Əxlaq pozğunluğu cəmiyyətin xəstəliyinə çevrilir
Tarixi araşdırmalarda keçmişin iyrənc izləri arasında əxlaq pozğunluğunun da
ciddi qüsur olduğu aşkara çıxır, ona görə də qəddarlıq nümunələri kimi, o da mövcud
olduğu cəmiyyətə ar, biabırçılıq xüsusiyyətləri bəxş edir. Bəzi qədim xalqlarda
qanqarışdırıcı intim əlaqə yalnız yuxarı sinif arasında davam etsə də, aşağı siniflər
arasında yayılmırdı. Qədim Misirdə faraonlar sülalənin qanının təmizliyini qorumaq
üçün öz doğma bacıları ilə evlənirdilər. Bu təcrübə faraonlar yoxa çıxsa da, b.e.ə. I əsrə
qədər davam etmişdi. Çünki VII Kleopatra (b.e.ə. 69-30-cu illər) Böyük Aleksandrın
ordusunun sərkərdələrindən biri və o, öləndən sonra Misirdə çarlıq edən Ptolomeyin
sülaləsinin davamçısı olsa da, özündən kiçik qardaşının arvadı olmalı idi. Sezarın
müdaxiləsi ilə Kleopatra taxt-taca sahib olduqdan sonra qardaşı da öldürülməklə, bu
məsələ öz “uğurlu” həllini tapmışdı. Kleopatra əvvəlcə Sezarın məşuqəsi, sonra isə
Mark Antoninin arvadı olmuşdu.
Yəqin ki, bu qədim ənənənin təsiri altında Misirdə sevgililər bir-birinə “qardaş”
və “bacı” kimi baxırdılar, baxmayaraq ki, qardaş-bacı nikahı ölkənin çar ailəsi ilə
məhdudlaşırdı. Bibliyanın “Şərqilər şərqisi” kitabında da çar Solomon üzüm bağında
vurulduğu sadə kəndin qızı Sulamitə başqa əzizləyici adlarla yanaşı, “bacı” deyə
müraciət edir. Görünür, bu ənənə Misirin sərhədləri daxilində qapılıb qalmamışdı.
Yunanıstanda əsasən ordudan gələn təsirlər hesabına homoseksual əlaqələr adi
hal sayılırdı, yaşlı döyüşçülərin öz himayələrində olan gənc döyüşçülərlə belə əlaqəyə
girməsi çox geniş yayılmışdı. Böyük Aleksandrın da dostu Hefestionla yaxınlığı sirr
deyildi, Roksanaya evlənəndən sonra da bu əlaqə davam edirdi və bu oğlanın vaxtsız
ölümünə Aleksandr öz şəxsi faciəsi kimi yanaşmışdı. Spartada isə qadınlar intim
yaxınlıq məsələsində tam sərbəst idilər, gənc qızlar isə çılpaq şəkildə öz həmyaşıdları
olan oğlanlarla birlikdə məşq edirdilər.
Qədim Romada b.e.ə. II əsrindən başlayaraq əxlaq pozğunluğu “geniş vüsət”
aldı. Böyük Katon kimi əxlaq təmizliyi uğrunda mübarizə aparan fədailər bu məsələdə
bütün günahları yunanların mənfi təsirində görürdülər. Mədəniyyətcə xeyli yuxarıda
175
dayanan yunanlar öz sivilizasiya nemətlərini romalılara ixrac edirdilər və bu
mübadilədə, qəribə də görünsə, əxlaqın möhkəmliyinə xələl gətirən cəhətlər də yer
tutmamış deyildi. Roma respublikasında yüksək vəzifəli xadimlər siyasi ittifaqlar
naminə bir-birinə hətta uyğun gəlməyən qohumluq, izdivac əlaqələrinə girirdilər,
bundan fayda götürürdülər.Siyasətçilər, məsələn, Avqustun özü də bunu etmişdi, hətta
başqasının arvadını boşatdırıb onunla evlənirdilər, ancaq bu əxlaqa zidd qayda nikah
sferasından uzağa getmirdi.
İmperatorların dövründə isə əxlaqsızlıq vakxanaliyası başlandı və getdikcə daha
biabırçı formalar kəsb etməyə başladı. Əvvəlki şəhvət macəralarına baxmayaraq,
əxlaqın keşiyində dayanması ilə öyünən Avqustdan sonra imperator Tiberi qoca
vaxtında Kapri adasında əxlaqsızlıq yuvası quraraq, cavan qızlarla və oğlanlarla kef
edirdi. Kaliqula öz bacıları ilə, Neron öz anası ilə intsest – qanqarışdırıcı əlaqəyə
girmişdi. Onlara qədər qan yaxınlığı əlaqələri və nikah yalnız qullara məxsus idi. Hər
cür məhrumiyyətlərin acığına onlar bunun fərqinə varmırdılar və heç olmazsa bu
sferadakı sərbəstliklərindən təsəlli tapırdılar.
İmperator Klavdinin arvadı Messalina təkcə pozğunluq rəmzi olaraq qalmırdı,
dövlətin qüvvədə olan qaydalarına ağır zərbə vurmaqdan da çəkinmirdi. O, başqa bir
fahişə qadınla bir sutka ərzində pozğunluq marafonunda yarışa girməklə
kifayətlənməyib, imperator əri sağ ola-ola, yalnız şəhərdən kənarda olmağına görə,
nümayişkaranə şəkildə Sili adlı qəşəng kübar oğlana ərə getmişdi. O, yəqin ki, imkan
olsaydı heç qədim yunan mifologiyasındakı Kritə Minotavrı doğub bəxş edən
Pasifayanın da biabırçı hərəkətinin təqlidindən çəkinməzdi. Küt Klavdi isə nə baş
verdiyini anlamırdı, axı o, ağıldan zəif idi. Uşaq vaxtı onu çirkin hesab edən anası
mübaliğəyə yol vermədən demişdi ki, təbiət onu yaratmağa başlasa da, bu işi başa
çatdırmamışdı. Ona görə də səfeh imperator arvadı barədə bu xəbəri eşidəndə qorxuya
düşərək, özünün hələ vəzifədə qalıb-qalmadığını da soruşmuşdu.
Ərinin razılığı olmadan Messalina öldürüldükdən sonra, gənc dul qadın olan
Aqrippina oğlu Neronu hakimiyyətə gətirmək üçün öz doğma əmisi olan həmin
imperatora ərə getməyə nail olmuşdu. Roma qanunları belə izdivacı qadağan etsə də,
Aqrippinanın qurduğu tələ hesabına senatorlar iradəsiz Klavdini belə biabırçı nikaha
girməyə məcbur etmişdilər. Messalinanın açıq fahişəliyinə dözən imperator özü də
cavan qardaşı qızının məlahətindən və saraya gəlib tez-tez onu guya qardaşı qızı kimi
öpməsindən, şirnikləndirməsindən yayına bilmirdi. Sonralar, yəqin ki, öz təzə arvadı
Aqrippinanın iştirakı ilə Klavdi zəhərlənib öldürüldükdə, bu qadının planı baş tutdu və
oğlu yeniyetmə Neron taxt-taca çıxdı.
Neronun qısa ömrü əsl əxlaq pozğunluğu müntəxəbatı hesab oluna bilərdi. O,
qıza evləndiyi kimi, cavan oğlana da ərə getmişdi. Ümumiyyətlə o, zinakarlıqda heç bir
hədd tanımırdı.
Mark Avreli kimi nəcib imperatorun və böyük filosofun oğlu olan Kommod
(161-192-ci illər) taxt-taca çıxdıqdan sona hər cür əllaməliklərlə məşğul olurdu, öz bacısı
ilə intim yaxınlıq edirdi. Qladiator döyüşlərində bilavasitə iştirak edirdi. O qədər
həyasızlaşmışdı ki, Romanın adını dəyişib, şəhərə öz adını vermək istəyirdi.
14 yaşında imperator olan Eloqobal (204-222-ci illər) daha çox öz pozğunluğu ilə
“şöhrət” tapmışdı. Bu səfeh yeniyetmə dövlətin pulunu israf edir, əxlaqsızlıq orgiyaları
176
təşkil edirdi. Sələfi Neron kimi qeyri-ənənəvi cinsi oriyentasiyasına görə ən eybəcər
pozğunluqdan həzz alırdı.
Bu həmin Roma idi ki, burada vaxtilə bir kübar qadının çarın oğlu tərəfindən
zorlanmasına görə qiyam qalxmış, xalq qisas naminə təkcə çar Məğrur Tarkvinini və
onun ailəsini şəhərdən qovmaqla kifayətlənməmiş, həm də monarxiyanı bütünlüklə
ləğv etməklə etruskların ağalığına da (son üç Roma çarı etrusk idi) son qoymuşdu. Bu
hadisə b.e.ə. 510-cu ildə baş vermişdi və bu vaxt Romada hakimiyyətin respublika
forması qurulmuşdu. Zorlanan qadın Lukretsiya nə baş verdiyini atasına, ərinə və
onların dostlarına söylədikdən sonra, digər ərli qadınlara qeyri-bakirəlik, namussuzluq
nümunəsi olmaqdansa, özünü intihar etmək yolunu tutmuşdu. Namuslu bir qadın
kimi, ləyaqətini itirmiş olmaqdansa, öz həyatına qəsd etməyi seçən Lukretsiya bir təmiz
və cəsarətli qadın modelinə, simvoluna çevrildi. Əxlaqsızlığa yol verən çar oğlu Sekst
isə atası ölkədən qovulduqdan sonra öz köhnə düşmənləri tərəfindən qətlə yetirildi.
Çarın devrilməsi və yeni quruluşun yaranması ilə Respublika erası meydana gəldi və
onun ömrü beş əsr davam etdi.
Roma respublikasında əxlaqsızlığa aparan xırda şlüzlərin də bağlanmasına fikir
verilirdi, qadına qarşı ehtiras yaradan cəhətlər belə, diqqətdən yayınmırdı.
Qadınların zinətə, dəbdəbəyə marağını zəiflətmək üçün də bir sıra tədbirlər
həyata keçirildi. İkinci Puniya müharibəsi dövründə (b.e.ə. 218-201-ci illər) romalılar
Oppian qanununu qüvvəyə mindirdilər. Bu qanunun prinsiplərindən əsas məqsəd
qadınların malik ola biləcəkləri bəzəklərin sayını məhdudlaşdırmaq və həm də onların
paltarlarının sayını azaltmaq idi. Böyük Katon bu qanunun ləğv edilməsini tələb edən
və ona qarşı çıxan qadınlar barədə kəskin çıxışlar edirdi. O deyirdi ki, “Bizim
əcdadlarımız heç bir qadına, hətta onun şəxsi işində də mühafizəsiz davranmağa icazə
vermirdi. Onlar istəyirdilər ki, bunu da qadınlar atalarının, qardaşlarının, ərlərinin
nəzarəti altında etsinlər”. Kişilərə müraciət edərək deyirdi ki, “Onlar sizinlə bərabər
olmağa başlayanda sizdən üstün olacaqlar”, sonra davam edirdi: “Əgər qanun
arvadının xərclərinə məhdudiyyət qoymağı kəsirsə, sən heç vaxt bunu bərpa edə
bilməyəcəksən”.
İslam dininin beşiyi başında dayanan Məhəmməd peyğəmbər də sadə həyat
tərzinə üstünlük verdiyi kimi, dəbdəbənin əleyhinə idi. Ona görə də İslamın ilk
illərində müsəlmanlar arasında ipək paltar və qızıl bəzək şeylər yasaq sayılırdı.
Onu da qeyd etmək lazımdır ki, antik dövrlərdə insan bədəninə münasibət də az
əhəmiyyət daşımırdı. Yunanların və romalıların çoxuna görə insan bədəni gözəllik,
sevinc və həzz mənbəyi hesab olunurdu. Qədim yunan heykəllərində və rəngkarlığında
qadın və kişi bədəninin mütənasibliyi, hər cinsin özünə məxsus cazibədar cizgiləri
xüsusilə nəzərə çarpdırılırdı. İstər, “Miloşlu Venera”da və ya “Disk atan” heykəlində
bədənin ilham mənbəyi olması aydın surətdə özünü büruzə verir.
Sonralar isə xristian dininin təsiri altında, əlbəttə, Renessansa qədər, bədənə
münasibət xeyli dəyişikliyə məruz qaldı. Xristianların çoxu bədənə, ruhən Allaha
birləşmək yolunda bir maneə kimi baxırdılar. Onlar elə bil ki, məşhur Orfeyin
mahnısındakı “Bədən (soma) ruh üçün qəbirdir (sema-dır)” sözlərinin həyati refren kimi
qəbul etmişdilər. Cinsi yaxınlıqdan imtina isə canın istəkləri üzərində qələbə hesab
olunurdu və beləliklə, müqəddəsliyə yol açılırdı. Qədim yunanlarda isə əksinə, intim
177
yaxınlıqdan imtina bir cəza növü hesab olunurdu. Yunan komediyasının atası
Aristofanın (b.e.ə. 445-385-ci illər) “Lisistrata” pyesində Afina qadınları ərlərini
müharibədən çəkindirmək üçün sülh bərpa edilənə qədər onlarla intim yaxınlıqdan
imtina etməyə söz vermişdilər.
Eyş-işrət, əyləncə, kef ən möhkəm adamları da zəiflədir, onların ruhuna xətər
toxundurmamış qalmır. Bu cəhət nəzərə alındıqda, bəlkə də erkən xristianların
mövqeyinə o qədər də tənqidi yanaşmaq istəmirsən. İfrat rahatlığın, həzzlərə uymağın
necə qorxulu olduğuna çoxlu misallar gətirmək olar. Hannibalın başçılığı altında Alp
dağlarının sıldırım qayalarındakı aşırımları sərt iqlim şəraitində keçən Karfagen
ordusunu nə ağır əziyyətlər, nə böyük məhrumiyyətlər, nə də hətta addımbaşı ölüm
təhlükəsi belə əyə bilmədiyi halda, Kann qələbəsindən sonra Kapuyada qışı keçirərkən,
bu dəfə görmədikləri və onlar üçün yad olmaqla, dəbdəbə xarakteri daşıyan həzzlə
dolu günlər, bura qadınların iştirakı ilə olan məclislər də daxil idi, döyüşçülərin
bədənini və ruhunu ciddi zəifləməyə məruz qoydu.
Qədim Romanın tarixi isə göstərdi ki, dövlət özünün qədim nəcib ənənələri,
ləyaqətləri və dəyərləri ilə vidalaşdıqca, ən eybəcər hisslər və ehtiraslar adamların
davranışına, həyat tərzinə hakim kəsilir. Acgözlük, tamahkarlıq, sərvət düşkünlüyü
artıq təkcə adamların deyil, bütövlükdə cəmiyyətin və dövlətin tənəzzülünü
sürətləndirirdi. Romaya öz övladları xəyanət edir, onun respublika adlanan başını
kəsməklə cəsədinə təcavüz etmək istəyirdilər. Katilina adlı kübar, ona xidmət göstərən
qandan, məkrdən, hiylədən istifadə edərək, özünün iyrənc taxt-tacını qurmaq istəyirdi.
O, heç bir mənəvi, əxlaqi hədd tanımırdı, ləyaqəti müdafiə edənlərin hamısını məhv
etməyə hazır idi. Respublika quruluşu məhv edildikdə onun bütün qanunları da toza
dönməli idi. Ölkədə təvazökarlıq, təmkinlilik, mərdlik əvəzinə həyasızlıq, pulla
adamları ələ alma, tamahkarlıq yayılmağa başladı. Respublika quruluşuna qəsd
hazırlayan Katilina həyasızlıqla bəyan edirdi ki, “ətrafımdakı gurlayan alovu mən
xarabalıqlar altında basdıracağam”. Bu vaxt kasıb adamlar mənəvi cəhətdən
pozulduqlarından ümumi xeyir haqqında deyil, öz gözlədikləri şeylər barədə düşünür,
arzu etdikləri xoş gələcəyə ümid bəsləyirdilər. Onların çoxu özlərinə ziyan dəyməmək
naminə hətta bütöv dövlətin dağılmasına üstünlük verirdilər.
Əxlaqın pozulması Romanı taqətdən salırdı, digər amillərlə birlikdə dövləti və
cəmiyyəti məhvə sürükləyirdi. Qədim Romada əxlaq əcdadların adətlərinə, qaydalarına
əsaslanırdı, onları bir etalon kimi qəbul edirdi. Roma dünya dövlətinə çevrildiyindən
onda alçaq ehtiraslar daha qızğınlıqla cövlan etməyə başladı, acgözlük xüsusi miqyasa
yiyələndi. Bu dövrdə iki ehtiras – hakimiyyət hərisliyi və tamahkarlıq çox güclü idi. Bu
iki qüsur bütün bəlaların mənbəyinə çevrildi, ilkin səbəbləri oldu. Cəmiyyət uzun bir
pozulma yolunu keçməli oldu.
Romanı pozan, dağıdan, məhvə sürükləyən hakimiyyət hərisliyi – ambitio və pul
düşkünlüyü – avaritia cəmiyyətə meydan oxuyurdu. Onlardan pul hərisliyi hər cür
cinayətlərin və zorakılığın baş alıb getməsinə səbəb oldu. Bizim eranın I əsrinin və II
əsrin son onilliklərindən Romanın süqutuna qədər olan dövrün tarixi daha çox dəhşətli
cinayətlərin, əxlaq pozğunluqlarının, harınlığın və eyş-işrətin biabırçı təsvirlərinin
almanaxı idi.
178
İmperatorlar elə bil ki, quduz şəhvətdə və qəddarlıqda bir-biri ilə yarışa
girmişdilər. Onların pozğunluğu bütün cəmiyyətə pozucu təsir göstərir, sotsiumun
bütün hüceyrələrinə yayılırdı. “Nəcib imperatorlar”ın həyata keçirdiyi tədbirlər bu
xəstəliyin şiddətini zəiflətsə də, onu sağalda bilmədi, sonra gələnlərin isə bir çoxu
əvvəlki yola düşməklə iflas prosesini sürətləndirdilər. Eyş-işrətə qurşanma elə bil ki,
nəsil artırmağı da yaddan çıxartdırmışdı. Romanın əhalisi sürətlə azalırdı, paytaxtı
müdafiə etmək də çətinləşmişdi, onu qorumağa cavanlar da çatmırdı. V əsrdə Roma
əhalisi I əsrə nisbətən yarıbayarı azalmışdı. Ona görə də Romanı işğal etmək barbarlara
elə bir çətinlik törətmədi.
Böyük ingilis şairi lord Corc Bayron Romanı xalqların Niobası adlandırırdı.
Yunan mifologiyasında Fiva çarının arvadı olan Nioba çox övladı olması ilə öyünürdü.
Yalnız iki uşağı olan Leto bunu özünə təhqir kimi qəbul etdi və onun övladları Apollon
və Artemida buna görə oxla Niobanın 12 övladının hamısını öldürdülər. Bu ağır
dərddən Nisoba daşa çevrildi. Roma da fəxr etdiyi hər şeyi, övladlarını, hətta öz
varlığını da itirdi. Roma təkcə öz ərazilərini deyil, həm də özünün qiymətli ideyalarını,
ruhunu itirdi. Müqəddəs Avqustin yaxşı demişdi ki, əgər Allahın yaratdığı məhv
olursa, Romulun da yaratdığı məhv ola bilərdi. Ancaq ruh bədəndən ayrıldığı kimi,
Romanın süqutundan min il sonra onun ruhu Renessans adı altında yenidən həyata
qayıtdı. Antik dövrdən əxz edilməli olan irs isə bu ruhun böyüklüyünə dəlalət edən
humanist ideyalar idi.
Xristianlıq hakim dinə çevrildikdən sonra ailə münasibətlərinin möhkəmliyinə
ciddi fikir verməyə başladı. IV əsrdən başlayaraq tselibat – nikahsızlıq qaydası
keşişlərin üzərinə də yayılırdı. Bundan əvvəl isə rahiblər buna ciddi riayət etmək
nümunəsi göstərirdilər. Onlar qadınların şirnikləndirməsindən, ehtiras alovunun onları
qarsacağından qorxub, səhralara, dağlara çəkilir, cəmiyyətdən uzaqlaşaraq mağaralarda
yaşayır, əsasən asket (guşənişin) həyat tərzi keçirirdilər. Çünki bakirəlik ən yüksək
standart kimi qəbul olunurdu. Müqəddəs Yeromi (375-420-ci illər) deyirdi ki,
“Bakirəlik buğdadırsa, nikah arpadır, zinakarlıq isə inək peyinidir”. O vaxtdan ki, insan
inək peyinini yemir, Yeromi onlara arpa çörəyi yeməyi müsaidə edirdi. Din xadiminin
sözləri ona əsaslanır ki, iki ayaq üstə gəzən insanın qidası heç də heyvanlarınkından
fərqlənmirdi, onlar zülal mənbəyi olan hər şeyi istehlak edirdilər.
Müqəddəs Avqustinin (354-430-cu illər) baxışları da həmçinin cinsi əlaqə
arzularına görə xristian kilsəsinin nəzər-nöqtəsini formalaşdırmaqda mühüm
əhəmiyyətə malik idi. Erkən xristianlardan çoxu tselibata və ya cinsi fəallıqdan tam
uzaqlaşmağa riayət edirdi, bunu müqəddəsliyə çatmaq yolu hesab edirdi. Avqustin
inanırdı ki, xristianlar yəqin ki, cinsi əlaqədən imtina edəcəklər, həmçinin belə bir fikri
də nəzərə alırdı ki, xristianların çoxu buna qadir deyildir. Ona görə də nikah yaxşı
alternativ hesab olunurdu, lakin belə anlamda ki, hətta nikahda da kişi ilə qadın
arasında cinsi əlaqə yalnız bir məqsədə – uşaq dünyaya gətirməyə xidmət etməlidir.
Tselibatın yüksək idealını qoruyub saxlamaq isə din xadimlərinin üzərində qalmalı idi.
Erkən kilsənin ataları qəbul edirdilər ki, tselibat və cinsi yaxınlıqdan imtina ideal
vəziyyət olmaqla, nikahdan da yuxarıda durur. Nəticədə erkən kilsə tədricən din
xadimlərinin tselibatına keçdi, baxmayaraq ki, erkən orta əsrlərdə bunu həyata
keçirməyə məcbur etməyin qeyri-mümkünlüyü də özünü büruzə verirdi.
179
Erkən dini atalar həm də bunu vurğulayırdılar ki, tselibata riayət etmək üçün heç
də bütün adamların öz intizamı çatmır. Beləliklə, nikah icazə verilənə çevrildi.
Müqəddəs Pavel özünün korinflilərə ilk məktubunda qeyd etdiyi kimi: “Bu kişi üçün
yaxşıdır ki, qadına toxunmasın. Buna baxmayaraq, zinakarlıqdan uzaqlaşmaq üçün qoy
hər bir kişi öz arvadına malik olsun… Mən ancaq evlənməmişlərə və dul qalanlara
deyirəm ki, onlar üçün yaxşıdır ki, hətta mənim kimi dözsünlər. Lakin əgər onlar bunu
bacarmırlarsa, qoy onlar evlənsinlər; çünki (ehtirasda) yanmaqdansa, evlənmək
yaxşıdır”. Kilsə nikaha iki şərdən nisbətən kiçiyi kimi baxırdı. Bu insanın zəifliyinə
güzəşt olmaqla, cütlük, cinsi əlaqə və uşaqların olması ehtiyacını ödəyirdi. Ümumən
onunla razılaşırdı ki, nikah cinsi yaxınlıq hüququna güzəştə getməkdir. Axı din də
bütün insanları təbiətin qanununa tabe olmaqdan uzaqlaşdıra bilməzdi. Təkcə növün
artması üçün canlıların əksəriyyətinə xas olan cinsi əlaqə vacib şərt olduğundan, belə
ağılsız qadağa bəşəriyyətin inkişafına, çoxalmasına mane olmaqla, onun fiziki cəhətdən
sıradan çıxmasına səbəb ola bilərdi. Beləliklə, cinsi əlaqəyə nikah yolu ilə icazə verilirdi,
lakin o müddətə ki, bu uşaq törətmək, əmələ gətirmək üçün istifadə edilsin, uşaq
yaransın, deməli, həzzə xidmət etməsin.
Kilsənin səylərinə baxmayaraq, bəzi din xadimləri, hətta Roma Papaları da
zinakarlıq subyektlərinə çevrilirdilər. 1492-ci ildə Papa seçilmiş VI Aleksandrın
(dünyəvi adı Rodriqo Borcia idi, 1431-1503-cü illər) dörd uşağı var idi, qızı Lukretsiya
ilə intsest yaxınlıqda olduğu güman edilir. Oğlu Çezare Borcia isə atasından geri
qalmayıb, əxlaq pozğunluğunda və törətdiyi qətllərdə ad çıxarmışdı.
Son dövrlərdə isə istər katolik, istərsə də protestant ya pravoslav kilsəsini
biabır edən cəhət – kilsə xadimlərinin pedofiliya cinayətlərində iştirak etməsi, azyaşlı
qızları və oğlanları əxlaq pozğunluğuna cəlb etməsidir. İnternet də pedofiliyanın,
pornoqrafiyanın təbliğatında və yayılmasında olduqca mənfi rol oynayır. Sosial şəbəkə
beləliklə sosial bəlanın mənbəyi rolunda çıxış etmək kimi biabırçı bir vəzifəni öz
üzərinə götürür.
Elə səhv bir fikir yaranmasın ki, qüsurlar yalnız uzaq keçmişə məxsus idi,
sonrakı dövrlər onlarla vidalaşmağı bacarmışdır. Əsla belə deyildir, hətta bəzi xalqlar
öz fərdi qüsurlarına malikdir. Jan Jak Russo XVIII əsrdə ona məlum olan iki xalq
haqqında yazırdı ki, ingilislərdə məğrurluq xurafatı, fransızlarda isə şöhrət düşkünlüyü
xurafatı vardır. Orta əsrlərdə Rusiyaya səfər edənlər bu xalqdan olanların bədəninin və
sifətinin gözəlliyini heyranlıqla qeyd edirdilər. Bu ölkəyə 921-ci ildə səyahət edən
müsəlman ərəb Volqa çayının sahilində yaşayan ruslar barədə yazırdı ki, “Mən heç vaxt
fiziki cəhətdən belə kamil olan xalq görməmişəm.” Fransız markiz Astolf de Kyustin
özünün ifşa xarakterli “Rusiya 1839-cu ildə”, rusca tərcümədə “Nikolayevskaya
Rossiya” adlanan kitabında həmin cəmiyyətin bütün xüsusiyyətlərini kəskin surətdə
pisləsə də, rus qadınlarının çox gözəl olduğunu qeyd edir. Rus yazıçıları A. S.
Qriboyedov, N. V. Qoqol, F. M. Dostoyevski və A. P. Çexov isə doğma ölkələrində
cəmyyətə və xalqa xas olan qüsurları amansızcasına qamçılayırdılar. M.Y. Saltıkov-
Şedrin yazırdı ki, “Əgər mən mürgüləsəm və 100 il sonra yuxudan ayılsam və məndən
soruşsalar ki, Rusiyada nə baş verir, mən cavab verəcəyəm: içirlər və oğurlayırlar.”
Təəssüf ki, onun gələcək üçün öncəgörməsi düzgün çıxdı. Yazıçının ölümündən bir əsr
sonra dağılan SSRİ-nin xarabalıqları üzərində Rusiyada rəhbərliyə gələn, daha çox
180
sərxoşluğu ilə məşhurlaşan Boris Yeltsin ölkəni oğurluqdan da betər, əsl qarət və
soyğunçuluq məkanına çevirdi. Onun vurduğu ağır yaradan Rusiyanın sağalması çətin
olmaqla uzun çəkdi. Xəstəliyin bəzi təzahürləri hələ də özünü büruzə verir. Bu ölkədə
alkoqolizmə qarşı aparılan mübarizə isə elə bir ciddi nəticə vermir.
Prezident Bladimir Putin Rusiyanı Yeltsin cəhənnəmindən çıxara bildi, ölkə
tənəzzül sferasını tərk etməyə və iqtsadi qüdrətə yiyələnməyə başladı. Lakin ölkə
rəhbərliyinin qonşuları barədəki izahı çətin olan hərəkətləri Rusiyanı ağrılı iqtisadi
sanksiyalara məruz qoydu. Dünya bazarında neftin qiymətinin iki dəfədən də çox aşağı
düşməsi Rusiyanı maliyyə böhranı ilə üzləşdirdi, iqtisadi vəziyyət də xeyli ağırlaşdı.
Dostları ilə paylaş: |