da kəşf etdilər. Digər avropalılar da bu işi görməyə başladılar.
221
Portuqaliyalılar Afrikalının hər iki – qərb və şərq sahillərində hər şeydən əvvəl
qızıl ticarətinə ağalıq etmək üçün fortlar tikdilər. Ancaq XVII əsrin ortalarında
hollandlar Qərbi Afrika sahillərindəki bir neçə fortu tutdular və elə həmin vaxt Hind
okeanından keçən Portuqaliya qızıl ticarətinin çoxunu öz nəzarətləri altına aldılar.
1602-ci ildə yaranan ticarət koloniyası olan Holland Şərqi İndiya Kompaniyası
hökumətin sponsorluğu ilə həmçinin Cənubi Afrikada, Xoş Ümid Burnu yaxınlığında
məskən saldı. Bu Ədviyyat adaları yolundakı Holland gəmilərini qida və digər
ehtiyatlarla təmin etmək üçün bir baza olacaqdı. Həqiqətən də bu, daimi koloniyaya
çevrildi, burlar kimi tanınan holland fermerləri burada Keyptaun şəhərinin ətrafında
məskunlaşmağa başladılar. Mülayim iqlimi ilə yanaşı, tropik xəstəliklərdən azad olan
bu zona məskunlaşmaq üçün avropalıların diqqətini cəlb etdi.
Afrika sahil xəttinin avropalılar tərəfindən tədqiq edilməsi qitənin içərilərində
yaşayan afrikalıların çoxuna toxunmurdu, lakin sahilə yaxın yaşayan adamlara onun
təsiri böyük idi. XVII və XVIII əsrlərdə qul ticarəti böyüdükcə minlərlə, sonra isə
milyonlarla afrikalı öz vətənindən köçürülüb, zorla Yeni Dünyanın plantasiyalarına
daşınırdı.
Qul ticarəti yolu heç də yeni deyildi. Dünyanın digər zonalarında olduğu kimi,
qədim zamanlardan Afrikada da quldarlıq mövcud idi. Afrika qullarının ilkin bazarı
Orta Şərq idi, orada onların çoxu ev nökərləri kimi istifadə olunurdu. Bir çox Avropa
ölkələrində də həmçinin quldarlıq var idi, ora qullar Afrikadan və ya müharibə əsirləri
kimi Qara dənizin şimal regionlarından gətirilirdi, ev işlərinə kömək etməkdə və ya
kənd təsərrüfatı işçiləri kimi istifadə edilirdi.
İlk başlanğıcda portuqaliyalılar sadəcə avropalı qulları afrikalılarla əvəz etdilər.
XV əsrin ikinci yarısı ərzində hər il bir minə yaxın qul Portuqaliyaya gətirilirdi. 1490-cı
illərdə Amerikaların kəşfi ilə cənubi Amerikada və Karib adalarında şəkər qamışının
becərilməsi situasiyanı kəskin surətdə dəyişdi.
Şəkər qamışı Avropaya ilk dövrlərdə Orta Şərqdən səlibçilər vasitəsilə
gətirilmişdi. XV əsp ərzində isə şəkər qamışı plantasiyaları Braziliyanın şərq sahilində
və Karib dənizinin bir neçə adasında yaradıldı. Qamışdan olan şəkərə tələbat
böyüdükcə, daha çox işçi qüvvəsi tələb etməyə başladı və bu tələbat Yeni Dünyada
xəstəliklərdən xeyli azalmış amerikan hindu əhalisi ilə ödənə bilməzdi. Qərbi
Afrikanın çox hissəsinin iqlimi və torpağı şəkər qamışı becərilməsinə yararlı
olmadığından, Afrika qulları Braziliyaya və Karib adalarına daşınmağa başlandı ki,
orada plantasiyalarda işləsinlər. 1518-ci ildə ilk ispan gəmisi afrikalı qulları Afrikadan
birbaşa Yeni Dünyaya gətirmişdi.
Sonrakı iki əsr ərzində qul ticarəti xeyli artdı və Avropa, Afrika və Amerika
qitələrini birləşdirən «üçbucaq ticarətin» bir hissəsinə çevrildi. Bu, yeni Atlantika
iqtisadiyyatını xarakterizə edirdi. Avropalı tacir gəmiləri (əsasın İngiltərə, Fransa,
İspaniya, Portuqaliya və Holland respublikasına məxsus olanlar) tüfəng, cin (spirtli
içki) və parça kimi Avropa manufaktura mallarını Afrikaya daşıyırdı, oradan isə qul
yükü ilə qayıdırdı. Qullar Amerikalara göndərilib, satılırdı. Avropa tacirləri sonra
tütün, patka, şəkər, rom, kofe və xam pambığı alıb, onları Avropa bazarlarında satmaq
üçün həmin qitəyə göndərirdilər.
222
XVI əsr ərzində təqribən 275 min afrikalı qul edilərək, başqa ölkələrə
göndərilmişdi, onlardan hər il 2 mini təkcə Amerikaya gəlirdi. XVII əsrdə qulların sayı
1 milyondan artığa qalxdı, XVIII əsrdə isə ticarət Qərbi və Mərkəzi Afrikadan Şərqi
Afrikaya yayılanda 6 milyon nəfərə çatdı. XIX əsrdə Böyük Britaniya və digər Avropa
ölkələri qul ticarətinə son qoymağa cəhd etdikdə, hətta bu vaxt Afrikadan 2 milyon qul
ixrac edilmişdi. Bütövlükdə XVI və XIX əsrlər arasında 10 milyona qədər afrikalı qul
Amerikalara göndərilmişdi. Onun yarısına qədəri Britaniya gəmilərində daşınmışdı,
qalanları fransız, holland, Portuqaliya, Danimarka və sonralar isə Amerika gəmilərində
daşınmanın payına düşürdü.
Qulların təəccüb doğuran sayının bir səbəbi də ölüm dərəcəsinin yüksək olması
idi. Afrikadan Amerikalara qulların səfəri Orta Keçid kimi məşhurdur, bu, üçbucaq
ticarət yolunun orta ayağı idi. Afrika qulları bir gəmidə 300-dən 450-yədək adam
olmaqla, yük gəmilərinə yüklənirdilər, orada ayağa qalxmaq üçün heç bir yararlı otaq
olmurdu və ya qullar sanitar qaydalara riayət edilmədən zəncirdə saxlanırdılar.
Onların Amerikaya səfəri vaxtı belə vəziyyətdə ən azı 100 gün qalırdılar. Ölüm
dərəcəsi orta hesabla 10 faiz idi. Tufan və ya əks tərəfə əsən külək nəticəsində əmələ
gələn daha uzun səfərlərdə ölüm dərəcəsi xeyli yüksək olurdu. Yeni Dünyada doğulan
və böyüyən qulların arasında ölüm dərəcəsi aşağı olurdu, yeni nəsil çox sayda ölümcül
xəstəliklərə qarşı immunitet qazanırdı. Qul sahiblərinin çoxu, xüsusən Qərbi İndiyada
olanlar inanırdılar ki, yeni qulu satın almaq, uşağı doğulandan yeniyetməlikdə işləyənə
qədər böyütməkdən daha az xərcə başa gəlir.
Qul ticarətinin effekti zonadan zonaya fərqli idi. Əlbəttə, bu qulların və onların
ailələrinin həyatlarına faciəli təsir göstərirdi. Qul ticarəti həm də bir sıra zonaların
əhalisinin azalmasına və çox sayda Afrika icmalarını, özünün gənc və bədəncə möhkəm
üzvlərindən məhrum edirdi. Qul ticarətinin siyasi effektləri də viranedici idi. Daimi qul
ehtiyatını saxlamaq ehtiyacı da Afrika qəbilə başçıları arasında müharibələri və
zorakılığı artırırdı.
Avropa intellektualları tərəfindən humanitar hissiyyat xorunun qalxmasının
əksinə, qara qullardan istifadə Qərb cəmiyyəti üçün uzun müddət ərzində xeyli
dərəcədə yararlı olaraq qalırdı.
Dostları ilə paylaş: