Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Meritokratiya və həqiqi demokratiya qüsurlara müəyyən sədd çəkə bilər



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə38/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   34   35   36   37   38   39   40   41   ...   105
16. İmperializmə xalqların cavabı 

 

Avropalılar öz mədəniyyətlərini, aşağı saydıqları xalqa təlqin etdikləri halda, 



işğal edilmiş həmin xalqlar buna nə cavab verməlidir? Əcnəbiləri qovmaq cəhdləri ilk 

dövrlərdə Qərblilərin əli ilə viranedici məğlubiyyətlərə səbəb oldu, onların sənaye 

texnologiyası özlərini müasir silahlarla təmin edirdi və bu silahlar yerli adamları 

darmadağın edirdi. Kiçik elitləri idarə etməyə adət etməklə, xalqın əksəriyyəti onların 

yeni qubernatorlarını sadə qaydada qəbul edirdi, bu isə Qərb idarəçiliyini nisbətən 

asanlaşdırırdı. İşğal edilmiş xalqlar nəticədə müxtəlif yollarla əcnəbi idarəçiliyinə 




244 

 

uyğunlaşırdı. XIX əsrin başlanğıcından Avropa liderlərinin yeni sinfi meydana çıxdı. 



Müstəmləkə və hətta Qərb məktəblərində təhsil alan ilk afrikalı nəsil Qərb haqqında 

çox şeyi bilirdi və öz müstəmləkə ağalarının dilində yazmağı bacarırdı. Baxmayaraq ki, 

«yeni sinif» Qərb mədəniyyətinin vurğunu idi və hətta öz ölkələrinin yolundan zəhləsi 

gedirdi, onlardan çoxu əcnəbilərdən və onların müstəmləkə xalqlarına olan lovğa, 

təhqiramiz münasibətindən narazı qalırdı. Qərblilər demokratiyanı, bərabərliyi və 

siyasi azadlığı göylərə qaldırırdılar, lakin bu dəyərlər müstəmləkələrdə tətbiq 

olunmurdu. Az sayda demokratik institutlar var idi və müstəmləkə adamları buradakı 

bürokratiyada yalnız aşağı işlərdə işləyirdilər. Bərabər qaydada o da mühüm cəhət idi 

ki, Şərqin iqtisadi inkişafı heç vaxt müstəmləkə ərazilərinə genişlənmirdi. Afrikalıların 

çoxu üçün müstəmləkəçilik onların ferma torpaqlarının itirilməsi ya da plantasiyalarda 

dəhşətli iş və ya əcnəbilərin tər tökdürücü emalatxanalarında və fabriklərində çalışmaq 

idi.  


Yerli sakinlər üzərində avropalıların aliliyi həm də müxtəlif yollarla ifadə 

olunurdu. Seqreqasiya (qaralardan ayrı) klubları, məktəb və kilsələri yaradılırdı. Bunlar 

əsasən, avropalı qulluqçuların çoxu arvadlarını buraya gətirdikcə və öz ailələrini 

böyütdükcə baş verirdi. Avropalılar həm də belə bir adətə malik idilər ki, yerli adamları 

ancaq birinci adı ilə (soyadına müraciət etmədən) və ya yaşlı kişiləri «oğlan» (boy) deyə 

çağırırdılar.  

Belə şəraitlər yeni şəhərli təhsili görmüş sinfin nümayəndələrinin çoxunu öz 

müstəmləkə ağaları və onların təmsil etdikləri  sivilizasiya barədə çox mürəkkəb 

hisslərə malik olmalarına gətirib çıxarırdı. Qərb mədəniyyətinin bəzi cəhətlərinin 

aliliyini qəbul etmələrinə baxmayaraq, bu yeni intellektuallar müstəmləkə idarəçiliyinə 

hiddətlə nifrət edirdilər və öz millətinin və onun mədəni taleyini qəbul etmək qərarına 

gəlirdilər. Bu ümidlərin və nifrətin qarışığında Afrikada ilk təşviş doğuran müasir 

millətçilik meydana gəldi. XX əsrin birinci rübü ərzində Afrikanın hər yerində 

müstəmləkə cəmiyyətlərində təhsil almış yerli adamlar əcnəbilərin idarəçiliyinin 

sonunu axtaran siyasi partiyalar və hərəkatlar təşkil etməyə başladılar.  

Qərb dövlətləri tərəfindən Çinin alçaldılması əcnəbilər əleyhinə zorakılığa aparıb 

çıxardı.  

Lakin Qərblilər çinlilərdən sonrakı konsessiyaları çıxarmaq kimi qanunsuz yollardan 

istifadə edirdilər. Əcnəbilərə qarşı başlıca partlayış 1900-1902-ci illərdəki Boksçu üsyanı 

ilə baş verdi. «Boksçu», Harmoniyalı Yumruq Cəmiyyəti adlanan gizli təşkilatlara 

mənsub olan çinlilərə verilən populyar ad idi, onların məqsədi əcnəbiləri Çindən 

çıxarıb atmaq idi. «Boksçu»lar əcnəbi missionerləri, xristianlığa keçmiş çinliləri, 

dəmiryol işçilərini, əcnəbi iş adamlarını və hətta Pekindəki alman elçisini 

öldürmüşdülər. 

Qətllərə cavab gecikmədən və tarmaredici qaydada gəldi. Britaniya, Fransa, 

Almaniya, Rusiya, Amerika və Yaponiyanın müttəfiq ordularının hissələri Pekinə 

hücum edib, qaydanı bərpa etdilər və Çin hökumətindən daha çox konsessiyalar 

(güzəştlər) tələb etdilər. İmperial hökumət o qədər zəif idi ki, inqilabçı lider Sun 

Yatsenin (1866-1925-ci illər) qüvvələri onun “millətçilik, demokratiya və sosializm” 

proqramını qəbul etməklə, 1912-ci ildə Mancu sülaləsini devirdilər. Yeni Çin 

Respublikası zəif və səmərəsiz olaraq qalırdı.  



245 

 

1850-ci illərin sonu və 1860-cı illərin başlanğıcında elə görünürdü ki, Yaponiya 



Çinin taleyini təkrar edəcəkdir və təcavüzkar Qərb dövlətlərinin təsir zonalarına 

qapanıb parçalanacaqdır. Lakin təəccüblü qaydadakı sürətli transformasiya baş verdi. 

1869-cu ildən əvvəl qüdrətli hərbi qubernator olan syoqun, samuray adlanan döyüşçü 

kübarlığın köməyi ilə Yaponiyada real hakimiyyətə sahib idi. İmperatorun fəaliyyəti 

əsasən dini xarakter daşıyırdı. 

Syoqunun Qərb millətlərinə güzəştlərindən sonra antiəcnəbi hissi 1867-ci ildəki 

samuray qiyamına və imperatorun hökumətin hüquqi başçısı olmasının bərpa 

edilməsinə gətirib çıxardı. Yeni imperator hiyləgər, diribaş gənc Mutsihito öz 

hökmranlığını (1867-1912-ci illər) Meyci (Maariflənmiş hökumət) adlandırdı. 

İmperiyaya nəzarət edən yeni liderlər bu vaxt Yaponiyanın diqqətəlayiq bir 

transformasiyasına başladılar. Həmin vaxtdan bu, Meyci bərpası kimi tanınır.  

Qərbin açıq hərbi və sənaye üstünlüyünü etiraf edən yapon liderləri onu qəbul 

etməklə bu üsluba uyğunlaşıb Yaponiyanı modernləşdirmək qərarına gəldilər. Minlərlə 

gənc yapon xaricə göndərildi ki, Qərb təhsili alsın, xüsusən də sosial, təbiət elmləri 

üzrə. Alman üslubu əsasında ordu, Britaniya üslubu qaydasında isə hərbi-dəniz 

qüvvələri yaradıldı. Yaponlar Birləşmiş Ştatların sənaye və maliyyə metodlarını 

təkrarlayıb, onları özlərində modern kommersiya və sənaye sisteminə çevirdilər. 

Yüksək mərkəzləşmiş inzibatçılıq sistemi fransızlardan götürülməklə, köhnə sistemi 

əvəz etdi. İlk dəfə olaraq sosial və qanun qarşısında bərabərlik prinsiplərini qəbul 

etdilər. Lakin 1890-cı ildən onlar formaca demokratik, təcrübədə isə avtokratik olan bir 

siyasi sistem yaratdılar. 

Qərbi təqlid etməklə Yaponiya həmçinin güclü hərbi dövlətə çevrildi. Universal 

hərbi mükəlləfiyyət 1872-ci ildən tətbiq edildi və sülh dövrü üçün müasir ordu 240 min 

nəfərdən ibarət oldu. Yaponlar Qərb imperial modelinə acgözlüklə yiyələnirdilərr. 

Onlar 1894–1895-ci illərdə Çini məğlub edib, bir sıra Çin ərazilərini anneksiya etdilər və 

Çində öz təsir zonasını qurdular. Bundan sonra onlar 1905-ci ildə rusları məğlub etdilər, 

Koreyanı sərt  hökmranlıqları altında müstəmləkəyə çevirdilər. Yaponlar sübut etdilər 

ki, Asiya dövləti də «ağ adamın» imperiyalar oyununu oynaya bilər və Asiya və 

Afrikanın digər regionlarındakı xalqlara inandırıcı nümunə göstərdilər.  

Britaniya hökuməti Hindistanda nəzarətə XIX əsrin ortalarında yiyələnmişdi. 

1858-ci ildəki əsas qiyamı darmadağın etdikdən sonra Britaniya artıq Hindistanı birbaşa 

idarə edirdi. Parlamentin nəzarəti altında Britaniyanın mülki xidmətçilər qrupu, demək 

olar ki, 300 milyonluq əhalisi olan bir ölkənin işlərini istiqamətləndirirdi. 

Britaniya vətəndaş müharibələri vasitəsilə bir sıra hallarda bölünən bir 

cəmiyyətə qayda gətirmişdi və nisbətən vicdanlı və səmərəli hökumət yaratmışdı. 

Onlar həmçinin Qərb texnologiyalarını – dəmir yolları, bankları, mədənləri, sənayeni, 

tibbi bilikləri və xəstəxanaları gətirmişdilər. Britaniya həmçinin Qərb üslublu orta 

məktəbləri və kollecləri tətbiq etmişdi, onlarda hindlilərin yuxarı və orta siniflərinin 

övladları təhsil alırdılar. Beləliklə, onlar hökumətdə və orduda tabelikdə çalışanlar kimi 

xidmət edə bilərdilər.  

Britaniya qanunvericiliyi həmçinin hind qadınlarının leqal statusuna da təsir 

göstərdi. 1829-cu ildə Britaniya Sati praktikasını qadağan etdi, bu qaydaya görə dul 

qadın ərinin matəm mərasimində özünü qurban verməli idi. Satinin qadağan edilməsi 



246 

 

Britaniya imicinin özlüyündə mədəni üstünlüyü kimi, bir mərkəzi hadisəyə çevrildi. 



Demək olar ki, əhalinin 2/3-ü 1901-ci ildə pis qidalanırdı, az qala aclıqla üzləşirdi. 

Britaniya sənayeləşməsi kütlənin həyatını olduqca az qaydada yaxşılaşdırmışdı. 

Hindistanın var-dövləti Britaniya qulluqçularına və iri ordusuna maaş vermək üçün 

istifadə olunurdu. Yaxşı işlər və yaxşı evlər britaniyalılara çatırdı. İrqçi münasibət 

Britaniya idarəçiliyi üçün çətinliklər törədirdi və hind millətçi hərəkatının meydana 

gəlməsinə səbəb olurdu. Hindistan Milli Konqresinin yarandığı 1883-cü ildən mülayim, 

təhsil görmüş hindlilər öz idarəçiliklərini axtarmağa başladılar. Britaniya zorakılığına 

və laqeydliyinə cavab olaraq 1919-cu ildə hindlilər tam müstəqillik tələb etməyə 

başladılar.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin