Telman Orucov
İmperiyalar və onların süquta sürüklənməsi
Proloq
191
İmperiya hansısa bir fövqəl icad deyildir, öz mənşəyini insanların malik olduğu
qüsurlardan götürür, taleyin yuxarı qaldırdığı bəzi adamlar daha çox şeyə sahib olmaq,
başqa ölkələrin torpaqlarını qəsb etmək və var-dövlətini ələ keçirmək kimi eybəcər
ehtirasla hərəkət etməklə onun yaranmasına səbəb olurlar. Bir sıra hökmdarlar öz
hakimiyyətlərini möhkəmləndirməyin yolunu başqa xalqları əsarətə almaqda
görürdülər. İmperiyalar başlanğıcdan haqqı tapdalamaq, başqalarının üzərində ağa
olmaq istəyinin bəhrəsi olduğundan, onun mayasında həmçinin əsarətə salınmış
xalqların qəzəbi də gizlənir və bu nifrət hissi çox hallarda imperiyanı məhvə aparan
mübarizə timsalında çıxış edir.
Bəzən isə imperiyalar həm də öz fəsadlarından ölümə məhkum olurlar. Nəyin
başlanğıcı varsa, onun sonu da olur, barədəki fəlsəfi mülahizə imperiyaların taleyində
də öz əksini tapır. Qanla yaranan imperiya çox vaxt böyük qan axıdılması ilə də öz
finalını yasayır. Bu hərbi, siyasi və sosial fenomen də acı aqibətdən yayına bilmir.
Tarixdəki imperiyaların xeyli hissəsi uzun ömürlüyü ilə seçilir. Lakin fatumun
onlar barədəki hökmü mütləq qüvvəyə minir, mövcudluğu ondan ilhamlananlarda
qürur hissi yaratsa da, yekun adətən faciə səhnəsi ilə bitir.
İmperiyalar tarixin getdiyi yoldan kənarda baş vermir, onun səhifələrində özünü
büruzə verir, baş verən metamorfozların dəhşətli epizodu kimi çıxış edir. Sivilizasiya
ona yara vuran və az qala özünü məhvə sürükləyən alətini, vasitəsini tapır.
Qədim insanlar kəndləri, şəhərləri, dövləti yaratdıqdan sonra onlara qənim
kəsilən müharibələrdən də istifadə etməyə əl atdılar. Təəssüf ki, tarix başlanan
zamandan və məkandan müharibələr və imperiyalar da öz başlanğıcını götürür. İndiki
cənubi İraq və cənubi-qərbi Asiya dünyanın elə bir zonasıdır ki, orada ilk sivilizasiya
yaranmışdı. Qərb sivilizasiyanın də mənşələri məhz Yaxın Şərqə gedib çıxır. Asiyanın
cənubi-qərbindəki və Misirdəki olan xalqlar mütəşəkkil cəmiyyətlərə çevrildilər, yazını
icad etdilər və bu gün sivilizasiya kimi qəbul edilən ideyaları və institutları yaratdılar.
Əvvəllər ovçuluqla və qida toplamaqla məşğul olan insanlar həyatın tələb etdiyi
təkamülə qədəm basdılar, kənd təsərrüfatı icmalarına, nəhayət, şəhərlərə və
sivilizasiyaya çevrildilər.
Təqribən 200 min ilə yaxın bundan əvvəl yaranan Homo sapienc sapienc
(«Zəkalı, zəkalı insan varlığı») Afrikada meydana gəldikdən sonra, onlar sonrakı 70 min
il ərzində Afrikadan ətrafa yayılmağa başladılar. Bizim eradan əvvəlki 10 min ilə çatan
dövrdə Homo sapienc sapienc nümayəndələri artıq dünyanın hər yerində var idi və
onlar salamat qalan yeganə insan məxluqu növü idi. Bugünkü bəşəriyyətin hər bir üzvü
həmin insan varlığının subnövünə məxsusdur.
B.e.ə.10 mininci ilin ətrafında axırıncı buz dövrü başa çatmaqla Neolit inqilabı
baş verdi. Ən böyük dəyişiklik isə ardıcıl aparılan kənd təsərrüfatı vasitəsilə qida
istehsalına keçmək idi. Dənli bitkilər və tərəvəz əkilib becərilməklə müntəzəm qida
ehtiyatına malik olundu. Heyvanların əhliləşdirilməsi ilə isə əlavə qida mənbəyi və
geyim üçün yun meydana gəldi.
Taxıl istehsalının müntəzəm əsaslarda artması daha çox daimi əhalinin, əkinçi
kəndlərinin və ya şəhərlərin əmələ gəlməsinə səbəb oldu. B.e.ə. 4 mininci illərdən əvvəl
metaldan artıq alət və silahlar qayırmaq üçün istifadə olundu. Görünür, bu vaxt silah
192
heç də əmək alətlərindən az əhəmiyyət daşımırdı və müharibələrə hazırlıq ən vacib
vəzifələr sırasına keçmişdi.
Cənubi-qərbi Asiyada Dəclə və Fərat çayları arasındakı, yunanların
Mesopotamiya («çayların arası») adlandırdığı vadidə adamlar irriqasiya şəbəkəsi və
drenaj xəndəkləri tikməklə kənd təsərrüfatını xeyli genişləndirdilər. Bu regionda
şumerlər Mesopotamiya sivilizasiyasını yaratdılar və Cənubi Mesopotamiyada Eridu,
Ur, Uruk, Umma və Laqaş kimi şəhərlər meydana gəldi. Onlar böyüyüb ətrafda olan
kənd yerlərinə siyasi və iqtisadi nəzarət etməklə, şəhər-dövlətlər yaratdılar. Bunlar
Şumer sivilizasiyasının mənşə birlikləri idi.
Şumer şəhər-dövlətlərinin sayı artdıqca və suya nəzarət üstündə şəhər-
dövlətlərin bir-birilə vuruşması nəticəsində yeni münaqişələr yaranırdı. Müxtəlif
şəhərlərin taleyi qalxır və sonrakı əsrlər ərzində enirdi. Daimi müharibələr şəhərləri
yandırır və qarət edirdi, adamları isə ümidsizliyə, əlacsızlığa düçar edirdi. Şumerlərin
«Ur» poemasında yazılan kimi, dağılan bu şəhərin deşikləri qəlibə salınan maye bürünc
kimi qanla dolmuşdu. Günün altında cəsədlər piy kimi əriyirdi. Tüstü şəhərin üstünü
kəfən kimi örtmüşdü.
Şumer şəhər-dövlətləri düzənlik, açıq yerdə yerləşdiklərindən müdaxilə üçün
kövrək idi. Onlardan şimalda akkadlar yaşayırdı. B.e.ə. 2340-cı il ətrafında Akkad lideri
Sarqon Şumer şəhər-dövlətlərini viran qoyub, öz sülalə imperiyasını yaratdı. Bu
tarixdəki ilk imperiya idi və əlbəttə ki, işğal nəticəsində meydana gəlmişdi. Sarqonun
hakimiyyəti hərbi gücə arxalanırdı. Sarqon imperiyası Yaxın Şərqin gələcək liderlərini
həmin yolla getməyə həvəsləndirdi. Axı Sarqon rəqibi və ya bərabəri olmayan bir çar
kimi xarakterizə olunurdu. Onun varisi, nəvəsi olan Naram-Sin Akkad imperiyasının
böyüklüyünü davam etdirmişdi. O da babası kimi çoxlu hərbi yürüşlər etmişdi. Özünü
«Dörd Bucağın (Kainatın) çarı» adlandırmış, allah etmək istəyirdi.
Göründüyü kimi, tarix Şumerdən başladığı kimi, müharibələrin, imperiyaların
da tarixi məhz oradan başlayır.
Müharibələr, onların labüd nəticələrindən biri olan imperiya, heç şübhəsiz, insan
təbiətindən irəli gələn qüsurlardan qidalanırdı. Daha çox var-dövlət, onların mənbəyi
kimi daha geniş torpaqlara sahib olmaq hərisliyi ilk işğalçıdan tutmuş, onun lap
sonuncu oxşar nümayəndəsinə qədər, bütün qəsbkarları hərəkətə gətirmiş, onları , hətta
yırtıcı vəhşi heyvanlara da tanış olmayan həcmdə qan axıtmağa həvəsləndirmişdi. Bu
dəhşətli ehtiras onların şüurunu idarə etmiş, əvəzində isə xalqlar bədbəxtliklər və
dəhşətlər girdabına yuvarlanmışdılar. Müharibə insan əməlidir, imperiya da tarixin
beşiyindən baş qaldıran cəmiyyətin biabırçı icadıdır. Hər bir sərkərdə, hər bir hökmdar-
imperator öz çiyinlərində ağır günahlar yükünü daşıyır və bunu özgənin üstünə yıxa
bilməz.
Yalnız qədim Yunanıstandakı Olimp allahları insanları müharibəyə təhrik
edirdilər, on il davam edən Troya müharibəsini məhz onlar idarə etmişdilər. Qədim
hind eposu olan «Mahabharata»da isə allahlar insanlarla vuruşurdu. Bunlar yalnız
miflərdir, real həyatda isə konkret tərəflər və onları təmsil edən insanlar müharibəni
başlayıb, onun müsbət və ya mənfi nəticəsinin şahidi olmaqla, özlərini tarixi taxçaya
pərçim edirdilər. Hər bir hökmdar və ya sərkərdə müharibəni qələbə istəyi və ümidi ilə
başlayır. Lakin həm də bəzən məğlubiyyətlə də üzləşməli olur. Lidiya çarı, var-dövləti
193
ilə şöhrət tapmış Krez orakulun müharibənin nəticəsinin necə olacağını, bir dövlətin
sıradan çıxacağını düzgün anlamadığına görə qüdrətli rəqib olan Böyük Kir tərəfindən
məğlub olmuşdu. Bəzi müharibəyə başlayanlar da öz bədbəxtliklərini allahın onlardan
üz döndərməsi ilə izah etməyə çalışırdılar. Müharibədə isə Allahın onu müşahidə
etməkdən başqa, yəqin ki, elə bir iştirakı yoxdur. İnsanlar öz şər əməllərinin,
imperiyaları da buna əlavə etmək lazımdır, nəticəsi kimi ondan əzab çəkməli olurlar.
Qədim yunan mifologiyasına görə, Krit adasındakı Minotavr Afinadan onun
gənclərinin həyatı şəklində bac alırdı. Çar oğlu Teseyin igidliyi hesabına Minotavrın
öldürülməsi nəticəsində belə dəhşətli bac verilməsinə son qoyuldu. İmperiyalar da çox
sayda xalqlardan hər cür bədbəxtliklərdən ibarət olan bac alır, yalnız onların Minotavr
kimi məhvi bu dözülməz bacın ödənilməsinə son qoya bilir.
Hitler Almaniyanı öz sələflərindən də iri imperiyaya çevirməyə can atırdı, III
Reyxin min il ömür sürəcəyinə ümid edirdi. O, bu sərsəm ideyasını öz xalqına da təlqin
edə bilmişdi, lakin onun yaratdığı nəhəng qan məkanının ömrü vur-tut altı il çəkdi və
sonra bu tayfunun mərkəzində dayanan Almaniyanın özü darmadağın olmaqla,
qaliblərin himayəsinə sığınan, iki müxtəlif tərəflərə baxan yarımmüstəqil dövlətlərə
çevrildi. Ölkənin ərazisi əcnəbi hərbi qüvvələrin bazaları üçün açılan ağuş rolunu
oynadı. O, 1935-ci ildə almanlara müraciət edərək deyirdi ki, paytaxt Berlini on ildən
sonra tanımaq mümkün olmayacaqdır. O, güman edirdi ki, Berlin çox abad və cözəl
şəhərə çevriləcəkdir. Onun öncəgörməsi yalnız şəhərin tanınmaz olması perspektivinə
görə düzgün çıxdı, 1945-ci ildə Müttəfiqlərin bombardmanlarından və hücumlarından
xarabazara çevrilmiş Berlini tanımaq mümkün deyildi. Əlbəttə, tarixin təkəri altına
hökmən günahsız adamlar düşür, lakin tarix ona meydan oxumaq istəyənləri də
qətiyyən bağışlamır, mütləq cəzalandırır.
Hitler özündən əvvəlki sərsəm fikirlərə düşmüş hökmdarların aqibətini
nəzərdən keçirsəydi, bu avantüraya girişməz və bəşəriyyətin xeyli hissəsini, öz xalqı da
qismən bura daxil olmaqla, belə bəlalara düçar etməzdi. Üçüncü Almaniya imperiyası
ximeradan başqa bir şey olmadı.
Dostları ilə paylaş: |