Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Yeni torpaqlardan gələn mənfəət. İspaniyanın tənəzzülü



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə28/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   24   25   26   27   28   29   30   31   ...   105
6. Amerikalardakı imperiyalar 

 

XVI əsrdə İspaniya və Portuqaliya Amerikalarda iri müstəmləkə imperiyaları 



yaratdılar. Portuqaliya Braziliyadakı imperiyasından fayda götürməkdə davam edirdi. 

İspanlar həmçinin nəhəng Cənubi Amerika imperiyasını saxlayırdılar, lakin XVIII əsrdə 

ispanların əhəmiyyəti kommersial dövlət kimi gümüş mədənlərində istehsalın aşağı 

düşməsi və İspaniya monarxiyasının yoxsullaşması ilə sürətlə tənəzzülə uğradı.  XVIII 

əsrin başlanğıcından Portuqaliya və İspaniyanın hər ikisi hollandlar, ingilislər və 

fransızlar tərəfindən öz Amerika imperiyalarına yeni bir meydan oxumanın şahidi 

oldular, onlar da Yeni Dünyada artan dərəcədə öz müstəmləkə imperiyalarını 

yaratmağa çalışırdılar. Fransız və ingilis müstəmləkə imperiyaları Yeni Dünyada Qərbi 

İndiyaların böyük hissəsini əhatə edirdi. İngilislər Barbadosa, Yamaykaya, Bermudaya 

sahib idilər, fransızlara isə Santo-Dominqo, Martinika və Qvadelupa məxsus idi. Bu 

tropik adalarda onlar Afrika qullarının işlədikləri plantasiya iqtisadiyyatını inkişaf 

etdirirdilər. Plantasiyalar tütün, pambıq, kofe, şəkər, Avropada yüksək tələbata malik 

olan digər bütün məhsulları istehsal edirdilər.  

Kariblərdəki şəkər plantasiyaları «şəkər fabrikləri» adlanmaqla, xüsusilə mühüm 

rol oynayırdı. XVI əsrin son iki onilliyindən Yamaykadakı Britaniya müstəmləkəsi ildə 

50 min ton şəkər istehsal edirdi, orada 200 min qara adamın qul əməyindən istifadə 

olunurdu. Santo-Dominqodakı (sonralar Haiti) fransız müstəmləkəsində eyni vaxtda 3 

min plantasiyada 500 min qul işləyirdi. Müstəmləkə ildə 100 min ton şəkər istehsal 

edirdi. Lakin burada qullarla zorakı rəftardan ölüm dərəcəsi faizi yüksək olmaqla 

istehsal baha başa gəlirdi. Bu da təəccüblü deyildi ki, Santo-Dominqo ilk yer idi ki, 

orada 1793-cü ildə qul üsyanı qalxmışdı.  

İspaniyanın okeanın o tərəfindəki Amerika imperiyasının bir hissəsi kimi bütün 

Şimali Amerikaya iddia etməsinə baxmayaraq, digər millətlər bu iddiaya elə bir məhəl 

qoymurdular. Britaniya müharibə edirdi ki, «sahib olmadan nəyisə öz adına yazmaq 

heç nəyə kömək etmir». Hollandlar Amerika qitəsində ilk məskən quran xalqların 

arasında idi. Onların fəallığı Hollandiya tərəfindən himayəyə götürülmüş ingilis 

tədqiqatçısı Henri Hadson öz adını daşıyacaq çayı 1609-cu ildə kəşf etdikdən sonra 

başladı. Bir neçə il ərzində hollandlar Nyu-Niderland qitə koloniyasını qurdular, bu 

koloniya Hadson çayının mənsəbindən şimalda uzaq Olbaniyə, Nyu-Yorka qədər 

uzanırdı. Bu gün Steytn adası və Harlem adlananlar hollandların əvvəlcədən Hadson 

çayı vadisində məskunlaşdıqları vaxtdan qalmışdı.  

XVII əsrin ikinci yarısında ingilislərlə fransızların başladıqları rəqabət və bu 

rəqiblərin illərlə gedən müharibələri holland kommersiya imperiyasının tənəzzülünə 

aparıb çıxardı. 1664-cü ildə ingilislər Nyu-Niderland koloniyasını tutdular və onun 

adını dəyişib Nyu-York etdilər. Bundan sonra tezliklə Holland Qərbi İndiya 

Kompaniyası bankrot oldu.  




227 

 

Həmin vaxtdan ingilislər Şimali Amerikada özlərinin koloniyalarını qurmağa 



başladılar. Amerikada ilk ingilis daimi məskunlaşma yeri 1607-ci ildə indiki Virciniyada 

yaradılan Ceymstaun idi. Bu məskən güclə salamat qalmaqla, amerikan torpaqlarının 

koloniyalaşdırılmasının sübutu olmaqla, heç də vacib olan tez mənfəət gətirməyə qadir 

olmadı. Dinlə iqtisadi mənafelərin birliyi təcrübəsinə olan istəyi məhz uğurlu 

məskunlaşma olan Massaçusets Körfəzi Kompaniyası nümayiş etdirdi. Massaçusets 

koloniyası ilk illərdə (100 nəfərlik qrup bura 1620-ci ildə gəlib çıxmışdı) 4 min sakindən 

ibarət idi 1660-cı ildən isə sakinlərin sayı 40 min nəfərə çatdı. XVII əsrin sonundan 

ingilislər indiki Birləşmiş Ştatların şərqindəki dəniz ətrafının əksər hissəsinə nəzarət 

edirdilər.  

Britaniya Şimali Amerikası artıq on üç koloniyadan ibarət oldu. Onlar sıx əhaliyə 

malik idilər. 1750-ci ildə burada artıq 1,5 milyon əhali var idi və həm də koloniyalar 

iqtisadi cəhətdən inkişaf edirdi. Bu on üç koloniya qanunvericiliyə malik olmaqla, 

müstəqil qaydada hərəkət etməyə meyl edirdi. Liman şəhərləri olan Bostondakı, 

Filadelfiyadakı, Nyu-Yorkdakı və Çarlstondakı tacirlər Britaniya hökuməti tərəfindən 

olan nizamlanmalara narazılıqlarını bildirir və müqavimət göstərirdilər.  

Britaniya koloniyaları həm Şimali Amerikada, həm də Vest İndiyada merkantilist 

nəzəriyyəni qoruyub saxlamaq rolunu oynayırdılar. Onlar ana ölkəni xammalla təmin 

edir, bu vaxt axırıncının manufaktura mallarını alırdılar. Naviqasiya hərəkətləri 

nizamlanmaqla mallar koloniyalardan götürülüb, onlara da satıla bilərdi. Nəzəri 

cəhətdən ticarətdəki tarazlıq ana ölkənin mənafeyini təmin etməli idi.  

Fransızlar da Şimali Amerikada müstəmləkə imperiyasını qurdular. 1534-cü ildə 

fransız tədqiqatçısı Jan Kartyer Müqəddəs Lavrenti çayını kəşf etmişdi və Kanadanın 

Fransa torpağı olması kimi iddia irəli sürmüşdü. 1608-ci ildə Semyuel de Şamplen 

Kvebekdə məskən qurdu və fransızlar Kanadaya müstəmləkə kimi daha çox maraq 

göstərməyə başladılar. 1663-cü ildə Kanada Fransa taxt-tacının mülkiyyətinə çevrildi və 

ora fransız əyaləti kimi fransız qubernatoru tərəfindən idarə olunurdu. XVII əsrin 

ortalarından orada 15 min kanadalı fransız var idi. Lakin 1713-cü ildən Utrext 

müqaviləsinə görə Fransa özünün Amerika torpaqlarını, rəqibi olan Britaniyaya 

verməyə başladı. Yeddiillik müharibənin nəticəsi kimi isə 1763-cü ildə öz Kanada 

torpaqlarının qalanını da İngiltərəyə təslim etdi.  

Britaniya və Fransa rəqabəti həmçinin Latın Amerikasında İspaniya və 

Portuqaliya müstəmləkə imperiyaları arasında da müşahidə olunurdu. İspaniyanın və 

Portuqaliyanın tənəzzülü hər iki dövləti öz müstəmləkələrindən gələn resurslardan 

daha çox asılı etmişdi. Bu imperiyaların bir xüsusiyyəti də ondan ibarət idi ki, Mərkəzi 

və Cənubi Amerikada indi Latın Amerikası adlanan yeni sivilizasiya meydana 

gəlmişdi.  

Qərb yarımkürəsinə gələn ispanlar və portuqaliyalılar sayca yerli hindulardan az 

idi. Yeni gələnlərin çoxu kişi cinsindən olduğundan onlar yerli qadınlarla təkcə intim 

yaxınlıqdan həzz almırdılar, həm də eyni dərəcədə onlarla evlənirdilər. Artıq 1501-ci 

ildə ispan hökmdarları avropalılarla yerli amerikan hindularının evlənmələrinə icazə 

vermişdilər, həmin nikahdan da metislər əmələ gəlmişdi.  

Latın Amerikasına gətirilən adamların digər qrupu afrikalılar idi. Üç əsr ərzində 

ispanlar və portuqaliyalılar plantasiyalarda işləmək üçün 8 milyon qul gətirmişdilər. 



228 

 

Afrikalılar həmçinin Amerikanın multikultural xarakterinə köməklik göstərmişdilər. 



Afrikalıların və ağların törəmələri olan mulatlar metislərlə, ağların, afrikalıların və yerli 

hinduların övladları ilə birləşirdilər ki, Latın Amerikasının unikal cəmiyyətini əmələ 

gətirsinlər. Avropaya və Britaniya Şimali Amerikasına bənzəməyərək, çünki axırıncının 

əhalisi əsasən Avropadan ağ mənşəyi götürürdülər, Latın Amerikası, burada irq barədə 

elə bir kəskin münasibət olmadığından, multikultural cəmiyyətə çevrilirdi.  

İşğal edilmiş zonaların ekologiyası da avropalılara öz təsirini göstərirdi. 

Avropalılar Amerikalara atları və mal-qaranı gətirmişdilər, bu, hinduların həyatını 

inqilabiləşdirmişdi. Mal-qara yetişdirənlər qarğıdalı becərilməsi kimi kənd təsərrüfatı 

təcrübəsinə yiyələnirdilər, bu da mal-qara yetişdirən iri malikanələrin inkişafına səbəb 

olurdu. Cənubi Amerika sonralar iri ət məhsulu ixracçısına çevrildi. Avropalılar 

həmçinin buğda kimi yeni taxıl növünü və şəkər qamışını gətirdilər, onları iri 

plantasiyalarda yerli və idxal edilmiş qul əməyi becərirdi. Dünyanın digər hissələrinə 

səfər vaxtı avropalılar həmçinin özləri ilə Yeni Dünyanın bitkilərini oralara gətirirdilər. 

Beləliklə, avropalılar XVII əsrdə Afrikada şirin kartofun və qarğıdalının (hindu taxılı) 

becərilməsini tətbiq etdilər.  

 

 



 

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin