşıdurma vaxtı
Britaniya donanması fransız-amerikan ticarət əlaqələrini pozmaq üçün, amerikan
gəmilərini, onlarda ingilis dezertir dənizçilərinin gizlənmələri bəhanəsi ilə tuturdu.
«Çesapik» freqatı ilə olan insidentdən, 1807-ci ildə ABŞ-da Embarqo Aktının və 1810-cu
ildə müdaxilə etməmək barədə qanunun qəbul edilməsindən sonra ölkədə, xüsusən
Yeni İngiltərədə «müharibə partiyası» formalaşdı. Həmin dövrdə Konqressə İngiltərə
ilə müharibə tərəfdarları olan «quzğunlar» seçildilər. Onlar ABŞ ərazisinin Kanada və
Florida hesabına (o vaxtlar Kanada Böyük Britaniyanın, Florida isə İspaniyanın
tabeliyində idi) genişləndiriləcəyinə ümid bəsləyirdilər. Prezident Ceyms Medison
patsifist olsa da, İngiltərə ilə müharibəyə başlamağa məcbur oldu. 18 iyun 1812-ci ildə
Medison və Konqress İngiltərəyə müharibə elan etdi. Başlanğıcda müharibə Amerika-
Kanada sərhədində, Çesapik və Meksika korfəzlərində gedirdi.
112
Həm də əks tərəflər intensiv dəniz müharibəsi aparırdılar. Beş gəmidən ibarət
ingilis eskadrası Amerika sahillərini blokadaya aldı, amerikan kaperləri (hökumətin
razılığı ilə özəl şəxslərə məxsus olan gəmilər tərəfindən düşmən kommersiya gəmilərini
tutmaqla, əslində dəniz quldurluğu ilə məşğul olanlar) isə 200-dəq artıq ingilis tacir
gəmilərini tutmuşdular.
İngilislər tədricən amerikan sahillərinin blokadasını onun bütün uzunluğu
boyunda gücləndirdilər. 1814-cü il ərzində isə Avropada Napoleon üzərində qələbədən
sonra ABŞ-ı yenidən böyük məğlubiyyət təhlükəsi gözləyirdi. Prezident Medison ordu
komandanlığını səhvən inqilabın yaşlı veteranlarına etibar etmişdi. Müharibənin son
ilində isə generalların orta yaşı 60-dan 36-ya endi və bu, prezidentin populyarlığını
artırdı.
Böyük Britaniya amerikanlarla mübarizəyə böyük qüvvələr göndərirdi, ABŞ
hökuməti isə 1814-cü ilin payızında xərcləri artıq ödəmək qabiliyyətində deyildi. Yeni
İngiltərə, Nyu-Orlean və Çesapik körfəzi ilə ABŞ-ın digər hissələrinin əlaqəsini kəsmək
üçün ingilislər əsas istiqamət kimi Nyu-Yorku seçdilər.
1814-cü il kampaniyasında ən böyük hadisə Vaşinqtona hücum idi,
bundan məqsəd Kanadadakı Yorkun (indiki Toronto şəhərinin) dağıdılmasının
intiqamını almaq idi. 3600 nəfərlik desant qüvvəsindən ibarət olan eskadra Potomak
çayına girdi və Vaşinqtona doğru hərəkət etdi. 24 avqustda axşam ingilislər şəhərə
girib, onu qarət etdilər, ən yaxşı hökumət binalarını – Kapitolini, Ağ evi yandırdılar.
Onlar həm də nəhəng ölçüdə qənimət ələ
keçirdilər. Amerikan ordusunun baş komandanı, prezident Medison paytaxtdan
qaçdı. Bu vürüş vaxtı həm də 17 kaper qayığından ibarət olan amerikan donanması
məhv edildi.
Britaniyalılar Vaşinqton üzərində öz bayraqlarını qaldırdılar. Kapitoli binasında
o vaxt hələ mərkəzi rotonda tikilməmişdi, ona görə də birləşməmiş Senatın və
Nümayəndələr Palatasının, həmçinin Konqress Kitabxanasının binalarının interyerləri
yanğınla məhv edildi. Bu vaxt Vaşinqtonda tufan baş verdi, onunla birgə yağan leysan
yağış qalın divarları yanğından xilas etməklə, binanın xarici görünüşünü qoruyub
saxladı. İngilislər Prezident iqamətgahını yandırdıqda, alova yanacaq atırdılar ki,
yanğın sonrakı gün də davam etsin.
İngilislərin hücumundan sonra, bir sutkadan az olan müddətdə güclü tufan
leysan yağışla birlikdə əksər binaların yanğınlarını söndürdü. Bu vaxt həm də paytaxtın
mərkəzi ilə tornado tüğyan etdi, burağan üç ton ağırlığında olan topları göyə qaldırıb,
bir neçə yard uzağa tullayırdı. Bunun nəticəsində xeyli Britaniya əsgəri və şəhər sakini
öldü. Tufan britaniyalıları öz gəmilərinə qayıtmağa məcbur etdi. Vaşinqtonun işğalı
vur-tut 25 saat davam etdi. Təbiət qalib ingilisləri geri çəkilməyə məcbur etdi, digər
məşhur sələfləri kimi onlara da yaxşı dərs verdi.
Medisonun paytaxtı onun bir gecəsini keçirdiyi Montqomeri mahalındakı
kiçik Brunvill şəhəri oldu. Ölkənin birinci ledisi Dolli Medison, hökumət qaçanda
Vaşinqtonda qalmışdı ki, qiymətli şeyləri hücum edən britaniyalılardan xilas etsin. O,
prezident Vaşinqtonun divardakı portretini çıxartdırıb, özü ilə götürmüşdü.
113
Prezident Medison və ondan bir neçə gün sonra Konqress də paytaxta qayıtdı.
Konqressin xüsusi sessiyası Kapitoli və digər ictimai binalar dağıdıldığından, Poçt
binasında və Patent idarəsi binasında keçirildi.
Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ
təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton
dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi,
baxmayaraq ki, paytaxtın başqa şəhərə köçürülməsi barədə də təkliflər mövcud idi.
Vaşinqton tarixdə bircə dəfə, özü də bircə günlüyə işğala məruz qaldı və bir
daha heç vaxt öz ərazisində düşmən əsgərini görmədi. Yəqin ki, amerikanlar da
yaponlar kimi təbiətin əliaçıqlığına minnətdar olmalı idilər. Bütövlükdə isə müharibə
1814-cü ilin dekabrında Gent sülh müqaviləsi ilə başa çatdı.
Hitler ordusunun Rusiya qışından, qarından, sərt şaxtasından, yağışın payızda
əmələ gətirdiyi və texnikanın hərəkətini çətinləşdirən palçığından necə böyük əzab
çəkdiyi, çətinliklərlə üzləşdiyi yaxşı məlumdur. Almanların iki böyük məğlubiyyətində
- Moskva ətrafındakı və Stalinqrad döyüşlərində sovet əsgərinin fədakarlıqla vuruşması
ilə yanaşı təbiətin də alman qoşunlarına amansızlıq göstərməsi heç də sirr deyildir.
Nazik paltarda olan alman zabitləri və əsgərləri sərt şaxtaya və soyuğa dözə bilmirdilər.
Hitler Sovet ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq üçün hər şeyi Rusiyanın
sərt qışının üstünə yıxırdı. Lakin 1943-cü ilin iyununda Kursk vilayətindəki məşhur
Proxorovka tank döyüşündə Sovet ordusunun böyük qələbəsi onun bu izahlarını alt-üst
etdi. Alman ordusu SSRİ ərazisi ilə geri çəkildikcə, ilin fəsillərindən asılı olmayaraq ağır
məğlubiyyətlərdən yaxa qurtara bilmirdi.
Hitler SSRİ-yə xaincəsinə hücum edərkən Bismarkın Rusiyaya müdaxilənin
təhlükəliliyi barədəki vəsiyyətinə məhəl qoymasa da, öz qoşunlarını əlavə sınağa
çəkəcək stixiyanın yenilməz qüvvəsini nəzərə almalı idi. Britaniyanı əzmək, diz
çökdürmək üçün əlavə resurslara sahib olmaq və qələbə çalmaq ümidi ilə Rüsiyaya
yürüşə başlasa da, onun həm də ildırım sürəti ilə gedəcəyini əsas götürsə də, təbiətin də
öz ferz qambitini işə salmaqla, istənilən ən yaxşı planı da poza bildiyini o, hökmən
nəzərə almalı idi.
Təbiət avantürist xarakterli Hitlerə də başqaları kimi ağır və onu məhvə aparan
dərsin verilməsində heç də öz sehrliliyini əsirgəmədi.
İşğal müvəqqəti xarakter daşıyır
Müharibələrdə müvəqqəti ərazi işğalı sonralar ağır nəticələrə səbəb olur.
Əksər müharibələrin tarixi bu mülahizənin düzgünlüyünə şübhə yeri
qoymur.Başqasının qanına susamaq, ərazisini işğal etmək həvəsi uzun sürmür, bəzən
həmin dövlətin, hətta xalqın tarix səhnəsindən yoxa çıxmasına gətirb çıxarır.
Qədim dünyada Assuriya ( b. e. ə. XIV – IX əsrlər) müharibə aparmaqla
Mesopotamiyanı və qonşu ölkələri işğal etmişdi. Həmin cəmiyyətin qaydaları qəddarlıq
üzərində qurulmuşdu. Assuriya çarları qan axıtmaqdan həzz alırdılar. Bu dövlətdə qan
tökmək hərisliyi adamların şüuruna təlqin edilirdi, onların xarakterinin mühüm
cəhətinə çevrilirdi. Hətta ov səhnələrinin təsviri də bu məqsədə xidmət edirdi.
114
Yaxud, Hett dövləti ( b.e.ə. XVIII – XII əsrlər ) Misirlə rəqabətdə
müharibələrə meyl edirdi. Hett çarı bir şəhəri viran qoymuş, onun torpağını
şumlatdırmış, orada zəhərli bitkilər əkmişdi ki, həmin ərazidə düşmənləri bir daha
şəhər sala bilməsinlər. Bu, həmin dövr üçün ilk bioloji silah idi. Hettlər yeni silah da
icad etmişdilər, döyüş arabasının təkərlərini arxadan ortaya gətirmişdilər. Bu ona
möhkəmlik, iki döyüşçünü daşımaq imkanı vermişdi. Belə araba əslində müasir tank
kimi idi, düşmən qoşunlarının içərisinə soxula bilirdi. Ona görə də hettlər b. e. ə. XIII
əsrin ortalarında Misir faraonu II Ramzesə Kadeş döyüşündə qalib gələ bilmişdilər. II
Ramzes isə vətəninə qayıtdıqdan sonra saxtakarlıqla özünün qalib gəldiyini geniş təbliğ
etməyə başladı. Bəzi tarixçilər isə döyüşdən sonra həmin dövrün bu iki fövqəldövləti
arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, heç bir tərəfin qalib gəlmədiyi
mülahizəsini irəli sürürlər.
Karfagen isə Aralıq dənizi regionunda, əslində o dövrün dünyasında ağalıq
etmək eşqınə düşdüyünə görə b. e. ə. 264 – cü ildən başlayaraq bütövlükdə yüz ildən
çox bir müddətdə üç dəfə Roma ilə ölüm-dirim savaşı aparmış və hər dəfə də məğlub
olmuşdu. Axırıncı müharibə özünü intihar xarakteri daşımış, Karfagen məhv olmaqla,
tarix səhnəsini tərk etmişdi. Xalq da Karfagen hakimiyyətinin böyük iddiasının
qurbanına çevrildi. B. e. ə. 146-cı ildəki III Puniya müharibəsində qalib gələn romalılar
Karfagenin yarım milyon əhalisinin əksəriyyətini məhv edib, əlli min nəfərini əsir
götürüb, bu gözəl şəhəri yandırdıqdan sonra , hettləri təqlid edərək, şəhərin ərazisini
şumlayıb, duz səpmişdilər ki, orada heç nə bitməsin.
Tarixin dəhşətli ironiyası ondadır ki, nəinki bu dövlətlərdən, heç onların
xalqlarından, assuryalıların kiçik, həm də dağınıq qalıqları nəzərə alınmasa, qədim
keçmişin dumanlı xatirələrindən başqa heç nə qalmadı. Bu siyahıya b. e. ə. VI əsrin
sonlarında Roma üçün böyük təhlükəyə çevrilən etruskları da əlavə etmək olar.
İmperiyalar bir qayda olaraq müharibələr, qan tökülməsi hesabına yaranırdı.
Qədim Roma çox əraziləri işğal etsə də,.həm də qurbanlar verməyə məcbur olurdu. Kişi
cinsindən olan qədim romalılar müharibədə həlak olur, qadınlar isə uşaq doğanda
ölürdülər. Müasir dövrdə isə təcavüzkar ordunun əsgərləri döyüşdə həlak olur, onların
arvadları və uşaqları isə yoxsulluqdan, ölkənin müflisləşməlsindən ölürlər.
İnsan qırğını hesabına başa gələn imperiyaların taleyi də öz faciələri ilə
maraqlıdır. Nə Assuriyadan, nə Hett imperiyasından, nə Qədim Roma imperiyasından
bir əsər- əlamət qalmadı. Böyük Karlın yaratdığı Qərb imperiyası da, Napoleonun
Avropa imperiyası da eyni sonluqla üzləşdi. Çox təəssüf ki, tarixin dərsləri ağılsız
adamlar üçün heç vaxt ibrət nümunəsi ola bilmir.
Hitler ən azı Avropa ağalığı iddiasında idi, yapon militaristləri isə
Yaponiyanın Asiyaya hökmran olacağına ümid bəsləyirdilər, əvəzində isə öz
ölkələrinin işğal edilməsi
kimi bir layiqli «mükafata» layiq görüldülər. Bu həqiqəti bütün imperiyaların
taleyi bir daha təsdiq edir. Müharibələr, qəddarlıqlar hesabına yaranan imperiyalar
bəzən başqa bir müharibənin nəticəsində dağılır, yoxa çıxırdı. Təkcə I Dünya
Müharibəsindən sonra dörd imperiya – Avstriya- Macarıstan, Osmanlı, Almaniya və
Rusiya imperiyaları tarixdən silindi. Müstəmləkə ölkələri xalqlarının milli-azadlıq
hərəkatı Britaniya imperiyasının da dağılmasına səbəb oldu, 1960-70-ci illərdə Afrika
115
qitəsi müstəmləkəçilik boyunduruğundan birdəfəlik xilas oldu. Ümumiyyətlə,
imperiyalar tarixi qanunlar əsasında dağılır.
Yalançı imperiyaların ömrü isə daha qısa olur. Mərkəzi Afrika Respublikası
1960-cı ildə müstəmləkəçilikdən azad olduğu halda, daha çox kannibalizmə meyli ilə
«məşhurluq» qazanan prezident Jan Bedel Bokassa hakimiyyətdə olanda ölkənin adını
dəyişdi. Özünün
imperator adlanması üçün vur-tut 8 milyon əhalisi olan kiçik bir dövləti 1976-cı
ildə uydurma qaydasında imperiyaya çevirdi. Üç il sonra Bokassa vəzifəsi ilə
vidalaşdıqdan sonra bu adlar bütünlüklə ləğv edildi. Neoimperializm eşqinə düşənlər
qoy bu biabırçı faktı nəzərdən qaçırmasınlar.
Müasir dövrdə başqa xalqın torpağını zəbt etmək anomaliya hesab olunur.
Təəssüf ki, düşmənçilik toxumu səpən bəzi qatı millətçilər bu iyrənc məqsədi də
məqbul hesab edir, qonşuların torpaqlarına sahib olmağa can atırlar. Bu yolla əslində
onlar öz xalqını da fəlakətə sürükləmiş olurlar.
Təcavüzə meyl edən xalqın dostu və qonşusu olmaq çətindir. Belələri fürsət
düşən kimi xəyanətə əl atmaqdan çəkinmir, dostluğa qara nankorluqla cavab verməyə
adi hal kimi baxır.
Qatı erməni millətçiləri tarixin təkərini daim geri döndərməyə can atırlar.
Onların öz ideyalarını həyata keçirmək cəhdi, sönmüş vulkan üzərində çiçək ləki
salmağa bənzəyir. Görən vulkan oyananda bu ləkin taleyi necə olacaqdır ?
Qatı millətçilik daim münaqişə toxumu səpir, müharibə tonqalını
alovlandımağa cəhd edir. Mazoxist təbiətli bu şəxslər insanları sürüyə döndərmək
istəyirlər ki, onlardan öz alçaq niyyətləri üçün istfadə edə bilsinlər. Təəssüf ki, bəzi
xalqlar aldadılmaya məruz qalır, yalan dumanına gömülürlər. Buna nail olanlar təkcə
qonşusuna qarşı deyil, öz xalqına da xəyanət etmiş olurlar. Bu o vaxt daha iri miqyas
alır ki, həmin iyrənc prosesə dövlət özü istiqamət verir.
Riyakarlıqdan uzaq olan xalqı isə əsasən tarixdə öz sağlam mənəvi izini
qoymuş ayrı- ayrı şəxslərlə müqayisə etmək olar. Axı həmişə vicdanlı adamlar
olmuşdur, əvvəlki dövrlərdə belə şəxslər ya müqəddəslər siyahısına daxil edilirdi,
yaxud da tonqalda yandırılırdılar. Məgər
vicdanlı xalq ona qarşı törədilən xəyanətin əzablarını anlaşılmayan laqeydlik
hesabına uzun illər boyu çəkməlidirmi? Axı vicdanlı, sülhsevər xalqın layiq olduğu
münasibəti ummağa tam haqqı vardır.
Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmaqla, uzun illərin
mirası olan Dağlıq Qarabağa və işğal edilmiş digər ərazilərinə dair problemlə
üzləşmişdir. Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün Ermənistan
müharibə ilə yanaşı hər cür vasitələrə də əl atılır. Ancaq unudur ki, heç bir dövlət öz
ərazisinin parçalanmasına nəyin bahasına olursa-olsun yol vermək istəmir. Bunu XIX
əsrdə real separatizmlə üzləşmiş Amerika Birləşmiş Ştatlarının tarixi təcrübəsi də sübut
edir. 1861-1865-ci illərin Vətədaş müharibəsində yeddi ştatın Birlikdən ayrılması ilə,
ayrıca dövlət - Konfederatı yaratmış Cənub separatçıları məğlub oldular və ABŞ-ın
ərazi bütövlüyü və birliyi qorunub saxlandı. Həmin dövrdə ABŞ prezidenti olmuş
Abraham Linkoln ümumiyyətlə separatizm barədə fikir yürüdərək demişdi ki, əgər
azad və demokratik ölkələr parçalanmaqda davam etsə, yalnız elə ölkələr qalacaq ki,
116
oonlar separatistlərə səs hüququ verməyəcəklər, başqa sözlə o ölkələr ki, oranı
“möhkəm əl” idarə edir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməklə
yanaşı, onun əhalisinin hüquqlarına tam təminat vəd edir. Ona görə də tarixi və hüquqi
ərazisinin parçalanması ilə heç cür razılaşıla bilinməz. İndiki mərhələdə müharibə
qızğın şəkildə getməsə də, hələ başa çatmamışdır. Nə qədər ki, işğal edilmiş torpaqlar
azad olunmamışdır, bu müharibənin sona çatdığını güman etmək olmaz.
Vaxtilə öz xalqını qanlı müharibəyə cəlb edən erməni millətçi ziyalıları artıq
hörmətdən düşmüş, nüfuzlarını xeyli itirmişlər. Onlar milləti mənəvi qanqrenaya
məruz qoymuşdular. Ermənistandakı “ müharibə partiyası “ da hakimiyyətdə özünü
artıq rahat hiss etmir. İndi onların yerini öz xalqının gələcəyi yaxından düşündürən
həqiqi ziyalılar tutmalıdır və bu sülhsevər qüvvə işğal müharibəsi siyasətinə qəti yox
deməlidir. Axı ədalətsiz işğal müharibələrində müxtəlif ingilis ziyalıları da Britaniyaya
məğlubiyyət arzu edirdilər, hətta faşist Almaniyasında da bəzi vətənpərvərlər Üçüncü
Reyxə məğlubiyyət diləyirdilər, çünki onlar uzaqgörənliklə Almaniya ərazisində 1945-
ci ilin yazının dəhşətlərinin baş verməsini istəmirdilər. Məgər erməni ziyalıları arasında
ciyərləri qatı millətçilik havası ilə zəhərlənməmiş adamlar yoxdurmu? Onlar öz
səslərini qaldırsalar, erməni xalqı da, müharibə törədənlərin onu hansı uçuruma
üuvarladığını aydın dərk edəcəkdir.
Azərbaycanlılar düşmənçiliyin davam etməsinin, vendettaya çevrilməsinin
tərəfdarları deyillər, bu şərtlə ki, ermənilər də eyni mövqedən çıxış etmək təşəbbüsü
göstərsin. Belə vəziyyət o vaxt mümkün ola bilər ki, Ermənistanda düşmənçiliyə rəvac
verənlər siyasətdən uzaqlaşdırılıb, idarəetmə xalqın öz torpağında, həm də öz qonşusu
ilə dinc şəraitdə yaşamağı hər şeydən üstün tutan siyasi qüvvələrə etibar edilsin.
Azərbaycan əraziləri hökmən işğaldan azad olunmalıdır. Bu sülh yolu ilə baş
verməsə, alternativin necə olacağı heç kəs üçün sirr olmamalıdır. Bu heç də fantom
hədəsi deyildir, əlavə qan axıdılmaması üçün işğalçılılara edilən, həm də azərbaycan
xalqının iradəsini ifadə edən rəsmi xəbərdarlığın əks-sədasıdır, idrak qulağı ağır
eşidənlər üçün həmin bəyanatın sadəcə olaraq yenidən səslənməsidir.
Ədalətin zəfəri naminə Allah da öz qüdrətini nümayiş etdirə bilər. Bibliyada
göstərildiyi kimi, Misirdəki qul həyatından xilas olmağa çalışan yəhudilərə mane olan
faraonun ölkəsinə Allah çox sayda bəlalar göndərmişdi, indi də O, özgə torpağını
əsarətdə
saxlayanlara bəlalar bəxş edə bilər. Öz çirkin niyyətlərinə görə Allahını da
dananlar bu ehtimala rişxəndlə baxa bilərlər. Təbiətin işğalçıları məruz qoyduğu ağır
cəzalar isə yuxarıda sadalanan misallardan aydın görünür. Təcavüzkarlar həm də
torpaq sahiblərinin başqa vasitələrə əl atacağı imkanını nəzərdən qaçırmamalıdırlar.
Bu bəlanın onları haqlayacağına, təəssüf ki, hələ də ciddi yanaşılmır, axı troyalılar da
heç öz çarlarının qızı Kassandranın xəbərdarlığına qulaq asmayıb, fəlakət qapısını
döymüşdülər. Troyanın faciəli aqibəti isə Homerin dühası hesabına hamıya yaxşı
bəllidir. Siqnalları aydın şəkildə gələn sabahın bədbəxtliyinə bu gün göz yummaq
böyük qəbahətdir və qədim romalılar demişkən: “ignoratia non est argumentum” –
“cahillik heç də səbəb deyildir”.
Son
117
noyabr, 2014-cü il
İran: yaxın tarix və metamorfozalara bəslənən ümid
1979-cu il inqilabından keçən dövr ərzində şimalda malik olduğumuz kimi
cənubda da böyük qonşumuz olan İran dünyanın heç də azalması hiss olunmayan
nəzər-diqqətindən düşmür. Axı inqilab İranı dünyanın aparıcı dövlətlərinin təsir
dairəsindən qoparıb, müstəqil, əslində tam fərqli olan bir mövqeyə yiyələndirmişdir.
Onun siyasətindəki ardıcıllıq, bəzən lüzumsuz inadkarlıq beynəlxalq aləm tərəfindən
heç də razılıqla qarşılanmır. Kiməsə təcavüzdən uzaq olan bu dövlət çox asanlıqla söz
davasına girişir və özünə düşmən bildikləri ölkələrə lənətlər yağdırmaqla, əks sərt
cavabların hədəfinə çevrilir. Ona görə də Qərb mətbuatı, xüsusən Birləşmiş Ştatlar
İranın gələcəkdə «divə» çevrilməsi və ətrafı üçün təhlükə mənbəyi olması variantını
əsas götürərək, hətta buna ciddi bir əsas olmayanda da, onu monstr kimi təqdim
etməklə, dünyaya bu timsalda qorxulu bir obraz təlqin etməyə çalışır. Təəssüf ki, İranın
bəzi siyasi xadimləri də söz, lənət müharibəsini qızışdırmaqda əks tərəfin həmlələrinə
öz bəyanatları ilə yaxşı köməklik göstərmk yolunu tutmaqla, ona qarşı ittiham
«musiqisinin» kreşendosuna – səsinin daha da ucalmasına köməklik göstərirlər.
XX əsrin son iki onilliyinə qədər İran onu himayə edən iri dövlətlərin Şərqdəki
forpostu olmaqla, regiondakı bəzi iqtisadi bloklarda aparıcı rol oynayırdı. Əslində
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə bu ölkə yadelli güclərin öz təsirini sınaqdan
keçirmək laboratoriyasına çevrilmişdi və münasibət üslublarının seçilməsində yaxşı
reagent kimi çıxış edirdi. Əvvəlcə Böyük Britaniyanın, İkinci Dünya müharibəsindən
sonra isə ABŞ-ın Şərqdə satelliti, iqtisadi fayda mənbəyi mədəni kimi kiçik müttəfiqi
olmuşdu. Atası devrildikdən sonra taxt-taca sahib olan Məhəmməd Rza Pəhləvi
dövlətin əsas daxili və xarici siyasət vektorunu Birləşmiş Ştatların nəzarəti altında
müəyyən edirdi. Ona görə də şahın həyata keçirdiyi və nisbətən faydalı sayılan, sosial
gərginliyi azaltmağa yönələn islahatları da xalqın xeyli hissəsi tərəfindən yad cismə
orqanizmin göstərdiyi muqavimət kimi az qala süngü ilə qarşılanırdı.
Şah siyasət sahəsində müstəqil hərəkət etməyə səy göstərmirdi, heç buna cəhd
də etmirdi. Daxildən olan ağır təzyiq altında taxta çıxmasından on il sonra o,
Məhəmməd Müsəddiqi 1951-ci ilin aprelində baş nazir təyin etməyə məcbur oldu. Çox
qısa müddətdən sonra Müsəddiqin təhriki ilə Məclis İngiltərə-İran neft şirkətinin
milliləşdirilməsi barədə yekdilliklə keçən qərar qəbul etdi və şah bu qanunu
imzalamaqdan qaça bilmədi. Lakin «vətənpərvərlik siyasəti» gözlənilən nəticəni
vemədi. İngilis mütəxəssislərinin çıxıb getməsi və Britaniyanın həyata keçirdiyi neft
embarqosu ölkədə «qara qızıl» hasilatını praktiki olaraq dayandırdı, bu isə İran üçün
fəlakətə bərabər idi. Şah 1952-ci ilin iyulunda Müsəddiqi istefaya göndərsə də, altı gün
sonra ümumölkə tətilinin təzyiqi altında onu vəzifəsinə bərpa etdi. Yenə də təşəbbüs
baş nazirin əlinə keçdikdə, şaha sonrakı ilin fevralında ölkəni tərk etməyi təklif etdi və
Məhəmməd Rza Pəhləvi əslində sürgünə yollanmalı oldu. Ailə bundan çox qorxurdu,
çünki atası da 1941-ci ildə devrildikdən sonra sürgünə yollanmış, qürbətdə yaşamış, üç
il sonra vətəndən uzaqlarda, Cənubi Afrika Respublikasında ölmüşdü.
118
Öz sülaləsinə «Pəhləvi» adını seçməklə Rza şah, o vaxta qədər soyadı olmayan
iranlılara familiya daşımağı bəxş etdiyi halda, təbəələrinin getdikcə artan nifrətinin
çoxalması nəticəsində, bu sülalənin tarixdə mövcud olanlardan ən qısaömürlüsünə
çevrilməklə, ikicə nəfərin – ata ilə oğulun şəxsində vur-tut əlli beş il mövcud olub, sonra
tarixin arxivinə təhvil veriləcəyini heç ağlına da gətirə bilməzdi.
Oğul şahı isə sürgündən general F.Zahidinin həyata gətirdiyi dövlət çevrilişi
xilas etdi və bundan sonra şah artıq təşəbbüsü əlindən verməməyə səy göstərdi və ən
başlıcası Müsəddiqi istefaya göndərdi.
Lakin o, öz təhlükəsizliyinə o qədər də əmin deyildi, xaricin himayəsi də bu
məsələdə kifayət qədər effektli hesab edilə bilməzdi. Ona görə də 1957-ci ildə o, ABŞ-ın
Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrailin Mossadının köməkliyi ilə ölkədə gizli siyasi
polis rolunu oynayacaq SAVAK-ı yaratdı. SAVAK ölkədə ədalətsizlik, qəddarlıq,
işgəncə, qatil simvoluna çevrildi. Qərb mətbuatı yazırdı ki, Tehranda qızmar yay
günündə az qala saatlarla avtobus gözləyən adam istidən, bürküdən şikayətləndikdə,
SAVAK-ın agentləri onu aradan götürüb aparır və həmin adam o vaxtdan, elə bil ki,
qeybə çəkilirdi. Həbsxanalarda isə işgəncə adı cəza növünə çevrilmişdi.
Şah islahatlar keçirmək yolu ilə ölkədəki gərginliyi azaltmağa can atırdı. 1962-ci
ildə Torpaq islahatı qanunu qüvvəyə mindi, bu sənədə görə hökumət neft sahəsi
hesabına daxil olan pullarla mülkədarlardan torpağı satın alıb, öz növbəsində bazar
qiymətinin üçdə biri qədər aşağı olmaq qaydasında haqqı uzun müddətə ödənillməklə
kəndlilərə satırdı. 1963-cü ildə başlanan böyük proqram başqa sahələri də əhatə edirdi.
Meşələr və otlaqlar milliləşdirilmişdi. Sənayenin inkişaf etdirilməsi nəzərdə tutulurdu.
Savadsızlığı azaltmaq üçün xüsusi kampaniya təşkil edilirdi. Həqiqətən də islahatlar
radikal xarakter daşıyaraq, əhalinin xeyli hisəsinin həyatına öz təsirini göstərirdi.
Lakin hay-küy xatirinə «Ağ İnqilab» adlanan bu islahatlar heç də narazılığın
şiddətini əsaslı qaydada aşağı sala bilmədi. Geniş xalq kütlələri və şiə ruhaniləri
arasında güclü müxalifətin yaranmasının qarşısını almağa qadir olmadı.
Şah, siyasi arenada ciddi müqavimətin baş verməsi ehtimalı səngidikdə,
əleyhdarlarına qarşı mübarizəni gücləndirmək qərarına gəldi, axı şiə ruhaniləri
arasında atasına olan kimi, ona qarşı da kəskin müxalifət mövcud idi. Onun
gələcəkdəki ən riqorist əleyhdarı Ruhulla Musəvi Xomeyni çox gənc yaşında, 1923-cü
ildə mübarizəyə başlamaqla, şah rejiminin barışmaz düşməninə çevrilmişdi.
Bir qədər əvvəl «Ayətulla» kimi ali ruhani titulu alan Xomeyni 1962-ci ildə
ruhanilərin tətilinə başçılıq etdi, sonrakı ilin başlanğıcında isə şah islahatlarını boykot
etməyə çağırdı. Çağırışını bununla əsaslandırdı ki, «Ağ inqilab» islam normalarına və
ölkənin Konstitusiyaına uyğun gəlmir. O, «Ağ inqilabı» öz manifestində istehza
qaydasında «qara» adlandırırdı və o vaxt yazmışdı ki, əgər sağ qalsa, bu hökumətin
axırına çıxmaqda öz borcunu icra edəcəkdir. O, şahı «İsrailin müvəkkili» adlandırırdı
və xalqı «qalxıb», «tiraniyanı çiynindən atmağa» çağırırdı. Hökumət Xomneyini həsb
etdi. Bir il sonra yenə həbs etdikdə, onu Türkiyəyə sürgün etməyə məcbur oldu.
Oradan o, İraqdakı müqəddəs Nəcəf şəhərinə yollandı, 1978-ci ildə isə burada da
həyatına təhlükə yarandıqda, mübarizəsini davam etdirmək üçün Parisə mühacirət
etməyə məcbur oldu. Parisdə bir texniki yenilik – maqnitofon kasseti ona çox köməklik
119
göstərdi. Müraciətlərini kassetə diqtə edib, İrana göndərirdi. Ölkənin hər yerində xalq
ona qulaq asırdı.
Son vaxtlarda oğlu Mustafa Xomeyninin sirli ölümü və Ayətüllaya qarşı
təhqiredici məqalənin dərc edilməsi xalqın səbir kasasını doldurdu, bütün ölkə əhalisi
nümayişə çıxdı. 1979-cu ilin yanvarında şah öz ailəsi ilə birlikdə ölkəni təyyarə ilə
həmişəlik tərk etdi və bir il sonra ağır xəstəlik nəticəsində həyatla vidalaşmalı oldu. 21
yanvarda Xomeyni bir qrup öz tərəfdarları ilə birlikdə Parisdən elə həmin Tehran
aeroportuna gəldi və şəhər əhalisi onu görünməmiş qələbəliklə qarşıladı. Fevralın 11-də
şahın nəzarətində olan qoşunlar müqavimətlərini dayandırdılar. Üç gün sonra Ayətulla
Xomeyni İran İslam Respublikasının Ali rəhbərliyi altında «Milli Cəbhə» hökumətini
formalaşdırdı. May ayında keçirilən referendum İran İslam Respublikasının
yaradılmasını dəstəklədi. İlin sonunda qəbul edilən Konstitusiyaya görə Xomeyni İran
İslam Respublikasının Ali rəhbəri postunu tutdu. Beləliklə, İran tarixində yeni epoxa
başlandı və bu, təkcə Yaxın Şərqə deyil, bütün dünyada öz təsirini göstərməmiş
qalmadı.
1979-cu ilin noyabrında Tehranda baş verən bir hadisə İranla ABŞ arasında olan
münasibətləri daha da kəskinləşdirdi. Tehrandakı ABŞ səfirliyi bir qrup gənc tərəfindən
tutuldu və bu, xoşagəlməz beynəlxalq böhranın meydana gəlməsiniə səbəb oldu.
Tehrandakı hadisə ABŞ prezidenti Cimmi Karterin taleyinə də öz təsirini göstərdi və
1980-ci il seçkilərində ikinci müddətə onun dövlət başçısı olmaq ümidləri boşa çıxdı.
Yeni prezident Ronald Reyqanın innaqurasiyasından az sonra (20 yanvar 1981-ci ildə)
53 amerikalı girov azad edilib, Amerikaya yola salındı.
Xomeyninin idarəçiliyi dövrünə həm də böyük sınaq sayılmalı olan İran-İraq
müharibəsi düşdü. 1980-ci il sentyabrın 22-də bu müharibə İraq ordusunun İranın
cənub əyaləti olan Xuzistana müdaxilə etməsi ilə başlandı. İnqilabdan sonra İranda
ordunun tərkibi ixtisar edilərək, onun dörddə üçünə – 180 min nəfərə çatdırılmışdı.
Xidmətdən qovulan, uzaqlaşdırılan generalların yerini kiçik rütbəli zabitlər və hərbi
meylli mollalar tutmuşdular. Ordunun döyüş qabiliyyəti aşağı düşmüşdü. Digər
cəhətlərlə yanaşı, bunlardan hali olan Səddam Hüseyn qonşu ölkənin neftlə zəngin
ərazisinin bir hissəsini tutmaq fürsətini əldən buraxmaq istəmədi. Müharibədə ona
NATO və Varşava bloklarının ölkələri kömək edirdilər, həmin ölkələrdən o, bol silah
alırdı. İraq bir neçə dəfə kimyəvi silah işlətməkdən də çəkinməmişdi. Səkkiz il davam
edən qanlı müharibə 1988-cı il avqustun 20-də sülh müqaviləsi bağlanmaqla başa çatdı.
Bu müqaviləyə razılıq vermək Xomeyni üçün olduqca alçaldıcı görünürdü.
Məclisin sədri Rəfsəncani ondan razılıq almaq üçün Quma gələndə, Xomeyni onun
fəlakətli perspektivini nəzərə almaqla, sülh müqaviləsi təklifinin irəli sürülməsi
barədəki xahişinə qulaq asıdıqda demişdi ki, bunu eşitməkdənsə, «bir fincan zəhəri
içməyə» üstünlük verərdi. Lakin praqmatik insan olan Ayətulla zərurətdən qaça
bilməzdi və barışığa razılıq verdi. Ahıl yaşlı, uzun mübarizə yolu keçmiş bu adama
həmin hadisə də təsirsiz ötüşmədi, heç bir il keçməmiş, 3 iyun 1989-cu ildə Xomeyni
vəfat etdi.
İnqilab Qərbin siyasi, hərbi, hər şeydən əvvəl isə güclü iqtisadi müttəfiqini onun
əlindən almışdı. Ona görə də ilk günlərdən qarşıdurma faktları meydana çıxdı. ABŞ
səfirliyinin tutulması bunu daha da gücləndirdi. Birləşmiş Ştatlar öz diplomatları olan
120
girovları xilas etmək üçün desant göndərdikdə, təyyarənin qəzaya uğraması bu cəhdi
əbəs olana çevirdi və belə cəhdlərə bir daha əl atılmadı. Uzun müddət ərzində ABŞ-ın
«təcrübə üçün ada dovşanı» rolunu oynayan İran artıq fövqəldövlətin siyastinə tam əks
mövqedə dayanmışdı, «girov götürmə» əməliyyatı ilə ondan «intiqam» aldığına görə
fərəh duyurdu.
İnqilabın İrana nə bəxş etdiyi sualına birmənalı cavab vermək çox çətindir. İranın
beynəlxalq aləmin xeyli hissəsindən uzaqlaşması faktını heç cür inkar etmək olmaz.
İnqilabdan sonra demokratiyanın və teokratiyanın sintezindən ibarət bir quruluş
meydana gəldi və sırf teokratik dövlət olan Səudiyyə Ərəbistanından bir qədər
fərqlənməklə, onun «sirdaşı» rolunu oynamağa başladı. Əvvəlki İran Qərbin uzun
müddətli təsiri altında müasir həyat tərzinn yaxşı və pis cəhətlərindən nəyi varsa,
hamısını qəbul etdiyindən, birdən-birə onlardan bütünlükə imtana etmək də asan
məsələ deyildi. Ən radikal hüquqi islahat isə ondan ibarət oldu ki, şəriət şəxsi və ictimai
həyata bütünlüklə hakim kəsilməsə də, onün bir sıra az qala yaddan çıxmış elementləri
bərpa edilməklə, tətbiq olunmağa başladı. İran hərbi qüdrətini möhkəmləndirməyə də
qayğı göstərir, axı uzun müharibə ona çox şeyləri öyrədə bilmişdi. Ordusunu adi
silahlarla yanaşı, raketlərlə təmin etməyə girişdi.
Qərb mətbuatı inqilabın elə ilk günlərindən onun rəhbəri barədə müxtəlif
şayiələr yaymağa üstünlük verdı, onu arxaizmin nümayəndəsi kimi qələmə verirdi. Bir
avropalı jurnalist hətta onu «VII əsrdən XX əsrə atılan daş» adlandırmışdı. Bu, qərəzli
münasibətdən doğmuşdu, onun dini qaydaları, şəriəti bərpa etmək cəhzdlərinə işarə
idi. Əgər müəllif “qara daş”- meteorit metaforasını işlətsəydi, fəlsəfi düşüncə tərzində
mahiyyətə bir qədər yaxınlaşmış olardı. Qədim ərəblər hələ İslamdan da əvvəlki
dövrlərdə Kəbədəki “qara daşa” – meteoritə sitayiş edirdilər. İslamdan sonra isə
Kəbəyə ziyarət İslamın beş dayağından biri hesab olunur. Heç bir meteorit Yer mənşəli
deyildir, alimlər onun ən qədim nümunəsini tədqiq etməklə Yer üzərində həyatın
başlanğıcı barədə yeni, inqilabi bir nəticəyə gəlmişlər. Həmin tədqiqat materialının isə
4,6 milliyard yaşı vardır. Məlum olmuşdur ki, yaşı 4 milliyard olan Yer yaranmamışdan
hələ 600 milyon il əvvəl kosmosdan bura gəlib çıxan meteoritlər Yer üzərində həyatın
başlanğıcının mənbəyi rolunu oynamlşlar. Onlar öz tərkiblərində mikroorqanizmlər
gətirmişlər və bu bir hüceyrılilər planetimizdə həyatın rüşeymi kimi çıxış etmişlər.
Onlar sonra inkişaf edərək bütün canlıları, həmçinin insanları əmələ gətirmişlər. Deməli
Yer üzərindəki həyat özünün vacib səbəbi kimi həmin meteoritlərə borcludur. Xomeyni
də VII əsrdə təşəkkül tapmış İslama 1,3 min ildən sonra güclü impuls vermək istəyirdi,
əslində XX əsrdə onun yeni enerji mənbəyinə çevrilməsinə səy göstərirdi, hələ sınaqdan
çıxmamış potensialından istifadə etməyə çalışırdı.
Məhəmməd peyğəmbərin əsasını qoyduğu İslam dini Ərəbistanın kiçik bir
ticarət şəhərində – Məkkədə meydana gəlsə də, ilkin hüceyrə kimi parçalanaraq,
böyüyərək dünyanın bütün guşələrinə yayılmağa başladı və indi 1,5 milyard insanı
əhatə edən və həyat qüvvəsi heç də tükənməyən nəhəng bir sosial orqanizmi təmsil
edir. Məhəmməd peyğəmbərdən sonra, Abbasi xəlifələri tərəfindən və Kordoba
xilafətindəki həyata keçirilən mədəni inqilablar istisna olmaqla, Xomeyni tarixdə ilk
dəfə Şərqdə sosial xarakter daşıyan dini inqilabı həyata keçirmişdi. Ona qədər dünyada
baş verən inqilablar milli azadlıq və sinfi mübarizə xarakteri daşıyırdı. Xomeyni isə tam
121
başqa bir yol tutdu və öz inqilabının zəfərinə nail oldu. Ona görə də Xomeynini yaxşı
mənada götürdükdə, Məhəmməd peyğəmbər dövründən – VII əsrdən XX əsrə gəlib
düşmüş həyat verən «meteorit» hesab etmək olar. Məhəmməd peyğəmbərin həyata
keçirdiyi inqilab isə sonralar bütün dünyanın sifətinin myəyyən qədər dəyişilməsinə
səbəb olmuşdu.
Həm də Xomeyni müasir dünyanı çox yaxşı dərk edən adam və lider idi. O
dövrün nəbzini tutmağı məharətlə bacarırdı, bu sahədə fitri istedada malik idi. O,
inqilabın qələbəsinin yaxınlaşmasını hiss etdikdə, müvafiq tədbirlərə əl atmaqla, onun
ləngidilməsinə yol vermədi. Səkkiz il davam edən müharibədə ölkəsinin təkbaşına
vuruşması, Qərbin təzyiqlərinə davam gətirməsi onun yüksək dövlət xadimi
xüsusiyyətlərinə malik olmasından xəbər verir. Müharibədə onun yarada bildiyi
inqilabi və dini ruh bu müqavimətin gücləndirilməsində heç də az rol oynamadı.
Döyüşdə ağır yara almış müharibə veteranları bu gün də Vətənə və Xomeyniyə xidmət
göstərmələri ilə öyünür, qürur hissləri keçirirlər, onların bəziləri 2009-cu il seçkilərində
prezidentliyə namizəd Musəvini dəstəklədiklərinə görə təqib olunma təhlükəsindən
qorunmaq üçün, xarici ölkələrə mühacirət etməyə məcbur olmuşlar. Bu vəziyyət də
onların vətənpərvərlik hissini zəiflədə bilməmişdir. Prezidentlər dəyişir və
dəyişiləcəkdir, onların bəziləri İranı öz əleyhdarları üçün «ögey anaya» çevrilməyə
cəhd etsə də, əksər insanlarda Vətən sevgisi və dini inanc yenə əvvəlki kimi sarsılmaz
olaraq qalır.
İran ona qarşı olan ideoloji həmlələri heç də cavabsız qoymur, yeri gəldi-gəlmədi
antiamerikan və antiİsrail təbliğatı tonqalı orada gur alovla yandırılır. Əhali arasında
bu dövlətlərə qarşı düşmənçilik əhval-ruhiyyəsinin yayılmasına xüsusi səy göstərilir.
Bu dövlətlərə lənət yağdırmaq az qala İblisə nifrət səviyyəsinə qaldırılmışdır. Bunun
üçün ilahiyyat mənbələrinə də əl atılır. İsrailə qarşı hədələr hədd, hüdud tanımır.
Prezident Rəfsancani İsraili Yer üzündən siləcəkləri ilə hədələyirdi, xeyli müddətdən
sonra yenidən prezidentlik eşqinə düşdükdə, İsraillə heç bir problemləri olmadığını
dilə gətirməklə, öz əvvəlki mövqeyindən uzaqlaşdığını bildirdi. Prezident Mahmud
Əhmədinecad isə İsrailə qarşı hədələrini mantra kimi, fasiləsiz olaraq səsləndirir.
Yəhudilərə qarşı nifrət oyatmaq üçün hətta Holokost dəhşətlərini inkar etmək yolunu
tutur. Onda gərək Auşviqə və digər ölüm düşərgələrinə görə onların milyonlarla
qurbanı olan yəhudilərin özlərinin xatirələri ilə haqq-hesab çəkilsin.
Əhmədinecad fəaliyyətindən daha çox bəyanatları ilə özünə düşmən
qazandırırdı. Onun çağırışları daim dünyanın böyük bir hissəsi ilə qarşıdurmanı
kəskinləşdirməyə səbəb olurdu. Əgər o, XX əsrin birinci onilliyində ABŞ prezidenti
olmuş Teodor Ruzveltin dediyi «səsini ucaltma, ancaq böyük çomağını hazır saxla»
nəsihətindən hali olsaydı və ona əməl etsəydi, yəqin ki, təkcə xaricdə deyil, ölkəsinin
daxilində də hörmətinin belə sürətlə aşağı düşməsindən qaça bilərdi. Həm də onun
beynəlxalq aləmdə İrana qarşı kəskin münasibəti qızışdırması iqtisadi sanksiyaların
sayının artmasına və sərtləşməsinə gətirib çıxardı və nəticədə ölkəsi ağır iqtisadi
böhranla üzləşməli oldu. Uranın zənginləşməsinə göstərilən sönməz həvəs İrana qarşı
ittihamların güclənməsinə səbəb oldu.
İnqilabın qələbəsindən keçən dövr ərzində çoxlu sular axmış, dünya müxtəlif
növ problemlərlə üzləşmiş, insanların düşüncə tərzində də müəyyən dəyişikliklər
122
əmələ gəlmişdir. İran özü də heç də üç onillik bundan əvvəlki ölkə deyildir, xalq isə
uğursuzluqlardan xeyli dərs almışdır. Artıq dinin siyasi alət kimi istifadə edilməsi də
əvvəlki effekti vermir. İndi çox sayda adam, kor-koranə inanc bəsləməyənlər yaxşı başa
düşür ki, Allahın adından hökmranlıq etmək illuziyadan başqa bir şey deyildir. Heç
kəsə sirr deyildir ki, çox sayda gənc adam dinin, patriarxal həyat tərzinin təsirindən
uzaqlaşır, onlar heç də əvvəlki kimi ruhanilərə qoşulub xüsusi coşğunluq nümayiş
etdirmirlər. Onlar yalnız xoşbəxt gələcəyə can atırlar, öz ölkələrinin çiçəklənməsini
istəyirlər. Dini təbliğat onları bu mövqedən yayındıra bilmir, zahid, guşənişin həyat
meylinə boyun əymək də onlar üçün yaddır. İqtisadi böhranla birlikdə gənclərin və
ziyalıların belə mövqe dəyişikliyi siyasi metamorfozaya da yol açdı. Beş mühafizəkar
arasında olan mülayim xadim, nisbətən islahatçı imici qazanmış Həsən Ruhaninin
prezident seçkilərində gözlənilmədən qalib gəlməsi son illərdə aparılan səriştəsiz
siyasətə əhalinin ən azı yarısından çoxunun verdiyi kəskin cavab, əslində ona əks
çıxması idi.. Kürsüsü ilə vidalaşan prezidentin fəaliyyətindən narazılıq böyük idi və
getdikcə artırdı. Onun davranışı Ronald Reyqanın çox sevdiyi – “ingilis dilində doqquz
ən dəhşətli söz: Mən hökumətdənəm, gəlmişəm ki, sizə kömək edəm” ( İ am from the
government, and İ here to help) – zarafatını yada salır. Əhmədinecadın da apardığı
xalqa kömək siyasəti çox hallarda yaxşı nəticə vermirdi.
Həsən Ruhaninin yəqin özü də qələbəsinin səbəblrini təhlil etsə, paradoksal
görünsə də, onu Qərb sanksiyalarının müfəffəqiyyətinin nəticəsi kimi
qiymətləndirməlidir. Sanksiyaların təsiri yerli əhalinin narazılığını artırdı və onlar
xarici dünya ilə münasibətləri dəyişməyə cəhd edəcək yeganə real saydıqları namizədi
onun şəxsində gördülər. Ümumiyyətlə, bu seçkinin nəticələrində paradokslar çoxdur,
dini rejim ilk dəfədir ki, öz namizədlərindən hansısa birinin seçilməsinə nail ola
bilmədi. Lakin bu vəziyyət rejimə də müəyyən dividendlər verir, qəribə görünsə də,
onun üçün də uğur sayıla bilər. Çünki, rəhbərlik xalqın istəyini nəzərə ala bildi, ona
qarşı çıxmadı. 2009- cu il seçkilərindəki acı təcrübə dövlət rəhbərliyini daha sayıq
hərəkət etməyə məcbur etdi. Uzun fasilədən sonra adamlara nəfəs almaq üçün
demokratiya oksigeni verildi. Bu hərəkəti ilə rejim özünə və legitimliyinə etimadı bur
qədər artıra bildi.
Ən başlıcası isə, Ruhaninin qələbəsi İran xalqının uğuru sayılmlıdır, hər cür
çətinliklərə, təbliğata baxmayaraq xalq demokratiyaya, müasir dünyaya inteqrasiya
olunmağa öz solmayan istəyini nümayiş etdirdi. Ruhani yaxşı anlayır ki , seçkidə qalib
gəlməsinə görə, birinci növbədə əhalinin xeyli hissəsinin narazılığına borcludur. Xalq
namizədlər arasında yeganə islahatçı kimi ona ümid etdiklərindən, dəyişiklik naminə
belə seçimə getmişlər. Heç də sirr deyildir ki, İran gənclərinin müəyyən seqmentini dini
sərtliklər cana doydurmuşdur və onlar əvvəlki tək buna dözmək, loyallıq göstərmək
istəmirlər. Bəziləri əldən çıxmış “qərbləşmənin” xiffətini çəkir. İslam ortodoksiysı da
reallığa artıq göz yuma bilmir, iqtisadi şəraitin yaxşılaşması və sosial gərginliyin
azalması naminə hətta düşmən saydığı ABŞ-la da normal münasibət qurmaqda
maraqlıdır. Lakin ideoloji sahədə öz götürdüyü yoldan dönməyərək, güzəştlərə gedə
bilməyəcəkdir, çünki bu inqilabın postulatlarına xəyanət olardı.
123
İndi Qərb İrandakı şəraitə düzgün münasibət bəsləyib, yeni prezidentə güzəşt
sayıla biləcək bir davranışa üstünlük verməlidir. Əks təqdirdə səhv baha başa gələ
bilər, ümidlər puç olar. Əgər Qərb İran siyasi mənzərəsində dönüşə can atırsa, özü də
buna kömək edə biləcək addımlar atmalıdır. Axı yenilik heç də Bibliya mannası
deyildir ki, göydən tökülsün.
Ruhani də din xadimləri dəstəsinə aiddir, bununla yanaşı, yaxşı təhsil görmüş
ziyalıdır, az-çox dövlət xidməti və diplomatik iş təcrübəsinə də malikdir. Bircə şeyə
əmin olmaq olar ki, o, milli mənafeyi başlıca məqsəd kimi götürməklə yanaşı, nə
ölkənin daxili həyatına çəhrayı eynəkdən baxmayacaqdır, nə də beynəlxalq məsələlərə
münasibətdə dini ehkamın yaratdığı dumana məhəl qoymayacaqdır, birinci növbədə
xalqının istəklərini nəzərə alacaqdır.
Avqust ayında prezidentliyə başlayacaq Ruhaniyə öz sələfindən, heç də sirr
deyildir ki, olduqca ağır irs qalmışdır. İran sanksiyaların fasilə vermədən davam
etməsindən və şiddətlənməsindən, daha çox uşaqlara məxsus bir xəstəlikdən –
asfiksiyadan əziyyət çəkir. Sanksiyalar kəndiri ölkənin həyatını öz ilməyi ilə daha sərt
şəkildə boğur. İş o yerə gəlib çatmışdır ki, özünün böyük sərvəti hesab etdiyi və ən
güclü maliyyə mənbəyi olan neftini dünya bazarında sərbəst surətdə sata bilmir və
bunu etmək üçün müxtəlif priyomlara əl atır. İran cəmiyyətini, balıq üçün tora bərabər
olan sanksiyaların yaratdığı iqtsadi böhran boğaza yığmışdır.
Ölkədə iqtisadi vəziyyətin ağırlığı sosial şəraitin də pisləşməsinə səbəb
olmuşdur. İnflyasiya artıq ərəb atlarına xas olan bir sürətlə, dördnala çapır. Əsas ərzaq
məhsulları ilə fasiləsiz təchizat da pozulmuşdur. Müharibə dövrü istisna olmaqla, İran,
belə vəziyyətlə ilk dəfədir ki, üzləşir. İş o yerə gəlib çatmışdır ki, ət məhsulunun təklifi
tələbatdan çox geri qalır, televiziya ilə toyuq ətinin göstərilməsinə məhdudiyyətlər
qoyulur. Bu ölkə isə öz qonşularına ucuz qiymətə bir çox ərzaq malları ixrac edirdi, iri
bir aqrar ölkənin potensialının belə zəifləməsinə heç cür inanmaq istəmirsən.
Tətbiq edilən ağır sanksiyalar istehsala da öz təsirini göstərməkdə davam edir.
İran bunun hesabına sənayenin bir çox sahələrində özünün rəqabət qabiliyyətini
itirməsi ilə üz-üzə gəlmişdir və daha çox sayda əmtəəni idxal etməli olur.Qonşuları
Türkiyə və Pakistan isə regionda tikiş mallarının güclü ixracçılarına çevrilmişlər.
Bir qayda olaraq siyasət ölkəyə, xalqa fayda vermədikdə, ən azı impotent
xarakteri daşıyır. Səlahiyyət müddəti başa çatan prezident ordunun güclənməsi,
militaristləşmənin uğurları ilə sevinə bilər, o, hətta uranın zənginləşməsində də hər cür
müqavimətlərə baxmayaraq, istədiyinə də nisbətən çata bildi.
Onun nəyə nail olduğu ilə qənaətləndiyini ya qənaətlənmədiyini yalnız özü bilir,
ancaq kürsüsünü tərk edəndə Ernest Heminqueyin məşhur romanının adını yada salıb,
heç olmasa öz ürəyində deyəckdir: “Əlvida, silah!” Çünki, tərxis olunan əsgər kimi,
onun da artıq öyündüyü silahla vidalaşmaq vaxtı gəlib çatmışdır.
Bəs əhalinin maddi rifahının hansı bir arzuolunmayan hala düşməsi onu görən
maraqlandırmırdımı, yaxud bu siyasətdə zəif olduğundan heç onlara girişmək də
istəmirdi. Din xadimi insanın bu dünyadakı yerindən daha çox axirət dünyasındakı
yeri barədə düşünür, bu dünyanın problemləri barədə fikirləşməyi artıq sayır. Onu
124
daha çox o dünya maraqlandırır. Əhmədinecad isə özünü dini ideoloq adlandıra
bilməzdi və o, reallığın gözünə dik baxmalı və nəzərə almalı idi ki, daxili siyasət üçün
birinci cavabdeh şəxs odur və istənilən vaxt ona hər cür ittihamlar yağdırıla bilər. Öz
ölkəsini sarsılmaz qala hesab etsə də, iqtisadi zəiflik bu qalaya heç də şöhrət gətirmir.
Həyatda hər şeyin haqqını ödəmək tələb olunur. Xəyalı göylərdə dolanan adam ayağını
yerdən üzə bilmədiyinə görə, öz səhvlərinin bəlalarına dözməli olur. Ambitsiyalar -
bəlkə də şöhrətə xidmət edir, lakin nəticəsi çox ağır olur. Başqalarını hədələməkdən heç
kəs yox, yalnız öz xalqı əziyyət çəkirsə, bunu edən dövlət xadimi, deməli,yalnız öz
ölkəsi üzərində gücünü sınamağa şalışır, kiməsə sözdə ünvanladığı zərbəni nəticə
etibarilə real qaydada öz xalqına vurur. Hətta, baletdə rəqqas daim özünə nəzarət edir,
fikrini cəmləşdirməli olur. Onun səhvi yalnız özünə, bəlkə də truppaya ya da tamaşaya
ziyan vurur. Dövlət xadimi isə büdrədikdə, onun səhvindən bütün ölkə əziyyət çəkir.
Qərb, xüsusən İsrail mətbuatı və bu ölkənin dövlət xadimləri həyəcan təbili
çalmaqdan yorulmurlar ki, artıq İran nüvə silahına malik olmağın astanasındadır.
İrandakı tədqiqatları dayandırmaq üçün bəlkə bu da bir metoddur. Ancaq iti duşuncə
ilə təhlil etdikdə görünür ki, İran nüvə silahı barədə öz istəyinə nail olmaqdan hələ çox
uzaqdır. Buşer atom elektrik stansiyası o qədər uzun müddətə tikildi ki, hələ də onun
real enerji istehsal etməsi müəmmalı bir iş olaraq qalır. Axı təkcə sentrefuqalar
quraşdırmaq heç də atom silahını hazır vəziyyətə gətirmək demək deyildir. Digər
tərəfdən, belə istəyin reallaşması əlavə, daha ciddi problemlərin yaranmasına gətirib
çıxara bilər. Qonşuları, xüsusilə nəhəng maliyyə ehtiyatlarına malik olanlar buna
biganə qalacaqlarmı?
Əgər İran atom bombasına malik olsa, bir neçə tərəfdən belə silahı özünə
mühafizəçi kimi istifadə edəcək dövlətlərin əhatəsində olmayacaqdırmı, arzuolunmaz
anklava çevrilməyəcəkdirmi? Səudiyyə Ərəbistanı Yaxın Şərqdə hegemonluq iddiasına
görə İranla rəqabət aparmaqla, özünü əliyalın kimi göstərmək istəməyəcəkdir. Belə
silaha yiyələnmək ona heç də hansısa bir maddi çətinlik hesabına başa gəlməyəcəkdir.
Bu ölkə, hələ az qala dörd onillik bundan əvəl Pakistana belə silaha yiyələnməkdə
maliyyə yardımı etmişdi. Həmin ölkə iqtisadi cəhətdən zəif idi, ancaq onun lideri
Zülfüqar Əli Bhutto, hətta ot yeməyə məcbur olsalar belə, hökmən atom bombasına
malik olacaqları qətiyyətini dilə gətirmişdi. Hələ o vaxtlar kreditor rolunu oynayan
Səudiyyə Ərəbistanında isə onsuz da kasad olan otları dəvələrin yeməsi yaxşıdır,
dünya banklarında yatan ehtiyatlarından cüzi miqdarda xərcləsə, oyadılan
ambitsiyasını ödəməkdə çətinlik çəkməyəcəkdir. Nə qədər gülməli görünsə də, əgər
belə silah bazarda satılsaydı, bu ölkə topdansatış qaydasında onu almaqdan da
çəkinməzdi.
Əhmədinecadın antiamerikan və antiisrail ritorikasından uzaqlaşmaq çətin bir
şey deyildir, bəs ağır iqtisadi vəziyyt necə olsun? Səfalət, adamları başqa bir inqilaba da
qalxmağa vadar edə bilər. Ərəb dünyasının timsalından göründüyü kimi, heç bir
ölkənin buna güclü immuniteti yoxdur. Ona görə də Ruhani, seçilmiş prezident tək
birinci mətbuat konfransında dediyi kimi, ilk mərhələdə diqqəti ən kəskin tələbatlara
yönəltməlidir, bura, əhalinin əsas ərzaq məhsulları ilə təchizatı da daxildir.
125
Ümumiyyətlə, həm də onun mötədil siyasət yeridəcəyi gözlənilir, yəqin ki, o, “siyasəti
əxlaqiləşdirməyə” cəhd edəcəkdir.
Yəqin ki, Qərb də islahatçılar qanadını gücləndirmək üçün İrana təzyiqini bir
qədər azaldacaq, sanksiyaları yumşaldacaqdır ki, Ruhaninin başçılıq etdiyi bu qanad
iqtisadi böhrana qarşı dayana bilsin. Əgər belə güzəştlər olmasa, İranda islahatçıların
yenicə güclənən mövqeyi xeyli zəifləyəcək və kövrəkləşəcəkdir. Öz güzəştlərinə
müvafiq olaraq, Qərb əvəzində çalışacaqdır ki, İran indiyə qədər günahlandırıldığı
atom silahına nail olmaq ambitsiyası ilə xudahafizləşsin. Belə qətiyyətlilik hərbi və
xarici siyasətin kökündən dəyişilməsinə səbəb ola bilər.
Bəlkə belə hərəkət də, bir fincan tsikuta içmək kimi qiymətləndiriləcəkdir.
Ruhani qlobal səviyyədə qarşılıqlı hərəkətlərin reallaşmasına şərait yarandığı
düşüncəsindədir. O, qonşu 15 dövlətin hamısı ilə, həmçinin Səudiyyə Ərəbistanı ilə
münasibətlərin yaxşılaşacağına ümid bəsləyir. Hətta bir az da uzağa gedərək, bildirir ki,
biz ABŞ-la qarşıdurmanı davam etdirməyəcəyik. Cəsarətli vədlərdir, lakin onların
həyatiliyinə əminlik üçün milli mənafeyi ön plana keçirəcəyini, İran xalqının qanuni
hüququnu müdafiə edəcəyini, həm də gərginliyi azaltmağa çalışacağını bəyan edir.
Dünya əsasən Həsən Ruhaninin prezident seçilməsini pozitiv hal kimi qəbul
edir. Ancaq onun imkanlarının məhdudluğu da nəzərdən qaçırılmır. Çünki İranda
prezident iqtisadiyyata, dinə və digər daxili siyasətə aid olan məsələləri həll etməkdə
müəyyən müstəqilliyə malikdir. Dövlətin siyasətinin vacib məsələləri – orduya
rəhbərlik, xarici siyasət və hərbi strategiya Ali dini rəhbərin səlahiyyətlərinə aiddir.
Müharibə və ya sülh məsələsi, nüvə proqramının davam etdirilməsi və ya
dayandırılması da ondan asılıdır. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu
hadisələri qabaqlayaraq xəbərdarlıq edir ki, Həsən Ruhaninin seçilməsinə xüsusi
ümidlər bəsləmək lazım deyildir, o, yalnız İranın Qərblə dialoqunun mahiyyətini bir
qədər dəyişə bilər. Yeni prezidentə belə bədbin münasibət həm də İranın siyasi
idarəçiliyinin xüsusiyyətlərindən irəli gəlir.
Ruhani beynəlxalq aləmdə nə qədər yaxşı münasibətlə üzləşsə də, ölkə
daxilində, yəqin ki, güclü mühafizəkar müxalifətlə qarşılaşmalı olacaqdır.
Hökumətdəki məmurları saf-çürük eləmək də asan məsələ deyildir. O, jurnalistlərə
«Kim dövlətdə biletsiz olubsa», onlardan azad olacağı vədini versə də, kimin biletli, ya
biletsiz olmasını müəyyən etmək də asan iş olmayacaqdır. Özünün də dediyi kimi, bu
«ağrılı məsələdir». Lakin başlıca məsələ mühafizəkarları yoluna qoymaqdır, onlar
istənilən məsələdə dəyişikliklərin aparılmasını heç də sakitliklə qarşılamaycaqlar.
Fransız siyasətindəki cohabitation termini “birgə yaşamaq” mənasını verir. Ruhaninin
apardığı siyasətə mühafizəkarlar dözəcklərmi, yoxsa o, müqavimətdən qorxub yalnnız
kosmetik xarakterli işlərlə məşğul olacaqdır? Ona görə də “birgə yaşamağın” nə qədər
davam edəcəyini proqnozlaşdırmaq da çətindir.
İranın yola salınan və seçilmiş prezidentləri özlərinin bəzi dialektik bənzərlərini
yada salırlar. Mahmud Əhmədinecad İranın qısa müddətdə və faciəvi baş naziri olmuş
Məhəmməd Musəddiqin, oyun kartlarında başayaq çəkilən portret təsəvvürünü
xatırladır. Müsəddiq İranı imperialist əsarətindən xilas etmək, müstəqil xarici siyasət
126
yeritmək üçün heç bir cəsarətli addımdan çəkinmirdi. Əhmədinecad isə İranı
təhlükələrdən qorumaq üçün onun yeni, daha kəsərli silaha yiyələnməsinə can atırdı.
Lakin hər ikisinin tədbirləri yarımçıq qaldı, fayda əvəzinə ziyan verdi. Onların hər ikisi
tam müstəqil deyildilər və təzyiqlə üzləşməkdən qaça bilmirdilər. Əhmədinecad öz
dostu, Venesuelanın mərhum prezidenti Uqo Çaves kimi antiamerikan ritorikası ilə
dünyada özünə çoxlu düşmən qazandırmışdı. Başı belə şeylərə qarışdığından, iqtisadi
məsələləri başlı-başına buraxdı, həm də sanksiyalar da yüyənsiz at kimi dayanmaq
bilmirdi. Özünü qəhrəman qiyafəsində hiss etmək olar, lakin bu cəsurluqdan xalq fayda
götürmürsə, istənilən hərəkət Don Kixotçuluq xüsusiyyəti almağa başlayır. Həm də
onun yuxarıda səslənən bəyanatları ölkənin Ali rəhbərliyini hücumlardan qoruyurdu,
bütün nizələr yeganə hədəf kimi onun özünə tuşlanırdı. Siyasətdən narazılıq bir şəxs
üzərində cəmləndiyindən, şaxələnmirdi, başqa hədəflərə yayınmırdı.
Tarixi təcrübə göstərir ki, siyasətdə bəzən şou da fayda verir. Qədim Afinanın
tiranı Pisistrat siyasətdə ilk şoumen hesab olunur. O, hiyləgərlik etməklə, yalanlar
uydurmaqla iki dəfə hakimiyyətə gəlmişdi. Əhmədinecad isə elə ehtirasa qapılmışdı ki,
siyasətlə şounu qarışıq salmışdı. Dövlət xadiminin səhvlərinə gözlər dikildiyindən, onu
gizlətmək də mümkün olmur, projektorun işığında hətta ağcaqanad da gözə çarpır.
Əhmədinecad birinci növbədə öz səhvlərinin, beynəlxalq aləmdə hədd tanımayan
hədyanlığının girovuna çevrildi. Siyasətdəki nartsissizm daha böyük bəla kimi çıxış
edir. Lüzumsuz şeylərə vurğunluq, onu həqiqi problemləri duymaq qabiliyyətindən
məhrum etmişdi. Cəsarət nümayişi çox vaxt dəlisov davakarlıq təzahürü kəsb edirdi.
Belə vəziyyət isə ona əlavə əleyhdarlar qazandırırdı.
Əhmədinecadın fəaliyyətini yalnız populizmlə, hərbi ritorika ilə
məhdudlaşdırmaq da ədalətsizlik olardı. Bütün prezidentlər içərisində onu ən üsyankar
təbiətlisi hesab etmək olar. Ali dini rəhbərin himayəsində olan böyük vəzifə sahiblərini
( məsələn, Rəfsancnini, Laricanini və digərlərini ) müxtəlif qanunsuzluqlarda ifşa
etməkdən çəkinmirdi. İranda dinin idarəçiliyi hakim kəsildiyindən , həmin dəstəyə aid
olmayan siyasi xadimə “ağ qarğa” kimi baxırlar və onların aqibəti heç də yaxşı olmur.
İlk iki prezident bu vəzifəni iki ildən az bir müddətə tutmuşdu, biri devrilmiş, ikincisi
isə qətlə yetirilmişdi. 2005- ci ilə qədər olan bütün prezidentlər din xadimləri olmuşdu.
Əhmədinecad ilk dəfə bu qaydanı pozdu. O,dini rəhbərliyin xəttini tənqid etməkdən də
çəkinmirdi. İnqilabdan sonra ilk dəfə Ali liderin hökuməti idarə etməsinə ilahi
hüququnun olması barədəki iddianı açıq şəkildə şübhə altına aldı. O, həmçinin bildirdi
ki, Mehdi ( Messiya ) ilə əlaqə yaratmaqda ayətullalara heç bir ehtiyac yozdur. Bu, dini
rəhbərliyə qarşı birbaşa qiyama bərabər olduğundan, bu vaxt Xameneyi fitva verdi ki,
yalnız o,özü, təkcə şəxsən o, Mehdini təmsil edir
Əhmədinecad dində də islahat aparmağa,”İran islamı”nı formalaşdırmağa
çağırırdı, bu isə dini rejimin ideologiyasından fərqli olacaqdı. O, fars millətçilyini
gücləndirmək üçün Böyük Kir haqqında yüksək fikirlər söyləyirdi, bu isə dinin təsirini
zəiflətmək məqsədini güdürdü. Öz möqeyinin tənqidçilərini, hər bir məsəldən ötəri
təlimat almaq üçün qaçıb, İranın dini mərkəzi olan Quma üz tutan qoyunlar
adlandırırdı. O, Ali dini rəhbərə kölə tabeliyindən çox uzaq idi, hətta Mehdinin Yer
üzərindəki yeganə təmsilşisinə qarşı çıxmaqdan belə çəkinmirdi.
127
Yeni prezident Həsən Ruhanini isə SSRİ-nin ilk və son prezidenti Mixail
Qorbaçova bənzətmək olar. İstəməzdik ki, o da sonralar Qorbaçov kimi öz ölkəsində
nifrət obyektinə çevrilsin. Ona da böyük ümidlər bəslənilir, bəziləri hətta onun
siyasətdə ciddi dəyişiklik edəcəyi yuxusunu görür. Qorbaçov Qərbin tərifindən məst
olub, demokratiya oyununa başını necə qarışdırdısa, ölkənin ağır iqtisadi vəziyyəti
onun maraq dairəsini tərk etdi. Leninqradda çıxış edərkən krandan damcı-damcı axan
suyun itkisinin qayğısına qaldığı halda, ölkənin iqtisadi iflasa uğramasına tam
biganəlik nümayiş etdirirdi. İri sənaye müəssisələrinin sıradan çıxmasına məhəl
qoymayıb, ölkənin taleyini vaxtilə «sexçilər» kimi tanınan bir ovuc dələduzu
leqallaşdırmaqla, kooperativlərə bel bağlamaq yolunu seçdi. Bu kooperativlərdə
çalışanlar əvvəlki tək xırda istehslla məşğul olub, əllərinə fürsət düşəcəklərini
gözləyirdilər. Onlar sonralar saxta özəlləşmə şüarı altında aparılan tədbirlər hesabına
iri zavodları, fabrikləri, mədənləri, şaxtaları əsasən havayı şəkildə mənimsədilər.
Qorbaçov SSRİ-nin dağılmasını sürətləndirməklə, onu sevən Qərb qarşıında
əvəzolunmaz xidmət göstərdi. O, öz xəyanətinə görə cəzalandırılmadı, əksinə, Qərbin
sitayiş etdiyi dövlət xadiminə çevrildi. Böyük Pyotr sağ olsaydı, onu ən azı əl əsası ilə
döyərdi.
Bu bənzərliklə yanaşı, mövcud fərq də nəzərə alınmalıdır. İran Rusiyadan daha
qədim və öz dəyərlərinə daha sadiq ölkədir. Əgər yeni prezident də yalnız Qərbin ucuz
tərifini qazanmağa meyl etsə, o, misal gətirilən əcnəbi sələfinin aqibətini yaşamalı
olacaqdır. Lakin Qorbaçovdan fərqli olaraq, öz dövlətini dağıtmağı heç kəs özünə rəva
bilməz. Hamı Karfagenin xarabalıqları kimi, SSRİ-nin fəlakətlərindən ibrət dərsi
götürür. Birincisi düşmənlərin işi idi, ikincisini isə dövlətin öz başçısı bu fəlakətə gətirib
çıxarmışdı. Qorbaçovu «dinməzlər çoxluğu» əhatə edirdi və iyirmi milyondan artıq bir
üzvü olan partiya ona özü və ölkəsi ilə belə qorxulu oyunu oynamağa imkan verdi.
Ruhani isə nisbi islahatçıların əhatəsində olsa da, ruhanilərin və mühafizəkarların
müqaviməti ilə üzləşməli olacaqdır. Həm də daxli və xarici siyasətdə atılacaq mühüm
addımlar hökmən onlarla razılaşdırılmalıdır. Mühafizəkarlar ordusu döyüşü uduzsa
da, müharibəni uduzmamışdır. Sözdə onlar dəyişikliklər tərəfdarı ola bilərlər, əsas
məsələ, bu dəyişikliklər baş verdikdə, onların hansı mövqeyi tutmasıdır. Ona görə də
vəd edilən tədbirlərin reallaşması çətinliklərlə döyüşməli olacaqdır. Bunu nəzərə
alaraq, metamorfozalar üçün Ruhaniyə ümid bəsləyənlər hövsələsizliyə yol
verməməlidirlər, ondan tezlilə çox şey tələb etmək, uğur yoluna heç də daş
döşəməyəcəkdir.
Həsən Ruhani özünün prezdent seçilməsini «təmkinliliyin radikalizm üzərində
qələbəsi» adlandrmışdır. İranın dəyişilməsini arzu edənlər lokomotivdən qabağa
qaçmağa cəhd etməməlidirlər. Gündəlik işlər görüləndə, dəyişikliyin təməli qoyulanda,
daha çox səbirlilik, təmkinlilik tələb olunacaqdır.
İranın Ali dini rəhbərliyi də, o qədər də asan olmayan iki problemlə
üzləşəcəkdir. Bu, birinci növbədə, yeni prezidentin hansı hədlərdə həyata keçrəcəyi
yeniliklərlə əlaqədardır. İstifadə edilən tormoz əvəlki tək sərt dayandırma gücünə
malik olacaqdırmı və Qərbə edilən güzəştlər məqbul sayılacaqdırmı? Necə olsa da,
xalqın ümidləri nəzərə alınmaqla, bu yeniliklərə dözmək lazım gələcəkdir. İkincisi,
daha mühüm məsələ ondan ibarətdir ki, Əhmədinecad öz istəyindən asılı olmayaraq,
128
hansısa fövqün təsiri ilə sinəsini qalxana çevirmişdi və bütün nizələr ona dəyirdi.
Bunun hesabına Ali dini rəhbərlik birbaşa hücumlardan yayındırılmış şəraitdə olurdu.
Yeni prezidentin şəxsində belə qalxana ümid bəsləmək mümkün olmayacaqdır, bundan
sonra İran rəhbərliyinə ünvanlanan iddiaların çoxu ondan yan keçəcəkdir. Öz
samurayından məhrum olan Ali dini rəhbər belə vəziyyətdən ən azı bir qədər
rahatsızlıq duyacaqdır.
İran böyük gözləməlr ərəfəsindədir. Müxalifətçilərin sevinc hissləri hələ real
məzmunla dolmamışdır. Yeni prezidentin ilk addımları onun nə qədər müstəqil
olduğunu və öz vəzifəsinə hansı məsuliyyət və səriştəliklə yanaşdığını göstərəcəkdir.
Əlbəttə, iri xarici siyasət problemlərində, məsələn, hadisələrə münasibətdə kəskin
surətdə dönmə cəhdi baş verməyəcəkdir. Yeni prezidentdn Herakl igidliklərini
gözləmək də ağılsızlıqdır. Yəqin ki o, heç də Bisütun dağının ətəyindəki qayalardan
birində öz xidmətləri barədə «Nəqşi-Rüstəm» kimi nəsə yazdırmaq fikrindən də
uzaqdır. Belə nəqş üçün Böyük Dara istedadı tələb olunur. Çar I Dara Persiya
imperiyasını həm rəhmdilliyi, həm də hərbi gücü hesabına xeyli böyütmüşdü, onu
həmin dövrün ən qüdrətli dövlətinə çevirmidi. O, abadlığa, yol tikintisinə böyük diqqət
verirdi. Paytaxtından Aralıq dənizinin sahilindəki Sardı şəhərinə qədər olan tikdirdiyi
1800 kilometrlik «çar yolunda» yaratdığı poçt sisteminin iş prinsipi iki min beş yüz il
sonra belə, ABŞ-ın poçt sisteminin devizi kimi istifadə olunur. Yeni prezidentdən nəinki
Böyük Dara fərasəti, heç «ikinci Kannı» nümayiş etdirmək də tələb olunmur. Həmin
dövrlərə məxsus olan böyüklüklərin çoxunu zaman silib, sıradan çıxarmışdır. Həyata
keçməyən arzuları isə heç siyasi tarixin muzeylərində də tapmaq mümkün olmur.
Əsas vəzifə İranın sanksiyalar kəndirindən azad etməkdir, bu mümkün olsa, İran
çox az müddətdə öz iqtisadi qamətini düzəldə biləcəkdir. Axı tarixin təkəri dönməkdən
də imtina etmir.
İran bizim cənubdakı və Xəzər dənizindəki qonşumuzdur. Yaxın qonşunun
firavan həyatı yalnız pozitiv impulslar buraxır. Tarixi, dini, mədəni yaxnlığımızın çox
sayda mövcud olan cəhətləri, bizi mehriban münasibətləri saxlamağa və
yaxşıdaşdırmağa dəvət edir. Tarixi yaxınlığa heç cür biganə qalmaq olmaz. Ruhani
seçkiqabağı çıxışlarından birində «mənəvi dəyərləri bərpa etməyi» vəd etmişdi. İki
qonşu ölkənin xoş münasibətləri də belə mənəvi dəyərlərə daxil edilə bilər, belə
paradiqmadan çıxış etsək, xalqlarımız arasında dostluq ruhu daha da güclənər və
sarsılmazlıq qazanar.
2013-ci il.
Miflərə həmlə baha başa gəlir (Türkiyədəki hadisələrə baxış)
Bu günlər qardaş Türkiyədən həyəcanlı xəbərlər almışıq. İstanbulun Taksim
meydanındakı parkı məhv edib, yerində ticarət mərkəzi yaratmaq barədəki hökumətin
lazımınca götür-qoy edilməmiş cəhdi kəskin etirazlarla qarlşılanmışdır. Şəhərin az
sayda oksigen rezervuarlarından biri sayılan yaşıllığın hansısa şübhəli məqsəd naminə
ləğv edilməsi, sakinlərin bir hissəsində kəskin qəzəb dalğası yaratmışdır. Bu vaxtadək
129
özünü möhkəm okean gəmisi kimi hiss edən Ərdoğan hökuməti gözləmədiyi bir halda
görünməmiş tufanla üzləşdikdə, xeyli kövrək olduğunu hiss etdi.
Hətta səhvlərində də özünə olduqca güvənən, onların həyata keçirilməsində
xalqın rəyinə məhəl qoymadan inadkarcasına hərəkət edən hökumət, bu dəfə də
əhalinin kükrəyən qəzəbinə əhəmiyyət vermədi, adekvat olmayan sərt tədbirlər
görülməsi baş alıb getdi. Polis plastik güllələrdən, gözyaşardıcı qazdan və bibər
qazından, böyük təzyiqli su şırnaqlarından və həmişəki kimi dəyənəklərindən geniş
surətdə istifadə etdi. Xeyli nümayişçi xəsarət aldı, qan töküldü, təkcə bir gecədə 2000
nəfərədək adam həbs edildi. Nümayişçilər də bunu cavabsız qoymadılar. Fransız
inqilablarından miras qalan barrikadalar qululmasına əl atıldı.
Avtoritarizmdən ilhamlanan və getdikcə qürrələnən Türkiyə demokratiyasının
özü əvvəlki vaxtlardan da artıq zədə aldı. Qonşu ölkələrdə «ərəb baharı»nı böyük
sevinclə qarşılayıb, yeri gəldi-gəlmədi onların daxili işinə müdaxilə edən Türkiyə
hökuməti başqalarını həvəsləndirdiyini indi artıq öz küçələrində görəndə, belə
«bahar»ın azacıq işartılarına da dözə bilmədi, mübarizə ağacının çiçəklənməsinin
qarşını almaq üçün tumurcuqları da məhv etmək qərarına gəldi. Sarsılmaz gücünə, əl
atdığı hər cür tədbirlərin yenə də uğurla baş tutacağına əmin olduğundan, çubuğu elə
əydi ki, onun qırılması təhlükəsi yarandı. Ölkənin başqa şəhərlərində də etiraz
nümayişləri, iğtişaşlar baş verdi. Qığılcımı söndürmək səyləri onun daha gur
alovlanmasına şərait yaratdı. Etiraz yanğını Avropa ölkələrinə də keçdi, orada yaşayan
çox sayda türk öz həmvətənlərinin səsinə səs verməyi milli borc kimi hiss edərək,
Türkiyə hökumətinin səhvlərinin kəskin tənqidini Avropanın demokratik dövlətlərinin
küçə səhnələrinə çıxartdılar.
Yəqin ki, hətta etiraz mitinqlərində iştirak edənlər də etiraf edə bilərlər ki,
Ərdoğan hökuməti ölkənin iqtisadi, sosial inkişafı üçün Turqut Ozal istisna olmaqla, öz
yaxın sələflərindən xeyli çox işlər görmüş, son illərdə Türkiyə dövlətinin beynəlxalq
nüfuzunun yüksəlməsinə nail olmuşdur. Təəssüf ki, bu artan nüfuzdan heç də həmişə
ağıllı qaydada səmərəli istifadə edilmir. Öz qüdrətinin heybətli olduğunu göstərmək
üçün ehtiyatsız hərəkətlərə yol verməklə, hər cür yollarla fövqəldövlətin etimadını
qazanmaq üçün, vacib mənafelərə məhəl qoyulmaması, yəqin ki, bir gün öz zəhərli
bəhrələrini göstərəcəkdi. Ən başlıcası, hakimiyyətdə olan «Ədalət və İnkişaf Partiyası»
müxalifətin pozitiv tənqidinə belə məhəl qoymamaq, addımbaşı onu ələ salmaq, həzz
qaydasında tapdlayıb əzmək, çoxluğun hegemonluğunu əldə etmək yolu ilə, əslində
vətəndaşların bir hissəsi arasında özünə qarşı avtoritarizmdən xumarlanmağına görə
nifrət hissləri oyatdırmağa başladı.
Taksim meydanındakı parkın məhv edilməsi xırda məsələ olmasa da, belə böyük
etirazlar üçün səbəb rolu oynaya bilməzdi. Xalqın bir hissəsinin hakimiyyətə neqativ
münasibəti, qazandakı buxar kimi özünə çıxış yolu axtarırdı və əlinə düşən bəhanə
fürsətini buraxmaq istəmədi. Ərdoğan ölkədə çox şeyi dəyişməyə can atır. Ancaq, bu
olduqca mürəkkəb məsələyə o qədər də ciddi araşdırma və qərar qəbul etmək
qaydasında yanaşılmır. Qazanılan uğurlar bünövrəsi üzərində səhvlər, nəticəsi axıra
qədər düşünülməmiş olan qərarların verilməsi də bu meylin məntiqi törəməsi hesab
edilməlidir.
130
Türkiyədəki əsas narazılıq din və mif problemi ilə əlaqədardır. Ümumiyyətlə,
mifin dağıdılmasının və dinin dəyişdirilməsinin hökmən ağır nəticələrə səbəb olan
hadisələr təsiri bağışlaması aydın bir məsələdir. XVIII əsrdə Avropada Reformatsiyanın
təsiri altında xristian dininin parçalanması, yeni protestant dininə keçilməsi geniş
miqyasda baş verirdi və bu, Müqəddəs Roma İmperiyasının əhatə etdiyi knyazlıqlarda
da öz əksini tapırdı. Həmin dövrdə belə bir həqiqət məlum oldu ki, din dəyişildikdə,
bu, hökmən hakimiyyətin, hökmdarın dəyişilməsinə də gətirib çıxarır. Ona görə də
status-kvonun qorunub saxlanılması, belə xoşagəlməz variantın baş tutmaması üçün
qərara alındı ki, knyazlıq bütünlükdə hökmdarın mənsub olduğu dini qəbul etsin. Bu,
hökmdərlar üçün əsl immunitet yaradırdı.
Mifə münasibətdə də iri miqyaslı dəyişikliklər, əslində ənənələrin məhv edilməsi
xarakteri daşıdığından, müəyyən siyasi kataklizmlərlə müşayiət olunur. Alman
xalqının dərnəklərdə, partiyalarda birləşmək həvəsi, millətçilik ruhuun qabarmasına
xidmət edən Bismak irsi, həmçinin Birinci Dünya müharibəsindəki məğlubiyyətdən
sonra ağır reparasiya vasitəsilə təhqirə məruz qalmasına görə intiqam hissi Hitleri,
nasional-sosializmi meydana gətirdi və bu, xalqı fəlakətə sürüklədi. XIX əsrin sonunda
yaranan və şiddətlənən alman millətçiliyi və irqçilik bu xalqı militarizm yoluna çıxardı
və ona böyük bəlalar bəxş etdi.
Mif bir qayda olaraq, yarandığı andan olduğu kimi, məhv ediləndə də hökmən
faciələrə aparıb çıxarır. Böyük Oktyabr Sosialist inqilabından sonra elmi kommunizm
əslində dinə çevrilmişdi və ona sitayiş təlqin edilirdi.
SSRİ-də Leninin bütləşdirilməsi, Stalinin şəxsiyyətə pərəstişin bərqarar olması,
kütləvi repressiyalarla, iri miqyaslı qanun pozuntuları ilə müşayiət olunmuşdu. Lakin
artıq mif mövcüd idi və əhalinin böyük əksəriyyətinin şüuruna hakim kəsilmişdi.
Xruşşovun bu mifin bir hissəsini ehtiyatsız qaydada dağıtması, onun özünün nüfuzunu
heçə endirdi və dünyadan köçməmişdən əvvəl barəsində çalınan rekviyemi özünün də
dinləməsinə şərait yaratdı. Qorbaçov ölkəni siyasi islahata uğratmağa cəhd edəndə
onun iqtisadi tənəzzülünü şiddətləndirdi. Və quruluşa yönəltdiyi zərbə, bəlkə də
xəyanəti ilə özünün də siyasi sonluğunu sürətləndirdi. Yeltsin yeni kapitalizm
cəmiyyəti yaratmaq üçün oliqarxlar adlanan kiçik «qılıncgəzdirənlər» dəstəsinə
arxalanmaqla, xalqın taleyini bütünlüklə zamanın acı hökmünün sərəncamına buraxdı
və ölkənin iqtisadi-sosial iflasına səbəb oldu. SSRİ-nin və Rusiyanın bu rəhbər xadimləri
mif yaratmaqdan və mifi dağıtmaqdan həzz alırdılar. Lakin nəticə onların
gözlədiklərinin tam əksinə çevrilirdi. Axı, Böyük Fransa inqilabının meydana gətirdiyi
Terror da başqa qurbanlarla yanaşı, inqilabın öz rəhbərlərinin də həyatını udması ilə
başa çatdı.
Türkiyədəki hadisələr də birmənalı deyildi. «AK» partiya ideoloji sahədə
axıradək düşünülməmiş iki hərəkətə əl atdı, bunun birincisi, demokratiya pərdəsi
altında İslam dininin dayaqlarının güclü surətdə möhkəmləndirilməsi, ikincisi isə,
həmin dinə ilk böyük zərbəni vuran və bunu «layiqlik» irsi kimi qoyub gedən Atatürk
mifinin hərtərəfli qaydada demontaj edilməsi sahəsindəki meyllər idi. İslam dininin
təsirini gücləndirmək üçün, onun simvolikaları ön plana çəkildi. Qadınların və qızların
hicab örtməsi az qala ən böyük milli qarşıdurmaya səbəb olan bir problemə çevrildi.
Hökumət başçısının və üzvlərinin ictimai yerlərdə dini ibadətlər etməsi, qaldınlarının
131
hicabda gəzməsi onların mövqeyini açıq nümayiş etdirirdi. Hakim partiya xalqın xeyli
hissəsinin münasibətinə məhəl qoymadan Atatürkə olan pərəstiş binasını sökməyə
girişdi. Onu nəzərə almadı ki, bu mifin 80-ə yaxın yaşı vardır və həmin dövr ərzində
hərtərəfli qaydada təlqin edilmiş, şüurlara yerləşdirilmişdir. Digər tərəfdən, bu mif heç
də boş yerdən yaranmamışdı, ona olan münasibətdən asılı olmayaraq, heç kəs Mustafa
Kamal paşanın yeni Türkiyənin, modernləşməyə qədəm qoymuş bir ölkənin yaradıcısı,
banisi olduğunu inkar edə bilməz. Atatürk şüurlarda da böyük inqilab əmələ gətirmiş,
dini cəhalətə, ümumilikdə geriliyə ağır zərbə vurmuş, ölkəsinin gələcək inkişafı üçün
qoyulan möhkəm bünövrənin memarı rolunu oynamışdı. Ona görə də, Atatürk irsinə
örtülü həmlələr belə heç də xalqın müəyyən hissəsi tərəfindən rəğbətlə qarşılanmır,
bunu edənlərə qarşı kin, qəzəb hissləri yaradırdı. Bu həmin Türkiyədir ki, XIX əsrin
sonunda Sultan II Əbdülhəmidin dövründə Avropadan alınan generatorun üstündə,
onun rotorunun fırlanmasını bildirən təlimatdakı «Revolution»- «fırlanma» sözünü
«inqilab» ifadəsi kimi başa düşüb, qorxduqlarından həmin avadanlığı tezcənə geri
qaytarmışdılar. Atatürk isə qabaqcıl elmə, mədəniyyətə Türkiyənin qapılarını taybatay
açmışdı.
Qədim Misir faraonları özündən əvvəlkilərin piramidaların xarabalığı üzərində
öz piramidasını tikməyi yasaq hesab edirdilər. Bir mifi dağıdıb, özünə mif düzəltmək
üçün isə ciddi bir əsas olmalıdır, əgər bu, qum üstündə qurulursa, çox qısa müddətğdə
dağılacaqdır.
Ərdoğan hökuməti ilk dəfədir ki, belə ciddi müqavimətlə üzləşir və pis hal odur
ki, ona dözümsüzlüklə, hətta aqressivliklə cavab verir. Hadisələrin dinamikasını
proqnozlaşdırmaq çətindir, çünki hökumət xalqın hər bir üzvünün sosial vəziyyətinə
müsbət təsir edən xeyli işlər görmüşdür və narazıları ilə müqayisədə tərəfdarları heç də
az deyildir. Lakin etiraz dalğası genişləndikcə, böyüdükcə, bu, tsunami effekti yarada
bilər. Və heç şübhəsiz, Türkiyəyə, onun imicinə böyük zərbə vurardı. Qardaş ölkəyə və
xalqa isə, öz problemlərini sakit, ağıllı qaydada, demokratik prinsiplər əsasında həll
etməsini istərdik. Çünki Türkiyə üçün olan problemi biz özümüzünkü hesab edirik və
ona heç də laqeyd seyrçi mövqeyindən yanaşmırıq. Xalqın hətta kiçik seqmenti ilə
qarşıdurma fayda vermir və bu məsələdə hökumətin bədnam «prinsipiallıq» nümayişi,
xalqın tələbini vecinə almaması kiçik tonqalın daha gur alovlanmasına səbəb ola bilər
və onun dilləri hökmən hökuməti də qarsacaqdır.
O4.06.2013 ci il. “525-ci qəzet”
Yavuz davranış fayda vermədi
Türkiyə olayları davam edir
Türkiyədəki qarşıdurma iki həftəyə çoxdur ki, davam edir, hökumətin hər cür
tədbirlərinə baxmayaraq, etirazı yatırtmaq ümidləri boşa çıxır, protest dalğası öz
miqyasını azaltmır, əksinə, artırır. Etirazçıların tələbləri əvvəlki çərçivəsindən və
məqsəddən çıxıb, daha kəskin və ultimativ xarakter daşımağa başlayır. Əks tərəfdəkilər
isə elə bil ki, Odisseyin dənizçiləri kimi qulaqlarını tıxamışlar ki, Taksimdən və digər
meydanlardan, onların ağlını çaşdıra biləcək müasir sirenaların xəbərdarlıq nəğmələrini
132
eşitməsinlər. Bəlkə bu da, etirazın sönəcəyinə ümidlə bağlı olan bir metoddur, lakin
eşitməmək, anlamamaq arqument sayıla bilməz. Qədim romalılar, Viktor Hüqonun
misal gətirdiyi kimi, yəqin ki, kiminsə harayına laqeydliyi nəzərdə tutaraq, bir zərb-
məsəldən istfadə edirdilər: surdus ab – surdus – «kar səfehdir». Bu, fiziki qüsuru olanlara
deyil, ağlında və mənəviyyatında qüsuru olanlara aid edilməlidir. Yalnız səhradakı
çağırış cavabsız qalır, eşidilməmiş olur.
Təəssüf ki, hökumət etirazı güc hesabına yatırtmaq məqsədindən uzaqlaşmaq
istəmir, həm də tərəfdarlarndan ibarət öz ağır artilleriyasını işə salmaqla məsələni
çürütməyə can atır. Bu isə yalnız qarşıdurmanı şiddətləndirməyə kömək edəcəkdir.
Hamı, barrikadaların hər iki tərəfində dayananlar da baş nazir Ərdoğanın xarici
səfərdən qayıtmasını, əvvəlki aqressiv ritorikasından uzaqlaşıb, müəyyən güzəştlərə
getməsini gözləyirdi. Lakin onun qarşılanması elə teatrlaşdırılmış mənzərə yaratdı ki,
bu, hökumətin geri çəkilməyəcəyinin nümayişinə çevrildi. Belə təsəvvür yaranırdı ki,
müasir fateh ölkəsinə döyüşdə qazandığı böyük zəfəri ilə qayıtmışdır. Təyyarə
nərdivanı hesabına adamlardan xeyli yuxarıda dayanan baş nazir sevinən kütləyə öpüş
ünvanlayırdı, xanımı da anturaj qaydasında tez-tez əlini yelləyirdi. Elə coşğunluq
atmosferi mövcud idi ki, burada nə Taksim meydanı, nə həyatları qurban gedənlər, nə
də dörd min nəfərə qədər xəsarət alanlar heç cür yada düşə bilməzdi. Və belə əhval-
ruhiyyə əlavə güc nümayişi səhnəsinə çevrilə bilərdi və səfərdən qayıdan rəhbər etiraz
edənlər barədəki əvvəllər işlətdiyi «ekstremist» sözünə yeni «vandal» ifadəsini də
əlavə edib, bu adamlara öz pozulmaz damğasını vurdu, və onlardan çıxışlarına son
qoymağı tələb etdi. Ankaradakı mitinqdəki çıxışında isə o, artıq hücuma keçdi.
Etirazçıları «sərxoşlar» adlandırdı və öz tərəfdarlarını əks nümayişlərə çağırdı. Onun
tələffüzü amiranə, yavuz (heybətli) tonda olsa da, səslənən yerdən bir az uzaqda itib-
batdı.
Siyasət həm də əllaməliklər məkanıdır. Bəzən siyasi xadimlər öz qüdrətlərinə və
sarsılmaz nüfuzlarına elə inanırlar ki, özlərini mifologiyadan müasir həyata düşmüş
Meduza Qorqona kimi hesab edirlər. Axırıncının dəhşətli gözü kimə sataşsa, yerindəcə
daşa çevrilirdi. Partiyasının üzvləri və tərəfdarları da öz liderlərini belə bir çətin anda
məhz Qorqona qiyafəsində görmək istəyirdilər. Qoy onun bircə baxışı ölkənin bütün
əhalisini, onu sevməyənlər də daxil olmaqla, nizama düzləndirsin, lazım gəlsə, bir
hissəsini lap kölgələrə çevirsin. Axı o, ölkəni «dəmir əllə» idarə eitməyə üstünlük verir.
Nədənsə bu ümid də puç oldu, etirazçılar baş nazirin ucadan səslənən nidasına
əhəmiyyət vermədilər, hədəsindən də nəinki qorxmadılar, heç ona məhəl də
qoymadılar. Əks effektsə göz qabağındadır, etirazçıların dəstəsi günü-gündən artır.
Bir qayda olaraq, böhranlar böyük şəxsiyyətləri və böyük işləri görmək cəsarətini
meydana gətirir. Böyüklük böhrandan çıxmaq yolunu tapmaqda ifadə olunur. Səhvləri
davam etdirmək istəyi isə əks tərəfdə qəzəb hisslərini daha da qızışdırır, onların
ordusuna yeni taqımlar daxil olmağa başlayır. Hədəyə cavab isə «Tayib, istefa !» və
ondan da daha acı səslənən şüarların işə düşməsi şəklini alır. Bu, inqilab qabağı Fransa
tarixindən qəribə bir əhvalatı yada salır. Maliyyə böhranı dərinləşəndə, maliyyə naziri
Kolon gələcəkdə boynu vurulacaq kral XVI Luiyə məsləhət gördü ki, pul məsrəflərini
daha da artırmaq lazımdır ki, xəzinədə pulun hələ çox olduğu təsəvvürü yaransın. Bu,
suda batana daha dərinə düşməyi arzulamağa bərabər idi. Xalqın qəzəbi isə xəzinənin
133
kasadlığından daha qorxuludur. Onu qızışdırmaq yanğının arealını genişləndirməkdən
başqa heç nəyə xidmət etmir.
Etirazçılar, heç şübzəsiz, polisin həmlələrindən qorunmaq üçün barrikadalar
qurmağa məcbur oldular. Barrikada isə sözdən, qışqırıqdan, boğaz tellərinin səs
salmasından düzəlmir, onun tarixi materialı küçədən sökülən oraya döşənmiş
daşlardır. Buna görə də iğtişaşçılar «vandal» tituluna layiq görüldülər. Etirazçılar isə
yarlıq yapışdırmaqdan uzaqdırlar. Onlar soruşa bilərlər ki, nəyə görə Atatürkün
yaratdığı dövlət binasının daşlarını rəhmsizcəinə sökənlərə və onu sökdürməyə can
atanlara qarşı elə bir kəskin ittiham irəli sürülmür. Dünyəvi dövlətin məhvinin
üfüqlərini uzaqdan seyr edənləri isə görən necə adlandırmaq olar? Axı tam iflasa
uğrayan Osmanlı imperiyasının, İslam xilafətinin xarabalıqları üzərində qurulan yeni
dövlət öz nəzərlərini proqressə, demokratik inkişafa tutmuşdu. Əgər onların hər ikisini
yenidən həyata qaytarmaq mümkün deyilsə, onda bu cənfəşanlıq nəyə lazımdır? Axı ən
xəyalpərvər adam da, zaman maşınında geriyə səyahət etmək istəyən də həyətdə XIX
əsrin mövcudluğunu yaddan çıxarmamalıdır. Savadsızlıqdan Olimpi öz ölkəsinin adına
çıxmaq olar, ancaq zamanı öz məhvərindən çıxarmaq mümkün deyildir. Zaman
indidən keçməklə gələcəyə istiqamətlənmişdir.
Atatürk irsinin tədricən ləğv edilməsi cəhdləri hansı bir aldadıcı qalın pərdə
altında gizlədilsə də, məhz dünyəvi dövlət quruluşunun dayaqlarına ağır zərbə vurub,
nəticə etibarı ilə onları sıradan çıxarmaq məqsədini güdür. Kamalçılar isə bununla heç
cür razılaşa və islamizmin öz doğma ərazilərini işğal etməsinə biganə qalmaqla, dözə
bilməzlər. Ona görə də islamçılığın daha geniş müdaxiləsinin qarşısını kəsmək üçün
parkın ləğv edilməsinə qarşı qalxan etiraz belə böyük miqyas aldı.
Hakim «AK» partiyası son üç dəfə aparılan seçkilər zəmisindən bol məhsul
biçməyə nail olduğundan, seçkini demokratiyanın başlıca və yeganə amili hesab edir,
bu məlhəmi istənilən yaraya sürtməyə çalışır. Ona görə də hakim partiya və onun lideri
özlərinin bu paslanmayan silahısından istifadə etməkdən əl çəkmirlər, etirazçıları
seçkidə qazanacaqları qələbə ilə qorxuzmağa əl atırlar. Bu səbəbdən də vaxtından əvvəl
parlament seçkiləri keçirmək söhbəti ortaya atıldı və ümumiyyətlə, onlar seçki kart-
blanşını əldən vermək istəmirlər. Ancaq unudurlar ki, onların siyasəti üçün belə
quraqlıq olan bir dövrdə partiyanın səpdiyi toxumlar əvvəlki tək sıx cücərti verməyə də
bilər. Həm də bu toxumlar artıq əmin olduqdları münbit torpağa düşməyəcəkdir,
onların bir hissəsi İisus Xristosun «İncil»dəki pritçasında göstərilən kimi, daş üstünə
düşdüyündən cücərməyəcəkdir.
«AK» partiyası özünü nə qədər iradəli, sarsılmaz göstərsə də, çaşqınlıqdan da
xali deyildir. Əks nümayişlər keçirmək çağırışı seldən qorxan adamın zəifliyi
görünüşünü yaradır. Partiyanın öz daxilində də fikir ayrılığı mövcuddur. Prezident
xalqın etirazını demokratiyanın nümayişi kimi qiymətləndirərək, xalqın səsinə qulaq
asmaq lüzumunu yada saldı. Baş nazirin müavini sərt tədbirlərə görə üzr istədi.
İstanbul valisi bundan sonra qeyri-adekvat vasitələrə əl atmayacağı öhdəliyini dilə
gətirdi, lakin sonra mövqeyini dəyişməli oldu. Partiyanın lideri isə öz daşlaşmış
mövqeyindən dönmək istəmir. Əvvəlcə o, meydana çıxanları xarici qüvvələrin
təhrikinə uymaqda suçladı, kosmetik geriləməyə söz versə də, öz aqressivliyindən yenə
134
də iti qılınc və möhkəm qalxan kimi istifadə etməsindən qalmır. Hücuma keçmək
barədəki bir az əvvəlki cəhd isə buna əyani sübutdur.
Etirazçılar, həmçinin baş verən vəhşilikləri müşahidə edən əhali öz «doğma»
polisinin qəddarlığından şikayətlənirlər, az qala demək istəyirlər ki, onlar artıq bizim
təhlükəsizliyimizin mühafizəçiləri deyillər. Bir məsəlini unudurlar ki, polis yalnız əmrə
tabedir və verilən əmri yerinə yetirir. Şəhərlərin baş meydanlarını tuta
bilmədiklərindən, onlara yalnız nə qədər adamı əlil etmələri barədə raporta imza
atmaq imkanı qalır. Belə «gözəl» polisə malik olan xalq onun hədyanlığına yaxşı bələd
olmaqla, özünü buna uyğunlaşdrmalıdır.
Polis adamları döyməkdən, qan axıtmaqdan əslində heç nə qazanmr,
hakimiyyətə yarınmaq imkanından yalnız təsəlli tapır. Sultan II Mehmet (Fateh)
Konstantinopolun zəbt edilməsiin sürətləndirmək üçün, şəhərin divarlarından içəri
soxulan yeniçərlərə, Stefan Tsveyqin yazdığı kimi, «yaqma» əmri verdi və qarətə
verilən bu icazə işğalın tez başa çatmasına şərait yaratdı. İndi polisə lap belə bir əmr
verilsəydi də, əlləri boşda qalacaqdı, axı meydanda etirazçıların qarət edilmələri üçün
heç nələri yoxdur. Buna görə də polislər əziyyətlərinin qəzəbini iğtişaşçılara xəsarət
yetirməklə, müdafiəsiz insanları döyməklə söndürürlər.
Doğrudan da, etirazçılar şəhərin mənzərəsini bir qədər korlamışlar, kiçik
çadır qəsəbəsi salmışlar. Tarixə müraciət edilsə, buna da əncam tapmaq olar. VI əsrdə
Bizans imperatoru I Yustinianın xanımı, cəsarətli və fərasətli Teodora (sonralar o,
üsyançılar tərəfindən öz ərini taxtdan devirmək cəhdinin qarşısını öz qorxmazlığı
hesabına almaqla, taxt-tacı xilas etmişdi) gəncliyində bu sənətə xidmət etdiyindən,
Konstantinopolu öz həmkarları olan əxlaqsız qadınlardan təmizləmək üçün, onları
dəstə-dəstə yığıb, boğazın Asiya sahillərinə göndərərək, oradakı rezervasiyada
saxlatdırmışdı. İndi də həmin şəhərin Avropa hissəsi iğtişaş məkanına çevrilmişdir.
Etirazçıları boğazdan keçirib digər sahilə daşımaqla məsələni həll etmək olar, əgər
qədim Roma imperatoru Trayanın da üsulunu təkrar etməyə əl atılsa, bu işin nəticəsi
daha təsirli olar. Trayan romalıların canını acgöz çuğulçulardan xilas etmək üçün (onlar
adətən məhkəmədə ittihamçı rolunu oynayır və mühakimə olunanın müsadirə edilən
mülkiyyətinin yarısına sahib olurdular), onları sınıq-salxaq düzəldilmiş gəmilərə
yükləyib, həyatlarını dənizin quduz dalğalarının sərəncamına buraxmışdı.
“Sərxoşlarla” başqa cür davranmaq da fayda vermədiyindən, bu üsuldan istifadə etmək
pis olmazdı. Bu yolla etirazçıların da sayını bir qədər ixtisar etmək mümkün olardı.
Onsuz da hakimiyyət qurbanların və nəhəng sayda mövcudluğuna elə bir əhəmiyyət
vermir. Ancaq belə vasitəyə əl atmaq daha böyük ağılsızlıq olardı.
Hökumətə qarşı siyasi ittihamlar nə qədər ədalətli olsa da, son on ildəki iqtisadi
yüksəliş, sosial sahədəki irəliləyişlər göz qabağındadır. Türkiyəyə xaricdən investisiya
qoyuluşu xeyli artmışdır. Bu nailiyyətlər hakim partiyanın, hökumətin aktivinə
yazılmalıdır. Lakin onların siyasi atmosferə müsbət təsiri nəzərə çarpmır. Əksinə,
müəyyən problemlərlə üzləşilməsinə səbəb olmuşdur. Hakimiyyət elə bil ki, öz
uğurlarının girovuna çevrilmişdir və hərəkətlərinə nəzarəti bir qədər itirmişdir. Bu da,
liberal demokratiyanın elementlərinin tədricən sıradan çıxması ilə müşayiət olunur.
İfrat islamlaşma isə, ingilislər demişkən, iri addımlarla irəliləyir.
135
Hökumətin hansısa bir tədbirinə kimsə tənqidi yanaşırsa, o, az qala düşmən
legionu sırasına daxil edilir. Hökumətin belə dözümsüzlük, tolerantlıqdan uzaq olan
siyasəti bütün ictimai mühitə öz neqativ təsirini göstərir. Bəzən hüquq-mühafizə
orqanları, ədalət hissindən yayınan hüquqşyünaslar totalitar ölkələrdə olan kimi,
hakimiyyətin sərəncamında dayanmağa meyl edirlər. Hansısa bir qrup hədəf
seçildikdə, bütün nizələr onlara tuşlanır, həmlə mövqeyinə xidmət edənlər ədalət
ilahəsi Femidanın gözlərini bağlamasını arxaizm nişanəsi kimi qəbul edirlər. Ölkədə
əsasən hərbçilərə və jurnalistlərə qarşı hücum cəbhəsi hədd tanımır, naməlum mənşəli
«Ergenekon» adı altındakı təşkilatla əlaqədər olan cinayət işinə çox sayda adamların
cəlb edilməsi, bu kampaniyanın uğuru hesab olunur. Sədaqətinə əmin olunmayanların
bəziləri bu «hüquqi» daşqının qurbanlarına çevrilirlər.
İslamçıların onlara rəğbətlə yanaşmayanlardan qisas alması kimi iyrənc hal
getdikcə özünü daha geniş büruzə verməyə başlayır. Təəssüf ki, bu ədalətsiz binanın
bünövrə daşını siyasətçilər qoyurlar. Onların bunu bəyənməsi və nüfuzu müəyyən
haqsızlıqlara da yol açır. Xidmət göstərmək istəyənlərsə daim əmri icra etməyə hazır
olurlar. Bizim eranın I əsrinin ortalarında Roma imperatoru Klavdi pozğun arvadı
Messalina öldürüldükdən sonra, bu məsələyə öz tərəfindən də qızğın can atan doğma
qardaşı qızı, gələcək imperator Neronun anası Aqrippinaya evlənmək fikrinə
düşdükdə, çoxları dəridən-qabıqan çıxırdı ki, bu izdivac hökmən baş tutsun. Romada
isə bu vaxtadək azad vətəndaşların arasında belə qanqarışdırıcı (intsest) nigah halı
olmamışdı. İndi isə senatın və xalqın göstərişi əsasında imperatorun bu qaydada
evlənməsi tələb olunurdu. Elə senatorlar tapıldı ki, onlar Kuriyadan (senatın
binasından) küçəyə qaçıb, qışqırırdılar ki, əgər Sezar bu işi ləngitsə, onlar zorla onu
evlənməyə məcbur edəcəklər.
Axı yaltaqlığın, qulluq göstərmənin həddi olmur, onlar Ovidinin sürgünə
yollanarkən, dənizdə dalğanın asimana qədər qalxdığını yazdığı kimi, öz
canfəşanlıqlarını məhz belə hündürlüyə qaldırmaq iştahında olurlar. Günahsız
adamların təqibinə haqq qazandırmağa çalışanlar öz vicdanlarını şeytana satmaqla, heç
də Klavdi dövrünün senatorlarından geri qalmırlar.
Təqib dalğası həm də öz köpüyü kimi adamlar arasında çuğulçuluğu əmələ
gətirir. Qorxu və təqib etmək həvəsi çuğulçuluğu qidalandıran mühit rolunu oynayır.
Qidim Romada Sulla diktaturası vaxtı qardaş qardaşı, ata oğlu və əksinə satırdı ki,
diktatorun himayəsini və vəd edilən mükafatı qazansın. Yalnız qadınlar öz ərləri
barədə çox az hallarda çuğulçuluq edirdilər. Sinfi mübarizənin yeni fazaya daxil olduğu
1930-cu illərdə SSRİ-də çuğulçuluq gur çiçək açırdı. Guya xəyanətinə görə atası barədə
dövlət orqanlarına xəbər verən yeniyetmə Pavlik Morozov gənclərin şüuruna əsl
qəhrəmanlıq timsalı kimi təlqin olunurdu. Çuğulçuluq fenomeni təqiblərin törəməsi
olmaqla, öz valideyninə sədaqətlə ximət göstərir. Ən pis cəhət isə orasındadır ki, bu,
cəmiyyəti daxildən mənəvi eroziyaya uğradır. Ancaq hakimiyyət əsasən öz komanda
postlarını saxlamaq barədə düşündüyündən, bu dağıdıcı qüvvəyə məhəl qoymur, şair
demişkən, «Mən salim olum, cümlə-cahan batsa da batsın» prinsipinə üstünlük verir.
Etirazçıların idarəedici mərkəzi yoxdur və onlar qəflətən yarandıqlarından heç bir
siyasi partiyanı və ya cərəyanı təmsil etmirlər. Onları tək bir xüsusiyyət –
hakimiyyətdən narazılıq birləşdirir. Bu çıxışlar heç də səthi bir titrəyiş edyildir, ciddi
136
tektonik dəyişikliklərdən xəbər verir. Onlar öz etirazları ilə mövcud vəziyyəti əsaslı
qaydada təhlil etmək və bunu bacarsalar, dəyişmək istəyirlər. İisus Xristosun müraciəti
də elə bil onlara ünvanlanmışdır: «Və həqiqəti dərk edəcəksiniz, və həqiqət sizi azad
edəcəkdir».
Türkiyə indi mühüm dəyişikliklər astanasındadır, vəziyyət hökmən dəyişikliyə
məruz qalacaqdır. Ya Atatürk irsinə daha tutarlı zərbə vurulmaqla, qatı islamçılığın
irəliləyişi üçün yollar tamamilə təmizlənəcəkdir. Yaxud da, qurbanlar hesabına da olsa,
çünki hakimiyyət geri çəkilmək fikrində deyil, demokratiyanın bütövlüyü qalib
əlməklə, islamçılığın həmlələrinin qarşısı alınacaq, Türkiyənin özünəməxsus sintetik
teokratik dövlətə çevirməsi təhlükəsi aradan qaldırılacaqdır. Hansı yolun seçilməsi türk
xalqının özündən asılı olacaqdır, çünki o öz taleyinə aid olan bir məsələyə münasibətdə
laqeydlik göstərə bilməz. Tarix meydanına çıxandan sonra heç vaxt əsarətdə olmayan
bu xalq dinə yaxşı münasibətini qoruyub saxlamaqla, əsas azadlıqlarını onun köləliyinə
qurban verməz, əsrə yaxın bir müddətdə qazandığı uğurlarla vidalaşmağı, yəqin ki,
özünə heç cür rəva bilməz. Qarşılıqlı güzəştlərlə münaqişə aradan qaldırılmalıdır.
Konflikt şiddətlənsə, bu, başıpozuqluğa, xaosa aparıb çıxara bilər. Getdikcə
qüvvətlənən, nüfuzu artan Türkiyəyə belə bir variant heç cür fayda verməz, ony xeyli
geri atar.
14.06.2013 “525- ci qəzet”
Xalq daha düzgün qərar verəcəkdir
Qardaş ölkə kimi saydığımız, məğrur ruhunun azacıq zəifləməsinə,
xəstələnməsinə kədərləndiyimiz Türkiyədə vəziyyət heç də yaxşı deyildir.
Hakimiyyətdə olan AKP-yə və baş nazir Ərdoğana qarşı etiraz dalğası nəinki səngimək
bilmir, əksinə daha da güclənir, ölkənin iri şəhərlərinin az qala hamısına hakim kəsilir.
Bu etirazın mənbəyi kimi müxtəlif yalanlar uydurulur, xalqın öz səsinə və mövqeyinə
malik olması kimi bir həqiqət bütünlüklə unutqanlığa məruz qalır, türklər kimi
yenilməz bir xalq ağılsız bir qaydada kənardan uzanan saplarla hərəkətə gətirilən
marionetkalar kimi təqdim edilir. Guya ki, başqa ölkədə yaşayan və fəaliyyətilə daim öz
xalqının şərəfini yüksəltmiş, dünyanyn yüzlərlə ölkəsində türk təhsil ocaqlarının təsis
edilməsi və uğurlu təcrübəsi ilə hamını heyran edən bir şəxs öz ölkəsində əsası olmayan
qarışıqşlığın meydana gəlməsinə start vermişdir.
Belə qəribə izahla əslində kəskin narazılığın, etirazın həqiqi səbəbləri
gizlədilməklə yanaşı, öz xalqının taleyinə heç də biganə olmayan böyük bir şəxsiyyətin
özü də əks tərəfdən hədəf götürülməklə, hökumətə qarşı çıxışların idarə edilməsi,
dövlət çevrilişnə cəhd edilməsi barədə uğursuz şayiələr işə salınır. Əlbəttə, heç kəs
həmin şəxsin belə bir məsul anda neytral mövqeyə malik olmasını da iddia edə bilməz.
Bü iddia əslində ona qarşı yönəldilən daha kəskin ittiham xarakteri daşıya bilərdi.
Vətənpərvər insanlar ölkəsində azacıq titrəyiş baş verdikdə, bu zəlzələ dalğasını qəbul
137
etməklə kifəyətlənməyib, ona öz vətəndaş münasibətini izhar etməməyi də özlərinə
qəbahət hesab edirlər.
Məgər Türkiyədə baş verənlərin səbəbləri ona göz yumanların özünə də yaxşı
məlum deyildirmi? Hakim partiya və onu seçkilərdə dəfələrlə qələbəyə çatdıran Rəcəb
Tayip Ərdoğan 10 il ərzində nail olduqlarına özünün valeh nəzərlərini kəsib, bir qədər
də yol verilən qüsurlara, cəmiyyəti qıcıqlandıran faktlara azacıq diqqət versəydi və
buna uyğun olaraq siyasətlərində korreksiya aparsaydı, bəlkə də narazılığın tufanı
dənizdə üzən gəmini fəlakətə uğradan qaydada kükrəməzdi. Hakim partiya və onun
hökuməti açıq şəkildə, bəzən isə üstüörtülü qaydada Atatürk irsinə qarşı hücumlar
etməyə başladı, ölkədə İslam dininin təsirini gücləndirmək üçün “layiqliyi” bütünlüklə
atavizm qalığı kimi silib,süpürməyə çalışdı. Məqsədin sərhədldəri tam
açıqlanmadığından bu siyasət əslində dövlətin dayaqlarının dağıdılmasına,
uçurulmasına yönəldildi. Bani – ata sayılan Atatürk bütünün dağıdılması əslində ölkə
əhalisinin böyük hissəsinin şüurlarına yönəldilmiş hücum idi. Bu hərəkət müəyyən
dividendlər gətirsə də, Atatürkə olan kütləvi qızğın münasibəti məhv edə bilmədi.
Əksinə, onun pərəstişkarlarının müqaviət qüdrətini xeyli möhkəmləndirdi.
Demokratik dövlətdə ordunun xüsusi səlahiyyətlərə yiyələnməsi, ölkədə
sabitliyin qarantı olması prinsipi demokratiyanın da onun himayəsinə verilməsini
mümkün etməklə, bu, heç şübhəsiz, qanunların aliliyini də kölgə altına salırdı, əlbəttə
ki, Osmanlı imperiyasının xarabalıqları üzərində meydana gələn körpə Türkiyə
Respublikasının sağlamlığını qorumaq və onu boya-başa çatdırmaq üçün vacib idi.
Heybətli ordu ölkənin ərazi bütövlüyü üçün də möhkəm sipər rolunu oynayırdı.
Dəfələrlə dövlət çevrilişi etmiş türk ordusu heç də mələk qiyafəsində deyildi, ölkədə
ciddi qarışıqlıq ehtimalı yarandıqda, bu çevrilişlər respublikanı səhv yollardan
uzaqlaşdırmaqda da müəyyən müsbət rol oynayırdı.
Ordunun hakim rolunu dəyişdirməyə xidmət edən mülayim islahatlar aparmaq
əvəzinə, Ərdoğan hökuməti daha kəskin vasitələrə əl atmağı vacib saydı. Bunlardan
biri ölkənin Silahlı Qüvvələr komandanlığını başsız qoymaq kimi ağılsız siyasət idi.
Ordunun Baş Qərargah rəisi də daxil olmaqla çox sayda general – onları türklər tarixi
ənənəyə uyğun olaraq Paşa adlandırırdılar, uydurma böhtanlar əsasında
dustaqxanalara atıldı. Onlara hətta ömürlük həbs kimi ağır cəzalar verildi. Həbsxanalar
hərbçilərlə, junalistlərlə dolduruldu, elə mənzərə yaranırdı ki, bu adamlar həmin vaxt
həbsxanalardakı vəziyyəti yoxlamağa gəlmişlər, lakin məlum oldu ki, onlar uzun
müddətə azadlıqdan məhrum olunmaqla alçaldıcı dustaq həyatı yaşamalı olacaqlar.
Ordunun başçısının məhkum olması və nüfuzdan salınması kampaniyası Ərdoğan
hökumətinə heç də asan başa gəlməyəcəkdi. Mətbuatın zor hesabına susdurulması da
əks effekt verirdi.
Bu yaxınlarda isə hökumət üzvlərinin xeyli hissəsinin bütünlüklə
korrupsiyaya sirayətləndiyi aşkar olundu. Xalqın səbr kasasını doldurub daşmağa
məcbur edən həmin damla hökumətin istefsının daha sərt qaydada tələb olunmasına
gətirib çıxardı. Artıq Ərdoğanın caduları da köməyə gəlmir, mitinqlərdəki plakatlarda
yazılan kimi partiynın simvolu olan “ampulanın (elektrik lampasının) partlaması” artıq
baş vermişdir. Xalq artıq onun etimadına xəyanət edənləri bağışlamaq istəmir, dövləti
138
səlahiyyətlərdən öz varlanmaları üçün istfadə edənlərlə birdəfəlik vidalaşmağa cəhd
edir.
Lakin onu da qeyd etmək lazımdır ki, Ərdoğanın tədbirləri uzun müddətə
hesablanıb-hesablanmamasından asılı olmayaraq, elə bir ciddi müqavimətə rast
gəlinmədən həyata keçirilirdi. Parlamentdə çoxluğa malik olan AKP azlığın
hüquqlarına məhəl qoymadan, müxalifət partiyalarının ağzını qapamaq kimi biabırçı
üsuldan, hətta fiziki təzyiqdən istifadə etməkdən də çəkinmirdi. Özünü diktator
qiyafəsində görən baş nazir Ana Müxalifət partiyasının liderini təhqir etməkdən, ələ
salmaqdan da çəkinmirdi.
AKP hökumətinin xarici siyasəti də uğurlar gətirmək əvəzinə iflasa uğrayırdı.
Liviya, Misir, Suriya hadisələrində Türkiyə hökumətinin atdığı addımlar heç də
ölkəsinə və xalqına gözlənilən faydanı vermədi. Ərdoğanın ətraf ölkələrdəki hadisələrə
arbitrlik etmək iddiası çox vaxt sadəlöhv və çaşqınlığa səbəb olan diplomatiyadan
uzağa getmirdi.
Elə təsəvvür yarana bilər ki, son on il ərzində Türkiyə səhvlər və uğursuzluqlar
dənizində üzməkdə davam etmişdir. Bu əslində belə deyildir. Bu dövrdə ölkə böyük
iqtisadi və sosial inkişaf yolu keçmişdir. Əhalinin maddi rifahı xeyli yaxşılaşmışdır.
Təəssüf ki, uğurlar baş gicəllənməsinə səbəb olmuş, cəmiyyətin nəbzinə ümumiyyətlə
məhəl qoymamaq meyli yaranmışdır. 2013-cü ildə İstanbul şəhərindəki Gezi parkında
hansısa bir şübhəli obyekti tikmək məqsədilə ağacların kütləvi şəkildə qırılmasına şəhər
əhalisinin etirazını Ərdoğan öz ləyaqətinə təhqir kimi qiymətləndirərək, narazılığı
yatırtmaq üçün ən qəddar üsullara əl atdı. Rezin güllələr və bibər qazı işə salındı. O,
verdiyi vədləri də unudub, axıradək səhv yoldan yayınmadı. Şəhər sakinlərinin
narazılığına diqqət verilsəydi, bu məsələni sakitliklə yoluna qoymaq olardı. Lakin
Ərdoğan bunu öz hakimi-mütləqliyinə qarşı bir çağırış kimi qiymətləndirdiyindən,
xalqın olduqca adi görünən bir tələbini belə rədd etmək mövqeyini tutdu. Yəqin ki, nə
şəhərin əsasını qoyan Roma imparetoru Konstantin, nə də 1453-ci ildə onu zəbt edən
Mehmet Fateh ağacları qırmağın prinsipial xarakter daşımadığını əsas götürüb, bu
hərəkəti etməzdilər. Axı onlar həm də Ərdoğan deyildilər. Konstantin Vizantium
adlanan qədim şəhərin yerində öz şərəfinə adlandırdığı Konstintinopolu salanda,
Mehmet Fateh onu ələ keçirəndə, coğrafi mövqeyinə, Bosfor boğazına görə iki qitəni
birləşdirməklə gələcək İstanbulun qeyri-adi strateji mövqeyə yiyələnəcəyini bəlkə də
güman etməzdilər. Lakin onlar öz dövlətlərinin mənafeləri üçün bu müdrik və cəsarətli
addımlarını atmışdılar. Boğazı isə İstanbula Allah və bu şəhəri salan şəxs vermişdi.
İki qitəni birləşldirən şəhər indi vahid milləti iki əks qütbə bölmənin
təşəbbüsçusünə çevrilməməlidir. Ərdoğanın «naziklikdən» uzaq olan siyasəti bu
parçalanmaya, qarşıdurmaya yol açmışdır. Oradan atılan qığılcım ölkənin başqa
şəhərlərində də etiraz alovunun yaranmasına səbəb olmuşdur.
Türkiyə çox sayda dostlara malik olduğu kimi, düşmənlərdən də xali deyildir.
Düşmənlər onun uğursuzluğuna sevinir, baş verəcək hansısa bir bədbəxtlikdən
faydalanmaq istəyirlər. Türklər isə qədim tarixə və qalibiyyətli ənənələrə malik olan bir
xalqdır. Heç şübhəsiz ölkəni bürüyən qarışıqlıq arxada qalacaq, türklər daha xoşbəxt
gələcək barədə düşünməyə üstünlük verəcəklər. Uğurlu və uğursuz izlər qoyan
hökumətlər, hakim parityalar gəldi-gedərdir. Xalq isə daimidir, böyük tarixi
139
yaradandır. Xalq öz səhvlərindən nəticə çıxarıb, populizm çağırışları arxasında
getməməklə, gələcəyin bakirə səhiflərində öz imzasını atmaq üçün daha ayıqlıqla
hərəkət edib, ölkənin nüfuzunun bundan sonra da yüksəlməsi yollarını arayacaqdır.
Qardaş Azərbaycan xalqı da türklərə məhz belə saf arzular bəsləyir.
Digər tərəfdən şər əməli çox sayda çıxışlarla, bəlağətli sözlərlə, kiməsə nifrin
yağdırmaqla ört-basdır etmək çətin məsələdir. Cinayətkarları cəzadan yayındırmaq
məqsədilə onları ifşa edənləri mənşər ayağına çəkmək cəhdini isə adicə izah etmək də
mümkün deyildir. Hələ XVIII əsrdə böyük italyan hüquqşünası Çezare Bekkariya
cəzanın cinayətə müvafiq olması prinsipini irəli sürmüşdü. Ən qədim Hammurabi
kodeksindən indiyə qədər heç bir hüquqi sənəd yaxud hansısa bir hüqüqşünas cinayəti
aşkar edənləri cəzalandırmaq kimi ağılsız tədbiri irəli sürməmişdir. Türkiyədə bu
fantasmaqoriya baş verdikdə xalq məsələyə daha yaxından müdaxilə etməyə başladı və
xalqın qəzəbi cinayətkarlardan daha çox onlara şərait yaradanları hədəf götürdü.
Rusların qəribə bir zərb-məsəli vardır: “Çernoqo kobelə ne otmıtğ dobela”-
“Qara köpəyi ağarana qədər yumaq olmaz”. Cinayətkarı ictimayi müdafiə obyektinə
çevirmək çətindir, əldə tutulan oğurluq malı və ya rüşvəti isə inkar etmək tam müşkül
bir məsələdir. Ona görə də Türkiyədə baş verənlər heç də xırda bir məmurun rüşvət
alması faktı olmayıb, hökumət üzvlərinin çuğlaşdığı böyük bir qalmaqala çevrilmişdir.
Qoy bu məsələ elə bir həll yolunu tapsın ki, Türkiyə Respublikası kimi qardaş bir
dövlətin nüfuzuna o qədər də ciddi xələl gəlməsin.
525-ci qəzet. 15.03.2014
Dostları ilə paylaş: |