Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə12/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   8   9   10   11   12   13   14   15   ...   105
  

 

 

3. Qədim Roma imperiyası 

 

 Respublikanın yarandığı dövrdə Roma şimalda etrusklar, volskilər və ekvililər 



daxil olmaqla düşmənlərlə əhatə olunmuşdu. Latsiumu müdafiə etmək üçün Roma 

Latın icmaları ilə ittifaq bağladı, öz qonşuları ilə, demək olar ki, xeyli davam edən 

müharibələr aparırdı. Latın dövlətlərinin qiyamı baş verdikdə (b.e.ə. 340-cı il) Roma öz 

müttəfiqləri üzərində ağalığını artırdı. Bir müddət Mərkəzi Apennindən olan dağ 

adamları ilə – samnitlərlə mübarizə apardı. Onlar Romadan cənubda, Kampaniyada 

yaşayırdılar. Samnitlər üzərində qələbə ilə İtaliyanın xeyli iri hissəsinə nəzarət edib, 

yarımadanın cənubundakı yunan icmaları ilə birbaşa kontakta girdi. Tezliklə bu yunan 

şəhərlərindən bəziləri ilə düşmənçiliyə başladılar. Nəticədə onlar Epir çarı Pirrin 

köməyindən istifadə etdilər.  

Pirr 20 min qoşunla Adriatik dənizini keçəndən sonra romalıları iki dəfə 

döyüşdə məğlub etdi. Lakin hər iki döyüşdə ağır itkilər verməli oldu, buradan da 

ironiya xarakterli «Pirrin qələbəsi» ifadəsi meydana gəlmişdir. Daha bir vuruşda isə 

romalılar onu qəti məğlubiyyətə uğratdılar və İtaliyanın cənubunun da işğalını başa 

çatdırdılar.  

Romalılar İtaliyada ağalıq edərkən b.e.ə. 338-ci ildə Roma konfederasiyasını icad 

etdilər, bəzi xalqlara hətta Roma vətəndaşlığı verdilər. Romalılar təkcə yaxşı əsgərlər 

deyildilər, həm də inadkar idilər. Nəticədə onlar praktiki strategiya hissinə malik 

oldular. B.e.ə. 264-cü ildən koloniyalar – istehkamlanmış şəhərlər saldılar, yollar 

tikməklə onların sakinləri ilə əlaqə yaratdılar və səmərəli olan hərbi və kommunikasiya 

şəbəkələrinə yiyələndilər. Öz müharibələri üçün bütün İtaliyanın «top ətini» tam 

səfərbərliyə ala bildilər.  

İtaliya yarımadasını işğal etdikdən sora romalılar qüdrətli Aralıq dənizi dövləti 

olan Karfagenlə üz-üzə gəldilər. 

B.e.ə. 800-cü ildə Tirdən olan finikiyalılar tərəfindən salınan Karfagen, dəniz 

ticarət yolu üstündəki çox əlverişli bir yerdə yerləşmişdi və mühüm kommersiya 

mərkəzinə çevrilmişdi. Karfagen həm də tədricən qüvvətli hərbi dövlətə çevrildi. B.e.ə. 

III əsrdən Karfagen imperiyasına şimali Afrika sahili, cənubi İspaniya, Sardiniya, 

Korsika və qərbi Siciliya daxil idi. Qərbi Aralıq dənizindəki ticarətə inhisar hüququna 

malik olmaqla, Karfagen həmin zonada ən böyük və ən varlı dövlət idi.  

Birinci Puniya müharibəsi (b.e.ə. 264-241-ci illər) – Finikiya latın dilində Puniya 

adlanırdı, – iki Siciliya şəhəri arasındakı mübarizəyə, romalılar müdaxilə etməyi və ora 

ordu göndərməyi qərara alanda başlandı. Karfagenlilər Siciliyanı öz təsir sferası hesab 

edirdilər, ona görə də romalıların hərəkətini “Casus belli” – müharibəyə girməkdən 

ötəri formal səbəb və müharibə üçün əsl səbəb kimi qiymətləndirdilər. Hər iki tərəf 

müharibəyə girməklə Siciliyanı bütünlüklə işğal etmək qərarına gəlmişdi. Romalılar 

donanma barədə zəif olduqlarından gəmilər qayırmağa girişdilər. Karfagenlilər isə 




199 

 

döyüşü davam etdirmək üçün muzdlu əsgər toplamaqda çətinlik çəkirdilər. Hər iki 



tərəf uzun mübarizədə döyüşləri uduzsalar da, güclənən Roma donanması Karfagen 

hərbi-dəniz qüvvələrini məğlub etdi. Qərbi Siciliyanın şəhərlərinə Karfagenin nəzarət 

etməsinə son qoyuldu. B.e.ə. 241-ci ildə Karfagen sülh xahiş etməklə Siciliya barədəki 

bütün hüquqlarından imtina etdi və təzminat ödəməli oldu. 

İkinci Puniya müharibəsinə qədər olan dövrdə gözlənilmədən Karfagen dirçəldi. 

Hərbi xadim Hamilkar Barka Karfagenin İspaniyada sahib olduğu torpaqları 

genişləndirdi. Bu ərazilər onu canlı qüvvə ilə təmin edəcəkdi. Yerli ispanlar yaxşı 

əsgərlər idi, həm də onlar yaxşı qılınclara malik idilər. Hamilkar və onun varisləri 

heybətli piyada ordu qurdular və güman edirdilər ki, Karfagenin Roma ilə ikinci 

müharibəsi uğurlu olmaqla, Romanı məhz quruda məğlub etməkdən asılı olacaqdır.  

B.e.ə. 221-ci ildə Hamilkarın oğlu Hannibal atasının ölümündən sonra, bu vaxt 

onun 25 yaşı var idi, Karfagen siyasətinə istiqamət verən bir şəxsə çevrildi. Üç il sonra  

Roma və Karfagen yenidən müharibədə idilər. 218-ci ildə Hannibal Alpı aşıb İtaliyaya 

girdikdən sonra döyüşlərdə qələbə çalırdı. B.e.ə. 216-cı ildə isə o, Kannda Roma 

ordusunu darmadağın etdi. 40 mindən artıq romalı əsgər öldürüldü. Bir sıra italyan 

şəhərləri də Roma ağalığına qarşı qiyam qaldırıb, Hannibala tərəf keçdi. 

Lakin romalılar qiyam qaldırmış italyan şəhərlərinin bəzilərini yenidən tutdular. 

B.e.ə. 206-cı ildə Roma generali Publi Korneli Stsipion Hannibalın taktikasından istifadə 

edərək karfagenliləri İspaniyadan qovdu. Sonra isə müharibə birbaşa Karfagen 

ərazisinə keçdi. Karfagenlilər Hannibalı İtaliyadan geri çağırmağa məcbur oldular. 

B.e.ə. 202-ci ildəki Zama döyüşündə Stspion Hannibal və Karfagen qoşunları üzərində 

qəti qələbə çaldı. Karfagen İspaniyanı itirdi. Roma Aralıq dənizinin qərbində aparıcı 

qüvvəyə çevrildi.  

Lakin bəzi romalılar daha çox şeyə nail olmaq istəyirdi. Görkəmli siyasətçi 

Böyük Katon Karfagenin bütünlüklə məhv edilməsinin tərəfdarı idi və senatdakı hər bir 

çıxışını bu sözlərlə bitirirdi: «Və mən düşünürəm ki, Karfagen hökmən dağılmalıdır!» 

Karfagen sülh müqaviləsinə əməl etməyəndə Roma müharibə elan etdi. Stspion Emilian 

Kiçik Afrikalının başçılıq etdiyi Roma qüvvələri Karfagenlə üçüncü və axırıncı 

müharibəyə (b.e.ə. 149-146-cı illər) başladı. Bu vaxt romalılar Karfagenin son məhvi 

variantını həyata keçirirdilər. Karfagen ərazisi Afrika adlanmaqla əyalətə çevrildi.  

Roma imperiyası üç səhnədə qurulmuşdu: İtaliyanın işğalı, Karfagenlə münaqişə 

və qərbi Aralıq dənizindəki ellinistik çarıqların özünə cəlb və tabe edilməsi yolu ilə. 

Romalılar imperiya yaratmağın böyük planına malik deyildilər. Həqiqətən də, 

romalılar yalnız müdafiə məqsədlərinə görə və ya müttəfiqlərini müdafiə etmək üçün 

müharibə elan edirdilər. Lakin Roma kübarlığından bəziləri ərazinin genişlənməsinə 

rəğbətlə yanaşır və ondan fayda gözləyirdilər. Bol qul əməyi ehtiyatına malik olurdular, 

bu da böyüməkdə olan malikanə torpaqlarını becərtdirməyə imkan verirdi. 

Yunanıstanda Korinfin və Afrikanın şimalında Karfagenin dağıdılmasından (hər ikisi 

eyni ildə baş vermişdi) Roma imperializmi daha lovğa və zorakı olana çevrilmişdi. 

İmperiya artıq Avropada və Asiyada isə Yaxın Şərq əraziləri hesabına xeyli 

genişlənmişdi.  

Qay Yuli Sezarın b.e.ə. 44-cü ildə qətlə yetirilməsi ilə Romada başqa bir vətəndaş 

müharibəsi səhnəsi meydana gəldi və bu, respublikaya ölümcül zərbə vurdu. Roma 



200 

 

imperiyası nə qədər geniş olsa da, iki rəqibə – Oktaviana və Antoniyə xırda gəlirdi və 



bu düşüncə onları münaqişəyə cəlb etdi. B.e.ə. 31-ci ildə Oktavianın qüvvələri 

Yunanıstandakı Aktsi döyüşündə Antoninin və onun məşuqəsi , Misir çariçası 

Kleopatranın ordularını və donanmalarını darmadağın etdi. Onların hər ikisi Misirə 

qaçdı və başqa çıxış yolu görmədiklərindən, bir-birinin ardınca özlərini intihar etmək 

qərarına gəldilər. 

Nəhayət, Roma dünyasına – Pax Pomana-ya sülh gəldi. Son iki yüz ildəki ən 

möhkəm stabillik məhz Oktavian dövründə hökm sürdü. Romalılar antik dövrün ən 

böyük imperiyasında sülh yarada bildilər.  

Avqust Yuli-Klavdi sülaləsini yaratmışdı, sonrakı dörd hökmdar onun özünün 

və ya arvadının nəsli ilə qohum idi. Bu sülalənin hökmdarları qabiliyyətlərinə görə bir-

birindən xeyli fərqlənirdi. Tiberi səriştəli general və bacarıqlı inzibatçı idi. Tiberinin 

nəvəsi və Avqustun nəticəsi olan Kaliqula tiran davranışı nümayiş etdirirdi. Klavdi 

arvadının iyrənc davranışından əziyyət çəkirdi, özü isə savadlı və səriştəli hökmdar idi. 

Neron dövlət işlərinə, xüsusən hərbi məsələlərə laqeyd idi. Sülalənin yıxılması 

Neronun hökmranlığı dövrünə təsadüf etdi. Neron ilk illərdə filosof Senenakın 

məsləhəti ilə yaxşı işləsə də, tezliklə öz vəzifəsini yerinə yetirməkdən yoruldu və özünü 

digər maraqlara – səslə oxumağa, aktyorluğa, at çapışına və cinsi eybəcərliklərə tabe 

etdi.  


İlk dəfə Flavi sülaləsindən olanlar, xüsusilə Domitsian printseps sözündən 

imtina edib imperator titulundan istifadə etməyə başladı. İmperator tezliklə mütləq 

monarxa çevrildi. 

196-180-ci illərdə beş nəcib imperator hakimiyyətdə oldu. Nerva, Trayan, Adrian, 

Piy, Mark Avreli imperiyanı möhkəmləndirməklə yanaşı, bacarıqlı adamlar kimi 

dövlətin yaxşı qaydada idarə edilməsinə çalışırdılar. Onların dövründə çox sayda 

akveduk, körpü, yollar və limanlar tikilmişdi, ictimai işlər bütün əyalətlərdə və 

Romanın özündə aparılırdı. Trayan Romada yeni forum tikdirmişdi, orada onun 

qələbələrinə həsr olunmuş qüllə var idi. Adrianın Panteonu «bütün allahların məbədi» 

olmaqla, Romada indiyədək salamat qalan ən böyük antik tikililərdən biridir.  

II əsrdə Roma imperiyasının ərazisi 3,5 milyon kv.mil idi və Han Çininə bənzər 

qaydada onun əhalisi 50 milyon nəfər idi. Bu geniş ərazinin idarə edilməsi daim qayğı 

və diqqət tələb edirdi.  

Avqustdan sonra da bəzi imperatorlar öz məsuliyyətlərinə ciddi yanaşırdılar. 

Məsələn, Adrian imperiyanın bütün əyalətlərinə b.e. 121-132-ci illərində səfər etmişdi.  

Nəhəng imperiyanın mərkəzində qədim şəhər Roma dururdu. Həqiqətən 

paytaxt şəhəri olmaqla Roma imperiyadakı bütün şəhərlərdən daha çox sayda olan 

əhaliyə malik idi. Avqustun dövründə onun əhalisinin sayı bir milyona qədər idi. Çox 

sayda xalqları özünə maqnit kimi cəlb edən  Roma həm də müstəsna  dərəcədə 

kosmopolit şəhər idi. İmperiyanın hər yerindən olan millətlər burada məskunlaşırdı, 

yunanlar və suriyalılar kimi xüsusi qruplar bütövlükdə bir-birinə qonşu idilər. Burada 

gün ərzində arabaların hərəkəti qadağan olunmuşdu. Gecələr nəqliyyatın səsi çox vaxt  

adamların yatmağını çətinləşdirirdi. Axşamlar  piyada gəzinti təhlükəli idi, adamlar 

öldürülə, qarət edilə və ya binaların yuxarı mərtəbələrindən atılan çirkli su ilə  islana 

bilərdi.  



201 

 

Roma şəhərində varlılarla kasıblar arasında dərin uçurum var idi. Baş verən 



yanğını söndürmək çox çətin olurdu. Ədalətsiz olaraq Neron tərəfindən başlanıldığı 

güman edilən 64-cü ilin məşhur böyük yanğınında şəhərin yaxşı hissəsi xarabalığa 

çevrilmişdi. Yaşayış şəraiti çox qeyri-rahat olduğundan kasıb romalılar vaxtlarının 

çoxunu evdən kənarda, küçədə keçirirdilər.  

Böyük imperiyanın mərkəzi olsa da, Roma həmçinin böyük parazit idi. Avqust 

dövründən başlayaraq şəhər əhalisini qida ilə təchiz etmək məqsədilə 200 min nəfərə 

qədər adam pulsuz taxıl alırdı. Hətta pulsuz taxıl da kasıbların pis həyat şəraitini 

yüngülləşdirə bilmirdi. Şəhər uşaqları içərisində raxit xəstəliyi geniş yayılmışdı. 

Adamları, şair Yuvenalın yazdığı kimi, yalnız çörək və sirk (tamaşa) düşündürürdü.  

İmperator və digər dövlət vəzifəliləri dövlətin böyük bayramlarının bir hissəsi 

kimi ictimai tamaşalar təşkil edirdilər. İlin yüz günündən də çoxunda belə ictimai 

bayramlar təşkil edilirdi. Buna üç növ əsas əyləncə daxil idi: Böyük Sirkdə at və döyüş 

arabası qaçışı yüz minlərlə adamı cəlb edirdi. Bu vaxt teatrlarda isə dram və ya digər 

tamaşalar göstərilirdi. Qladiator tamaşası Roma cəmiyyətinin tərkib hissəsi idi. Onlar 

amfiteatrda keçirilirdi. Ən məşhur olan, indiyədək qalmış Flavi amfiteatrında, bu, 

«Kolizey» adlanırdı, 50 min nəfərlik tamaşaçı yeri var idi. Qladiator oyunları dan yeri 

söküləndən qaranlıq düşənə qədər davam edirdi. Bu qan axıdılması tamaşaları Roma 

xalqı arasında müstəsna dərəcədə populyar idi. Bu təkcə ictimai əyləncə deyildi, həm 

də siyasi və sosial bir vəzifə daşıyırdı. İmperator Trayanın dediyi kimi, “o, başa 

düşürdü ki, əgər taxıl və pul paylanması fərdi məmnunluğa səbəb olursa, tamaşalar isə 

kütlənin məmnun olması üçün vacibdir».  

Roma imperiyasında xristianlar IV əsrin əvvəllərinə qədər təqib olunur, 

öldürülürdü. 180-ci ildə Afrikada, Karfagen yaxınlığında kişilərdən və qadınlardan 

ibarət kiçik xristian qrupu “xristian dininə müvafiq qaydada yaşadıqlarını etiraf 

etdiyinə görə» mühakimə olunmuş və ölümə məhkum edilmişdi. Onlar qılınc zərbəsi 

ilə edam ediləcəklərini bildikdə demişdilər: «Biz Allaha minnətdarıq». Xristianların 

çoxu üçün şəhid olmaq İisusun nümunəsini təkrar etmək qaydasında xilasa nail olmaq 

mənasını verirdi. Onlar bunu «Allahın mərhəmətinin sübutu» hesab edirdilər. 

Şəhidlərin qanı «kilsənin toxumu» kimi qiymətləndirilirdi.  

Lakin bu yeni din – xristianlıq böyüməkdə davam edirdi. İmperatorlar 

Diokletian və Konstantin bir sıra islahatlar həyata keçirdilər ki, bu, sonrakı imperiyaya 

yeni dövlət dini vermək prosesinin başlanğıcı oldu. Burada yeni dövlət dini – xristianlıq 

meydana gəldi.  

Əyalətlərdə çoxlu tikililər inşa edildiyinə görə Roma artıq sadəcə simvolik 

paytaxta çevrilmişdi. 324-cü illə 330-cu il arasında Konstantin özünün böyük layihəsinə, 

şərqdə, yunan şəhəri Bizantiumun yaxınlığında, Bosforun sahilində yeni paytaxt şəhəri 

tikdirməyə başladı. «Konstantinin şəhəri» və ya Konstantinopol adlanmaqla bu yaşayış 

məkanı müdafiə məqsədləri üçün yaradılırdı, çünki olduqca böyük strateji əhəmiyyətə 

malik olan bir yerdə yerləşirdi. 330-cu ildə və sonrakı illərdə «Allahın göstərişi ilə» 

orada çox sayda xristian kilsələri tikildi.  

IV əsrdə xristianlıq əvvəllər heç vaxt olmadığı kimi çiçəklənməyə başladı və 

imperator Konstantin bu dinin yeni statusunun meydana gəlməsində mühüm rol 

oynadı. O, xristianlığı 312-ci ildən dəstəkləməyə başladı, bu vaxt o, Tibr çayı üzərindəki 



202 

 

Milviya körpüsü üstündə həlledici döyüşdə Maksentinin qüvvələrinə qalib gəlmişdi. 



Döyüşdən əvvəl o, «Bu əlamətdə son qalib gələcəksən» sözləri yazılmış xristian xaçının 

təzahür etdiyini görmüşdü. Döyüşü udan Konstantin xristian Allahının qüvvəsinə 

inanaraq, 313-cü ildə məşhur Milan ediktini dərc etmişdi. Bu sənədə görə xristianlığın 

mövcudluğuna rəsmi qaydada tolerant yanaşılması irəli sürülürdü. I Böyük Teodosinin 

hökmranlığı (379-395-ci illər) altında isə xristianlıq Roma imperiyasının rəsmi dini oldu. 

Xristianlıq zəfər çaldı.  

Vestqotların lideri olan Alarix 395-ci illə 401-ci il arasında Balkanlarda hərəkət 

edib, Roma vəzifəlilərindən ərzaq və pul alırdı. 408-ci ildə Roma şəhəri onun bu 

tələbindən imtina etdikdə o, şəhərin qapısı qarşısında dayandı. Roma böyük məbləğdə 

qızıl və gümüş pul verdi ki, o, şəhərdən geri çəkilsin. İki il sonra Alarix üç gün ərzində 

qoşunları ilə Romanı qarət etdi.  

476-cı ildə alman mənşəli vandal əsgərlərinin yeni ağası Odoakr Roma 

imperatorunu devirdi və özünü alman çarı elan etdi. Bundan 12 il əvvəl vandallar 

müdafiəsiz olan Roma şəhərini qarət etmişdilər. Beləliklə, qərbdə Romanın imperial 

hakimiyyəti başa çatdı. Sonrakı Roma imperiyası yeni alman çarlıqlarında yaşamaqda 

davam etdi.  

Roma imperiyasının məhvə məhkumluğu artıq görünürdü. Bunun bir neçə 

səbəbi var idi. Onlardan biri Romanın almanlarla yüz ildən artıq davam edən arası 

kəsilməyən müharibələr aparması idi. İmperiya hərbi dövlətə çevrilmişdi, ağır hərbi 

xərclər bir vaxtlar onun çiçəklənən kəndlərini və şəhərlərini viran qoymuşdu. Bununla 

yanaşı, Roma ordusunda alman muzdluları artıq çoxluq təşkil edirdi. Muzdlular 

məsələsində Roma özünün əzdiyi məşhur düşməni Karfagenə bənzəyirdi. Roma 

vətəndaşlığı alan almanlar hətta hərbi xadimlərə və yüksək vəzifəli məmurlara 

çevrilmişdilər. Ona görə də Roma imperiyasına xaricdən olan alman təhlükəsi ilə 

yanaşı, daxildən də bu imperiya almanlaşmışdı. Müqəddəs Avqustin yaxşı demişdi ki,  

Romulun yaratdığı Yer şəhəri olan dövlət niyə də dağılmasın.  

Hələ IV əsrdə Roma imperiyasının qərb və şərq hissələri arasında bölünməsi baş 

vermişdi. Almanlar imperiyanın qərbinə girəndə, oradan V əsrdə müxtəlif çarlıqlar 

yaradanda şərqdə Roma imperiyası, mərkəzi Konstantinopol olmaqla möhkmələnir və 

inkişaf edirdi. VI əsrdə ən bacarıqlı hökmdarlardan biri olan Yustinian bütün Aralıq 

dənizi dünyasında Roma imperiyasını yenidən qurmağa cəhd etdi və 533-cü ildə qərb 

ərazisini yenidən tutmağa başladı. Şimali Afrikada iki döyüşdə vandallar sürətlə məhv 

edildi. Sonra Apennindəki ostqotlar məğlub edildi. Bu mübarizə İtaliyanı viran qoydu, 

barbar müdaxilələrinə nisbətən ölkə Yustinianın qələbələrindən daha çox ziyan çəkdi. 

O, ölümündən əvvəl Aralıq dənizi dünyasını bərpa etməyə müvəffəq oldu. Bu 

imperiyaya Şimali Afrika, Kiçik Asiya, Palestina və Suriya daxil idi.  

VII və VIII əsrlərdə Bizans imperiyası, (Şərqi Roma imperiyası əsasən belə 

adlanırdı), ərazisinin çoxunu, onların slavyanların, bolqarların və müsəlmanların əlinə 

keçməsi nəticəsində itirdi. 750-ci ildən imperiya yalnız Kiçik Asiyadan, Balkanların bəzi 

torpaqlarından və İtaliyanın cənub sahillərindən ibarət idi. Bolqarlar yeni hücumlar 

edir, ərəblər imperiyanı narahat etməkdə davam edirdi. IX-XI əsrlərdə Bizans 

imperiyasında makedoniyalılar adlanan yeni sülalə meydana gəldi, sülalənin 

hökmdarları xarici düşmənlərə qarsı müqavimət göstərir, ölkə daxilində qayda 



203 

 

yaradırdılar. Onlar bir sıra mühüm nailiyyətləri ilə öyünürdülər. Azad fermerlərin 



mövqelərini möhkməmləndirdilər, onlar da imperiyanın hərbi gücünü canlı qüvvə ilə 

təmin edirdilər. Bu vaxt Qərbi Avropa ilə genişlənən ticarət nəticəsində iqtisadi inkişaf 

sıçrayışı əmələ gəlmişdi. İnkişaf hesabına Konstantinopol şəhəri də çiçəklənmişdi.  

Bolqarlar məğlub edilmiş, Bolqarıstanın şərq və qərb hissələri imperiyaya 

anneksiya edilmişdi. 1025-ci ildə Bizans imperiyası yarandığı VII əsrin başlanğıcından 

daha böyük olmuşdu.  

 

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin