Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə37/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   33   34   35   36   37   38   39   40   ...   105
15. Asiyadakı və dicər ərazilərdəki imperializm 

 

Baxmayaraq ki, Asiya XVI əsrdən başlayaraq Qərbin təsirinə açıq olsa da, onun 

nəhəng ərazisinin çox hissəsi heç də Avropanın nəzarəti altına düşmədi. Hollandlar 

Şərqi Hindistanda, ispanlar Filippində yerləşdilər. Fransızlar və portuqaliyalılar 

Hindistan sahillərində özlərinə ticarət postları qurdular. Çin, Yaponiya, Koreya və 

Cənubi-şərqi Asiya əsasən Qərbliləri özlərindən uzaqda saxlamaqla çalışırdılar. 

Britaniyalılar və ruslar, ancaq əksər Asiya ərazisini ələ keçirdilər.  

Kapitan Ceyms Kuk 1768-ci və 1771-ci illər arasında Avstraliyanı tədqiq edəndən 

sonra ingilislər Şərqə fəal maraq göstərməyə başladılar. Avstraliyada torpağın 

qoyunları otarmaq üçün yararlı olması və burada qızılın kəşf edilməsi buna aparıb 

çıxardı ki, Avropadan gələn sakinlər yerli əhalinin çoxunu öldürdülər. 1850-ci ildə 

Britaniya hökuməti müxtəlif Avstraliya koloniyalarına icazə verdi ki, faktiki olaraq tam 




242 

 

özünü idarə etmə tətbiq etsinlər və əlli il sonra bütün koloniyalar Avstraliya dövlətində 



birləşdilər. Yeni Zelandiyanın yaxınlığında olmaqla, 1840-cı ildə Britaniya onu 

müstəmləkə elan etmişdi, 1907-c ildə isə bu dövlət dominyon statusunu aldı.  

Britaniya Şərqi İndiya Kompaniyası Hindistanın əksər hissəsini tabe edillməsinə 

məsuliyyət daşıyırdı. Ancaq 1858-ci ildə sipahilərin və ya Şərqi İndiya Kompaniyasının 

hindli qoşunlarının qiyamını darmadağın etdikdən sonra Britaniya parlamenti 

Kompaniyanın qüvvələrinin Londondakı hökumətin birbaşa tabeliyinə keçirdi. 1876-cı 

ildə Hindistan imperatriçəsi titulu kraliça Viktoriyaya hədiyyə verildi. Hindlilər bu vaxt 

artıq kraliça-imperatriçənin müstəmləkə təbəələrinə çevrildilər. Sonralar Uinston 

Çörçill Britaniya imperializminə haqq qazandırmaq üçün gülünc qaydada Hindistanın 

ölkə deyil, sadəcə ərazi olduğunu iddia etmişdi.  

Rusiyanın Asiyadakı ekspansiyası onun ənənəvi ərazi genişləndirməsinin 

məntiqi davamı idi. Rusiya tədqiqatçıları Sibirin boş məkanına XVII əsrdə daxil 

olmuşdular və 1637-ci ildə Sakit okean sahillərinə gəlib çıxmışdılar. XVIII əsrdə ruslar 

Alyaskaya iddia irəli sürdülər, onu yalnız 1867-ci ildə Birləşmiş Ştatlara satdılar. 

Tədricən Rusiya məskunları Sibirin soyuq və örtülü içərilərinə köçdülər. Bütövlükdə 7 

milyon nəfər rus məskunları 1800-cü və 1914-cı illər arasında Sibirdə yerləşdilər, həmin 

vaxtdan Sibirin əhalisi 90 faizi asiyalı deyil, slavyan idi.  

Ruslar həmçinin cənuba köçürdülər, onları isti iqlim və Osmanlı imperiyasının 

xırda hissələrə parçalanması cəzb edirdi. 1830-cü ildən rusiyalılar Qara dənizin bütöv 

şimal sahili üzərində nəzarət qurdular və sonra Trans-Xəzərdə və Türküstanda 

qalmaqla, Mərkəzi Asiyaya təzyiq göstərməyə başladılar. Bu irəliləmələr, rusları 

Persiya və Əfqanıstan sərhədlərinə gətirdi, orada Britaniya həmçinin öz maraqlarına 

malik idi, çünki Hindistanda öz mülkiyyətlərini himayə etməyə çalışırdı. 1907-ci ildə 

ruslar və britaniyalılar Əfqanıstanı Rusiya Türküstanı ilə Britaniya Hindistanı arasında 

bufer dövlətə çevirmək və Persiyanı iki təsir zonasına bölmək barədə razılaşdılar. 

Britaniyalıların cənuba tərəf ekspansiyası ruslar tərəfindən onlara nifrət bəslənmələrinə 

səbəb olmaqla, axırıncılar Asiyanın cənubuna doğru hərəkət etdilər. Ruslar 

Mancuriyanı işğal etdilər və Koreyanın içərilərinə girməyə cəhd etdikdə, bu yeni 

imperialist dövlət olan Yaponiya ilə Rusiyanı müharibəyə cəlb etdi. 1905-ci ildə rus-

yapon müharibəsində uduzduqdan sonra ruslar Koreya üzərində Yaponiyanın 

protektoratı ilə razılaşdılar və onların Asiya ekspansiyası müvəqqəti fasilə verməli 

oldu.  


1880-ci ildən sonra imperializmin irəliləməsi qərbliləri Asiyanın yeni zonalarına 

hərəkət etməyə aparıb çıxardı, buna qədər isə onlar əsasən Qərb təsirində azad idilər. 

Çin imperiyasının Mancu sülaləsi tənəzzül əlamətlərini göstərirdi. 1842-ci ildə Britaniya 

müharibə vasitəsilə Honkonq adasına və bir sıra Çin şəhərlərində ticarət aparmaq 

hüququna yiyələndi. Digər Qərb millətləri tezliklə oxşar ticarət imtiyazları əldə etməyə 

atıldılar. Əcnəbilərin müdaxiləsinə çinlilərin müqavimət göstərməyə cəhd etməsi hərbi 

məğlubiyyətlərə və yeni tələblərə aparıb çıxarlı. Yalnız böyük dövlətlərin özlərinin 

arasındakı rəqabət Çin imperiyasının bütünlüklə parçalanmasının qarşısını aldı. Bunun 

əvəzində Britaniya, Fransa, Almaniya, Rusiya, Birləşmiş Ştatlar və Yaponiya özlərinin 

təsir zonalarını yaratdılar və Çinin ərazisini uzun müddətə icarəyə götürdülər. 1899-cu 

ildə ABŞ Dövlət katibi Con Heyin təkidli təklifi nəticəsində onların «açıq qapı» siyasəti 



243 

 

ilə razılaşmalarına nail olundu. Buna görə, heç bir ölkə digər ölkələrin təsir sferalarında 



başqa ölkələrin kommersiyasını məhdudlaşdırmayacaqdı.  

Yaponiya 1853-1854-cü illərə kimi Qərbin ölkəyə daxil olmasından qaça bilmişdi, 

həmin dövrdə amerikan hərbi dəniz qüvvələri kommondor Metyu Perrinin başçılığı 

altında yaponları məcbur etdi ki, Birləşmiş Ştatlara ticarət aparmağa başlasın və həm də 

ona diplomatik imtiyazlar versin. Ancaq Yaponiya Çinin taleyini yaşamaqdan yaxasını 

qurtara bildi. Koreya da həmçinin əsasən qərbliləri özündən kənarda saxlayırdı. 

Yaponların ruslar üzərindəki qələbəsindən sonra, 1910-cu ildə Yaponiya Koreyanı 

rəsmən anneksiya etdi.  

Cənubi-şərqi Asiyada Britaniya Birma (indiki Myanma) və Malay dövlətləri 

üzərində nəzarət əldə etdi, Fransa isə Hind-Çinin tabe edilməsində fəal rol oynadı. 

Sayqon şəhəri 1888-ci ildə işğal edildi, 1880-ci illərdə fransızlar öz himayələrini 

Kamboca, Annam, Tonkin və Laos üzərinə yaydılar və onlardan Fransız Hind-Çin 

Birliyi təşkil etdilər. Yalnız Siam (Tailand) Britaniya-Fransa rəqabətinə görə bufer 

dövlət kimi azad qaldı.  

Sakit okean adaları həmçinin böyük dövlətlərin rəqabətinin səhnəsi idi və 

Birləşmiş Ştatların imperialist səhnəsinə çıxmasının şahidi oldu. Samoa adaları 

Amerikanın ilk mühüm müstəmləkəsi oldu. Sonra Havay adaları onun tabeliyinə keçdi. 

Amerika Pyorl Harlboru 1887-ci ildə hərbi-dəniz bazası etdikdən sonra tezliklə 

amerikan məskunları adalardakı şəkər sənayesinə nəzarəti ələ keçirdilər. Havayın yerli 

əhalisi öz hakimiyyətlərini bərpa etməyə cəhd etdikdə, Birləşmiş Ştatların hərbi 

dənizçiləri amerikanların həyatını «himayə etməyə» girişdilər. 1898-ci ildə Havay 

adaları Birləşmiş Ştatlara anneksiya edildi. Amerikanların millətçilik hissləri ispan-

amerikan müharibəsinə səbəb oldu.  

Amerikanın İspaniyanı məğlub etməsi amerikanları Puerto-Riko, Quam və 

Filippin adaları hesabına öz imperiyalarını genişləndirməyə həvəsləndirdi. Baxmayaraq 

ki, filippinlilər müstəqilliyə ümid bəsləyirdilər, amerikanlar bunu onlara verməkdən 

imtina etdilər.  

Prezident Uilyam Makkinlinin dediyi kimi, Birləşmiş Ştatlar «filippinliləri 

tərbiyə etmək və onları xristianlaşmağa yüksəltmək barədəki bir borca malik idi». Bu 

bəyanatın qəribəliyi onda idi ki, filippinlilərin əksəriyyəti artıq bir neçə əsr ərzində 

Roma katolikləri idi, ABŞ prezidenti isə onları guya yenidən xristianlaşdırmaq istəyirdi. 

Filippinliləri sakitləşdirmək və onların üzərində amerikan nəzarətini qurmaq üçün üç il 

və 60 minlik qoşun lazım oldu.  

 


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin