Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Qohum imperatorlar düşmənlərə çevrildilər



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə35/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   31   32   33   34   35   36   37   38   ...   105
13.İkinci Fransa imperiyası  

 

III Napoleonun hökuməti (1852-1870-ci illər) Bonapart düşüncəsində aydın 



şəkildəki avtoritar idi. O, Fransanın yalnız 15 il ərzində Konsulluğun və İmperiyanın 

ləyaqətli inzibati, hərbi, ədalət, dini və maliyyə təşkilatına malik olduğunu qeyd edirdi 

və həmin dövrün institutlarına (Naoleon dövrünə) qayıtmağı vacib sayırdı. O, xarici 

siyasətdə az şeyə nail olmuşdu. Xüsusən onun Meksikadakı imperialist macərası 

uğursuzluqla yekunlaşdı. Meksika bazarında fransız mallarının ağalıq etməsini 

axtarmaqda olan imperator III Napoleon 1861-ci ildə fransız qoşunlarını Meksikaya 

göndərdi ki, orada öz mənafelərini himayə etsin. Ölkədə qayda bərpa edildikdə, 

Britaniya və İspaniya orduları oradan geri çəkilmişdi. Fransız qüvvələri isə qalırdı və 

1864-cü ildə III Napoleon ershersoq Maksimilian Avstriyalını Meksikada yeni 



236 

 

imperator səviyyəsinə yüksəltdi. Fransız qüvvələri vətəndə lazım olanda, Maksimilian 



ordusuz imperatora çevrildi. O 1867-ci ilin mayında liberal Meksika qüvvələrinə təslim 

oldu və iyunda edam edildi. Onun edam edilməsi Fransa imperatorunun nüfuzuna 

ciddi bir zərbə idi.  

III Napoleonun Krım müharibəsində (1854-1856-cı illər) iştirak etməsi yeni 

mükafat gətirən bir iş idi. Napoleon imperiyasının varisi olan III Napoleonun 

motivasiyası ondan ibarət idi ki, Fransanı 1814-1815-ci illər sülh müqavilələrinin 

məhdudiyyətlərindən azad etsin və onu Avropanın baş arbitri etsin. Osmanlı 

imperiyasının tənəzzülündə də o, öz məqsədlərinə doğru addımlar atmaq imkanını 

görürdü.  

Krım müharibəsi həm də Şərq sualına cavab vermək üçün digər cəhd idi: 

görəsən kim Osmanlı imperiyasının parçalanmasından başlıca faydanı götürəcəkdir? 

XVII əsrdə Osmanlı imperiyası cənubi-şərqi Avropaya nəzarət edirdi, lakin 1699-cu ildə 

Macarıstanı, Transivaniyanı, Xorvatiya və Sloveniyanı itirdi, onların hesabına Avstriya 

imperiyası genişləndi. Rusiya imperiyası öz şərqində 1783-cü ildə Krımı və 1812-ci ildə 

Bessarabiyanı tutmaqla, həmçinin Osmanlı imperiyasının ərazisini qəsb etmişdi. XIX 

əsrin başlanğıcında Osmanlı imperiyası öz tənəzzülünün yeni dövrünə qədəm qoydu. 

1830-cü ildə Yunanıstanda millətçilərin qiyamı ölkənin müstəqilliyi ilə nəticələndi. 

1827-ci ildə Serbiya muxtariyyətə iddia etdi və 1830-cü ildə Osmanlı imperiyası bunu 

tanıdı. Ruslar 1829-cu ildə Moldaviyanın Dunay əyalətlərində və Valaxiyada 

protektorat əldə etdi.  

Avropanın cənubi-şərqi ərazilərində Osmanlının səlahiyyəti yoxa çıxdı. Avropa 

hökumətləri imperiyanın öz imtiyazlarından açıq imtina etməsinə fəal maraq 

göstərirdilər. Onlar təkcə Rusiyanın Türkiyə barədəki ambisiyalarından qorxmurdular, 

həm də bu zonada öz mənafelərinə malik idilər. Avstriya Balkanlarda daha çox torpaq 

qoparmaq istəyirdi, bu arzu isə Rusiya ilə labüd münaqişə ehtimalı demək idi. Fransa 

ilə Britaniya kommersiya imkanlarına görə və həm də Aralıq dənizinin şərqində hərbi-

dəniz bazası yaratmaq marağında idi. 

Krım müharibəsi Rusiya ilə Osmanlı imperiyası arasında 1853-cüu ildə başlandı, 

bu vaxt Rusiya Palestinada xristian kilsələrini himayə etmək hüququ tələb etmişdi, bu 

imtiyazlar isə artıq fransızlar üçün genişlənmişdi. Osmanlılar imtina etdikdə, ruslar 

Moldaviyanı və Valaxiyanı işğal etdilər. Danışıqlar uğursuz olduqda, Osmanlı 

imperiyası Rusiyaya 1853-cü ilin oktyabrında müharibə elan etdi. Sonrakı ilin mart 

ayında Böyük Britaniya və Fransa Rusiyaya müharibə elan etdilər. Niyə Britaniya və 

Fransa bu addımı atdı? Britaniyalılar qorxurdular ki, təcavüzkar Rusiya Osmanlı 

ərazisini tutmaqla və ya Dardanelə olan çoxdankı istəyinə görə Osmanlı hökumətinin 

nəzərə çarpan zəifliyindən fayda götürməyə cəhd edəcəkdir. Beləliklə, bu hərəkət 

Rusiyanı Britaniya hərbi-dəniz qüvvələrini Aralıq dənizinin şərqindəki nəzarətinə 

meydan oxumağa qadir edəcəkdir və onu Şərqi Avropanın ən güclü dövlətinə 

çevirəcəkdir. III Napoleon hiss etdi ki, ruslar Fransanı təhqir etmişlər, əvvəlcə Vyana 

Konqresində və bu vaxt isə Osmanlı imperiyasında yaşayan xristianları himayə etmək 

sahəsində onları əvəz etmək təkliflərinə görə. Fransızlar həm də Osmanlı imperiyasının 

süqutundan və orada Rusiyanın təsirinin böyüməsindən qorxurdular. Rusiya isə 

Avstriyanın dəstəyinə ümid edirdi, çünki 1849-cü ildə rus qoşunları Avstriya 



237 

 

hökumətini xilas etmişdilər. Ondan bir neçə il keçmişdi, bu vaxt isə Avstriya baş naziri 



qısaca şərh vermişdi: «Biz dünyanı öz nankorluğumuzla təəccübləndirəcəyik» və 

beləliklə Avstriya neytral qaldı. Rusiya təkbaşına vuruşmalı oldu.  

Britaniya və Fransa Qara dənizdəki Krım yarımadasına hücum etməyi qərara 

aldılar. Balaklava döyüşündə Britaniya Yüngül briqadasının (süvarilərinin) özünü 

intihar qaydasındakı hücumu sonralar daha çox xatırlanırdı. Uzunmüddətli 

mühasirədən sonra Sevastopoldakı rus istehkamları 1855-ci ildə təslim oldu. Bu, çar I 

Nikolayın ölümündən 6 ay sonra baş verdi. Onun varisi II Aleksandr tezliklə sülh xahiş 

etdi. 1956-cı ilin martında bağlanan Paris müqaviləsinə görə, Rusiya Bessarabiyanı geri 

qaytarmağa və Qara dənizin neytrallığını qəbul etməyə məcbur edildi. Üstəlik, 

Moldaviya knyazlığı və Valaxiya beş dövlətin himayəsi altına qoyuldu. 

Krım müharibəsi hər iki tərəfə baha başa gəldi. 250 mindən çox əsgər 

müharibədə həlak oldu, ölümün 60 faizi xəstəliklərdən, xüsusən xoleradan baş 

vermişdi. Bu itkilər daha çox olardı, əgər Florens Naytingelin (1820-1910-cu illər) 

cəhdləri olmasaydı. Onun təkidi ilə sanitar şəraitlərini ciddiləşməsi çox sayda həyatı 

xilas etdi və orta sinfin öyrədilmiş qadınlarının şəfqət bacısı professiyasına 

yüksəlməsinə kömək etdi.  

Krım müharibəsi Avropa dövlətlərinin uzun müddət mövcud olmuş əlaqələrini 

pozdu və Avropadakı razılığı məhv etdi. XIX əsrin birinci yarısında status-kvonu 

dəstəkləyən iki əsas dövlət – Avstriya və Rusiya, müharibədə Avstriya Rusiyanı 

dəstəkləmək istəmədiyinə görə, artıq düşmənlərə çevrilmişdilər. Məğlub olan

alçaldılan, təhkimçi ordusu ilə açıqca zəifləyən Rusiya sonrakı iki onillik ərzində öz 

daxili işlərini qaydaya salmaq üçün Avropa məsələlərindən kənara çəkildi.  

Böyük Britaniya müharibədəki rolunda ümidi boşa çıxdığından, Kontinental 

işlərdən özünü geri çəkdi. Həmçinin Avstriya öz neytrallığına görə haqq ödəməli 

olduğundan, bu vaxt artıq böyük dövlətlər arasında dostsuz qalmışdı. Avstriyanın 

beynəlxalq vəziyyəti dəyişkən idi. Yeni beynəlxalq situasiya İtaliya və Almaniyanın 

birləşməsini mümkün etdi. Prussiyanın yol göstərməsi ilə Almaniyanın birləşməsinin 

təşəbbüskarı və icraçısı Bismark olmaqla, o, bu işdə böyük uğur qazandı. Bismark kamil 

siyasətçi və opportunist idi. o, həm də siyasi oyunçu deyildi, mülayim idi və yalnız 

bütün digər diplomatik alternativlər işə yaramadıqda və həm də bütün hərbi və 

diplomatik faydaların öz tərəfində olduğuna əmin olduqda müharibəni başlayırdı. 

Bismark çox vaxt tam realist kimi qələmə verilirdi, Realpolitik-in XIX əsrdəki ən 

görkəmli icraçısı idi. Kim ona müxalif olsaydı, həmin adamdan zəhləsi gedirdi. O, bir 

səhər öz arvadına demişdi: «Mən bütöv gecəni yatmıram. Mən bütün mənalarda bütöv 

gecəyə nifrət etmişəm». O, böyük məsələləri «dəmir və qanla» həll etməyə üstünlük 

verirdi.  

1870–1871-ci illərdəki Fransa-Prussiya müharibəsində Bismarkın məqsədi həyata 

keçdi. 1866-cı ildən Prussiya Şimali Almaniyada ağalıq edirdi və Avstriya, Almaniya 

işlərində hansısa bir əhəmiyyətli rol oynamaqdan təcrid edilmişdi. Bismark belə bir 

fikrə gəldi ki, Fransa heç vaxt fransızların təhlükəsizliyinə potensial qonşu olan güclü 

alman dövlətinin mövcudluğu ilə razılaşmayacaqdır. III Napoleona isə öz daxili 

problemlərini həll etmək üçün diplomatik zəfər lazım idi. Fransızlar Almaniyada 




238 

 

hadisələrin dönüşündən heç də xoşhal deyildi və prussiyalıları alçaltmaq üçün 



imkanlar axtarırdı.  

Uğurlu inqilabdan sonra kraliça II İzabella devrildikdə, İspaniya taxt-tacı prins 

Leopold Hohentsollernə təklif edildi, o, Prussiya kral sülaləsinə uzaq qohum idi. 

Bismark, təkcə Fransa bunu rədd etdiyinə görə bu imkana sevindi. Əgər Leopold 

İspaniya taxtına yerləşdirilsəydi, Fransa faktiki olaraq Hohentsollern sülaləsi ilə əhatə 

olunacaqdı. Fransızların imtina etməsi Prussiya kralı I Vilhelmin öz qohumunu 

namizədlikdən geri çəkilməyə məcbur etməsinə səbəb oldu. Bismark kralın 

hərəkətindən məyus oldu, yalnız ona görə ki, məhz fransızlar öz istəklərinə nail 

olmuşdu. Diplomatik qələbələri ilə kifayətlənməyərək, onlar I Vilhelmə təsir göstərdilər 

ki, o, Fransadan rəsmi üzr istəsin və vəd etsin ki, bir daha heç vaxt Leopolda namizəd 

olmağa icazə verməyəcəkdir. Kral Bismarkı fransızların tələbi ilə tanış etmişdi, kansler 

öz növbəsində fransızları daha artıq təhqir etmək üçün teleqramı qəzetlərdə çap etdirdi. 

O, yaxşı bilirdi ki, Fransa rəhbərliyi hirslənəcək və müharibə elan edəcəkdir. Fransa 

Bismarkın gözlədiyi kimi də reaksiya verdi və Prussiyaya 15 iyul 1870-ci ildə müharibə 

elan etdi. Fransanın baş naziri qeyd etmişdi: «Biz yüngül ürəklə müharibəyə gedirik».  

Bədbəxtlikdən fransızlar üçün «yüngül ürək» heç də kifayət deyildi. Onlar daha 

yaxşı rəhbərlik edilən və daha yaxşı təşkil olunmuş Prussiya qüvvələri ilə vuruşmalı 

idilər. Şərqi alman dövlətləri özlərinin Prussiya ilə müttəfiqliklərindən şərəf duyurdular 

və fransızlara qarşı müharibə cəhdinə qoşuldular. Prussiya orduları Fransanın 

içərilərinə irəlilədilər və 2 sentyabr 1870-ci ildə Sedanda bütöv fransız ordusunu və III 

Napoleonun özünü əsir götürdülər.  

Dörd aylıq ağır müqavimətdən sonra 1871-ci ilin yanvarında Paris, nəhayət, işğal 

edildi və may ayında rəsmi sülh müqaviləsi imzalandı.  

Fransa 5 milyard frank (1 milyard ABŞ dollarına yaxın) təzminat ödəməli idi. 

Elzas və Lotaringiyadan yeni Alman dövlətinin xeyrinə imtina etməli oldu. Bu itki 

fransızları hirsləndirdi və onları qisas almağa can atmaq vəziyyətində qoydu.  

Cənubi alman dövlətləri də Şimali Alman Konfederasiyasına daxil olmaqla 

razılaşmışdılar. 18 yanvar 1871-ci ildə XIV Luininin Versal sarayındakı Güzgülü 

salonda I Vilhelm İkinci Alman imperiyasının (Birinci orta əsrlərdəki Müqəddəs Roma 

imperiyası idi) Kayzeri və ya imperatoru elan edildi. Bu vaxt Bismark taxtın yanında 

ayaq üstə dayanmışdı. Almaniya birliyinə  Prussiya monarxiyası və Prussiya 

ordusunun gücü ilə nail olunmuşdu. Real düşüncədə, Prussiya heç də Almaniyanın 

içində deyil, Almaniya Prussiyanın içində meydana gəlmişdi. Alman liberalları da 

həmçinin sevinirdilər. Onlar da birlik və azadlıq arzu edirdilər, lakin birliyə nail 

olunması bu vaxt daha böyük əhəmiyyət kəsb edirdi.  

Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, hərbi dəyərlərin 

liberal dəyərləri üstələməsi, konstitusion hisslərin yeni alman dövlətində inkişaf etməsi 

mənasını verirdi. Sənaye resursları və hərbi qüdrətlə yeni dövlət qitədə ən güclü 

qüvvəyə çevriləcəkdi. Dövlətlərin yeni Avropa tarazlığı artıq hazır idi.  

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin