Bir çox avropalılar üçün xarici ölkələrə ekspansiya torpaq, var-dövlət əldə etmək
yiyələnməyə və «centlmen» adlanmağa ümid edirdilər». Baxmayaraq ki, bəzi arvadlar
xaricə gedən ərlərinə qoşulurdular, Avropanın çox sayda adi qadınları Yeni Dünyada
«fahişə əgər gözəldirsə, hansısa varlı plantatorun arvadına çevrilə bilərdi». Bəzi
qadınlar isə gözləmədikləri halda ərləri öldürüldükdə, xeyli var-dövlətə sahib
olurdular. 1700-cü ilədək Mərkəzi Amerika zonasında qadınlar torpaq malikanələrinin
Avropalıların ekspansiyası işğalçılara digər səmərə də verirdi. Avropalılar Yeni
“ispan işğalçıları qızılı çox istəyir, ona xüsusi ehtiras bəsləyirdilər. Onların bədənləri
tamahkarlıqdan şişirdi. Onların aclığı acgözlük idi, qızıl üçün donuzlar kimi aclıq
çəkirdilər”. Amerikalardan daşınan qiymətli mineral İspaniyanı qızıl «sərxoşu» etmişdi.
Zəngin gümüş yataqları Meksikada və Cənubi Peruda tapılıb, istismar edilirdi. Qızıl və
gümüş yalnız o məhsullar idi ki, Yeni Dünya ilə Köhnə Dünya arasındakı mübadilənin
bir hissəsinə çevrilmişdi. Tarixçilər isə Avropa ilə Amerikalar arasında bitkilərin və
verirdilər. Avropalılar atları, mal-qaranı və buğdanı Yeni Dünyaya gətirəndə, oradan
onlar kartof, şokolad, qarğıdalı, pomidor və tütün kimi kənd təsərrüfatı məhsullarını
229
geri, Avropaya aparırdılar. Kartof əsas pəhriz qidası kimi, Avropanın bir sıra
zonalarında xüsusilə populyar oldu. Kartof qışda anbarda saxlanıb, kiçik torpaq
sahələrində becərilirdi. Bəzi məhsullar isə, məsələn, Meksikada kəşf edilən qırmızı rəng
bitkisi Avropa rəssamlarına və sənətkarlarına onların rəsmləri və parça üçün «əsl
qırmızı» rəng idi.
Avropalıların həyat tərzi başlıca olaraq xaricdən gətirilmiş yeni məhsulların
təsirinə məruz qalırdı. Yeni qidalara əlavə olaraq Avropada yeni içkilər də meydana
gəldi. Atstek Meksikasından İspaniyaya gətirilən şokolad, 1700-cü ildən başlayaraq
ümumi içkiyə çevrildi. İlk kofe və çay evləri 1650-ci illərdə Londonda açılmışdı və
sürətlə Avropanın digər hissələrinə yayıldı. XVII əsrdə Çin mebeli və farforu üçün
maniya yuxarı siniflər arasında yayıldı.
Avropalılar lap başlanğıcda Amerikalarda yeni xalqları kəşf etməyə başladılar.
Onlar bəzilərini insan olmayan kimi hesab edirdilər və bu, onlara guya istismar etmək
hüququ verirdi. Hindular çox hallarda ən azı dinc yolla xristianlığa keçirilirdilər. XVIII
əsrdəki Maarifçilik və XIX əsr imperializmi dünyanın qalan hissəsində Qərb
sivilizasiyasının əlaqələrinin inkişafı üçün olan yola daş döşədi.
XVII əsrin başlanğıcında İspaniya dünyada ən çox əhalisi olan ölkə idi, demək
olar ki, bütün Cənubi Amerikaya, Asiya və Afrikanın bir sıra məkanlarına nəzarət
edirdi. Avropalıların əksəriyyəti üçün İspaniya hələ də dövrün ən böyük dövləti olaraq
qalırdı, lakin reallıq isə əslində kifayət dərəcədə çətin idi, xəzinə boş idi. II Filipp 1596-cı
ildə müharibədəki izafi xərclərə görə bankrot olmaqla, iki il sonra həyatdan getmişdi.
III Filipp də 1607-ci ildə eyni bədbəxtlikdən qaça bilməmişdi. Hökumət səmərəsiz
fəaliyyət göstərirdi. Kommersiya sinfi zəif idi. İspaniya böyük dövlət rolunu
oynamaqda davam edirdi. Lakin bu görünüş aldadıcı idi. III Filippin hökmranlığı
dövründə İspaniyanın zəifliklərinin çoxu aydın olmuşdu. İspaniya otuz illik
müharibəyə cəlb edildikdə, bir sıra çox xərcə səbəb olan hərbi kampaniyalar keçirdiyinə
görə daxili qiyamlarla və illərlə davam edən vətəndaş müharibəsi ilə üzləşmişdi.
İspaniyanın bədbəxtliyindən kampaniyalar həmçinin qələbə çalınmadan uduzulmuşdu.
Baş nazir, qraf Olivares kral IV Filippə yazmışdı ki, «Allah istəyir ki, biz sülh bağlayaq.
Onun bizi açıqca və hər şeydən mütləq məhrum etməsi müharibəyə görədir». 1643-cü
ildəki Rokrua döyüşündə isə ispan ordusunun çox hissəsi məhv edildi.
Dostları ilə paylaş: