Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə4/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   2   3   4   5   6   7   8   9   ...   105
Ləyaqətlər və qüsurlar tarixin sınmayan güzgüsündə 

 

“Özümə gəldikdə mən elmdə məskun olanlardan biri deyiləm. Mən keçmişi 

sadəcə sevənlərdən və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.  

Konfutsi 

 

İnsan xarakteri mürəkkəb olduğu kimi, həm də ziddiyyətlidir. Axı bəşər 



övladının daxilində o, həm ali yaradana bənzədiyindən ilahi ruh, həm də ondan əsaslı 

surətdə fərqləndiyindən və öz növünə aid olanların arasında dolaşdığından şeytan 

ruhu gizlənir. Bu qütblərin hansının qalib və ya üstün olmasından isə xarakterin və 



150 

 

mənəviyyatın əsas cəhətləri və perspektivləri meydana gəlir. Onlar nisbi şəkildə iki 



yerə bölünməklə nəcibliyi əks etdirən ləyaqət xüsusiyyətlərini və əsasən şəri təcəssüm 

etdirən qüsurları əmələ gətirir. Çox az sayda adamlar sırf nəciblik rəmzlərinə çevrilirlər, 

çünki belələri özlərinin həyat prinsiplərində eqoistik başlanğıclardan əsasən 

uzaqlaşaraq, daha çox məhz şəxsiyyəti yüksəldən xüsusiyyətlərə üstünlük verirlər. 

Onlar təbiət etibarilə əsl möminlik dərəcəsinə yüksəlirlər, özlərini ali hisslərə tabe 

etməklə, başqaları üçün xoş olan əməllərə həsr edirlər. Buna nail olmaq üçün 

qüsurlardan yayınmağa, onların arası kəsilməyən təzyiqindən azad olmağa çalışırlar. 

Altruistlər isə tam yad, özgə adamların xeyrinə təmənnasız qayğı göstərməklə, 

başqaları naminə öz şəxsi mənafelərini qurban verməyə hazır olurlar. Təəssüf ki, onları 

“ağ qarğa” hesab edənlər də vardır.  

Nəciblik səylərini dağıtmağa, azaltmağa çalışan obyektiv təsir qüvvələri heç də 

az deyildir. İnsanı əhatə edən sosial mühitin təsiri, həyatın onu sınağa çəkmək 

vasitələri, adi məişət qayğıları ləyaqətləri məhv etmək qəsdində olan bu dağıdıcı 

qüvvələrə daxildir. Axı insan heç də sırf ruh məxluqu deyildir, bioloji növ kimi o, 

yaşamaq, həyatını qoruyub saxlamaq üçün müəyyən qida təminatına möhtacdır, 

yaşayış vasitələrinə malik olmalıdır. Ona görə də ölümdən qorxmaq və yaşamaq arzusu 

insanın başlıca mənəvi dəyərlərinə çevrilir, əsl aparıcı dəyərlər isə unudulur.  

Kamil insanın ən böyük və vacib olan ehtiyaclarından biri başa düşülməsi, ona 

məxsus olan mənəvi dünyanın addımbaşı inkar edilməməsidir. Axı qüsurlar okeanının 

quduz dalğaları daim nəcibliyi batırıb, məhv etməyə çalışır. Belə dalğalar, böyük şair 

Ovidının təşbihindən istifadə etsək, asimana qədər yüksəlir. Ləyaqət daşıyıcılarını 

anlamayanlar heç də öz mərhəmətsizliklərinin fərqinə varmırlar, özünə 

bənzəməyənlərə bir qayda olaraq yuxarıdan aşağı, həm də ələ salmaq, təhqir etmək 

prizmasından baxmaqla, hətta onları dəli hesab etməklə, bəzən hələ möhkəmlənməmiş, 

bərkiməmiş iradələrin əyilməsinə, sınıb dağılmasına nail olurlar. Ona görə də ləyaqət 

günəşinin altına sığınanlardan bəziləri həyatın və əzici ətraf mühitin irəli sürdüyü 

çətinliklərə davam gətirə bilməyib, qüsurları gəzdirənlərin çox saylı və mənfur 

ordusunun sıralarına daxil olmaqla, öz həyat kredolarına ağır zərbə vurmuş olurlar. Jan 

Jak Russonun dediyi kimi, “Yaradanın əlindən hər şey yaxşı çıxır, insanın əlində isə hər 

şey cırlaşır.” Pislər nədənsə güclü təsir gücünə malik olur. Burada, yəqin ki, mühit də 

öz işini görür. 

İlk dəfə böyük Çin mütəfəkkiri Konfutsi (bizim eradan əvvəl 551-479-cu illər) 

ləyaqətə aid olan məsələlər barədə öz mülahizələrini irəli sürmüşdü. O, qarşılıqlı 

münasibət, loyallıq, mərdlik, müdriklik və etibara layiq olmaq kimi yaxşı 

xüsusiyyətlərlə yanaşı, fövqəl adamın malik olduğu ləyaqətləri yen-in genişlənməsi 

kimi qiymətləndirir. Onun konsepsiyasının başlıca açarı çinlinin xarakteri olan yen idi, 

bu da müxtəlif qaydada ləyaqət, məhəbbət, alicənablıq və ya insana canıyanma kimi 

tərcümə olunur. Konfutsi yen-i, bütün ləyaqətlərdən fərqlənən fövqəl ləyaqət 

adlandırırdı. Yen-in nə olduğunu şagirdləri Konfutsidən soruşduqda, filosofun qısa 

cavabı belə olmuşdu: “Adamları sev!” Yen adamları sevinc hissi ilə sevməkdir və bu 

hissin insan ürəyinin ən dərin guşəsindən gəlməsidir.  

Yen bütün adamlarda anadangəlmədir və bu mahiyyət yozumunu 

qidalandırmaq və tərbiyə etməklə insanpərvərliyi daha dolğun etmək olar. Inkişaf edən 



151 

 

ləyaqət insan həyatının ümumi missiyasıdır. Təsadüfi deyildir ki, çinlilərin təbabət 



dinində “iflic”ə bərabər olan ifadə, hərfi mənada “yen-in olmaması və ya çatışmaması” 

kimi işlənir. Yen həyatını yaşamaq heç də hansısa bir xüsusi maddi mükafat tələb etmir. 

Konfutsi özünün yen konsepsiyasını izah edərkən ləyaqəti (te) və möminliyi (yi

vurğulayır. Bu keyfiyyətlərin tərbiyə olunması fövqəl adamla aşağı adam arasındakı 

fərqli əlamətləri üzə çıxarır. Böyük Çin filosofu deyirdi: “Fövqəl adam ləyaqətlə, aşağı 

adam isə torpaqla maraqlanır”. Həmçinin əlavə edir ki, “fövqəl adam nəyin haqq 

olduğunu, aşağı adam isə nəyin faydalı olduğunu başa düşür”. Fövqəl adam incəsənət 

və təbiət komponentlərini özündə harmoniyalı bir qaydada birləşdirir. “Fövqəl adam 

heç vaxt qayğı və qorxu hiss etmir” və “daim sakit və yüngül şəraitdə olur”. Əksinə, 

aşağı adam daim təşviş keçirir və onun könlü narahat hisslərlə doludur. 

Fövqəl adamın inkişafı Konfutsinin öz şəxsi nümunəsində daha yaxşı gözə 

çarpır. Dul qadın olan anasının himayəsi və rəhbərliyi altında Konfutsi özünə təhsil 

verən bir adama çevrildi. O, yazırdı: “15 yaşında mənim ürəyim öyrənməyə həsr 

olundu,… 70 yaşında isə mən öz könül arzumun arxasınca düz olandan yayınmadan 

gedə bilirdim”. Onun təlimləri də öz fərdi xüsusiyyətlərinə oxşar qaydada təbii

insanpərvər və sadə idi.  

Konfutsiçilikdə dünyəvi zövq daha çox nəzərə çarpırdı. Ümumiyyətlə, qədim 

Çində insan münasibətlərinə daha çox diqqət verilirdi. İlahi qüvvəyə deyil, daha çox 

əcdadlara sitayiş edilirdi. Ərəb mütəfəkkiri Əbdrrəhman ibn Xaldun (1332-1406-cı illər) 

da qeyd edirdi ki, insan özünü digər adamlarla ünsiyyətdə realizə edir. İnsana cəmiyyət 

çərçivəsində öz əlaqələrini qaydaya salmaqda ağıl kömək edir, onun formalaşması isə 

müşahidə, ümumiləşdirmə və təcrübə vasitəsi ilə baş verir. Özünün təbliğ etdiyi 

qaydadan kənara çıxmayan Konfutsinin şəxsiyyəti də insanpərvərlikdən 

ilhamlanmaqla, bütünlüklə ləyaqət komponentlərinə uyğun gəlirdi.  

Bir çin tarixçisi b.e.ə. I əsrdə Konfutsi barədə çox sərrast sözlər söyləmişdi: 

“Çoxlu çarlar, imperatorlar və tarixdəki böyük insanlar olmuşdur ki, onlar sağ olanda 

şöhrət və şərəf qazanmış, öz ölümlərindən sonra isə heç nəyə çevrilmişlər. Konfutsi isə 

pambıq xalatda gəzən adi adam olsa da, sayı on rəqəmindən çox olan nəsillər üçün 

alimlərin müəllimi kimi tanınırdı”. 

Qədim yunan sofist filosofları da ləyaqətin öyrənilməsini tədqiq edərkən qeyd 

edirdilər ki, “ləyaqət” (yunanca “arete”) professional müəllim tərəfindən 

öyrədilməlidir.” “Arete”-nin nə məna verdiyini isə ilk dəfə Homer dilə gətirmişdi, lakin 

qeyd etmək lazımdır ki, tam əks olan bir mənada. Ənənəvi olaraq deyilirdi ki, ləyaqət 

əxlaqa malik olan nümayəndələrdə – insanda olduğu kimi, bir sıra “insan olmayan” 

canlı obyektlərə də məxsusdur. Bunlara atları, qoyunları, insan gözlərini aid edirdilər. 

Ona görə də bəzi alimlər bu ifadəni “ali” kimi tərcümə edirdilər. Spartalılar bunu 

döyüşdəki cəsarət göstərməklə məhdudlaşdırır, yunanlar isə xüsusən atlyot 

qabiliyyətini, sifətin və ya bədənin gözəlliyini, var-dövləti, kübar ailəsində doğulmağı, 

natiqlik və ya müğənnilik qabiliyyətini buna aid edirdilər. Ləyaqət elə bir qabiliyyət 

hesab olunurdu ki, müəyyən qaydada istedadı olan və pulunu ödəyən hər bir şagird 

ona yiyələnə bilərdi. İctimai həyat üçün belə uğurlu öyrənmə bütün adamlar üçün 

zəruri şərt hesab olunurdu.  




152 

 

Təməl xristian etikasında bütpərəst dünyadan götürülmüş dörd təbii ləyaqətlə 



yanaşı, bu siyahıya üç ilahiyyat tipli ləyaqət də əlavə olunurdu. Axırıncılar isə Allahın 

xüsusi vergisi kimi qiymətləndirilirdi. Ləyaqət  “həyatı rahat yaşamaqdan ötəri və əxlaq 

prinsipləri ilə davranmaq” kimi nəzərdə tutulurdu. Bunlara isə yeddi dəhşətli günah 

əks çıxır, onlar birlikdə insan davranışının bütün dərəcələrini əhatə edir. Kardinal 

(latınca “başlıca”, başqa sözlə “mahiyyətcə” deməkdir) ləyaqətlərə ehtiyatlılıq, 

mülayimlik (iddiasızlıq), mərdlik və ədalət daxil idi.  

Xristianlıq bunlara inanc, ümid və məhəbbət kimi dini ləyaqətləri də əlavə etdi. 

Bu təsnifləşdirmə birbaşa apostol Paveldən gəlmişdi. Lakin o, məhəbbəti bu üçlüyün 

arasında fərqləndirirdi və onun tacı hesab edirdi. “Beləliklə, bu üçlüyə – inanca, ümidə 

və məhəbbətə əməl edilməlidir, lakin onlardan ən böyüyü məhəbbətdir”. Xristian 

təliminə müvafiq olaraq, ilahiyyat ləyaqətlərin başlanğıcını heç də təbii insandan 

götürmür. Onlar Xristos vasitəsilə Allahdan gəlmiş və sonra insanlar tərəfindən həyata 

keçirilmişdir. Xristian etikasında məhəbbət və ya mərhəmətlilik isə bütpərəst 

filosoflardan gəlir. Davranışın hər bir məsələsi öz xüsusi şəraitinin işığında həll 

edilməlidir və bu elə prinsipdir ki, məhəbbətin arxasınca getməlidir. Bu da bir daha 

göstərir ki, məhəbbət yeganə ali ləyaqət olaraq qalır. Xristian etikası bu müddəasında 

Konfutsi təlimi ilə birbaşa uzlaşır, axı Çin mütəfəkkiri də adamları sevməyi, onlara 

məhəbbət bəsləməyi ön plana çəkirdi.  

Qüsurlara gəldikdə, bu məfhum etikaya aid olan kimi, həm də personajı 

xarakterizə edir. Qüsur etik anlayış kimi əxlaqi və mənəvi nöqsandır, insanın mənfi 

mənəvi keyfiyyətidir. Etika isə mənəviyyatı, əxlaqı öyrənən fəlsəfi fənndir. Etika çox 

vaxt insan təbiəti barədə elm kimi başa düşülür. Personaj kimi isə “qüsur” Orta əsrlərin 

və Renessans dram əsərlərinin qəhrəmanları olub, insanın nəfsini saxlamamağının 

alleqoriyasıdır.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin